Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-391/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili İsayev Emin Ağaməmməd oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)4786/2019 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-301/2018 saylı, xx xxxxx 2018ci il tarixli qətnaməsi ilə (hakim F.Abdiyev) ilk iddia rədd edilmiş, ilk iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmiş, qarşılıqlı iddia təmin edilərək Cavabdeh1 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 144 saylı evin 13 saylı mənzilin ½ hissəsində payı müəyyən edilməklə mülkiyyət hüququnun tanınması, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsiqətedilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2018-cı il tarixli, 2(103)-7680/18 saylı qətnaməsi ilə (hakimlər: X.Cəmilova, A.Hüseynov və İ.Xəlilov) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-301/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qətnaməsi «qarşılıqlı iddianın təmin edilmiş» hissəsində dəy işdirilərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti, 144 saylı evin, 13 saylı mənzilinin 1/3 hissəsinə Cavabdeh1 payı müəyyən edilməklə mülkiyyət hüququnun tanınması, qətnaməninqalan hissədə dəyişdirilmədən saxlanılması, ilkiddiaüzrə İddiaçı tərəfindən ödənilmiş 15 manat dövlət rüsumununona aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ə.A.Mirzəliyev, T.A.Qoldman və G.A.Quliyev) 2(102)-31/19 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə, İddiaçı kassasiya şikayəti tam, Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(103)4786/19 saylı qətnaməsi ilə (hakimlər: E.C.Kazımov, T.S.Səmədov və İ.S.Şirinov) ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-301/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş və ilk iddia qismən təmin olunmuş, ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektindəki 144 nömrəli evin 13 nömrəli mənzilindən çıxarılması, Cavabdeh1 İddiaçı qarşı mənzilin birgə mülkiyyət hesab edilməsi, payın müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması barədə qarşılıqlı iddiası təmin edilməmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ekspertiza tədqiqatının dəyəri – 50 (əlli) manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin AZ. MEM, VÖEN ********** AZ41NABZ0 **********000003944 X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 34CTRE******************** SWİFT BİK CTREAAZ.22. Büdcə təsnifatının kodu: 142319; Büdcə səviyyəsinin kodu: 3 hesabına, 300 (üç yüz) manat alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin H/h: № AZ34AZEG******************** VÖEN: **********, Benefisiar (alan) bank: “xxxx” ASC Kodu: 505817 VÖEN: **********, Müxbir hesab: AZ75NABZ******************** S.W.İ.F.T BİK: AZEGAZ22 hesabına köçürülməsi qət edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavab deh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 144 saylı evin, 13 saylı mənzilinə olan qeydiyyatının ləğv edilməsi və onların həmin mənzildən məcburi qaydada çıxarılması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 144 saylı evin, 13 saylı mənzili mülkiyyət hüququ əsasında onun anası X3 məxsus olmuşdur. xx xxxx 2013-cü il tarixində Bakı şəhəri 21 saylı notariat kontorunda təsdiqlənmiş Bağışlama müqaviləsinə əsasən anası X4 həmin mənzili ona hədiyyə etmişdir (bağışlamışdır). Hazırda həmin mənzil mülkiyyət hüququ əsasında ona məxsusdur və onun adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin də qeydiyyata alınmışdır. O, cavabdeh X2 ilə xx xxxxxxx 2013-cü il tarixində qanuni nikah bağlayaraq ailə qurmuşlar. Nikah bağlandıqdan sonra cavabdeh soyadını onun soyadına, yəni Əsgərovaya dəyişmişdir. Birgə nikahdan uşaqları yoxdur. Cavabdeh2 Cavabdeh1 Əliməməd qızının birinci nikahından doğulmuş qızıdır. Cavabdehləri mülkiyyət hüququ əsasında ona məxsus olan mənzilə qeydiyyata aldırmış və bundan sonra evinə köçürmüşdür. Cavabdeh1 Əliməməd qızına ülvi niyyət bəsləmiş, onu xarici ölkələrə gəzməyə aparmış, hədiyyələr almış, hər bir istəyini yerinə yetirmişdir. Elə düşünmüşdür ki, onun Cavabdeh1 Əliməməd qızına bəslədiyi hisslər qarşılıqlıdır. Lakin sonradan bilmiş və əyani şəkildə görmüşdür ki, Cavabdeh1 Əliməməd qızının ona olan münasibəti tamam başqadır və onun münasibətindən fərqlənir. Nəticədə onların münasibətləri pozulmuş və birgə nikahlarından uşaqları olmadığından cavabdehlə aralarında bağlanmış nikahın qeydiyyat şöbəsində pozulmasını təklif etmişdir. Lakin cavabdeh buna razılıq verməmişdir. Bundan sonra, nikahın pozulması barədə iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx xxx 2017-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Həmin qətnamədən apelyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Aralarında nikahın pozulmasına və bundan sonra bir mənzildə yaşamaqlarının qeyri-mümkün olmasına baxmayaraq, cavabdehlər yenə də onun mənzilində yaşayırlar. Bu səbəblərdən də öz mülkiyyətindən istifadə edə, mənzilində yaşaya bilmir. Cavabdehlərin onun mənzilindən çıxmamaları onun qanunla müəyyənl əşdirilmiş hüquqlarının pozulmasıdır. Cavabdehlərin onunla ailə münasibətlərinə xitam verildikdən sonra mülkiyyətində olan mənzillə bağlı bütün münasibətlərinə də xitam verilir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək ilk iddianın rədd edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 144 saylı evin, 13 saylı mənzilin onunla İddiaçı birgə mülkiyyəti hesab edilməklə həmin mənzilin 2/3 hissəsinə onun payının müəyyən edilməsi və mənzilin 2/3 hissəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə aralarında bağlanmış nikah Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Mübahisəli Bakı şəhəri, Nərim anov rayonu, F.X.Xoyski küçəsi, 144 saylı evin 13 saylı mənzil İddiaçı mülkiyyətində olsa da, həmin mənzilə onun istifadə hüququ yaranmış və ailə qanunvericiliyinin tələbinə əsasən mənzil onların birgə mülkiyyəti hesab olunmalıdır. Belə ki, o, İddiaçı ilə tanış olaraq 2009-cu ildən birlikdə yaşamış, xx xxxxxxx 2013-cü il tarixdə isə nikahlarını rəsmiləşdirmişlər. Mübahisəli mənzil onların birgə nikahı dövründə əsaslı təmir edilmiş və mənzilin dəyəri tam olaraq artmışdır. Onlar həmin mənzilə köçərkən mənzil tam təmirsiz vəziyyətdə olduğundan mənzilə onun vəsaiti hesabına 35.000 manatdan artıq xərc çəkilmişdir. Mənzilin onun tərəfindən və onun vəsaiti hesabına əsaslı təmir edilməsini qonşular tərəfindən dəvət edilmiş ustalar və iddiaçının özü də təsdiq edə bilər. Hazırda iddiaçı Azərbaycan R espublikasını tərk edərək İsrail dövlətinə getmişdir. Mənzildə o, və qızı yaşayır. Onların həmin mənzildən başqa yaşayış yeri yoxdur. Qanunvericiliyin tələbindən də görünür ki, mübahisəli Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 144 saylı evin, 13 saylı mənzili iddiaçının və onun birgə mülkiyyəti hesab edilməlidir. Hesab edir ki, yuxarıda göstərilənlərə əsasən Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 144 saylı evin 13 saylı mənzilin onunla İddiaçı birgə mülkiyyəti hesab edilməklə həmin mənzilin 2/3 hissəsinə onun payı müəyyən edilməli və mənzilin 2/3 hissəsinə mülkiyyət hüququ tanınmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, qarşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitinqoyulması (əsaslı təmir,yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Ailə Məcəlləsinin 35-ci maddəsi mənzilin birgə mülkiyyət hesabedilməsini əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması ilə şərtləşdirmişdir. Burada kimin (ər və ya arvad) nə qədər vəsait qoyması xüsusi kəsb etmir. Qanunun tələbinə əsasən mənzilin dəyərinin xeyli artıran vəsaitinqoyulması birgə mülkiyyət hesab edilməsi üçün əsasdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(103)- 4786/2019 nömrəli qətnaməsində (səh 7) ekspert rəyləri ilə mənzilin təmirinə 22029 manat dəyərində xərcin çəkilməsini göstərsə də, həmin səhifənin sonunda mənzilin təmirinə çəkilmiş xərci 15000 manat məbləğindədəyərləndirmiş və bunu xeyli artım hesab etməmişdir. Həmçinin,məhkəmə öz qətnaməsində hansı səbəbdən 1-ci instansiya məhkəməsindəverilmiş ekspert rəylərini deyil, öz qərardadı ilə təyin edilmiş ekspert rəyini əsasgötürməsini əsaslandırmamışdır. PROSESSUAL MƏSƏLƏLƏR: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəki li İsayev Emin Ağaməmməd oğlu kassasiya şikayətinə etiraz edərək, onun rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdehlər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qə bul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsini ləğv edib, ilkin iddianı qismən təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, X4 ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixdə nikah bağlanmış, həmin nikahdan əvvəl iddiaçının anası X4 mülkiyyətində olan mübahisəli mənzili oğlu İddiaçı bağışlamış və həmin mənzil hazırda İddiaçı adına xüsusi mülkiyyətdədir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2962/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Hazırda Cavabdeh1 və onun birinci nikahdan olan qızı- Cavabdeh2 həmin mənzildə pasport qeydiyyatdadırlar. xx xxxxxx 2018-ci il tarixli ekspert rəyinə əsasən tədqiq olunan İddiaçı mülkiyyətində olan mənzildə aparılmış təmirə sərf olunan vəsaitin məbləği 22.029 manat, “xxxx” MMCnin xx.xx.2018-ci il tarixli mütəxəssis rəyinə əsasən isə həmin mənzilin xx xxxxxx 2018- ci il tarixinə bazar dəyəri 61.500 manat müəyyən edilmişdir. “xxxx” MMC-nin xx xxx 2019-cu ilə tarixli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti 144 saylı evin 13 saylı mənzilinin təmirdən əvvəlki dəyəri 75 000 manat, təmirdən sonrakı dəyəri 92 000 manat, təmirə çəkilən xərc 20460 manat, hazırki dəyəri isə 90000 manat müəyyən edilmişdir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlm işdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülki yyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istfadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Apellyasiya instansiyası məhkəməsi haqqlı olaraq hesab etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri il ə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə, ilk iddia tələbinin faktiki əsası (faktiki hallar) ilk tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, qarşılıqlı iddia tələbinin isə faktiki əsası (faktiki halları) qarşılıqlı tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-31/19 saylı xx xxxxxx 2019-cu il tarixli qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən məcburi olduğundan apellyasiya şikayəti üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə qarşılıqlı iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Belə ki, mübahisəli mənzilin birgə nikah dövründə əldə edilmiş ümumi əmlak olmaması işin mübahisələndirilməyən hallarındandır. İşin mübahisəli halı isə Cavabdeh1 mübahisəli mənzilin özünün vəsaiti hesabına əsaslı təmir etdirdiyini, buna görə də həmin mənzilin onunla iddiaçının birgə mülkiyyəti hesab etməklə mənzilin 2/3 hissəsinə mülkiyyət hüququnun tanınm alı olmasını bəyan etməsidir. Birgə nikah dövründə əldə olunmayan əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasının qanuni əsası və onun dispozisiya əlamətlərii Ailə Məcəlləsinin 35-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Yəni, bu maddənin tətbiq edilməsi üçün ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.)” müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Buna görə də, mübahisə predmeti olan mənzildə aparılmış təmir işinin onun dəyərində xeyli artıma səbəb olub-olmamasını müəyyən etdikdən sonra Ailə Məcəlləsinin 35-ci maddəsi hazırkı mübahisəyə tətbiq edilə bilər. Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-31/19 saylı xx xxxxxx 2019-cu il tarixli qərarında şərh edilən göstərişlərin icrası ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli mənzilin təmirdən əvvəlki və sonrakı dəyərinin, təmirə çəkilən xərclərin və mənzilin hazırki dəyərinin müəyyən edilməsi üçün müstəqil qiymətləndirici təyin edilmiş və “xxxx” MMC-nin xx xxx 2019-cu ilə tarixli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti 144 saylı evin 13 saylı mənzilinin təmirdən əvvəlki dəyəri 75 000 manat, təmirdən sonrakı dəyər i 92 000 manat, təmirə çəkilən xərc 20460 manat, hazırki dəyəri isə 90000 manat olduğu müəyyən edilmişdir. Apellyasiya instanisyası məhkəməsi qeyd etmişdir ki, müstəqil qiymətləndirici tərəfindən mübahisəli mənzilin təmirinə çəkilən xərcin (20.460 manat) məbləği ilə məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilmiş məbləğ (22.029 manat) demək olar ki, yaxın bir məbləğlər olduğu təsdiqləndiyndən bu hal, yəni təmirə çəkilən xərcin məbləği mübahisə doğurmur. Mənzilin təmirdən əvvəlki dəyərinin 75000 manat, təmirdən sonrakı dəyərinin isə 92000 manat, hazırki dəyərinin isə 90000 manat olması təmirin mənzilin dəyərini yalnız 17000 manat artırdığını, hazırda isə bu artımın azalaraq 15000 manat olduğunu təsdiq edir. Bunun əksi də mümkün deyil. Çünki, 51.78 kv.metr ümumi, 34.68 kv. m etr yaşayış sahəsindən ibarət olan 2 otaqlı mənzilin yerləşdiyi ərazi və digər halları da (köhnə tikili olması və.s) nəzərə alınmaqla mənzilin dəyərinin həm təmirdən sonra, həm də hazırda bundan da artıq olması inandırıcı və ağlabatan deyildir. Bunu apellyasiya baxışı zamanı tərəflər də mübahisələndirmədilər. Apellyasiya instanisyası məhkəməsi haqqlı olaraq qeyd etmişdir ki, əsas məsələ mənzilin təmirinə çəkilmiş xərcin onun dəyərini xeyli artırıb-artırmamasını müəyyən etməklə iş üzrə mübahisəni düzgün həll etməkdir. Qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qarşılıqlı iddiaçı mənzilin təmirinə 22029 manat vəsait xərcləmiş, həmin məbləğ də mənzilin 61500 manat dəyəri ilə müqayisədə mənzilin dəyərini xeyli artıran vəsait hesab edərək mən zilin ½ hissəsinə Cavabdeh1 mülkiyyət hüququnu tanımışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mənzilin real bazar qiymətinə münasibətdə əsaslı təmirinə sərf olunmuş məbləğin onun dəyərini xeyli artırıbartırmamasını müəyyən etməli idi. Bunun üçün məhkəmə ilk növbədə xeyli artırmanın mənasını açmalı, mənzilin dəyərinin hansı nisbətində əsaslı təmirə qoyulmuş xərcin xeyli artıran vəsait olmasını müəyyən etməli idi. Belə ki, mənzilin real bazar dəyərinin təmirdən əvvəl 75000 manat, hazırda isə 90000 manat olması təmirə çəkilən xərcin onun dəyərini xeyli artırdığı qənaətinə gəlməyə əsas vermir. Çünki, mənzilin dəyərinin bu nisbətində (90000-75000=15000) əsaslı təmirə qoyulmuş xərcin mənzilin dəyərini xeyli artıran vəsait hesab etmək olmaz. Belə ki, əsaslı təmir mənzilin dəyərini xeyli, yəni mənzilin tərəflərin birgə mülkiyyəti sayılacaq dərəcədə artırmamışdır. Apellyasiya məhkəməsi haqqlı olaraq hesab etmişdir ki, bu cür hallar həm də ümumiyyətlə mülkiyyət hüququnun, o cümlədən hazırki iş üzrə iddiaçının mülkiyyət hüquqlarının süni surətdə məhdudlaşdırılmasına şərait yarada bilər ki, bu da yol verilməz hesab olunmalıdır. Bundan başqa, mənzilin təmirinə çəkilmiş xərcin sırf qarşılıqlı iddiaçıya məxsus olması da sübut olunmalıdır. Bu halı sübut etmək yükü qarşılıqlı iddiaçının üzərinə düşür. Lakin o, bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş və bu halı sübuta yetirə bilməmişdir. Əksinə ilk iddiaçı tərəf mənzilin birgə nikah dövründə aldıqları kredit hesabına təmir edildiyini bəyan edir. Göründüyü kimi, bu hal da, yəni təmirə xərclənmiş vəsaitin kimə aid olması hazırki iş üzrə ilk və qarşılıqlı iddiaların predmeti olmasa da, bu iddiaların əsaslılığına təsir edən amillər hesab edilməlidir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, qarşılıqlı iddianın yuxarıda göstərilən səbəblərdən təmin edilməsi üçün əsaslar olmadığından təmin edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi ilk iddia tələbi üzrə də aşağıdakıları qeyd etmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə ü zvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən ə gər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mül ki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair x xxxxxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bu Qərarın nəticəvi hissəsinin birinci bəndi qanuni qüvvəyə minmiş məhkəmə aktlarına şamil olunmur. Konstitusiya Məhkəməsi Plenumu x xxxxxxx 2013-cü il tarixli qərarında göstərmişdir ki, Mənzil Məcəlləsini n 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üz vü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşay ış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçi rilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir. Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür. Beləliklə, bu Qərarda müəyyən edilmiş konstitusiya-hüquqi mənasına uyğun olaraq Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları özü-özlüyündə yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermənin hüquqi tənzimlənməsinə dair konstitusiya prinsipləri ilə uzlaşmayan və konstitusion hüquq olan mənzil hüququnun müdafiəsini təmin etməyən norma kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tə ləb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Konstitusiya Məhkəməsi Plenumu xx xxxxxx 2014-cü il tarixli qərarında göstərmişdir ki,..Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Apellyasiya instansiyası məhkəməsi haqqlı olaraq hesab etmişdir ki, tərəflər arasında mübahisəli mənzillə bağlı mübahisəli hüquq münasibətləri 2013-cü ildə yarandığından, hazırki mübahisəyə həmin vaxt qüvvədə olmuş hüquq normalarının tətbiq edilməli və mübahisə xx xxxxxxx 2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30.4-cu maddəsinin tələblərinə uyğun həll edilməlidir. Belə ki, işdən görünür ki, tərəflər arasında Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin birinci cümləsində nəzərdə tutulan razılaşma mövcud deyildir. Əks halda, yəni razılaşma olsaydı bu maddənin tətbiqi ümumiyyətlə mövcud olmazdı. Ona görə də, hazırki iş üzrə tərəflərin münasibətlər razılaşma ilə tənzimlənmədiyindən, ilk iddiaçının cavabdehlə ailə münasibətlərinə xitam verilməsi, onun köçmək istədiyi mənzildən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edə bilər. Belə ki, iddiaçı ilə cavabdeh arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün mənzildən i stifadə hüququnun itirilməsi ilə nəticələnmir. Çünki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu eh tiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Yəni, hazırki iş üzrə ilk iddia üzrə cavabdehin də mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmamalıdır. Məhz onun bu ehtiyaclarının ödənilməsi üçün ilk iddiaçının mübahisəli mənzil üzrə mülkiyyət hüquqları müvəqqəti olaraq məhdudlaşdırıla bilər. Lakin apellyasiya baxışı zamanı ilk iddia üzrə cavabdehlərin mənzil ehtiyaclarının təmin olunması üçün maddi imkanı və vəsaitinin olmaması müəyyən edilmədi. Belə ki, ilk iddia üzrə cavabdeh mübahisəli mənzildə nikaha daxil olduqdan, o cümlədən nikahı pozulduğu 2017-ci ilin may ayından mülkiyyətçinin iradəsinə zidd hal-hazıradək digər cavabdeh olan qızı ilə, həmçinin sonradan nikaha dax il olduğu başqa bir şəxslə birlikdə yaşayır. Göründüyü kimi, ilk iddia üzrə cavabdeh mübahisəli mənzilin mülkiyyətçisinin keçmiş ailə üzvü olsa da o, yenidən nikaha daxil olaraq ailə qurmuş, hətta bəyan etdiyinə görə sonuncu nikahdan azyaşlı uşaqları da vardır. Belə olan vəziyyətdə ilk iddia üzrə cavabdehin mənzilin mülkiyyətçisi ilə ailə münasibətlərindən irəli gələn hər hansı bir bağlılığı qalmamışdır. Mənzil Məcəlləsinin 30.4cü maddəsində nəzərdə tutulan hallar olsa belə, Cavabdeh1 keçmiş ailə üzvü kimi mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilərdi. Lakin işdən görünür ki, o, 2017-ci ilin may ayından hal-hazıradək mülkiyyətçiyə məxsus mənzildən onsuzda artıq istifadə edir və qeyd olunduğu kimi qarşılıqlı tələblə də məhkəməyə müraciət etmişdir. Bu cür vəziyyətdə ilk iddiaçının hazırki iddiasının nə dərəcədə əsaslı yaxud bu iddianı irəli sürməklə nə dərəcədə haqlı olmasını, əlbətdə ki, anlamaq asandır. Apellyasiya instansiyası məhkəməsi haqqlı olaraq qeyd etmişdir ki, ilk iddia üzrə cavabdehlərin mübahisəli mənzildən istifadə hüququnun mövcud olması üçün əsaslar olmasa belə, bu hüquq, iddiaçının mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında da saxlanıla bilməz. Çünki, həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət etməlidir. Lakin cavabdehlərin mübahisəli mənzildən müəyyən müddətə olsa d a istifadə etməsi üçün ağlabatan və ədalətli əsas mövcud deyildir. Qeyd olunanlarla yanaşı, apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, ilk iddia üzrə cavabdehlərin ilk iddiaçıya məxsus mənzildə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulan şərtlər olmadan yaşamaları sonuncunun mənafeyinə zərər vura bilər. Çünki, bu hal mübahisəli mənzilın mülkiyyətçisi, ilk iddia üzrə cavabdehin keçmiş əri olan ilk iddiaçının mənzil üzərindəki mülkiyyət hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına səbəb ola bilər. Belə ki, ilk iddia üzrə cavabdehlərin qeyd olunan mənzilin mülkiyyətçisi olan iddiaçının hazırda ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından mübahisəli mənzilin ya şayış sahəsindən istifadə etmək səlahiyyətləri də ola bilməz. Ona görə də, Nərgiz Əskərovanın bu istəyi keçmiş əri olan İddiaçı bilavasitə razılığı ilə şərtləndirildiyindən, sonuncunun isə belə razılığı olmadığından birinci instansiya məhkəməsinin iş üzrə yekun qənaəti düzgün olmamışdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Kassasiya şikayət ində istinad edilən işin faktiki halları ilə bağlı dəlilə münasibətdə isə kollegiya işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilinin əksinə olaraq sübutlara məhz Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan digər sübutlarla birgə qiymət verməklə nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi isə kassasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid olmadığından həmin sübutların məzmunu ilə bağlı kassasiya şikayətinin dəlillərini kollegiya əhəmiyyətsiz hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-4786/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-391/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-391/2020
22.01.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver