Məhkəmə qərarları › İş №2(102)-3909/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3909/2023

16.10.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3909/2023 16.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər X4 və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin HDQ N nömrəli hərbi hissəsinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3909/2023 (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X8 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər X4 və Azərbaycan Respublikası Müdafiə Nazirliyi HDQ-nin N nömrəli hərbi hissəsinə qarşı “işə bərpa və maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair i ddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4480/2023 nömrəli, 17 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsi (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 16 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı 15 noyabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində mülki işçi kimi texniki nəzarət bölməsinin nəzarət ustası vəzifəsinə işə qəbul olmuşdur.

2. İddiaçı 2021-ci ilin fevral ayının sonlarından hərbi hissənin N nömrəli istehsalat sexinin 11-ci dərəcəli mühəndis texnoloqu vəzifəsinə keçirilmişdir.

3. Azərbaycan Respublikası Müda fiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N saylı, N sentyabr 2022-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddənin “d” bəndində işdən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

4. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin Həmkarlar İttifaqə Komitəsinin N sentyabr 2022-ci il tarixli yığıncağının protokoluna əsasən Komitə tərəfindən İddiaçı qanunun tələblərinə uyğun olaraq cəzalandırılması təklif edilərək, səsə qoymularaq qəbul olunmuşdur İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı cavabdeh X4 qarşı “işə bərpa və maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə mürac iət edərək, onun öz işinə bərpa olunması və ona dəyən maddi və mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. Sonradan iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə barədə əriə verərək, xx.xx.2022-ci il tarixində verilən 224 nömrəli əmrin ləğv edilməsini, işə bərpa olunmasını, ona dəyən maddi ziyanın ödənilməsini, 8 ay ərzində borc alıb yaşamağını nəzərə alaraq, ona dəyən ziyanın 9.600 (doqquz min altı yüz manat) məbləğində ödənilməsi, məcburi iş buraxdığı vaxt üçün əmək haqqı ödənilməsi barədə qətnamə qəbul olunmasını, eyni zamanda İlkin Veyisov barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-454/2023 nömrəli, 04 aprel 2023cü il tarixli qərardadı ilə İddiaçı - cavabdeh X4 qarşı işə bərpa tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə cavabdeh X6 əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin HDQ N nömrəli hərbi hissəsi ilə əvəz edilmiş, lakin növbəti məhkəmə iclasında iddiaçının ərizəsi əsasında X6 da cavabdeh qismində cəlb edilmişdir.

8. İddiaçı tələbini və tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini onun əsaslandırmışdır ki, 2022-ci ilin yanvar ayından N nömrəli hərbi hissənin komandiri İlkin Veyisovun yanından sex rəislərinin və istehsalat ustalarının iştirakı ilə iclas keçirilmişdir. X9 demişdir ki, Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2021-ci il tarixli Sərəncamına uyğun olaraq əmək minimumunun 250 manatdan 300 manatadək qaldırılması ilə əlaqədar olaraq, onların müəssisəsində işləyən işçilərin də əmək haqqı 20 faiz qaldırılacaq. Bu haqda sex rəislərinə tapşırıq vermi şdir ki, hərə öz sexlərində iclas keçirib öz işçilərinə məlumat versinlər. Onların sexində də sex rəisi İlqar Arzumanov və sexin iqtisadçısı Pərviz İbrahimov sexin işçilərini bu haqda məlumatlandırmışlar. Ancaq bu günə qədər heç bir artım olmamışdır. Bu haqda o xx.xx.2022-ci il tarixində Həmkarlar Komitəsinin sədri Gəray Məmmədova ərizə ilə müraciət etmişdir. Bundan sonra İlkin Veyisov onu yanına çağırmışdır. O, komandirdən soruşmuşdur ki, iclas keçirib, yanvar ayının 1-dən əmək haqqı 20 faiz qaldırılacaqdı, artıq iyun ayı da qurtarır, niyə öz əmək haqqını qaldırılıb, ancaq işçilərinki artırılmayıb. İlkin Veyisov ona demişdir ki, “o, kimdir, komandan Sübhan Bəkirov artırmır”. Səbəbini soruşduqda, demişdir ki, “istəsə hazırki əmək haqqını da kəsər”. Bundan sonra o, xx.xx.2022-ci il tarixind ə Azərbaycan Respublikası Prezidentinə ərizə ilə müraciət etmişdir. xx.xx.2022-ci il tarixində N nömrəli hərbi hissənin komandirinin birinci müavini qərargah rəisi vəzifəsini müvəqqəti icra edən Teymur Mürşüdov ərizəsinə cavab yazıb aydınlıq gətirmişdir. Arayışdan da məlum olur ki, onlar cənab Prezidentin sərəncamını düz izah etmirlər. Azərbaycan Respublikası Prezidentinin Sərəncamında açıq-aydın qeyd olunmuşdur ki, əmək haqqı artımı Müdafiə Nazirliyinin hərbi qulluqçuları və mülki işçilərinə də şamil olunur və buna uyğun olaraq əlavə maliyyə vəsaiti ayrılmışdır. Əgər mülki işçilərə artım düşmürsə niyə yanvarda iclas keçirib deyirdilər ki, mülki işçilərin də əmək haqqı 20 faiz qaldırılacaq. Məhz o, bu məsələni qaldırdığına görə başına bu oyunu açmışlar. Qudasının atasının qırx mərasimind ən sonra toy vaxtını 2022-ci ilin yanvarın 12-nə təyin etmişlər. 2022-ci ilin məzuniyyət hesabından xx.xx.2022-xx.xx.2022-ci il tarixinədək növbəti məzuniyyət götürmüşdür. Ərizədə 2021-ci il dekabr məzuniyyəti barədə yazdığı kimi, qeyd etmişdir ki, məzuniyyət günlərini Rusiyanın Moskva şəhərində keçirəcək. 2022-ci il fevralın 7-də bacısı X3 rəhmətə getmişdir. Buna görə də xx.xx.2022-xx.xx.2022-ci il tarixinə növbəti məzuniyyət götürmüşdür. Ərizədə bacısının rəhmətə getməsi ilə əlaqədar olaraq Gürcüstana gedəcəyini bildirmişdir. Sonra bacısının qırx mərasiminə getmək üçün martın 14-də ərizə ilə müraciət edərək 19 martdan tətil günlərində Gürcüstana gedəcəyini bildirmişdir. Bacısının qırx mərasiminin martın 22-nə düşdüyünü zənn etmiş, vaxtı düz hesablamamışdır. Qardaşı ilə telefonla danışand a ona qırx mərasiminin 18 marta düşdüyünü demişdir. Bu haqda o, tabelçi Fəridə xanıma bildirmiş, Fəridə xanım da ona demişdir ki, artıq 19 mart tarixinə icazə əmri verilib. Bundan sonra o, sex rəisi vəzifəsini icra edən Pərviz İbrahimova və tabelçi Fəridə xanıma istehsalat ustası Şamxal Usubovun yanında 17-18 mart tarixlərinə ona öz hesabına məzuniyyət verilməsi üçün ağ vərəqə imza ataraq ərizə yazmaqlarını xahiş etmişdir. Həmin gün, yəni martın 16-da axşamüstü Pərviz İbrahimov demişdir ki, “komandirə demiş, icazə vermişdir 2 günə öz hesabına”. O, da işdən sonra axşam 21:30-da təyyarə ilə Tbilisiyə uçmuşdur. Sexdə bütün işçilərin ərizələrini tabelçi Fəridə xanım yazır, işçilər ağ vərəqə imza atır ərizənin mətnini Fəridə xanım yazır. Tətildən sonra mart ayının axırında işə gələndə tabelçi F əridə xanım və sex rəisi vəzifəsini icra edən Pərviz İbrahimov ona demişlər ki, “17-18 mart tarixli ərizəni vermədilər, komandir də bilir, iki günə tabelə qol çək günlərini yazacağıq. Çünki ailə üzvləri rəhmətə gedəndə müəssisə rəhbərliyi bir həftə icazə verir, onun bacısı rəhmətə gedəndə o öz məzuniyyət hesabına gedib, iki günə də rəhbərlik ona icazə verir”. Ancaq Fəridə xanım hərbi müstəntiqə izahatında 17-18 mart ərizəsinin olmadığını deyib. Rəhbərlik qorxudub, o, da elə izahat verib. Güya heç nədən xəbəri yoxdur. Halbuki, o ərizəni otaqda Pərviz İbrahimova təqdim edəndə istehsalat ustası Şamxal Usubov, tabelçi Fəridə xanım da orada idilər. X7 da müstəntiqə izahatında göstərib ki, güya o, xx.xx.2022-xx.xx.2022-ci il tarixində Rusiyaya icazəsiz gedib. O, bütün ərizələrdə Rusiyaya getdiyi ni göstərmişdir. Xaricə gedəndə iki ərizə yazırlar, biri də məxfi şöbəyə verilir. O, noyabr-dekabrın 20-dək 2021-ci il məzuniyyət ərizəsini də iki ədəd yazmışdır, birini komandirə, birinə məxfi şöbəyə. xx.xx.2022-xx.xx.2022-ci il məzuniyyət ərizəsini də 2 ədəd yazmışdır, birini komandirə, birini də məxfi şöbəyə. Soruşulmalıdır ki, niyə məhz 8 aydan sonra sentyabrda ona qarşı bu cür oyun qurmuşlar. Səbəb birdir Prezidentə ünvanladığı məktuba görə. Təxminən avqust ayının ortalarında Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik idarəsinin əməkdaşı hərbi hissənin baş mühəndisinin otağında onun Rusiya və Gürcüstana getməyi barədə izahat almışdır. Heç bir qanun pozuntusu olmadığı barədə ona şifahi məlumat vermişlər. Yanında telefonla öz rəisləri ilə danışmış və “heç bir boşluq yoxdur” demişdir. Bun dan sonra o, işinə davam etmişdir. Bunu rəhbərlik özü təşkil etmişdir. O, başa düşürdü ki, onu qəsdən yoxlatdırırlar. O, da özünə inanır, mühəndis-texnoloq işləyir, heç bir cəza tədbiri almamışdır, dövlət əmlakını mənimsəməmişdir. Sentyabrın 2-də 2022-ci ildə işdə olarkən təxminən saat 16:30 radələrində onu baş mühəndisin yanına çağırmışlar. Kabinetə daxil olanda - komandirin əl buyruqçusu həmkarlar komitəsinin sədri Gəray Məmmədov, baş mühəndis İslam Qasımov və 5-6 nəfər öyrədilmiş işçilərin orada olduqlarını görmüşdür. Demişlər ki, “yanvarda Rusiyaya, 17-18 martda Gürcüstana qeyri-qanuni getmisən”. O, hər şeyi olduğu kimi danışıb aydınlıq gətirmişdir. Təlimatlandırılmış adamlar öyrədilmiş qaydada “sərhədi qeyri-qanuni keçmisən” demişlər. Daha sonra o, otağı tərk etmişdir. Deməli, onlar a da belə tapşırıq veriblərmiş. Sentyabrın 5-də işdə olarkən kadrlar idarəsinin rəisi İsrail Məmmədov saat 16:30 radələrində onu çağırıb bildirmişdir ki, onun əmri çap olunur, işdən azad olunur, sabah, yəni sentyabrın 6-sı səhər gəlib əmək kitabçasını götürüb gedər. Səbəbini soruşduqda demişdir “bilmir”. Sentyabrın 6-sı səhər işdə olarkən tabelçi Fəridə xanım ona demişdir ki, kadrlar şöbəsinin rəisi İsrail Məmmədov onu çağırır. O, da kadrlar şöbəsinə gedəndə birdən rəhbərliyin bu özbaşınalığına o qədər əsəbiləşmişdir ki, ayılanda görmüşdür ki, müəssisənin həyətində yerləşən işləməyən qaldırıcı kranın qülləsinə qalxmışdır. Bir azdan özünə gəlmiş və 102 xidmətinə zəng edərək kömək istəmişdiri. Daha sonra DİN, FHN və hərbi prokuratura işçiləri gəlmişlər. O, X7un bu qeyri-qanuni hərəkətlərinə görə HDQ-nin komandanının gəlməsini istəmiş, sonradan komandanın müavini Həbib Xəlilov gəlmişdir. xx.xx.2022-ci il tarixli 224 nömrəli əmrlə onun işinə xitam veriblərmişdir. Həbib Xəlilov ona xx.xx.2022-ci il tarixli 226 nömrəli əmri təqdim etmiş və demişdir ki, o, öz işində qalır. Bir müddət sonra FHN-nin əməkdaşlarının köməyi ilə krandan aşağı düşürülmüş, ona ilkin tibbi yardım göstərilmişdir. Sonra iş Bakı Hərbi Prokurorluğuna keçirilmişdir. Ancaq xx.xx.2022-ci il tarixindən onu işə buraxmırlar. xx.xx.2022-ci il əmri ola-ola işə buraxmamışlar. Bakı Hərbi Prokurorluğunda müstəntiq X1 icraatında olan 101c-2N nömrəli istintaq işinə düzgün baxılmamış, birtərəfli qaydada işi aparmış, onun qanunsuz işinə xitam verilməsini tam araşdırmamış, işə bərpa olunmağı haqda heç bir rəy bildirməmiş, N n ömrəli h/h-nin komandiri İlkin Veyisova tutduğu özbaşınalıqlarına heç bir irad bildirməmiş, sanki tapşırıq əsasında işi aparılmışdır. O, ərizələrində Rusiyada və Gürcüstanda olmağı barədə göstərmişdir. Lakin buna baxmayaraq rəhbərlik əllərində fakt olmadığına görə onun xx.xx.2022-xx.xx.2022-ci il ərizəsinin birini yoxa çıxarıblar. Güya o Rusiyaya İcazəsiz getmişdir. Bu haqda o, hərbi müstəntiqə də demişdir. Məzuniyyət ərizəsində Rusiya sözünü çıxardıblar. Ərizədəki imza da onun imzası deyil. Çünki onların sexində bütün ərizələr tabelçi Fəridə xanımın xətti ilə yazılır. İşçilər ağ vərəqə imza atır, ərizələrin mətnini tabelçi Fəridə xanım yazır. Güya o, Rusiyaya icazəsiz getmişdir, buna görə də onu vətən xaini damğası vuraraq dövlət sirrini yaymaqda günahlandıraraq əmək müqaviləsinə xx.xx.20 22-ci il 224 nömrəli əmrlə xitam verdilər. O, qışda oğluna toy edəndə BTB bankdan 12.000 manat kredit götürmüşdür. 61 yaşı var. Onun da işinə 5 aydır qeyri-qanuni xitam veriblər. Yoldaşı da işləmir. Heç bir yerdən gəliri yoxdur. 5 aydır ayda 378 manat krediti borc alıb ödəyir ki, üstünə faiz gəlməsin. xx.xx.2022-ci ildən bu günə qədər ailəsində maddi sıxıntılıq, psixoloji gərginlik, eyni zamanda hər ay banka 378 manat kredit ödəməli olduğu halda, lakin ödəyə bilmədiyi üçün keçirdiyi əsəb gərginliyi, həyat yoldaşının işlmədiyini və onun qəsdən işinə qeyriqanuni xitam verilməsini nəzərə alaraq, ƏM-nin 196-cı və 300-cü maddələrinə uyğun olaraq oda maddi ziyanın – 4.290,4 manat və ƏM-nin 290-cı maddəsinin 3 hissəsinə uyğun olaraq ona dəyən mənəvi ziyanın 3.000 manat ödənilməsi barədə qərar ver ilməsini xahiş etmişdir.

