Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3921/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı cavabdehə qarşı qarşı iş üzrə QƏRARI Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi (işə bərpa (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən)), əmək müqaviləsinin müddətinin qurtarması, məcburi işə buraxmaya görə əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehə qarşı “işə bərpa, əmək haqqı və zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiy a Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 3945/2024 nömrəli, 21 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdir: İşin halları
1. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən, sonuncu MMC-də istehsalat sahəsi üzrə əsas sürücü vəzifəsinə qəbul edilmişdir. Müqavilənin 2.1 və 2.3-cü bəndlərinə əsasən əmək müqaviləsi müddətli olmaqla, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək, 1 ay müddətinə bağlanmışdır. Müqavilənin 2.4-cü bəndində işçinin işə başlamalı tarix xx.xx.2024-cü il tarix müəyyən edilmişdir. İş saatı həftənin bazar ertəsi - cümə günləri 09:00-dan saat 17:00-a qədər, şənbə günü isə saat 09:00-dan 15:00-a, nahar fasiləsi 13:00-14:00-a qədər, istirahət günləri hər həftənin bazar günləri təşkil edir.
2. Cavabdeh MMC tərəfindən tərtib edilmiş 01-31 yanvar 2024-cü il tarixlər üzrə ĞRB seriyalı 119833 №-li yük avtonəqliyyatı üçün yol vərəqəsinə əsasən, İddiaçı “Kamaz54115 010-15” markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı-BiləcəriBakı və ətrafı rayonlara sürməsi tapşırılmışdır.
3. Cavabdeh MMC tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 20/K nömrəli əmri ilə, İddiaçı ilə bağlanılmış xxxxxxx000500 nömrəli əmək müqaviləsinə müqavilə müddətinin bitməsinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissisinin “b” bəndinə əsasən xitam verilmiş, işçinin xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixə qədər istifadə edilməmiş 2 məzuniy yət gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə həvalə edilmişdir.
4. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsisteminə əsasən xx.xx.2024-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun öz əvvəlki işinə bərpa edilməsi, məcburi işburaxma üçün əmək haqqı ödənilməsi, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər gecə vaxtı yerinə yetirdiyi işin hər saatına görə onun saatlıq tarif (vəzifə) maaşının 40 faizi həddində əlavə haqq ödənilməsi, mediasiya təşkilatının hesabına ödənilmiş 50 manat və dövlət r üsumuna görə ödənilmiş 50 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 12 yanvar 2024-cü il tarixdə X1 onu dəvət etməsi ilə əlaqədar olaraq cavabdeh təşkilata gedib onunla görüşmüşdür. Ona bildirilmişdir ki, şirkətdə "xxxx" kateqoriyalı sürücüyə ehtiyac yarandığı üçün onu çağırtdırmışdır. Şirkətin iş rejimi 6 günlük iş həftəsidir, yük maşınlarının səhər saat 07:00dan axşam 22:00-dək Bakı şəhərinə girişi qadağan edildiyindən iş vaxtı saat 22:00-dan ertəsi gün saat 06:00-a qədərdir. Həmçinin, gündəlik görəcəyi işlər barədə tapşırıqların ona telefon vasitəsilə bildiriləcəyi, hər ayın sonunda sürücülərə 1300 manat məbləğində əmək haqqı ödənildiyi bildirilmişdir. O, təklif edilmiş şərtlərl ə razılaşmış, Ramil adlı digər sürücü ilə birlikdə faktiki olaraq xx.xx.2024-cü il tarixindən, yüklərin çatdırılmalı olduğu obyektlərin ünvanları ilə tanış olduqdan sonra onun adına yol vərəqəsi yazılmış və xx.xx.2024-cü il tarixindən həmin “Kamaz 54115” markalı avtomobildə tək işləməyə başlamışdır. Bəzən şəhərdən kənarda yerləşən obyektlərə yük aparmaq, yaxud həmin obyektlərdən yük götürmək lazım olanda, Kişiyev Eldənizin tapşırığına əsasən saat 06:00da, Lökbatan qəsəbəsində vaqondan yük boşaltmaq lazım olanda isə 14:00-da işə çıxır və hər iki halda ertəsi gün saat 06:00-a qədər işdə olurdu. Onun idarə etdiyi avtomobil digərlərindən fərqli olaraq əyləc və işıq sistemi nasaz, texniki cəhətdən istismara tam yararsız vəziyyətdə olduğu üçün tez-tez xarab olaraq yüklə birlikdə yolun hərəkət hissəsində qalaraq qəza şəraiti yaratdığından və digər hərəkət iştirakçılarının narazılığına səbəb olduğundan Kişiyev Eldənizə bir neçə dəfə müraciət edərək, avtomobilin əsaslı təmir etdirilməsini xahiş etmiş, lakin o, heç bir real tədbir görməmiş və bildirmişdir ki, onun əvəzinə Şirkətə yeni avtomobil gətiriləcək, bu səbəbdən də həmin avtomobilin təmir etdirilməsi maliyyə cəhətdən sərfəli deyildir. Hələlik bu vəziyyətdə idarə etməsini, yox əgər həmin avtomobildə işləmək ona sərf etmirsə ərizəsini yazaraq, işdən çıxması bildirilmişdir. 2 fevral 2024-cü il tarixində Kişiyev Eldəniz onu öz yanına çağıraraq bildirib ki, onun idarə etdiyi avtomobilin iştirakı ilə hər hansı bir yol-nəqliyyat hadisəsi baş versə, o, məsuliyyətdən yaxa qurtara bilməz, ona görə də ərizə yazıb öz xahişi ilə işdən çı xsın. Onun tələbinin qanunsuz olduğunu bildirərək ərizə yazmaqdan imtina etmişdir. Həmin tarixdən etibarən onu bir daha iş yerinə buraxmamışlar. E.Kişiyev onun telefonuna da cavab verməmişdir. xx.xx.2024-cü il tarixində 4 saylı Bakı DOST Mərkəzindən ona təqdim edilən əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə və sosial arayışa görə, 25 yanvar 2024-cü il tarixində Cavabdeh MMC ilə onun arasında xxxxxxx000500 nömrəli müddətli əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə aylıq əmək haqqı 700 manat, iş saatları 09:00 - 17:00, nahar fasiləsi 13:00-14:00 göstərilmişdir. Mübahisənin sülh yolu ilə ilə həll edilməsi üçün 5 fevral 2024-cü il tarixində Bakı 2 saylı Mediasiya təşkilatına müraciət etmiş, lakin qarşı tərəf xx.xx.2024-cü il tarixinə təyin edilmiş ilkin medias iya sessiyasına gəlməmişdir. Həmin tarixdə Paşa Bankdan aldığı çıxarışdan müəyyən etmişdir ki, xx.xx.2024-cü il tarixində onun maaş kartına son haqq hesab olaraq 567,93 manat pul köçürülmüşdür. Bunu aydınlaşdırmaq üçün 4 saylı Bakı DOST Mərkəzinə müraciət etmişdir. Oradan ona təqdim olunan 04 mart 2024 tarixli 3-17-7/2-T12486/2024 №-li arayışda isə göstərilmişdir ki, İddiaçı (FİN xxxxxxx) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və məşğulluq” sisteminə əsasən xx.xx.2024-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixində yenidən 4 saylı Bakı DOST Mərkəzinə müraciət etmiş və əldə etdiyi sosial arayışdan ona məlum olmuşdur ki, Cavabdeh MMC ilə onun arasında olan 3G0 3J4N000500 nömrəli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilm iş, ona isə bu barədə heç bir məlumat verilməmişdir. Qeyd edir ki, xx.xx.2024-cü il tarixində X2 onunla iş barəsində söhbət edərkən də əmək müqaviləsinin müddətli bağlanacağı barədə heç bir söz deməmişdir, eləcə də Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan halların heç biri mövcud olmamış və onun da bu haqda heç bir razılığı olmamışdır. Bundan əlavə, iş vaxtı faktiki olaraq hər gün saat 22:00-dan ertəsi gün saat 06:00-a qədər olduğu halda, müqavilədə 09:00-17:00, nahar fasiləsi 13:00-14:00 göstərilmişdir. Həmçinin əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə əmək fəaliyyətinə başladığı halda, əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2024-cü il göstərilmişdir. Həmçinin əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozularaq əmək müqaviləsi yalnız bir nüsxədən ibarət tərtib olunaraq işəgöt ürəndə saxlanılmışdır.
7. Cavabdeh iddiaya yazılı etiraz verərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, onunla bağlanmış müddətli əmək müqaviləsinin xitam verilməsi ilə bağlı ona hər hansı məlumat verilməmişdir. Lakin ərizəsində iddiaçının özü də etiraf etmişdir ki, onu Cavabdeh MMC-nin direktoru yanına çağıraraq işdən azad olunacağı ilə bağlı xəbərdar etmişdir. İşdən azad olunması ilə bağlı xəbərdarlığın səbəbi isə İddiaçı dəfələrlə idarə etdiyi maşınla qəza törətməsi olmuşdur. Bu hadisələri də şahidlər sübut edə bilər. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ona məlumatın verilməməsi ilə bağlı bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi müddətli olduğundan və əmək müqaviləsinin bir nüsxəsi ona verildiyindən, eyni zamanda direktorun ona iş dən azad olunacağı ilə bağlı məlumat verdiyindən, iddiaçının onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı məlumatı olmuşdur. Həmçinin, iddiaçı müəssisədə cəmi 10-12 gün əmək fəaliyyəti ilə məşğul olmuşdur. Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Eyni zamanda iddiaçının əmək müqaviləsinə xitam verilməsi qaydalarına əmək məcəlləsinin tələblərinə tam uyğun şəkildə riayət olunmuşdur. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürə nin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
8. İddiaçı cavabdehin dəlillərinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində “MMC-nin direktoru onu yanına çağıraraq işdən azad olunacağı barədə xəbərdar etdi” şəklində bir söz belə yazılmayıb. Həmçinin məhkəmənin nəzərinə çatdırır ki, xx.xx.2024cü il tarixində keçirilən hazırlıq iclasında Kişiyev Eldəniz özünü təqdim etdiyi ana qədər onun Cavabdeh MMC-nin direktoru olduğunu bilmirdi. Cavabdehin arqumentləri tamamamilə yalandır. xx.xx.2024-cü il tarixində X2 onunla iş barəsində söhbət edərkən də əmək müqaviləsinin müddətli bağlanacağı barədə heç bir söz deməmiş, bu haqda heç bir razılığı olmamışdır. Əks halda o, mü qavilənin müddətli bağlanmasına qətiyyən razı olmazdı və bu barədə məlumat əldə etmək üçün xx.xx.2024-cü il tarixində 4 saylı Bakı DOST Mərkəzinə müraciət etməzdi. Bunlardan əlavə, xx.xx.2024-cü il tarixində K.Eldəniz tərəfindən məhkəməyə təqdim edilmiş, hansı əlifba ilə və yaxud hansı heroqriflə yazıldığını, həmçinin nə barədə olduğunu müəyyən etməyin çox çətin olduğu ərizədən və məhkəmə iclasında nümayiş etdirdiyi davranışından aydın görünür ki özünü Cavabdeh MMC-nin direktoru kimi təqdim edən X2 elementar ibtidai sinif təhsilinə belə malik deyildir. Həmçinin xx.xx.2024-cü il tarixli ərizənin mətni üçüncü şəxsin adından yazılması da onu göstərir ki, o, kənardan idarə olunur və bu səbəbdən də həmin ərizədə qeyd edilənlər heç bir halda həqiqət kimi qiymətləndirilə bilməz.
9. Məhkəmə iclası nda iştirak etmiş cavabdehin nümayəndəsi X2 (Şirkətin direktoru) ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onların şirkəti dəmir istehsalı ilə məşğul olmuşdur. Onlara Rusiyadan dəmir turbalar gəlir, onlar da həmin turbalardan başqa mallar emal edirlər. Rəsmi olaraq şirkətdə 6 sürücü olmuş, hər biri ilə əvvəl 1 aylıq müqavilə bağlanır, daha sonra daimi müqavilə bağlanır. Həmin müqavilə dərhal elektron sistemə əlavə edilir. İddiaçıya da təqdim edilmişdir. Müqavilənin əvvəl 1 ay müddətinə bağlanmasına səbəb isə o olmuşdur ki, onların işi ağır iş olaraq məsuliyyətli və təhlükəlidir. Sürücü özünü doğrultmalıdır. Sürücü yol vərəqəsi əsasında yük maşını sürmüşdür. Qanunvericiliyə görə axşam saat 22:00-dan sonra yük avtomobilini idarə etmək olar, iddiaçı da qanunvericiliyə uyğun olaraq y ük avtomobilini idarə etmişdir. Əmək müqaviləsində iddiaçının iş saatı 09:00-dan 17:00-a kimi qeyd edilmişdir. Lakin həmin müddətdə yükdaşımaya icazə verilmədiyindən iddiaçı gecə işləmişdir. Müqavilə köhnə qaydalara uyğun olaraq 09:00-dan 17:00-a kimi qeyd edilmişdir. Lakin həmin müddətdə yükdaşınmaya icazə verilmədiyindən iddiaçı gecə işləmişdir. İddiaçı şəhərdaxili yük daşıyıb və 700 manat əmək haqqı almışdır. Həmin əmək haqqı gündüz iş rejiminə uyğun hesablanmış və cəmi 12 gün işləmişdir.
10. Bakı şəhəri Binəqdi Rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 2(001)2772/2024 nömrəli qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) iddia tələbi qismən təmin edilərək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək İddiaçı gecə vaxtı 54 saat müddət ərzində yerinə yetirdiyi işin hər saatına görə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi həddində əlavə haqq hesablanmaqla, ona ödənilməsinin Cavabdehnə həvalə edilməsi, Cavabdehndən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu və 25 manat məbləğində mediasiya xərcinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Məhkəmə müqavilənin müddətli olması ilə bağlı hissədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35- ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarında qeyd edildiyi kimi işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edib ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar.
12. Qanunvericiliyin normalarından göründüyü kimi, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşd ığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin 2.1-ci bəndində əmək müqaviləsinin müddətsiz bağlanmadığı qeyd olunmuş və müqavilənin 2.3-cü bəndində müqavilənin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər bağlandığı göstərilmiş və işçi həmin müqaviləni imzalamışdır. Başqa sözlə tərəflər öz iradələri ilə əmək müqaviləsini 1 ay müddətinə bağlamışlar və işçi əmək fəaliyyətinə başlamışdır. Tərəflər arasında bağlanmıış əmək müqaviləsinə müqavilədə göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının onun öz əvvəlki işinə bərpa edilməsi, mcəburi işbu raxma üçün əmək haqqı ödənilməsinə tələbinə dair iddiası əsassızdır.
13. Məhkəmə iddianın “xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər gecə vaxtı yerinə yetirdiyi işin hər saatına görə onun saatlıq tarif (vəzifə) maaşının 40 faizi həddində əlavə haqq ödənilməsinə” dair iddia hissəsində gəldiyi nəticəni belə əsaslandırıb ki, Əmək Məcəlləsinin 166-cı maddəsinə əsasən, gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqına əlavə ödəmənin konkret məbləği əmək müqaviləsi və ya kollektiv müqavilə ilə müəyyən edilir. 14. “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 aprel 2001-ci il tarixli Qərarına əsasən, gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilməli, büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda gecə vaxtı və çoxnövbəli iş rejiminə görə əlavə haqq bu qərarla müəyyən edilmiş həddə, digər müəssisə, idarə və təşkilatlarda isə həmin həddən aşağı olmayaraq ödənilməsi və gecə vaxtı və çoxnövbəli iş rejiminə görə əmək haqqı büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda b üdcə vəsaitləri çərçivəsində, digər müəssisə, idarə və təşkilatlarda isə öz vəsaitləri hesabına ödənilməlidir.
15. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsində iş saatının həftənin bazar ertəsi - cümə günləri 09:00-dan saat 17:00-a qədər, şənbə günü isə saat 09:00-dan 15:00-a, nahar fasiləsinin 13:0014:00-a qədər, istirahət günlərinin isə hər həftənin bazar günləri olduğu qeyd edilsə də, işçinin yerinə yetirdiyi işin xarakteri ilə əlaqədar olaraq, yəni yük avtomobillərinin Bakı şəhərinə girişi və şəhərdaxili hərəkəti səhər saat 07:00-dan axşam 22:00-dək qadağan edildiyindən, işçi gecə vaxtı işləmiş və bu faktı cavabdehin nümayəndəsi də məhkəmə iclasında təsdiq etmişdir. Lakin əmək müqaviləsi bağlanarkən bu xüsusat nəzərə alınmamış, işçini n iş saatları gündüz vaxtı qeyd edilmiş və gecə vaxtı işin yerinə yetirilməsi ilə əlaqədar hər hansı şərt göstərilməmişdir. Halbuki, gecə vaxtı yerinə yetirilən işlərlə əlaqədar əmək haqqının hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 aprel 2001-ci il tarixli Qərarına uyğun olaraq həyata keçirilməlidir. Məhkəmə hesab edib ki, iddiaçıya gecə yerinə yetirilən işin hər saatına görə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi məbləğində əlavə haqq hesablanmalıdır. Lakin iddiaçı iddia tələbində həmin əlavə haqqın xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hesablanmasını xahiş etsə də, əmək müqaviləsinin 2.4-cü bəndində işçinin xx.xx.2024-cü il tarixdə işə başladığı qeyd edilmiş və iddiaçı tərəfindən işə xx.xx.2024-cü il tarixdə işə başlamasına dair sübutlar məhkəm əyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edib ki, 25-26 yanvar və 29 yanvar-02 fevral 2024-cü il tarixləri həftənin bazar ertəsi-cümə günlərinə təsadüf etdiyindən həmin günlər iş saatının əmək müqaviləsində 7 saat, 27 yanvar 2024cü il tarixi isə şənbə günü olduğu üçün həmin günün iş saatının əmək müqaviləsində 5 saat olması nəzərə alınaraq, işçiyə gecə vaxtı 54 saat (7 gün x 7 saat + 1 gün x 5 saat= 54 saat) müddət ərzində yerinə yetirdiyi işin hər saatına görə onun saatlıq tarifə (vəzifə) maaşının 20 faizi həddində əlavə haqq hesablanmaqla, ona ödənilməsi cavabdehə həvalə edilməlidir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 2 və 4-cü hissələrinə, Azərbaycan Respublikasını Əmək Məcəlləsinin 3.5, 43.1, 43.2, 44, 45.1, 47, 68.1, 68.2, 73.1, 97.1, 154, 166-cı maddələrinə, “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 aprel 2001-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2,217.4, 107, 119 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edilmişdir.
18. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun qaydada əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, onunla əmək müqaviləsinə xitam verilən xx.xx.2024-cü il tarixdən 19 gün əvvəl, xx.xx.2024-cü il tarixdə Bakı 2 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. İşin 31 və 72-ci vərəqlərində olan ərizələrdən görünür ki, Cavabdeh MMC-nin direktoru xx.xx.2024-cü və xx.xx.2024-cü tarixlərində məhkəməyə müraciət edərək, əlavə sübutların təqdim edilməsi üçün iclasın təxirə salınmasını xahiş etsə də, iddiaçının adına yazılmış yol vərəqələrini və iddia tələbinin əsasını təşkil edən dəlilləri inkar edən bir sübutu məhkəməyə təqdim etməmişdir. İşin 56-63 və 64-71-ci vərəqlərində olan əmək müqavilələrindən görünür ki, Cavabdeh MMC-nin direktoru Kişiyev Eldəniz iddiaçını işə dəvət etdiyi tarixdən bir ay əvvəl - xx.xx.2023-cü il tarixində və onunla əmək müqaviləsinə xitam verildiyi tarixdən bir ay dörd gün sonra - xx.xx.2024-cü il tarixində digər sürücülərlə də bir müddətə əmək müdavilələri bağ lanmışdır, lakin həmin müqavilələrin müddəti bitməsinə baxmayaraq onlara xitam verilməmişdi. Onlar bu gün də həmin şirkətdə işləyirlər və onlara təhkim olunmuş avtomobillər də saz vəziyyətdədir. Buradan aydın görünür ki, Cavabdeh MMC-nin direktoru iddiaçının idarə etdiyi avtomobil nasaz vəziyyətdə olduğundan onu təmir etdrməkdən yayınmaq üçün əmək münasibətlərinə xitam vermişdir. Halbuki Əmək Məcəlləsinin 54-cü maddəsinin 1-ci hissəsinin tələbinə əsasən işəgötürən, işçilərə əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqların, materialların, alətlərin, texniki və digər sənədlərin vaxtında verilməsi və onların lazımi keyfiyyətdə olmasını təmin etməlidir. Qətnamənin əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Müqavilənin 4.16-cı bəndinə əsasən işçi gündə 8 saatdan, həftə ərzindəisə 40 saatdan çox olmayaraq işləyir. Müqavilənin 4.17-ci bəndinə əsasən iş saat 09:00-da başlanır, saat 17:00-da qurtarır. İş vaxtının rejimi barədə:Həftənin bazar ertəsi–cümə günləri iş başlayır 09:00, bitir 17:00, şənbə günü iş başlayır 09:00 bitir 15:00. Nahar fasiləsi 13:00-14:00. İstirahət günləri hər həftənin bazar günləridir.” Həmin məlumatların haradan götürüldüyü ona məlum deyil. Lakin həmin məlumatların doğru olduğunu qəbul etsək belə, yenə də ziddiyyət yaranır. Belə ki, adi riyazi hesablamaya görə iş vaxtının cəminin həftədə 40 deyil, 46 saat olduğu müəyyən edilir (bazar ertəsi – cümə günləri 5x8 saat + şənbə günü 6 saat = 46 saat). Cavabdeh tərəfin də etiraf etdiyi kimi, sürücülər həftənin bazar ertəsi – şənbə günləri faktiki olaraq hər gün ən azı saat 22:00-dan ertəsi gün saat 06:00 -a qədər işdə olurlar. Halbuki, Əmək Məcəlləsinin 89-cu maddəsinin 3-cü hissəsi ilə təsbit olunmuşdur ki, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Qətnamədə həmçinin göstərilmişdir ki, Cavabdeh MMC tərəfindən tərtib edilmiş 01-31 yanvar 2024-cü il tarixlər üzrə ĞRB seriyalı 119833№-li yük avtonəqliyyatı üçün yol vərəqəsinə görə İddiaçı “Kamaz54115 010-15”markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı-Biləcəri-Bakı və ətraf rayonlara sürməsi tapşırılmışdır. Lakin işdə olan yol vəqəsindən də görünür ki, 10-ZD476 nömrə nişanı “Kamaz-54115 010-15” markalı avtomobilə deyil, yarımqoşquya aiddir. Qeyd edir ki, həmin yarımqoşqu mühərriki, transmissiyası olmayan, Rusiyanın Neftekamsk şəhərində istehsal olu nmuş “НЕФАЗ9334-20-01” markalıdır və yedəkçi avtomobilə qoşulmadan onu nəinki sürərək onunla harasa yük aparmaq, heç yerindən tərpətmək belə mümkün deyildir. Həmçinin onu da qeyd edir ki, 2(001)-2772/2024 işə xx.xx.2024-cü il tarixində-cümə günü baxıldığına və xx.xx.2024-xx.xx.2024-cü il tarixlər istirahət günləri olması olmasına baxmayaraq qətnamə xx.xx.2024-cü il tarixində saat 09:40-da onun elektron poçt ünvanına 2(001)-2772/2024 nömrəli iş üzrə xx.xx.2024 tarixli Qətnamənin elektron kabinetə yerləşdirildiyi haqqında məlumat göndərilmişdir. Bu hal isə ona belə düşünməyə tam əsas verir ki, sözügedən qətnamə işə baxıldıqdan sonra tərtib edilməmiş, onun nəticə hissəsi əvvəlcədən hazır olmuşdur. Cavabdeh təşkilat onunla birtərəfli qaydada tərtib etdiyi müddətli əmək müqaviləsində Əmək Məcəl ləsinin 47-ci maddəsinin “ğ” bəndinə istinad etiyi halda, məhkəmə qanunun tələbini pozaraq Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarını tətbiq etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdən deyil, faktiki olaraq xx.xx.2024-cü il tarixdən Ramil adlı digər sürücü ilə birlikdə, xx.xx.2024-cü il tarixindən isə tək işləmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3945/2024 nömrəli, 21 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Fərrux Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Məhkəmə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırması ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı c avabdeh təşkilatda əvvəllər əmək münasibətində olmamışdır. Məhkəmə tərəfindən aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, digər işçilərlə də analoji müddətli əmək müqavilələri bağlanmışdır. Cavabdeh tərəf bunu onunla izahat edir ki, onlarda iş təhlükəli, ağır və məsuliyyətli olduğundan işçilərlə müddətli əmək müqaviləsi bağlanılır.
21. İddiaçı ilə xx.xx.2024-cü il tarixdə müddətli əmək müqaviləsinin bağlanılması sistem məlumatlarından da aydın şəkildə görünür. Belə ki, sistemə xx.xx.2024-ci il tarixdə daxil edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı elektron əmək müqaviləsi bildirişindən göründüyü kimi İddiaçı sürücü vəzifəsində işləyir, əmək haqqı 700 manat, əmək müqaviləsi müddətli, əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2024-cü ildir. Göründüyü kimi tərə flər arasında bağlanmıış müddətli əmək müqaviləsinə müqavilədə göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Ona görə də məhkəmə iddiaçının onun öz əvvəlki işinə bərpa edilməsi və məcburi işburaxma üçün əmək haqqı ödənilməsi hissəsində iddia tələbini düzgün olaraq təmin etməmişdir və bu hissədə iddiaçının dəlilləri əsaslı hesab oluna bilməz.
22. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsində iş saatının həftənin bazar ertəsi - cümə günləri 09:00-dan saat 17:00-a qədər, şənbə günü isə saat 09:00-dan 15:00-a, nahar fasiləsinin 13:00-14:00-a qədər, istirahət günlərinin isə hər həftənin bazar günləri olduğu qeyd edilsə də, işçinin yerinə yetirdiyi işin xarakteri ilə əlaqədar olaraq, yəni yük avtomobillərinin Bak ı şəhərinə girişi və şəhərdaxili hərəkəti səhər saat 07:00-dan axşam 22:00-dək qadağan edildiyindən, işçi gecə vaxtı işləmiş və bu faktı cavabdehin nümayəndəsi də məhkəmə iclasında təsdiq etmişdir. Lakin əmək müqaviləsi bağlanarkən bu xüsusat nəzərə alınmamış, işçinin iş saatları gündüz vaxtı qeyd edilmiş və gecə vaxtı işin yerinə yetirilməsi ilə əlaqədar hər hansı şərt göstərilməmişdir. Halbuki, gecə vaxtı yerinə yetirilən işlərlə əlaqədar əmək haqqının hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 aprel 2001-ci il tarixli Qərarına uyğun olaraq həyata keçirilməlidir.
23. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçıya gecə yerinə yetirilən işin hər saatına görə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi məbləğində əlavə haqq hesablanmalıdır. Lakin iddiaçı iddia tələbin də həmin əlavə haqqın xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hesablanmasını xahiş etsə də, əmək müqaviləsinin 2.4-cü bəndində işçinin xx.xx.2024-cü il tarixdə işə başladığı qeyd edilmiş və iddiaçı tərəfindən işə xx.xx.2024-cü il tarixdə işə başlamasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Buna görə də, kollegiya bu hissədə iddiaçının xx.xx.2024-cü il tarixdən işləməsi ilə bağlı dəlilini əsassız hesab etmişdir.
24. Məhkəmə hesab etmişdir ki, 25-26 yanvar və 29 yanvar-02 fevral 2024-cü il tarixləri həftənin bazar ertəsi-cümə günlərinə təsadüf etdiyindən həmin günlər iş saatının əmək müqaviləsində 7 saat, 27 yanvar 2024-cü il tarixi isə şənbə günü olduğu üçün həmin günün isə iş saatının əmək müqaviləsində 5 saat olması nəzərə alınaraq, işçiyə gecə vaxtı 54 saat (7 gün x 7 saat + 1 gün x 5 saat= 54 saat) müddət ərzində yerinə yetirdiyi işin hər saatına görə onun saatlıq tarifə(vəzifə) maaşının 20 faizi həddində əlavə haqq hesablanmaqla, ona ödənilməsi Cavabdehnə həvalə edilməlidir. Kollegiya bu hissədə iddiaçının iş vaxtının cəminin həftədə 40 deyil, 46 saat olması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, nahar fasilələri nəzərə alınmaqla, iddiaçının həftədə iş vaxtı 40 saat təşkil etmişdir.
25. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikasını Əmək Məcəlləsinin 3.5, 43.1, 43.2, 44, 45.1, 47, 68.1, 68.2, 73.1, 97.1, 154, 166-cı maddələrinə, “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 aprel 2001-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2,217.4, 107, 119 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı (Vəkil2) qətnamədən kassasiya şikayəti verərək qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasına dair olan hissədə ləğv edilərək işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
27. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi MPMin 372.1-ci maddəsinin tələbini kobud şəkildə pozaraq işə formal yanaşmış və birinci instansiya məhkəməsinin qanuniliyi mübahisəlləndirilən qətnaməs ini dəyişdirilmədən saxlamışdır. Həmçinin, apelyasiya şikayətinin dəlilləri, cavabdeh tərəfin irəli sürdüyü arqumentlər obyektiv araşdırılmamışdır. Məhkəmə qətnamədə iş üzrə özünün gəldiyi yekun nəticəni yalnız cavabdeh tərəfin verdiyi əsassız və heç bir sübutla təsdiq olunmayan izahatı, eləcə də öz qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. b)
28. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
29. Maddə 43, 1-ci hissə. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.
30. Maddə 43, 2-ci hissə. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: a) işçinin soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, onun seriya və nömrəsi, pin kodu, verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı; b) işəgötürən hüquqi şəxs olduqda onun adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), hüquqi və faktiki fəaliyyət göstərdiyi ünvanı, fiziki şəxs olduqda onun adı, soyadı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), sosial sığorta nömrəsi (SSN), ünvanı, o cümlədən faktiki fəaliyyət göstərdiyi ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, pin kodu və ya fərdi identifikasiya nömrəsi (FİN), verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı;c) işçinin iş yeri, vəzifəsi (peşəsi); ç) əmək mü qaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün; d) əmək müqaviləsinin müddəti; e) işçinin əmək funksiyası; ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması; f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri; g) işçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkartətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şəraitin yaradılması; ğ) ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, işçinin sosial sığorta nömrəsi (SSN); h) işçinin iş yerinin əsas və ya əlavə iş yeri olması barədə qeyd. x) tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məl umatlar.
31. Maddə
44. Əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır.
32. Maddə 45, 1-ci hissə. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
33. Maddə 68, 1-ci hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
34. Maddə 68, 2-ci hissə “b” bəndi. Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsasıdır.
35. Maddə 73, 1-ci hissə. Müddətli əmək müqaviləsinə müddəti qurt ardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
36. Maddə 97, 1-ci hissə. Saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır.
37. Maddə
154. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16- cı maddəsində nəzərdə tutulmuş ayrıseçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir.
38. Maddə
166. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqına əlavə ödəmənin konkret məbləği əmək müqaviləsi və ya kollektiv müqavilə ilə müəyyən edilir.
39. Maddə 300, 1-ci hissə. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikas ı Nazirlər Kabinetinin 5 aprel 2001-ci il tarixli Qərarı
40. Bənd
1. Gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilsin.
41. Bənd
2. Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əlavə haqq bu qərarla müəyyən edilmiş həddə (Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən daha yüksək həddin müəyyən edildiyi hallar istisna olmaqla), digər müəssisə, idarə və təşkilatlarda isə həmin həddən aşağı olmayaraq ödənilsin.
42. Bənd
3. Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejimin ə görə əmək haqqı büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda büdcə vəsaitləri çərçivəsində, digər müəssisə, idarə və təşkilatlarda isə öz vəsaitləri hesabına ödənilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı kassasiya şikayətində qətnamə mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının po zulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
53. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin əsaslandırmasını təşkil edirdi və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
54. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin fakti ki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradı ldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
56. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3945/2024 nömrəli, 21 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.