Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3922/2020 19.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)486/2020 saylı qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Ə.Mehdiyev, iş № 2(004)-3382/2019) iddiaçı X7 cavabdeh “xxxx” MMC-yə qarşı 68.000 manat məbləğind ə pul tələbinə dair iddiası rədd edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.B.Cavadzadə, iş № 2(004)-3383/2019) İddiaçı1 “xxxx” MMC-nin direktoru X4 qarşı 61.200 manat məbləğində pulun qaytarılması tələbinə dair iddiası rədd edilmiş, “xxxx” MMC-nin qarşılıqlı iddiası isə təmin edilərək MMC ilə İddiaçı1 arasında bağlanmış “kooperativ binada mənzil tikintisi haqqında” xx xxx 2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin tarixli maliyyə arayışının isə ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: M.A.Məmmədov, Ş.Ə.Məhərrəmova və E.Y.Şamayev) X7 apelyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu i l tarixli qətnaməsi ləğv edilmiş, X7 iddiası təmin edilib cavabdeh “xxxx” MMC-dən onun xeyrinə 68.000 manat tutulmuşdur. Həmin qətnamə ilə eyni zamanda Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti əsasında ləğv edilərək ilk iddianın təmin edilib “xxxx” MMC-nin əqdin etibarsız hesab edilməsi və s. tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. İşin halları: xx xxxxx 2019-cu il tarixdə X13 “xxxx” MMC-nin təsisçisi X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxx 2018-ci il tarixdən xx xxxx 2018-ci il tarixə olan ərəfədə MMC-nin direktoru X5 bir neçə dəfəyə cəmi 68.000 manat məbləğində borc verməsini, lakin Nun xx xxx 2018-ci il tarixdə Yeni Yasamal yaşayış məntəqəsi, N küçəsində tiki lməkdə olan evdə 1 otaqlı mənzilə dair onun arvadı İddiaçı1 ilə bağladığı müqavilənin borcun əvəzi olmasını əsas göstərməklə borcu qaytarmaqdan boyun qaçırmasını, arvadı İddiaçı1 “xxxx” MMC-yə məxsus mənzilin dəyərini nağd ödəməklə almasını və həmin müqavilənin onun verdiyi borcla heç bir əlaqəsinin olmamasını əsas göstərməklə MMC-dən onun xeyrinə 68.000 manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. xx xxxxx 2019-cu il tarixdə İddiaçı1 “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxx 2018-ci il tarixdə MMC ilə “Kooperativ binada mənzil tikintisi haqqında” müqavilə bağlamaqla 1 otaqlı mənzilin alınması üçün 61.200 manat məbləğində pul ödənilməsi, lakin MMC-nin təsisçisi X3 atası X9 tərəfindən onun əri X10 xx xxx 2018-ci il tarixli müqavilənin onun la ərinə olan 68.000 manat məbləğində borcun təminatı kimi bağlanmasını və borcun ödənilməsi ilə əlaqədar xx xxx 2018-ci il tarixli müqavilənin birtərəfli qaydada ləğv edilməsi barədə bildiriş göndərilməsini, müqavilənin bağlandığı vaxtdan keçən müddət ərzində binanın tikintisinin başa çatdırılması üçün MMC tərəfindən heç bir işin görülməməsini və s. əsas göstərilməklə mənzilin tikintisi üçün ödədiyi 61.200 manatın MMC-dən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə cavabdeh “xxxx” MMC-nin nümayəndəsi qarşılıqlı iddia verərək İddiaçı1 ilə kooperativ binada mənzil tikintisi haqqında müqavilənin onun əri Nağı Mamedovdan alınmış borcun təminatı kimi bağlanmasını, mənzilin dəyərinin MMC-yə ödənilməməsini, müqavilənin hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanmasını əsas göstərməklə xx xxx 2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və maliyyə arayışının ləğv edilməsini xahiş etmişdir. İddia tələblərinə birinci instansiya məhkəməsində müxtəlif icraatda baxılmış, işə apelyasiya qaydasında baxılarkən işlər bir icraatda birləşdirilərək yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə cavabdeh “xxxx” MMC kasasiya şikayəti verərək məhkəmə kollegiyasının işin həqiqi hallarına və sübutlara düzgün qiymət vermədən iş üzrə yanlış nəticəyə gəlməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi, Məmmədovların iddia tələblərinin rədd, MMC-nin qarşılıqlı iddia tələbinin isə təmin olunmasını xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında cavabdehin nümayənd əsi və vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçıların vəkili isə kasasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, X13 və İddiaçı1 ər-arvad olmaqla onlardan Nağı Mamedovla MMC arasında borc müqaviləsindən, İddiaçı1 ilə MMC arasında isə mənzil tikintisi müqaviləsindən tör əyən münasibətlər yaranmışdır. Müəyyən olunduğu kimi tərəflər arasında borc münasibətləri qanunun tələbinə müvafiq qaydada rəsmiləşdirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Borcun məbləği 68.000 manat təşkil etdiyi üçün qanunun göstərilən normasına əsasən müqavilə yazılı surətdə bağlanmalı idi. Tərəflər arasında yaranmış borc müqaviləsi yazılı surətdə bağlanmasa da, işdən görünür ki, cavabdeh “xxxx” MMC–nin nümayəndəsi tərəfindən borcun mövcudluğu təsdiq olunmuşdur. MMC etiraf etmişdir ki, həqiqətən də onlar tərəfindən Nağı Mamedovdan 68.000 manat məbləğində borc alınm ışdır. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. MMC-nin nümayəndəsi izahatlarında və məhkəməyə təqdim etdiyi qarşılıqlı iddia ərizəsində Nağı Mamedovdan 68.000 manat məbləğində borc alınmasını etiraf etdiyi üçün, kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi borcun verilməsini sübut olunmuş hesab etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdən görünür ki, N MMC tərəfindən borcun qaytarılması və eləcə də mənzil tikintisi haqqında müqavilənin borcun təminatı kimi bağlanmasını inkar etmişdir. Belə olduqda, borcun qaytarılmasını sübuta yetirmək yükü bütünlüklə MMC-nin üzərinə düşdüyündən, MMC N qarşısında öhdəliyini tam icra etməsi barədə məhkəməyə mübahisəsiz sübutlar təqdim etməli idi. MMC-nin nümayəndəsinin iddia etməsinə görə alınmış borc N ayrı-ayrı vaxtlarda bir neçə dəfəyə qaytarılmışdır. Şahid qismində dindirilmiş iddiaçının bacanağı X1 Mamedova bir dəfə 3.000 manat, 2-ci dəfə 4.000 manat pul verməsini, 50.000 manatın qaytarılmasında iştirak etsə də, Nın pulu götürməsini görmədiyini göstərmişdir. N 50.000 manatın verilməsini təsdiq edən şahidlərdən X2 İbrahimovun bacıs ı oğlu və köməkçisi, X11 və X8 isə MMC-nin əməkdaşları olduğundan, apelyasiya instansiyası məhkəməsi onların ifadələrini mötəbər sübut kimi qəbul etməmişdir. Şahid ifadələrinə görə borcun 16.500 manatı N tərəfindən deyil, başqaları tərəfindən N qaytarılmış, 50.000 manatın qaytarılmasında isə Həmid İbrahimovun bilavasitə iştirak edib-etməməsi nə şahid ifadələrində nə də Həmid İbrahimovun izahatlarında dəqiq və ətraflı ifadə olunmamışdır. Borcun qaytarılması ilə əlaqədar MMC tərəfindən məhkəməyə təqdim olunmuş sübutlar inandırıcı və mübahisəsiz olmamaqla mötəbər sübut xarakteri daşımadığından, kollegiya borcun qaytarılmasının sübuta yetirilməməsi barədə apelyasiya instansiyası məhkəməsinin nəticəsini əsaslı sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqa viləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Cavabdeh “xxxx” MMC borc müqaviləsi üzrə öhdəliyini icra etmədiyi üçün kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi Nağı Mamedovun pul tələbinə dair iddiasını təmin etməkdə haqlı olmuşdur. İşdən görünür ki, MMC ilə İddiaçı1 arasında xx xxx 2018-ci il tarixdə kooperativ binada mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə görə İddiaçı1 tərəfindən bir otaqlı mənzilin tikintisinə görə MMC-yə 61.200 manat ödənilmiş, MMC isə həmin mənzi li tikib İddiaçı1 təhvil vermək barədə üzərinə öhdəlik götürmüşdür. MMC-nin nümayəndəsi həmin müqavilənin Nağı Mamedovdan alınmış borcun təminatı kimi bağlanmasını iddia etsə də, müqavilənin məzmunundan görünür ki, tərəflərin öhdəlikləri heç bir şərtdən asılı edilməmişdir. Müqavilə bilavasitə onun iştirakçıları tərəfindən imzalanmaqla bağlanmış və tərəflərin öhdəlikləri müqavilədə dəqiq müəyyən olunmuşdur. Göstərilən müqavilənin İddiaçı1 tərəfindən imzalanmamasına dair cavabdehin dəlili eyni zamanda iş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş xx.xx.2019-cu il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə təkzib olunur. Mənzil tikintisi haqqında müqaviləni bağlayan İddiaçı1 MMC-nin rəhbərliyinə borc verən Nağı Mamedovun arvadı olsa da, həmin müqavilə ilə borc müqaviləs i arasında hər hansı bir bağlılığın olması işdən görünmür və iddiaçılar bunu qəti inkar edirlər. MMC-nin mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab olunmasını tələb edərkən qanuni əsas kimi istinad etdiyi Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. MMC bir tərəfdən həmin müqavilənin hüquqi nəticələr yaratmaq niyyəti olmadan bağlanmasını iddia etsə də, digər tərəfdən həmin müqavilənin Nağı Mamedovla bağlanmış borc müqaviləsinin təminatı kimi bağlanmasını iddia etməklə tələbinin hüquqi cəhətdən əsaslandırılmasında ziddiyyətə yol vermişdir. Əgər tərəflər mənzilə dair müqaviləni borc müqaviləsi üzrə MMC-nin öhdəliklərinin təminatı kimi bağlamaq niyyətində i dilərsə, həm kredit, həm də ipoteka müqaviləsini bağlamaqla tərəflər həmin məsələni həll edə bilərdilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Tərəflərin mənzil tikintisi haqqında müqaviləni bağlayarkən qanunun tələblərini gözləmələri eləcə də İddiaçı1 MMC-yə borcunun olmaması barədə verilmiş maliyyə arayışı əqdin qanuni və etibarlı olması barədə nəticəyə gəlmək üçün məhkəmə kollegiyasına əsas vermişdir. Həmin müqavilənin görünüş üçün bağlanması barədə MMC-nin izahatı iş materialları və tərəflərin davranışı ilə inkar olunduğundan, apelyasiya instansiyası məhkəməsi müqavilənin etibarsız sayılması üçün əsasların olmaması barədə nəticəyə gəlmişdir. Kollegiya hazırkı iş üzrə nəticəyə gələrkən həmçinin nəzərə alır ki, MMC tərəfindən əqdin etibarsız hesab olunması barədə iddia Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən olunmuş 1 illik müddət ötürülməklə verildiyindən iddia təmin edilə bilməz. Belə ki, mənzil tikintisi haqqında müqavilə xx xxx 2018-ci il tarixdə bağlandığı halda, müqavilənin etibarsız sayılması barədə tələb MMC tərəfindən 2019-cu ilin iyul ayında irəli sürülmüşdür. Göstərilənlərlə əlaqədar kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rə hbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3922/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3922/2020
19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver