Məhkəmə qərarları › İş №2(102)-3917/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3917/2022

23.08.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3917/2022 23.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti, "xxxx" ASC, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3917/2022 (Açar sözlər: zərərin ödənilməsi) Bakı şəhəri 23 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti, "xxxx" ASC, Cavabdeh3 və Cavabdeh4 qarşı “fiziki şəxsin sağlamlığına vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3305/2021 nömrəli, 10 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC-də sürücü işləyən iddiaçı 19 oktyabr 2017-ci il tarixdə, saat 00:35 radələrində Bakı-Quba-Dağıstan sərhəd yolunun Quba rayonu ərazisindən keçən 141-ci kilometrliyində, idarə etdiyi "xxxx" ASC-yə məxsus “X2” yük markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində hərəkətdə olarkən qarşıdan əks istiqamətdə hərəkətdə olan, cavabdehlərdən Cavabdeh4 mülkiyyətində olan, Cavabdeh3 etibarnamə əsasında idarə etdiyi, “HOWO ZZ3317N3867V” markalı, **-CZ-*** dövlət qey diyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “X2” yük markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, "xxxx" ASC-nin işçisi İddiaçı xəsarət almışdır. Aldığı xəsarət az ağır kimi qiymətləndirilsə də, cinayət işinin başlanılması Cavabdeh3 tərəfindən yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə yetirilmiş zərər tam ödənildiyindən, ona qarşı heç bir şikayəti olmadığından Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi Azad Əliyevin xx.xx.2018-ci il tarixli qərarı ilə rədd edilmişdir. Daha sonra ekspert-həkimin xx.xx.2018-ci il tarixli rəyinə əsasən İddiaçı 1800 manat məbləğində sığorta ödənişinin verilməsi qərara alınmışdır. Həmin məbləğdə pul Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən "xxxx" ASC-nin 2 saylı filial ı vasitəsilə İddiaçı hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2018ci il tarixli məlumatdan görünür ki, müayinə zamanı xx.xx.1968-ci il təvəllüdlü İddiaçı əmək qabiliyyətinin itirilmə faizinin 50% olduğu müəyyən edilmiş, növbəti müayinənin vaxtı xx.xx.2023-cü il tarixə təyin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti, "xxxx" ASC, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehsalatda bədbəxt hadisənin baş verməsi nəticəsində Azərbaycan Respublikası Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən İddiaçı 3-cü qrup üzrə əlillik təyin olunduğu xx.xx.2018-ci il tarixdən hesablanmaqla, hər ay 800 manat məbləğində pulun İddiaçı pensiya yaşına çatanadək cavabdehlər - hadisəni törətmiş Cavabdeh3, yüksək təhlükə mənbəyinin sahibi Cavabdeh4, işəgötürən "xxxx" ASC-dən və sığorta edən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-921/2020 saylı, xx.xx.2020 tarixli qətnaməsi ilə (hakim Cəmilə Musayeva) iddianın Cavabdeh3 münasibətdə qismən təmin edilməsi, İddiaçı orta aylıq əmək haqqının 50 faizi miqdarında pulun xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2023-cü il tarixədək hər ay Cavabdeh3 tutularaq İddiaçı ödənilməsi, iddia nın Cavabdeh3 münasibətdə digər hissədə rədd edilməsi və iddianın cavabdehlər Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti, "xxxx" ASC və Cavabdeh4 münasibətdə rədd edilməsi qət edilmişdir.

4. Məhkəmə qeyd etmişdir ki, hazırkı işdə barəsində bəhs edilən yol-nəqliyyat hadisəsi, iddiaçıya az ağır xəsarətin yetirilməsi Cavabdeh3 qanunsuz hərəkətləri nəticəsində baş verdiyi, onun hərəkətlərində “Yol hərəkəti haqqında” qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olduğu və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanın olduğu müəyyən edilmişdir.

5. Məhkəmə hesab etmişdir ki, maddi məsuliyyətin yaranmasının vacib şərti işəgötürənin təqsirli olması halı iş materialları ilə öz təsdiqini tapmadığından, icba ri sığorta müqaviləsi əsasında müəyyən edilmiş qaydada və məbləğdə isə sığorta ödənişi iddiaçıya ödənildiyindən iddia cavabdehlər "xxxx" ASC və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə münasibətdə rədd edilməlidir.

6. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh3 yol-nəqliyyat hadisəsi baş verən zaman avtomobili Cavabdeh4 tərəfindən verilmiş etibarnamə əsasında idarə etdiyi işin mübahisələndirilməyən halıdır. Beləliklə, Cavabdeh3 yol-nəqliyyat hadisəsini törədərkən avtomobili qanuni əsaslarla (etibarnamə ilə) idarə etdiyindən və həmin hadisənin törədilməsində təqsirli olduğundan, digər cavabdeh nəqliyyat vasitəsinin mülkiyyətçisi olan Cavabdeh4 qarşı iddia rədd edilməlidir.

7. Məhkəmə hesab etmişdir ki, iddiaçının baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığı pozulduğ undan, ona itirdiyi ümumi əmək qabiliyyətinin (əmək qabiliyyətinin itirilməsi 50 faiz müəyyən olunmuşdur) dərəcəsində aylıq ödənişlər verilməlidir. Ödənişlərin həyata keçirilməsinin hesablanması İddiaçı əmək qabiliyyətinin itirildiyi təsdiq olunduğu gündən – xx.xx.2018-ci il tarixdən başlanmalıdır. İddiaçıya təyin edilmiş əlilliyin vaxtı xx.xx.2023-cü il tarixədək müəyyən edildiyindən cavabdehdən pulun tutulması məhz bu tarixədək həyata keçirilməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 195, 239.1, 239.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2, 1096 və 1097.1, 1108.1, 1118 1119.1-ci və 1119.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 09 yanvar tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsala t qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin 1.1,2.1, 3.2-ci bəndlərinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2011-ci il qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3305/2021 nömrəli, 10 dekabr 2021-ci il tarixli qətnaməsi il ə (hakimlər – A.V.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.S.Səmədov və İ.S.Şirinov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-921/2020 saylı, xx.xx.2020 tarixli qətnaməsinin qismən ləğv edilməsi, iddia tələbinin Evrascon ASC-yə münasibətdə qismən təmin edilməsi, xx.xx.2018-ci il tarixindən etibarən 5 il müddətində hər ay İddiaçı maaşının 50% həcmində, yəni 378.18 (üç yüz yetmiş səkkiz manat on səkkiz qəpik) manat məbləğində pul vəsaitinin Evrascon ASC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının səhhətinə dəymiş zərərin əvəzi işəgötürən "xxxx" ASC-dən tutulmalıdır. Belə ki, “İstehsalatda bə dbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Qanunun 3.1.1-ci maddəsinə görə, hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar. İş materiallarından və cavabdeh Evrascon ASC-nin nümayəndəsinin kollegiya iclasında verdiyi izahatından aydın olmuşdur ki, iddiaçı icbari sığorta müqaviləsi üzrə sığorta olunmamışdır. Hətta cavabdehin nümayənd əsi işçini icbari həyat sığortası etməməsinə görə İnzibati Xətalar Məcəlləsinə müvafiq qaydada cərimə oldunduqlarını da bildirmişdir. Belə olan halda, sığorta ödənişi işəgötürən tərəfindən ödənilməlidir.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.2018-ci il tarixindən 5 il müddətinə əmək qabiliyyətini 50 % itirmişdir ki, bu da ona orta aylıq əmək haqqının 50%-i məbləğində ödəniş edilməsi barədə nəticəyə gəlməyə əsas verir. İş materiallarında olan əmək haqqı barədə arayışa əsasən İddiaçı orta aylıq əmək haqqının 756.36 manat olması müəyyən edilir. Belə olduğu halda, iddiaçıya həmin məbləğin 50% həcmində, yəni hər ay 378.18 manat məbləğində ödəniş edilməlidir.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, baş vermiş hadisə ilə bağlı təhqiqatın aparılm ası üçün dərhal X1 Xidmətinə, Fövqəladə Hallar Nazirliyinə məlumat verməsi işəgötürənin vəzifəsi kimi müəyyən edilmişdir. Lakin iş materiallarında işəgötürən (cavabdeh) tərəfindən belə bir müraciətin olunması aşkar edilmədiyindən, cavabdeh hazırda İZ formalı aktın olmamasına istinad etməkdə haqlı deyildir. Çünki bədbəxt hadisənin təhqiqatının nəticəsi olaraq İZ formalı akt tərtib edilir. Lakin, bu hal bədbəxt hadisənin olmaması nəticəsinə gəlmək üçün əsas deyildir. Belə ki, hadisə ilə bağlı cinayət işinin başlanması ilə bağlı qərar olduğundan və həmin cinayət işinə tərəflərin barışması səbəbindən xitam verildiyindən hadisənin baş verməsi mübahisə doğurmur.

14. Məhkəmə gəldiyi nəticəni “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi halla rından icbari sığorta haqqında” Qanunun 3.1.1, 16.2, 17.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0, 384.0.2, 385.1.1, 386, 387.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh "xxxx" ASC kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzin in tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

17. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

18. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

19. Maddə 1118.1 Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalic əyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Qanun

20. Maddə 3.1.1. Hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki hüquqi müqavilə əsasında əmək fun ksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar.

21. Maddə 16.2. Aylıq sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi ilə bağlı itirilmiş aylıq əmək haqqı əvəzində faydalanan şəxsə verilən pul təzminatıdır.

22. Maddə 17.1.Aylıq sığorta ödənişinin məbləği sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətini itirdiyi tarixdən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin sığorta hadisəsi nəticəsində itirilmiş peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

29. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh "xxxx" ASC tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə görə qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşd ürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. 33. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 8.2 və 9.1-ci bəndlərinə əsasən məhkəmə bir neçə cavabdeh barədə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını göstərməli, iddia tələbi qismən təmin edildikdə, qətnamənin nəticə hissəsində iddianın kimin haqqında, hansı hissədə təmin və yaxud rədd olunması konkretləşdirilməlidir.

34. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin və Plenumun yuxarıda qeyd olunan göstərişlərinə əməl olunmamışdır.

35. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin nəticə hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin hansı hissədə ləğv edilməsi göstərilmədən iddia tələbi "xxxx" ASC-yə münasibətdə qismən təmin edilmişdir.

36. Həmin qətnamədə iddiaçıya dəymiş ziyanın yalnız "xxxx" ASC-dən tutulması olması göstərilsə də, birinci instansiya məhkəməsinin qətnaməsi həmin ziyanın Cavabdeh3 tutulması hissəsində ləğv edilməmiş və ona münasibətdə iddia rədd olunmamışdır.

37. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi barədə göstərilənlər həmin qətnamənin Cavabdeh3 barəsində ləğv edilməsi və iddianın ona münasibətdə rədd edilməsi kimi qiymətləndirilə bilməz.

38. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, qətnamə prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.

39. İş materiallarından görünür ki, iddiaçı əmək vəzifələrini icra edərkən Cavabdeh3 təqsiri üzündən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sağlamlığı pozulmuşdur.

40. Apellyasiya instansiyası məhkəməsi iddiaçının sağlamlığının istehsalatda baş vermiş bədbəxt hadisə kimi qiymətləndirərkən həmin münasibətləri tənzimləyən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin tələblərini nəzərə almamış və gəldiyi nəticəni həmin normanın tələbləri baxımından əsaslandırmamışdır.

41. Əmək Məcəlləsinin 239.1-ci maddəsinə görə istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəy miş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.

42. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının sağlamlığını bilavasitə pozmuş şəxsi məsuliyyətdən tam kənarda qoyub, məsuliyyəti təqsirini müəyyən etmədiyi işəgötürənin üzərinə qoymaqla gəldiyi nəticəni qanunun tələblərinə uyğun əsaslandırmamışdır.

43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3305/2021 nömrəli iş üzrə 10 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar