Məhkəmə qərarları › İş №2(102)-3918/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3918/2025

27.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3918/2025 27.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: birgə fəaliyyət, öhdəliklərin icrası) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 oktyabr 2025-ci il tarixli, 2(103)-131/2025 saylı qətnaməsindən İddiaçı kassasiya şikayətinə 27 yanvar 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etd i. İşin halları

1. İddiaçı Cavabdeh ilə Cəlilabad rayonunda fermer təsərrüfatı yaratmaq barədə razılığa gəlmişlər.

2. Razılaşmaya əsasən İddiaçı fermer təsərrüfatın yaradılması üçün tələb olunan müəyyən xərclər çəkməli, təsərrüfatın fəaliyyətindən əldə ediləcək gəlirdən ona da pay verilməlidir.

3. Mübahisə bununla bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, real zərər olaraq 30000 ABŞ dolları, əldən çıxmış fayda olaraq 90000 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 431 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onun la əsaslandırılmışdır ki, 2003-cü ildə iddiaçı cavabdeh ilə razılığa gələrək Cəlilabad rayonun ərazisində fermer təsərrüfatı yaratmışdır. Razılığa əsasən fermer təsərrüfatının yaradılması ilə bağlı xərcləri iddiaçı çəkməli, cavabdeh isə təsərrüfatı idarə etməli, sənədləşmə, mühasibatlıq, təsərrüfatın inkişafı üçün bütün işləri görməli idi. İddiaçı cavabdehlə əldə olunmuş razılığın şərtlərinə əməl etmiş, təsərrüfatın ("xxxx" Kiçik Müəssisəsi) yaradılması, təsərrüfatın fəaliyyəti üçün torpaq sahəsinin icarəyə götürülməsi, bu torpaq sahəsi ilə yanaşı, 15 ha əkin sahəsinin, eləcə də damazlıq üçün 75 baş qoyun, 2 baş inək, 1 baş camış, 4 baş qoç, 6 baş keçi və 1 ədəd yük maşının alınması ilə bağlı ümumilikdə 30000 ABŞ dolları məbləğində xərc çəkmişdir. 2012-ci ildə fermer təsərrüfatından kifayə t qədər gəlir götürülməməsi, çəkilmiş xərclərə baxmayaraq, təsərrüfatın böyüməsində heç bir irəliləyiş olmaması səbəbindən iddiaçı ilə cavabdeh arasında münasibətlər pozulmuşdur. Buna baxmayaraq, cavabdeh iddiaçının çəkdiyi xərcin əvəzini iddiaçıya ödəməmişdir. Buna görə də, 30000 ABŞ dolları cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, cavabdehin işinə səhlənkar və laqeyd yanaşması nəticəsində iddiaçı fayda əldə etməkdən məhrum olmuşdur. Əldən çıxmış fayda kimi iddiaçıya vurulan zərər ümumi təsərrüfatın tutumu, iri və xırdabuynuzlu malqaranın və çəkilən xərcləri ümumi bazar qiymətləri ilə müqayisəsi göstərir ki, əldən çıxmış faydanın məbləği 90000 manat təşkil edir. Buna görə də, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

6. Cavabdehin nümayəndəsi (vəkil) iddiya etiraz olaraq göstərmişdir ki, 2017-ci ildə təhvil verilən zaman təsərrüfatda 600 baş xırda, 32 baş iri buynuzlu heyvan olmuş və həmin heyvanlar iddiaçıya təhvil verilmişdir. Bu fakt iddiaçının və mərhum Möhübbət Talıbovun və məhkəmədə verdiyi izahatlarla təsdiq edilir. Cəlilabad rayon polis şöbəsində və məhkəmədə verdiyi izahatda iddiaçı göstərmişdir ki, şifahi razılaşmaya əsasən təsərrüfata ümumilikdə 28 manat pul qoymuş və əldə olunacaq gəlir 3 yerı bölünməli idi. İddiaçı cavabdehin hmanistliyindən istifadə edərək bütün sürünü və təsərrüfatı özü götürmüş, fernmanın avadanlıq və tikintisini sökərək aparmışdır.

7. Birinci instansiya məhkəməsində Şahid1 bildirmişdir ki, zootexnik işi ilə məşğul olur. cavabdeh ferma açmaq üçün sərmayəyə görə iddiaçıya müraciət etmiş, fermanı iddiaçı, cavabdeh və X1 birgə şəriklər olaraq işlətmişlər. İddiaçıdan fermanı açmaq üçün sərmayə verdiyini eşitmişdir, lakin onun yanında hansısa pul məbləği verilməmişdir.

8. Birinci instansiya məhkəməsində Şahid2 bildirmişdir ki, 2019-cu ilin may ayından iddiaçının heyvanlarının çobanı olaraq işləyir. Maaşını iddiaçı ödəmişdir. Cavabdehi təsərrüfatda görməmişdir. Fermaya nə qədər xərc qoyulduğunu bilmir. Fermaya çoban olaraq işləməyə gələndə fermada 442 baş xırdabuynuzlu qoyun, 5 baş camış, 10 baş inək, və 2 at olmuşdur. Fermanın normal fəaliyyət göstərməsi üçün bütün şərait yaradılmışdı. Fermanın “QAZ 53” markalı maşını da olmuşdur. İndi isə fermada 200 baş qoyun qalmışdır. İl ərzində heyvanlara təxminən 6.000-7.000 manat yem xərci çəkilirdi.

9. Birinci instansiya məhkəməsində şahid X2 bildir mişdir ki, əvvəllər Möhübbətlə birgə işləyib, təsərrüfatda çoban olmuşdur. 5 il Möhübbətlə, 9 ay isə iddiaçı ilə işləyib. Təsərrüfata kimin xərc qoymasından xəbərsizdir, lakin onu bilir ki, təsərrüfat 3 nəfər şərik arasında qurulmuşdu.

10. Birinci instansiya məhkəməsində şahid X3 bildirmişdir ki, cavabdeh onun qardaşıdır. Qeyd edilən təsərrüfatı 1988-ci ildən 2018-ci ilədək özü və mərhum əri Möhübbət Talıbov ailə təsərrüfatı olaraq işlətmişlər. Daha sonra iddiaçı və cavabdeh Möhübbətə şərik olmuşlar. Təsərrüfata qoyulmuş xərc barədə məlumatı yoxdur.

11. Birinci instansiya məhkəməsi iddia göstərilən heyvanların hazırkı bazar dəyərinin müəyyən məqsədilə ekspertiza təyin etmiş, ekspertizanı "xxxx" MMC-yə tapşırmışdır. 12. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli rəyinə (mütəxəssis hesabatına) əsasən damazlıq üçün 75 baş qoyun, 2 baş inək, 1 baş camış, 4 baş qoç, 6 baş keçi, həmçinin 200 baş xırdabuynuzlu heyvan və 10 baş iribuynuzlu heyvanın hazırkı bazar dəyəri cəmi 66.420 manat təşkil edir.

13. Birinci instansiya məhkəməsi iddiada göstərilən heyvanların fermanın fəaliyyət göstərdiyi 14 il ərzində bioloji olaraq artım səviyyəsi və heyvanların sayının ümumi artımı müəyyən edildikdən sonra həmin sayda heyvanların orta bazar qiymətinin müəyyən edilməsi məqsədilə əlavə ekspertiza təyin etmişdir. 14. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyinə (mütəxəssis hesabatına) əsasən 75 baş qoyun, 2 baş inək, 1 baş camış, 4 baş qoç, 6 baş keçi olmaqla damazlıq heyvanların fermanın fəaliyyət göstərdiyi 14 il (2004-2018-ci illər) ərzində ümumi artımı xəstəlik, təbii itkilər və heyvanların s axlanılmasında ehtiyacları ödəmək üçün satış halları nəzərə alınmaq qoyuna münasibətdə 160 baş, inəyə münasibətdə 9 baş, camışa münasibətdə 3 baş müəyyən edilmişdir. 14 il ərzində bioloji olaraq və hər il heyvan sayının bir ölüm faizi və artımın müəyyən (65%) hissəsinin gəlir əldə etmək və saxlama xərclərini (yem, dərmanlama, daşıma, ferma xərcləri) təmin etmək məqsədi ilə istehlakı nəzərə alınaraq ümumi say artımı üzrə ehtiyacları ödəmək üçün satışlar həyata keçirildikdən sonra qalan gəlir 97157,94 manat təşkil edir.

15. Cəlilabad Rayon Prokurorluğu tərəfindən xx.xx.2021-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilmişdir. Həmin araşdırma materialı üzrə hazırkı işdə cavabdeh qeyd etmişdir ki, iddiaçını 1998-ci ildən tanıyır, onunla həm iş yoldaşı, həm də dost kimi münasibətləri o lmuşdur. Bacısının əri X1 da onunla həmin vaxtlarda birgə işləmişdir. Möhübbət 2020-ci ilin noyabr ayında vəfat etmişdir. Möhübbətin də iddiaçı ilə münasibətləri yaxşı olmuşdur. 2003-cü ildə Möhübbətlə iddiaçı birlikdə onun yanına gələrək Cəlilabad rayonu ərazisində torpaq almağı və ferma qurmağı təklif etmişlər, o da onlarla razılaşmışdır. Onların şifahi razılaşmasına görə fermanın alınması ilə bağlı bütün xərclər iddiaçı tərəfindən ödəniləcək, qazanc əldə edildikdən sonra həmin fermaya xərclənmiş pulu iddiaçı götürəcək və qalan hər il olan gəlirlər bərabər qaydada Möhübbət, iddiaçı və onun arasında bölünəcəkdir. O, da maddi vəziyyəti yaxşı olduğu halda özü də fermaya əlavə xərclər qoyacağını bildirmişdir. Şifahi razılaşmaya əsasən 50 hektar torpaq sahəsi alınmış və həmin torpaq sahəsi on un rəhbəri olduğu "xxxx" kiçik müəssisəsinin adına rəsmiləşdirilmiş və 2023-cü ilədək icarə müqaviləsi bağlanılmışdır. Aldıqları həmin torpaq sahəsində əvvəllər ferma olmuş, lakin dağılmış vəziyyətdə olmuşdur. İddiaçı ilkin olaraq 3800 manat pul vəsaiti vermiş və həmin pul fermanın qurulmasına xərclənmişdir. Həmin fermaya 11 baş qoyunu ilk dəfə o, almışdır. Möhübbət öz iribuynuzlu heyvanlarını da oraya aparmışdır. Belə ki, həmin fermanı Möhübbət işlətmişdir. Tam xatırlaya bilməsə də, 2010-cu ildə artıq həmin fermada təxminən 100 baş qoyun, 10 baş iribuynuzlu heyvan olmuşdur. 2010-cu ildən 2015-2016-cı ilədək o, həmin fermaya 30 min manat məbləğində vəsait xərcləmiş və həmin vaxtadək fermadan heç bir qazanc əldə etməmişdir. İddiaçı da fermaya 30 min manat məbləğində vəsait xərcləmişdir. 201 6-cı ildə iddiaçı ondan 2000 manat borc pul almış və sonra həmin pulu qaytara bilmədiyi üçün fermada onun vəsaitindən 2000 manat azaltmasını bildirmişdir. Belə ki, həmin vəsaiti azaltdıqdan sonra onun fermaya qoyduğu pul 32000 manat etmiş, iddiaçının payı isə 28000 manat olmuşdur. 2017-ci ildə Möhübbət, iddiaçı və o, fermanın paylarını aralarında bölmək qərarına gəlmişlər, belə ki, razılığa əsasən öz aralarında qiymətləndirmə əsasında ferma heyvanlarla birlikdə 180000 manat dəyərində olmuşdur. Fermadan 60000 manat məbləğində xərci çıxmış, fermanı satmaq qərarına gəlmişlər, lakin az məbləğ təklif olunduğu üçün onlar fermanı sata bilməmişlər. O və Möhübbət iddiaçıya fermanın dəyərinin onlara aid olan hissəsini ödəmək şərti ilə fermanı öz adına keçirtməsini təklif etmişlər. Lakin iddiaçı fe rmanı almaq üçün pulu olmadığını bildirmişdir. Razılaşmalarına əsasən onlar fermada olan 580 baş xırdabuynuzlu heyvanı iddiaçıya vermişlər, həmin 580 baş xırdabuynuzlu heyvan, 37 baş iribuynuzlu heyvan, 2 baş at, 1 ədəd traktor və 1 ədəd yük maşını fermada qalmışdır. İddiaçı onlara bildirmişdir ki, 3 ay fermada qalacaq və qoyunları yaz aylarında satdıqdan sonra pulunu götürüb gedəcəkdir. Həmin vaxtdan bu günədək iddiaçı həmin fermanı idarə etmişdir. Ondan sonra fermada nə baş verməsi barədə məlumatı yoxdur.

16. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2(005)-80/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsini, real zərərin əvəzinin ödənilməsi məqsədi ilə 28.000 manat, əldən çıxmış faydanın əvəzinin ödənilməsi məqsədi ilə 90.000 manat, iddia ərizəsinin məhkəm əyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 431 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. (hakim Aytən Novruzova)

17. Birinci instansiya məhkəməsi iş materialları və tərəflərin izahatları ilə müəyyən etmişdir ki, iddiaçı, cavabdeh və X5 ferma təsərrüfatının yaradılması üçün qarşılıqlı razılığa gəlmişlər. Tərəflər bu təsərrüfatın yaradılması üçün xərc çəkmiş, həmçinin iddiaçı da öz növbəsində 30000 pul xərcləmişdir. Yaradılmış təsərrüfat cavabdehin oğlunun təsisçisi olduğu "xxxx" müstəqil kiçik müəssisəsinin mülkiyyəti kimi qeydə alınmışdır. Tərəflərin izahatlarına görə onlar bu təsərrüfatdan heç bir gəlir götürülməmişdir. Bununla belə, 2017-ci il tarixdə fermanın heyvanlarla birlikdə dəyərinin t əxminən 180000 manat ətrafında olmasını cavabdeh öz ifadəsində bildirmişdir. Hazırda iddiaçı məhkəmədən təsərrüfata çəkdiyi 30000 ABŞ dolları və əldən çıxmış faydaya görə 90000 manat pulun cavabdehdən alınaraq ona verilməsini tələb edir.

18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının əldən çıxmış faydanı tələb etmək hüququ cavabdeh tərəfindən iddiaçıya qarşı hüquq pozuntusuna yol verilməsi və nəticədə iddiaçıya zərər vurulması halında yaranır. Çünki Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayd a) başa düşülür. Qanunun mənasından aydın olur ki, şəxsin əldən çıxmış faydanı tələb etməsi üçün mühüm amil hüquq pozuntusunun mövcud olmasıdır. Bu səbəbdən də əldən çıxmış fayda tələbinə münasibət bildirilməsi üçün ilk növbədə cavabdeh tərəfindən hüquq pozuntusuna yol verilib-verilməməsi və hüquqi məsuliyyət məsələləri araşdırılmalıdır.

19. Birinci instansiya məhkəməsi göstərmişdir ki, mülki-hüquqi məsuliyyət hüquq pozuntusuna qarşı reaksiya olaraq yaranır. Mülki hüquqi məsuliyyətin yaranma əsası kimi hüquq pozuntusu çıxış edir. Hüquq pozuntularını hansı hüquqların və maraqların pozulmasından asılı olaraq hüquqdan sui-istifadə, müqavilə öhdəliklərinin yerinə yetirilməməsi, müqavilədənkənar zərərin vurulması, əsassız varlanma və s. növlərə bölmək olar. Mülki hüquq pozuntusu aşağıdakı əlamə tlərə malikdir: hüquq pozuntusu həmişə insanın iradi, şüurlu əməlində – hərəkət və ya hərəkətsizliyində ifadə olunur; hər cür əməl deyil, məhz hüququn göstərişlərinə zidd əməl hüquq pozuntusu hesab oluna bilər; hüquq pozuntusu hüquqi faktların bir növü kimi hüquq və fəaliyyət qabiliyyətli şəxsin hüququn tələblərinə zidd olan elə davranışıdır ki, bu zaman digər şəxsə zərər vurulur və törədilmiş hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə olur; hüquq pozuntusu təqsirli əməldir. Beləliklə hazırki halda cavabdehin əməlində hüquq pozuntusunun olub- olmamasını müəyyən etmək üçün bu əməldə yuxarıda qeyd edilən mülki hüquq pozuntusunun tərkib əlamətlərinin mövcuduğu araşdırılmalıdır.

20. İş materiallarına əsasən iddiaçı ferma təsərrüfatının yaradılması üçün çəkdiyi 30000 ABŞ dolları xərcin ona qaytarılmasını tələb etmiş, cavabdeh isə iddiaçı tərəfindən xərcin çəkildiyini bildirmiş, iddiaçının ona olan borcu çıxıldıqdan sonra 28000 manat pulun iddiaçıya qaytarılmalı olduğunu etiraf etmişdir. Aydındır ki, cavabdeh iddiaçının həmin pul məbləğini ondan tələb etməsini bildiyi halda iradi-şüurlu surətdə hərəkətsizlik göstərmiş, tələb olunan puldan hər hansı məbləği hazırki anadək ona qaytarmamışdır. Cavabdeh bu hərəkəti ilə iddiaçını əmlakından məhrum etmiş, ona zərər vurmuşdur. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən yol verilmiş əməl hüquq pozuntusu olaraq – əsassız varlanmadır.

21. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əsassız varlanma mülki dövriyyənin istənilən əşyaları ilə əlaqədar yarana bilsə də, əsassız varlanma predmetini adətən pul təşkil edir. Əsassız varla nma pul vəsaitlərinin hüquqi əsas olmadan əldə edilməsində və ya saxlanılmasında ifadə olunduqda onlar əsassız varlanan şəxsin əmlakına qarışmaqla onların arasında itir. Bu zaman pul vəsaitləri varlanmış şəxsdən əşya hüquqi və ya öhdəlik hüquqi tələblər vasitəsi ilə deyil, əsassız varlanma qaydalarına uyğun əmlakdan məhrum olanın tələbi ilə ona qaytarılır. Əsassız varlanma öhdəlikləri bütün hüquqi faktlardan, yəni hərəkət və hadisələrdən, hüquqauyğun və hüquqazidd hərəkətlərdən, hüquqi aktlardan və hüquqi əməllərdən yarana bilər. Hüquqi faktlardan yalnız müqavilələr əsassız varlanma faktı kimi çıxış edə bilmir.

22. Birinci instansiya məhkəməsinin mövqeyinə görə əsassız varlanma hüquqauyğun hərəkətlərdən də yarana bildiyi üçün hüquq pozuntusunun tərkib elementi olan təqsir bu halda məhz mül kiyyətçi tərəfindən əmlakın tələb edilib lakin qaytarılmadığı zamandan yaranır. Hazır ki işdə əsassız varlanma faktı kimi hüquqi əməl çıxış edir. Belə ki iddiaçı ferma təsərrüfatının təşkil olunması üçün pul məbləğini yatırım edir və nəticədə müvafiq hüquq və vəzifələri yaranır.

23. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 14.1, 14.2, 386.1, 439.4, 1092.1 və 1091.2-ci maddələrinə istinadən göstərmişdir ki, həyata keçirilməmiş əsasla, yəni ferma təsərrüfatından gəlir əldə edilməsi məqsədi ilə iddiaçı tərəfindən xərc çəkilmişdir. Cavabdeh isə iddiaçıya məxsus olduğunu etiraf etdiyi 28000 manat pulu iddiaçıya qaytarmamışdır. Beləliklə, həmin pul məbləği cavabdehə məxsus hüquqi şəxsin mülkiyyəti olan əmlaka qarışaraq itmişdir. Belə olan halda iddiaçıya məxsus 28000 manat pulu qaytarmayan cavabdeh əsassız varlanmış şəxs olur. Bu səbəbdən də cavabdeh əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

24. Birinci instansiya məhkəməsi qeyd etdiklərinə əsasən real zərərin cavabdehdən tutulması hissəsində iddia tələbi ilə bağlı diqqətə çatdırmışdır ki, cavabdeh tərəfindən iddiaçıya real zərərin vurulması sübut olunduğundan 30000 ABŞ dolları pulun real zərər olaraq cavabdehdən tutulması hissəsində iddia qismən təmin edilməli, cavabdehdən real zərərin əvəzi olaraq 28000 pul iddiaçının xeyrinə tutulmalıdır. Cavabdehin əməlində əsassız varlanma faktı aşkar edildiyindən onun əməli hüquq pozuntusu hesab edilməlidir.

25. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 21.2-ci maddəsinə istinadən əldən çıxmış faydanın ödənilməsi hissəsində də iddia tələbini əsaslı hesab edərək g östərmişdir ki, cavabdeh özü də fermanın alınması ilə bağlı bütün xərclərin iddiaçı tərəfindən çəkildiyini, heyvanların da fermaya iddiaçı tərəfindən gətirildiyini təsdiq etmişdir.

26. Birinci instansiya məhkəməsi iddiaçının ferma üçün alınmış 75 baş qoyun, 2 baş inək, 1 baş camış, 4 baş qoç, 6 baş keçi olmaqla damazlıq heyvanların fermanın fəaliyyət göstərdiyi 14 il (2004-2018-ci illər) ərzində ümumi artımı xəstəlik, təbii itkilər və heyvanların saxlanılmasında ehtiyacları ödəmək üçün satış halları nəzərə alınmaqla verəcəyi gəlirlə bağlı ekspertizanını rəyini (97157,94 manat) əsas götürərək, Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olmasını vurğulamaqla, cavabdehdən əldən çıxmış fayda olaraq 90000 man at pulun cavabdehdən tutulması qənaətinə gəlmişdir.

27. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 14.1, 14.2, 21, 386.1, 439.1, 1091.1, 1091.2, 1092.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 218.3cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

28. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, fermer təsərrüfatının yaradılması ilə bağlı cavabdeh ilə iddiaçı və cavabdehin bacısının əri Möhübbət Talıbov arasında razılıq olmuş və onlar fermer təsərrüfatını yaratmışlar. Razılıq əldə olunan zaman razılığın bir şərti də, ondan ibarət olmuşdur ki, fermer təsərrüfatının fəaliyyətindən ə ldə olunan gəliri ilk olaraq iddiaçı götürəcək, çünki təsərrüfatın yaradılması ilə bağlı zəruri xərcləri iddiaçı çəkmişdir, iddiaçının xərcləri ödənildikdən sonrakı gəlir isə onların üçün arasında bərabər bölünəcəkdir. Bu əsasla da 50 hektar torpaq sahəsi alınmış və həmin torpaq sahəsi cavabdehin rəhbəri olduğu "xxxx" Kiçik Müəssisəsinin adına rəsmiləşdirilmiş və 2023-cü ilədək icarə müqaviləsi bağlanılmışdır. Nəzərdə tutulmuş ferma üçün iddiaçı pul qoymuş, xırdabuynuzlu heyvanlar almış, Məhəbbət Talıbov isə öz iribuynuzlu heyvanlarını gətirmişdir. X8 işlətmişdir. 2010-cu ildə artıq həmin fermada təxminən 100 baş qoyun, 10 baş iribuynuzlu heyvan olmuşdur. 2010-cu ildən 2015-2016 cı ilədək cavabdeh həmin fermaya 30.000 manat məbləğində vəsait xərcləmiş və həmin vaxtadək həmin fermadan heç b ir qazanc əldə etməmişdir. İddiaçı da həmin fermaya 30.000 manat məbləğində vəsait xərcləmişdir. 2017-ci ildə Möhübbət Talıbov, iddiaçı və cavabdeh fermanın paylarını aralarında bölmək qərarına gəlmişlər. Lakin hesabladıqları qiymətə alıcı tapmamışdılar. Belə olan halda, cavabdeh iddiaçıya digər şəriklərə çatacaq məbləği ödəmək şərti ilə fermanı öz adına keçirməyi təklif etmiş, lakin iddiaçı razılaşmamışdır. Nəticədə fermada olan 580 baş xırdabuynuzlu heyvanı tərəflər arasında bölünəcək məbləğə uyğun olaraq iddiaçıya vermişlər. İddiaçı öz mal-qarasının yaza qədər fermada saxlanılmasını və qoyunları yaz aylarında satdıqdan sonra pulunu götürüb gedəcəyini bildirsə də, həmin vaxtdan fermanı idarə etmişdir. Möhübbət Talıbov 2020-ci ilin noyabr ayında vəfat etmişdir. Ondan sonra fermada nə baş verməsi barədə məlumat yoxdur. Lakin işin qeyd edilən hallarını nəzərə almamış Rayon Məhkəməsi iş üzrə səhv nəticəyə gələrək əsassız olan iddianı qismən təmin etmişdir. Bundan başqa, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. İddiaçı hüquqlarının pozulmasını 2018-ci ildə bildiyi halda ən geci 2020-ci ildə məhkəmədə iddia qaldırmalı idi. 4 ildən sonra əsasız varlanma ilə bağlı verilmiş tələb məhkəmə tərəfindən iddia müddətinin ötürülmüş hesab edilərək rədd edilməli idi. Lakin məhkəmə mübahisəli hüquq münasibətlərinin əsassız varlanma kimi qiymətləndirməsinə baxmayaraq həmin münasibətlərə tətbiq edilməli olan maddi hüquq normasını – iddia müddətinə tətbiq etməmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi "xxxx" kiçik müəssisəsinin fəaliyyət göstərdiyi 14 il ərzində (2004-2018) mühasibat və vergi sənədləri üzrə gəlirinin hansı məbləğdə olmasını müəyyən etmək məqsədilə mühasibatlıq ekspertizası təyin etmişdir.

31. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1159 nömrəli ekspert rəyinə görə (6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən müəssisənin 2004-2018-ci illər üzrə dövriyyə məbləği barədə arayış məlumatlarına əsasən) "xxxx" kiçik müəssisəsinin fəaliyyət göstərdiyi 14 il ərzində (********) gəlirinin hansı məbləğ təşkil etdiyini müəyyən etmək mümkün olmamışdır.

32. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyindən mütəxəsis cəlb edilmək lə “llkin-90” kiçik müəssisəsinin fəaliyyət göstərdiyi 2012-ci ildən başlayaraq fermada 100 baş qoyun və 10 baş iribuynuzlu heyvanın (inək) olduğu halda, 6 il ərzində (2018-ci il nəzərə alınmaqla) hansı məbləğdə mənfəət (gəlir) (heyvanların təbii itkisi, yemlənməsi, və.s xərclər nəzərə alınmaqla) əldə olunması, 480 baş qoyunun 2018-ci ilə olan bazar dəyəri hansı məbləğdə olmasının müəyyən edilməsi məqsədilə mühasibatlıq ekspertizasə təyin etmişdir.

33. Məhkəmə Ekspertizası Mərkəzi təqdim edilmiş iş materiallarında uçot qaydalarına uyğun tərtib edilmiş hər hansı mühasibatlıq sənədi öz əksini tammaması və qiymətləndirmə fəaliyyəti elmin hər hansı sahəsində bilik tələb etmədiyi üçün ekspertizanın apaılrmasından imtina etmişdir.

34. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1 31/2025 saylı, 01 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməmişdir. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Azad İmanov, Fuad Talışinski)

35. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehdən öhdəliyin icra edilməməsi səbəbindən ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edir. İddiaçı ona dəymiş real zərəri birgə sahibkarlıq fəaliyyətinə sərf etdiyi xərcin ümumi məbləğini təşkil edən 30.000 ABŞ dolları ilə ölçür. İddiaçının tələbinin qanuni əsası Mülki Məcəllənin 443.5-ci maddəsində tapılır. Həmin maddəyə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Ə gər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

36. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə tələbin qanuni əsasının tapılmasına baxmayaraq, Rayon Məhkəməsi mübahisənin həllinə əsassız varlanma qaydalarını tətbiq etmişdir. Halbuki Mülki Məcəllənin 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.. Rayon Məhkəməsi belə hesab etmişdir ki, ferma təsərrüfatından gəlir əldə edilməsi məqsədi ilə iddiaçı tərəfindən xərc çəkilməsi, lakin cavabdeh tərəfin dən çəkilmiş xərcin iddiaçıya qaytarılmaması həyata keçirilməmiş əsas deməkdir.

37. Rayon Məhkəməsinin bu mövqeyi ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, əvvəla tərəflər arasında etibarlı müqavilə münasibətləri olmuş, iddiaçı tərəfindən müqavilə üzrə öhdəlik icra edilərək zəruri xərclər çəkilmiş, tərəflər çəkilmiş xərcin birgə fəaliyyətdən əldə edilməli gəlirdən qaytarılması barədə razılaşmışlar. Yəni iddiaçı xərci öhdəliyin icrası üçün çəkmişdir. Öhdəlik hüququ ilə tənzimlənən münasibətlərə isə əsassız varlanma qaydaları tətbiq edilə bilməz. Digər tərəfdən mülki qanunvericiliyə zidd olmayan şifahi müqavilə üç şəxs arasında bağlanmışdır (Möhübbət Talıbov hazırda vəfat etmiş olsa belə, sağlığında Cəlilabad rayon Polis Şöbəsinə verdiyi xx.xx.2020-ci il tarixli iz ahatında bu xüsusatı o da təsdiq etmişdir) və iddiaçının qoyduğu xərcin gəlirdən ilk növbədə götürüləcəyi digər müqavilə tərəflərinin öhdəliyi kimi qəbul edilmişdir. Öhdəliyin qarşılıqlı icra edilməməsi nəticəsində hər kəs icra etdiklərini əsassız varlanma əsası ilə geri tələb etsə, o zaman öhdəlik hüququnun mahiyyətinə xələl gəlmiş olar.

38. Beləliklə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Rayon Məhkəməsi hüququn tətbiqində səhvə yol verərək, hazırkı mübahisənin həllinə tətbiq edilməli maddi hüquq normasını tətbiq etməməklə iş üzrə yanlış nəticəyə gəlmişdir.

39. İddia tələbinə qiymət verən apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidi r, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçının cavabdehlə Cəlilabad rayonunda fermer təsərrüfatı yaratmaq barədə razılığa gəlməsi, onların razılaşmasına əsasən iddiaçının təsərrüfatın yaradılması üçün tələb olunan müəyyən xərclər çəkməsi, təsərrüfatın fəaliyyətindən əldə ediləcək gəlirdən iddiaçıya da pay verilməsinin razılaşdırılması işin mübahisəsiz hallarıdır. Belə olan halda əldə ediləcək gəlirdən ona çatası payı tələb etmək hüququ olan iddiaçı, cavabdehin kreditoru qismində çıxış edə bilər.

19. İddiaçı öz tələbinin hüquqi əsasını müəyyən etməkdə sərbəstdir. Onun cavabdehdən öhdəliyin icrasını deyil, real zərərin və əldən çıxmış fa ydanın əvəzini tələb etmək imkanını seçməsi qanunidir, iddiaçının cavabdehdən hazırkı tələbi irəli sürmək üçün subyektiv hüququ vardır və iddiaya Mülki Məcəllənin 443.5-ci maddəsinin tələbi baxımından qiymət verilməsi mümkündür.

40. Qeyd edilən maddənin dispozitiv şərtinə əsasən, iddiaçının cavabdehdən zərərin əvəzinin ödənilməsini tələb edə bilməsi üçün cavabdehin öhdəliyin icrasını, yəni əldə edilmiş qazancdan iddiaçıya düşən payı verməsini gecikdirməsi sübuta yetirilməlidir. Bunun üçün isə ilk növbədə fermer təsərrüfatından gəlir əldə edilməsi öz təsdiqini tapmalıdır. İddiaçı bildirir ki, ötən müddət ərzində həmin təsərrüfatdan qazanc əldə edilməməsi mümkün deyil. cavabdeh isə qazanc əldə edilmədiyini bildirir.

41. MPM-in 14.2 və 77.1-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tə ləblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hazırkı halda qazancın əldə edildiyini sübut etmək vəzifəsi onu iddia edən iddiaçının üzərinə düşür. "xxxx" MMC tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2022-ci il tarixli rəydə (mütəxəssis hesabatında) qeyd olunmuşdur ki, damazlıq üçün 75 baş qoyun, 2 baş inək, 1 baş camış, 4 baş qoç, 6 baş keçi, həmçinin 200 baş xırdabuynuzlu heyvan və 10 baş iribuynuzlu heyvanın hazırkı bazar dəyəri cəmi 66.420 manat təşkil edir. Həmin MMC tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2023-cü il tarixli rəydə isə (mütəxəssis hesabatında) qeyd olunmuşdur ki, 75 baş qoyun, 2 baş inək, 1 baş camış, 4 baş qoç, 6 baş keçi olmaqla dam azlıq heyvanların fermanın fəaliyyət göstərdiyi 14 il (2004-2018-ci illər) ərzində ümumi artımı xəstəlik, təbii itkilər və heyvanların saxlanılmasında ehtiyacları ödəmək üçün satış halları nəzərə alınmaq qoyuna münasibətdə 160 baş, inəyə münasibətdə 9 baş, camışa münasibətdə 3 baş müəyyən edir. 14 il ərzində bioloji olaraq və hər il heyvan sayının bir ölüm faizi və artımın müəyyən (65%) hissəsinin gəlir əldə etmək və saxlama xərclərini (yem, dərmanlama, daşıma, ferma xərcləri) təmin etmək məqsədi ilə istehlakı nəzərə alınaraq ümumi say artımı üzrə ehtiyacları ödəmək üçün satışlar həyata keçirildikdən sonra qalan gəlir 97.157,94 manat təşkil edir.

42. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, qeyd edilən mütəxəssis hesabatları ehtimala əsaslanmaqla dolayı sübutlar sayılır və yalnı z işdə olan digər sübutlarla birgə qiymətlənmə nəticəsində təsdiq edilsə, mötəbər sübut kimi qəbul edilə bilər. İddiaçı özünün iddia ərizəsində məhkəmə iclaslarına dəvət edəcəyi şahidlərin hər il minimum 350 quzu və 10 inəyin (dana) gəlir əldə etmək məqsədi ilə artım kimi satıldığını təsdiq edəcəyini bildirmişdir. Lakin iddiaçı tərəfindən bu halı təsdiq edə biləcək şahidlər təqdim edilməmişdir.

43. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********001000 nömrəli məktubuna əsasən "xxxx" kiçik müəssisəsi tərəfindən qeydiyyata alındığı xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövr üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrinə əsasən dövriyyə məbləği müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisi tərəfindən xx.xx.20 07-ci il tarixdən xx.xx.2018ci il tarixədək vergi orqanına vergi bəyannaməsi təqdim edilmədiyindən dövriyyə məbləği müəyyən edilməmişdir.

44. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin fermada olan heyvaların sayında artım olması, 2017-ci ildə fermanın heyvanlarla birlikdə 180.000 manat dəyərində qiymətləndirilməsi ilə bağlı izahatı da təsərrüfatdan gəlir əldə edildiyi mənasına gəlmir. Fermaya qoyulan xərclər və ötən müddət nəticəsində əmlakın dəyərində artımın olması, habelə heyvanların çoxalması hələ qazanc əldə edilməsi anlamına gəlmir. Bu, əmlakın dəyərini əks etdirir. İddiaçı bu artımdan özünə düşən payı naturada tələb edə bilər. Cavabdeh tərəf də izahatında iddiaçıya əmlakı satması, yaxud ayırıb götürə bildiyi yaxşılaşdırmaları götürə, realizə edib çəkdiyi xərci qarşılaya biləcəyi ilə bağlı təklif irəli sürdüyünü bildirmişdir. İddiaçının isə naturada əmlak tələbi mövcud deyil.

45. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, hər bir halda iddia olunan ziyana görə məsuliyyətin yaranması üçün üç şərtin mövcudluğu sübut olunmalıdır. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: 1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Hazırkı işdə isə cavabdehin hər hansı hüquqa zidd əməli müəyyən o lunmamışdır. Çünki, iddiaçı tərəfindən cavabdehin fermer təsərrüfatından gəlir əldə etməsi, əldə edilmiş gəlirdən iddiaçıya düşən hissənin ödənilməsinin gecikdirilməsi sübuta yetirilməmişdir.

46. Qeyd edilənlərə əsasən Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, zərərin əvəzinin ödənilməsi barədə iddia tələbi sübuta yetmədiyi üçün əsassızdır.

47. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 385.1, 443.5-ci maddələrinə, MPM-nin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

48. İddiaçı (vəkil – Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.

49. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə tərəflər arası nda olan şifahi müqavilə və bu müqavilə üzrə tərəflərin hər birinin götürdüyü öhdəlikləri işin mübahisəsiz halları kimi müəyyən etmiş, həmçinin də müəyyən etmişdir ki, iddiaçı bu müqavilə üzrə öhdəliyi icra edərək fermanın yaradılmasına çəkilən bütün xərcləri ödəmişdir. Lakin cavabdeh bu günə qədər heç bir öhdəliyini icra etməmiş və iddiaçını faktiki olaraq gəlirlərdən də məhrum etmişdir. Fermanın yaradılmasında məqsəd təbii ki sahibkarlıq fəaliyyətidir və yekunda gəlir əldə edilməsi nəzərdə tutulmuşdur. İddia tələbi həm real zərər, həm də əldən çıxmış fayda kimi müəyyən edilməklə məhkəmə tərəfindən araşdırılmışdır. Lakin apellyasiya məhkəməsi 2 il müddətinə əldən çıxmış fayda məbləğini araşdırsa da yekunda həm real zərəri, həm də əldən çıxmış faydanı rədd etmişdir. Məhkəmə sübutlara düzgü n qiymət verməmiş, iş üzrə şahid ifadələrini nəzərə almamış, həmçinin cavabdehin etiraflarını görməzdən gələrək iddiaçını sübut təqdim etməməkdə günahlandırmışdır. İddia tələbi tam haqlıdır. İşin mübahisəsiz halları da nəzərə alınmaqla iddia tələbi tərəflərin verdiyi izahatlar, Cəlilabad rayon Prokurorluğunun müvafiq qərarı, şahid ifadələri, mütəxəssis rəyi ilə tam sübut olunur. Məhkəmə iddia tələbini, sübuta yetmədiyi üçün əsassız hesab etmişdir. Lakin MPM-in 106.3-cü maddəsinə əsasən iddia tələbinin cavabdeh tərəfindən etiraf edilməsi iddiaçını sübut etmə vəzifəsindən azad edir. Bütün bu hadisələrdən sonra iddiaçı cavabdehin əməllərini cinayət əməli hesab edərək 2020-ci ildə Cəlilabad rayon Polis Şöbəsinə, daha sonra isə 2021-ci ildə Cəlilabad rayon Prokurorluğuna müraciət etmişdir. Hər iki araşdırma zamanı məsələnin mülki mübahisə olduğu izah edilmişdir. Həm cavabdeh, həm də X1 verdikləri izahatlarında fermanın yaradılması ilə bağlı razılaşmanı və iddiaçının fermaya qoyduğu 30.000 ABŞ dolları məbləğində pulu təsdiq etmişlər. İddiaçının cavabdeh və onun yeznəsi olan vəfat etmiş X1 ilə Cəlilabad rayonunda fermer təsərrüfatı yaratmaq niyyəti ilə razılığa gəlmələri, bu razılıq əsasında təsərrüfatın yaranması üçün xərclərin iddiaçı tərəfindən çəkilməsi və təsərrüfat fəaliyyətindən əldə ediləcək gəlirlərdən iddiaçıya da pay verilməsinin razılaşdırılması işin mübahisəsiz hallarıdır. Məhkəmələrin gəldiyi bu nəticə tam doğrudur. Lakin apellyasiya instansiyası məhkəməsinin icraatına xx.xx.2023-cü iltarixində daxil olmuş və apellyasiya instansiyasında 2 ilə yaxın keçən bu araşdırma müddətində bu iş üzrə çox maraqlı və ziddiyyətli məqamlar vardır. Belə ki, apellyasiya məhkəməsi 3 dəfə qərardad qəbul edərək ekspertiza təyin etmiş, həm müəsissənin gəlirlərini, həm də təsərrüfatın artım tempini ekspertiza vasitəsi ilə öyrənməklə əldən çıxmış faydanın məbləğini müəyyənləşdirilməsinə cəhd etsə də, 2 illik araşdırmanın sonunda belə qərara gəlmişdir ki, ümumiyyətlə, iddia tələbi haqlı deyil və burada əldən çıxmış fayda anlayışı da mövcud deyil. Maraqlı məqam bundan ibarətdir ki, bu iş 2 ilə yaxın müddətdə birinci insatnsiya məhkəməsində araşdırılmış və həmin qərara münasibət iddianın tam rədd edilməsi olacaqdısa, apellyasiya məhkəməsi niyə israrla hətta Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Aqrar Universitetinin mütəxəsisslərini cəlb etməklə əldən çıxmış faydanın məbləğ ini müəyyən etməyə çalışırdı? Apellyasiya instansiyası məhkəməsi qətnamədə göstərib ki, cavabdehin fermada olan heyvaların sayında artım olması, 2017-ci ildə fermanın heyvanlarla birlikdə 180.000 manat dəyərində qiymətləndirilməsi ilə bağlı ifadəsi də təsərrüfatdan gəlir əldə edildiyi mənasına gəlmir. Fermaya qoyulan xərclər və ötən müddət nəticəsində əmlakın dəyərində artımın olması, habelə heyvanların çoxalması hələ qazanc əldə edilməsi anlamına gəlmir. Bu, əmlakın dəyərini əks etdirir. İddiaçı bu artımdan özünə düşən payı naturada tələb edə bilər. Cavabdeh tərəf də izahatında iddiaçıya əmlakı satması, yaxud ayırıb götürə bildiyi yaxşılaşdırmaları götürə, realizə edib çəkdiyi xərci qarşılaya biləcəyi ilə bağlı təklif irəli sürdüyünü bildirmişdir. İddiaçının isə naturada əmlak tələbi mövc ud deyil. Apellyasiya məhkəməsinin bu mövqeyi tam absurd olmaqla həqiqətə uyğun deyil. Əvvəla, cavabdeh Cəlilabad rayon Prokurorluğunda verdiyi izahatda özü etiraf etmişdir ki, 2010-cu ildə artıq həmin fermada 100 baş qoyun, 10 baş iribuynuzlu heyvan olmuşdur və həmin vaxtdan sonrakı dövrdə o özü də fermaya 30000 manat pul xərcləmişdir. Yəni ferma gəlir gətirən bir müəssisə deyildisə, cavabdeh özü də etiraf etdiyi kimi bu müəssisəyə niyə vəsait xərcləyirdi? 2010-cu ilə qədər ferma artıq 6 ilə yaxın idi ki, fəaliyyət göstərirdi və kifayət qədər gəliri olmuşdur ki, cavabdeh də vəsait xərcləmişdir. Apellyasiya instansiyası məhkəmə qeyd etsə də ki, heyvanların sayının çoxalması qazanc əldə edilməsi anlamına gəlmir, ancaq iş üzrə rəy vermiş mütəxəssis bildirir ki, heyvanların sayının artması ki fayət qədər gəlir gətirmişdir. Cavabdeh özü həm apellyasiya, həm də məhkəmə iclaslarında nümayəndəsi vasitəsi ilə bildirmişdir ki, 2018-ci ildən sonra guya fermadan heç bir xəbəri olmamış və hər hansısa bir gəlir əldə etməmişdir. Ancaq cavabdeh 2020-ci ildə Cəlilabad rayon Məhkəməsinə "xxxx" kiçik müəssisəsinin adından direktor kimi müraciət edərək fermanın ona qaytarılmasını tələb etmişdir. Cavabdehin və məhkəmənin də qeyd etdiyi kimi həmin ferma gəlir gətirən müəssisə olmasa idi, o zaman cavabdeh özü niyə həmin fermanın qaytarılması ilə bağlı məhkəmə çəkişmələrini aparırdı. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

50. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsi ni tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törə tmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində iş in hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiy a instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

51. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

52. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvini xahiş etdiyindən, qətnamə tam yoxlanılır.

53. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, a pellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

56. Apellyasiya instansiyası məhkəməsi müəyən edib ki, iddia tələbi birgə fəaliyyətdən irəli gələn öhdəkiyin icrası barədədir.

57. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi dəyərləndirməsi ilə razılaşır.

58. Belə ki, işdən görünür ki, sübutları araşdırmaq və qiymət ləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işin hallarını araşdırmış, sübutları qanunvericiliyin tələbinə uyğun qiymətləndirmiş, iş üzrə gəldiyi nəticəni də maddi və prosessual hüquq normaları, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin istinad edilən qərarındakı hüquqi mövqe baxımından əsaslandırmışdır.

59. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qar şı” işi üzrə).

60. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülən və iddia tələbinin mahiyyətcə eyni dəlilləri üzrə apellyasiya məhkəməsinin araşdırmasını yetərli hesab edərək, qeyd edir ki, onun gəldiyi nəticə ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Buna görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ət raflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

61. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-131/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar