Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3924/2025 19.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı xxxin cavabdeh "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinə (Azərbaycan Respublikasının Mərkəzi Bankı üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRAR Açar sözlər: məhkəmə aidiyyəti, mübahisənin ümumi məhkəməyə aid olması Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu və İnzibati Kollegiyasının hakimi Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, iddiaçı xxx cavabdeh "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinə qarşı “istiqrazlar üzrə pul borcun və faizlərin tutulması” tələbi barədə işə dair Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli 2(004)-5337/2025 nömrəli qərardadından cavabdehin şikayətinə 19 dekabr 2025-ci ildə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xxx (bundan sonra “iddiaçı”) ilə "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti (bundan sonra “cavabdeh”) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 377 №li, xx.xx.2020-ci il tarixli, 378№li, xx.xx.2020-ci il tarixli, 374№li və xx.xx.2021-ci il tarixli, 392№li “X1-Satqı haqqında Müqavilə”lər (birlikdə “Müqavilələr”) üzrə iddiaçı cavabdehin emissiya etdiyi istiqrazları (Qiymətli kağızların buraxılışının qeydiyyat № AZ**********; AZ**********; AZ**********;) almışdır.
2. Mübahisə həmin istiqrazlar üzrə borcun ödənilməsi ilə bağlı yaranıb. Birinci instansiya məhkəməsind ə icraat
3. İddiaçı iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ******* manat borcun, 144800 manat hesablanmış faizlərin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 3544 manat dövlət rüsumunun, ümumilikdə ******* manatın iddiaçnın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılıb ki, cavabdeh istiqrazlar üzrə üzrə öhdəliklərini pozaraq hesablanmış faizləri vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçı ilə cavabdeh arasındakı 2024-cü ilin oktyabr ayındakı razılaşma əsasında cavabdeh 7.673.000,00 manat borcundan 2.310.000,00 manat vəsaiti hər ay 330.000,00 manat ödəməklə qaytarmış olsa da, 2025-ci ilin iyun ayından etibarən aylıq 330.000,00 manat ödənişləri icra etmir və 2025-ci ilin iyul və avqust ayları üç ün istiqrazlar üzrə hesablanmış və ödənilməli olan aylıq 72.400,00 manat olmaqla 144.800 (yüz qırx dörd min səkkiz yüz) manat faiz borcunu iddiaçıya ödəyə bilmir. İstiqrazlar üzrə qalıq borc isə hazırda 5.363.000,00 (beş milyon üç yüzaltmış üç min) manat təşkil edir. İddia ərizəsinə əlavə olunan, Mərkəzi Banka ünvanlanmış xx.xx.2025-ci il tarixli BKT-28/2-13/2025 №li məktubunda cavabdeh yuxarıda qeyd olunan faktları özü də təsdiq etmişdir. İddiaçının dəfələrlə şifahi və yazılı müraciətlərinə baxmayaraq, cavabdeh öhdəliklərini icra etmir və borcunu iddiaçıya ödəmir. İstiqrazlar üzrə aylıq faizləri cavabdeh iddiaçıya ödəmədiyi üçün 7.673.000,00 manat vəsaiti aylıq 479.000,00 manat olmaqla vaxtından əvvəl geri qaytarmaq tələbi ilə iddiaçının cavabdehə ünvanladığı xx.xx.2025 tarixli müraciətin ə cavab məktubunda cavabdeh hər ayın 3-də iddiaçıya 330.000,00 manat ödəməyi, sonuncu ödənişi isə xx.xx.2026-cı il tarixdə 2.723.000,00 manat olmaqla icra etməyi iddiaçıya vəd etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə eyni məzmunda Mərkəzi Banka BKT-28/213/2025 №li məktub ünvanlamış və iddiaçı ilə razılaşmaya uyğun olaraq 2025- ci ilin iyun ayına qədər vədini yerinə yetirmiş və hər ay iddiaçıya 330.000,00 manatı ödəmişdir. Cavabdeh 2024-cü ili 3 milyon 173 min manat xalis zərər ilə başa vurub. Cavabdehin maliyyə hesabatına əsasən, 31 dekabr 2024-cü il tarixində cavabdehin yığılmış zərəri 7 milyon 115 min manata çatıb ki, bu da cavabdehin 5 milyon 355 min manat olan nizamnamə kapitalından 1 milyon 760 min manat çoxdur və kapitalı mənfiyə düşüb. 5.Cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 vəsa tət verərək, işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. 6.Məhkəmə baxşında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 vəsatətə etiraz edərək, məhkəmədən onun təmin edilməməsini xahiş etmişdir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5337/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdehin nümayəndəsinin “işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə dair” vəsatəti təmin edilməmişdir (hakim Kərim Xudayev).
8. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məlumat əsasında müəyyən etmişdir ki, dövlət reyestrində iddiaçının hər hansı hüquqi şəxsin rəhbəri və hüquqi şəxs yaratmadan sahibkarlıq fə aliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olması barədə məlumat mövcud deyildir. Reyestrdə iddiaçının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) təsisçisi olması barədə məlumat mövcuddur.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin hallarına görə reyestrdə iddiaçının hər hansı hüquqi şəxsin rəhbəri və hüquqi şəxs yaratmadan sahibkarlıq ilə məşğul olan fiziki şəxs qismində uçotda olması barədə məlumat mövcud deyildir. Yəni müqavilələr üzrə tərəflər arasında yaranmış hüquq münasibətləri mülki hüquqi xarakter daşıyaraq mövcud mübahisə sahibkarlıq fəliyyətindən irəli gəlmir. İddia ərizəsinin məzmunundan da göründüyü kimi iddiaçı öz xeyrinə cavabdehdən ******* manat borcun, 144800 manat hesablanmış faizlərin və iddia ərizəsinin verilməsi üçün tərəfindən ödənilmiş 3544 manat dövlət rüsumunun, ümumilikdə ******* manat pulun tutulmasını xahiş edir. İddia tələbi mahiyyət etibarilə kommersiya xarakterli olmamaqla, mülki müqavilə münasibətlərindən irəli gəlir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 24.2, 26.1, 31.1, 32.4 və 32.7-ci maddələrinə istinadla əsaslandırmışdır. Şikayətin dəlilləri
11. Cavabdeh (Vəkil2) şikayəti verərək, qərardadın ləğv və iddianın Bakı Kommersiya Məhkəməsində baxılmasının təmin edilməsini xahiş etmişdir.
12. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflərin hər ikisi sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Belə ki, iş materiallarında olan Dövlət Vergi Xidmətinin sorğuya cavab məktubundan müəyyən ed ilir ki, iddiaçı “Techno Tikinti Təchizat" MMC-nin və "xxxx" ASCnin təsisçisidir. Vergi orqanının məktubunda iddiaçının hər hansı hüquqi şəxsin rəhbəri və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olması barədə məlumatın mövcud olmaması qeyd edilsə də, bu məlumat iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı qənaətinə gəlməyə əsas vermir. Məktubdan göründüyü kimi iddiaçı iki müəssisənin təsisçisidir və hər iki hüquqi şəxs vergi ödəyicisi kimi qeydiyyata alınmaqla onlara VÖEN nömrələri verilmişdir.
13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5337/2025 nömrəli, 01 dekabr 2025-ci il tarixli qərardadı ilə şikayət baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlillə ri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60 (İ). Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
62. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
15. İşlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 13.2.37. Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir; Maddə 33.1. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər, olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır; Maddə 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işl ər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərind ə nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Maddə 44.2.2. İş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Maddə 403-1.1. İşdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Maddə 403-1.2. Kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Maddə 403-1.6. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır.[576] Maddə 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyy ətinə dair mübahisələr üzrə şikayətə baxarkən: işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər; işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, ərizəni yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı “Azərbaycan Respubli kası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. … Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanunimaraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks h alda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. … Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir.” Azərbaycan R espublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarı 10-cu bənd. 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imk an verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur; 11-ci bənd. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibini n, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır; 13-cü bənd. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir; 15-ci bənd. Məhkəmələrə həmçinin izah edilir ki, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. 26-cı bənd. Nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya müb ahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. 27-ci bənd. Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əs asən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkar lıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26-cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir.
16. İşin müəyyən edilmiş hallarına əsasən iddiaçı vergi ödəyicisi deyil.
17. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir.
18. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin, Plenum Qərarının 10 və 11-ci bəndləri nin əlaqəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisənin kommersiya məhkəməsinin aidiyyətində olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmalıdır.
19. Məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlilləri üzrə izah edir ki, yuxarıda qeyd olunan hər üç şərt birlikdə mövcud olduqda münasibətlər sahibkarlıq münasibətlərindən əmələ gələn münasibət hesab olunur. 1-ci şərtlə bağlı qeyd edilməlidir ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müqavilə tərəfi olmuş iddiaçının fiziki şəxs qismində kommersiya subyekti (fərdi sahibkar) olması müəyyən edilməmişdir. Həmçinin, vəsatət verən cavabdehin nümayəndəsi (vəkili) də istər münasibətlərin yarandığı vaxt, istərsə də hazırda cavabdehin kommersiya subyekti olması barədə hər hansı sənəd, sübut və ya materialı məhkəməyə təqdim etməmişdir. Deməli, hüquqi qiymətləndirmə üzrə 1-ci test təsdiqini tapmamışdır. Odur ki, digər 2 (iki) testin yoxlanılmasına hüquqi zərurət yoxdur.
20. Hazırki mübahisədə iddiaçının vergi ödəyicisi olması müəyyən edilməyib, belə olan halda, mübahisə MPM-in 24.2, 26-cı maddələrinin tələbinə görə kommersiya mübahisəsi kimi xarakterizə edilə bilməz.
21. Həmçinin Ali Məhkəmənin Plenumunun xx.xx.2020-ci il tarixli 10 nömrəli qərarının 27-ci bəndində də bununla bağlı ayrıca hüquqi izah verilmişdir.
22. Şikayətin dəlilləri – iddiaçının 2 hüquqi şəxsin təsisçisi olduğu üçün mübahisənin də kommersiya məhkəməsinə aid olması – əsassızdır. Belə k i, iddiaçı cavabdehlə müqaviləni sahibkarlıq fəaliyyəti məşğul olmayan fiziki şəxs kimi imzalayıb, iddia da həmin müqavilə üzrə öhdəliklərin icrası barədədir. İddiaçının başqa hüquqi şəxslərin təsisçisi olması hazırkı işin məhkəmə aidiyyətini dəyişməyə əsas vermir.
23. Beləliklə, məhkəmə tərkibi belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin işin məhkəmə aidiyyəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərilməməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuşdur. Buna görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır.
24. Yuxarıda şərh edilənləri və Mülki Prosessual Məcəllənin 403-1.8.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabde hin vəkili və nümayəndəsi Vəkil2 şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli 2(004)-5337/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.