Məhkəmə qərarları › İş №2(102)-3909/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3909/2024

19.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3909/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: payın naturada ayrılması 19.12.2024 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlu oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-895/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Şəki şəhəri, X6 prospekti, 703 sa ylı ünvanda yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 178,1 kv.m olan fərdi yaşayış evinin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə isə Cavabdeh mülkiyyət hüququ 28 dekabr 2021-ci il tarixli Çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı (bundan sonra- iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən paylı mülkiyyətdə olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 ha torpaq sahəsindən ona məxsus 1/2 hissə payın naturada ayrılaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin 1/2 hissəsi onun, 1/2 hissəsi isə qardaşı Cavabdeh paylı mülkiyyətindədir. Həmin fərdi yaşayış evinə mülkiyyət hüquqları 28 dekabr 2021-ci il tarixdə qeydiyyata alınaraq onlara ********** qeydiyyat nömrəli çıxarış və **********6210301 reyestr nömrəli texniki pasport verilmişdir. Həmin fərdi yaşayış evinin və torpaq sahəsinin 1/2 hissəsi onun mülkiyyətində olduğundan və evin hansı hissəsinin onun mülkiyyətinə düşdüyü müəyyən edilmədiyindən fərdi yaşayış evini təmir etdirə bilmir. Paylı mülkiyyətçilər arasında müəyyən problemlər yaranır.

4. Məhkəmə Ekspertiza Mərkəzinin 21 noyabr 2023-cü il tarixli, 10/4587 nömrəli ekspert rəyinə əsasən, Şəki şəhəri, X6 prospekti, 703 saylı ünvanda yerləşən mübahisə predmeti olan fərdi yaşayış evindən və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsindən iddiaçıya aid 1/2 hissə p ayın naturada ayrılmasının İnşaat Norma və Qaydaları 2.08.01.89”un 1.1, 2.2, 2.4. bəndlərində və Məhkəmə Tikinti-X1 Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün deyil. Lakin mübahisə predmeti olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin tərəflər arasındakı faktiki bölgüsünün 1/2 hissə paydan kənara çıxmaqla İnşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4.bəndlərində və Məhkəmə Tikinti-X1 Metodlarında göstərilənlərə uyğun olduğu müəyyən olunmuşdur.

5. Şəki Rayon Məhkəməsinin e-2(075)-41/2024 nömrəli, 6 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim E.Vəliyev) iddia tələbi təmin edilməmişdir.

6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər h ansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə (indiki halda bu baş vermişdir), mülkiyyətçi əmlak bölgüsündə israr edə bilməz.

7. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi mümkün olmadıqda onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi və ya öz payının ayrılmasını və yaxud öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə (indiki halda bu baş vermişdir), mül kiyyətçi əmlak bölgüsündə israr edə bilməz.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 152.1, 152.5, 157.4, 213.1, 213.2, 213.3, 213.5, 215.1, 215.2, 220.1, 220.2, 220.3, 223.2, 223.4-cü maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 101.3, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdehin torpaqları özlərində olduğu üçün torpaq və evin bölgüsü mümkündür. Məhkəmə işə həmin mübahisəli ev və torpağa baxış keçirmədən qanunsuz və əsassız qətnamə qəbul etməklə, iddiaçının hüququnu pozmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4587 saylı ekspert rəyi tamamilə ziddiyyətlidir. Ekspertin rəyinə görə evə dair bölgü mümkün deyil, həyətyanı torpaq sahəsi üzrə isə mümkündür. Ekspertin rəyi ziddiyyətli və mübahisəli olduğuna görə, habelə məhkəmə həyətə baxış keçirmədiyinə görə xx.xx.2024cü il tarixli məhkəmə qətnaməsi ləğv edilməklə yanaşı, təkrar ekspertiza keçirilməsi lazımdır. Belə olan halda, təkrar ekspertiza keçirilməklə, işin həllinə düzgün nail olmaq olar. Həm iddiaçının, həm cavabdehin həyətinə giriş üçün yol və darvaza mövcuddur. Fərdi yaşayış evinin 1/2 hissəsinə cavabdeh, 1/2 hissəsinə isə iddiaçı sahiblik edir. Torpaq sahəsinə gəlincə isə hər iki tərəf payına düşən torpaq sahəsindən maneəsiz istifadə edir.

11. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-895/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və MəlikovVəzirxan İsgəndər oğlu) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində ekspert rəyinin zidiyyətli, mübahisəli olduğunu bildirsə də, bu dəlilləri təsdiq edən mötəbər sübutları məhkəmələrə təqdim etməmişdir. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

13. İddia çı kassasiya şikayəti verərək (vəkil X2), iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

17. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

18. Maddə 157.4. Əgər mülkiyyətçi qəsd və ya başqa m aneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətilər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

19. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

20. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

21. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

22. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətç isi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üç ün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Maddə 416.2.Apellya siya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

31. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhk əmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

34. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

35. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

36. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, ekspertin rəyinə görə mübahisəli evdən və evin yerləşdiyi 0,06 ha torpaq sahəsindən iddiaçının payına düşən 1/2 hissəsinin naturada ayrılması mümkün deyil və işdə, həmin rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal yoxdur. İddiaçı tələbinin əsası kimi istinad e tdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, MPM-in Maddə 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Digər tərəfdən, yuxarıda sadalanan normaların mənasına görə, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi mümkün olmadıqda onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi və ya öz payının ayrılmasını və yaxud öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə (indiki halda bu baş vermişdir), mülkiyyət çi əmlak bölgüsündə israr edə bilməz.

38. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlillərin təkrar araşdıralmasına lüzum yoxdur. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 iyul 2024-cü il tarixli, 2(107)-895/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar