Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3924/2020 19.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator Cavabdeh2, İddiaçı, cavabdeh XXXoğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 və XXX qızının kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(060)-2858/2018, hakim İ.A.Məmmədov) İ ddiaçı XXXoğlu, XXX qızı, Cavabdeh2, Cavabdeh4 XXX qızı və Cavabdeh5 XXX qızına qarşı iddiası qismən təmin edilmiş, XXXoğlunun XXXdən istifadə hüququnun itirilmiş hesab edilməsi, XXXoğlunun, XXX qızının və Cavabdeh2 XXXdən çıxarılması qət edilmiş, XXXoğlu, XXX qızı, Cavabdeh2, Cavabdeh4 XXX qızı, Cavabdeh5 XXX qızı, X9, X17, X12 və X10 İddiaçı, X13, X4, Sumqayıt şəhər 6 saylı X20 və Sumqayıt şəhər 4 saylı X7rşı əqdlərin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(105)-1318/2019, hakimlər F.Ə.Məmmədov, L.M.Məmmədova və S.A.Qafari) XXX qızının, Cavabdeh2, X5, X6 və X10 apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, ilkin iddia qismən təmin edilmiş, XXXoğlunun XXXdən - yeni qaydalarla Sumqayıt şəhəri, Sverdlov küçəsi 41, M1, m4-dən istifadə hüququnun itirilmiş hesab edilməsi qət edilmiş, ilkin iddia tələbi qalan hissədə və qarşılıqlı iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (iş № 2(102)-7985/2019, hakimlər İ.K.Dəmirov, AƏ.İsgəndərov, Ə.A.Əhmədov) İddiaçı kassasiya şikayəti təmin edilmiş, XXXoğlunun kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019cu il tarixli qətnaməsi ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Ap ellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (iş № 2(105)-1318/2019, hakimlər Ş.R.Abasov, A.Ə.Abbasov, T.Q.Məmmədov) XXX qızının, Cavabdeh2, X5, X6 və X10 apellyasiya şikayəti mənzildən çıxarılmaya aid hissədə təmin edilməmiş, qətnamə XXX qızının, Cavabdeh2, X5, X6 və X10 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh2 və XXX verdiyi kassasiya şikayətində qətnamənin mənzildən çıxarılma hissəsində ləğv edilib iddianın həmin hissədə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: XXX qızı XXXi XXXoğluna bağışlamışdır. xx xxxx 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, XXXoğlu həmin mənzili X1 və həmin əmlak sonuncunun adına daşınmaz əmlakın dövlət reyestr ində qeydiyyata alınmışdır xx xxxxxx 2017-ci il tarixdə X13 həmin mənzili İddiaçı satmışdır. İddiaçı xx xxxxxx 2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh XXXoğlunun ona məxsus olan və XXXdən istifadə hüququnun itirilmiş hesab edilməsi, cavabdehlər XXXoğlunun, XXX qızının, Cavabdeh2, Cavabdeh4 XXX qızının və Cavabdeh5 XXX qızının XXXdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. XXXoğlu, XXX qızı, Cavabdeh2, Cavabdeh4 XXX qızı, Cavabdeh5 XXX qızı, X9, X17, X12 və X2 Emilya Polad qızına, X8, X3, Sumqayıt şəhər 6 saylı X15 və Sumqayıt şəhər 4 saylı X7rşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına dair onların adından etibarnamə ilə çıxış edən X4 ilə X13 arasında olan Sumqayıt şəhər 6 saylı Notariat Kontorunda təsdiq edilmiş xx xxxx 2016-cı il tarixli alqısatqı müqaviləsinin və X13 ilə İddiaçı arasında olan Sumqayıt şəhəri 4 saylı X11 təsdiq edilmiş xx xxxxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara, o cümlədən tərəflər arasında həqiqi alqı-satqı müqaviləsinin bağlanmamasına düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassator, iddiaçı və cavabdeh vəkilsiz iştirak etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Həmin Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşin halları ilə müəyyən ed ilir ki, X16 Həsi oğlu xx xxxx 2016-ci il tarixli etibarnamə ilə 2 ay müddətinə bütün əmlakını idarə etməyi, qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən, almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək və sair digər hərəkətlərin edilməsini X3 etibar etmişdir. Həmin etibarnamə əsasında mənzil əvvəlcə Sevinc Bağışovaya, daha sonra isə Sevinc Bağışova tərəfindən İddiaçı satılmışdır. Mənzil İddiaçı satılarkən XXX Quliyev yazılı ərizə verərək mənzilin Sevinc Bağışovaya məxsusluğunu, gələcəkdə heç bir tələb və iddiasının olmayacağını göstərmiş, alqı-satqı müqaviləsi imzalandığı tarixdən müqavilədə qeyd olunmş tarixə qədər qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı mübahisəli mənzilin tam dəyərini ödəməklə yüksüz ş əkildə əldə edərək mülkiyyətinə keçirmişdir. Apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli mənzilə mülkiyyət hüququ əldə etsə də, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mülkiyyətində olan mənzildən istifadə etmək və sair hüquqlarından məhrum olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, kassatorlar mübahisəli yaşayış sahəsində heç bir hüquqi əsas olmadan yaşamaqla iddiaçının mənzil üzərində qanunla qorunan mülkiyyət hüququnu məhdudlaşdırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işüzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərəəsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3924/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3924/2020
19.08.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver