Məhkəmə qərarları › İş №2(102)-3913/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3913/2023

09.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3913/2023 09.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzilin boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X6 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzilin boşaldılması” tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3580/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsind ən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 09 oktyabr 2023cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 130/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə iş üzrə verilmiş mülki iddiaların maddi ziyan hissələri tam, mənəvi ziyan hissələri qismən təmin edilmiş, İddiaçı 68850 manat maddi ziyan, 5000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu, cəmi 73880 manat pul ödənilməsi hökm edilmiş və mülki iddianın təmin edilməsi üçün Cavabdeh2 adına olan ünvan 1 ünvanında yerləşən mənzilin üzərinə qoyulmuş həbs saxlanılmışdır. Hökmdən narazı qalan maraqlarına toxunan şəxs Cavabdeh2 apellyasiya şikayəti verərək ünvan 1 ünvanında yerləşən mənzilin üzərinə qoyulmuş həbsin götürülməs i və müsadirə olunan əmlakların siyahısından çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-51 /2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

2. X1 "xxxx" MMC-nin 21 sentyabr 2022-ci il tarixli, 207/22 saylı Hərracın Yekunları barədə Protokolu ilə təsdiq olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101 )-130/2020 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə və Nərimanov rayon İcra Şöbəsinin xx.xx.2022ci il tarixli sifariş məktubuna əsasən hərrac keçirilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 770 -ci məhəllədə yerləşən 6 nömrəli evin 7 saylı mənzili tələbkar İddiaçı tərəfindən əldə edilmiş və o, tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olmuşdur. Əmlakın təkrar hərracdakı alış qiyməti 178000 manat təşkil edir.

3. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 770-ci məhəllədəki, 6 nömrəli evin, 7 nömrəli mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.

4. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 770-ci məhəllədəki, 6 nömrəli evin, 7 nömrəli mənzilində Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X8 qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi, iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizələri ilə məhkəməyə müraci ət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 mülkiyyət hüququ ilə İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 770-ci məhəllədə yerləşən, ümumi sahəsi 145,9 kv metr olan 6 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və cavabdehlərdən Cavabdeh1 övladı azyaşlı xx.xx.2019-cu il təvəllüdlü X4 və digər şəxslərin həmin mənzildən çıxarılmaları, mənzilin tam boşaldılaraq İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)130/2020 saylı, 05.01,2022-ci il tarixli icra sənədi üzrə xüsusi müsadirə tətbiq edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 770-ci məhəllə, ev 6, 7-ci mənzil xx.xx.2022-ci il tarixdə hərrac vasitəsilə həmin cinayət işi üzrə zərərçəkmiş və mülki iddiaçı kimi tanınan İddiaçı satılmışdır. Bununla bağlı "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixli Protokol tərtib edilmiş, protokola əsasən mülkiyyət hüququnu təsdiq edən sənəd İddiaçı adına verilmişdir. Cavabdehlər və onların ailə üzvləri mənzilin könüllü olaraq boşaldılmasından imtina etdiklərindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-752/2023 saylı, 20 fevral 2023- cü il tarixli qətnaməsi (hakim Nərgiz Tağıyeva) ilə iddia tələbi təmin edilərək Cavabdeh2, Cavabdeh1, X7 və Cavabdeh4 ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabde h1 xx.xx.2019-cu il təvəllüdlü qızı X8 və digər şəxslər Nərimanov rayonu, Təbriz küçəsi 770-ci məhəllədə yerləşən, 6 nömrəli evin 7 saylı mənzilindən çıxarılmaqla mənzilin tam boşaldılması və İddiaçı təhvil verilməsi qət edilmişdir.

8. Məhkəmə müvafiq qanunvericilik normalarından və daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyasından çıxış edərək hesab etmişdir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə yaşamaları və maneələr yaratması sonuncunun qanunla qorunan mülkiyyət hüquqlarının kobud surətdə pozulması ilə nəticələnir. İddiaçının tələb hüququ, həmçinin Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərindən irəli gəlir. Qeyd edilən normaya əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (vind ikasiya barədə iddia). Vindikasiya iddiasının irəli sürülməsi üçün iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Göstərilən şərtlər isə məcmu halda hazırkı işdə mövcuddur. Cavabdehlər bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

9. İş materiallarından göründüyü kimi, mübahisəli mənzilə dair keçirilmiş hərracın nəticəsi olaraq həmin əmlakı hərracdan iddiaçı almış və hazırda əmlak onun mülkiyyətindədir. Əmlak iddiaçının mülkiyyətinə keçdikdən sonra cavabdehlərin əmlaka dair istifadə hüquqlarının saxlanılması barədə onların arasında hər hansı razılıq olmamış, o cümlədən cavabdehlərin əmlaka münasibətdə istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, bu hüququn yenidən əmələ gəlməsi, habelə həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair onlarla iddiaçı arasında notariat qaydada təsdiq olunmuş yazılı razılaşma bağlanmamışdır. Hüquqi baxımdan cavabdehlərin hazırda həmin əmlaka hər hansı bağlılığı qalmamışdır. Onlar hazırda heç bir əsas olmadan mənzildə yaşamış, mənzilə olan pasport qeydiyyatları isə formal xarakter daşımışdır. Bu səbəbdən məhkəmə iddia tələbini “cavabdehlərin mənzildən istifadə hüquqlarının itirilməsi” hissəsində əsaslı hesab edərək belə qənaətə gəlmişdir ki, iddia bu hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin yaşayış sahəsinin boşaldılması və təhvil verilməsi hissəsi ilə bağlı qeyd edir k i, iddiaçının mübahisəli əmlaka dair mülkiyyət hüququ dövlət reyestrində rəsmi olaraq qeydiyyata alınmışdır və o, ona mənsub olan bu əmlaka öz istədiyi kimi sahib olmaqda, ondan istifadə etməkdə və ona dair sərəncam verməkdə sərbəst olmuş və buna dair ona heç kimdən razılığın alınması tələb edilməmişdir. Cavabdehlərin əmlakdan istifadə və ona sahiblik etmək üçün hər hansı hüquqi əsasının, o cümlədən onlarla iddiaçı arasında bağlanmış kirayə və sair müqavilənin olması müəyyən edilməmişdir. İstifadə və sahiblik hüququnun olması isə cavabdehlərin əmlakda yalnız bilavasitə yaşaması (fiziki baxımdan mövcudluğu) ilə əlaqələndirilə bilməz. Belə ki, onların hazırda orada yaşamaları iddiaçının mülkiyyətçi olmasına baxmayaraq əmlakdan istifadə etmək və ona sahib olmaq hüquqlarını məhdudlaşdırır. Möv cud vəziyyətdə cavabdehlərin bu hərəkətləri iddiaçını mülkiyyətindən faktiki olaraq məhrum etmiş olur və hüquqi nəticə etibarı ilə onun konstitusion hüququ olan mülkiyyət hüququnu pozur.

10. Cavabdeh1 azyaşlı övladının mənzildən çıxarılması ilə bağlı qeyd olunmuşdur ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, isə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

11. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdehlər hazırda iddiaçıya məxsus mənzildə qeydiyyatdadır və həmin mənzildə yaşayırlar. Müvafiq mənzilə mülkiyyət hüququ İddiaçı məxsus olsa da, onlar mənzilin boşaldılması və təhvil verilməsindən imtina edirlər. Mübahisəli mənzil iddiaçının mülkiyyətində olduğundan, qanunvericiliyə görə mülkiyyət hüququ istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilməli olduğundan və onun mülkiyyətindən sərbəst istifadəsi başqa şəxslərin hüquqlarını pozmadığından, cavabdehlərin isə mövcud vəziyyətdə mənzildən istifadə hüquqları olmadığından iddia təmin edilməlidir.

12. Digər şəxslərin mənzildən çıxarılması ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin ifadə qeyri müəyyən olsa da, cavabdehlərin hüquqlarından sui-istifadəsinin, əsassız məhkəmə araşdırmalarının qarşısını alınması və mülkiyyətçinin hüquqlarının daha səmərəli qorunması baxımından iddia həmin hissədə də təmin edilməlidir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə, 43-cü maddəsinin İ hissəsinə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2, 152, 157.2 və 178.1-ci, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1, 2, 9, Mülki Prosessual Məcəllənin 82.4 və 119.1-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış y eri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə ən önəmli məsələ budur ki, icra məmuru tərəfindən hərraca yönəldilən əmlakların çox böyük hissəsi məhkum X3 cinayət törətməsindən xeyli müddət əvvəl qohumları tərəfindən və onların şəxsi vəsaiti hesabına əldə edilmişdir və bu məsələlər araşdırılmadan qanunvericiliyin tələblərinə məhə l qoyulmadan hazırkı iş üzrə cavabdehin mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, ilkin hüquqverici və mülkiyyət hüququnu təsdiq edən sənədlər əsasında tam təsdiq edilir ki, həmin əmlaklar cinayət baş verən vaxtdan uzun illər əvvəl əldə edilmiş və cinayət vaxtı da, yəni 2011-ci ilin dekabr ayında Elmira Şirinovaya məxsus olmamış və olması da qeyri- mümkün olmuşdur. Üzərinə həbs qoyulmuş əmlakların dəyəri verilmiş mülki iddianın qiymətindən qat-qat çoxdur. Bu isə son nəticədə üzərinə həbs qoyulmuş əmlakların sayının süni surətdə çoxaldılmasına, guya mülki iddianın təmin edilməsi istiqamətində tədbirlərin görülməsi görüntüsü yaradılmasına, şəxslərin konstitusion hüquqları olan mülkiyyət toxunulmazlığının pozulmasına, qəsdən süründürməçilik yaradılaraq şəxslərə mülkiyyətlərində olan əmlaklardan istifadənin və sərəncam verilməsinin qarşısının alınmasına, bu qədər əmlakı hərraca yönəltməklə, qəsdən qiymətin aşağı salınmasına, sui-istifadə hallarının yaradılmasına və s. yönəlməkdədir. CPM-in 250.2-ci maddəsinin tələbinə əsasən mülki iddiaçı tərəfindən verilmiş mülki iddianın təmin edilməsi üçün üzərinə həbs qoyulan əmlakın dəyəri iddianın qiymətindən artıq olmamalıdır. Cinayət işi üzrə qəbul edilmiş qərarlar iş materiallarında olan sübutların obyektiv qiymətləndirilməsinə əsaslanmır, əsassız olaraq başqasına məxsus olan əmlak üzərinə həbs qoyularaq mülki iddianın təmin edilməsinə və müsadirəyə yönəldilmişdir. Belə ki, cinayət işinin istintaq materiallarından görünür ki, ibtidai araşdırma orqanı heç bir əsas olmadan X3 qohumlarını siyahısını və onların adına olan daş ınmaz və daşınar əmlakı müəyyən etmiş və yalnız bundan sonra X2 qohumlarının adında olan əmlakların satılaraq vurulmuş zərərin əvəzinin ödənilməsi barədə ərizə almışdır. Yuxarıda qeyd edildiyi kimi, çoxsaylı qanunsuzluqdan sonra başda Cavabdeh2 olmaqla Hüseynovlar ailəsinə məxsus olan bütün daşınmaz, eləcə də avtomobil qismində bütün daşınar əmlakı əlindən alınmışdır.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3580/2023 nömrəli, 5 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər - Elşən Kazımov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Namiq Cəfərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddianın faktiki əsası (fa ktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayıla bilər, uzlaşmırsa, əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə iddianın faktiki halları Mülki Məcəllənin yuxarıda qeyd olunan dispozisiya şərtləri ilə uzlaşd ığından, üstəlik cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia haqlı sayılır. Hərraca yönəldilən əmlakların böyük hissəsinin məhkum X3 cinayət törətməmişdən xeyli müddət əvvəl qohumları tərəfindən və onların şəxsi vəsaiti hesabına əldə edilib-edilməməsinin araşdırılması hazırkı apellyasiya icraatının predmetinə aid məsələ deyildir. Qeyd olunan məsələlərin araşdırılması cinayət mühakimə icraatının predmetinə aid olmuş və həmin icraat üzrə də ittiham hökmü qanuni qüvvəsini almışdır. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Ona görə də yuxarıda qeyd olunan məhkəmənin h ökmü hazırkı mülki işə baxan məhkəmə üçün məcburidir.

18. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdeh mübahisə predmeti olan mənzilin hökmün icrası və hərracın nəticəsində iddiaçının mülkiyyətinə keçməsindən narazı idisə, yaxud narazıdırsa, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilməsi üçün müraciət edə bilərdi. Ona görə də hazırkı iş üzrə məhkəmənin cavabdehin mülkiyyət hüququnun pozmasından söhbət gedə bilməz. Cavabdeh mübahisə predmeti olan mənzili boşaldıb iddiaçıya ona görə təhvil verməlidir ki, iddiaçı həmin mənzili hökmün icrası və hərracın nəticələri olaraq əldə etmiş və altı aydan artıqdır ki, mənzilə mülkiyyət hüququ mövcuddur.

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin İ, 29-cu maddəsinin İV hissələrinə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2, 152.1, 152.5, 157.1, 157.2, 157.4 və 178.1-ci, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 9-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4, 88, 217.3, 217.4, 372.1, 372.6, 372.7, 384.0.1 və 385.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011- ci il, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.2, 59.1, 357.1 və 357.2-ci maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 3 aprel 2023-cü il tarixli, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarlarında və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərardadında ifadə olunmuş hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cav abdeh kassasiya şikayəti verərək (Vəkil2) qətnamənin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, əmlakın faktiki mülkiyyətçisi olmuş X3 Azərbaycan Respublikası CM-in 178.3.2, 32.5,308.2 və 313-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2020-ci il tarixli hökmü və həmin hökmlə təyin edilmiş xüsusi müsadirənin tətbiqi əsassız olmuş, hökmün icrası qaydasında hazırkı mübahisənin predmet olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 770-ci məhəllədə yerləşən 6 nömrəli evin 7 saylı mənzilin tələbkar İddiaçı tərəfindən hərracdan əldə olunması qanunun tələbl ərinə riayət edilməməklə həyata keçirilmiş, bütün bunların nəticəsində cavabdeh mülkiyyətindən məhrum olmuşdur.

22. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin İ, 26-cı maddəsinin İİ, 29-cu maddəsinin İİ, 60-cı maddəsinin İİ və 71-ci maddəsinin İ hissələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1,408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 24 fevral 2022-ci il tarixli qərar və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ‘Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142 -ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 8 yanvar tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə, habelə CinayətProsessual Məcəlləsinin digər prosessual hüquq normalarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14 və 88-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. İddiaçı etiraz verərək kassasiya şikayətinin əsassız olduğunu, bu səbəbdən də təmin olunmaması, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3580/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

24. Maddə 13, 1-ci hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

25. Maddə 29, 2-ci hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

26. Maddə 60, 1-ci hissə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Məcəllə

27. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

28. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

29. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sah ib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın.

30. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

31. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

32. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəm ə vasitəsilə tələb edə bilər.

33. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu

34. Maddə

1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

35. Maddə

9. Yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolu

36. Maddə

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarı - yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxa rılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciət edənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olubolmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Mülki Prosessual Məcəllə

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istif adə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması na istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının həd ləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh2 tərəfindən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı ona qarşı iddianın təmin olunması hissədə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası məruzəçi ni dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin Cavabdeh2 qarşı iddianın təmin olunması hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

49. Cavabdehin kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən mülki prosessual normalarına uyğun hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Hesab edir ki, apellyasiya məhkəməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsasən işin müəyyən edilmiş hallarına və tərəflərin qarşılıqlı münasibətinə, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun əsaslandırılmış qətnamə qəbul etmişdir.

50. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh kassasiya şikayətini mübahisənin predmeti olan mənzilin faktiki mülkiyyətçisi olmuş X3 Azərbaycan Respublikası CM-in 178.3.2, 32.5,308.2 və 313-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2020-ci il tarixli hökmü ilə təyin edilmiş xüsusi müsadirənin tətbiqinin əsassız olması və hökmün icrası və hərracın nəticəsində iddiaçının mülkiyyətinə keçməsinin qanunsuz olması ilə əsaslandırmağa çalışmışdır. Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, xüsusi müsadirə tətbiq etmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin göstərilən hökmü hazırkı iş üzrə məhkəmə baxışında yoxlanılması istisna olunur, bu məsələyə X5 və qeyrilərinin məhküm olunmasına dair cinayət işi cinayət mühakimə icraatı qaydasında baxıla bilərdi.

51. Odur ki, qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh2 qarşı iddianın təmin olunması hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tər əfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3580/2023 saylı 05 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar