Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3923/2022 18.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3923/2022 (Açar sözlər: öhdəlik üzrə pul tələbi) Bakı şəhəri, 18 iyul 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kirayə haqqı üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1988/2022 nömrəli, 16 mart 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xx xx" MMC-nin kassasiya şikayətinə 18 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “cavabdeh” və ya “MMC”) arasında xx.xx.2018-ci il tarixdə müqavilə bağlanıb.
2. Müqavilənin şərtlərinə görə cavabdeh hündürmərtəbəli binanın tikintisini 30 ay müddətinə həyata keçirərək, inşa edəcəyi binanın 2-ci mərtəbəsində, 17-20 sırada, RQ oxları əhatəsində (eni) 4,60, (uzunluğu) 6,0 metr olmaqla, 29,44 m2 qeyri-yaşayış sahəsini təmirli şəkildə (divarlar boya, döşəmə keramika) iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürüb.
3. Həmçinin tərəflər arasında bağlanmış müqavilənin 1 saylı Əlavəsinə əsasən cavabdeh iddiaçıya hər ay 1500 manat m əbləğində kirayə haqqı kimi kompensasiya ödəməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi (sonradan tələbin həcminin artırıması barədə ərizə) ilə müraciət edərək, xx.xx.2018-ci il tarixli 23-Q/Y saylı müqavilə üzrə ödənilməmiş18000 manat borcun, 900 manat faizin və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbionunla əsaslandırılmışdır ki, ünvan 1ünvanında yerləşən 9,5 kv.m. qeyri-yaşayış sahəsi Dövlət Əmlakının Hüquqi və Fiziki şəxslərə satılması haqqında Şəhadətnaməyə əsasən iddiaçının xüsusi mülkiyyətində idi. Orada iddiaçı uzun illər saatların təmirə ilə məşğul olmuşdur.
6. Azərbaycan Respublikası Nazirlər Kabine tinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Səbail, Nərimanov, Nizami, Yasamal, Pirallahı, Xəzər rayonlarının sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” xx.xx.2016-cı il tarixli 86 saylı Qərarının icrası ilə əlaqədar cavabdehə iddiaçının xüsusi mülkiyyətində olan həmin qeyri-yaşayış sahəsinin sökülməsi, üstündə hündürmərtəbəli binanın tikilməsi icazəsi verilmişdir. Bununla əlaqədar cavabdeh və iddiaçı arasında xx.xx.2018-ci il tarixli 23-Q/Y saylı müqavilə imzalanmışdır. Həmin müqavilə ilə iddiaçının mülkiyyətində olan ünvan 1ünvanında yerləşən 9,5 kv.m. qeyri-yaşayış sahəsinin sökülməsi və 30 ay müddətində üstündə hündürmərtəbəli binanın tikilməsi, iddiaçının qeyri-yaşayış sahəsinin əvəzində həmin binanın 2-ci mərtəbəsində, 17-20 arasında, R-Q oxları əh atəsində (eni) 4,60, (uzunluğu) 6,0 metr olmaqla, 29,44 kv.metr təmirli (divarlar boya, döşəmə keramika) qeyriyaşayış sahəsinin cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə verilməsi razılaşdırılmışdır.
7. Eyni zamanda xx.xx.2018-ci il tarixli, 23-Q/Y saylı müqaviləyə 1 saylı əlavə də imzalanmışdır. Əlavəyə əsasən cavabdeh inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və iddiaçı qeyri-yaşayış sahəsi ilə təmin edilən günədək iddiaçının müvəqqəti yerləşməsini təmin etmək məqsədilə ona hər ay 1500 manat məbləğində kirayə haqqı kimi kompensasiya ödəməyi öhdəsinə götürmüşdür.
8. Cavabdeh 30 ay müddətində tikinti işlərini başa çatdırıb, 29,44 kv.metr qeyriyaşayış sahəsini iddiaçıya təhvil verməmiş, kirayə haqqını 18 ay, yəni xx.xx.2019-cu il tarixədək öd əmiş, qalan 12 ayın kirayə haqqını ödəməmişdir.
9. Cavabdehə qalan 12 ayın kirayə haqlarının ödənilməsi və müqavilə ilə nəzərdə tutulmuş 29,44 kv.m. qeyri-yaşayış sahəsinin təmirli şəkildə təhvil verilməsi barədə dəfələrlə şifahi deyilsə də, cavabdeh kirayə haqqını ödəməkdən boyun qaçırmışdır.
10. İddiaçı xx.xx.2021-ci il tarixdə pretenziya məktubu ilə cavabdehə müraciət edərək, müqavilə üzrə öhdəliklərini 3 gün müddətində icra etməsini cavabdehdən xahiş etmiş, lakin bu, heç bir nəticə verməmişdir. Cavabdeh müqavilə öhdəliklərini icra etməkdən qərəzli şəkildə boyun qaçırır.
11. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 387.2, 425.1, 439.3, 442, 445.1, 445.2.1, 445, 448.1 və 448.2-ci maddələrinə istinad etmişdir.
12. Cavabdehin nümayəndəsi iddiaya etiraz etmişdir. Etirazın dəlilləri: - müqavilədə tikintinin 30 ay müddətində həyata keçirilməsi kimi bir müddəa mövcud deyildir. Müqavilənin 2.2.3-cü yarımbəndində tikinti işlərinin 30 ay müddətinə qədər başa çatdıraraq görülməsi qeyd olunmuşdur. Tikintinin 30 ay müddətinə qədər başa çatdırılması dedikdə, 30 ayadək müddətdə icra olunmasını nəzərdə tutulur. Şirkət bu tikinti ilə bağlı müqavilələri 145 nəfər mülkiyyətçi ilə imzalamış və müqavilə şərtlərinə tam əməl etməklə icra etmişdir; - tikinti 2019-cu ilin sentyabr ayında tam yekunlaşmış, icra olunaraq həmin ilin sentyabr və oktyabr aylarında mülkiyyətçilərin tam istifadəsinə təhvil verilmiş və noyabr ayının əvvəlləri üzrə də mülkiyyətçilərin icra olunmuş işlərlə bağlı razılıqlarını bildirən təhvil aktları ilə sənədləşdirilmişdir; - iddiaçının qanunsuz pul əldə etmək istəyi ilə məhkəməni aldatmağa yönələn növbəti təhrifi isə ondan ibarətdir ki, guya ona ödəniş xx.xx.2019-cu il tarixədək həyata keçirilmişdir. Əvvəla, iddiaçı özü etiraf etmişdir ki, ona 18 ay üçün ödəniş həyata keçirilmişdir və guya ona ödənilməli olan əlavə 12 ay üçün də, yəni 21 may 2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək ödənilməlidir; - bu ödənişlər iddiaçının şirkətə təqdim etdiyi xx.xx.2017-ci il tarixli notarial təsdiq olunmuş etibarnamə əsasında iddiaçının qızı X1 ödənilmişdir. İşlər Pilot layihə çərçivəsində 18 ay ərzində tam yekunlaşmış, müqavilə öhdəliklərinin tərəfləri kimi mülkiyyətçilərin bütün xırda düzəlişlərlə bağlı təklifləri onların istifadəsinə verilmiş obyektlər üzrə dərhal aradan qaldırılaraq həmin ilin oktyabr ayı üzrə yekunlaşdırılmış və noyabr ayını n əvvəllərindən mülkiyyətçilərlə tam razılıqlı təhvil aktları tərtib edilmişdir; - iddiaçı hamı kimi tam təmirli obyektini 2019-cu ilin oktyabr ayında istismara qəbul etmək üçün müraciət etmək əvəzinə, hazırki iddianı qaldırmışdır.
13. Birinci instansiya məhkəməsinə cavabdeh tərəfindən hesabdan çıxarışı təqdim edilmişdir. Çıxarışa əsasən cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli 23/QY saylı müqaviləyə əsasən müəyyən aralıqlarla hər ay 1500 manat pul iddiaçının qızı Günay Cavadzadənin hesabına cəmi 27.000 manat pul köçürülmüşdür.
14. Birinci instansiya məhkəməsinə iddiaçının qızının binanın vəziyyəti ilə bağlı apardığı videoçəkilişlərin qeydə alındığı təqdim edilmişdir.
15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6528/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələ binin təmin edilməsi qət edilmişdir. (hakim Ramin Xəlilov)
16. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2018- ci il tarixli müqavilənin şərtlərinə görə cavabdeh hündürmərtəbəli binanın tikintisini 30 ay müddətinə həyata keçirərək, inşa edəcəyi binanın 2-ci mərtəbəsində, 17-20 sırasında, R-Q oxları əhatəsində (eni) 4,60, (uzunluğu) 6,0 metro olmaqla, 29,44 kv.m. təmirli (divarlar boya, döşəmə keramika) qeyri-yaşayış sahəsini iddiaçının mülkiyyətinə vermək, həmçinin tərəflər arasında bağlanmış müqaviləyə 1 saylı Əlavəyə əsasən cavabdeh iddiaçıya hər ay 1500 manat məbləğində kirayə haqqında kompensasiya ödəməsinə dair öhdəlik götürmüşdür. Cavabdeh tərəfindən 30 ay müddətində tikinti işləri başa çatdırılsa da, qeyri-yaşayış s ahəsi iddiaçıya təhvil verilməmişdir.
17. Birinci instansiya məhkəməsi qeyd edib ki, tərəflər arasında bağlanılmış müqaviləyə əsasən cavabdeh 30 ay müddətində tikinti işlərini başa çatdırıb, lakin qeyriyaşayış sahəsini iddiaçıya təhvil verməyib. Tərəflər arasında təhvil-təslim aktlarının olması, qeyri-yaşayış sahəsinin təhvil verilməsi ilə bağlı iddiaçıya məlumat verilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş təhvil-təslim aktlarından görünür ki, MMC digər mülkiyyətçilərlə onlara məxsus qeyri-yaşayış sahələrinin təhvil verilməsi barədə təhviltəslim aktları bağlamış, yalnız iddiaçı ilə bağlamamışdır. Əgər qeyd oluna hissə hazır olsaydı belə, qeyri-yaşayış sahəsinin hazır olması barədə iddiaçıya bu barədə hər hansı b ir məlumatın (telefon vasitəsi ilə, rəsmi məktub göndərilməklə və s) verilməsi də məhkəməyə cavabdeh tərəfindən təqdim edilməmişdir. Bu da onu sübut edir ki, həqiqətən də cavabdeh şirkət iddiaçıya qeyri-yaşayış sahəsini təhvil verməmişdir. Əmlak təhvil verilmədiyinə görə iddiaçının aylıq 1500 manat məbləği tələb etməyə hüququ yaranır.
18. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyindən, iddia tələbi müqavilə üzrə iddiaçıya xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək ödənilməmiş 18000 manat borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir.
19. Birinci instansiya məhkəməsinin mövqeyinə görə cavabdeh müqavilənin müddəti keçdikdən sonra borcun ödənilməsini gecikdirdiyindən və tərəflər arasında bağlanmış müqavilənin mü ddəti bitdikdən sonra əlavə faizlərin hesablanması müqavilədə nəzərdə tutulmadığından, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə pul tələb etməyə haqlıdır. Bu səbəbdən iddia tələbi gecikdirilmiş vaxt üçün illik 5 aiz dərəcəsi nəzərə alınmaqla 900 manat faiz borcun tutulması hissəsində də təmin edilməlidir.
20. Birinci instansiya məhkəməsinin iddia tələbinin 900 manat faiz hissəsi ilə bağlı onu da qeyd etmişdir ki, 18.000 manat məbləğ aylar üzrə hesablanmaqla ümumilikdə 18.000 etməsinə baxmayaraq, həmin müddət həmçinin 15.10. 2019-cu il tarixdən 24.09.2021-ci il müddətində əhatə etmişdir (iki ilə yaxın müddət). Lakin iddia tələbi yalnız 900 manat hissəsində olduğundan məhkəmə iddia tələbindən kənara çıxmasını əsassız hesab etmişdir.
21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 445.7, 442, 448.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayətinin dəlilləri: - iddiaçının məhkəmənin hazırlıq iclasında iştirakı təmin olunsa da, cavabdehin məhkəmənin hazırlıq iclasında iştirakı təmin olunmamışdır. xx.xx.2021-ci il tarixli məhkəmə işi barədə xx.xx.2021-ci il tarixdə məlumat əldə olunmuş və dərhal müvafiq etiraz ərizəsi ilkin sübutlarla birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmənin xx.xx.2021-ci il tarixli baxış iclasında ilk dəfə iştirak edən cavabdehin nümayəndəsinə iddiaçı tərəfin nümayəndəsi tərəfindən bildirilmişdir ki, iddialarının əsasını təşkil edən sübutları bu prosesdə (2-ci prosesdə) deyil, növbəti məhkəmə iclasında (3-cü prosesdə) təqdim ediləcəkdir (2 aya yaxın vaxt ərzində məhkəmədə iddiasına baxılan iddiaçı öz əsas sübutunu iştirak etdiyi 2 prosesdən birində təqdim etməli olduğu halda bunu etməmişdir). Bununla da məhkəməyə təqdim olunacaq sübutun ətraflı araşdırılmasını mümkünsüz etmiş və cavabdehin həmin sübuta münasibət bildirməsi imkanını ləğv etmişdir. Etirazlara baxmayaraq məhkəmə də bu qanunsuzluğa əhəmiyyət yetirməmişdir. 3-cü prosesdə CD disk şəkl ində təqdim olunan və məhkəmə tərəfindən səsi ümumiyyətlə eşidilməyən formada baxış keçirilən video görüntüdə əks olunan bir neçə işçinin təmir işlərini apardığı ərazinin iddiaçının obyektinə aid olub-olmaması, həmin video görüntüdə işlə bağlı nə danışılması, orada işləyən işçilərin kimliyinin müəyyən edilməsi, hansı zaman müddətində həmin hissədə iş aparmaları, video görüntüdə əks olunan obyektlərdən hansının iddiaçıya aid olması, video görüntüdə əks olunanlarla iddiaçının dedikləri arasında uyğunluğun olubolmaması və s. məsələlərin aydınlaşdırılması üçün məhkəmənin qısa müddətə təxirə salınması şifahi vəsatətlə xahiş olunsa da məhkəmə həmin vəsatəti qanunsuz olaraq təmin etməmişdir; - cavabdehin nümayəndəsi bu diskdə əks olunan ərazini, işçiləri və işləri, onların görülmə vaxtını və s. h alları aydınlaşdırmaq üçün mütləq tikinti şirkətinin məsul əməkdaşlarına göstərməli olduğunu bildirsə də hakim “məhkəmədən sonra özün diski əldə edib baxarsan və araşdırarsan” deməklə və cavabdeh tərəfin vəsatətini etməməklə həmin sübutun araşdırılmasının təminindən yayınmışdır. Bununla da xx.xx.2021-ci il tarixdə keçirilmiş həmin proses hakimin iddiaçı tərəfin təqdim etdiyi müəmmalı video görüntüyə səssiz rejimdə baxılması ilə tələm-tələsik yekunlaşdırmışdır; - məhkəmə cavabdehə sübutları məhkəməyə təqdim etmək üçün köməklik etməmişdir. Məhkəmə tərəfindən video görüntüyə səssiz rejimdə baxılması və onun cavabdehin aidiyyəti məsul şəxslərinə münasibət bildirilməsi üçün təqdim edilməməsi iddiaçının etiraf etdiyi faktlar barədə (obyektin iddianın əksinə olaraq Müqavilə şərtlərinə tam uyğun ş əkildə təhvil üçün hazır olması barədə) məqamların nəzərə alınmamasına səbəb olmuşdur. Fasiləsiz audio yazısının aparıldığının elan olunmasına baxmayaraq, məhkəmə həmin etirafla bağlı məqamları nəinki nəzərə almamış, eyni zamanda məhkəmə qətnaməsində də bu haqda heç bir söz belə əks etdirməmişdir; - iddiaçı 2019-cu ilin oktyabr ayından obyektinin müqavilə şərtlərinə tam uyğun şəkildə təhvilə hazır olması barədə dəfələrlə ona zənglər vurulmaqla və müraciət etdiyi dövlət orqanı vasitəsi ilə MMC tərəfindən məlumatlandırılsa da bu məqamı məhkəmədən gizlətmiş, yalandan bildirmişdir ki, belə məlumatlandırma heç vaxt olmamışdır. Məhkəmə bu məqamları aydınlaşdırmadan həmin məsələlərə dair sübutu təqdim etməyə imkan verməmişdir; - iddiaçının obyektin 2019-cu ilin oktyabr ayında guya ona təhvil veri lməməsi barədə yalanlarına dair cavabdehin nümayəndəsinin izahatlarına baxmayaraq məhkəmə iddiaçıya tikinti şirkətinə ünvanladığı pretenziya məktubunu niyə tikinti tam başa çatdıqdan 1 il 5 ay sonra göndərməsinin səbəbləri ilə maraqlanmamışdır. İddiaçı obyektinin təhvil götürülməsini istəsə idi ən azından hamı kimi 2019-cu ilin sentyabr-oktyabr aylarında şirkətə müraciət edərdi; - məhkəmə Müqavilə üzrə obyektin iddiaçıya tam təmirli deyil, qismən təmirli, yəni sadəcə divarının boyanması və döşəməsinə keramika döşənməsi şərti ilə təhvil verilməli olması faktına əhəmiyyət verməmişdir. Məhkəmə səhvən zənn etmişdir ki, guya cavabdeh obyekti tam təmir etməli idi və guya tam təmir etmədiyi üçün onu iddiaçı müştəri gətirməklə istifadə edə bilməmiş və təhvil götürməmişdir. Məhkəmə nəzərə almamışdı r ki, bütün digər qeyri-yaşayış sahələri mülkiyyətçilərinə təmirsiz təhvil verilmiş və bu barədə iddiaçının öz qonşuları ilə mütəmadi münasibəti nəticəsində məlumatlı olmuşdur. Digər qeyri-yaşayış sahələrinin təmirsiz təhvil verilməsi barədə aktlar işə əlavə olunmuşdur; - eyni zamanda Məhkəmə nəzərə almamışdır ki, iddiaçı müqavilədə nəzərdə tutulan qismən təmirdən əlavə olaraq obyektin tavanını, elektrik, santexnika işlərini və digər dekorasiya işlərini özü və öz vəsaiti hesabına həyata keçirməli və təmiri tamamlamalı idi. Tikinti şirkəti bu işləri də əlavə olaraq öz vəsaiti hesabına 2019-cu ilin oktyabr ayında həyata keçirsə də iddiaçı əsassız olaraq hazırki əsassız iddianı məhkəməyə təqdim etmişdir; - məhkəmə aydınlaşdırmamışdır ki, niyə sözügedən obyekt 2 il 3 aydır ki, təhvil üçün tam hazır olsa da indiyədək təhvil götürülməmişdir (cavabdehin nümayəndəsinin bu haqda müraciətinə baxmayaraq). Məhkəmə aydınlaşdırmamışdır ki, indiki zamanda belə sözügedən obyekt hansı səbəbdən istifadə olunmur. Obyektin istifadə olunmasının məhkəməyə hər hansı bir əsasla iddia tələbi irəli sürülməsinə maneçiliyi yoxdur; - məhkəmədə araşdırlmalı olan videogörüntüdəki hallara yalnız yekun məhkəmə qətnaməsi elan olunduqdan sonra CD diskdəki (qətnamənin elanından sonra cavabdehin nümayəndəsinin müraciətindən 10 gün sonra təqdim olunmuş CD diskdəki) görüntünün surətinə MMC-nin ofisində məsul əməkdaşların iştirakı ilə tanış olunarkən müəyyən edilmişdir ki, iddiaçının nümayəndəsi məhkəmədə təqdim etdiyi diskdə qeyd olunan faktların əksinə saxta dəlillər səsləndirmiş, məhkəmə bu saxtalığa əhəmiyy ət verməmiş və həmin saxta dəlilləri faktiki olaraq əsaslı hesab etmişdir. İddiaçının nümyəndəsinin özünün təqdim etdiyi (və faktiki etiraf etdiyi) videogörüntü sübutuna prosesdə səssiz rejimdə və tələm-tələsik baxıldığından, habelə həmin diskdəki görüntüyə dair münasibət bildirilməsi üçün cavabdeh tərəfə vaxt verilmədiyindən həmin sübutdakı aşağıdakı mühüm faktiki hallar aydınlaşdırılmamışdır: məhkəmə səssiz rejimdə və tələm-tələsik izlədiyindən saxta çəkiliş aparan şəxsin videogörüntüdə açıq-aşkar yalanlar danışmasına əhəmiyyət verməmişdir. - binanın Azadlıq prospekti tərəfdən 2-ci mərtəbəsinə qalxan giriş qapısını yalandan silkələyərək (halbuki itələdikdə qapı açılır) guya binanın Azadlıq prospekti tərəfindən 2-ci mərtəbəsinə qalxan giriş qapısının bağlı olması səbəbindən içəri daxil ol a bilməməsi barədə saxta çəkiliş səhnəciyinə hakim diqqət yetirməmişdir. Belə ki, hakim iddiaçıya sual verməklə araşdırmamışdır ki, axı necə olur ki, 2019- cu ilin sentyabr-oktyabr aylarında 10dan artıq obyekt sahibinin təhvil aldığı obyektlərə gedən vahid, ümumi giriş qapısı bağlı olsun və obyekt sahibləri, onların qohum-əqrəbaları, ustaları, qonaqları, müştəriləri obyektlərinə daxil ola bilməsinlər? Mümkündürmü ki, şirkət yuxarıda sadalanan şəxslərin öz obyektlərinə daxil olması üçün yeganə ümumi giriş qapısını bağlaya bilsin. Giriş qapısının gün ərzində bağlanılması halında obyekt sahiblərinin şikayətlərinin qarşısında hansı bir şirkət dayana bilər. İddiaçının bu gülünc dəlilinə məhkəmə əhəmiyyət verməmişdir; - məhkəmə işinə daxil edilmiş diskdəki “WhatsApp Video 2021-12-13 at 09.28.22. mp4” adlı video görüntüdəki saxta çəkiliş çəkən şəxsin qapını silkələməklə onu açmadan “bu gün mart ayının 14-dür, qapı bağlıdır, giriş bağlıdır”, deməsinə baxmayaraq, eyni şəxsin eyni gündə özünün içəridə necə rahatlıqla çəkiliş apara bilməsini, iddiaçının da içəridə pilləkən qəfəslərinin üstündə dayanaraq əvvəlcədən razılaşdırılmış mətn üzrə ona “Noldu bağlıdır?” sualını verə bilməsinə əhəmiyyət verməmişdir; - məhkəmə işinə daxil edilmiş diskdəki “WhatsApp Video 2021-12-13 at 09.28.22 (1).mp4” adlı video görüntünün: 7-ci saniyəsindən 25-ci saniyəsinədək əks olunan hissəsində obyektin iddiaçıya məxsus olmasına, həmin obyektin Müqavilə şərtlərindən də artıq yüksək səviyyədə təmirli olmasına və qapısının açıq olmasına baxmayaraq saxta çəkiliş aparan şəxsin “bu bizim yerdir, hələ təhvil veri lməyib, görürsünüz ki, hələ təmir işləri gedir sözlərini yalandan bildirməsinin iddianın əsassızlığının tam ifşa olunması ehtiva etməsinə əhəmiyyət verilməmişdir. Demək ki, iddiaçı məhz həmin videoda qeyd olunan vəziyyəti (Müqavilə şərtlərinə tam uyğun olaraq icra edilmiş vəziyyəti) təhvil üçün yetərli saymamışdır. Həmin video görüntünün 45-ci saniyəsində obyektə heç kimin müşayiəti olmadan rahatlıqla daxil olub obyektinin videosunu çəkə bilən şəxsə (halbuki yalandan deyirdiki, qapı bağlıdır, giriş bağlıdır) içəridəki pilləkənlərdə dayanmış iddiaçı əvvəlcədən əzbərlədilmiş, lakin tam yalan olduğundan videodakı real görüntülərə tam zidd olan mətnlə soruşur ki, “Noldu bağlıdır?” və bu suala əvvəlcədən razılaşdırılmış mətni təkrarlamalı olduğu üçün real video görüntü ilə tam zidd olan saxta cavabla (obyektin qapısının açıq olduğu halda) 2 dəfə təkrarən bildirirlir ki, “Hə bağlıdır”; - həmin video görüntüdə Müqavilə şərtlərinə uyğun olaraq təmirsiz təhvil verilməli olan digər qonşuluqda yerləşən obyektin çəkilişini aparan şəxs “2-ci mərtəbənin vəziyyətidir, amma buna baxmayaraq aylıq pulu ödəmirlər” deməsinə Məhkəmə əhəmiyyət verməmişdir. Məhkəmə nəzərə almamışdır ki, Şirkət 2-ci mərtəbədə olan obyektlərin mülkiyyətçilərinin hamısının öz obyektlərini tam təmir edəcəkləri günədək iddiaçıya kirayə ödənişi etmək öhdəliyini öz üzərinə götürməmişdir və ümumiyyətlə, Azərbaycanda belə bir gülünc öhdəlik təcrübəsi heç vaxt mövcud olmamışdır. İddiaçı tərəfin bu saxta dəlillərinə məhkəmə tərəfindən əhəmiyyət verilməmişdir; - məhkəmə cavabdeh tərəfə görüntüdə əks olunan saxta dəlillərə dair münasibət bildirmələri üçün şərait yaratmamışdır. Məhkəmə obyektin faktiki vəziyyətini əks etdirən şəkillərlə, video çəkilişdə əks olunan şəkillərə baxış keçirməmiş, müvafiq eyniləşdirmənin aparılması üçün obyektin şəkillərinin məhkəməyə təqdim olunmasına şərait yaratmamış və ümumiyyətlə, həmin çəkilişdə əks olunan iddiaçıya aid olan obyektin iddiaçının qeyd etdiyi kimi “təhvil üçün yararlı deyil” saxta dəlilinə tam zidd olan real görüntülər üzrə vəziyyətinin təsvirini aparmadan qanunsuz qətnamə qəbul etmişdir; - videoçəkilişdə iddiaçının obyektinin sağ küncündə yerdə olan işlənmiş rakivinanı (əl-üzyuyanı) 2019-cu ildə obyektə quraşdırlması xahişi ilə iddiaçının özü gətizdirmiş, lakin obyektində artıq yenisinin şirkətin vəsaiti hesabına qoyulmasını gördükdən sonra onu küncə qoydurara q çıxıb getmişdir. İddiaçıya mobil telefonlarına edilmiş çoxsaylı zənglər barədə məlumatlar araşdırılmamış, bu halın olmasını ehtiva edən Aktın təqdim olunmasına imkan verilməmiş, obyektinin təhvil üçün tam hazır olması ilə əlaqədar iddiaçı ilə dəflərlə söhbətlərin edilməsinə, bütün hallarda onun müqaviləni yanlış anlayaraq obyekti deyil, 18000 manat pulu tələb etməsinə, bununla bağlı çoxsaylı danışıqlarla bağlı iddiaçının 2020-ci ilin yay aylarında Nəsimi rayon İcra Hakimiyyətinə əsassız pul tələbi ilə bağlı müraciət etməsinə və həmin müraciətlə bağlı obyektin təhvilə tam hazır olması barəsində təkrarən Nəsimi rayon İcra Hakimiyyəti vasitəsi ilə iddiaçının məlumatlandırılmasına, buna baxmayaraq iddiaçının bütün hallarda obyektin hazır olmaması əsası ilə yalnız pul tələb etməklə obyekti tə hvil götürməkdən qərəzli olaraq yayınmasına əhəmiyyət verilməmişdir; - məhkəmə cavabdeh tərəfə qısa müddətlik vaxt verməməklə imkan verməmişdir ki, 75 yaşlı iddiaçının xəstə olması səbəbindən işləyə bilməməsi, dekabr ayından etibarən MMC-yə obyektinin hazır olması ilə əlaqədar dayandırılmış kirayə pulu ilə bağlı dəfələrlə şirkətə gəlib-getməsini təsdiq edən məktubun surətini məhkəməyə təqdim edə bilsin. Birinci instansiya məhkəməsi iddiaçının özünün məhkəməyə təqdim etdiyi videogörüntü sübutu üzrə açıq-aşkar yalan danışmasına, obyektinin videogörüntüsündəki vəziyyətini obyektin təhvil alınması üçün əsassız olaraq uyğun olmamasını bildirməsinə və bu səbəbdən də kirayə pulunun guya ödənilməsinin davam etdirilməsinin vacibliyini bildirməsinə, bu halların əksinin təsdiq edən sübutların olmasın a əhəmiyyət verməmiş və tam ifşa olunmuş bu halları sübut kimi müəyyən etməmişdir; - məhkəmə iddiaçının müqavilənin icra olunması müddəti barədə yanlış dəlillərini qismən yanlışlıqla təkrarlamaqla qətnamənin 6-cı səhifəsinin 4-cü abzasında qeyd etmişdir ki, tərəflər arasında bağlanılmış müqaviləyə əsasən cavabdeh 30 ay müddətində tikinti işləri başa çatdırıb, lakin qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməmişdir. Halbuki, Müqavilənin 2.2.3-cü yarımbəndində tikinti işlərinin 30 ay müddətində deyil, 30 ay müddətinə qədər” başa çatdıraraq görülməsi qeyd olunmuşdur. Və müqavilə şərtlərinə tam uyğun olaraq da MMC sözügedən tikintini 18 ay ərzində tam yekunlaşdırmışdır; - məhkəmə özü cavabdehə zəruri sənədləri məhkəməyə təqdim etmək üçün imkan vermədiyi halda (baxmayaraq ki, bu haqda vəsa tət olmuş və rədd olunmuşdur) əsassız olaraq qətnamənin 6-cı səhifəsinin 4-cü abzasında qeyd etmişdir ki, əgər qeyd olunan hissə hazır olsaydı da belə, qeyri-yaşayış sahəsinin hazır olması barədə iddiaçıya bu barədə hər hansı bir məlumatın (telefon vasitəsi ilə, rəsmi məktub göndərilməklə və s) verilməsi də məhkəməyə cavabdeh tərəfindən təqdim edilməmişdir. Halbuki, iddiaçının 18000 manat pul istəyi şikayəti ilə bağlı Nəsimi rayon İcra Hakimiyyətinə ünvanlanan MMC-nin məktubunun mətninə və tarixinə adi vizual baxış keçirdikdə müəyyən olunur ki, iddiaçı məhkəmənin qeyd etdiyi kimi heç də sözügedən obyektin təhvili üçün hazırlığı barədə məlumatsız olmamışdır; - cavabdeh tərəf iddianın əsassızlığına dair bir sıra rəsmi sübutları məhkəməyə təqdim etmişdir. Lakin məhkəmənin xx.xx.2021-ci il tar ixli iclasında cavabdeh tərəfin məsul əməkdaşlarına təqdim edilməklə ətraflı araşdırılması zəruri olan sübut təqdim edilsə də, həmin sübuta dair münasibət bildirilməsi üçün (həmin videogörüntü sübutu ilə əlaqədar yazılı izahatın verilməsi və mövcud rəsmi sübutların məhkəməyə təqdim olunması üçün) əlavə qısa müddətli vaxt verilməsi barədə cavabdehin nümayəndəsinin şifahi vəsatəti təmin olunmamışdır. Bununla da məhkəməyə təqdim olunmuş sübutun ətraflı araşdırılması mümkünsüz olmuşdur; - qeyd olunan dəlillə bağlı zəruri sübutların təqdim olunmasına dair cavabdehin nümayəndəsinin vəsatəti təmin olunmamış, aşağıdakı zəruri sübutların cavabdeh tərəfindən məhkəməyə təqdim olunmasına imkan verilməmişdir: qeyri-yaşayış sahələrinin mülkiyyətçilərə təhvil verilməsi barədə Aktın tarixinə və məzmunun a diqqət yetirdikdə müəyyən etmək olur ki, sözügedən obyektin müqavilə şərtlərinə tam uyğun olaraq vaxtında artıqlaması ilə təhvilə hazır vəziyyətdə olması və iddiaçının digər qeyri-yaşayış mülkiyyətçilərdən fərqli olaraq qərəzli mövqeyi Aktda qeyd olunmuşdur; - məhkəməyə təqdim olunan obyektin şəkillərindən (işə iddiaçı tərəfindən təqdim olunmuş obyektin çoxdan çəkilmiş videogörüntüsü ilə eyniləşdirildikdə) müəyyən olunur ki, obyekt müqavilə şərtlərinə uyğun şəkildə təhvil üçün tam hazır vəziyyətdə olmuşdur. Çox əvvəllər çəkilməsinə baxmayaraq obyektin videogörüntüsündəki təmir vəziyyəti indiki şəkillərlə müqayisədə eynidir (tavanda işıq spotlarının taxılmamasından başqa, hansı ki, ümumiyyətlə müqavilədə bu və digər işlərin görülməsi şirkətin öhdəliyi olmadığı halda şirkət bu işləri müştə rilərinin məmnuniyyəti naminə öz vəsaiti hesabına görmüşdür). Cavabdehin nümayəndəsinin yalnız xx.xx.2021-ci il tarixdə məlumat alan kimi dərhal müraciəti üzrə həmin iş üzrə nümayəndə qismində elektron məhkəmə sisteminə qeydiyyata alınmasının mümkünlüyü barədə sübutun məhkəməyə təqdim edilməsinə zərurət var (cavabdehin əvvəlki proses barədə məlumatsız olması ilə əlaqədar).
24. Cavabdeh tərəfindən apellyasiya instansiya məhkəməsinə Nəsimi rayon İcra Hakimiyyətinə ünvanladığı qeyri-yaşayış sahələrinin mülkiyyətçilərə təhvil verilməsi ilə bağlı 13 dekabr 2019-cu il tarixli akt və 21 avqust 2020-ci il tarixli məktub təqdim edilmişdir. Məktub və aktın məzmununa əsasən, iddiaçıya verilməsi nəzərdə tutulan qeyriyaşayış sahəsi tam təmir olunmuş və istifadəyə hazır vəziyyətdə gətirilmiş və istifadə üçün tam hazır vəziyyətdədir, bu barədə İddiaçı məlumat verilsə də iddiaçı təklif və dəvətlərə münasibət bildirməmişdir.
25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1988/2022 nömrəli, 16 mart 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Şeyda Məhərrəmova (sədrlik edən və məruzəçi), Rəşad Həsənov, Məmməd Məmmədov)
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmiş və qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş video görüntülərdən (disk-çəkiliş 2020-ci ilin mart ayında aparılmışdır) aydın görünür ki, tərəflər arasında bağlanmış müqavilə ilə iddiaçıya verilməsi nəzərdə tutulan qeyri-yaşayı ş sahəsi, binanın ikinci mərtəbəsində yerləşir, həmin mərtəbəyə daxil olarkən iddiaçıya verilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsinin yerləşdiyi dəhliz istifadəyə hazır vəziyyətdə olmamışdır. Başqa sözlə, ünvan 1ünvanda "xxxx" MMC tərəfindən inşa edilmiş binanın 2-ci mərtəbəsində iddiaçının mülkiyyətinə ayrılmış müqavilədə nəzərdə tutulmuş qaydada təmir edimiş (divarlar boya, döşəmə keramika) qeyri-yaşayış sahəsi istifadə üçün yararlı vəziyyətə gətirilməmişdir. Belə ki, həmin sahənin yerləşdiyi dəhliz yarımçıq təmirli olmaqla istifadəyə tam yararlı vəziyyətə gətirilməmiş, bu isə o deməkdir ki, iddiaçının ona ayrılmış qeyri-yaşayış sahəsindən istifadəsinə məhdudiyyət mövcuddur. Bu vəziyyətdə sahədən iddiaçı nə özü sahibkarlıq fəaliyyətilə məşğul olub istifadə edə bilər, eləcə də onun ic arəyə verilməsi əngəl yaradar.
27. Apellyasiya instansiyası məhkəməsinin mpvqeyinə görə binanın istismarına icazə verilməsi məhz həmin sahədən istifadənin mümkünlüyü anlamıma gəlmir. Belə olan halda sahənin vizual cəhətdən müqavilədə göstərilən şərtlərə uyğun hala gətirilməsi görüntüsü yaradılsa da, iddiaçının ondan istifadə edə bilməməsi səbəbindən cavabdeh tərəfindən qalan vəsaitin ödənilməməsi müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsi kimi qiymətləndirilərək hesab edilməlidir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunma sı barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
29. Cavabdeh kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. İddiaçı etirazında göstərib: - cavabdeh birinci instansiya məhkəməsini yalnız ilk iclasında iştirak etməyib, qalan bütün iclaslarında iştirak edib. Mübahisənin mahiyyəti tam şəkildə cavabdehə məlum idi və etirazının əsasını təşkil edən sübutları məhkəməyə təqdim etmək üçün cavabdehin kifayət qədər vaxtı olub. Lakin cavabdeh öz hüququndan istifadə etməyib; - daha sonra cavabdeh apellyasiya məhkəməsində vəsatət verərək iddiaçının ünvanını guya tapa bilmədiyi üçün Nəsimi rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Halbuki iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədə iddiaçını etibarnamə üzrə təmsil edən qızının ünvanı (eyni zamanda etibarnamədə) qeyd edilib. Qeyri-yaşayış sahəsi tam işlək vəziyyətə uyğun hazır idisə iddiaçını təmsil edən qızının ünvanına təhviltəslim barədə bildiriş göndərilə bilərdi. Buna görə də apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən vəsatəti haqlı olaraq rədd etmişdir; - cavabdeh kassasiya şikayətində iddiaçı tərəfindən təqdim edilmiş videogörüntü barədə qeyd edərkən bildirmişdir ki, iddiaçı rahat şəkildə qeyr-yaşayış sahəsinə daxil olur. Halbuki videogörünütüdən də görünür ki, binanın həm 1-ci, həm də 2-ci mərtəbəsində təmir işləri gedir, hər yer suvaqlı, natəmiz şəkildədir, kommunikasiya və kommunal xətlər çəkilməmişdir. Bu da o deməkdir ki, cavabdeh müqavilə öhdəliyini tam yerinə ye tirmədən müqavilədə nəzərdə tutulmuş aylıq ödənişləri qanunsuz olaraq dayandırmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdi yi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1 Bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 445.7 Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çı xış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydın laşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bi lər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadınıqismən ləğv edə və yatamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübə sinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad ed ilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
32. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.
33. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlib, kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə tam qiymət verib.
36. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə tərəflər arasında bağlanmış xx.xx.2018- ci il tarixli müqavilənin şərtlərinə görə cavabdeh hündürmərtəbəli binanın tikintisini 30 ay müddətinə həyata keçirərək, inşa edəcəyi binanın 2-ci mərtəbəsində, 17-20 sırasında, R-Q oxları əhatəsində (eni) 4,60, (uzunluğu) 6,0 metro olmaqla, 29,44 kv.m. təmirli (divarlar boya, döşəmə keramika) qeyri-yaşayış sahəsini iddiaçının mülkiyyətinə vermək, həmçini n tərəflər arasında bağlanmış müqaviləyə 1 saylı Əlavəyə əsasən cavabdeh iddiaçıya hər ay 1500 manat məbləğində kirayə haqqında kompensasiya ödəməsinə dair öhdəlik götürmüş, lakin 30 ay müddətində tikinti işləri başa çatdırılsa da, qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilməmişdir. Tərəflər arasında təhviltəslim aktlarının olması, qeyri-yaşayış sahəsinin təhvil verilməsi ilə bağlı iddiaçıya məlumat verilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.
37. Göründüyü kimi, işə mahiyyəti üzrə baxan məhkəmə instansiyalarında iddia tələbinin tam təmin edilməsinə əsas verən hallar müəyyən edilib, cavabdeh isə iddianın rədd edilməsinə yönələn etirazının əsası kimi istinad etdiyi hallar baraədə – qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsini, obyekti təhv il alması ilə bağlı iddiaçıya məlumat verilməsi – hər hansı bir sübut təqdim edilməmişdir. İşə mahiyyəti üzrə baxan məhkəmələrdə hətta müəyyən edilib ki, cavabdeh digər mülkiyyətçilərlə onlara məxsus qeyri-yaşayış sahələrinin təhvil verilməsi barədə təhvil-təslim aktları bağlasa da, yalnız iddiaçı ilə belə akt bağlanmamışdır.
38. Məhkəmə kollegiyası da qeyd edir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları, cavabdeh isə iddiaya etirazının əsası kimi istinad etdiyi halları sübut etmək həmin öhdəliyi daşıyır. Ümumiyyətlə, mülki prosessual qanunvericiliyin tələbi, mülki mühakimə icraatının prinsipi olaraq istənilən iddianın təmin və ya rədd edilməsi bir qayda olaraq tərəflərin (istər tələbin, istərsə də etirazın) istinad etdiyi halların sübut edilməsindən asılıdır.
39. İşdən görünü r ki, cavabdeh etirazının əsası kimi istinad etdiyi hallara dair sübut təqdim etməmiş, etirazını əsasən iddiaçının təqdim etdiyi videogörüntü üzərində qurmuşdur. Halbuki məhkəmələr iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticəni təkcə videogörüntü ilə deyil, həm də qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi, obyekti təhvil alması ilə bağlı iddiaçıya məlumat verilməsinə dair cavabdehin sübut təqdim etməməsinə istinadla əsaslandırıblar.
40. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" MMC-nin kassasiya şikayəti t əmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1988/2022 nömrəli, 16 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.