Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3922/2022 18.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-3922/22 ( Açar sözlər: Mülki Məcəllənin 225.4-cü maddəsi baxımından mülkiyyət hüququnun müəyyən edilməsi,) Bakı şəhəri, 18 iyul 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-707/2022 nömrəli, 3 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 verilmiş kassasiya şikayətinə 18 iyul 2022-ci il tarixdə Ali Məhkə mənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə X4 xx.xx.1997-ci il tarixdə rəsmi nikaha daxil olublar.
2. Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küçəsi, 16a saylı evin 3a saylı mənzili xx.xx.2001-ci il tarixli, 035674 saylı orderlə Qaçay Orucova və həyat yoldaşı İddiaçı ayrılmışdır.
3. Mənzil xx.xx.2006-cı il tarixdə X2 mülkiyyəti kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır.
4. İddiaçı ilə X4 arasında bağlanmış nikah xx.xx.2014-cü il tarixdə pozulmuşdur.
5. X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi (sonradan tələbin dəqiqləşdirilməsi barədə ərizə) ilə Binə qədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küçəsi, 16a saylı evin 3a saylı mənzilinin xx.xx.2020-ci il tarixdə vəfat etmiş mərhum X4 ilə əldə edilmiş birgə əmlak hesab edilməklə həmin mənzilin 2/3 hissəsinə payının müəyyən olunması, mənzilin yaxşılaşdırılmasına sərf olunmuş 30.000 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun mərhum əri X2 qardaşlarıdır.
8. Mübahisəli mənzil mülkiyyət hüququ əsasında iddiaçının mərhum əri Qaçay Orucova məxsus olmuşdur. İddiaçı əri ilə nikaha girdikləri gündən ölən günə kimi birgə yaşamış, birgə təsərrüfat aparmışlar. Əri Q.Orucov Qarabağ müha ribəsi veteranı olmaqla, İİ qrup əlil olmuşdur. İddiaçı özü İ qrup əlildir. Ərinin müharibə veteranı olduğu nəzərə alınaraq, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 769 saylı xx.xx.1998-ci il tarixli sərəncamına əsasən ərinə Bakı şəhəri Binəqədi rayonu Kazımovski Mirmahmud küçəsi 16a saylı evdə yerləşən sahəsi 12,35 m2 olan 14 saylı bir otaqlı xidmət mənzili verilmişdir. Bir müddət həmin mənzildə yaşadıqdan sonra Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 306 saylı xx.xx.2001-ci il tarixli sərəncamına əsasən, məhz iddiaçının İ qrup əlil olması nəzərə alınaraq, Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küçəsi, 16a saylı evdə yerləşən sahəsi 27,5 m2 olan 3a saylı iki otaqlı xidməti mənzil onlara ayırmış və mənzilə dair orderə hər ikisinin adı qeyd edilmişdir.
9. Order veriləndən sonra iddiaçı əri ilə həmin mənzilə köçmüş daha sonra əlavə tikintilər inşa edərək, mənzilin sahəsini 64,08 m2-ə çatdırmışlar. Mənzilin təmirinə iddiaçı əri ilə bir yerdə xərc çəkmişdir.
10. Cavabdeh2 usta olduğundan mənzilin təmirini Məhərrəm və dəvət etdikləri digər ustalar etmişlər. Mənzilin təmiri iddiaçının İ qrup əlil olması nəzərə alınmaqla aparılmışdır. Mənzildə mətbəx və mebellərin ölçüləri iddiaçıya görə düzəldilmiş, evdə lift də quraşdırılmışdır.
11. Mənzilə mülkiyyət hüququ iddiaçının icazəsi ilə mərhum əri Qaçay Orucovun adına xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmış və bu barədə ərinin adına çıxarış verilmişdir. Ərinin ölümündən sonra iddiaçı həmin mənzildə tək yaşayır. Mənzillə bağlı bütün kommunal xərcləri iddiaçı ödəyir.
12. Mənzil şəraitini daha da yaxşılaşdırmaq üçün, İ qrup əlil kimi ayrıca mənzil almaq məqsədi ilə iddiaçı əri ilə öz aralarında boşanmanı rəsmiləşdirmək qərarına gəlmişlər. Lakin bu rəsmiləşdirmə formal xarakter daşımış, onlar əvvəlki kimi ər-arvad olaraq, bir ünvanda yaşamaqda və birgə təsərrüfat aparmaqda davam etmişlər. Birgə nikah və sonradan da birgə yaşayışdan övladları olmamışdır.
13. Cavabdeh1 təxminən 22 ildir Rusiya Federasiyasında yaşayır. Mərhum ərinin qardaşları ilə münasibəti yaxşı olmamışdır. Formal boşanmanı bilən Cavabdeh2 və Cavabdeh1 bundan istifadə edərək mübahisəli mənzilə mərhumun qardaşı olaraq miras əmlaka paylarının tanınması üçün müraciət etmiş, 3 saylı Asan xidmət mərkəzi də onların müraciətini qəbul etmişdir. Bununla miras əmlakla bağlı mübahisə olduğu səbəbindən vərəsəlik şəhadətnaməsinin notarial qaydada alınması mümkün deyildir.
14. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 225.4-cü maddəsinə istinad etmişdir.
15. Cavabdeh1 iddiaya etiraz edib. Etirazın dəlilləri: iddiaçının mərhum əri onun qardaşıdır. İddiada adı keçən mənzil qardaşının İİ qrup əlil olması nəzərə alınaraq qardaşına verilib. Mənzilin təmirini mərhum qardaşının vəsaiti ilə digər qardaşı Cavabdeh2 edib; iddiaçının əri ilə nikahı 14 oktyabr 2014-cü ildə xitam edilib, əri öldüyü zaman iddiaçı artıq nikahda deyildi, bu səbəbdən iddiaçı vərəsə sayılmır. Buna baxmayaraq iddiaçını evdə yaşamasına etiraz etmir.
16. Cavabdeh2 da iddiaya eyni məzmunda etiraz edib.
17. Birinci instansiya məhkəməsi iddiada adı keçən mənzildə yenidənqurma və təmir işlərinin aparılıb-aparılmaması və onların dəyərini müəyyən etmək üçün tikinti -texniki ekspertizası təyin etmişdir.
18. X1 xx.xx.2021-ci il tarixli 14 saylı rəyinə əsasən mənzildə aparılan yenidənqurma və təmir işlərinə 30.230 manat sərf olunmuşdur.
19. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/3985 saylı rəyinə əsasən mənzildə yerinə yetirilmiş yenidənqurma və tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 29.247,5 manatdır.
20. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli. 2(001)-561/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada təmir xərclərinə görə 14.623,75 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 14.653,75 manatın İddiaçı xeyrinə tutulması, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ekspertiza tədqiqatının dəyərinə görə 100 manatın dövlət nəfinə tutulması qət edilmi ş, iddia ərizəsi qalan hissədə təmin edilməmişdir. (hakim Səadət Səlimova)
21. Birinci instansiya məhkəməsinin işin müəyyən edilmiş hallarına əsasən mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli mənzilə Qaçay Orucovun mülkiyyət hüququnun əvəzsiz əqd əsasında yaranması və həmin mənzilin nikah dövründə deyil, iddiaçı ilə Qaçay Orucovun nikahının pozulmasından sonra əsaslı təmir edilməsi müəyyən olunduğundan iddiaçının mənzilin mərhum əri Qaçay Orucovla əldə edilmiş birgə əmlak hesab edilməklə 2/3 hissəsinə payının müəyyən olunmasına dair iddia tələbləri hüquqi əsası olmadığından təmin edilə bilməz.
22. Birinci instansiya məhkəməsi qeyd edib ki, iddiaçı mənzilin təmirinə 30 min manat vəsaitin hamısının onun tərəfindən çəkilməsini iddia etsə də, bu halı təsdiq edəcək mötəbər, təkzibedilməz sübu t verməyib. Eləcə də, cavabdehlər təmirə sərf olunan bütün vəsaitin mərhum qardaşları tərəfindən verilməsini sübut edə bilməyiblər.
23. Bununla yanaşı, mübahisəli mənzilin 2016-2018-ci illərdə təmir olunması, bu mənzildə daimi olaraq iddiaçının və mərhum Qaçay Orucovun yaşaması müəyyən olunduğundan birinci instansiya məhkəməsi hesab etmişdir ki, təmirə çəkilən xərclərə görə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/3985 saylı rəyində göstərilən məbləğin yarısı, yəni 14623,75 manat pul mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etmələri barədə ərizə verməklə mirası qəbul etmələrini təsdiq edən mərhum Qaçay Orucovun vərəsələri olan cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.
24. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsin in 225.1, 225.2, 225.4, 1091, 1092, 1163, 1243, 1255 və 1306-cı maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv, iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Apellyasiya şikayətini dəlilləri: birinci instansiya məhkəməsi işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxmış, məhkəmənin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmamışdır. Mübahisəli mənzil iddiaçının mərhum ərinin adına reyestrdən qeydiyyatdan keçsə də, xx.xx.2001-ci il tarixli 035471 saylı order əsasında Qaçay Orucov ilə iddiaçıya birgə ayrılmışdır. Mənzilin Q.Orucovu n adına qeydiyyata alınması da iddiaçının razılığı əsasında həyata keçirilmişdir. Həmin razılığı da iddiaçı məhz həyat yoldaşı olduğu üçün vermişdir. Göründüyü kimi mənzilin kökündə belə ½ pay hüququ durur; mənzilin təmirinə və yaxşılaşdırılmasına sərf edilən 30000 manat iddiaçının özünə aid olmuşdur və bununla bağlı önəmli dəlillər təqdim edilmişdir. Lakin birinci instansiya məhkəməsi xərcləri onun mərhum əri ilə birgə çəkdiyi qənaətinə gəlmiş və bərabər hissəyə bölmüşdür; məhkəmə burada iş üzrə eyni şəxslər arasında, eyni əmlakla bağlı münasibətlərdə ziddiyyətli çıxış etmişdir. Belə ki, məhkəmə mənzilin yaxşılaşdırılmasına çəkilən iddiaçıya məxsus 30.000 manat məbləği, artıq nikahları pozulmuş şəxslə yarıya bölgüsü ilə çıxış edirsə, onda ən azından mənzili də eyni qənaətlə yarı bölməli i di; məhkəmə araşdırması zamanı adı çəkilən mübahisəli mənzilin iddiaçı ilə mərhum əri Qaçay Orucovla birgə yaşayışdan əldə edilməsi və hazırkı formada mövcudluğunun isə yalnız iddiaçının vəsaiti hesabına başa gəldiyi, həmçinin nikahın rəsmi xitamından sonra onların ər-arvad münasibətlərinin davam etməsi müəyyən edilmişdir. Bu hallar işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq, tam aydınlaşdırılması təmin edilməmişdir.
27. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 fevral 2022-ci il tarixli, 2(103)-707/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-561/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhə ri Binəqədi rayonu Kazımovski Mirmahmud küçəsi 16a saylı evin 3a saylı mənzilinə İddiaçı 2/3 hissədə pay hüququnun müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Şeyda Məhərrəmova)
28. Apellyasiya instansiyası məhkəməsi ilk olaraq qeyd edib ki, iddiaçı həm mübahisəli mənzilin 2/3 hissəsinə payının müəyyən edilməsini, həm də həmin mənzilin yaxşılaşdırılmasına çəkilmiş 30.000 manat xərcin cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Yəni, iddia tələbi faktiki olaraq iki hissədən ibarət olmaqla, biri digəri ilə əlaqəlidir və iddianın birinci hissəsinin təmin edilməsi onun ikinci hissəsini əhəmiyyətsiz edir. Başqa sözlə, hazırkı iddia tələbi bölünməzdir. Buna görə də, iddiaçı birin ci instansiya məhkəməsinin qətnaməsini yalnız iddianın təmin edilmədiyi hissəsində mübahisələndirsə də, iddia tələbi bölünməz olduğundan, hazırkı apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
29. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin hazırki mübahisənin həllinə dair mövqeyi ilə razılaşmayıb.
30. Apellyasiya instansiyası məhkəməsi müəyyən edib ki, İddiaçı mərhum Qaçay Orucovla birgə nikahda olduqları müddətdə, yəni 2001-ci ildə mübahisəli mənzil onlara təhvil verildikdən sonra həmin mənzilin təmirini birlikdə həyata keçirmiş, tamamilə təmirsiz olan mənzili təmir edib yaşayışa yararlı vəziyyətə gətirmiş və bundan sonra həmin mənzildə birlikdə yaşamışlar. Bu isə onu deməyə əsas verir ki, iddiaçı mübahisəli mənzilin əsaslı şəkildə yaxşılaşdırılmasında və həmin mənzilin əmtəə dəyərini artıran yenidənqurma işlərinin həyata keçirilməsində həm öz vəsaiti, həm də birgə nikahda əldə etdikləri vəsaiti xərcləməklə iştirak etmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin Mülki Məcəllənin 225.4 və Ailə Məcəlləsinin 35-ci maddələrinə istinadən mövqeyinə görə İddiaçı Bakı şəhəri Binəqədi rayonu Kazımovski Mirmahmud küçəsi 16a saylı evin 3a saylı mənzilin mülkiyyətçisi olmuş keçmiş əri Qaçay Orucovla birgə nikahda olduğu və onunla birgə təsərrüfat apardığı müddətdə həmin mənzilin əsaslı şəkildə yaxşılaşdırılmasında həm şəxsi vəsaiti, həm də mərhum əri ilə birgə vəsaitləri hesabına yaxından iştirak etməklə, mülkiyyətçi X4 ilə bərabər həmin mənzilə mülkiyyət hüququ əldə etmişdir, buna görə də mübahisəl i mənzil onların birgə nikahda olduqları müddətdə əldə etdikləri birgə mülkiyyət hesab edilməlidir.
32. Mülkiyyətdəki payının 2/3 hissədə müəyyən edilməsi ilə bağlı iddia tələbi üzrə apellyasiya instansiyası məhkəməsi iddiaçının mənzilin əsaslı təmirində iştirak dərəcəsi, onun birinci qrup əlil olmaqla əlil arabasında hərəkət etmək məcburiyyətində qalması və mübahisəli mənzilin təmirinin məhz onun bu fiziki məhdudiyyəti nəzərə alınmaqla həyata keçirilməsi (o cümlədən, iddiaçının mənzilə giriş-çıxışının asanlaşdırılması üçün xüsusi qaldırıcı qurğunun quraşdırılması, mənzilin ayrı-ayrı hissələrinin, mənzildə olan əşyaların ölçülərinin onun istifadəsi üçün uyğunlaşdırılması və s.) kimi diqqətəlayiq halları nəzərə alaraq hesab edib ki, iddiaçının mübahisəli mənzilin 2/3 hissəsinə payının müəyy ən edilməsinə dair iddiası əsaslı olmuşdur.
33. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbi mübahisəli mənzilin yaxşılaşdırılmasına sərf olunmuş 30.000 manat məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsində əsassızdır. Belə ki, məhz İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olmuş keçmiş əri Qaçay Orucovla birgə nikahda olduğu müddətdə mənzilinin əsaslı yaxşılaşdırılmasında iştirak etməsi, bu məqsədlə həm şəxsi, həm də mərhum əri ilə birlikdə qazandığı pul vəsaitini sərf etməsi onun həmin mənzilin birgə mülkiyyətçisi hesab edilməsi və həmin mənzilin 2/3 hissəsinə payının müəyyən edilməsini mümkün etmişdir. Bundan başqa, iddiaçı mərhum Qaçay Orucov ilə nikahları pozulduqdan sonra mübahisəli mənzildə birgə yaşadıqları müddətdə, yən i 20162018-ci illərdə həmin mənzildə təmir işləri aparıldığını, bu işlərin onunla mərhum Qaçay Orucovun birgə vəsaitləri hesabına, Cavabdeh2 və onun dəvət etdiyi ustalar tərəfindən həyata keçirildiyini bildirmişdir. Buna baxmayaraq, iddiaçı 2/3 hissəsi ona məxsus olan mənzilin təmir işlərinə çəkilmiş xərcləri mənzilin digər 1/3 hissənin mülkiyyətçisinin vərəsələrindən onun xeyrinə tutulmasını iddia etmişdir. Qeyd edilən vəziyyətdə mənzilin təmirinə xərclənmiş pul vəsaitinin mübahisəli mənzilin digər mülkiyyətçisinin vərəsələrindən geri tələb edilməsinə dair tələbin hüquqi əsası mövcud olmamışdır.
34. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 223.1, 225.4-cü, Ailə Məcəlləsinin 35, 37.1 və 37.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazı n dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
35. Qətnamədən Cavabdeh2 (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işdə olan sübutları tam və hərtərəfli araşdırmadan, onlara lazımi hüquqi qiymət vermədən qətnamə çıxarmışdır. Belə ki, mübahisəli mənzil X3 əlilliyinə görə verildiyindən onun müstəsna mülkiyyəti sayılır və bölünə bilməz. İddiaçı mənzilin yaxşılaşdırılması üçün çəkdiyi xərclərin sübutu kimi bankdan götürdüyü krediti göstərmiş, lakin kreditin mübahisəli mənzilə xərclənməsi ilə bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Mənzil 27,5 m2 olub, əlavə 15,15 m2 sahə iddiaçının əri ilə b irgə nikah vaxtı əldə edilib, buna görə də iddiaçıya 7,575 m2 sahə düşür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 223.1. Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə
35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Maddə 37.1 Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Maddə 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əl də etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikay əti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi və tələb bölünməz olduğu üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
40. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüqu q normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
43. İddia tələbi mənzil üzərində birgə mülkiyyətin müəyyən edilməsi barədədir. İddiaçı tələbinin faktiki əsası kimi mənzilin öz vəsaiti hesabına yaxşılaşdırmasına istinad etmişdir.
44. Ailə Məcəlləsinin 35-ci maddəsinə görə nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.
45. Qanunvericiliyin tələbindən görünür ki, ər-arvadın hər birinin əmlakına onların birgə mülkiyyət hüququ o halda tanına bilər ki, ər-arvadın ümumi əmlakı hesabına həmin əmlakın dəyərini xeyli artıran vəsait qoyulmuş olsun, yəni əsaslı təmir, yenidən quraşdırma işləri görülmüş olsun. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə də iddia tələbində adı keçən mənzil iddiaçının mərhum əri ilə birgə nikahda olduğu və onunla birgə təsərrüfat apardığı müddətdə ümumi gəlirlər hesabına yenidən qurularaq genişləndirilib, mənzil əsaslı şəkildə yaxşılaşdırılıb. Bu baxımdan, iddiaçının iddia tələbi Ailə Məcəlləsinin 35-ci maddəsinin təsiri altına düşdüyü üçün iddianın təmin edilməsi işin halları baxımından qanuni və əsaslı olmuşdur.
46. Əlavə 15,15 m2 sahənin iddiaçının əri ilə birgə nikah vaxtı əldə etməsini bildriməklə iddiaçının tələbinin faktiki əsası kimi istinad etdiyi halları kassator da şikayətində dolayısı ilə təsdiq edib.
47. Payların qeyr-bərabər müəyyən edilməsinə gəldikdə, qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mənzilin əsaslı təmirində iştirak dərəcəsi, onun birinci qrup əlil olmaqla əlil arabasında hərəkət etmək məcburiyyətində qalması və mübahisəli mənzilin təmirinin məhz onun bu fiziki məhdudiyyəti nəzərə alınmaqla həyata keçirilməsi (o cümlədən, iddiaçının mənzilə giriş-çıxışının asanlaşdırılması üçün xüsusi qaldırıcı qurğunun quraşdırılması, mənzilin ayrı-ayrı hissələrinin, mənzildə olan əşyaların ölçülərinin onun istifadəsi üçün uyğunlaşdırılması və s.) kimi diqqətəlayiq halları nəzərə alıb. Ailə Məcəlləsinin 37.2-ci maddəsinə görə də ayrı-ayrı hallarda məhkəmə... ərin (arvadın) diqqətəlayiq mənafeyini... nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi də qanunvericiliyin tələbinə söykənir.
48. Apellyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88-ci tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
49. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.
50. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi d əyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-707/2022 nömrəli, 3 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.