Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3915/2022 03.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-741/2022 nömrəli, 1 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 03 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəy yən etdi: İşin halları
1. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Q-108 nömrəli xx.xx.2020-ci il tarixli arxiv çıxarışına əsasən Bakı şəhəri, Xətai rayonu (Şaumyan) XDS icraiyyə komitəsinin 13 fevral 1981-ci il tarixli 28 nömrəli iclasın protokol qərarı ilə 1977-ci ildən mənzil növbəsində olan İddiaçı (bundan sonra-iddiaçı) Yavər Səfərov (keçmiş Botanika) küçəsi 36 saylı evin sahəsi 14 kv metr olan məhdud kommunal şəraitli 13 saylı bir otaqlı mənzil 3 (üç) nəfər ailə tərkibi olmaqla mənzil növbəsi saxlanılmaqla verilməsi barədə P.Montin adına zavodun müdiriyyəti və həmkarlar komitəsinin 24.Xİİ.1980-ci il tarixli qərarı ilə təsdiq edilmişdir.
2. Notarial qaydada təsdiqlənmiş 195446 saylı order adlı sənədə əsasən həmin order 23 fevral 1981-ci ildə iddiaçının adına yazılaraq, ona ailə tərkibi 3 (üç) nəfər olmaqla, Bakı şəhəri, Botanika (hazırki Yavər Səfərov) küçəsi, ev 36-da yerləşən, sahəsi 14 kv metr olan bir otaqlı 13 saylı mənzil verilmişdir.
3. Hal-hazırda Bakı şəhəri, Yavər Səfərov küçəsi 36 saylı evin 13 saylı mənzilində ( mübahisəli-mənzil) Cavabdeh pasport qeydiyyatında olmaqla (bundan sonracavabdeh) yaşayır. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilindən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, qeyd olunana mübahisəli mənzil orderlə ona və ailə üzvləri Bəsti Məmmədova və Samirə Məmmədovaya verilib və hal-hazırda da onla rın istifadəsindədir. Təxminən 7 il bundan əvvəl sahə müvəkillərinin xahişi ilə yaşamağı yeri olmayan cavabdehə müvəqqəti olaraq həmin məzildə yaşamağa icazə veriblər. Hazırda mənzilini özəlləşdirmək istədikdə məlum olub ki, cavabdeh qanunsuz yolla xx.xx.2018-ci il tarixdə onun etibarından sui-istifadə edərək istifadəsində olan mənzilinə qanunsuz olaraq qeydiyyata düşüb. O, cavabdehdən dəfələrlə mənzilə qeydiyyatdan çıxmağı və mənzili boşaltmağı tələb edib, lakin cavabdeh mənzildən çıxmaqdan imtina edib, onun istifadəsində olan mənzilinə öz mülkiyyəti kimi sahiblik edib,onun mənzildən sərbəst istifadə hüququnu pozub. Ona görə də, 1981-ci ildən onun mənzilində müvəqqəti yaşamasına icazə verdiyi cavabdehin mənzildən çıxarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Cavabdeh mə nzilindən iradəsinin ziddinə qanunsuz istifadə etməklə, onun qanunvericiliklə qorunan mənzildən sərbəst istifadə hüququnu pozub və pozmaqda davam edir, ona mənzilindən sərbəst istifadə etməyə, sərəncam verməyə mane olur.
6. Cavabdeh iddia tələbinə qarşı etiraz vermiş və birinci instansiya məhkəməsində izahat verərək göstərmişdir ki, iddia tələbi tamamilə əsassızdır. Mənzildən çıxarılması üçün ona kompensasiya verilməlidir. Onun başqa yaşayış yeri yoxdur, iddiaçı tərəf onun mənzillə təmin etsin, sonra o mənzildən çıxıb gedər. Bu neçə illər ərzində mənzilin bütün kommunal xərclərini o özü ödəmiş, bu gün iddiaçı eşidib ki, binalar plana düşüb və söküntüdən sonra vətəndaşlar mənzillə təmin olunucaqlar, indi durub gəlib onunla mənzil davası edir. O qanuni əsaslarla qeydiyyata alınmışdır. O uzun illərdir ki, mənzildə yaşayır. Onu mənzillə təmin etsinlər və ya kompensasiya ödəsinlər. İddianın təmin edilməməsini xahiş edir.
7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra –birinci instansiya məhkəməsi) 06 sentyabr 2021-ci il tarixli, 2(007)-2332/2021 saylı qətnaməsi ilə (hakim F.Mirzəyev) iddia tələbi təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Yavər Səfərov küçəsi, 36 saylı evin 13 saylı mənzilindən məcburi qaydada çıxarılması qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhər X3 İcrayə Komitəsinin 23 fevral 1981-ci il tarixli 195446 nömrəli orderinə əsasən Bakı şəhərində mənzil almaq hüququna malik olmuş iddiaçıya növbəlik əsasında 2 nəfər ailə üzvü ilə birlikdə yaşamaq üçün ünvan 1 ünvanında yerləşən 13 saylı bir otaqlı mənzil verilmi şdir. Həmin andan İddiaçı və onun ailə üzvlərinin qeyd olunan mənzilə sahiblik və istifadə hüququ yaranmışdır. İddiaçı cavabdehə müvəqqəti olaraq həmin mənzildə yaşamağa icazə vermişdir. Hal-hazırda iddiaçı sahibliyində olan mənzildən cavabdehin çıxarılmasını tələb edir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin mübahisəli mənzildə yaşaması üçün hər-hansı bir hüquqi sənəd mövcud deyil. Cavabdehin mənzildə qeydiyyatda olması ona sahiblik və istifadə hüququ vermir. İddia əsaslı olduğundan təmin edilməli, cavabdeh mübahisəli mənzilindən məcburi qaydada çıxarılmalıdır.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, mübahisənin yarandığı dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 48-ci maddəsinə və Mülki Məcəllənin 157.1və 157.2 maddələ rinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını və iddia müddətinin tətbiq edilməklə iddianın rədd olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamış, cavabdehin dəlillərinə hər hansı qiymət verilməmiş, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozuntusu ilə qəbul edilmişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-741/22 nömrəli iş üzrə 1 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və F.Talışınski) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddiası rədd edilmişdir.
14. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tələbinin faktiki əsası kimi ona istinad etmişdir ki, mübahisəli yaşayış sahəsi orderlə ona məxsusdur və cavabdehin qanunsuz sahibliyində olması onun həmin mənzildən mülkiyyət kimi istifadə etməsinə maneələr yaradır, bu səbəbdən də cavabdehin həmin yaşayış sahəsindən çıxarılmasını tələb edir. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152 və 157-ci maddələrini göstərmişdir.
15. Apellyasiya instansiya məhkəməsi iddiaçının hazır ki tələbi irəli sürməsinə subyektiv hüququnun olub-olmamasını müəyyənləşdirmək üçün onun həmin mənzili əldə etdiyi vaxt və sonrakı vaxt qüvvədə olan Mənzil Məcəlləsinin müvafiq münasibətləri tənzimləyən normalarının tələbləri nəzərə alınmalı olmasını zəruri hesab etmişdir. 16. 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 1-ci maddəsində Azərbaycan vətəndaşlarının mənzil hüququ təsbit olunmuşdur. Həmin maddəyə görə Azərbaycan vətəndaşları mənzil hüququna malikdirlər. Bu hüquq dövlət və ictimai mənzil fondunun inkişafı və mühafizəsi, kooperativ və fərdi mənzil tikintisinə yardım göstərilməsi, abad mənzillərin tikintisi proqramı həyata mənzil sahəsinin ictimai nəzarət altında ədalətlə bölüşdürülməsi, habelə mənzil və kommunal xidmətlər haqqının yüksək olmaması ilə təmin edilir.
17. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə iddiaçı qeyd edilən mənzil qanunvericiliyinin normalarına uyğun olaraq, iş yerində 1977-ci ildə mənzil növbəsinə götürülmüş, 1981-ci ildə ona mənzil növbəsində saxlanılmaqla, müvəqqəti olaraq məhdud kommunal şəraiti olan mübahisələndirilən mənzil 3 nəfər ailə tərkibi ilə verilmiş, iddiaçı 1990-cı ildə qanunvericiliyə uyğun olaraq yaşayış sahəsi ilə təmin olunaraq, mübahisəli mənzildən köçmüş və hazırki iddianı qaldırana kimi mübahisələndirilən mənzilə hər hansı bir bağlılığı, əlaqəsi olmamışdır. İddiaçının mübahisələndirilən mənzillə 1990-cı ildən sonra hər hansı bir bağlılığı olması, ondan istifadə etməsi barədə işdə hər hansı bir sübut mövcud deyildir. Əksinə, işin araşdırılmış sübutları ilə mübahisələndirilən mənzildə 199 1-ci ildən cavabdehin yaşadığı, mənzilə görə kommunal xidmət haqlarının cavabdeh tərəfindən ödənilməsi, iddiaçının həmin mənzillə hər hansı bir əlaqəsinin olmasını təkzib edir. Apellyasiya məhkəməsi iddiaçının həmin mənzildən istifadə etməsi, 7-8 il bundan qabaq həmin mənzili müvəqqəti yaşamaq üçün cavabdehə verilməsi barədə dəlilləri, həmçinin iddiaçının nümayəndəsinin apelyasiya icraatında verdiyi izahatında göstərdiyi 1990-cı ildə hazırda yaşadığı evi alarkən ailə tərkibinin çox olması nəzərə alınaraq, mübahisələi mənzilin də iddiaçının istifadəsində saxlanılması barədə dəlillərini əsaslı hesab etmir. Çünki iddiaçı həmin dəlillərini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir (MPM-nin 77.1-ci maddəsinə əsasən).
18. Apellyasiya instansiya məhkəməsi həmçinin iddiaçının və kilinin mübahisəli mənzilin verilməsi üçün əsas olan orderin hal-hazırda qüvvədə olması barədə Xətai rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş məktubu Mənzil Məcəlləsinin normalarının tələblərinə əsasən hər hansı hüquqi əhəmiyyətli hesab etməmişdir.
19. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən mənzillə əlaqədar iddiaçının həmin mənzil üzərində har hansı bir hüququ olmadığından, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ olmamış və işə baxan birinci instansiya məhkəməsi iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququnun olub-olmamasını aydınlaşdırmamış, yalnız iddiaçının adına orderin olmasına əsaslanaraq iddianın təmin olunması barədə gəldiyi nəticəyə səhv olmuşdur.
20. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 1990-cı ild ən mübahisəli mənzildə yaşamır və həmin mənzildə 1991-ci ildən cavabdeh yaşayır. İddiaçı hazırki iddianı 2021-ci ilin may ayında, daha doğrusu mübahisəli mənzildən köçəndən 30 il sonra qaldırıb. 1964-cü ildə qəbul edilmiş Mülki Məcəllənin 73-cü maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi iddia müddəti üç il müəyyən edilmişdir. Həmin Məcəllənin 77-ci maddəsinə görə iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən tətbiq olunur. Bu Məcəllənin 82-ci maddəsinə görə iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. İddiaçı cavabdehin həmin mənzildə yaşadığı vaxtdan hüququnun pozulduğunu bilməli idi və pozulmuş hüququnun bərpası üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ərzində m əhkəməyə müraciət edə bilərdi. Lakin iddiaçı öz hüququndan vaxtında istifadə etməmişdir, iddia müddətini ötürdüyündən, iddia təmin edilə bilməz.
21. Məhkəmə öz mövqeyini əsaslandırarkən 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 1, 5, 28, 31, 34, 35, 48 və 60-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 372.1, 385.1, 386, 387.1, 388 və 390-cı maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı (Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırlmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tələbləri kobud şəkildə pozulmuş və düzgün tətbiq edilməmişdir. Məhkəmə tərə findən işin faktiki halları təhrif edilmişdir. Əvvəla, iddiaçının hüquqlarının pozulması, yəni iddia müddətinin axımı cavabdehin mənzildən çıxmaqdan imtina etdiyi vaxtdan, yəni 2021-ci ildən başlanmışdır. Cavabdeh iddiaçının razılığı ilə onun istifadəsində olan mənzildə yaşamış, bu müddət ərzində iddiaçının hər hansı hüququ pozulmamıdır. Məhkəmə iddia müddətinin tətbiqində səhvə yol vermişdir. Məhkəmə həmçinin cavabdehin izahatlarını təhrif etmişdir. həmin mənzili Mənzil İstismar İdarəsinin işçisənə 4000 manat rüşvət verərək aldığını bildirdiyi halda, bu epizodu həmin mənzilin bos olması və 67 saylı MKİS-nin 1999-cu il tarixli icarə müqaviləsinə əsasən ona verildiyini göstərmiş, digər tərəfdən cavabdehin 1991-ci ildən həmin mənzildə yaşadığını qəbul etməklə ziddiyətli nəticəyə gəlmişdir. 1999-cu il tarixli icarə müqaviləsinin əslini tələb etməmiş, onun hüquqi əsaslarını araşdırmamışdır. Mübahisəli mənzilin dövlət mənzil fonduna aid olmasını, müvafiq icra hakimiyyətinin bu halı təsdiq etdiyini nəzərə almamışdır. Xətai rayon XDS İK-nin 28 saylı xx.xx.1981-ci il tarixli qərarı ilə İddiaçı verilmiş 195446 saylı orderin qüvvədə olmasına dair balans sahibi olan Xətai rayon İcra hakimiyyətinin xx.xx.2022-ci il tarixli M-42-012 saylı arayışına tənqidi yanaşdığını və həmin sənədini hər hansı hüquqi əhəmiyyət kəsb etmədiyini göstərməklə mənzilin mülkiyyətçisi olan Xətai İcra hakimiyyətinin mülkiyyət hüququnu da pozmuşdur. Adına verilmiş orderin əhəmiytini itriməsi qənaəti yalnız Xətami rayon İcra hakimiyyətinə verə bilərdi. Məhkəmə cavabdehin qanunsuz və əsassız olaraq mülkiyyətçin in razılığı olmadan onun mülkiyyətinə qeydiyyata düşməsini qanuni saymaqla təkrar qanun pozuntusuna yol vermişdir. Orderdə adı qeyd olunan İddiaçı həyat yoladı Bəsti Məmmədovanın hal-hazırda da həmin mənzildə qeydiyyatda olmasına da məhkəmə obyektiv hüquqi qiymət verməmişdir. Nəticədə məhkəmə qeyd olunan hallar, dəlillər və subutlara düzgün hüquqi qiymət verməməklə əsassız və qanunsuz qətnamə qəbul etmişdir.
24. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə
60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanılır. 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsi
26. Maddə
60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanılır.
27. Maddə 51, 1-ci və 2-ci hissə. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi aşayış sahəsi orderi əsasında kirayədar mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar adına oder verilmiş vətəndaş arasında bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun istifadə edilir. Maddə
87. Yaşayış sahəsini icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsin i pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara t ətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
35. Maddə 418.3 Pro sessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyasının məruzəçini dinləyib, iş materiallarını mövqeyi araşdıraraq hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Belə ki, işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə İddiaçı 1977-ci ildə mənzil növbəsində olmuş, işlədiyi müəssisə tərəfindən Bakı şəhəri, Y avər Səfərov küçəsində (keçmiş Botaniçeskaya küçəsi) 36 saylı evdə məhdud kommunal şəraitli sahəsi 14 kv metr olan bir otaqlı 13 saylı mənzilin müvəqqəti verilməsi qərara alınmış və həmin qərar rayon XDS İK-nın qərarı ilə təsdiq edilərək, həmin mənzilə dair ona 23 fevral 1981-ci il tarixdə order verilmiş və o, ailəsi ilə birlikdə həmin mənzildə müvəqqəti yaşamışdır. 1990-cı ildə isə o, ailə üzvləri ilə birlikdə ünvan 2 evin, 5 otaqlı 68 saylı ünvanda yerləşən 5 otaqlı mənzillə təmin olunmuş, 1991-ci ildən hal-hazıra kimi ailə üzvləri ilə həmin mənzildə yaşayır. İddiaçı ailə üzvləri ilə birlikdə daimi yaşamaq üçün Bakı şəhərinə başqa yaşayış sahəsinə köçməsi ilə mübahisəli mənzilə dair icarə müqaviləsi onların köçdüyü gündən pozulmuşdur.
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya mə hkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının, yaxud onun ailə üzvlərinin mübahisələndirilən mənzillə 1991-cı ildən sonra hər hansı bir bağlılığı olmamış, bu barədə onun tərəfindən hər hansı sübut təqdim edilməmişdir. İddiaçının 1990-cı ildə hazırda yaşadığı evi alarkən ailə tərkibinin çox olması nəzərə alınaraq, mübahisələi mənzilin də onun istifadəsində saxlanılması, həmin mənzildən istifadə etməsi, 7-8 il bundan əvvəl həmin mənzili müvəqqəti yaşamaq üçün cavabdehə verməsi barədə dəlilləri də iş materialları ilə öz təsdiqini tapmır.
50. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsi ilə razılaşaraq qeyd edir ki, iddiaçı cavabdehin həmin mənzildə yaşadığı vaxtdan hüququnun pozulduğunu bilməli idi və pozulmuş hüququnun bərpası üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddət i ərzində məhkəməyə müraciət edə bilərdi. Lakin iddiaçı öz hüququndan vaxtında istifadə etməmiş, iddia müddətini ötürmüşdür.
51. İddiaçı həyat yoldaşı Bəsti Məmmədovanın hal-hazırda da mübahisəli mənzildə qeydiyyatda olması barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qeydiyyat heç bir hüququ nəticəyə səbəb olmamaqla bərabər, işdə olan Yasamal rayonu MKTB 19 saylı MKİS-nin 15 fevral 2022-ci il tarixli 40 nömrəli Arayışı ilə bu hal təkzib olunur, həmin arayışa görə X1 1991-ci ildən Yeni Yasmal-1 küçəsi 8 saylı evin 68-ci mənzilində qeydiyyatdadır.
52. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin f aktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
53. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-741/2022 nömrəli,1 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.