9. Birinci instansiya məhkənməsinin iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Xəyal Feyullayev iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbi əsassız olduğundan iddianın təmin edilməməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Belə ki, İddiaçı ilə Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinin arasında bağlanmış “Dövlət sirri ilə işləməyə buraxılışın rəsmləşdirilməsi haqqında” xx.xx.2016-cı il tarixli Müqavilənin (əmək müqaviləsinə qoşma) 2-ci bəndinin 6cı yarımbəndinə əsasən iddiaçı tərəfindən yoxlama tədbirlərindən yayınmamaq və anketdə bilərəkdən yalan məlumatlar verməmək barədə öhdəlik götürülmüşdür. Həmçinin həmin Müqavilə ilə iddiaçı dövlət sirrinin mühafizəsi ilə əlaqədar üzərinə götürdüyü öhdəliyi bir dəfə də olsa pozacağı halda onunla bağalanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xəbərdar edilmişdir. Buna baxmayaraq İddiaçı həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə əməl etməmişdir. Belə ki, İddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdə şəxsən tərtb edilmiş Kadrların Uçotuna dair Anketin 9 və 12-ci bəndlərində tələb olunan məlumatlar barəsində bilərəkdən təhrifə yol verməsi, eləcə də məlumat vermədən Rusiya Federasiyasına və Gürcüstan Respublikasına səfərlər etməsi barədə Daxili Təhlükəsizlik İdarəsinin xx.xx.2022-ci il tarixli, 7/02179 nömrəli məktubu əsasında araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı məzuniyyət müddətində məlumat vermədən xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyasına səfər etməklə Müdafiə Nazirliynin xx.xx.2014-cü il tar ixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunda daxili təhlükəsizliyin təmin edilməsi haqqında” Təlimatın tələblərini pozmuşdur. Həmçinin iddiaçı hərbi hissə komandirinə ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək Gürcüstan Respublikasına səfər edəcəyini göstərdiyi halda, xx.xx.2022-ci il tarixində həmin ölkəyə səfər edərək 17-xx.xx.2022-ci il tarixlərdə iş yerinə gəlməmişdir. Bundan sonra İddiaçı xx.xx.2022-ci il tarixində ölkəyə qayıtdıqdan sonra “İşçilərin davamiyyətinin uçotu kitabı”nda 17-xx.xx.2022-ci il tarixlərdə işə gəlməsi və getməsi barədə imza etməklə, həmin günlərdə iş yerində olması barədə saxta qeydlər aparmışdır. Bundan əlavə iddiaçı işə qəbul olunarkən anket məlumatında cinayət törətdiyinə görə Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirli bilinib Nərimanov Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə cinayət məsuliyyətinə cəlb olunması barədə, eləcə də əvvəllər dəfələrlə Gürcüstan Respublikasında olması bağlı heç bir qeydiyyat aparmayaraq Müdafiə Nazirinin 24 nömrəli, xx.xx.2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunda dövlət qulluqçuları və mülki işçilərin idarə edilməsi və uçotu barədə” Təlimatın tələblərini pozmuşdur. Bununla da iddiaçı əmək fəaliyyəti zamanı intizam məsuliyyətinə səbəb olan və işə götürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinə əsaslar yaradan əmək vəzifələrini kobud şəkildə pozduğuna görə xx.xx.2022-ci il tarixli, 224 nömrəli əmrə əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı həmin əmrlə tanış edildikdən sonra xx.xx.2022-ci il tarixində hərbi hissənin ərazisində X12 Donanmasına məxsus qaldırıcı kranın qülləsinə qalxaraq işdən çıxarıldığı üçün intihara cəhd etmişdir. İddaçının intihar etməsinin qarşısını almaq üçün onun əvvəlki işinə bərpa edilməsi haqqında formal olaraq əmr hazırlanmış və həmin əmrə hərbi hissənin əsas möhürü deyil, arayış və sənədlər üçün nəzərdə tutulmuş möhür vurulmuşdur. Bundan əlavə olaraq qeyd olunmalıdır ki, hazırkı iddia tələbi iddia müddətinin ötürülməsi ilə verilmiş və mübahisəyə iddia müddətinin tətbiq edilməklə iddianın təmin edilməməsinə dair Ərizə tərəflərindən məhkəməyə təqdim edilmişdir. Belə ki, qeyd olunanlara əsasən, iddia tələbi iddiaya cavab verməli olmalı olan subyektə (X6) qarşı verilməklə, eləcə də qanuni və əsaslı olmamaqla yanaşı həmin iddia tələb i bu tələblər üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulan iddia müddəti ötürülməklə məhkəmə verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin müvafiq müraciəti əsasında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin 294 və 296-cı maddələrinin şərh edilməsinə dair 30 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Əmək Məcəlləsinin 296-cı maddəsində əmək münasibətlərinin həm məhkəməyə qədər, həm də məhkəmə qaydasında həlli zamanı tətbiq olunan iddia müddətləri nəzərdə tutulmuşdur. Daha sonra Konstitusiya Məhkəməsi sözügedən qərarında əmək münasibətlərinin həlli zamanı tətbiq olunan iddia müddəti ilə əlaqədar müraciətdə qaldırılan məsələlərə aydınlıq gəti rilməsi məqsədi ilə Azərbaycan Respublikasını Mülki Məcəlləsinin 375-ci maddəsinə, eləcə də Konstitusiya Məhkəməsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 2013-cü il 3 iyun tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə əsaslanaraq qeyd etmişdir ki, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Sözügedən Konstitusiya Məhkəməsinin qərarında da göstərilmişdir ki, “Əmək Məcəlləsini 296-cı maddəsində əmək müba hisələrinin həm məhkəməyə qədər, həm də məhkəmə qaydasında həlli zamanı tətbiq olunan iddia müddətləri nəzərdə tutulmşdur”. Həmçinin qeyd olunan Qərarda göstərilmişdir ki, “fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə baxan orqan iddia müddətinin ötürüldüyünü müəyyən etdikdə, müvafiq sübutların təqdim olunmasını işçiyə təklif edə bilər.” Göründüyü kimi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi əmək hüquq münasibətlərindən irəli gələn mübahisəyə baxılarkən də iddia müddətinin tətbiqinin iddia müddətinin tətbiqinə dair ərizənin verilməsi ilə şərtləndirmiş və belə bir ərizənin verilməsinin işçinin şəxsi təşəbbüsündən irəli gəlməli olduğunu göstərmişdir. Hazırkı iş üzrə Azərbaycan Respu blikasını Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulan müddəti ötürdüyündən mübahisəyə iddia müddəti tətbiq edilməklə iddianın rədd olunmasına dair qətnamə qəbul edilməlidir. Belə ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli, 224 saylı əmrlə xitam verilməsinə baxmayaraq o, yuxarıda göstərilən iddia ilə ilk xx.xx.2023-ci ildə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2022-ci ildə onun barəsində olan xx.xx.2022-ci il tarixli, 224 nömrəli əmri, eləcə də əmək kitabçasının əslini almaqdan imtina etməklə yanaşı, sözügedən əmri və əmək kitabçasının əslinin poçt vasitəsi ilə onun ünvanında göndərilməsinə də razı olmamışdır ki, bu xüsusatları əks etdirən xx.xx.2022-ci il tarixli aktın surəti hazırkı ərizəyə əlavə edilmişdir. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə razılaşmadığından, barəsində olan əmri və əmək kitabçasını almaqdan imtina etdikdən sonra elə həmin gün intihara cəhd etmişdir. Bu halı təsdiq edən 04 noyabr 2022-ci il tarixli qərarın surəti də hazırkı ərizəyə əlavə olunmuşdur.

10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-454/2023 nömrəli, 11 may 2022ci il tarixli qətnaməsi ilə (hakim Rəna Qafarova) iddianın qismən təmin edilməsi, əmrin ləğv edilməsi, İddiaçı N nömrəli hərbi hissədə N nömrəli istehsalat sexinin 11-ci dərəcəli mühəndis-texnoloqu vəzifəsinə bərpa olunması, xx.xx.2022-ci il tarixdən işə bərpa edilən günədək İddiaçı N nömrəli hərbi hissə tərəfindən məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi müba hisələndirilən əmrin əsaslandırılmasına qiymət verməzdən əvvəl onun tərtib edilməsi zamanı yol verilmiş pozuntuları diqqətə çatdıraraq hesab etmişdir ki, əmr Əmək Məcəlləsinin 76 və 84-cü maddələrinin tələbləri pozulmaqla verilmişdir. Belə ki, əmrdə faktiki olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitamı üçün 2 əsas yəni, həm işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini özündə ehtiva edən ƏM-in 70-ci maddəsinin “ç” bəndi, həm də qəsdən istehsal, kommersiya və ya dövlət sirrini yayması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsini ehtiva edən 72-ci maddəsinin “d” bəndi ayrı-ayrılıqda göstərilmişdir. ƏM-nin 70-ci maddəsinin “ç” bəndi özündə iki əsası ehtiva edir: 1. işçinin özünün əmək funksiyasını və ya əm ək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi; 2. yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması. Başqa sözlə, qanunverici bu iki normanın birlikdə tətbiq edilməsini nəzərdə tutmamışdır. Cavabdeh bu iki əsasdan birinə istinad edə bilərdi. Belə ki, əgər işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini təsdiq edən hallar mövcuddursa, belə olan halda Məcəllənin 70-ci maddəsinin “ç” bəndi müstəqil qaydada tətəbiq edilə bilərdi və 72-ci maddəsində sadalanan hallardan biri olan “d” bəndini tətbiq etməyə ehtiyac yox idi. Yox əgər sonuncu normada göstərilən kobud pozuntu faktı mövcuddursa, belə olan halda isə həmin normanı müstəqil qaydada deyil, 70-ci maddənin “ç” bəndinin tərkib hissəsi kimi qeyd etmək lazım idi. Hər iki normada göstərilən əsaslar mövcud olduqda belə, qanunvericiliyin tələbinə əsasən, işçi ilə müqavilənin xitamı barədə əmrdə yalnız bir əsas göstərilməlidir.

12. Bundan başqa, əmrdə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməli olduğu halda, əmrin verilməsi əsası kimi heç bir sənəd göstərilməyərək, əsas kimi yalnız Əmək Məcəlləsinin 70 və 72-ci maddələri qeyd edilmişdir ki, bu hal da məhkəmə tərəfindən əmrin tərtibatı zamanı yol verilmiş nöqsan kimi qiymətləndirilmişdir.

13. Cavabdeh tərəfindən iddiaçı barəsində əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən intizam tənbehi verilməsi üçün bir aylıq müddət buraxılmışdır. Bununla bağlı, iş materiallarında olan iddiaçının əmri və ə mək kitabçasını almaqdan imtina etməsinə və bununla bağlı aktı imzalamasına dair xx.xx.2022-ci il tarixli akt tərtib olunsa da, onun intizam tənbehi ilə izahat verməkdən imtina etməsinə dair akt məhkəməyə təqdim edilməmişdir. Bu isə intizam tənbehi verilməmişdən əvvəl işəgötürənin iddiaçıdan yazılı izahatının alınmamasını təsdiq edir.

14. Cavabdeh iddiaçının Rusiya Federasiyasına və Gürcüstan Respublikasına dövlət sərhədini icazəsiz keçməsi ilə yanaşı, Əmək Müqaviləsində əlavə olaraq öz imzası ilə təsdiq etdiyi “Dövlət sirri haqqında 83 nömrəli Təlimatın 113-cü bəndinə aid müqavilənin də şərtlərini pozması barədə Daxili Təhlükəsizlik İdarəsinin məktubu daxil olduqdan sonra məlumatlı olduqlarını bildirsə də, məhkəmə iddiaya etirazın bu dəlilinə tənqidi yanaşaraq cavabdeh tərəfin iddiaçını n göstərilən tarixlərdə sözügedən dövlətlərə getməsi barədə məlumatlı olmamalarına dair dəlillərini inandırıcı hesab etməmiş, həmçinin məhkəmə əmək müqaviləsinə qoşma olan “Dövlət sirri ilə işləməyə buraxılışın rəsmiləşdirilməsi barədə müqavilə”nin iddiaçının üzərinə götürdüyü öhdəliklər arasında anketə bilərəkdən yalan məlumatlar verməsi və tərcümeyi halla bağlı dəyişiklikləri barədə məlumat verilməməsi haqqında qeyd etmişdir ki, iddiaçı tərcümeyi halını, anket məlumatlarını xx.xx.2016-cı ildə yazarkən, onun məhkumluğunun olub-olmamasına dair məlumatların düzgünlüyünü yoxlamaq işə qəbul zamanı araşdırılan hallara aiddir.

15. Məhkəmə qeyd etmişdir ki, iddiaçı bacısının ölümü ilə bağlı Gürcüstan Respublikasına getməsi üçün xx.xx.2002-xx.xx.2022-ci il tarixində növbəti məzuniyyət götürmüşdür. Cavabdeh iddiaçının 17 və 18 mart 2022-ci il tarixlərdə işə çıxmayaraq məlumat vermədən Gürcüstan Respublikasına getməsini göstərsə də, onun həmin tarixlərdə iş yerində olmaması aşkar hal idi və onun sonradan “İşçilərin işə davamiyyətinin uçotu kitabı”nda imza etdiyini və buna da kitaba məsul şəxs olan sexin tabelçisi Fəridə Abdullayevanın razılığı ilə həmin günlərdə onun iş yerində olması kimi qeydlər aparıbaparmamasından asılı olmayaraq cavabdehin iddiaçının sözügedən tarixlərdə iş yerində olmaması barədə məlumatının olmaması qətiyyən inandırıcı deyildir. İddiaçı 17 və 18 mart 2022-ci il tarixlərində işə çıxmayaraq onun “İşçilərin işə davamiyyətinin uçotu kitabı”nda iş yerində olması kimi qeydlər aparmasına icazə verən sexin tabelçisi Fəridə Abdullayevanın bu pozuntu ilə əlaqədar izaha tının alınmasına və ya inzibati tənbehə məruz qalmasına dair cavabdeh tərəfindən məhkəməyə heç bir sənəd-sübut da təqdim edilməmişdir.

16. Məhkəmə hesab etmişdir ki, N nömrəli hərbi hissə ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında N saylı, N sentyabr 2022-ci il tarixli əmrin verilməsinə əsas kimi göstərilmiş halların mövcudluğu məhkəmə baxışı zamanı kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapmamışdır.

17. Məhkəmə hesab etmişdir ki, iddiaçı mübahisələndirilən əmrin qanunsuz olaraq verilməsi nəticəsində pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

18. Məhkəmə cavabdeh tərəfin iddiaçının məhkəməyə müraciət üçün iddia müddətinin buraxılmasına dair ərizəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri saymışdır. Cavabdeh tərəfi iddia müddətin in tətbiqinə dair ərizəsinin əsası kimi iddiaçının xx.xx.2022-ci ildə onun barəsində əmrin verilməsini bildiyi halda xx.xx.2023-ci ildə məhkəməyə müraciət etməsinə istinad etmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının prokurorluqda verdiyi izahatından məlum olmuşdur ki, o, əmrin mövcudluğundan xx.xx.2022-ci il tarixdə məlumatlı olmuş, xx.xx.2022-ci il tarixdə işdən çıxarılmasına etiraz olaraq həmin gün intihara cəhd etmiş, N nömrəli hərbi hissə komandirinin N sentyabr 2022-ci il tarixli, 224 saylı əmrinin səhv yazıldığı üçün qüvvədən düşməsi, eləcə də onun hərbi hissənin N nömrəli istehsalat sexinin 11-ci dərəcəli mühəndis-texnoloqu vəzifəsində iş yerində saxlanılması barədə 06 sentyabr 2022-ci il tarixli, 226 nömrəli əmrdən çıxarışı ona təqdim edilməklə intiharın qarşısı alınmışdır. Pror kurorluq tərəfindən aparılan araşdışma zamanı İddiaçı əvvəlki işinə bərpa olunması ilə bağlı heç bir hüquqi qüvvəsi olmayan formal əmrdən çıxarış hazırlanaraq əmrdən çıxarışda olan imzanın qarşısına arayış və zərflər üçün möhürü vurulması müəyyən edilmişdir.

19. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən iddia müddətinin buraxılması halına yol verilmədiyindən hazırki mübahisəyə iddia müddəti tətbiq edilə bilməz. Həmçinin məhkəmə, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə qiymət verməkdə davam edərək qeyd etməyi zəruri saymışdır ki, bu ərizəsi ilə cavabdeh iddianın əsaslı olmasını bir növ etiraf etmişdir.

20. Məhkəmə hesab etmişdir ki, iddiaçı barəsində olan N nömrəli hərbi hissə komandirinin N saylı, N sentyabr 2022-ci il tarixli əmri əmək qanunvericiliyinin tələbləri baxım ından qanuni olmadığı üçün ləğv edilməli, iddiaçı N nömrəli istehsalat sexinin 11-ci dərəcəli mühəndis-texnoloqu vəzifəsinə bərpa olunmalı, xx.xx.2022-ci il tarixdən işə bərpa edilən günədək ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir.

21. Lakin məhkəmə iddianın 9.600 (doqquz min altı yüz manat) məbləğində maddi ziyan ödənilməsi hissəsinin təmin edilməsini mümkün saymamışdır. Belə ki, iddiaçı cavabdeh tərəfindən ona göstərilən miqdarda maddi ziyan vurulmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.

22. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçının tələbləri üzrə cavabdehliyi Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi daşıyır. Araşdırma zamanı Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin rəisi X2 hazırki iş üzrə fiziki şəxs olaraq cavabdehlik daşımalı olması müəyyə n edilməmişdir.

23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1, 71.2, 71.3, 74.2, 76, 83.1, 83.2, 186.1, 186.2, 186.3, 187.1, 287, 288, 292, 300-cü və Mülki Prosessual Məcəllənın 14.2, 77.1, 88-ci və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat:

24. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın əsl cavabdehə qarşı verilmədiyinə, eləcə də əsassız olduğuna görə iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmr verilərkən Əmək Məcəlləsinin 76-cı maddəsinin tələb ləri pozulmamışdır. Belə ki, İddiaçıla bağlanmış əmək müqaviləsinə ƏM-in 70-ci maddəsinin ç) bəndinə əsasən, yəni bir əsasla xitam verilmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, istinad olunan 76-cı maddə yalnız həmin müddəada göstərilən maddələrlə eyni vaxta iki və daha çox əsasla xitam verilməsini istisna edir. Bundan başqa, hətta əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən məhkəmənin lokal təvsir etdiyi kimi iki əsasla xitam verilsə də bu hal işçi barəsində olan əmrin ləğv edilməsi və onun əvvəlki vəzifəsinə bərpa edilməsi üçün əsas ola bilməz. ƏM-in 300-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə bu maddədə təsbit olunmuş maddələrin tələblərinə əhəmiyyət verilmədən işçi ilə əmək müqaviləsinə xitam verilmişdirsə, bu birmənalı olaraq əmrin ləğvi üçün əsas s ayıla bilməz. Sözügedən maddədə təsbit olunmuşdur ki, bu halda məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq qətnamə qəbul etməlidir.

26. İddiaçıla bağlanmış müqaviləyə bir əsasla, yəni ƏM-in 70-ci maddəsinin ç) bəndi ilə xitam verilmişdir. Sözügedən maddənin dispozisiyasında ehtiva edən hallar müstəqil əsaslar deyildir. İşin mübahisəsiz halıdır ki, İddiaçı barəsində verilmiş əmrdə göstərilən hallara yol verildiyi məhkəmə iclasında təhqiq olunan sübutlarla öz təsdiqini tapmışdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi ƏM-in 187-ci maddəsinin 2-ci hissəsini də mübahisəyə tətbiq edərkən səhvə yol vermişdir. Belə ki, sözügedən maddənin tələbinə görə əmək və icra intizamının pozulduğuna görə tənbeh onun törətdiyi gündən deyil, pozuntunun aşkar edildiyi gündən tətbiq edilə bilər. Hazırkı işin mübahisəsiz halıdır ki, İddiaçı əmək və icra intizamında yol verdiyi xəta Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsi tərəfindən 2022-ci ilin avqust ayında aşkar olunmuş və bununla əlaqədar sözügedən İdarənin xx.xx.2022-ci il tarixli, 7/02179 nömrəli məktubu əsasında müvafiq araşdırma aparılmışdır. Göründüyü kimi işə baxan məhkəmə hazırkı mübahisəyə maddi hüququn tətbiqində və təsvirində kobud səhvə yol vermişdir ki, bu da iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Bununla yanaşı, MPM-in 49-cu maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, sözügedən Məcəllənin 49.1-ci maddəsinin tələbinə görə öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. İddiaçı X4 qarşı yuxarıda sözügedən iddia ilə məhkəməyə müraciət etmiş, məhkəmə isə əsl olmayan tərəfi əvəzləyərək Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsini işə cavabdeh qismində cəlb etmişdir. N saylı hərbi hissə hüquqi şəxs deyildir. Məhkəmə əsl cavabdeh olaraq işə Azərbaycan Respublikasının Müdafiə Nazirliyini cəlb etməli olduğu halda səhvən hüquqi şəxs olmayan, Əsasnamə əsasında fəaliyyət göstərən, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N nömrəli komandanlığının N saylı hərbi hissəni cavabdeh qismində işə cəlb etmişdir. Hazırkı iş üzrə mediasiya prosesinin də tətbiqində səhvə yol verilmişdir. Göründüyü kimi işə baxan məhkəmə müvafiq vəsatətə əhəmiyyət verməyərək işə əsl olmayan cavabdehin iştirakı ilə baxmış, bu zaman əsl cavabdehə qarşı iddiaçının mediasiya prosesini keçmədiyini belə nəzərə almamışdır.

27. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4480/23 nömrəli, 17 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Elşən Kazımov (sədrlik edən və məruzəçi), Vüsalə Baxışova və Aida Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim edilən sənədlərdə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini və ya 72-ci maddəsinin “d” bəndini (qəsdən istehsal, kommersiya və ya dövlət sirri yayması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi) pozması açıq-aşkar təsdiq olunmur. Belə ki, 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır. Hazırki iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının 70-ci maddəsinin “ç” bəndinin və 72-ci maddəsinin “d” bəndinin tələblərini pozması əsası ilə ləğv etmişdir. Düzdü, cavabdeh hesab edir ki, əmr verilərkən 76-cı maddənin tələbləri pozulmamış, əmək müqaviləsinə 70-ci maddəsinin “ç” bəndinə əsasən, yəni bir əsasla xitam verilmişdir. Çünki 76-cı maddə yalnız həmin müddəada göstərilən maddələrlə eyni vaxta iki və daha çox əsasla xitam verilməsini istisna edir. Lakin bir maddədə və onun istinad etdiyi blanket xarakterli normada əmək müqaviləsinin ləğv edilməsinin bir neçə əsası nəzərdə tutula bilər. Hansı iki, qeyd olunduğu kimi 70-ci maddə də buna aiddir. Ancaq iddiaçının əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə əsas olan halın və 72-ci maddəsinin “d” bəndini (qəsdən istehsal, kommersiya və ya dövlət sirri yayması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi) pozmasının həqiqi olması özü ziddiyyətlidir və həqiqətən baş verdiyi təsdiq olunmur. Belə ki, cavabdehin i ddiaçı ilə əmək müqaviləsini ləğv etməsinə səbəb kimi 2 halın, yəni iddiaçının məzuniyyət dövründə 06-17 yanvar 2022-ci il tarixdə Rusiya Federasiyasına getməsi və 16-22 mart 2022-ci il tarixlərində Gürcüstan Respublikasına dövlət sərhədini icazəsiz keçməsi ilə bağlıdır. Çünki, cavabdeh hesab edir ki, iddiaçı “Dövlət sirri ilə işləməyə buraxılışın rəsmiləşdirilməsi haqqında” xx.xx.2016-cı il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə əməl etməmiş, məzuniyyət müddətində məlumat vermədən Rusiya Federasiyasına səfər etməklə Müdafiə Nazirliyinin xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunda daxili təhlükəsizliyin təmin edilməsi haqqında” Təlimatın tələblərini pozmuşdur. Bununla yanaşı, cavabdeh qurum iddiaçının göstərdiyi öhdəliklərini pozması nəticəsində qə sdən dövlət sirrini yayması yaxud bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Çünki, iddiaçının məzuniyyət müddətində icazəli yaxud icazəsiz xarici ölkəyə getməsi nəzəri cəhətdən mümkündür və iddiaçı da, qeyd olunan ölkələrə getməsini istisna etmir. Hətta cavabdehə məlum idi ki, iddiaçı bacısının ölümü ilə əlaqədar məzuniyyət dövründə onsuzda 2022-ci ilin fevral ayında Gürcüstan Respublikasında olmuşdur. Demək ki, iddiaçı qeyd olunan əsasla əmək müqaviləsini ləğv etmək üçün onun məzuniyyət müddətində icazəsiz xarici ölkəyə getməsi deyil, üzərinə götürdüyü yuxarıda qeyd olunan öhdəlikləri pozması əsas olmalı idi ki, cavabdeh tərəf də belə bir əsas olması barədə məhkəməyə sübut təqdim etməmişdir.

29. Məhkəmə kollegiya sı həmçinin qeyd etmişdir ki, cavabdeh “İşçilərin davamiyyətinin uçotu kitabı”nda 17-xx.xx.2022-ci il tarixlərdə işə gəlməsi və getməsi barədə imza etməklə, həmin günlərdə iş yerində olması barədə saxta qeydlər apardığı, Müdafiə Nazirinin 24 nömrəli, xx.xx.2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunda dövlət qulluqçuları və mülki işçilərin idarə edilməsi və uçotu barədə” Təlimatın tələblərini pozması kimi hallara istinad etməsi də iddianın əsaslı olmasını istisna etmirdi. Çünki, o halların həqiq olması belə qeyd olunan əsasla əmək müqaviləsini ləğv etməyə cavabdehə əsas vermirdi. Ən azından ona görə ki, cavabdeh tərəfindən iddiaçının əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə dair heç bir digər fakt təqdim edilməmişdir. Cavabdeh tər əf, iddiaçının 06-17 yanvar 2022-ci il tarixdə Rusiya Federasiyasına və 16-22 mart 2022-ci il tarixlərində Gürcüstan Respublikasına dövlət sərhədini icazəsiz keçməsi ilə yanaşı, əmək müqaviləsində əlavə olaraq öz imzası ilə təsdiq etdiyi “Dövlət sirri haqqında 83 nömrəli təlimatın 113-cü bəndinə aid müqavilənin də şərtlərini pozması barədə Daxili Təhlükəsizlik İdarəsinin 7/02179 nömrəli 30 avqust 2022-ci il tarixli məktubu daxil olduqdan sonra məlumatlı olduqlarını bildirsə də, apellyasiya instansiyası məhkəməsi də iddiaçının göstərilən tarixlərdə sözügedən dövlətlərə getməsi barədə məlumatlı olmamalarına dair cavabdehin dəlillərini inandırıcı və ağlabatan hesab etmir. Çünki, cavabdeh qurumun bu hallar barədə məlumatlı olmalarına dair işdə kifayət qədər sübutlar mövcuddur. Birdəki qeyd olu nan hallardan yalnız 30 avqust 2022-ci ildə məlumatlı olmasını sübut etmək yükü cavabdehin üzərinə düşür, cavabdeh isə bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.

30. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə görə intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. 187-ci maddənin 3-cü hissəsində isə intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. İddiaçının “İşçilərin davamiyyətinin uçotu kitabı”nda 17-xx.xx.2022-ci il tarixlərdə işə gəlməsi və getməsi barədə imza etməklə, həmin günlərdə iş yerində olması barədə qeydlər aparmasına cavabdeh qurumun səlahiyyətli əməkdaşının şərait yaratmasına və buna icazə verməsinə görə ən azından həmin tarixdən ona bəlli idi. Demək, iddiaçının Gürcüstan Respublikasına 17-18 mart 2022-ci il tarixlərdə getməsi ilə əlaqədar iş yerində olmamasına görə əmək və ya icra intizamını pozulduğunu aşkar edildiyi gündən bir ay keçənədək, yəni 2022-ci ilin aprel ayının sonunadək iddiaçıya intizam tənbehi verilməli idi. Ancaq cavabdeh Əmək Məcəlləsinin bu imperativ tələbini pozmuşdur. İddiaçının məzuniyyət müddətində icazəsiz Rusiya Federasiyasına getməsi ilə əlaqədar Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü bəndində göstərilən müddət də keçmişdir. Çünki, həmin maddədə intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam xətası verilə bilməz müddəası nəzərdə tutulmuşdur. Yəni, qeyd olunan norma əmək və ya icra intizamının pozulmasının aşkar edilmədiyi hallara aiddir ki, bu da aşkar edilməyən intizam xətaların törədilməsindən altı ay keçdikdən sonra işçiyə intizam tənbehinin verilməməsini nəzərdə tutur.

31. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, hərbi hissə hüquqi şəxs olmasa belə yenə də iddiaya cavab verməli olan şəxsdir. Çünki, MPM-in 50.4-cü maddəsinə əsasən qanunla nəzərdə tutulan hallarda hüquqi şəxs olmayan təşkilatlar da tərəf ola bilərlər. İddiaçı ilə əmək müqaviləsini bağlayan da, əmək müqaviləsini ləğv edən də cavabdeh hərbi hissə olduğu halda, hazırki iddia üzrə Müdafiə Nazirliyi iddiaya cavab verməli olan əsl cavabdeh hesab edilə bilməz. Birdəki, Müdafiə Nazirliyi cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Cavabdehin nümayəndəsi bunu bilirdi və birinci ins tansiya məhkəməsində belə bir vəsatət irəli sürməmişdir. Hazırda şikayətində bunu göstərməsi isə hüquqdan sui-istifadə kimi qiymətləndirilir.

32. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1, 70, 71.2, 71.3, 74.2, 76, 83.1, 83.2, 186.1, 186.2, 186.3, 187, 189, 190, 287, 288, 292, 300-cü və Mülki Prosessual Məcəllənın 14.2, 77.1, 88, 217.4 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

33. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsi (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə yeni qərar qəbu l olunmasını xahiş etmişdir.

34. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi gəldiyi nəticənin xüsusatları ilə bağlı maddi hüququn tətbiqində və təsvirində səhvə tol vermiş və bununla da iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 76-cı maddəsində nəzərdə tutulmuşdur ki, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70,73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitamverilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam veri lə bilməz. Hətta əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən məhkəmənin lokal təvsir etdiyi kimi iki əsasla xitam verilsə də bu hal işçi barəsində olan əmrin ləğv edilməsi və onun əvvəlki vəzifəsinə bərpa edilməsi üçün əsas ola bilməz. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 300cümaddəsinin 1-ci hissəsinin tələbinə görə bu maddədə təsbit olunmuş maddələrin tələblərinə əhəmiyyət verilmədən işçi ilə əmək müqaviləsinə xitam verilmişdirsə, bu birmənalı olaraq əmrin ləğvi üçün əsas sayıla bilməz. Qeyd edilməlidir ki, sözügedən maddədə təsbit olunmuşdur ki, bu halda məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq qətnamə qəbul etməlidir. Məhkəmə işə əsl olmayan cavabdehin iştirakı ilə baxmış, bu zaman əsl cavabdehə qarşı iddiaç ının mediasiya prosesini keçmədiyini belə nəzərə almamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi.

35. Maddə 2 (3-cü hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması və digər prinsiplərə əsaslanır.

36. Maddə 3 (9-cu hissə). Əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur.

37. Maddə 12 (“c” bəndi). Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biri əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaqdır.

38. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə mü əyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

39. Maddə 68 (2-ci hissə). Tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan hallar və tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarıdır.

40. Maddə 70 (“ç” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

41. Maddə 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsini n “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

42. Maddə 71 (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

43. Maddə

72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kob ud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

44. Maddə 76 (1-ci hissə). İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

45. Maddə 76 (2-ci hissə). Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləs inin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

46. Maddə 80 (1-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

47. Maddə 80 (2-ci hissə). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsas landırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

48. Maddə 83 (1-ci hissə). Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası

1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

49. Madddə 83 (2-ci hissə). Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəss isənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

50. Maddə 186 (1-ci hissə). İşçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

51. Maddə 186 (2-ci hissənin “ç” bəndi). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müq aviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edə bilər.

52. Maddə 186 (3-cü hissə). İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır.

53. Maddə 187 (1-ci hissə). İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

54. Maddə 187 (2-ci hissə). İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həm in müddətə daxil edilmir.

55. Maddə 187 (3-cü hissə). İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.

56. Maddə187 (4-cü hissə). İdarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlu mata aidiyyəti olmadığını əsaslandırmalıdır.

57. Maddə 189 (3-cü hissə). İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır.

58. Maddə 190 (3-cü hissə). İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər.

59. Maddə 287 Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin h üquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.

60. Maddə 288 (“a” bəndi). Bu Məcəllə ilə əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır.

61. Maddə 290 (1-ci hissə). Fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar.

62. Maddə 292 (1-ci hissə). İşçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müra ciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.

63. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərəri n məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

64. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

65. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

66. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

67. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

68. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

69. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

70. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

71. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş süb utlarla əsaslandırır.

72. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

73. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

74. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yox lanılmalıdır.

75. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

76. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

77. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

78. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəmsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

79. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxı mdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

80. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müv afiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

81. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.

82. Bununla bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azə rbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Bu baxımdan şəxsin işə qəbul edilməsi zamanı həyata keçirilmiş sənədləşmənin nəticələrindən irəli gələn anlaşılmazlıq və ziddiyyətlər işçinin xeyrinə həll olunmalıdır.

83. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nət icə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

84. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. 85. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

86. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı q ətnamə qəbul etmişdir.

87. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

88. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4480/2023 nömrəli, 17 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar