Məhkəmə qərarları › İş №2(102)-3917/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3917/2020

11.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3917/2020 11.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, İddiaçı və Cavabdeh vəkili X3 iştirakları ilə açıq məhkəmə iclasında, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(106)340/2020 saylı qətnaməsindən İddiaçı kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Ağcabədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(017)-136/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim E.B.Quliyev) İddiaçı Cavabdeh və digərlərinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın verilməsi” barədə ilk iddiası rədd, Cavabdeh İddiaçı və digərlərinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlak üzərində mülkiyyət hüququnun tanınması, torpaq sahəsindən, evdən çıxarılma və evə köçürülmə” barədə qarşılıqlı iddiası təmin edilərək, mərhum X1 miras qalmış Ağcabədi rayonu, Böyük Kəhrizli kəndi ərazisində yerləşən 0,43 ha həyətyanı torpaq sahəsi və kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,35 ha pay torpaq sahəsinin qanun üzrə vərəsə Cavabdeh tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, həmçinin Rəmziyyə Səlimovadan miras qalmış Ağcabədi rayonu, Böyük Kəhrizli kəndi ərazisində yerləşən 0,43 ha həyəty anı torpaq sahəsi və kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,35 ha pay torpaq sahəsi üzərində tam payla vərəsəlik üzrə Mirzəxan Cavabdehun mülkiyyət hüququnun müəyyən edilməsi, həmçinin İddiaçı 0,43 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən Ağcabədi rayonu, Kəhrizli kənd icra nümayəndəsinin 01 saylı təsərrüfatbaşına kitabının 81-82-ci səhifəsində 41 saylı şəxsi hesabla qeydə alınması, ümumi sahəsi 72 kv.metr, yaşayış sahəsi 56 kv.metr olan 2 otaq və 1 mətbəxdən ibarət fərdi yaşayış evindən çıxarılması və Cavabdeh həmin evə köçürülməsi qət edilib. İddiaçı qətnamədən apelyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(106)340/2020 saylı qətnaməsi ilə (hakimlər İ.Q.Əsədov sədrlik edən, məruzəçi, Z.A.Ze ynalov və M.K.Həsənov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Ağcabədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ Mübahisələndirilən torpaq sahələri X11 və X2 mülkiyyətində olub. Belə ki, Ağcabədi rayon AİK-nın xx xxxxxxxx 1997-ci il tarixli, 14 saylı qərarı ilə Ağcabədi rayonu, Böyük Kəhrizli kəndi ərazisində Raya Həsənova və Rəmziyyə Quliyevaya 0,43 ha həyətyanı torpaq sahəsi və 1,35 ha pay torpaq sahəsi verilib. Həmin torpaq sahələrinə dair onların adlarına müvafiq olaraq mülkiyyət hüququnu təsdiq edən xx xxxxxxx 2002-ci il tarixli Şəhadətnamə və xx xxxx 1998-ci il tarixli Dövlət Aktı verilib. Cavabdeh mülkiyyətçi Rəmziyyə Quliyeva ilə xx xxxxxxxx 2009-cu ildən nikahda olub. M ülkiyyətçilər Raya Həsənova xx xxxx 2011-ci ildə, Rəmziyyə Quliyeva xx xxxxxx 2017-ci ildə ölüb. İddiaçı isə keçmiş mülkiyyətçi Raya Həsənovanın qardaşının arvadı (baldızı), digər mülkiyyətçi Rəmziyyə Quliyevanın dayısının arvadıdır. Hazırda İddiaçı, Cavabdeh qarşı, Raya Həsənova və Rəmziyyə Quliyevadan miras qalmış torpaq sahələrinə və həyətyanı torpaq sahəsi üzərində inşa edilmiş tikiliyə vərəsəlik hüququnun tanınmasını, mirasın qəbul edilməsi faktının müəyyən edilməsini və həmin əmlaka dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsini iddia edir və tələbini onunla əsaslandırıb ki, 1971-ci ildə X4 ilə faktiki nikaha daxil olub və nikahlarını xx xxxx 1975-ci ildə qeydə aldırıblar. Mərhum əri Vəliyyədin Məmmədovun faktiki olaraq valideynlərinə məxsus olan, lakin bacısı Raya Həsənov a və bacısı qızı Rəmziyyə Quliyevanın adlarına rəsmiləşdirilmiş 0,43 ha həyətyanı torpaq sahəsinin üzərində 1974-cü ildə tikilmiş fərdi yaşayış evində yaşamışlar. Onlarla birlikdə həmin evdə Raya Həsənova və qızı Rəmziyyə Quliyeva da yaşamışdır. Rəmziyyə Quliyevanın nikahda olduğu Cavabdeh bir müddət başqa yaşayış yeri olmadığı üçün onlarla yaşayıb, sonradan arvadı Rəmziyyə Quliyeva ilə xasiyyətləri uyğun gəlmədiyinə görə evdən çıxıb gedib. Rəmziyyə Quliyeva ilə Cavabdeh ər-arvad münasibətləri kəsilsə də aralarında olan nikah pozulub. xx xxxxx 2018-ci il tarixli arxiv arayışı ilə də təsdiq olunur ki, mübahisə predmeti olan həyətyanı torpaq sahəsinin 0,10 ha hissəsi 1974-cü ildən əri Vəliyyədin Məmmədov anası Gülüzar Həsənovaya məxsus olub və onun üzərində tikilmiş sahəsi 103 kv.metr olan f ərdi yaşayış evi faktiki olaraq ona və mərhum əri Vəliyyədin Məmmədova məxsus olub. 0,10 ha torpaq sahəsindən əlavə 0,33 ha həyətyanı torpaq sahəsi zəbt olunduğu müəyyən edildiyinə görə torpağın keyfiyyət dərəcəsinə görə pay torpağının bir hissəsindən tutularaq əvəzləşdirilib. Pay torpaq sahəsi, həyətyanı torpaq sahəsi və onun üzərində tikilmiş fərdi yaşayış evi formal olaraq Raya Həsənova və Rəmziyyə Quliyevaya məxsus olsa da, onlar həmin əmlakları heç kimə vəsiyyət etməyib. Miras qalmış əmlaklara vərəsə ola biləcək şəxslər onun əri Vəliyəddin Məmmədov və qaynı Kamal Məmmədov öldüyünə və başqa vərəsələri olmadığına görə miras qalmış əmlak vərəsə olaraq ona çatmalıdır. Ona görə də xx xxxxxxx 2018-ci il tarixdə notariusa ərizə ilə müraciət edərək Raya Həsənova və Rəmziyyə Quliyevadan miras qalan əmlaklara vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş edib. Lakin vərəsələr arasında mübahisə olduğuna görə qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsi mümkün olmayıb. Cavabdeh isə İddiaçı qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlak üzərində mülkiyyət hüququnun tanınması, İddiaçı torpaq sahəsindən və tikilidən çıxarılması və özünün həmin sahəyə köçürülməsinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət edib və tələbini onunla əsaslandırıb ki, Rəmziyyə Quliyeva ilə xx xxxxxxx 2009-cu ildə rəsmi nikaha girib və onların birgə nikahından uşaqları olmayıb. Ağcabədi rayon AİK-nın xx xxxxxxxx 1997-ci il tarixli, 14 saylı qərarı ilə Rəmziyyə Quliyeva və X9 rayonu, Kəhrizli kəndində 1,35 ha pay torpaq sahəsi və bu barədə “Torpağa mü lkiyyət hüququna dair” Dövlət Aktı verilib. Eləcə də Ağcabədi rayon AİK-nın sentyabr 1997-ci il tarixli, 14 saylı qərarı ilə Rəmziyyə Quliyeva və X9 rayonu, Kəhrizli kəndində 0,43 ha həyətyanı torpaq sahəsi və bu barədə “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilib. Rəmziyyə Quliyevanın anası Raya Həsənova xx xxxx 2011-ci ildə öldükdən sonra sonuncudan qalmış miras əmlakı faktiki olaraq qızı Rəmziyyə Quliyeva qəbul edib, lakin miras əmlak onun adına adına sənədləşdirilməyib. Rəmziyyə Quliyeva isə xx xxxxxx 2017-ci ildə ölüb. Rəmziyyə Quliyevanın ondan başqa qanun üzrə birinci növbəli vərəsəsi (valideynləri, uşaqları, bacı və qardaşları) olmayıb. Rəmziyyə Quliyevanın yas mərasimində İddiaçı qonaq kimi iştirak edib. Yas mərasimindən sonra miras əmlaka dair sənədləri notariusa ap armaq istəmiş, lakin mülkiyyət sənədləri naməlum şəkildə evdən götürülüb. Hətta bu barədə 525-ci qəzetin xx xxxx 2018-ci il tarixli buraxılışında müvafiq elan da verilib. Sonradan məlum olmuşdur ki, həmin sənədləri yas mərasimi zamanı başının qarışıq olmasından istifadə edən Rəmziyyə Quliyevanın dayısı arvadı və hazırda Ağdam rayonundan məcburi köçkün kimi Bakı şəhəri, Qaradağ rayonu, Müşfiq qəsəbəsində 3 saylı evin, 66-cı mənzilində məskunlaşıb yaşayan İddiaçı gizli olaraq götürüb. Həmin sənədləri geri tələb etsə də İddiaçı onu qaytarmaqdan imtina etdi. Ağcabədi rayon Kəhrizli kənd İcra Nümayəndəsinin 01 saylı təsərrüfat başına kitabının 81-82-ci səhifəsində 41 saylı şəxsi hesabla mərhum arvadı Rəmziyyə Quliyevanın adına qeydə alınmış və ümumi sahəsi 72 kv.metr, yaşayış sahəsi 56 kv.met r olan 2 otaq və 1 mətbəxdən ibarət fərdi yaşayış evinə köçüb yaşamaq istəyir. Sözügedən pay torpaq sahəsindən və həyətyanı torpaq sahəsi ilə birlikdə üzərində yerləşən evdən nikaha daxil olduğu vaxtdan arvadı Rəmziyyə Quliyevanın 40 mərasimi keçirilən günə kimi yaşayıb və istifadə edib. Birgə nikah dövründə evi əsaslı təmir etdirib, əlavə mətbəx və sair tikililər tikdirib. Lakin sonradan İddiaçı ona hədə-qorxu gələrək şərləyəcəyi ilə qorxudaraq onu zorla evdən çıxarıb. Yuxarıda qeyd etdiyi kimi qayınanası Raya Həsənova öldükdən sonra ondan miras qalmış əmlakı qızı Rəmziyyə Quliyeva, sonuncunun ölümündən sonra isə miras əmlakı o, faktiki idarə etməklə qəbul edib. Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə almaq üçün notariat orqanına müraciət edib və sonuncunun xx xxx 2018-ci il tari xli məktubuna görə miras əmlaka dair hüquq müəyyənedici sənədləri təqdim edə bilmədiyi üçün onun adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilməsindən imtina edilib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olma yıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Cavabdeh vəkili Emil Qanbayev məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı vəkili Ayna Nəsirli, Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 06 saylı Beyləqan Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, Cavabdeh vəkili Emil Qanbayevin izahatını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsin i yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apelyasiya şikayətini təmin edilmədən saxlayarkən, ilk iddianın əsassız olmasına, ilk iddianı rədd, qarşılıqlı iddianı təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 1145, 1159.1.1, 1159.1.3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və i şdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki,Ağcabədi rayon AİK-nın xx xxxxxxxx 1997-ci il tarixli, 14 saylı qərarı ilə Ağcabədi rayonu, Böyük Kəhrizli kəndi ərazisində Raya Həsənova və Rəmziyyə Quliyevaya 0,43 ha həyətyanı torpaq sahəsi və 1,35 ha pay torpaq sahəsi verilib. Həmin torpaq sahələrinə dair onların adlarına müvafiq olaraq mülkiyyət hüququnu təsdiq edən xx xxxxxxx 2002-ci il tarixli Şəhadətnamə və xx xxxx 1998-ci il tarixli Dövlət Aktı verilib.Mülkiyyətçilər Raya Həsənova xx xxxx 2011-ci ildə, Rəmziyyə Quliyeva xx xxxxxx 2017-ci ildə ölüb. Cavabdeh xx xxxxxxx 2009-cu il tarixdə miras qoyan Rəmziyyə Quliyeva ilə nikahda olub. Hazırda İddiaçı, Cavabdeh qarşı, Raya Həsənova və Rəmziyyə Quliyevadan miras qalmış torpaq sahələrinə və həyətyanı torpaq sahəsi üzərində inşa edilmiş tikiliyə vərəsəlik hüququnun tanınmasını, mirasın qəbul edilməsi faktının müəyyən edilməsini və həmin əmlaka dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsini iddia edir. Eyni zamanda Cavabdeh İddiaçı qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlak üzərində mülkiyyət hüququnun tanınması, İddiaçı torpaq sahəsindən və tikilidən çıxarılması və özünün həmin sahəyə köçürülməsini iddia edir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlill ərini arışdırıb haqlı olaraq qeyd etmişdir ki, ilk iddianı rədd, qarşılıqlı iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və aşağıdakı maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Apelyasiya instansiyası məhkəməsi vərəsəlik hüququna dövlətin təminat verməsini əsas tutub düzgün olaraq qeyd etmişdir ki, miras əmlakların əvvəllər Raya Həsənova və Rəmziyyə Quliyevanın mülkiyyətində olması işin mübahisə olunmayan hallarıdır və tərəflər özləri də bu halları inkar etmirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Mə cəllənin 1159.1-1159.5-ci maddələrinin mənasına görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə- ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o, halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın; Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişl ərsə, vərəsə ola bilməzlər; Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar; Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur; İkinci növbədə- ölənin bacıları və qardaşları; Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın; Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar; Üçüncü növbədə- həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası; Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın; Dördüncü növbədə- xalalar və bibilər, dayılar və əmilər; Beşinci növbədə- xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb düzgün olaraq qeyd etmişdir ki, mübahisəli əmlakların mülkiyyətçi Raya Həsənovanın ölümündən sonra miras əmlak tam olaraq birinci növbəli vərəsə olan qızı Rəmziyyə Quliyeva tərəfindən qəbul edilib. Mülk iyyətçi Rəmziyyə Quliyeva isə xx xxxxxx 2017-ci il tarixdə ölüb və onun ölümü ilə miras əmlaka vərəsəlik açılıb. Apelyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb və işə əlavə edilmiş sübutları araşdırıb düzgün olaraq qeyd etmişdir ki, Cavabdeh xx xxxxxxx 2009-cu il tarixdə Rəmziyyə Quliyeva ilə nikahlarını rəsmiləşdirdiyi vaxtdan mülkiyyətçilərlə Kəhrizli kəndində Rəmziyyə Quliyevaya məxsus olan evdə yaşamışlar və sözügedən torpaq sahəsində yerləşən evdə onunla birlikdə təmir-tikinti işləri aparmışlar. Eyni zamanda onlar birlikdə pay torpaq sahəsini əkib becərmişlər. Mülki iş materiallarından, işdə iştirak edən şəxslərin izahatlarından, habelə məhkəmə iclasında şahid qismində dindirilmiş Sərdar Şükürov, Elyana Şükürova, İntizam Nəcəfova və Əfqan Babayevin ifadələrindən görünür ki, Cavabdeh mülkiyyətçilərlə birgə yaşayıb, Raya Həsənova və Rəmziyyə Quliyevanın yas mərasimləri Cavabdeh tərəfindən təşkil edilib. Həmçinin mülki iş materialları ilə müəyyən olunur ki, İddiaçı mülkiyyətçilərin vəfatına qədər başqa yerdə yaşayıb, Rəmziyyə Quliyevanın ölümündən 7 gün sonra isə miras qoyanın əri Cavabdeh Rəmziyyə Quliyevanın dayısı arvadı İddiaçı tərəfindən yaşadığı evdən çıxarılıb və hazırda Cavabdeh məcburən Ağcabədi rayonu, Kəhrizli kəndində yerləşən mağazanın qarovulxanasında yaşayır. İddiaçı miras əmlakları faktiki idarə etməklə qəbul etməsini iddia etsə də tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Apelyasiya instansiyası məhkəməsi kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, İddiaçı ilk iddiasının qanuni əsası yoxdur. Belə ki, o, qanun üzrə 1-ci və ya sonrakı növbəli vərəsə deyil. İddiaçı dayı arvadı olaraq- bibi və ya xala qismində dördüncü növbəli vərəsə hesab oluna bilər. Apelyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianın dəlillərini əsaslı sayıb düzgün olaraq qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə Cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin tələbinə görə qanun üzrə birinci növbəli vərəsə sayılır. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Hazırki işdən görünür ki, miras əmlaka dair və siyyətnamə, yəni miras əmlakların qanun üzrə vərəsələrə keçməsini istisna edən heç bir hal yoxdur. Mülki Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Notariat kontorunun xx xxx 2018-ci il tarixli məktubundan görünür ki, Cavabdeh xx xxxxx 2018-ci il tarixli ərizəsi əsasında notariat kontorunda xx xxxxxx 2017-ci il tarixdə ölmüş Rəmziyyə Quliyevadan miras qalmış əmlaklara dair 80 saylı vərəsəlik işi açılıb. Lakin miras əmlaka dair hüquq müəyyənedici sənəd təqdim olunmadığına görə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmayıb. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddənin tələblərini əsas tutub düzgün olaraq qeyd etmişdir ki, miras əmlaklar Cavabdeh tərəfindən qanuni olaraq qəbul edilib və qəbul edilmiş miras əmlak vərəsəlik açıldığı gündən onun mülkiyyəti sayılır. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Ona görə də Cavabdeh mülkiyyətində olan əmlakdan İddiaçı çıxarılmasını və özünün ora köçürülməsini (əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsini, qanuni sahibliyin bərpa edilməsini) tələb etməkdə haqlıdır. İddiaçı izahatında, apelyasiya şikayəti ilə ey ni məzmunlu olan kasasiya şikayətində 1985-ci ilədək sözügedən torpaq sahəsində inşa edilmiş tikilidə yaşadığını bildirsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququn un pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Əksinə, mülki iş materiallarından görünür ki, mübahisəli torpaq sahələri Ağcabədi rayon AİKnın xx xxxxxxxx 1997-ci il tarixli, 14 saylı qərarı ilə Raya Həsənova və Rəmziyyə Quliyevanın mülkiyyətinə verilib. Bu gün həmin sənədlər qüvvədədir və məhkəmə qaydasında ləğv və ya etibarsız sayılmayıb. Bundan başqa İddiaçı mübahisəli əmlaklar üzərində hər hansı hüququ əmələ gəlməyib. Bu baxımdan kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini əsassız hesab edir. Kasasiya instansiyası məhkəməsi həmçinin hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kasasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(106)340/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar