Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3920/2019 14.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, vəkili X1, cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı girova xitam verilməsi və mənimsənilmiş girov əmlakın qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 06 fevral 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə a çıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 08 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov) İddiaçı Cavabdeh ASC-yə qarşı girova xitam verilməsi və mənimsənilmiş girov əmlakın qaytarılması tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 06 fevral 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Şirinov, hakimlər T.Səmədov və E.Kazımov) Nəsimi rayon Məhkəməsinin 08 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanu nvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 06 fevral 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh ASC-yə qarşı girova xitam verilməsi və mənimsənilmiş girov əmlakın qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları i lə müəyyən edilir ki, tərəflər arasında 19.06.2013-cü il tarixində kredit müqaviləsi bağlanmış, bank iddiaçıya 10000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin təminatı olaraq tərəflər arasında girov müqaviləsi də bağlanmış və iddiaçı ona məxsus olan qızıl-zinət əşyalarını(2 sep, qolbağ, kulon, (750 əyar, çəkisi-76,7 qr.), qolbağ (585 əyar, 19,1 qr.)) banka girov qoymuşdur. Həmin vaxt təhvil-təslim aktı tərtib olunmuş və girov qoyulan qızılların qiyməti 1855 manat məbləində razılaşdırılmış, eyni zamanda iddiaçı özü banka gələ bilmədiyi halda da borcu ödəmək məqsədilə məhkəmədən kənar qayadada bankın qızılı satmasına razılıq vermişdir. İddiaçı bankdan aldığı krediti qaytara bilmədiyi üçün sonradan özü şəxsən yenə də ərizələr yazaraq qızılın satılmasını xahiş etmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış 19 iyun 2013-cü il tarixli saxlanc girovunun qiymətləndirilməsi və kassaya təhvil verilməsinə dair aktda girov qoyulmuş qızıl əşyalarının qiyməti 1855 manat məbləğində razılaşdırılmışdır. İddiaçı həmin akta imza etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Hazırkı halda yuxarıda qeyd olunan kredit və girov müqavilələri tərəflərin razılığı əsasında bağlanmış, iddiaçı kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirə bilməyəcəyi halda girov qoyulmuş qızılın satılmasına və borcun ödənilməsinə razılıq vermişdir. Azərbaycan R espublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin məcəllənin 269.3. maddəsinə əsasən girov daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Hazırkı iddia tələbini irəli sürən iddiaçı Mülki Məcəllənin 273-cü maddəsində girov saxlayana və ya ipoteka saxlayana girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanı mənimsəmək hüququ verən hər cür razılaşmanın etibarsızlığıyla bağlı müddəasına istinad etmişdir. Həmin maddənin tələbinə görə girov saxlayana və ya ipoteka saxlayana girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanı mənimsəmək hüququ verən hər cür razılaşma et ibarsızdır. Beləliklə işin hallarından göründüyü kimi iddiaçı kredit müqaviləsi üzrə öhdəlikləri icra edə bilmədiyindən qızılların satılaraq borcun ödənilməsinə razılıq vermişdir. Həmin qızıllar 29.08.2014 və 25.09.2014-cü il tarixlərdə tərtib olunmuş aktla satış üçün qəbul edilmiş, onların qiymətinə müvafiq məbləğ borcdan silinmişdir. Sonuncu aktı iddiaçı imzalamışdır. Göründüyü kimi girov qoyulmuş qızılların satılaraq borcun ödənilməsinə yönədilməsi iddiaçının öz könüllü iradə ifadəsi və istəyi ilə həyata keçirilmişdir. Eyni zamanda iş materiallarından görünür ki, qızıllar satılaraq borcun bir hissəsi ödənilsə də, lakin öhdəlik tam icra olunmadığından bank borc tələbi barədə iddia ərizəsi ilə cavabdehlər İddiaçı və qeyrilərinə qarşı məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 15 dekabr 2015-ci il tarixli qətnaməsi ilə, cavabdehlərdən 1824,50 manat məbləğində pul tutulmuş, İddiaçı həmin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 31 may 2016-cı il tarixli qətnaməsi ilə təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, bundan sonra o, kassasiya şikayəti vermiş, Ali Məhkəmənin 29 dekabr 2016-cı il tarixli qərarı ilə kassasiya şikayəti təmin olumamış və birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvəsini almışdır. Həmin qətnamə icraya yönəldikdən sonra, yəni 2017-ci ildə iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 296-cı maddəsinə görə girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. İşin hallarından göründüyü kimi, iddiaçı «öhdəliklər icra edilmədiyi halda qızılların satılaraq borcun ödənilməsinə yönəldilməsinə dair razılaşmanı» mübahisələndirməmiş, həmin razılaşmadan və onun icra olunmasından 3 (üç) ildən artıq vaxt keçdikdən sonra hazırkı -girov müqaviləsinə xitam verilməsi və bankın saxlancına ve rilmiş qızıl-zinət əşyalarının və ya onların hazırkı tarix üçün bazar qiymətinə uyğun dəyərinin bankdan alınaraq ona ödənilməsinə dair iddia təl əbi ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 06 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3920/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3920/2019
14.06.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver