Məhkəmə qərarları › İş №2(102)-3912/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3912/2023

04.11.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3912/2023 04.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Ağdam 2 nömrəli Peşə Məktəbinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işdən azad olunma barədə əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh Ağdam 2 nömrəli Peşə Məktəbinə qarşı işdən azad olunma barədə əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1361/2023 nömrəli, 12 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 4 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) 03 fevral 2006-cı il tarixdən Ağdam 2 nömrəli Peşə Məktəbində (bundan sonra – cavabdeh və ya Məktəb) baş mühasib vəzifəsinə təyin edilmişdir.

2. Məktəbin 17 noyabr 2022-ci il tarixli, 35 saylı əmri ilə iddiaçıya Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirməməsi ilə bağlı olaraq Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir.

3. İddiaçı həmin tarixdə yazılı izahat verərək bildirmişdir ki, müasir texnologiyalarla bağlı sər iştəsi azdır, kompüter proqramları ilə mükəmməl işləyə bilmir, yaxın günlərdə bütün nöqsanları aradan qaldıracaq və AMS proqramının tətbiqindən irəli gələn vəzifələri yerinə yetirəcəkdir.

4. Məktəbin 01 dekabr 2022-ci il tarixdə keçirilmiş növbədənkənar Pedoqoji Şurasının yığıncağında (iştirakçılar: Məktəbin direktoru Cavabdeh1 və iki müəllimi) iddiaçının öz vəzifə səlahiyyətlərini aşması, məktəb rəhbərliyinə tabe olmaması, qeyrietik davranması və öhdəsində olan işləri günün tələblərinə uyğun görə bilməməsi barədə məsələ müzakirə edilmiş və iddiaçının öz vəzifələrini günün müasir tələblərinə uyğun apara bilməməsi səbəbindən işdən azad edilməsi qərara alınmışdır. İddiaçının Şüranın yığıcağına dəvət edilməsi, lakin üzrsüz səbəbdən iştirak etməməsi barədə həmin tarixli akt tərtib edilmişdir.

5. Məktəbin direktoru Cavabdeh1 02 dekabr 2022-ci il tarixli məktubla Məktəbin Həmkarlar Təşkilatının sədrinə müraciət edərək, iddiaçıya əmək funksiyasını yerinə yetirmədiyinə görə dəfələrlə şifahi xəbərdarlıq edildiyini, bundan nəticə çıxarmadığından barəsində müvafiq intizam tənbehi elan edildiyini, bütün bunlara məhəl qoymayaraq yenə işində nöqsanlara yol verdiyini, əmək funksiyalarını pozduğunu bildirmiş və qeyd olunan məsələni müzakirə edib onun barəsində qərar qəbul edilməsini xahiş etmişdir.

6. Həmkarlar Təşkilatının növbədənkənar yığıncağının 02 dekabr 2022-ci il tarixli protokoluna əsasən, iddiaçının məktəb rəhbərliyinin irad və tövsiyyələrindən nəticə çıxarmaması nəzərə alınaraq onun barəsində inzibati cəza tədbirinin görülməsi və işdən azad edilməsi tövsiyyə edilmişdir. Protokol da həmçinin göstərilmişdir ki, iclasa dəvət edildiyi halda iddiaçı üzrsüz səbəbdən iclasda iştirak etməmişdir.

7. Bundan sonra Məktəbin 02 dekabr 2022-ci il tarixli, 38 saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə əsasən həmin tarixdən xitam verilmişdir.

8. Məktəbin eyni tarixli, 40 saylı əmri ilə əmək funksiyalarını tam yerinə yetirmədiyinə, məktəbdaxili intizam qaydalarını pozduğuna görə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə əsasən həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmiş və 38 saylı əmr qüvvədən düşmüş hesab edilmişdir.

9. Elektron sistemə daxil edilmiş “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndə iddiaçı ilə bağlanmış əmək müqavil əsinə 02 dekabr 2022ci il tarixli, 40 saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildiyi qeyd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Məktəbin xx.xx.2022-ci il tarixli, 40 saylı əmrinin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Məktəbdə mühasib vəzifəsinə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarına istinadla tələbini onunla əsaslandırılmışdır ki, ali təhsilli mühasibdir, 1992-ci ildən 1999-cu ilədək Ağdam rayonu Q.B.Zakir adına kolxozda baş mühasib, 2006-cı ildən etibarən isə Mək təbdə mühasib vəzifəsində işləmişdir. Cavabdeh1 xx.xx.2022-ci il tarixdə Məktəbə yeni direktor təyin edilmiş, ilk vaxtlar aralarında heç bir problem olmamış, sonralar Cavabdeh1 guya vəzifələrini icra edə bilmədiyi ilə bağlı ona əsassız iradlar tutmağa başlamışdır. Əsas iradı da guya kompüterdə yeni proqramlar üzrə işləyə bilməməsi ilə bağlı idi. Direktorun adına yazılı izahat yazıb bildirmişdir ki, müasir kompüter proqramları ilə bağlı cüzi çətinlikləri var ki, onu da tədricən aradan qaldıracaqdır. Buna baxmayaraq direktor ona əsassız töhmət vermiş, bir müddət sonra işə işdən azad etmişdir. Məktəb rəhbərliyinə işdən azad edilməsi ilə bağlı əmrin qanunsuz olduğunu bildirmiş və müvafiq orqanlara müraciət etmək üçün əmək kitabçasının ona verilməsini tələb etmişdir. Əmək kitabçası xx.xx.2023-c ü il tarixdə ona təqdim edilərkən məlum olmuşdur ki, kitabçada başqa maddə ilə - Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi göstərilmişdir. İlk öncə işdən qanunsuz və əsassız azad edilməsi ilə bağlı X1 Xidmətinin Qarabağ Regional şöbəsinə müraciət etmiş, xx.xx.2023-cü il tarixli məktubla ona mübahisə ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Həmkarlar İttifaqının iclasında barəsində olan məsələnin müzakirəsi zamanı həmkarlar ittifaqının üzvü kimi onun iştirakı təmin edilməmişdir ki, bu da qanunun tələblərinə ziddir. Həmin iclasda içtirak edən işçilər tabe olduqları direktorun təsiri altında çıxış etmək məcburiyyətində qalmışlar. Ona görə də Həmkarlar İttifaqının xx.xx.2022-ci il tarixli qərarı da əsassız və qanunsuz hesab edilməlidir.

12. İddiaçı mə hkəmə iclasında iddia ərizəsində qeyd olunanları müdafiə edərək, həmçinin bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə keçirilmiş Pedoqoji Şuranın iclasına da dəvət etməmişlər, onun iclasa çağırılmasını əks etdirən həmin tarixli akt tamamilə yalandır, formal xarakterlidir. Həmin günlərdə məktəbdə öz işində olmuşdur, ona nə Pedoqoji Şuranın, nə də Həmkarlar Komitəsinin iclası barədə nə rəsmi, nə də qeyrirəsmi məlumat verməmişlər, əgər belə bir sənəd varsa məhkəməyə təqdim edilsin. Bütün bunlar onu deməyə əsas verir ki, direktorun fikri onu qanunsuz olaraq işdən azad etmək olmuşdur. Direktorun dərs saatları ilə bağlı əmək haqlarının düzgün hesablanmamasına dair iradlarını qəbul etmir. Belə ki, dərs saatlarının bölgüsü ilə bağlı işləri direktor özü şəxsən aparır, direktor tərəfindən ona verilmiş sənədlər əsasında əmək haqlarını hesablayır. Hətta, direktorun bölgüdə yol verdiyi səhvlərə görə ona bildirmiş, lakin direktor onun bildirdiklərini qəbul etməmiş, verilmiş əmri icra etməsini tələb etmişdir. Direktor özü məktəbin möhürünü və özünə məxsus 2 elektron imzanın pin kodunu ona vermişdir. İndiyədək 6 dəfə maliyyə yoxlaması olub, onun işində hər hansı nöqsan aşkarlanmayıb, aşkar olunan nöqsanlar isə yalnız məktəb rəhbərliyinin təqsirindən olmuşdur, bu barədə aktlar var. Aşkarlanmış artıq əmək haqqı hesablamaları isə onun təqsirindən deyil, məktəb direktorlarının təqsirindən baş vermişdir. Direktorun onun barəsində gördüyü tədbirlər isə aşkar əmək qanunvericiliyinin tələblərinin işəgötürən tərəfindən kobud şəkildə pozulmasıdır. Hesab edir ki, əvvəlki işinə bərpa edilməli, məcburi i ş buraxmaya görə ona əmək haqqı ödənilməlidir.

13. Məktəbin direktoru Cavabdeh1 iddiaya etiraz edərək göstərmişdir ki, əvvəl məktəbdə direktor müavini işləmiş, xx.xx.2022-ci il tarixdən məktəbin direktoru təyin edilmişdir. İddiaçını 10 ildir ki, tanıyır, aralarında mehriban münasibətləri olmuşdur. İddiaçı sensorlu telefon işlədə bilmir, e-mail ünvanı aça bilmir, məktəbin sənədlərini itirir. Dəfələrlə ona bu barədə iradlarını bildirmiş, lakin iddiaçı ona hörmətsizlik edir, direktor kimi onu saymır, bildirir ki, onun üstünə qışqırmasın. İddiaçı maaşları düzgün hesablamır, artıq hesablayır. Bu səbəbdən də 2021-ci ildə keçirilmiş monitorinqin nəticəsi olaraq artıq hesablanmış 471.13 manat, 2022-ci ildə artıq hesablanmış 900 manat vəsait dövlət büdcəsinə qaytarılmışdır. Bütün bu səbəblərdən, yuxarı təşkilatdan iddiaçıya töhmət verilməsi ona tapşırılmış, xx.xx.2022-ci il tarixdə öz əmri ilə iddiaçıya töhmət vermişdir. Lakin iddiaçı heç bir nəticə çıxarmamış, işində dönüş yaratmamışdır. Ona görə də xx.xx.2022-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 70 “ç” bəndi ilə işindən azad edilmişdir. Hesab edir ki, iddia tələbləri əsassızdır, əmr əmək qanunvericiliyinin tələblərinə uyğundur, iddia rədd edilməlidir.

14. Ağdam Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(013)-738/2023 nömrəli, 02 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Elşad Bayramov) iddia təmin edilmişdir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının işdən azad edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, 40 saylı əmrin qəbul edilməsi zamanı əmək qanunveric iliyinin bir sıra tələbləri kobud olaraq işəgötürən tərəfindən pozulmuş, müvafiq araşdırma aparılmamış, əmək məhsuldarlılığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən, yeni texnikanın və texnologiyanın tətbiqi ilə bağlı işçiyə xəbərdarlıq edilməsinə və bununla bağlı töhmət verilməsinə baxmayaraq, ona müvafiq şərait yaradılmamış, töhmət əmrinin verilməsindən 1 ay keçməmiş onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmiş, lakin əmr bu mənada əsaslandırılmamış, işçinin hansı pozuntulara yol verməsi, müqavilə üzrə hansı öhdəliklərini yerinə yetirməməsi, bunun nəticəsində Məktəbə hansı qaydada zərər vurulması göstərilməmişdir. Bu barədə bildirilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəməyə də hər hansı mötəbə r sübut təqdim etməmişdir.

16. Bundan başqa, işəgötürənin təxirəsalınmaz qaydada iddiaçı ilə əmək müqaviləsinə xitam verməsi halı da qanun pozuntuları ilə müşayiət edilmişdir. Belə ki, iddiaçı barəsində Məktəbdə 2 müxtəlif məzmunlu, 38 və 40 saylı əmrlər verilmiş, işçiyə əmək müqaviləsinə xitam verildiyi gün əmək kitabçasının surəti verilməmiş, onunla son haqq-hesab edilməmiş, işçiyə təqdim edilmiş ilkin əmr bir neçə gün sonra dəyişdirilmiş, işçi məktəb üzrə keçirilmiş Pedoqoji Şuranın və bundan bir gün sonra keçirilmiş Həmkarlar Təşkilatının iclasına dəvət edilməmiş, onun məsələ ilə bağlı fikri məlum olmayan səbəblərdən dinlənilməmiş və s. kimi qanun pozuntuları ilə müşayiət edilən əmrlər qəbul edilmişdir.

17. İddiaçı hazırda barəsində verilmiş xx.xx.2022-ci il tarixli, 40 saylı əmri müba hisələndirir ki, həmin əmrlə əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad olunmuş, halbuki, həmin maddə ilə onu işdən azad etmək üçün əsaslar olmamış, hər bir halda işəgötürən tərəfindən əmr əsaslandırılmamış, məhkəməyə sübutlar təqdim edilməmişdir.

18. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 17 (İ hissə), 64 (İİ hissə), 67, 70 (ç bəndi), 71 (İİ və İİİ hissələr), 72, 76 (İ hissə), 80 (İ və İİ hissələr), 83, 84 (İ və İİ hissələr), 189 və 300-cü (İ hissə) və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddi anın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti cavabdehin nümayəndəsinin (Məktəbin direktoru) birinci instansiya məhkəməsində verdiyi izahata uyğun əsaslandırılmaqla, həmçinin göstərilmişdir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir.

21. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-1361/2023 nömrəli, 12 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – A.Bayramov (sədrlik edən və məruzəçi), R.Mamedov və A.İsgəndərova) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 2

2. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçıya müəyyən edilmiş əmək vəzifələrinin lazımi qaydada yerinə yetirməməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə töhmət verilmiş, iddiaçı həmin tarixdə izahat verərək yeni texnologiyalarla bağlı səriştəsinin az olmasını etiraf etmiş, qısa müddətdə həmin nöqsanlarını aradan qaldıracağına və proqramları mənimsəyəcəyinə söz vermişdir. Bundan 19 gün sonra, yəni xx.xx.2022-ci il tarixli əmrlə cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə əsasən həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Göründüyü kimi, müəssisə rəhbərliyi tərəfin dən işçiyə lazımi şərait yaradılmadan, bunun üçün ona vaxt verilmədən onunla əmək münasibətlərinə xitam verilmişdir. Eyni zamanda, iddiaçı tərəfindən töhmət verildikdən sonra hansı kobud əmək vəzifələrinin pozulmasına yol verməsi iş materialları ilə müəyyən edilmir. Belə ki, iddiaçının töhmət növündə intizam tənbehi tətbiq edildikdən sonra hansı kobud pozuntulara yol verməsi, əmək funksiyasını və ya əmək müqavilə üzrə öhdəliklərini hansı formada yerinə yetirməməsi ilə bağlı cavabdeh tərəfindən məhkəmələrə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir.

23. Digər tərəfdən, iş materiallarına əlavə edilmiş Məktəbin ilk Həmkarlar Təşkilatının növbədənkənar yığıncağının xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, yığıncaqda iştirak edən məktəbin direktoru Cavabdeh1 öz məlumatında, iddiaç ının nöqsanlarına görə bir neçə gün əvvəl töhmət aldığını, bu tədbirdən sonra iddiaçıya öz işinə ciddi yanaşmağı və müasir tələblərə uyğun qurması tövsiyyə edilsə də, onun bundan nəticə çıxarmadığı, əvəzində ona qarşı qeyri-etik davranış nümayiş etdirdiyini bidirmişdir. Göründüyü kimi, protokoldan aydın olur ki, nöqsanalarına görə iddiaçıya töhmət verilmiş, hal-hazırda isə iddiaçının işdən çıxarılmasına əsas kimi onun məktəbin direktoruna qarşı qeyri-etik davranış nümayiş etdirməsi göstərilmişdir. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən halları konkret müəyyən edən Əmək Məcəlləsinin 72-ci maddəsində belə bir hal əmək vəzifələrinin kobud şəkildə pozulması kimi nəzərdə tutulmamışdır. Bu işçi ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməs i üçün əsas deyildir.

24. Həmçinin iddiaçıya məktəb üzrə Həmkarlar Təşkilatının iclası barədə məlumat verilməmiş (ona belə bir məlumatın verilməsini təsdiqedən heç bir sübut cavabdeh tərəfindən məhkəmələrə təqdim edilməmişdir), onun məsələ ilə bağlı mülahizələri dinlənilməmiş və nəticədə iddiaçı barəsində qanun pozuntuları ilə müşayiət edilən 2 müxtəlif məzmunlu 38 və 40 saylı əmrlər qəbul edilmişdir.

25. Məhkəmə kollegiyası iddia tələbinin digər hissəsi ilə bağlı qeyd etmişdir ki, iddianın məcburi işburaxma müddəti ücün əmək haqqının ödənilməsi barəsində hissəsi törəmə hüquq munasibəti olub, işə bərpa barəsində iddia tələbindən asılıdır. Odur ki, iddianın işə bərpa barəsində hissəsi təmin edildiyindən, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barəsində hissəsi də təmin edil məlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmaqla, əlavə olaraq göstərilmişdir ki, iddiaçı əmək intizamına riayət etməmiş, peşə etik qaydalarını və daxili intizam qaydalarını pozmuş, öz üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmışdır. Bununla kifayətlənməmiş direktorun adından vacib, ödəniş sənədlərinə imza etmişdir. İmza edilən sənədlər, dövlət büdcəsinə zərər vuraraq yanlış və artıq hesablamalar kifayət qədər əsas verir ki, bu cür xəta ilə işləyən və töhmətd ən nəticə çıxarmayan işçi işdən azad edilsin. İddiaçı baş mühasib kimi peşəkar olmalı, əmək funksiyasını qanunvericiliyin tələblərinə uyğun qurmalı idi. Lakin məktəbin maliyyə hesablarında hər dəfə yoxlamalar nəticəsində düzgün olmayan ödəmə və hesablamaların müəyyən olunması işdə olan sənədlərdən görünür.

28. Həmçinin, apellyasiya məhkəməsi qeyd etmişdir ki, guya iddiaçıya Həmkarlar Təşkilatının iclası barədə məlumat verilməmişdir. Halbuki, iddiaçı özü iştirak etməkdən imtina etmişdir. Buna dair aktlar mövcuddur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etirazında iddia ərizəsi ilə eyni əsaslardan çıxış edərək, kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq edildiyini göstərmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

30. Maddə 70 (ç bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər.

31. Maddə 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

32. Maddə 71 (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

33. Maddə 72 “ə” əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir;

34. Maddə 80 (1-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

35. Maddə 80 (2-ci hissə). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

36. Maddə 83 (1-ci hissə). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfin dən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

37. Maddə 83 (2-ci hissə). Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

38. Maddə 300 (1-ci hissə). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci madd ələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etd ikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsi aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Kassasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, iddiaçı əmək intizamına riayət etməmiş, peşə etik qaydalarını və daxili intiz am qaydalarını pozmuş, öz üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmışdır.

49. Məhkəmə kollegiyası hesab edir ki, kassatorun sözügedən dəlilləri əsassızdır.

50. Belə ki, məhkəmələr tərəfindən müvafiq araşdırma aparılarkən iddiaçının əmək intizamına riayət etməməsi, etik qaydalar və daxili intizam qaydalarını yerinə yetirməməsi, üzərinə düşən öhdəliklərin yerinə yetirilməsindən boyun qaçırması halları müəyyən edilməmiş, cavabdeh öz etirazını əsaslandıran sübutlar təqdim edə bilməmişdir.

51. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. (MPM 77.1)

52. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, o nlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır.

53. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1361/2023 nömrəli, 12 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar