Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3911/2024 31.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh, X7 və X2 qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi hakim), Həsənov Vüqar Təvəkgül oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4620/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
1. İddiaçı cavabdehlər Cavabdehnə, X5 v ə X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğluna göstərilmiş keyfiyyətsiz tibbi xidmətə və universal təhlükəsizlik tədbirlərinin pozulmasına görə, sağlamlığına vurulmuş zərərlə bağlı ona dəymiş 65.000 ABŞ dolları maddi ziyanın, 1.000.000 manat mənəvi zərərin cavabdehlərdən müştərək qaydada alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-141/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdehndən iddiaçının xeyrinə, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla maddi zərərə görə 65.000 (altmış beş min) ABŞ dolları, mənəvi zərərə görə 5.000 (beş min) manat məbləğində pul vəsaitinin tutulması, iş üzrə ödənilməli olan 405,50 (dörd yüz beş manat, əlli qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdehndən tutularaq, dövlət büdcəsinə keçirilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
3. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4620/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnamə ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. Həmin qətnamədən Cavabdeh kassasiya şikayəti vermişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir; Maddə 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslar ında yalnız vəkillə birgə iştirak edirlər; Maddə 69.2. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Maddə 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Maddə 73.4. Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Maddə 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Maddə 74.2. İ ddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. Maddə 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. Maddə 408.5. Bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
7. Məhkəmə kollegiyası kassasiya şikayətini iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir.
8. Belə ki, MPM-nin 407.3-cü maddəsinə görə kassasiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
9. Hazırkı, iş üzrə verilmiş kassasiya şikayəti yalnız Vəkil2 tərəfindən imzalanmış və şikayətə onun Cavabdeh nümayəndəsi olmasını təsdiq edən sənəd əlavə edilməmişdir.
10. Həmçinin iş materiallarına Cavabdeh tərəfindən kassasiya şikayətini gücləndirilmiş elektron imza və digər vasitələrlə imzalamaq səlahiyyətinin X1 verilməsi barədə qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamə əlavə edilsə də, kassasiya şikayəti X3 tərəfindən də elektron imza vasitəsi ilə imzalanmamışdır.
11. Göründüyü kimi kassasiya şikayəti Cavabdeh və ya onun nümayəndəsi tərəfindən imzalanmalı olduğu halda, nə cavabdehin özü, nə də onun etibarnamə üzrə nümayəndəsi X3 tərəfindən imzalanmamışdır.
12. MPM-in 408.1.1-ci maddəsinə görə, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti geri qaytarılır.
13. MPM-nin 404-1.1 və 404-1.2-ci maddələrinə görə, kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
14. Ona görə də kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə qaytar ılmalıdır.
15. Qeyd olunanları nəzərə alaraq və MPM-nin 404-1.1, 404-1.2, 407.3, 408.1, 408.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4620/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayəti qeyri-mümkün hesab edilsin, şikayət cavabdehə qaytarılması üçün mülki iş həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.