Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-391/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı ASC-nin Cavabdeh4 Ağa Rəcəb qızına və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-391/22 (Açar sözlər: fərdi yaşayış evinin boşaldılması barədə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyul 2021-ci il tarixli, 2(103)-7070/2021 saylı qətnaməsindən Cavabdeh4 Ağa Rəcəb qızının kassasiya şikayəti üzrə işə 18 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qay dasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı ASC məhkəmədə Cavabdeh4 Ağa Rəcəb qızına və digərlərinə qarşı iddia qaldıraraq, mülkiyyətində olan Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ağayev küçəsi 22 saylı evin 57 saylı mənzilinin boşaldılması, mənzilin iddiaçıya təhvil verilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Sinayə Əliyevanın həmin mənzilə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim İ.R.Burcayev) iddia təmin edilərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ağayev küçə si 22 saylı evin 57 saylı mənzilin cavabdehlər Cavabdeh1, Yusif Əliyev, Sevil Əliyev, Cavabdeh4 və Süniyə Əliyeva tərəfindən boşaldılması, həmin mənzilin iddiaçıya təhvil verilməsi, habelə cavabdehlərin həmin mənzilə olan istifadə hüquqlarına xitam verilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 iyul 2016-cı il tarixli qətnaməsi ilə borclu Qürbət Hüseynovdan cəmi 70.356 manat borcun tutulub iddiaçıya ödənilməsi, tutmanın ipotekaya qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ağayev küçəsi 22 saylı evin, 57 saylı mənzilinə yönəldilməsi və həmin mənzilin hesabına borcun ödənilməsi qət edilib. Bundan sonra qətnamə icraya yönəldilib və sözügedən mənzil “hərracın yekunla rı haqqında alqısatqı müqaviləsi”nə əsasən 18 oktyabr 2018-ci il tarixdə 41 437,50 manata iddiaçıya satılıb. 21 yanvar 2019-cu il tarixli Çıxarışa əsasən, sözügedən mənzil mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. Cavabdehlər həmin mənzildə yaşamaqla iddiaçının mənzilə olan mülkiyyət hüququnu pozur. Ona görə də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin, Mülki Məcəllənin 152.1, 157.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh4 apellyasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.M.Həsənov sədrlik edən və məruzəçi, X.A.Mərdanova və F.F.Babayev) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə, iddia (iddia tələbinin Cavabdeh3 və Cavabdeh1 qarşı yönəlmiş hissələrdə mülki iş üzrə icraata xitam verildiyi nəzərə alınmaqla) Cavabdeh2, Cavabdeh4 və Süniyə Əliyevanın Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ağayev küçəsi 22 saylı evin 57 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi, həmin mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi qət edilib. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegi yasının 22 iyul 2021-ci il tarixli qərardadı ilə İddiaçı ASC iddia tələbinin Cavabdeh3 və Cavabdeh1 qarşı yönəlmiş hissələrində mülki iş üzrə icraata xitam verilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 iyul 2016-cı il tarixli qətnaməsi ilə borclu Qürbət Hüseynovdan cəmi 70.356 manat borcun tutulub iddiaçıya ödənilməsi, tutmanın ipotekaya qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ağayev küçəsi 22 saylı evin, 57 saylı mənzilinə yönəldilməsi və həmin mənzilin hesabına borcun ödənilməsi qət edilib. Bundan sonra qətnamə icraya yönəldilib və sözügedən mənzil “hərracı n yekunları haqqında alqı-satqı müqaviləsi”nə əsasən 18 oktyabr 2018-ci il tarixdə 41 437,50 manata iddiaçıya satılıb. 21 yanvar 2019-cu il tarixli Çıxarışa əsasən, sözügedən mənzil mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. Yuxarıda qeyd olunduğu kimi, sözügedən mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulub və sonradan açıq hərrac nəticəsində onun mülkiyyətçisi dəyişib. Məhz bu səbəblə həmin mənzildə qeydiyyatda olan cavabdehlərin orada mülkiyyətçinin iradəsinin əleyhinə yaşamaları, hüquqi əsaslar olmadan oradan istifadə və mənzildən çıxmaqdan imtina etmələri iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Həmin şəxslərin müdaxiləsi nəticəsində iddiaçı öz əmlakı üzərində faktiki sahiblik və ist ifadə hüquqlarından məhrum olub. Buna görə də iddia tələbləri təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin, Mülki Məcəllənin 152.1, 157.2ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh4 kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 152-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandır ma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh4 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 iyul 2016-cı il tar ixli qətnaməsi ilə borclu Qürbət Hüseynovdan cəmi 70.356 manat borcun tutulub iddiaçıya ödənilməsi, tutmanın ipotekaya qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ağayev küçəsi 22 saylı evin, 57 saylı mənzilinə yönəldilməsi və həmin mənzilin hesabına borcun ödənilməsi qət edilib. Bundan sonra qətnamə icraya yönəldilib və sözügedən mənzil “hərracın yekunları haqqında alqı-satqı müqaviləsi”nə əsasən 18 oktyabr 2018-ci il tarixdə 41 437,50 manata iddiaçıya satılıb. 21 yanvar 2019-cu il tarixli Çıxarışa əsasən, sözügedən mənzil mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, mübahisəli mənzil qanıni əsaslarla mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb və cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Süniyə Əliyevanın pasport qeydiyyatında olmaqla həmin mənzildə yaşamaları iddiaçının qanunla qorunan mülkiyyət hüququnu pozur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, on dan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Habelə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Adı çəkilən Qanunun 59.3-cü m addəsinə görə isə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, sözügedən Qanunun tələblərinə görə mülkiyyət hüququnun itirilməsi üçün mütləq ipoteka predmetinin satılması vacibdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində mülkiyyət hüquqlarının xitam olunma əsasları və mülkiyyət hüquqlarının qeydiyyatı barədə müvafiq norma da öz əksini tapıb və həmin Məcəllənin 205.2-ci maddəsində tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verildiyi nəzərdə tutulur. Bundan başqa, tutmanın yönəldilməsi hərrac yolu ilə həyata keçirilə bilər və hərracdan sonra hər hansı şəxs ipoteka predmetini müqavilə qüvvəsinə malik olan protokol imzalamaqla alarsa onda ipoteka predmetində olan şəxslər oranı məcburi tərk etməlidirlər. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 28 dekabr 2018-c i il tarixli 1439-VQD saylı Qanunla dəyişiklik edilmiş 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Apellyasiya instansiyası məhkəməsi, işin hallarını nəzərə alıb, Cavabdeh4 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşıb haqlı olaraq qeyd etmişdir ki, sözügedən mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyul ub və sonradan açıq hərrac nəticəsində onun mülkiyyətçisi dəyişib. Məhz bu səbəblə həmin mənzildə qeydiyyatda olan cavabdehlərin orada mülkiyyətçinin iradəsinin əleyhinə yaşamaları, hüquqi əsaslar olmadan oradan istifadə və mənzildən çıxmaqdan imtina etmələri iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Həmin şəxslərin müdaxiləsi nəticəsində iddiaçı bank öz əmlakı üzərində faktiki sahiblik və istifadə hüquqlarından məhrum olub, buna görə də iddia tələbi təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi, həmçinin mənzilin iddiaçı tərəfindən dəyərindən aşağı qiymətlə əldə edildiyi barədə kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, həmin dəlilin hazırkı iş üçün heç bir ə həmiyyəti yoxdur. Həmçinin, Cavabdeh4 hərracın qanun pozuntusu ilə keçirildiyini göstərib iddiaya etiraz etsə də, bununla bağlı müvafiq iddia irəli sürmək hüququna sahibdirlər. Yuxarıda qeyd olunduğu kimi, sözügedən mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulub və sonradan açıq hərrac nəticəsində onun mülkiyyətçisi dəyişib. Məhz bu səbəblə həmin mənzildə qeydiyyatda olan cavabdehlərin orada mülkiyyətçinin iradəsinin əleyhinə yaşamaları, hüquqi əsaslar olmadan oradan istifadə və mənzildən çıxmaqdan imtina etmələri iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Həmin şəxslərin müdaxiləsi nəticəsində iddiaçı öz əmlakı üzərində faktiki sahiblik və istifadə hüquqlarından məhrum olub. Buna görə də iddia tələblər i təmin edilməlidir. Kassasiya instansiyası məhkəməsi, yuxarıda qeyd olunanları nəzərə alıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, Cavabdeh4 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh4 Ağa Rəcəb qızının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyul 2021-ci il tarixli, 2(103)7070/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-391/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-391/2022
18.01.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver