Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-391/2025 30.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh7 Məhəmməd oğlu, Cavabdeh8 Adışırin oğlu, Cavabdeh6, X7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının sökülməsi ilə bağlı mübahisələr, mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi, mülkiyyətin ədalətli kompensasiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh7 Məh əmməd oğlu, Cavabdeh8 Adışırin oğlu, Cavabdeh6, X7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Nizami Rayon İcra Hakimiyyəti cəlb edilməklə) mənzillərin və tikililərin sökülməsi, yeni təmirli mənzillərin verilməsi, kirayə haqqının ödənilməsi, mənzillərdən və tikililərdən çıxarılma tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4533/2024 nömrəli iş üzrə 16 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh7 Məhəmməd oğlu, Cavabdeh8 Adışırin oğlu və Cavabdeh6 birgə kassasiya şikayətinə 30 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları:
1. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 208 saylı sərəncamına görə, Bakı şəhəri Nizami rayonu A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllə ünvanda yerləşən torpaq sahəsi yeni yaşayış kompleksinin tikintisi üçün İddiaçı MTK-nın icarə əsasında istifadəsinə verilmişdir. 2. xx.xx.2021-ci il tarixli, 1664 saylı torpaq icarə müqaviləsinə əsasən icarəverən Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllə ünvanında yerləşən sahəsi 23800 kv.m. olan torpaq sahəsini 49 il müddətinə icarəçi İddiaçı MTK-ya icarəyə vermişdir. Həmin müqavilənin 7.4-cü bəndinə görə icarəçi hər il həmin torpaq sahəsinə görə 57919,68 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür.
3. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanı nda Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2022-ci il tarixli Tİ120/22 saylı obyektin tikintisinə icazənin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordu badi küçələrinin kəsişməsindəki 2440-cı məhəllə ünvanında yerləşən torpaq sahəsinin koordinatları təsdiq edilmişdir.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllədə yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazidən, yaşayış kompleksinin inşası məqsədilə İddiaçı MTK-ya ayrılması nəzərdə tutulan 2,38 ha torpaq sahəsinin yerquruluşu planından görünür ki, Bakı şəhəri, Nizami rayonu, M.S.Ordubadi küçəsi də həmin planda mövcuddur.
5. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, çıxarışına əsasən ümumi sahəsi 98.3 kv.metr olan Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanı xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınmışdır.
6. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2008-ci il qeydiyyat tarixli, çıxarışına əsasən ümumi sahəsi 66,5 kv.metr, 48 kv.m. yaşayış sahəsindən ibarət olan Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanı tam mülkiyyət hüququ üzrə Cavabdeh8 Adışırin oğlunun adına qeydə alınmışdır.
7. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dö vlət reyestrindən verilmiş xx.xx.2007-ci il qeydiyyat tarixli çıxarışına əsasən ümumi sahəsi 102.7 kv.metr, 72.2 kv.m. yaşayış sahəsindən ibarət olan Bakı şəhəri, Nizami rayonu, ünvan 3 ünvanı tam mülkiyyət hüququ üzrə Cavabdeh6 adına qeydə alınmışdır.
8. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2008-ci il qeydiyyat tarixli çıxarışına əsasən ümumi sahəsi 65,7 kv.metr, 51.8 kv.m. sahəsi yaşayış sahəsindən ibarət olan Bakı şəhəri, Nizami rayonu, ünvan 4 ünvanı tam mülkiyyət hüququ üzrə X5 adına qeydə alınmışdır.
9. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2008-ci il qeydiyyat tarixli çıxarışına əsasən sahəsi 93.6 kv.metr, 63.8 kv.m. sahəsi yaşayış sahəsindən ibarət olan Bakı şəhəri, Nizami ray onu, ünvan 5 ünvanı xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh5 adına qeydə alınmışdır. 10.Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2007-ci il qeydiyyat tarixli çıxarışına əsasən ümumi sahəsi 66,5 kv.metr, 26.7 kv.m. hissəsi yaşayış sahəsindən ibarət olan Bakı şəhəri, Nizami rayonu, ünvan 6 ünvanı tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınmışdır.
11. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışına əsasən ümumi sahəsi 87.0 kv.metr olan Bakı şəhəri, Nizami rayonu, ünvan 7 ünvanı xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 adına qeydə alınmışdır. 12.Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2007-ci il qeydiyyat tarix li çıxarışına əsasən ümumi sahəsi 62,5 kv.metr 47,5 kv.m sahəsi yaşayış sahəsindən ibarət olan Bakı şəhəri, Nizami rayonu, ünvan 8 ünvanı xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh7 Məhəmməd oğlunun adına qeydə alınmışdır. 13.Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin İddiaçı MTK-ya ünvanladığı 174 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, ünvan 10 ünvanda 0, 1536 ha torpaq sahəsində yerləşən yaşayış sahələri mənzil olaraq ünvan 11 Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olublar, bu günədək balansdan çıxarılmayıblar. Həmin mənzillər fərdi yaşayış evləri kimi qeydiyyatdan keçmirlər, pərakəndə olaraq inşa olunu blar. Sonradan sakinlər tərəfindən mənzil kimi də özəlləşdiriliblər. Qeyd edilən mənzillərin sakinləri öz mənzillərinin ətrafında torpaq sahələrini qanunsuz zəbt edərək özbaşına tikililər inşa ediblər. Bu səbəbdən da həmin özbaşına tikililər ünvan 11 Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansında deyil və səlahiyyətli orqanlar tərəfindən qeydə alınmamışdır. Həmçinin Bakı şəhəri icra Hakimiyyəti və "xxxx" MTK arasında bağlanmış 1664 №, xx.xx.2021-ci il tarixli Torpaq icarə Müqaviləsinə əsasən Bakı şəhəri, Nizami rayon, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllə ünvanındakı torpaq (0.1536 ha torpaq) sahəsi MTK-nın istifadəsinə verilib. "xxxx" MTK həmin vaxtdan qeyd edilən məhəllə üzrə torpaq sahəsinə görə icarə haqqı ödəyir. Sovet lər birliyi zamanında həmin ərazidə Lampa Zavodunun yataqxana binası və bağçası olmuş, Lampa Zavodunun işçiləri yataqxana binasında məskunlaşmışdır. Sonradan Zavodun işçiləri həm yataqxana, həm də bağçada məskunlaşıb. Daha sonra həmin sakinlər həmin ərazidə yerləşən boş torpaq sahələrini zəbt edərək müxtəlif tikililər və fərdi yaşayış evləri inşa ediblər. Həmin tikililərə və sahələrə orderlər əsasında özəlləşdirilmə sənədləri verilsə də həmin tikili və sahələr mənzil kimi qeydə alınıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat 14.İddiaçı MTK cavabdehlər Cavabdeh1, Cavabdeh7 Məhəmməd oğluna, Cavabdeh8 Adışırin oğluna, Cavabdeh6, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Nizami Rayon İcr a Hakimiyyəti cəlb edilməklə “mənzillərin və tikililərin sökülməsi, yeni təmirli mənzillərin verilməsi, kirayə haqqının ödənilməsi, mənzillərdən və tikililərdən çıxarılma” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 mülkiyyətindəki, Bakı şəhəri, Nizami rayonu, Ordubadi 7 ünvanda yerləşən köhnə yataqxana binasında 98,5 kv.m. sahəsi olan üçotaqlı 7 saylı mənzilinin və özbaşına tikilinin sökülməsi əvəzində Cavabdeh1 həmin ərazidə yeni inşa olunan çoxmənzilli yaşayış binasından 126,07 kv.m. sahəsi olan dördotaqlı təmirli mənzil, Cavabdeh7 Məhəmməd oğlunun mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında 62.5 kv.m. sahəsi olan üçotaqlı 8 saylı mənzilinin və özbaşına tikilinin sökülməsi, əvəzində Cavabdeh 7 Məhəmməd oğluna həmin ərazidə yeni inşa olunan çoxmənzilli yaşayış binasından 126,07 kv.m. sahəsi olan dördotaqlı təmirli mənzil, Cavabdeh8 mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında 66,5 kv.m. sahəsi olan üçotaqlı 9 saylı mənzilinin və özbaşına tikilinin sökülməsi, əvəzində Cavabdeh8 həmin ərazidə yeni inşa olunan çoxmənzilli yaşayış binasından 98,43 kv.m. sahəsi olan üçotaqlı təmirli mənzil, Cavabdeh6 mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında 102,7 kv.m. sahəsi olan dördotaqlı 10 saylı mənzilinin və özbaşına tikilinin sökülməsi, əvəzində Cavabdeh6 həmin ərazidə yeni inşa olunan çoxmənzilli yaşayış binasından 126,07 kv.m. sahəsi olan dördotaqlı təmirli mənzil, cavabdeh X2 mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında 9 3,6 həmin ünvanda kv.m sahəsi olan dördotaqlı 19 saylı mənzilinin və özbaşına tikilinin sökülməsi, əvəzində X3 həmin ərazidə yeni inşa olunan çoxmənzilli yaşayış binasından 86,32 kv.m. sahəsi olan üçotaqlı təmirli və 86,32 kv.m. olan üçotaqlı təmirsiz mənzillər, Cavabdeh4 mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında 65,7 kv.m. sahəsi olan üçotaqlı 30 saylı mənzilinin və özbaşına tikilinin sökülməsi, əvəzində Cavabdeh4 həmin ərazidə yeni inşa olunan çoxmənzilli yaşayış binasından 98,43 kv.m. sahəsi olan üçotaqlı təmirli mənzil, Cavabdeh2 mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında 66.5 kv.m. sahəsi olan ikiotaqlı 32 saylı mənzilinin və özbaşına tikilinin sökülməsi, əvəzində Cavabdeh2 həmin ərazidə yeni inşa olunan çoxmənzilli yaşayış binasından 86, 32 kv.m. sahəsi olan üçotaqlı təmirli mənzil, Cavabdeh3 mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında 87,0 kv.m sahəsi olan üçotaqlı 33 saylı mənzilinin və özbaşına tikilinin sökülməsi, əvəzində Cavabdeh3 həmin ərazidə yeni inşa olunan çoxmənzilli yaşayış binasından 98,43 kv.m. sahəsi olan üçotaqlı təmirli mənzil verilməklə və yeni mənzillər təhvil verilənədək cavabdehlərin hər birinə hər ay 450 manat kirayə haqqı ödənilməklə cavabdehlərin söküləcək həmin mənzillərdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 15.İddia tələbinin dəqiqləşdirilməsi ərizəsində əlavə olaraq bildirilmişdir ki, Cavabdeh1 mülkiyyətindəki, Bakı şəhəri, Nizami rayonu, Ordubadi 7 ünvanda yerləşən köhnə yataqxana binasında sənəd üzrə 98,5 kv.m. sahəsi olan üçotaqlı 7 saylı mənzi li və həmin ünvanda 35,0 kv.m. özbaşına tikilisi var. Cavabdeh7 Məhəmməd oğlunun mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında sənəd üzrə 62,5 kv.m. sahəsi olan üçotaqlı 8 saylı mənzili və həmin ünvanda 99,56 kv.m. özbaşına tikilisi var. Cavabdeh8 mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında sənəd üzrə 66,5 kv.m. sahəsi olan üçotaqlı 9 saylı mənzili və həmin ünvanda 55,8 kv.m. özbaşına tikilisi var. Cavabdeh6 mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında sənəd üzrə 102,7 kv.m. sahəsi olan dördotaqlı 10 saylı mənzili və həmin ünvanda 19,1 kv.m. özbaşına tikilisi var. Cavabdeh X2 mülkiyyətindəki. hamin ünvanda yerləşən köhnə yataqxana binasında sənəd üzrə 93,6 kv.m. olan dördotaqlı 19 saylı mənzili və həmin ünvanda 145.4 kv.m. özba şına tikilisi var. Cavabdeh4 mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında sənəd üzrə 65,7 kv.m sahəsi olan üçotaqlı 30 saylı mənzili və həmin ünvanda 54.2 kv.m. özbaşına tikilisi var. Cavabdeh2 mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında 66,5 kv.m. sahəsi olan ikiotaqlı 32 saylı mənzili və həmin ünvanda 35,8 kv.m. özbaşına tikilisi var. Cavabdeh3 mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında 87,0 kv.m. sahəsi olan üçotaqlı 33 saylı mənzili və həmin ünvanda 7,4 kv.m. özbaşına tikilisi var.Qeyd edilən mənzillər iddiaçının icarəsində ola torpaq sahəsində gecəqondu stilində, heç bir icazə alınmadan, sənədləşdirmə aparılmadan, özbaşına inşa olunub, Bakı şəhərinin müasir görünüşünə xələl gətirir, müasir yaşayış tələblərinə cavab verm irlər.Göstərilənlərə əsasən cavabdehlərin hər birinin mənzil şəritinin yaxşılaşdırılması, yeni çoxmənzilli yaşayış binasında müasir yaşayış tələblərinə cavab verən abad yaşayış sahələri ilə təmin edilmələri məqsədilə Azərbaycan Respublikası Mülki Prosscsual Məcəllənin 53-cü maddəsinə əsasən iddia tələbini dəqiqiləşdirərək həcmini artırmışlar. 16.İddiaçı MTK xx.xx.2023-cü il tarixdə vəsatət verərək Bakı şəhəri, Nizami rayonu, ünvan 4 ünvanının sahibi X5 dünyasını dəyişərək vəfat etdiyini, onun oğlu Cavabdeh4 isə həmin mənzil üzrə qanuni vərəsəsi kimi miras əmlakını qəbul etdiyini bildirərək Cavabdeh4 iş üzrə cavabdeh qismində iştiraka cəlb edilməsini xahiş etmişdir. Buna görə də Cavabdeh4, X5 yerinə mülki iş üzrə cavabdeh qismində cəlb edilmişdir. 17.Birinci instansiya məhkəməsində Cavabd eh8 iddianı qəbul etmədiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, Qəhrəman müəllimin əvvəlki məhkəmə iclaslarında dedikləri ilə tam razıdır. Hətta o, iddiaçıdan təzminat da istəyəcəkdir. Onun nəvələri hər qapı döyüləndə səksəkə içərisində olurlar. Yaşadığı yer onu qane edir və o, evinin sökülməsinə razı deyildir. Onlar İcra Hakimiyyətindən xəbərsiz heç nə tikə bilməzlər. 18.Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Həqiqət Əhmədova) 2(007)1334/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nizami rayonu, ünvan 10 ünvanında yerləşən binadakı 98,3 kv.m. sahəsi olan üçotaqlı 7 saylı mənzilinin sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.ünvan 14həllədə yeni inşa etdiyi b inada 126,07 kv.m. sahəsi olan dördotaqlı təmirli mənzil verilməsi, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 450 manat kirayə haqqının ödənilməklə həmin mənzildən çıxarılması, Cavabdeh7 Məhəmməd oğluna məxsus olan Bakı şəhəri, Nizami rayonu, ünvan 10 ünvanında yerləşən binadakı 62,5 kv.m. sahəsi olan üçotaqlı 8 saylı mənzilinin və özbaşına tikilinin sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.ünvan 14həllədə yeni inşa etdiyi binada 126,07 kv.m. sahəsi olan dördotaqlı təmirli mənzil verilməsi, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 450 manat kirayə haqqının ödənilməklə həmin mənzildən çıxarılması, Cavabdeh8 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, ünv an 10 ünvanında yerləşən binadakı 66,5 kv.m. sahəsi olan üçotaqlı 9 saylı mənzilinin və özbaşına tikilinin sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.ünvan 14həllədə yeni inşa etdiyi binada 98,43 kv.m. sahəsi olan üçotaqlı təmirli mənzil verilməsi, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 450 manat kirayə haqqının ödənilməklə həmin mənzildən çıxarılması, Cavabdeh6 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, ünvan 10 ünvanında yerləşən binadakı 102,7 kv.m. sahəsi olan dördotaqlı 10 saylı mənzilinin və özbaşına tikilinin sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.ünvan 14həllədə yeni inşa etdiyi binada 126,07 kv.m. sahəsi olan dördotaqlı təmirli m ənzil verilməsi, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 450 manat kirayə haqqının ödənilməklə həmin mənzildən çıxarılması, Cavabdeh5 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, ünvan 10 ünvanında yerləşən binadakı 93,6 kv.m. sahəsi olan dördotaqlı 19 saylı mənzilinin və özbaşına tikilinin sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.ünvan 14həllədə yeni inşa etdiyi binada 86,32 kv.m. sahəsi olan üçotaqlı təmirli və 86,32 kv.m. olan üçotaqlı təmirsiz mənzil verilməsi, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 450 manat kirayə haqqının ödənilməklə həmin mənzildən çıxarılması, Cavabdeh4 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, ünvan 10 ünvanında yerləşən binadakı 65,7 kv.m sahəsi olan üçotaqlı 30 saylı mənzilinin və özbaşına tikilinin sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.ünvan 14həllədə yeni inşa etdiyi binada 98,43 kv.m. sahəsi olan üçotaqlı təmirli mənzil verilməsi, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 450 manat kirayə haqqının ödənilməklə həmin mənzildən çıxarılması, Cavabdeh2 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, ünvan 10 ünvanında yerləşən binadakı 66,5 kv.m. sahəsi olan ikiotaqlı 32 saylı mənzilinin və özbaşına tikilinin sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.ünvan 14həllədə yeni inşa etdiyi binada 86,32 kv.m sahəsi olan üçotaqlı təmirli mənzil verilməsi, yeni mənzil ti kilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 450 manat kirayə haqqının ödənilməklə həmin mənzildən çıxarılması, Cavabdeh3 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, ünvan 10 ünvanında yerləşən binadakı 87,0 kv.m sahəsi olan üçotaqlı 33 saylı mənzilinin və özbaşına tikilinin sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.ünvan 14həllədə yeni inşa etdiyi binada 98,43 kv.m. sahəsi olan üçotaqlı təmirli mənzil verilməsi, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 450 manat kirayə haqqının ödənilməklə həmin mənzildən çıxarılması qət edilmişdir. 19.Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı MTK Bakı şəhəri, Nizami rayonu ərazisində apardığı tikinti işlərini Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2021-ci il tarixli 208 saylı sərəncamına uyğun olaraq mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətlərini tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsi ilə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasına uyun olaraq həyata keçirir. 20.Belə olan təqdirdə məhkəmə hesab etmişdir ki, cavabdehlərin yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli vəziyyətdə olan mənzillərdən və tikil ilərdən çıxarılması ilk növbədə orada yaşayanlar üçün həyati vacib məsələdir. Belə ki, cavabdehlərin texniki vəziyyəti qeyri-qənaətbəxş olan, istismara yararsız və qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməyən binada yaşaması gələcəkdə məhz cavabdehlər üçün arzuolunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır. Hansı ki, binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında cavabdehlərə mənzillərinin, özbaşına tikililərinin ölçüsünə ağlabatan ölçüdə əlavə sahələri olan yeni mənzillər verilməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədək onlarla birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilmələri üçün 450 manat məbləğində kirayə haqqı ödənilməsi öhdəliyini İddiaçı MTK öz üzərinə götürür. 21.Həmçinin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı MTK-nın irəli sürdüyü təkliflər günün tələblərindən də artıqdır və kifayət qədər ədalətli və ağlabatandır, təkliflərin icrasının dərhal həyata keçirilməsinə Sərəncamın icrasını həyata keçirmək vəzifəsini daşıyan MTK tərəfindən hər hansı maneə yoxdur. İddiaçı tərəfindən vaxtında öz üzərinə qoyulmuş öhdəliklərin icra edilməməsi həmin evdə yaşayan digər sakinlərin də hüquqlarının vaxtında reallaşmasına maneə yarada bilər. 22.Belə ki, tikiləcək çoxmərtəbəli yaşayış binasından veriləcək mənzillərin dəyərinin bazar qiymətinə uyğun olmadığı qənaətinə gəlmək üçün məhkəmə hər hansı əsas müəyyən etməmişdir. Şəhərsalmanın planlaşdırılması, eləcə də digər şəxslərin hüquq və azadlıqlarını müəyyən etmək baxımından döv lətin geniş qiymətləndirmə səlahiyyətini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən təklif edilən şərtlə cavabdehlərin mülkiyyətinə həyata keçiriləcək müdaxilə mütənasib hesab olunmalıdır (Papachelas Yunanıstana qarşı iş). 23.Qeyd olunanlar ilə yanaşı, məhkəmə qarşı tərəflərin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə tanış olması üçün vaxt istəməsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məhkəmə baxışına qədər verilməli olması dəlili ilə bağlı bildirmişdir ki, hazırda iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə əvvəlcədən xx.xx.2023-cü il tarixdə elektron kabinetə yerləşdirildiyindən, ərizənin məzmunu ayrı-ayrılıqda izah edildiyindən və həmin ərizə ilə iddiaçı tərəfindən əvvəlki ərizəyə münasibətdə cavabdehlərə verilən yaşayış sahələrinin ölçüsü art ırıldığından, bu hal cavabdehlərin mənafeyinə zidd olmadığından onların həmin müraciəti təmin edilməlidir. Həmçinin, bunun üçün məhkəmə iclasının təxirə salınması işin uzadılmasına və qarşı tərəfin hüquqlarının əsassız pozulmasına gətirib çıxaracaqdır. 24.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə, 13-cü maddəsinin İ və İİİ hissəsinə, 29-cu maddəsinin İV hissəsinə, 43-cü maddəsinin İİ hissəsinə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair xx.xx.1952-ci il Əlavə protokolunun tələblərinə, “İnsan hüquqlarının və əsas azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə xx.xx.200 9-cu il tarixli Qərarının 64, 65-ci bəndinlərinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 16.1, 152.6, 560.1 və 560.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat 25.Qətnamədən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnaməni ləğv edərək, iddia tələbinin rədd edilməsi barədə qətnam qəbul edilməsini xahiş etmişdir. 26.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən inşası nəzərdə tutulan layihə pilot layihə olmamışdır. Həmçinin pilot layihələr 2018-ci ildə ləğv edilmişdir. İddia tələbinin əsasını təşkil edən Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı Bakı şəhər İnzibati Məhkəməsində cavabdeh tərəfindən mübahisələndiriləndən iş üzrə icraat dayandırılmalı olduğu halda hakim Hə qiqət Mahmudova mülki işə baxılmasına davam etmişdir. Həmçinin qeyd olunan sərəncamda mülkiyyətçilər ilə razılıq əsasında söküntü işlərinin aparılmasının mümkün olması qeyd olunsa da, cavabdeh razılıq olmadan, məhkəmə vasitələsilə cavabdehlərin hüquqlarını kobud surətdə pozmuşdur. Bundan başqa məhkəmə istintad etdiyi hallardan biri də Bakı şəhərinin bir neçə rayonlarında istismar müddət başa çatmış, qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının sökülməsinə istinad etsə də, məhkəmə iclasında cavabdehlərin vəkili olaraq verilən suala iddiaçının nümayəndəsi və vəkili cavab olaraq bildirmişdir ki, sökülməsini tələb etdikləri çoxmənzilli yaşayış binası deyil, fərdi yaşayış evləridir. Lakin məhkəmə nəzərə almamışdır ki, fərdi yaşayış evləri nə pilot layihələr çərçivəsində, nə də ki, dig ər hər hansı halda (dövlət ehtiyyacları istisna olmaqla) sökülə bilməz, vətəndaşların mülkiyyət hüquqları pozula bilməz. Cavabdeh tərəfi olaraq iddiaçının ayrıca aktı ilə onlara ayrılmış torpaq sahəsinin kordinatları ilə cavabdehlərin mülkiyyətində olan evlərin kordinatları ilə üst-üstə düşməsini müəyyən etmək üçün ekspetiza təyin edilməsini tələb etsə də, məhkəmə vəsatəti qismən təmin etmiş, ancaq Şəhərsalma və Arxitektura İdarəsinin rəyi alınmasını məqsədəmüvafiq hesab etmiş, lakin həmin idarə tərəfindən məhkəməyə cavab məktubunda onların səlahiyyətlərinə aid olmadığı bildirilmiş, məhkəmə buna baxmayaraq, ekspetiza təyin etməmiş, kordinatları müəyyən etməmişdir. Bundan başqa cavabdehlərdən birinin sökülməsi tələb edilən ünvanda sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu, iddiaçı tərəfindən də hüquqi şəxs olmasını nəzərə alaraq, mülki işin Bakı Kommersiya məhkəməsinə göndərilməsi barədə vəsatət də əsassız olaraq təmin edilməmişdir. Ümumiyyətlə cavabdehlər tərəfindən vermiş bütün vəsatətlər ya baxılmamış, ya da təmin edilməmiş, sonuncu məhkəmə iclasında isə iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi verilmiş, məhkəmə həmin ərizə ilə tanış olmağa şərait yaratmamış, məhkəmə çıxışlarına keçmiş, çıxış üçün də vaxt verilməsini xahiş etilsə də, məhkəmə onu da etməmiş, tez-tələsik məhkəməni yekunlaşdırmışdır. Səbəb isə sədrlik edən hakimin analıq məzuniyyətinə getməsi, mülki işə baxılmasını başqa hakimə vermək istəməməsi olmuşdur. Göründüyü kimi, sədrlik edən işin nəticəsində maraqlı olmuş, cavabdeh tərəfin irəli sürdüyü dəlilləri araşdırmamış, vəsatətlərə baxmamışdır, tək məqsəd tez müddətdə mülki işin yekunlaşdırmaq və iddia tələbini təmin etmək olmuşdur. Hakim mövqeyi açıq aşkar hiss olunduğu üçün hakimə etiraz verilsə də, etiraz da təmin edilməmişdir. Bundan başqa bu növ iddialar (MTK –lar tərəfindən belə iddialar) üzrə hakim Həqiqət Əhmədovanın sədrliyi ilə baxılmış başqa məhkəmə işləri üzrə qəbul etdiyi məhkəmə qətnamələri və həmin qətnamələrin apellyasiya məhkəməsi tərəfindən ləğv edilməsi, iddia tələblərinin rədd edilməsi barədə qətnamələr də Həqiqət Mahmudovaya təqdim edilmiş, hakimin bu növ iddialara dair mövqeyi yanlış olması onun özünə də aydın olsa da, əsassız və qanuna zidd qətnamə qəbul etmişdir. Hesab edirik ki, məhkəmənin qətnaməsi tamamilə qanunsuz və əsassızdır. Məhkəmə öz qətnaməsini hüquqi cəhətdən əsaslandırmamış, işin faktiki halların ı nəzərə almamış, maddi və prosessual hüquq normalarını pozmaqla qərar qəbul etmişdir. Mülki məcəllənin tələblərinə zidd olaraq iddiaçı tərəf mülkiyyətində olan fərdi yaşayış evlərinə dair məcburi müqavilə bağlatmaq istəyir və məhkəmədən vasitə kimi istifadə edir. Mülki işə baxmış məhkəmə də cavabdehlərin üzərinə müqavilə formasında öhdəlik qoymuş, onların mülkiyyətində məhrum edərək, yeni inşa olunacaq binada mənzil verilməsini qətnamə göstərmişdir. İddia tələbində qeyd olunan evlər cavabdehlərin xüsusi mülkiyyətlərində olan fərdi yaşayış evləridi. Dövlət ehtiyacı olmadan mülkiyyət hüquqlarından məhrum edilə bilməzlər. Lakin məhkəmə cavabdehlərin mülkiyyət hüquqları kobud surətdə pozaraq, heç bir hüquqi əsas olmadan, Azərbaycan Respublikası Konstitusiyana zidd olaraq qətnamə qəbul etmiş dir. Göründüyü kimi, məhkəmə cavabdehlərin hüquqlarının qorunmasını təmin etməmiş, formal xarakterli və hüquqi cəhətdən əsaslandırılmamış qətnamə qəbul etmişdir. Məhkəmə obyektivliyi təmin etmədən, yalnız cavabdehin dəlillərini əsas tutaraq qətnamə qəbul etmişdir. Nəticədə tərəflərin hüquq bərabərliyini prinsipi və iddiaçının hüquqları pozmuşdur. Qətnamədə işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, iş üzrə ekspetiza rəyi tələb edilsə də, məhkəmə ekspertiza təyin etmədən, tələbi tam araşdırılmadan iddia ərizəsi təmin edilməmişdir. Nəticədə qətnamədə göstərilən hallar işin materiallarına uyğun deyildir. Qətnamədə məhkəmənin əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya dig ər normativ aktlar dəqiq göstərilməmişdir. Məhkəmə yalnız özün və iddiaçı tərəfin fərziyyələrinə əsaslanmaqla qətnamə qəbul etmişdir. Tərəflərindən iddiaçının subyektiv hüququnun aydınlaşdırılması üçün ekspertiza barədə vəsatət verilmiş, iddiaçının ayrıca aktı ilə ayrılmış torpaq sahəsi ilə cavabdehlərin mülkiyyətində olan evlərin kordinatlarının müəyyən edilməsi, üst-üstə düşübdüşməməsini müəyyən edilməsini tələb edilsə də, məhkəmə qeyd olunan halı aydınlaşdırmamışdır. 27.Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5749/2023 nömrəli mülki iş üzrə 13 dekabr 2023-cü il tarixli qərardadları ilə Cavabdeh3 iddiadan imtinası qəbul edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli qətnaməsi ona aid hissədə ləğv edilməklə, eyni hissədə iş üzrə icraata xitam ver ilmiş, cavabdehlər Cavabdeh5 və Cavabdeh2 apellyasiyadan imtinaları qəbul edilərək, onlara münasibətdə apellyasiya icraatına xitam verilmiş, 13 dekabr 2023-cü il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh7 Məhəmməd oğlu, Cavabdeh8 və Cavabdeh6 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli qətnaməsi qismən ləğv edilmiş, iddia qismən təmin edilmiş, Cavabdeh1 ona məxsus olan Bakı şəhəri Nizami rayonu ünvan 10 ünvanda yerləşən binadakı 98,3 kv.m. sahəsi olan üçotaqlı 7 saylı mənzili sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri Nizami rayonu A.Manafov, K.Balakişiyev və M.S.ünvan 14həllədə inşa edəcəyi 4 saylı binanın 1-ci girişi 2-ci mərtəbəsində 126,07 kv.m. sahəsi olan dördotaqlı 1 saylı təmirli mənzil verilməsi, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 450 manat kirayə haqqı ödənilməklə həmin mənzildən çıxarılması; Cavabdeh7 Məhəmməd oğluna ona məxsus olan Bakı şəhəri Nizami rayonu ünvan 10 ünvanda yerləşən binadakı 62,5 kv.m. sahəsi olan üçotaqlı 8 saylı mənzili və özbaşına tikili sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri Nizami rayonu A.Manafov, K.Balakişiyev və M.S.ünvan 14həllədə inşa edəcəyi 4 saylı binanın 1-ci girişi 3-cü mərtəbəsində 126,07 kv.m. sahəsi olan dördotaqlı 7 saylı təmirli mənzil verilməsi, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 450 manat kirayə haqqı ödənilməklə həmin mənzildən çıxarılması; Cavabdeh8 ona məxsus olan Bakı şəhəri Nizami rayonu ünvan 10 ünvanda yerləşən binadakı 66,5 kv.m. sah əsi olan üçotaqlı 9 saylı mənzili və özbaşına tikili sökülərək əvəzində İddiaçı MTKnın Bakı şəhəri Nizami rayonu A.Manafov, K.Balakişiyev və M.S.ünvan 14həllədə inşa edəcəyi 4 saylı binanın 1-ci girişi 2-ci mərtəbəsində 98,43 kv.m. sahəsi olan üçotaqlı 2 saylı təmirli mənzil verilməsi, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 450 manat kirayə haqqı ödənilməklə həmin mənzildən çıxarılması; Cavabdeh6 ona məxsus olan Bakı şəhəri Nizami rayonu, ünvan 10 ünvanda yerləşən binadakı 102,7 kv.m sahəsi olan dördotaqlı 10 saylı mənzili və özbaşına tikili sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri Nizami rayonu A.Manafov, K.Balakişiyev və M.S.ünvan 14həllədə inşa edəcəyi 4 saylı binanın 1-ci girişi 4-ci mərtəbəsində 126,07 kv.m. sahəsi olan dördotaqlı 1 3 saylı təmirli mənzil verilməsi, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 450 manat kirayə haqqı ödənilməklə həmin mənzildən çıxarılması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, iddianın verilməsi ilə əlqədar ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), M.Məmmədov və F.Talışinski) 28.Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5749/2023 nömrəli mülki iş üzrə 13 dekabr 2023-cü il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh7 Məhəmməd oğlu, Cavabdeh8 Adışırin oğlu və Cavabdeh6 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1334/2023 nömrəli, 24 iyun 2023-cü il tarixli qətnaməsi qismən ləğv edilməsi, iddia tələbi qismən təmin edilməsi, Cavabdeh1 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, ünvan 10 ünvanında yerləşən binadakı 98,3 kv.m sahəsi olan üçotaqlı 7 saylı mənzili sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.ünvan 14həllədə inşa edəcəyi 4 saylı binanın 1-ci girişi, 2-ci mərtəbəsində 126,07 kv.m sahəsi olan dördotaqlı, 1 saylı təmirli mənzil verilməsi, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 450 manat kirayə haqqı ödənilməklə həmin mənzildən çıxarılması, Cavabdeh7 Məhəmməd oğluna ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, ünvan 10 ünvanında yerləşən binadakı 62,5 kv.m sahəsi olan üçotaqlı 8 saylı mənzili və özbaşına tikili sökülərək əv əzində İddiaçı MTK-nın Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.ünvan 14həllədə inşa edəcəyi 4 saylı binanın 1-ci girişi, 3-ci mərtəbəsində 126,07 kv.m sahəsi olan dördotaqlı, 7 saylı təmirli mənzil verilməsi, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 450 manat kirayə haqqı ödənilməklə həmin mənzildən çıxarılması, Cavabdeh8 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, ünvan 10 ünvanında yerləşən binadakı 66,5 kv.m sahəsi olan üçotaqlı 9 saylı mənzili və özbaşına tikili sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.ünvan 14həllədə inşa edəcəyi 4 saylı binanın 1-ci girişi, 2-ci mərtəbəsində 98,43 kv.m. sahəsi olan üçotaqlı, 2 saylı təmirli mənzil verilməsi, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 450 manat kirayə haqqı ödənilməklə həmin mənzildən çıxarılması, Cavabdeh6 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, ünvan 10 ünvanında yerləşən binadakı 102,7 kv.m. sahəsi olan dördotaqlı 10 saylı mənzili və özbaşına tikili sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.ünvan 14həllədə inşa edəcəyi 4 saylı binanın 1-ci girişi, 4-ci mərtəbəsində 126,07 kv.m sahəsi olan dördotaqlı, 13 saylı təmirli mənzil verilməsi, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 450 manat kirayə haqqı ödənilməklə həmin mənzildən çıxarılması, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmasını qət etmişdir. 29.Məhkəmə kollegiyası cavabdehlərin nümayəndəsi və vəkili V əkil2 torpaq sahəsi ilə cavabdehlərin mülkiyyətində olan fərdi yaşayış yerləri ilə üst-üstə düşməsinin müəyyən edilməsi barədə tikinti-texniki ekspertiza təyin edilməsi və yerli baxış keçirilməsi barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440cı məhəllədə yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazidən, yaşayış kompleksinin inşası məqsədilə İddiaçı MTK-ya ayrılması nəzərdə tutulan 2,38 ha torpaq sahəsinin yerquruluşu planından müəyyən edilir ki, Bakı şəhəri, Ni zami rayonu, M.S.Ordubadi küçəsi də həmin planda mövcuddur. Eyni zamanda, birinci instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinə Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllədə yerləşən Ordubadi 7 ünvanında olan yaşayış sahələrinin Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 208 saylı sərəncama əsasən Orbita MTK-ya ayrılmış torpaq sahəsinin ərazisinə düşüb-düşməməsi barədə məlumatların (müvafiq sənədlər əlavə edilməklə) təqdim edilməsi barədə sorğular göndərilmiş, komitə tərəfindən bildirilmişdir ki, “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə" Azər baycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 176 nömrəli Fərmanına əsasən torpaq sahələrinin ayrılması müvafiq icra hakimiyyəti orqanları Bakı şəhərinin inzibati ərazisində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir. Hansı ki, Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllə ünvanında yerləşən torpaq sahəsi yeni yaşayış kompleksinin tikintisi üçün İddiaçı MTK-nın icarə əsasında istifadəsinə verilməsi Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 208 saylı Sərəncamı əsasında həyata keçirilmişdir. Həmin sərəncamda isə İddiaçı MTK-nın xx.xx.2021-ci il tarixli, 56 nömrəli müraciəti, Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 11-13/115 nömrəli, Azər baycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 Agentliyinin xx.xx.2021-ci il tarixli, 22/589 nömrəli, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2021-ci il tarixli, XO-xx-xx-2021-03827 nömrəli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********74 nömrəli razılıq məktubları və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin xx.xx.2021-ci il tarixli, 37/3404933 nömrəli məktubu ilə təqdim edilmiş “Azkommunlayihə” KLİ-nin texniki rəyi nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin və Azərbaycan R espublikasının mülki və torpaq qanunvericiliyinin tələbləri rəhbər tutulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin qeyd edilən dəlili əsassız olduğundan təmin edilməməlidir. 30.Belə olan təqdirdə məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehlərin yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli vəziyyətdə olan mənzillərdən və tikililərdən çıxarılması ilk növbədə orada yaşayanlar üçün həyati vacib məsələdir. Belə ki, cavabdehlərin texniki vəziyyəti qeyri-qənaətbəxş olan, istismara yararsız və qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməyən binada yaşaması gələcəkdə məhz cavabdehlər üçün arzuolunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır. Hansı ki, binanın yerində tikil əcək çoxmərtəbəli yaşayış binasında cavabdehlərə mənzillərinin, özbaşına tikililərinin ölçüsünə ağlabatan ölçüdə əlavə sahələri olan yeni mənzillər verilməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədək onlarla birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilmələri üçün 450 manat məbləğində kirayə haqqı ödənilməsi öhdəliyini İddiaçı MTK öz üzərinə götürür. 31.İddiaçı MTK-nın irəli sürdüyü təklifdən də görünür ki, təkliflər günün tələblərindən də artıqdır və kifayət qədər ədalətli və ağlabatandır, təkliflərin icrasının dərhal həyata keçirilməsinə Sərəncamın icrasını həyata keçirmək vəzifəsini daşıyan MTK tərəfindən hər hansı maneə yoxdur. İddiaçı tərəfindən vaxtında öz üzərinə qoyulmuş öhdəliklərin icra edilməməsi həmin evdə yaşayan digər sak inlərin də hüquqlarının vaxtında reallaşmasına maneə yarada bilər. 32.Beləliklə, tikinti işlərini aparan iddiaçı tərəfindən cavabdehlərə edilən həmin təkliflər, Sərəncamla İddiaçı MTK-nın üzərinə qoyulmuş vəzifənin həyata keçirilməsindən irəli gələn addımdır və MTK bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsinədək və hazırkı iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehlərə əlverişli təkliflər etmişdir. Bundan başqa, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, tərəflərin barışması üçün tədbirlər görülmüşdür. Ərazidə yaşayan çoxsaylı ailələrdən fərqli olaraq hazırkı cavabdehlər onlara məxsus olan mənzillərə iddiaçının təklif etdiyi cavabdehlərin sahələrinə uyğun əlavə yaşayış sahələrindən daha çox sahə tələb edirlər. Bu hal cavabdehlərin hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdehlərin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir, cavabdehlər İddiaçı MTK tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarından sözügedən sərəncamı icra edən iddiaçıya ziyan vuran şəkildə suiistifadə edirlər ki, onun bu hüquqdan sui-istifadələrinə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır. 33.Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırki işdə, tikiləcək çoxmərtəbəli yaşayış binasından veriləcək mənzillərin dəyərinin bazar q iymətinə uyğun olmadığı qənaətinə gəlmək üçün məhkəmə hər hansı əsas müəyyən etməmişdir. Şəhərsalmanın planlaşdırılması, eləcə də digər şəxslərin hüquq və azadlıqlarını müəyyən etmək baxımından dövlətin geniş qiymətləndirmə səlahiyyətini nəzərə alaraq məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı tərəfindən təklif edilən şərtlə cavabdehlərin mülkiyyətinə həyata keçiriləcək müdaxilə mütənasib hesab olunmalıdır (Papachelas Yunanıstana qarşı iş). 34.Həmçinin, məhkəmə kollegiyası cavabdeh tərəfin məhkəmə tərəfindən prosessual pozuntulara yol verildiyi, yəni iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə tanış olması üçün vaxt istənilmiş olsa da, vaxt verilməməsi barədə dəlili ilə bağlı qeyd etmişdir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə əvvəlcədən, yəni xx.xx.2023-cü il tarix də elektron kabinetə yerləşdirildiyindən, ərizənin məzmunu ayrı-ayrılıqda izah edildiyindən və həmin ərizə ilə iddiaçı tərəfindən əvvəlki ərizəyə münasibətdə cavabdehlərə verilən yaşayış sahələrinin ölçüsü artırıldığından və bu hal cavabdehlərin mənafeyinə zidd olmadığından şikayətin qeyd edilən dəlili əsassızıdır. 35.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə, 13-cü maddəsinin İ və İİİ hissəsinə, 29-cu maddəsinin İV hissəsinə, 43-cü maddəsinin İİ hissəsinə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair xx.xx.1952-ci il Əlavə protokolunun tələblərinə, “İnsan hüquqlarının və əsas azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə, İnsan Hüquqları üzrə Avro pa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli Qərarının 64, 65-ci bəndinlərinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 6.3, 15, 16.1,152.1,152.6,180.1,180.2,180.4, 560.1 və 560.2-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat 36.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh6 ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 37.Kassasiya şikayətinin dəlillərinə görə, söküntüsü tələb olunan əmlaklar çoxmənzilli yaşayış binasında mənzillər deyil, fərdi yaşayış evləridir. 38.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1223/ 2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh6 kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5749/2023 nömrəli iş üzrə 13 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməsi, işin yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakimlər X6 (məruzəçi), X15 və X10) 39.Məhkəmə kollegiyası qeyd etmişdir ki, işdən məlum olur ki, apellyasiya şikayətinin dəlillərindən biri “... sökülməsini tələb etdikləri çoxmənzilli yaşayış binası deyil, fərdi yaşayış evləridir. Lakin məhkəmə nəzərə almamışdır ki, fərdi yaşayış evləri nə pilot layihələr çərçivəsində, nə də ki, digər hər hansı halda (dövlət ehtiyacları istisna olmaqla) sökülə bilməz, vət əndaşların mülkiyyət hüquqları pozula bilməz.” məzmundadır. 40.Apellyasiya instansiyası məhkəməsi öz yekun aktında sözügedən dəlilə münasibətdə göstərmişdir ki, “ Məhkəmə kollegiyası cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 torpaq sahəsi ilə cavabdehlərin mülkiyyətində olan fərdi yaşayış yerləri ilə üst-üstə düşməsinin müəyyən edilməsi barədə tikinti-texniki ekspertiza təyin edilməsi və yerli baxış keçirilməsi barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki,... apellyasiya şikayətinin qeyd edilən dəlili əsassız olduğundan təmin edilməməlidir.” 41.Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsinin 91-ci bəndində səlahiyyətli dövlət qurumlarının mübahisə ilə bağlı qəbul etdiyi aktları sadalamış olsa da, əslində cavabdehlərin apellyasiya şikayətində irəli sürd üyü həmin dəlili müzakirə etməmiş, dəlilə münasibət bildirməmiş və hüquqi qiymət verməmiş, dəlillə razılaşdığını yaxud razılaşmadığını əsaslandırmamışdır 42.Məsələnin xüsusi hüquqi əhəmiyyəti ondan ibarətdir ki, əgər cavabdehlərin mülkiyyətində olan mənzillərin çoxmənzilli yaşayış binasındakı mənzil deyil, fərdi yaşayış evi olduğu müəyyən edilərsə, o halda həmin iddiaçı yalnız mülkiyyətçilərlə razılıq əldə etməklə tikilinin sökülməsini həyata keçirə bilər. Hazırkı işdən isə görünür ki, iddiaçı cavabdehlərlə bu cür razılıq əldə etməmişdir. 43.Bundan əlavə, cavabdehlərin iddiaçı ilə sonuncunun təklif etdiyi formada razılıq əldə etməməsi mülkiyyət hüquqlarından sui-istifadə kimi qiymətləndirilə bilməz. Bunun əksinin düşünülməsi isə cavabdehlərin mülkiyyət və mülkiyyətdən irəli gələn digər hüq uqlarının pozulması ilə nəticələnmiş olar. 44.Həmçinin, iddia ərizəsində göstərilmişdir ki, iddiaçı cavabdehlərə onların Bakı şəhəri Nizami rayonu Ordubadi 7 ünvanda yerləşən yaşayış sahələrinin əvəzinə həmin ərazidə yeni tikilən binada 20 faiz artıq sahəsi olan yeni mənzillər tikilib təmirli vəziyyətdə təhvil verilməsini təklif etmişdir. 45.Lakin apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən müəyyən etmişdir ki, qətnamə ilə Cavabdeh1 ona məxsus 98,3 kv.m. mənzilə görə 126 kv.m, Cavabdeh7 ona məxsus 62,5 kv.m. sahəsi olan mənzilə və özbaşına tikiliyə görə 126,07 kv.m., Cavabdeh8 ona məxsus 66,5 kv.m. mənzilə və özbaşına tikiliyə görə 98,43 kv.m., Cavabdeh6 ona məxsus 102,7 kv.m. mənzilə və özbaşına tikiliyə görə 126,07 kv.m. sahəsi olan mənzillərin verilməsi qət edilsə də, verilən mə nzillərin sahələrinin cavabdehlərin mənzillərinin mövcud sahəsinə 20 faiz əlavənin, habelə özbaşına tikililərə (Cavabdeh1 35, Cavabdeh7 99,6, Cavabdeh8 55,8 və Cavabdeh6 19,1 kv.m. özbaşına tikilisinə) görə kompensasiyanın həcminin Konstitusiya Məhkəməsi Plenumunun 23 iyun 2021-ci il tarixli Qərarı (§16) ilə verilən şərhə uyğun qaydada nəzərə alınmaqla hesablanıb-hesablanmadığı qətnamədən aydın olmur. 46.Beləliklə, kassasiya instnasiyası məhkəməsini mövqeyi ondan ibarət olmuşdur ki, işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılarkən müzakirə edilən hallara, bildirilən hüquqi mövqelərə uyğun qaydada işin faktiki halları ilə birlikdə dəyərləndirilməklə, aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. (§28-40) d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat 47.İddiaçı tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məlumatda qeyd edilmişdir ki, 17 sentyabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasından sonra cavabdehlər Cavabdeh1, Cavabdeh7 Məhəmməd oğlu, Cavabdeh8 Adișirin oğlu ve Cavabdeh6 mənzillərinin əvəzləşdirilməsi ile bağlı danışıqlar aparılması ilə əlaqədar "xxxx" Mənzil Tikinti Kooperativinin ofisinə dəvət olunmuş və onlar mənzillərinin əvəzinə aşağıdakıları tələb etmişlər: 48.Cavabdeh1: 98,3 kv.m. sahəsi olan üçotaqlı 7 saylı mənzilinin ve həmin ünvanda 35,0 kv.m. özbaşına qanunsuz tikilisinin əvəzinə 3 ədəd 98,43 kv.m. sahəsi olan üçotaqlı mənzil, qanunsuz zəbt etdiyi torpaq sahəsi üçün kompensasiya və 1 ədəd qaraj; 49.Cavabdeh7 Məhəmməd oğlu: 62,5 kv.m. sahəsi olan üç otaqlı 8 saylı mənzilinin və həmin ünvanda 99,56 kv.m. özbaşına qanunsuz tikilisinin əvəzinə 98,43 ve 86,32 kv.m. sahəsi olan biri təmirli olmaqla 2 ədəd üç otaqlı mənzil; 50.Cavabdeh8 Adıșirin oğlu: 66,5 kv.m. sahəsi olan üçotaqlı 9 saylı mənzili və 3 həmin ünvanda 55,8 özbaşına qanunsuz tikilisinin əvəzinə 1 ədəd 126,07 kv.m. dördotaqlı və 1 ədəd 76,74 kv.m. sahəsi olan ikiotaqlı mənzil; 51.Cavabdeh6: 102,7 kv.m. sahəsi olan dördotaglı 10 saylı mənzilnin ve həmin ünvanda 19,1 kv.m. özbaşına qanunsuz tikilisinin əvəzinə 1 ədəd 86,32 kv.m. üç otaqli, 1 ədəd 76,74 kv.m. iki otaqlı və 1 ədəd 51,44 kv.m. sahəsi olan bir otaqlı təmirli mənzil tələb ediblər. 52.Görüşlərin səsli görüntüsünün əks olunduğu fləş kartı təqdim edilib. Cavabdehlərin hər biri öz tələblərini yazılı şəkildə təqdim etməkdən imtina etmişlər. 53.İddiaçı tərəfindən kompens asiya məbləğinin artırılmasına dair xx.xx.2024-cü il tarixli təklifdə: -İddiaçı MTK tərəfindən Cavabdeh1 mülkiyyətindəki, Bakı şəhəri Nizami rayonu Ordubadi 7 ünvanda yerləşən köhnə yataqxana binasında 98,3 kv.m. sahəsi olan üçotaqlı saylı mənzilinin əvəzinə, həmin ünvanda yəni, Bakı şəhəri Nizami rayonu, Ạ Manafov, K. Balakişiyev və M.S.ünvan 14həllədə inşa edəcəyi 4 saylı binanin A-ci girisi 2-ci mərtəbəsindəki 126,07 kv.m. sahəsi olan dördotaqlı 1 saylı mənzili təmirli vəziyyətdə təhvil verməklə, 35,0 kv.m. özbaşına va qanunsuz tikilisinin əvəzinə isə həmin tikilinin hər kvadrat metrinə 500 manat olmagla, cəmi 17.500 (on yeddi min beş yüz) manat kompensasiya ödənilməklə və yeni mənzil təhvil verilənədək hər ay 500 manat kirayə haqqı ödənilməklə Cavabdeh1 söküləcək həmin mənzildən çıxarı lması; -İddiaçı MTK tərəfindən X1 mülkiyyətindəki, Bakı şəhəri, Nizami rayonu, Ordubadi 7 ünvanda yerləşən köhnə yataqxana binasında 62,5 kv.m. sahəsi olan üçotaqlı 8 saylı mənzilinin əvəzinə, həmin ünvanda yəni, Bakı şəhəri Nizami rayonu A.Manafov, K.Balakişiyev və M.S.ünvan 14həllədə inşa edəcəyi 4 saylı binanin 1-ci girişi 3-cü mərtəbəsindəki sahəsi 126,07 kv.metrden ibarət dördotaqlı 7 saylı mənzili təmirli vəziyyətdə təhvil verməklə, 99,56 kv.m. özbaşına va qanunsuz tikilisinin əvəzinə isə həmin tikilinin hər kvadrat metrine 500 manat olmaqla, cəmi 49.780 (qırx doqquz min yeddi yűz səksən) manat kompensasiya ödənilməklə və yeni mənzil təhvil verilənədək hər ay 500 manat kirayə haqqı ödənilməklə Cavabdeh7 Məhəmməd oğlunun söküləcək həmin mənzildən çıxarılması; -İddiaçı MTK tərəfindən C avabdeh8 Adişirin oğluna mülkiyyətindəki, Bakı şəhəri Nizami rayonu Ordubadi 7 ünvanda yerləşən köhnə yataqxana binasinda 66,5 kv.m. sahəsi olan üçotaqli 9 saylı, mənzilinin əvəzinə, həmin ünvanda yəni, Bakı şəhəri Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S Ordubadi küçələrinin kəsişməsindəki 2440 sayli məhəllədə inşa edəcəyi binanin 1-ci girişi 2-ci mərtəbəsindəki sahəsi 98,43 kv.metrden ibarət üç otaqlı 2 saylı mənzili təmirli vəziyyətdə təhvil verməklə, 55,8 kv.m. özbaşına və qanunsuz tikilisinin əvəzinə isə həmin tikilinin hər kvadrat metrinə 500 manat olamaqla, cəmi 27.900 (iyirmi yeddi min doqquz yüz) manat kompensasiya ödənilməklə və yeni mənzil təhvil verilənədək hər ay 500 manat kirayə haqqı ödənilməklə Cavabdeh8 Adişirin oğlunun söküləcək həmin mənzildən çıxarılması; -İddiaçı MTK tərəfindən Cavabdeh6 mülkiyyətindəki Bakı səhəri, Nizami rayonu, Ordubadi 7 ünvanda yerleşən köhnə yataqxana binasında 102,07 kv.m. sahəsi olan dördotaqlı 10 saylı mənzilinin əvəzinə, həmin ünvanda yəni, Bakı şəhəri Nizami rayonu A.Manafov, K.Balakişiyev vo M.S.ünvan 14həllədə inşa edəcəyi 4 sayl binanın 1-ci giriși 4cü mərtəbəsindəki sahəsi 126,07 kv.metrdən ibarət dördotaqlı 13 saylı mənzili təmirli vəziyyətdə təhvil verməklə, 19,1 kv.m. özbaşına qanunsuz tikilisinin əvəzinə isə həmin tikilinin hər kvadrat metrinə 500 manat olamaqla, cəmi 9.550 (doqquz min beş yüz əlli) manat kompensisiya ödəņilməklə və yeni mənzil təhvil verilənədək hər ay 500 manat kirayə haqqı ödənilməklə Cavabdeh6 söķüləcək həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsi. 54.İddiaçının nümayəndəsi mə hkəmə iclasında verdiyi xx.xx.2024-cü il tarixli kompensasiya məbləğinin artırılmasına dair ərizədə isə cavabdehlərin hər birinin özbaşına tikililərinin hər kv.m-i üçün 600 manat, yeni mənzil təhvil verilənədək həmin cavabdehlərin hər birinə hər ay 600 manat kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. 55.Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4533/2024 nömrəli iş üzrə 16 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh7 Məhəmməd oğlu, Cavabdeh8 və Cavabdeh6 apellyasiya şikayətinin qismən təmin edilməsi, Nizami Rayon Məhkəməsinin 2(007)-1334/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən, - cavabdehlər Cavabdeh1, Cavabdeh7 Məhəmməd oğlu, Cavabdeh8 və Cavabdeh6 aid hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamənin qə bul edilməsi, İddiaçı MTK tərəfindən Cavabdeh1 mülkiyyətindəki, Bakı şəhəri, Nizami rayonu, Ordubadi 7 ünvanında yerləşən köhnə yataqxana binasında 98,3 kv.m. sahəsi olan 3 otaqlı 7 saylı mənzilin əvəzinə, həmin ünvanda yəni, Bakı şəhəri, Nizami rayonu, M.S.ünvan 14həllədə inşa edəcəyi 4 saylı binanın 1-ci girişi 2-ci mərtəbəsindəki 126,07 kv.m. sahəsi olan 4 otaqlı 1 saylı mənzili təmirli vəziyyətdə təhvil verilməklə, 35 kv.m. özbaşına və qanunsuz tikilisinin əvəzinə həmin tikilinin hər kvadrat metrinə 600 manat olmaqla, cəmi 21.000 (iyirmi bir min) manat kompensasiya, habelə yeni mənzil təhvil verilənədək hər ay 600 manat kirayə haqqı ödənilməklə Cavabdeh1e məxsus mənzil sökülərək həmin mənzildən çıxarılması, İddiaçı MTK tərəfindən Cavabdeh7 Məhəmməd oğluna mülkiyyətindəki, Bakı şəhəri, Nizami rayonu, Ordubadi 7 ünvanında yerləşən köhnə yataqxana binasında 62,5 kv.m. sahəsi olan 3 otaqlı 8 saylı mənzilin əvəzinə, həmin ünvanda yəni, Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.ünvan 14həllədə inşa edəcəyi 4 saylı binanın 1-ci girişi 3-cü mərtəbəsindəki sahəsi 126,07 kv.m-dən ibarət 4 otaqlı 7 saylı mənzili təmirli vəziyyətdə təhvil verilməklə, 99,56 kv.m. özbaşına və qanunsuz tikilisinin əvəzinə isə həmin tikilinin hər kvadrat metrinə 600 manat olmaqla, cəmi 59.730 (əlli doqquz min yeddi yüz otuz) manat kompensasiya, habelə yeni mənzil təhvil verilənədək hər ay 600 manat kirayə haqqı ödənilməklə Cavabdeh7 məxsus mənzil sökülərək o, həmin mənzildən çıxarılması, İddiaçı MTK tərəfindən Cavabdeh8 mülkiyyətindəki, Bakı şəhəri, Nizami rayonu, Ordubadi 7 ünvanında yerləşən köhnə yataqxana binasında 66,5 kv.m sahəsi olan 3 otaqlı, 9 saylı mənzilinin əvəzinə, həmin ünvanda yəni, Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.ünvan 14həllədə inşa edəcəyi 4 saylı binanın 1-ci girişi 2-ci mərtəbəsindəki sahəsi 98,43 kv.m-dən ibarət 3 otaqlı, 2 saylı mənzili təmirli vəziyyətdə təhvil verilməklə, 55, 8 kv.m. özbaşına və qanunsuz tikilisinin əvəzinə həmin tikilinin hər kvadrat metrinə 600 manat olmaqla, cəmi 33.480 (otuz üç min dörd yüz səksən) manat kompensasiya, habelə yeni mənzil təhvil verilənədək hər ay 600 manat kirayə haqqı ödənilməklə Cavabdeh8 məxsus mənzil sökülərək onun həmin mənzildən çıxarılması, İddiaçı MTK tərəfindən Cavabdeh6 mülkiyyətindəki, Bakı şəhəri, Nizami rayonu, Ordubadi 7 ünvanında yerləşən köhnə yataqxana binasında 10 2,07 kv.m. sahəsi olan 4 otaqlı, 10 saylı mənzilin əvəzinə, həmin ünvanda yəni, Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.ünvan 14həllədə inşa edəcəyi 4 saylı binanın 1-ci girişi, 4-cü mərtəbəsindəki sahəsi 126.07 kv.m-dən ibarət 4 otaqlı, 13 saylı mənzili təmirli vəziyyətdə təhvil verilməklə, 19,1 kv.m özbaşına və qanunsuz tikilisinin əvəzinə isə həmin tikilinin hər kvadrat metrinə 600 manat olmaqla, cəmi 11.460 (on bir dörd yüz altmış) manat kompensasiya, habelə yeni mənzil təhvil verilənədək hər ay 600 manat kirayə haqqı ödənilməklə Cavabdeh6 məxsus mənzilin sökülərək onun həmin mənzildən çıxarılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehlərin özlərinə aid edilməsi qət edilmişdir.(hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və mər uzəsi ilə, hakimlər X4 və X12 oğlundan ibarət tərkibdə) 56.Məhkəmə kollegiyası hesab etmişdir ki, Ali Məhkəmənin qərarındakı birinci göstərişlə bağlı aparılan araşdırmalarla cavabdehlərə məxsus yaşayış sahələrinin fərdi yaşayış evi deyil, mənzil olduğu müəyyən edilmişdir. 57.Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, hazırkı mübahisə baxımından iddiaçının tələblərlə çıxış etməsi hazırkı cavabdehlərin mülkiyyət hüquqlarına müdaxilə hesab edilə bilməz. Çünki tərəflər arasında cavabdehlərə məxsus mənzilin sökülməsi ilə bağlı ixtilaf yoxdur, başqa sözlə desək, cavabdehlər də istismar müddəti ötmüş mənzilinin sökülməsi və müqabilində yeni inşa ediləcək, müasir tələblərə və standartlara cavab verən çoxmənzilli binada mənzillə təmin edilməsini arzu edir. Bununla belə, tərəflər arasında ix tilaf mövcuddur, lakin bu ixtilaf mənzilin sökülməsi ilə bağlı olmayıb, yalnız və yalnız, həm də bariz şəkildə cavabdehlərin sökülməli olan mənzillərinin müqabilində onlara veriləcək əvəzin (istər naturada, istərsə də pul ekvivalenti olaraq) həcmi ilə bağlıdır. Belə olan halda isə hazırkı mübahisədə cavabdehlərə məxsus mülkiyyət hüququna müdaxilənin olub-olmaması, eləcə də onun qanuni əsaslarının yoxlanılmasına zərurət aradan qalxır. Bu halda məhkəmənin müəyyən etməli olduğu yeganə hal çəkişən tərəflər arasında mütənasibliyin qorunmasının, eləcə də ədalətli və ağlabatan əvəzin verilməsinin təmin edilməsindən ibarət olmalıdır. 58.Məhkəmə kollegiyası xüsusi olaraq qeyd etmişdir ki, hazırkı işin halları baxımından tərəflər arasında fikir ayrılığı söküləcək mənzillərin və özbaşına tikililərin yerinə veriləcək kompensasiyanın məbləği ilə bağlıdır ki, məhkəmə də bu zaman kompensasiyanın ədalətli və ağlabatan olmasını və mütənasibliyin qorunmasını təmin etməlidir. 59.İddiaçının nümayəndəsi məhkəmə iclasında yazılı şəkildə verdiyi xx.xx.2024-cü il tarixli kompensasiya məbləğinin artırılmasına dair ərizədə isə cavabdehlərin hər birinin özbaşına tikililərinin hər kv.m-i üçün 600 manat, yeni mənzil təhvil verilənədək həmin cavabdehlərin hər birinə hər ay 600 manat kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. 60.Məhkəmə kollegiyası nəzərə çatdırır ki, son illərin oturuşmuş təcrübəsi ondan ibarətdir ki, istismar müddəti bitmiş və yaşayış üçün yararlı olmayan, eləcə də sürətlə inkişaf edən paytaxtın görünüşünə xələl gətirən, sakinlərin daha geniş, rahat və müasir tələ blərə cavab verən mənzillərlə təmin edilməsi sahəsində həyata keçirilən layihələr (o cümlədən pilot layihələr) üzrə binaların sökülməsi zamanı sakinlərə mülkiyyətində olan mənzillərin sahələrinə əsasən 20 faiz əlavə etməklə yeni mənzil sahəsi ilə təmin edilməsi və mənzillərdən müvəqqəti kirayə mənzillərə köçürülməsi ilə bağlı konkret təkliflər cavabdehlərə təqdim olunur. Bu işdə isə iddiaçı MTK Cavabdeh1 mülkiyyətindəki, Bakı şəhəri, Nizami rayonu, Ordubadi 7 ünvanında yerləşən köhnə yataqxana binasında 98,3 kv.m. sahəsi olan 3 otaqlı 7 saylı mənzilin əvəzinə, həmin ünvanda yəni, Bakı şəhəri, Nizami rayonu, M.S.ünvan 14həllədə inşa edəcəyi 4 saylı binanın 1-ci girişi 2-ci mərtəbəsindəki 126,07 kv.m. sahəsi olan 4 otaqlı 1 saylı mənzili təmirli vəziyyətdə təhvil verilməklə, 35 kv.m. özbaşın a və qanunsuz tikilisinin əvəzinə həmin tikilinin hər kvadrat metrinə 600 manat olmaqla, cəmi 21.000 (iyirmi bir min) manat kompensasiya, habelə yeni mənzil təhvil verilənədək hər ay 600 manat kirayə haqqı ödənilməklə Cavabdeh1 məxsus mənzilin sökülərək onun, həmin mənzildən çıxarılmasını, Cavabdeh7 Məhəmməd oğluna mülkiyyətindəki, Bakı şəhəri, Nizami rayonu, Ordubadi 7 ünvanında yerləşən köhnə yataqxana binasında 62,5 kv.m. sahəsi olan 3 otaqlı 8 saylı mənzilin əvəzinə, həmin ünvanda yəni, Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.ünvan 14həllədə inşa edəcəyi 4 saylı binanın 1-ci girişi 3-cü mərtəbəsindəki sahəsi 126,07 kv.m.dən ibarət 4 otaqlı 7 saylı mənzili təmirli vəziyyətdə təhvil verilməklə, 99,56 kv.m özbaşına və qanunsuz tikilisinin əvəzinə isə həmin tikilinin hə r kvadrat metrinə 600 manat olmaqla, cəmi 59.730 (əlli doqquz min yeddi yüz otuz) manat kompensasiya, habelə yeni mənzil təhvil verilənədək hər ay 600 manat kirayə haqqı ödənilməklə Cavabdeh7 məxsus mənzilin sökülərək onun, həmin mənzildən çıxarılmasını, Cavabdeh8 mülkiyyətindəki, Bakı şəhəri, Nizami rayonu, Ordubadi 7 ünvanında yerləşən köhnə yataqxana binasında 66,5 kv.m sahəsi olan 3 otaqlı, 9 saylı mənzilinin əvəzinə, həmin ünvanda yəni, Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.ünvan 14həllədə inşa edəcəyi 4 saylı binanın 1-ci girişi 2-ci mərtəbəsindəki sahəsi 98,43 kv.m.dən ibarət 3 otaqlı, 2 saylı mənzili təmirli vəziyyətdə təhvil verilməklə, 55, 8 kv.m. özbaşına və qanunsuz tikilisinin əvəzinə həmin tikilinin hər kvadrat metrinə 600 manat olmaqla, cəmi 33.480 (o tuz üç min dörd yüz səksən) manat kompensasiya, habelə yeni mənzil təhvil verilənədək hər ay 600 manat kirayə haqqı ödənilməklə Cavabdeh8 məxsus mənzilin sökülərək onun həmin mənzildən çıxarılmasını, Cavabdeh6 mülkiyyətindəki, Bakı şəhəri, Nizami rayonu, Ordubadi 7 ünvanında yerləşən köhnə yataqxana binasında 102,07 kv.m. sahəsi olan 4 otaqlı, 10 saylı mənzilin əvəzinə, həmin ünvanda yəni, Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.ünvan 14həllədə inşa edəcəyi 4 saylı binanın 1-ci girişi, 4-cü mərtəbəsindəki sahəsi 126.07 kv.m.dən ibarət 4 otaqlı, 13 saylı mənzili təmirli vəziyyətdə təhvil verilməklə, 19,1 kv.m. özbaşına və qanunsuz tikilisinin əvəzinə isə həmin tikilinin hər kvadrat metrinə 600 manat olmaqla, cəmi 11.460 (on bir dörd yüz altmış) manat kompensasiya, habelə yeni mənzil təhvil verilənədək hər ay 600 manat kirayə haqqı ödənilməklə Cavabdeh6 məxsus mənzilin sökülərək onun həmin mənzildən çıxarılmasını təklif edir, bu isə oxşar işlərdə təklif edilən kompensasiyaya uyğundur. 61.Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının cavabdehlərə təklif etdiyi əvəz (kompensasiya) qeyd olunan sahə ilə bağlı mövcud təcrübəyə uyğun olmaqla, kifayət qədər ədalətli və ağlabatandır, eləcə də tərəflərin maraqlarının mütənasibliyi qorunur. 62.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ hissəsinə, 43, 60, 129-cu və Mülki Məcəlləsinin 6.1, 16.1, 152.1, 152.5, 152.6, 180.1, 560.1, 560.2-ci və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassas iya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri 63.Cavabdehlər Cavabdeh1, Cavabdeh7 Məhəmməd oğlu, Cavabdeh8 Adışırin oğlu və Cavabdeh6 (Vəkil2) birgə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. 64.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Ali Məhkəmənin qərarında qeyd etdiyi konkret göstərişlər üzrə obyektiv araşdırma aparmamış, formal əsaslandırmalar təssürat yaratmışdı ki, guya Ali Məhkəmənin göstərişləri əsasında araşdırma aparmışdır. 65.Belə ki, torpaq sahəsinin cavabdehlərin mülkiyyətində olan fərdi yaşayış yerləri ilə üst-üstə düşməsinin müəyyən edilməsi barədə tikinti-texniki ekspertizası təyin ed ilməsi və yerli baxış keçirilməsi məhkəmə tərəfindən həyata keçirilməmişdir.Əksinə Bakı Apelyasiya Məhkəməsi Bakı şəhər İcra Hakimiyyət Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin İddiaçı MTK-ya ünvanladığı 174 saylı, 16.06.2 tarixli cavab məktubuna və digər formal sənədlərə istinad edərək Ali Məhkəmənin qərarındakı birinci göstərişlə bağlı aparılan araşdırmaların nəticəsi olaraq cavabdehlərə məxsus yaşayış sahələrinin fərdi yaşayış evi deyil, mənzil olduğu qənaətinə gəlmişdir. Halbuki sözügedən göstərişlə bağlı müvafiq ekspertizanın keçirilməsi və yerli baxışın keçirilməsi nəticəsində obyektiv araşdırmanın aparılması məcburi idi. 66.Məsələnin xüsusi hüquqi əhəmiyyəti ondan ibarətdir ki, əgər cavabdehlərin mülkiyyətində olan mənzillərin çoxmənzilli yaşayış binasındakı mənzil də fərdi yaşayış evi olduğu müəyyən edilər, bu halda həmin iddiaçı yalnız mülkiyyətçilərlə razılıq əldə etməklə tikilinin sökülməsini həyata keçirə bilər. Lakin, iddiaçı cavabdehlərlə bu cür razılıq əldə etməmişdir. 67.Bundan başqa cavabdehlərin iddiaçı ilə sonuncunun təklif etdiyi formada razılıq əldə etməməsi mülkiyyət hüquqlarından sui-istifadə kimi qiymətləndirilə bilməz. Bunun əksinin düşünülməsi isə cavabdehlərin mülkiyyət və mülkiyyətdən irəli gələn digər hüquqlarının pozulması ilə nəticələnmiş olar. Cavabdehlərin iddiaçının təklif etdiyi formada razılaşmaq kimi öhdəliyi olmadığı təqdirdə, məhkəmə belə qənaətə gəlmişdir ki, guya iddiaçının cavabdehlərə təklif etdiyi (kompensasiya) qeyd olunan sahə ilə bağlı mövcud təcrübəyə uyğun olmaqla, ki fayət qədər ədalətli və ağlabatandır, tərəflərin maraqlarının mütənasib qorunur. Məhkəmə cavabdehlərin mülkiyyət hüququnun qorunması ilə iddiaçının maraqlarının qorunması arasında balansı qorumamış, iddiaçının kommersiya marağını mülkiyyət hüququndan üstün tutmuşdur. Eyni zamanda bu cür əsaslandırmanı mövcud təcrübəyə istinad etməklə etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 68.İddiaçı MTK (vəkili N.B.Kərimov) kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4533/2024 nömrəli iş üzrə 16 oktyabr 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 69.Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərə findən müdafiə olunur. 70.Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. 71.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 72.İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 73.Maddə
43. Mənzil hüququ 74.Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 75.Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı 76.Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 77.Maddə
129. Məhkəmə qərarları və onların icrası 78.Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “İnsan hüquqlarının v ə əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: 79.Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ 80.1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: 81.Maddə
1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 82.Maddə 6.
1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 83.Maddə 6.1.4. mülkiyyətin toxunulmazlığı; 84.Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 85.Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 86.Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 87.Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 88.Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 89.Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 90.Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 91.Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. 92.Heç kəs cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini tə min etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Mahiyyət etibarı ilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlı dır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallğa qarşı iş). Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları: 93."xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2021-ci il tarixli qərarı 94.“N.Əbilovun şikayəti üzrə Azərbaycan Respub likası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyun 2008-ci il tarixli Qərar: 95.“... konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.” 96."xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 iyun 2021-ci il tarixli Qərar: 97.“O da qeyd edilməlidir ki, hər bir konkret halda mülki hüquqi məsuliyyət tədbirləri tətbiq edilərkən, onların törədəcəyi nəticələr (həm zərərçəkən, həm də zərərvuran şəxslərə münasibətdə) dəymiş zərərə mütənasib olmalı, eyni zamanda fərdi və ümumi maraqların tarazlığı təmin edilməlidir. Əks yanaşma mülki hüququn ümumi əsaslarına zidd olmaqla, ədalət və mütənasiblik prinsiplərinin pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar. Kassasiy a baxışının hədləri
98. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 99.Kassasiya şikayətində cavabdehlər apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.
100. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab et mədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 39.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 40.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlərin apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatlarda irəli sürdüyü göstəri şlərə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verilməklə, yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır. 41.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya məhkəməsinin göstərişləri baxımından təkrar apellyasiya icraatında işə baxılarkən həmin göstərişlər araşdırılmış və cavabdehlərə məxsus mənzillərin əvvəllər yataqxana olması və müvafiq olaraq özəlləşdirmə həyata keçirilərkən mənzillər kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması müəyyən edilmişdir. Eyni zamanda təklif olunan kompensasiyanın ədalətli olması qənaətinə gəlinmişdir. 42.Bu baxımından kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş material ları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 43.Cavabdehlərin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 44.Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənz imləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, gəldiyi nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. 45.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. 46.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdehlər Cavabdeh1, Cavabdeh7 Məhəmməd oğlu, Cavabdeh8 Adışırin oğlu və Cavabdeh6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4533/2024 nömrəli iş üzrə 16 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan