Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-391/2021 01.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “xxxx” QSC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-391/21 (Açar sözlər: istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi, əmək kitabçasında əlillik təyin edilməsi barədə qeydin olması) Bakı şəhəri, xx xxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı, cavabdeh “xxxx” QSC-nin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” QSC-yə qarşı “istifadə edilməyən mə zuniyyət günlərinə görə kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2598/2020 nömrəli xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” QSC-nin kassasiya şikayətinə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı “xxxx” QSC-yə qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək 23 il ərzində əsas məzuniyyətinin 21 günü istifadə edilmədiyinə görə 6192 manat məbləğində pul kompensasiyasının cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi, onunla bağlanmış əmək müqaviləsində əsas məzuniyyətin 42 gün qeyd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı 1985-ci ildə xəsarət almış və onun nəticəsində əlil olmuşdur. 1992-ci ildə iddiaçıya ömürlük müddətsiz 3-cü qrup əlillik təyin olunmuşdur.
3. İddiaçı xx.xx.1996-ci il tarixində “Azalavia“ Aviasiya Təhlükəsizlik İdarəsinin Mühafizə Xidmətinə atıcı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1996-ci il tarixində həmin xidmətdə keşikçi vəzifəsinə keçirilmiş, xx xxxx 2002-ci il tarixdən “Zabrat” hava limanı Aviasiya Təhlükəsizliyinə baxışın təşkili komandasında agent vəzifəsinə keçirilmişdir və hazırda da bu vəzifədə işləyir.
4. İddiaçı 2018-ci ilin sentyabr ayında xəbər tutmuşdur ki, əlil işçilərə 42 gün məzuniyyət verilməlidir. Lakin iddiaçıya işlədiyi bütün dövr ərzində 21 gün əsas məzuniyyət verilmişdir.
5. İddiaçı dərhal rəhbərliyinə bu məsələni həll edilm əsi üçün müraciət etmiş, rəhbərlik isə əlillik barəsində məlumatın olmamasını bildirərək məsələni həll etməmişdir.
6. İddiaçı Dövlət Əmək Müfəttişliyinə müraciət etmişdir.
7. İşlədiyi yerin rəhbərliyinin iddiaçının əlilliyi barəsində məlumatının olmaması həqiqətə uyğun deyil. Belə ki, 1996-ci ildə işə qəbul edilərkən iddiaçı qüvvədə olan qaydalara uyğun olaraq öz əmək kitabçasını təqdim etmişdir. Həmin əmək kitabçasında pensiyanın təyin olunması haqqında möhür vurulmuşdur.
8. Bundan başqa, 2007-ci ilin fevral ayında iddiaçının əvvəlki iş yeri olan “xxxx” ASC-dən xxxxnın rəhbərliyinə iddiaçının əlilliyi ilə bağlı işləmə qabiliyyətin olub olmaması haqqında məktub göndərilmişdir. Həmin məktubun sürəti iddiaçıya də təqdim olunmuşdur.
9. Araşdırma aparılmış, kadrlar şöbəsindən əmək kitabçası rə hbərliyə göstərilmiş, əmək kitabçasına baxış keçirilmiş və əmək kitabçasında pensiya təyin olunması haqqında möhürü rəhbərlik görmüşdür.
10. İddiaçının əmək müqaviləsində əsas əmək məzuniyyətinin müddəti 21 gün göstərilib. Bu şərt müqavilədə dəyişdirilməlidir.
11. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 1 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin 19/30009643 saylı xx.xx.2019cu il tarixli məktubunda qeyd olunub ki, məzuniyyət hüququnun həll edilməsi üçün cavabdehə iki dəfə rəsmi müraciət olunub. Birinci məktubun cavabında cavabdeh bildirmişdir ki, iddiaçının əlillik barəsində sənədi Baş İdarəyə xx xxxxxxx 2018-ci ildə təqdim olunub. Əmək Müfəttişliyinə ikinci cavab məktubunda isə iddiaçının əlilliyi ilə bağlı məzuniyyət günlərinin xx xxxxx xx 2018-ci il tarixdən veriləcəyi bildirilməklə cavabdeh təşkilat iddiaçıya əlillikə bağlı bu günə kimi məzuniyyətin verilməməsini etiraf etmişdir.
12. İddia tələbinin əsası kimi iddiaçı Əmək Məcəlləsinin 119 və 135-ci maddələrinə istinad etmişdir.
13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 1 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi üçüncü şəxs kimi qoyulmuşdur.
14. Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərardadı ilə kömpensasiyanın məbləği ilə bağlı iş üzrə mühasibatlıq ekspertizası təyin edilmişdir.
15. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli, 16103 nömrəli rəyində qeyd edilib ki, İddiaçı «xxxx» QSC-də işləyərkən 42 günlük əmək məzuniyyətinin istifadə etmədiyi 21 məzuniyyət g ünü üçün xx.xx.1996-cı ildən etibarən 2019-cu ilədək ödənilməli olan kompensasiya məbləği 8495,37 manatdır.
16. İddiaçı sonradan tələbini dəqiqləşdirib, 23 il ərzində əsas məzuniyyətə görə ödənilməmiş 8495,37 manat pul kompensasiyasının cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İddiaçı birinci instansiya məhkəməsində bildirmişdir ki, 2017-2018-ci iş ilinə görə 16 təqvim günü, xxxxn istifadə edilməmiş məzuniyyət günləri üçün müvafiq kompensasiyanı almışdır.
18. Cavabdeh təşkilatın nümayəndəsi iddiaya etiraz olaraq göstərmişdir ki, iddiaçının əlil olması onlara məlum olan vaxtdan kompensasiya ödənilir. xxxxn illərə görə cavabdehin kompensasiya ödəmək vəzifəsi yoxdur.
19. Üçüncü şəxs Dövlət Əmək Müfəttişliyi Xidmətinin 1 saylı region üzrə D övlət Əmək Müfəttişliyinin nümayəndəsi bildirmişdir ki, əmək kitabçasında olan qeydlər kitabça müəssisəyə təqdim olunan zaman kadrlar idarəsinin məsul işçiləri tərəfindən nəzərdən keçirilməlidir. Bu, onların vəzifə borcudur. İddiaçı əmək kitabçasını götürmüş olsa idi belə, təşkilata yenidən təqdim edilmiş kitabça cavabdehin işçiləri tərəfindən yoxlanılmalı, pensiyanın təyin edilməsi barədə qeydə diqqət yetirilməli idi. Əlliliyinə görə iddiaçıya pul ödənilməlidir. Vətəndaşın pozulmuş məzuniyyət hüquqları müddətdən asılı olmayaraq bərpa olunmalıdır. Təmsil etdiyi təşkilat adından “xxxx” QSC-yə iddiaçının məzuniyyət hüquqlarının bərpa edilməsi, kompensasiya pulunun ödənilməli olduğu barədə məktub göndərilmişdir.
20. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(006)331 0/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 7.702,41 manat məbləğində pulun cavabdeh “xxxx” QSC-dən tutularaq İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 200 manatın 18 manatının İddiaçı, 182 manatının isə cavabdeh “xxxx” QSC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir.(hakim Cəmilə Musayeva)
21. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, İddiaçı 1985-ci il tarixdə istehsalatda bədbəxt hadisə nəticəsində xəsarət almışdır. Xəzər rayon TSEK tərəfindən ona 3-cü dərəcəli əlil olmaqla əmək qabiliyyətinin 50 % itirilməsi haqqında rəy verilmiş, 1992-ci il tarixdən isə ömürlük əlillik təyin edilmişdir. İddiaçı xx.xx.1996-ci il tarixində “Azal Avia“ Bakı nəqliyyat aviaşirkətinin (indiki «xxxx» QSC) Aviasiya Təhlükəsizlik İdarəsinin Mühafizə Xidmətinə atıcı vəzifəsinə işə qəbul edilmişdir. O, həmin vəzifəyə işə qəbul olunarkən kadrlar şöbəsinə əmək kitabçasını təqdim etmişdir. Əmək kitabçasının birinci səhifəsində möhürlə təsdiq edilmiş pensiya təyin edilməsi barədə qeydiyyat vardır.
22. İşin mübahisələndirilməyən halı kimi müəyyən edilmişdir ki, İddiaçı “xxxx” QSCdə işə qəbul olduğu vaxtdan, yəni 1996-cı iş ilindən başlayaraq ona İİİ qrup əlil olması ilə əlaqədar verilməli olan 42 məzuniyyət gününün 21 günündən istifadə etməmişdir.
23. Birinc i instansiya məhkəməsi iddianın rədd edilmə əsası kimi cavabdehin dəlillərini qəbul etməyərək qeyd edib ki, iddiaçının əmək kitabçasının birinci səhifəsində pensiyanın təyin edilməsi barədə möhürlə təsdiq edilmiş qeyd var. Pensiyanın təyin edilməsi İddiaçı xx.xx.1992-ci il tarixindən İİİ qrup əlilliyinin verilməsi ilə əlaqədardır.
24. Birinci instansiya məhkəməsi həmçinin cavabdeh təşkilatın kitabça onlara təqdim edilən zaman həmin qeydi görməmələri, iddiaçının onlara əlilliklə bağlı müvafiq sənədləri verməməsi ilə bağlı dəlillərini də əsassız sayıb.
25. Birinci instansiya məhkəməsinin mövqeyinə görə əmək kitabçasında müvafiq məlumatlara əsasən iş vaxtının, verilməli olan məzuniyyət günlərinin və s. uçotunun aparılması Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq işəgötürənin birbaşa vəzifəsidir. İşəgötürənin məzuniyyətin verilməsi üçün nəzərə alınmalı olan meyarların düzgün və dürüst uçotunun aparılmaması işçinin konstitusion hüququ olan istirahət hüququnun pozulmasına səbəb ola bilməz.
26. Məhkəmənin qənaətinə görə İddiaçı 1996-cı ildən etibarən Əmək Məcəlləsinin 135.2-ci maddəsinə əsasən əmək məzuniyyətinin istifadə etmədiyi 21 gününün kompensasiyasının ödənilməsini tələb etməkdə haqlı olmuşdur. İddiaçıya 2017-2018-ci iş ilinə görə əlavə 16 təqvim gününün və 11.xx.xx/2019-cu iş ilinə görə 42 təqvim gününün verildiyinin müəyyən edilməsini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, İddiaçı 19962016/2017 iş illəri üçün Əmək Məcəlləsinin 140-cı maddəsində müəyyən olunmuş qaydada müvafiq kompensasiya hesablanmalı və ö dənilməlidir.
27. Birinci instansiya məhkəməsi cavabdeh təşkilatın xx.xx.2019-cu il tarixli, 1241 saylı arayışına əsasən kompensasiyanın məbləği ilə bağlı müəyyən etmişdir ki, iddiaçının 21 təqvim günü əmək məzuniyyəti kompensasiyası orta aylıq əmək haqqına əsasən 2017/2018-ci iş ilinə görə 407.40 manat və 2018/2019-cu iş ilinə görə isə 385.56 manat məbləğindədir.
28. Birinci instansiya məhkəməsi ekspert rəyi ilə müəyyən edilmiş 8495,37 manat məbləğdən ödənilmiş (407.40+385.56 manat) məbləği çıxmış və 7.702,41 manat məbləğində pulun cavabdehdən tutulması nəticəsinə gəlmişdir.
29. Məhkəmə mövqeyini Əmək Məcəlləsinin 9, 16, 119, 135 və 140-cı maddələrinin müvafiq hissələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
30. Cavabdeh “xxxx” QSC apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
31. Apellyasiya şikayəti onunla əsaslandırlıb ki, əvvəla, məhkəmə “xxxx” QSC-nin “Azalavia” Bakı Nəqliyyat Agentliyinin (xx.xx.1996-xx.xx.1996-cı ilədək dövr), həmçinin “xxxx” Dövlət Konserninin digər müəssisələrinin (xx.xx.1996-cı ildən 27.0.2-88-ci ilədək olan dövr) hüquqi varisi olmadığını nəzərə almamışdır.
32. Əmək müqaviləsi bağlanan zaman iddiaçının əlilliyi ilə bağlı mötəbər sübut olmayıb. Əksinə, iddiaçı tərcümeyi-halında əlilliyi barədə heç bir məlumat verməyib.
33. İddiaçı iki ildən bir dispanserizasiyadan keçmiş və tibb kartasında əlilliyi ilə bağlı qeyd olmamışdır.
34. İddiaçının əmək kitabçasının titul vərəqində “pensiya təyin edilmişdir” texniki ştampı mövcuddur, lakin pensiyanın təyin edilməsi tarixi və əsası göstə rilməyib.
35. Məzuniyyət günləri üçün kompensasiyanın miqdarını təyin edərkən, məhkəmə təqdim edilmiş əsas məzuniyyət günlərinin sayına deyil, əmək stajına görə əlavə məzuniyyət günləri də daxil olmaqla, faktiki təqdim edilmiş məzuniyyət günlərinin sayına əsaslanmalı idi. İddiaçının 1996-cı ildən etibarən istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya almaq hüququnun təsdiq edildiyi nəzərə alınarsa, ödənişli məzuniyyət günlərinin sayı 333 gün, bir günün kompensasiyası 17,99 manat, cəmi kompensasiya isə 5990,67 manat olmalıdır, məhkəmə tərəfindən müəyyən edilmiş kompensasiya məbləği real kompensasiya məbləğindən 1711,33 manat artıqdır.
36. Bundan başqa, xx xxxx 2006-cı il tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135-ci maddəsinin müddəalarına əsasən “bu Məcəllə ilə müəy yən edilmiş əsas məzuniyyətin (21 və ya 30 təqvim günü) bir iş ilindən digərinə keçirilməsinin, habelə ardıcıl iki il ərzində əmək məzuniyyətinin verilməməsinin” qadağan edildiyini, həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 317-ci maddəsinin müddəalarına əsasən “əmək müqaviləsinin tərəflərinin hüquqlarının və mənafelərinin müdafiə olunmasını təmin edən, onların məsuliyyətə cəlb olunmasını istisna edən və ya yüngülləşdirən bu Məcəllənin müddəalarının qüvvəsinin geriyə şamil edilməsinə yol verildiyini” nəzərə alaraq, xxxx” QSC hesab edir ki, istifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənişi müddəti 2006-cı illə məhdudlaşdırılmalıdır, yəni xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək dövr üçün faktiki olaraq 436 gün məzuniyyət verilmişdir, İddiaçı 630 gün məzuniyyət hüququ vardır, 194 gün fərq x 17,99 manat (2019-cu il üçün orta günlük əmək haqqı), beləliklə, kompensasiya məbləği 3490,06 manat təşkil edir.
37. Həmçinin iddiaçının əlilliyinin olması faktının təsdiq edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə göndərilən sorğuya cavab olaraq Xidmətin xx.xx.2019-cu il tarixli **********7 nömrəli məktubda bildirilir ki, Əlillik üzrə alt sistemdə İddiaçı dair heç bir məlumat aşkar olunmayıb”. Bu fakt, iddiaçının əlilliyi faktının hüquqi təsdiqini tapmadığını, onun təqdim etdiyi TSEK arayışının isə saxta olduğunu göstərir.
38. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2598/2020 nömrəli xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh “xxxx” Q SC-nin apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3310/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi) Tofiq Səmədov, Anar Tanrıverdiyev)
39. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni və tətbqi etdiyi maddi hüquq normalarını əsaslı sayaraq qeyd edib ki, iddiaçının əmək kitabçasının birinci səhifəsində pensiyanın təyin edilməsi barədə möhürlə təsdiq edilmiş qeyd var, pensiyanın təyin edilməsi İddiaçı xx.xx.1992-ci il tarixindən İİİ qrup əlilliyinin verilməsi ilə əlaqədardır. Əmək kitabçasında müvafiq məlumatlara əsasən iş vaxtının, verilməli olan məzuniyyət günlərinin v ə s. uçotunun aparılması, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq işəgötürənin birbaşa vəzifəsidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
40. Cavabdeh “xxxx” QSC kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsi, iddia müddəti nəzərə alınmaqla iddianın 791,56 manat həcmində təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
41. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırlıb (hazırki qərarın 31-37-ci bəndləri), əlavə olaraq iddiaçının iddia müddətini ötürməsinə istinad edilib. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
42. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmam ışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
43. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” QSC-nin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etdi.
44. İddiaçı vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi.
45. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, üçüncü şəxs Dövlət Əmək Müfəttişliyi Xidmətinin 1 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
46. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxıl masını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 9. “x” bəndi. Əmək müqaviləsi üzrə işçinin hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək vardır. Maddə 16 (2-ci hissə). Qadınlara, əlillərə, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir. Maddə 119 (2-ci hissə). Əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlillərə və sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir. Maddə
135. Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Maddə 140. (1-3-cü hissələr) Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmam asına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsas dır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Kassasi ya şikayətində cavabdeh “xxxx” QSC apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları mübahisələndirilən hissədə düzgün tətbiq olunmuşdur. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
51. İddia tələbi istifadə edilməyən məzuniyyət günlərinə görə kompensasiyanın ödənilməsi barədədir.
52. İşin məhkəmələr tərəfindən müəyyən edi lən halları da ondan ibarətdir ki, İddiaçı 1985-ci il tarixdə istehsalatda bədbəxt hadisə nəticəsində xəsarət almış, Xəzər rayon TSEK tərəfindən ona 3-cü dərəcəli əlil olmaqla əmək qabiliyyətinin 50 % itirilməsi haqqında rəy verilmiş, 1992-ci il tarixdən isə ömürlük əlillik təyin edilmişdir. İddiaçının əmək kitabçasının birinci səhifəsində möhürlə təsdiq edilmiş pensiya təyin edilməsi barədə qeydiyyat vardır. İddiaçı xx.xx.1996-ci il tarixində “Azal Avia“ Bakı nəqliyyat aviaşirkətinin (indiki “xxxx” QSC) Aviasiya Təhlükəsizlik İdarəsinin Mühafizə Xidmətinə atıcı vəzifəsinə işə qəbul olunarkən kadrlar şöbəsinə əmək kitabçasını təqdim etmişdir. İddiaçı işə qəbul olduğu 1996-cı iş ilindən başlayaraq ona İİİ qrup əlil olması ilə əlaqədar verilməli olan 42 məzuniyyət gününün 21 günündən istifad ə etməmişdir.
53. Göründüyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq yuxarıda qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtləri hazırki işin müəyyən edilmiş halları ilə üstüstə düşür.
54. İşin müəyyən edilmiş hallarına əsasən tətbiq edilən maddi hüquq normalarının dispoztiv şərti iddianın təmin edilməsini şərtləndirmişdir. Bu baxımdan iddianın təmin edilməsi barədə gəlinən nəticə işin müəyyən edilmiş hallarına və qanunverciliyə uyğun olmuşdur.
55. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini – “xxxx” QSC-nin “Azalavia” Bakı Nəqliyyat Agentliyinin və “xxxx” Dövlət Konserninin hüquqi varisi olmaması, əmək stajına görə əlavə məzuniyyət günləri də daxil olmaqla, faktiki təqdim edilmiş məzu niyyət günlərinin sayı çox olduğu üçün kompensasiyanın məbləğinin də həmin günlərə müvafiq olaraq az hesablanmalı olması, iddiaçının əlilliyi faktının təsdiqini tapmaması, iddia müddətinin keçməsi – əsasız sayır. 56. “xxxx” QSC-nin “Azalavia” Bakı Nəqliyyat Agentliyinin və “xxxx” Dövlət Konserninin hüquqi varisi olmaması barədə dəlil ən azı ona görə əsasızdır ki, bu dəlili cavabdeh özü də şikayətində təkzib edir. Çünki cavabdeh kassasiya şikayətində kompensasiya məbləğinin 791,56 manat müəyyən edilməsini bildirməklə, “xxxx” QSC-nin “Azalavia” Bakı Nəqliyyat Agentliyinin və “xxxx” Dövlət Konserninin hüquqi varisi olmasını qəbul edir.
57. Əmək stajına görə əlavə məzuniyyət günləri də daxil olmaqla, faktiki təqdim edilmiş məzuniyyət günlərinin sayı çox olduğu üçün kompensasiyanın məbləğinin d ə həmin günlərə müvafiq olaraq az hesablanmalı olması barədə dəlil ekspertiza rəyi ilə təkzib edlir. Həmin rəydə iddiaçının istifadə etmədiyi məzuniyyət günlərinin sayının məhz 472 gün olması müəyyən edilib. Cavabdehin nümayəndəsi ekspert rəyi alınandan sonra birinci instansiya məhkəməsində 3 iclasda iştirak etsə də, rəyə etirazını bildirməmişdir. Üstəlik, iddiaçıya əmək stajına müvafiq olaraq 21 gündən artıq məzuniyyət verilməsini işə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etməyib.
58. İddiaçının əlilliyi faktının təsdiqini tapmaması dəlilini cavabdeh elə özü də təkzib edir. Belə ki, cavabdeh təşkilat kassasiya şikayətində bir tərəfdən iddiaçının əlilliyini şübhə altına alır, başqa tərəfdən də iddiaçının əlilliyi məlum olduğu vaxtdan iddiaçıya müvafiq kompensasiya və məzuniyyət verildi yini bildirməklə, kassasiya şikayətinin sonunda isə kompensasiyanın məbləğinin azaldılmasını xahiş etməklə iddiaçının əlilliyinin qanuni olmasını qəbul etdiyini nümayiş etdirir. Halbuki bunlar biri digərini istisna edən dəlillərdir.
59. İddia müddətinin tətbiqi dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, bu dəlil apellyasiya instansiyasında irəli sürülməyib. Bundan başqa, məhkəmə tərəfindən iddia müddəti yalnız o halda tətbiq edilir ki, mübahisə tərəfi məhkəmə qərarı çıxarılanadək bununla bağlı ərizə vermiş olsun. Lakin cavabdehin belə bir ərizə verməsi müəyyən edilməyib.
60. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, cavabdeh “xxxx” QSC-nin kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılma lıdır.
61. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “xxxx” QSC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2598/2020 nömrəli xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.