Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3913/2020 29.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi, İddiaçı vəkili Nümayəndə2, nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borcun əvəzi qismində 17.800 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-290/2020 saylı, 04 fevral 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Biləsuvar Rayon Məhkəməsinin 2(022)-715/2019 saylı, 16 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim R.Ə.Əliyev) İddiaçı Cavabdeh qarşı borcun əvəzi qismində 17.800 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddiasının təmin olunması, Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş borcun əvəzi qismində 17.800 (on yeddi min səkkiz yüz) ABŞ dolları, ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə manatla və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-290/2020 saylı, 04 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.B.Babayev (sədrlik edən və məruzəçi), Q.B.Kərimov və N.F.Mirzəyev) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, İddiaçı Cavabdeh qarşı borcun əvəzi qismində 17.800 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 2(022)-715/2019 saylı, 16 sentyabr 2019-cu il tarixli qətnaməsi, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsаsən dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı etibardan sui-istifadə etməklə aldatma yolu ilə əldə olunmuş pul vəsaitinin alınması, dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, etibardan sui-istifadə etməklə ald atma yolu ilə cavabdeh tərəfindən qanunsuz əldə olunub qaytarılmayan pul vəsaitinin iddiaçıya qaytarılması, eləcə də iddiaçıya dəymiş maddi zərərin ödənilməsi məqsədi ilə 17.800 ABŞ dolları və vurulmuş zərərin əvəzi qismində 10.000 ABŞ dolları, cəmi 27.800 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə2 iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, borcun əvəzi qismində 17.800 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Türkiyə Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Biləsuvar rayon sakini Cavab deh 2016-cı ilin dekabr ayında ondan Türkiyə Respublikasından Azərbaycan Respublikasına meyvə-tərəvəz gətirilməsi üçün maddi və texniki (göndəriləcək meyvə-tərəvəzin dəyərinin Azərbaycanda satılaraq ona ödənilməsi ilə bağlı) dəstək göstərilməsini istəmişdir. Cavabdeh özünün maddi imkanı olmaması səbəbindən bu mənfəətli işi həyata keçirə bilmədiyini qeyd etmiş, əvvəlcədən ödənişsiz göndəriləcək malları Azərbaycanda satıb ona aid olan dəyərini qaytaracağını inandırmağa çalışmış, bunun üçün onu və müxtəlif insanları özünün vicdanlı alıcı olmasına inandırmağa müvəffəq olmuşdur. Bununla da Cavabdeh ondan sözügedən meyvə-tərəvəzin göndərilməsini təşkil etməsini xahiş etmiş və həmin meyvə-tərəvəzi satacağını və satdığı malların ona aid olan pulunu dərhal qaytaracağına dair söz vemişdir. Cavabdehi n onunla çoxsaylı inandırma danışıqları aparmasından sonra o, qısa müddət ərzində 33.200 ABŞ dolları dəyərində meyvə-tərəvəzi qanuni sənədləşmə ilə Türkiyədən hissə-hissə Cavabdeh adına Azərbaycan Respublikasına göndərilməsini təmin etmiş, Cavabdeh isə həmin göndərilən meyvə-tərəvəzə görə pulun ona aid olmasını mübahisələndirmədən həmin pulu hissə-hissə tam ödəyəcəyinə dair söz vermişdir. Lakin cavabdeh həmin 33.200 ABŞ dolları puldan yalnız 15.400 ABŞ dollarını ödəmiş, qalan 17.800 ABŞ dollar pulu isə hissə-hissə ödəyəcəyinə dair dəfələrlə söz versə də hazırkı vaxtadək qalan 17.800 ABŞ dolları pulu ödəməmişdir. Borcun qaytarılması ilə bağlı cavabdehə ünvanlanan çoxsaylı müraciətlər saysız hesabsız yalan vədlərdən başqa heç bir nəticə verməmişdir. Bununla bağlı iddiaçının xahişi üzrə (müva fiq etibarnamə əsasında) onun qardaşı Nümayəndə1 26 fevral 2018-ci il tarixdə Biləsuvar rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, həmin müraciətlə hazırki iş üzrə cavabdehin onun etibarından sui-istifadə etməklə aldatma yolu ilə sözügedən meyvə-tərəvəzlə bağlı 17.800 ABŞ dollar pulunu ələ keçirməsi ilə bağlı məlumat verilmişdir. Həmin məlumat üzrə cinayət-prosessual qanunvericiliyi ilə müəyyən olunmuş tədbirlərin görülməsi və ona aid sözügedən meyvə-tərəvəzlə bağlı hazırki iş üzrə cavabdeh tərəfindən qanunsuz ələ keçirilmiş pulun qaytarılmasının təmin edilməsi xahiş olunmuşdur. Sözügedən müraciət əsasında Biləsuvar rayon Polis Şöbəsində araşdırma başlanılmış, araşdırma zamanı Cavabdeh izahat verərək meyvə-tərəvəz ticarəti ilə məşğul olan zaman tərəfindən onun adına 33.200 ABŞ dolları dəyərində meyvə-tərəvəzi göndərdiyini etiraf etmiş, lakin həmin mallar onun adına göndərilsə də (məsuliyyətdən yayınmaq üçün) bu malları başqa-başqa şəxslərə satmaq üçün verdiyini qeyd etmişdir. Cavabdeh həmin vaxt göndərilən malın 50 faiz dəyərinin ona ödənildiyini bildirmiş, qalan pulun hissə-hissə ödəniləcəyinə dair söz vermiş, həmin malları satış qiymətindən guya 20 faiz aşağı qiymətə sataraq ziyan etməsi, malları tək satmaması kimi əsassız bəhanələr gətirmiş, onun qardaşı Nümayəndə1 zəng vuraraq borclu olduğu 17.800 ABŞ dollar puldan 1.000 ABŞ dollarını qaytarmaq istədiyini bildirmiş və Nümayəndə1 pulu hissə-hissə deyil, cəm şəkildə ondan geri tələb etməsini ədalətsiz hesab etmişdir. Qeyd olunan müraciətlə bağlı Biləsuvar RPŞ tərəfindən 15 mart 2018-ci il tarixli Arayış tərtib olunmuş və həmin Arayışda göstərilən xüsusatlar üzrə şikayətçi Nümayəndə1 iddia etdiyi tələblə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması qeyd edilmişdir. Hazırki vəziyyətə görə Cavabdeh ona borc alıb qaytarmadığı malın dəyəri 17.800 ABŞ dollar təşkil edir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişl ər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, iddiaçının müqavilə tərəfi olmamasına, faktura sənədlərinə əsasən “Gönkar Tarım” şirkəti ilə onun kommersiya münasibətinin olmamasına dair işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı vəkili Nümayəndə2 və nümayəndəsi Nümayəndə1 kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazım i qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı və Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı vəkili Nümayəndə2 və nümayəndəsi Nümayəndə1 izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan Biləsuvar rayon Polis Şöbəsində İddiaçı nümayəndəsi Nümayəndə1 şikayə t ərizəsinə əsasən araşdırma aparılmış D/O-Ş-4373 saylı materiala əlavə edilmiş, Cavabdeh Səlim oğlunun 15 yanvar 2018-ci il tarixli izahatının surətindən görünür ki, İddiaçı onlara, yəni Pərviz Məmmədov, Rövşən Gülqasımov və Nümayəndə1 33.200 ABŞ dolları məbləğində meyvə-tərəvəz göndərildiyini, həmin vaxt göndərilən malın 50 faiz pulunun ödənildiyini, qalan pulu hissə-hissə ödəyəcəklərinə söz verdiklərini, həmin malları satış qiymətindən 20 faiz aşağı sataraq ziyan etdiklərini, buna baxmayaraq İddiaçı qardaşı Nümayəndə1 zəng vuraraq borclu olduğu puldan 1.000 ABŞ dolları qaytarmaq istədiyini ona söylədiyini, lakin Nümayəndə1 pulu cəm şəklində onlardan geri tələb etdiklərini göstərmişdir. İşdə olan Biləsuvar rayon Polis Şöbəsində İddiaçı nümayəndəsi Nümayəndə1 şikayət ərizəsinə əsasən araş dırma aparılmış D/O-Ş-4373 saylı materialından görünür ki, materiala İddiaçı tərəfindən qardaşı Nümayəndə1 səlahiyyətlərin verilməsi barədə 18 iyun 2007-ci il tarixli etibarnamə əlavə edilmişdir. Etibarnamə 18 iyun 2027-ci il tarixə kimi verilmişdir. İş materiallarında olan 17 dekabr 2016-cı il tarixli, 19 dekabr 2016-cı il tarixli və 21 dekabr 2016-cı il tarixli faktura sənədlərinin surətlərindən görünür ki, “Gönkar Tarım LTD.ŞTİ” şirkəti tərəfindən Cavabdeh müxətlif vaxtlarda 9.366 ABŞ dolları məbləğində mandarin və portağal, 7.734 ABŞ dolları məbləğində xiyar və bibər, 9.100 ABŞ dolları məbləğində mandarin və 7.850 ABŞ dolları məbləğində portağal və mandarin məhsullarının çatdırılması təmin edilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh İddiaçı 33.200 ABŞ do lları məbləğində meyvə-tərəvəz məhsullarını qəbul etməsi, həmin borcun 50 faizini ödəməsi və 17.800 ABŞ dolları məbləğində borclu qalması iş materialları ilə, o cümlədən Biləsuvar rayon Polis Şöbəsində İddiaçı nümayəndəsi Nümayəndə1 şikayət ərizəsinə əsasən araşdırma aparılmış D/O-Ş-4373 saylı materiala əlavə edilmiş, Cavabdeh 15 yanvar 2018-ci il tarixli yazılı izahatı ilə tam təsdiq olunur. Beləliklə, iş materiallarına əsasən tərəflər arasındakı münasibət şifahi alqı-satqı müqaviləsindən əmələ gəlmiş və Cavabdeh İddiaçı 17.800 ABŞ dolları məbləğində pulun qaytarılması öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə n əzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən irəli gəlir. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicd anlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işguzar adətlərə və ya adətə irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Apelyasiya ins tansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh apelyasiya şikayətində Biləsuvar rayon Polis Şöbəsində vermiş olduğu izahatını şübhə altına almağa, 33.200 ABŞ dolları məbləğində meyvə-tərəvəz məhsullarını İddiaçı tək ona deyil, şərikləri Pərviz Məmmədova, Rövşən Gülqasımov və Nümayəndə1 göndərildiyini qeyd etsə də, bununla bağlı mötəbər sübutlarını apelyasiya şikayətinə əlavə etməmiş, həmin halları sübut etmək üçün dəfələrlə məhkəmə iclasına dəvət olunsa da, məhkəmə iclaslarına üzrsüz səbəbdən gəlməmişdir. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, məhz iddiaçı ilə c avabdeh arasındakı razılaşmaya əsasən iddiaçının tərəf kimi iradəsinə əsasən “Gönkar Tarım” şirkəti tərəfindən cavabdehə meyvə və tərəvəz məhsulları göndərilmiş, buna əsasən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-290/2020 saylı, 04 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3913/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3913/2020
29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver