Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3925/2023 16.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3925/2023 (Açar sözlər: behin və vurulmuş zərərin ödənilməsi tələbi, iddia müddətinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X4 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh oğluna qarşı “behin və vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)3731/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən verilmiş k assasiya şikayətinə 16 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyesrtindən Seriya MH, № ******* saylı Çıxarışa əsasən, 46,8 kv.m. ümumi sahəsi olan Bakı şəhəri Səbail rayonu Xaqani küçəsi 20 saylı evin 6 nömrəli 2 otaqlı mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 475 nömrəli reyestr kitabının 43876 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır.
2. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08 avqust 2016-cı il tarixli beh müqaviləsinə əsasən, Beh alan Cavabdeh ona məxsus olan Bakı şəhəri, Səbail rayonu Xaqani küçəsi 20 saylı evin 6 nömrəli mənzilini 95.000 manata Beh verən İddiaçı satmağı öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndində tərəflər həmçinin mənzilin alqısatqısının Beh verənin adına köçürülməsinin 28 avqust 2016-cı il tarixdən gec olmayaraq rəsmiləşdirilməsi və mənzili ona təhvil verməsi, bu məqsədlə Beh verənin Beh alana 500 (beş yüz) ABŞ dolları məbləğində beh verməsi, Beh alanın isə həmin məbləği qəbul edib, yuxarıda göstərilən məbləği alqı-satqının notariusda qeydiyyatı zamanı eyni valyutada Beh verənə qaytarması, əgər bu müqavilənin 1 və 2-ci bəndlərində göstərilən şərtlər Beh alanın təqsirindən pozularsa, sənədlərdə və mülkiyyət/pay hüququnda problem aşkar olunsa, Beh alanın Beh verənə behin iki mislini ödəməyi öhdəsinə götürməsi barədə razılığa gəlmişlər.
3. Bakı şəhəri 2 sa ylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq olunmuş Daşınmaz əmlakın 21 avqust 2016-cı il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri Səbail rayonu Xaqani küçəsindəki 20 saylı evin 6 nömrəli mənzili Cavabdeh tərəfindən X2 50.000 (əlli min) manata satılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı Cavabdeh oğluna qarşı “behin və vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən onun xeyrinə beh məbləğinin iki qat həcmdə, yəni 1.000 ABŞ dolları məbləğində, məhkəmə xərcləri, həmçinin qərarın çıxarıldığı gün göstərilən hesablamaya uyğun olaraq zərərin əvəzinin tam həcmdə tutulması barədə qətnam ə qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini işin yuxarıda qeyd olunan hallarına uyğun olaraq onunla əsaslandırmışdır ki, cavabdeh mənzilin satılması ilə bağlı mətbuatda elan vermişdir. Buna cavab olaraq o, mənzilə baxmış, sənədləri nəzərdən keçirmiş, cavabdehin şərtlərini müzakirə edərək, almaq istəyini (oferta) bildirmiş və cavabdeh bu əmlakı ona satmağa razılaşmışdır (aksept). Onunla cavabdeh arasında daşınmaz əmlakın alğı-satqısı və daşınmaz əmlakın alğı-satqısını təmin etmək üçün girov qoyulması haqqında ilkin müqavilə bağlanmışdır. Müqaviləyə satıcının öhdəlikləri (aksept), dövlət reyestrindən mülkiyyət hüququ çıxarışının surəti və mənzildə alıcıya təhvil verilmiş əşyaların siyahısı əlavə olunmuşdur. 500 ABŞ dolları məbləğində beh onun tərəfindən həmin gün, avqustun 8-də öd ənilmişdir. Bunu cavabdehin əlyazma qəbzi və müqavilənin 2-ci bəndi sübut edir. O, əvvəlcədən (17 avqust) cavabdehə notariat kontorunda daşınmaz əmlakın alğı-satqısı müqaviləsini rəsmiləşdirmək dəvəti ilə məktub göndərmiş, lakin telefonla cavabdeh xaricdə - Türkiyədə olduğunu bildirmiş, mənzili satmaq fikrini dəyişdiyini və onu kiməsə kirayə verəcəyini demişdir. O, cavabdehə Türkiyədən qayıtdıqdan sonra müqaviləni qeydiyyata almaq üçün əlavə vaxt təklif etmiş, lakin cavabdeh belə qərarın səbəbini izah etmədən satışa razılıq verməmişdir. O, müqaviləyə və Mülki Məcəllənin 492-ci maddəsinə uyğun olaraq behin qaytarılmasını tələb etsə də, cavabdeh cavab verməkdən imtina etmişdir. O, bir neçə gündən sonra həmin əmlakın ünvanına gələrək orada bu mənzili kirayəyə götürdüyünü bildirən bir kişi ilə rastlaşmışdır. O, cavabdehə bir neçə dəfə zəng edib. Bu barədə bildirişlə (məhkəməyə təqdim ediləcək) səs yazısı var. Cavabdeh borcun ödənilməsi tələbinə məhəl qoymayaraq hədə-qorxu gələrək təhqiramiz ifadələr işlətmişdir. O, qanunla nəzərdə tutulmuş məsuliyyəti izah edərək öhdəliyin yerinə yetirilməsi üçün maksimum vaxt vermiş, lakin cavabdeh öz mövqeyini dəyişməmiş, öhdəliklərin icrasından yayınmış və tezliklə mənzili başqasına satmışdır. Cavabdehin vicdansız davranışı və mənzilin satışını başa çatdırmaqdan və beh məbləğini ikiqat ödəməkdən bilərəkdən imtina etmiş, nəticədə ona zərər dəymişdir. Belə ki, o, mənzilin qiymətləndirilməsi, layihələndirilməsi və dizaynı üçün xüsusi olaraq İrandan gələn memarlıq ekspertinin səyahət və viza xərclərini ödəmişdir və cavabdeh tərəfindən alğı-sat qının qeydiyyatı tarixini təxirə salması səbəbindən iki dəfə viza və yeni aviabilet almaq məcbriyyətində qalmışdır (sübut əlavə olunur). Bundan əlavə, o, satın aldığı mənzilin kirayəsindən də fayda alacağını gözləyirdi. Kirayədən əldə olunan fayda, habelə beh məbləğini bank depozitinə qoymaqla (faiz dərəcəsinin sübutu əlavə olunur) əlavə mənfəət əldə edə bilərdi. Ona görə də, cavabdehin təqsiri üzündən bu fayda əldən çıxmışdır. Şəhərin tam mərkəzində Sahil metrosunun yanında və inkişaf etmiş infrastrukturu olan ərazi nəzərə alınmaqla belə mənzilin kirayəsi üçün ağlabatan qiymət ayda 750 manatdır (qiymət sübutu əlavə olunur). O, özü üçün mənzil kirayə götürməli olmuşdur. Çünki evin yaxınlığında yerləşən mənzilə köçmək ümidi ilə şəxsi mənzilində əsaslı təmir işlərinə başlanılmışdır (mənzilin kirayəyə götürülməsi sübutu əlavə olunur). Tələb edilən zərərin hesablanması aşağıdakı qaydadadır: - 280 manat x 6 aylıq kirayə ödənişi = 1.680 manat; - 3 aviabilet = 87,32 manat + 194,57 manat + 104,95 ABŞ dolları; - 2 viza = 70 + 70 = 140 manat; 1.000 ABŞ dolları beh üzrə 7,75 % (Mərkəzi Bankın uçot dərəcəsi) x 6 il = 465 ABŞ dolları; - 1.000 ABŞ dolları beh üzrə 9,25 % (Mərkəzi Bankın uçot dərəcəsi ilə faktiki 17 % bank depoziti arasındakı fərq) = 555 ABŞ dolları. - 750 manat (2017-ci ilin mart ayından başlayaraq aylıq kirayə haqqı) x 66 ay = 49.500 manat; - 9.000 manat (illik kirayə haqqı) x 17 % x 5 il = 7.650 manat. Toplam: real zərər: (2.101,89 manat + 104,95 ABŞ dolları + 465 ABŞ dolları) = 2.101,89 manat + 569,95 ABŞ dolları (968,92 manat); itirilmiş mənfəət (əldən çıxmış fayda): 57.150 manat + 555 ABŞ dolları - 500 ABŞ dolları (beh məbləği) = 57.150 manat + 55 ABŞ dolları (93,50 manat).
6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq yazılı izahat təqdim edərək bildirmişdir ki, iddia ərizəsində qeyd edilən bəzi hadisələr xronoloji ardıcıllıqla təsvir edilməmişdir. Belə ki, bəzi hadisələr ona iddia ərizəsinin hazırlanması və məhkəmə gedişatı zamanı məlum olmuşdur. Cavabdeh tərəfindən mənzilin xx.xx.2016-cı il tarixində satılması faktı və onun behi və digər zərəri ödəməyə razı olmaması. Əgər mənzil onunla cavabdeh arasında alğı-satqı müqaviləsinin bağlanmasından sonra müqavilənin qüvvədə olduğu vaxt ərzində satılmışdırsa ona alıcı kimi öhdəliyin yerinə yetirilməməsi il ə əlaqədar yalnız iddia ərizəsi ilə müraciət etmək qalır. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür (Mülki Məcəllənin 646-cı maddəsi). Satıcı bu öhdəliyi şüurlu şəkildə pozmuşdur. Onun təqsiri məhkəmə gedişatı zamanı təsdiq edilmişdir. Cavabdeh öhdəliyi yerinə yetirməli olduğu halda, qanunun tələb etdiyi tərzdə hərəkət etməmişdir (Mülki Məcəllənin 425-ci maddəsi). Həmçinin hazırki iş üzrə əlavə tələb qismində beh müqaviləsi üzrə tələblərinin yerinə yetirilməməsidir. Hansı ki, bağlanmış əsas müqavilənin tələblərinin yerinə yetirilməsini təmin və sübut edir. Hazırki iş üzrə onlar arasında daşınmaz əmlakın alğı-satqı müqaviləsinin bütün əhəmiyyətli şərtləri razılaşdırılmışdır. Belə bir mövqe iddia müddətinin əlavə tələblərə tətbiqi barədə Mülki Məcəllənin 376-cı maddəsində də “əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir” qeyd edilmişdir. Cavabdehin müddət haqqında ərizəsinə münasibətdə qeyd edir ki, iddia müddətinin keçməsinə dair göstərən halları sübutetmə yükü cavabdehin üzərinə düşür. Lakin o, öz ərizəsinə dair hər hansı bir izah (sübut) təqdim etməmişdir. O, məhkəmə iclasında iddia edirdi və indi də iddia edir ki, müddət qanunla müəyyən edilmiş qaydada, o cümlədən Mülki Məcəllənin 372.2-ci maddəsində müəyyən edildiyi kimi gözlənilmiş, hansı ki daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı il olduğunu nəzərdə tutur. Qeyd etmək lazı mdır ki, iddia müddətinin axımı müqavilə ilə müəyyən edilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdən sonra başlanır. Bu normanı həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da xx.xx.2014-cü il tarixli qərarı ilə də təsdiq etmişdir. Cavabdehin behi qaytarmasına dair sübut mövcud deyildir. Qanunun və müqavilənin tələblərinə əsasən beh iki qat qaytarılmalıdır. Bu faktı da cavabdeh qəbul etmək istəmir. O, cavabdehin özünü qəribə aparmasından şübhələnib cavabdehə rəsmi məktub göndərmişdir. Məktubun surəti və həmin məktubun çatdırılmasına dair qəbz də vardır. Məktubda cavabdehin notariat kontoruna gəlməsini və bu barədə ona bir və ya iki gün öncə məlumat verməsini xahiş etmiş, lakin bu baş verməmişdir. Cavabdeh ona Türkiyədə olduğunu və evi satmadığını bildirmişdir. O, da bunun müqabilində verdiyi behi geri istəmiş, lakin cavabdeh ona kobud cavab vermiş və telefonu söndürmüşdür. Cavabdeh əvvəldən onu aldatmaq istəmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh iddianı qəbul etməyərək, məhkəmə iclasında təqdim ediyi iddia müddətinin tətbiq edilməsi barədə ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı ona böhtan atır. İddiaçı alqı-satqının vaxtını dəyişdiyinə görə o, evi satmaqdan imtina etmişdir. O, evi başqa adama satmış və behi iddiaçının özünə qaytarmışdır. İddiaçı onun harada işlədiyini bilirdi, hətta onu şəhərdə gördüyünü də qeyd etmişdir. Yəni bu altı il ərzində ondan gəlib həmin pulu tələb edə bilməzdi ki? İddiaçı hazırki iddianı qaldı rmaqla, ona böhtan atır. Göstərilənlərə əsasən, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4279/2022 nömrəli, 27 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi qənaətində qeyd etmişdir ki, iddiaçı cavabdehə 500 ABŞ dolları beh verdiyi halda sonuncu mənzilini satmamaqla ona zərər dəyməsini bildirmiş, mənzilin qiymətləndirilməsi, layihələndirilməsi və dizaynı üçün xüsusi olaraq İrandan gələn memarlıq ekspertinin səyahət və viza xərclərini ödəməsini göstərərək məhkəməyə İİR-dən mütəxəssis qismində şəxs dəvət olunmasını təsdiq edən sübutlar kimi aviabiletlər, vizalar və s. sənədləri təqdim etmiş, lakin həmin şəxslə mən zilin dizayn və s. işlərinin görülməsinə dair aralarında bağlanmış müqavilə və s. sənədlər məhkəməyə təqdim olunmamışdır.
10. Məhkəmə cavabdehin iddiaya etirazının əsası kimi iddiaçının alğı-satqı müqaviləsinin bağlanması üçün vaxtında gəlməməsinə, behi iddiaçıya qaytarmasına, behi qaytarmasına dair şahidlərinin olmasına istinad etməsi dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, əvvəla cavabdeh iddiaçının alğı-satqı müqaviləsi bağlamaq üçün vaxtında gəlmədiyinə dair sübutlar təqdim etməmişdir. Həmçinin bu dəlil özü-özlüyündə ziddiyyətlidir.
11. Belə ki, iddiaçı alğı-satqı müqaviləsi bağlamaq üçün vaxtında gəlməsə idi, cavabdeh behi iddiaçıya qaytarmalı deyildi, beh məbləğini özündə saxlamalı idi. Lakin cavabdeh həmin pul vəsaitini geri qaytardığını təkidlə bildirir. Habelə, cavabdeh onun tərəfindən behin qaytarılmasına dair faktı təsdiq edə biləcək şahidlərin olmasına istinad etsə də, hər hansı şəxsin şahid qismində dəvət edilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Əksinə, iddiaçının məhkəməyə təqdim etdiyi, sifarişli xəbərnamə ilə cavabdehə göndərdiyi 10 avqust 2016-cı il tarixli ərizədən göründüyü kimi, iddiaçı alqısatqı müqaviləsinin bağlanması üçün 27 avqust, bu tarix qane etmədiyi təqdirdə, 26 avqust 2016-cı il tarixdə saat 11.00-da notariat kontoruna gəlməsini xahiş etmişdir. İddiaçı hər bir vasitə ilə alqı-satqı müqaviləsinin bağlanmasında maraqlı olduğunu nümayiş etdirmişdir.
12. Cavabdeh iddiaçı ilə bağladığı beh müqaviləsinin şərtlərinə riayət etməmiş, beh müqaviləsinin əhatə etdiyi dövr ərzində - xx.xx.2016-cı il tarixdə alğı-satqı müqaviləsi bağlama qla mənzili X1 adına özgəninkiləşdirmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdehin iddiaçıya beh məbləğini qaytarmasına dair mötəbər sübutları da mövcud deyildir. İddiaçı beh məbləğini müqavilə bağlamaqla, qəbzə imza etdirməklə vermiş, cavabdeh isə bu məbləği qaytardığına dair yazılı sənəd (qəbz, iltizam və s.) təqdim etməmişdir.
13. İddiaçı iddia ərizəsi ilə vaxtında məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə yalnız xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir.
14. Məhkəmə iddia müdətinin tətbiqinə dair iddiaçının arqumentinə münasibətdə qeyd etmişdir ki, mülki qanunvericiliyin tələblərindən də göründüyü kimi, altı illik müddət daşınmaz əşyalarla bağlı müqavilə tə ləbləri üzrə müəyyən edilmişdir. Hazırda isə iddiaçının tələbi daşınmaz əmlakla bağlı deyil, beh müqaviləsi üzrə ödənilmiş məbləğin ikiqat həcmdə qaytarılması və s. əlaqədardır. Belə olan halda isə bu növ iddialar üzrə iddia müddəti üç il müəyyən edildiyindən, iddia tələbinin iddia müddətinin keçməsi səbəbilə təmin edilməsi mümkün deyildir.
15. Məhkəmə hesab etmişdir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddia behin ikiqat qaytarılması hissəsində rədd edilməsi barədə qətnamə qəbul olunmalıdır.
16. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia tələbi behin ikiqat qaytarılması hissəsində rədd edildiyindən, bu tələbdən irəli gələn iddianın digər (vurulmuş zərərin əvəzinin ödənilməsi) hissəsinə də hüquqi qiymət verilməsinə prosessual qənaət prinsipi baxımından zərurət qalmayıb. Odur ki, iddia bu hissədə də rədd olunmalıdır.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567, 491.1, 491.2, 492.1, 492.2, 372.1,,373.2, 376, 377, 375.2-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
18. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə Mülki Məcəllənin 373.2-ci maddəsin i səhv tətbiq etmişdir. Həmin maddədə müqavilə tələbləri üzrə iddia müddətinin üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddətinin isə altı il olduğu təsbit olunub. Göründüyü kimi həmin maddədə “iddia tələbi” yox, “müqavilə tələbi” yazılıb. Mülki Məcəllənin 492.2-ci maddəsinə əsasən iddiaçıya beh məbləğinin iki misli ödənilməlidir. Həmin maddənin ikinci cümləsinə görə əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Yəni, həmin normaya görə müqavilənin icra edilməməsinə görə behi almış tərəf məsuliyyət daşıyırsa o, beh haqqında müqavilə üzrə aldığı məbləğin iki mislini ödəməlidir. Hazırki tələb müqavilə tələbləri ilə, yəni beh haqqında müqavilə (razılaşma) ilə bağlıdır və bu tələb daşınmaz əşya il ə bağlı müqavilə tələbi kimi qiymətləndirilməlidir. Məhkəmə həm də Mülki Məcəllənin 377.2-ci maddəsinin tələbini pozmuşdur. Həmin maddədə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlandığı göstərilmişdir. Məhkəmə Mülki Məcəllənin 376-cı maddəsinin tələblərini pozmuşdur. Həmin normaya görə əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Halbuki behlə bağlı tələbi hazırki iddiada əsas tələb deyildir.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3731/2023, 12 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Elşən Kazımov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və İkram Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qənaətinə görə cavabdehin iddiaçıya beh məbləğini qaytarmasına dair mötəbər sübutları mövcud deyildir. Buna görə də iddia müddəti keçdiyinə görə iddianı rədd etmişdir. Düzdü, qətnamə nəticə etibarı ilə xeyrinə qəbul edildiyi üçün cavabdeh beh məbləğinin qaytarıldığına görə iddianın rədd edilməməsini mübahisələndirməmişdir. Lakin beh məbləği qaytarılmamışdırsa iddiaçının 6 il ərzində gözləməsi və məhz bu müddətdən sonra behin qaytarılmadığına görə hüquqlarının pozulduğunu anlaması da inandırıcı və ağlabatan arqument sayılmır. Əks halda iddiaçı cavabdehə qarşı hazırki iddianı irəli sürməsi üçün bu qədər gözləməsinin səbəblərini də ağlabata n formada məhkəmənin diqqətinə çatdırmalı idi, ancaq çatdıra bilmir yaxud çatdırmaq istəmir. Əksinə, cavabdehin bununla bağlı apellyasiya baxışında gətirdiyi dəlillər inandırıcı və ağlabatan olmaqla həm də işin hallarına uyğun olmuşdur.
22. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, hazırki tələb müqavilə tələbləri ilə, yəni beh haqqında müqavilə (razılaşma) ilə bağlıdır və bu tələb daşınmaz əşya ilə bağlı müqavilə tələbi kimi qiymətləndirilə bilməz. Çünki, iddiaçı beh haqqında müqavilədə göstərilən mənzillə bağlı cavabdehə qarşı hansısa tələb yönəltməmişdir, yaxud mənzillə bağlı beh haqqında müqavilədən başqa digər müqavilə olmamışdır. Düzdü, beh haqqında müqavilədə göstərilən məbləği iddiaçı mənzillə bağlı alqı-satqı müqaviləsi bağlanması üçün qarşı tərəfə vermişdir. Lakin bu hal haz ırki iddianın sırf daşınmaz əşyalarla bağlı müqavilə tələblərinə aid olduğu və iddia müddətinin də bu tələblər üzrə altı il olmasını ehtiva etmir. Beh haqqında müqaviləyə görə tərəflər mənzilin alqı-satqı müqaviləsini ən geci 28 avqust 2016-cı ilədək rəsmiləşdirməyi öhdəsinə götürmüşlər. Demək, icra müddəti müəyyənləşdirildiyi üçün bu öhdəlik üzrə iddia müddətinin axımı icra müddəti bitdiyi, yəni ən geci 28 avqust 2016-cı il tarixdən sonrakı gündən başlamışdır. Lakin iddiaçı hazırki tələblə məhkəməyə 29 avqust 2022-ci ildə müraciət etmiş və iddia müddətini də ötürmüşdür.
23. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçı behlə bağlı tələbinin əsas tələb olmadığını göstərsə də bu əsaslı dəlil hesab edilmir. Çünki, hazırki iddianın irəli sürülməsinə səbəb məhz iddiaçının cavabdehin beh haqqında müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi ilə bağlı olmuşdur. Mülki Məcəllənin 492.2-ci maddəsinin üçüncü cümləsi də zərərin əvəzi tələbinin hazırki tələb üzrə əlavə tələb olduğunu açıq-aşkar təsbit edir. Beh haqqında müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə iddiaçının zərər çəkməsi isə ümumiyyətlə hər hansı bir mötəbər sübutla təsdiq edilmir.Yəni, iddia tələbində göstərilən zərər məbləğlərinin ümumiyyətlə ilk növbədə mövcudluğu, əgər mövcud olarsa bunun məhz cavabdehin qeyd olunan mənzili iddiaçıya satmaması nəticəsində yarandığı sübuta yetirilməlidir ki, iddiaçı da bunu sübuta yetirə bilməmişdir. Hazırki iddia üzrə iddiaçının mövqeyi və davranışı da həyatda həmişə baş verən hallara uyğun deyildir. Çünki, iddia ərizənin məzmunundan da bəlli olur ki, o, cavabde hin müqavilə üzrə öhdəliklərini icra etməyəcəyini beh haqqında müqavilə bağlandıqdan bir neçə gün sonra bilmişdi. Əlbətdə ki, o, 2016-cı ilin avqust ayında mənzilin başqa şəxsə satıldığını bildikdən sonra verdiyi beh məbləğini geri almamışdırsa, altı il gözlədikdən sonra iddia irəli sürməsinin səbəblərini ciddi dəlilərlə iddia ərizəsində göstərməli idi. Ancaq iddiaçı bunu göstərməyib, məhkəmə tədqiqi və apellyasiya baxışı zamanı da əsaslı arqumentlərlə məhkəmənin diqqətinə çatdıra bilməmişdir. Belə çıxır ki, bu vəziyyət onu qane etmişdir. Əks halda bu müddətdə iddiaçının faktiki olaraq “fəaliyyətsiz” qalması həm də iddianın cavabdehə münasibətdə əsaslılığına ümidli olmadığını büruzə vermiş olur. Demək ki, iddia müddəti tətbiq edilməklə iddia rədd edməklə də, birinci instansiya məhkəməsi ha qlı olmuşdur.
24. Apellyasiya instansiyası məhkəməsi habelə qeyd etmişdir ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın iddia müddəti tətbiq etməklə rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıqaşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilələr azadlığı, iddia müddəti və hüquqdan başqalarına zərər vurmaq məqsədilə pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
25. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1,,373.2, 376, 377, 375.2, 491.1, 491.2, 492.1, 492.2-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
26. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
27. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsinin 19 bəndində məhkəmənin nəticəvi mövqeyi maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına səbəb olmuşdur.
28. Məhkəmənin tərəflərin alqı-satqı müqaviləsi bağlamaq barədə razılığa gəldiyi ifadəsi ilə razılaşmaq mümkün deyil. Çünki o, artıq xx.xx.2016-cı il tarixində bağlanmışdır. Beh müqaviləsi həm də bağlanmış daşınmaz əmlak alqı-satqısı müqaviləsinin sübut u və onun icrasının təminatı kimi çıxış edir. Məhkəmə burada düzgün olaraq MM-nin 491.1-ci maddəsinə və behə dair Mülki Məcəllənin sonrakı maddələrinə istinad edib. Lakin məhkəmə cavabdehin bütün öhdəlikləri ilə bağlı düzgün nəticə çıxarmamış, işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmadan, məhkəmə iclasında iddia müddəti məsələsini tərəflərin baxılması, araşdırmasi və mübahisələr aparmasi üçün qoymamışdır. İddia müddətinin tətbiqi məsələsini müzakirə etmədən müqavilə tələbləri üçün 3 illik müddət əsas götürülərək iddianın rədd edilməsi barədə düzgün qərar çıxarmamışdır. Daşınmaz əmlakın alqı-satqısı üzrə pozulmuş müqavilədən dəymiş ziyanın ödənilməsi tələbi ümumiyyətlə qərardan kənarda qalıb iddia ərizəsi və apellyasiya şikayəti ilə eynilik təşkil etmişdir.
29. Məhkəmə iddi a edilən mübahisənin icrası üçün konkret başlanğıc və bitmə tarixlərini dəqiqləşdirməmişdir. Beh müqaviləsi olduğu halda onun icra müddəti müqavilədə müəyyən edilməyib. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
30. Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
31. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
32. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üç ün əsasdır.
33. Maddə
376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir.
34. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
35. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
36. Maddə 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesab ına verdiyi pul məbləğidir.
37. Maddə 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır.
38. Maddə 492.1. Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır.
39. Maddə 492.2. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
40. Madd ə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
43. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
44. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyy ən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya insta nsiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
50. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
52. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini k ollegiya tam yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Kassasiya şikayətinə apelyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmədiyi, maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi və prosessual hüquq normalarının tələblərinin pozulduğu barədə dəlilləri əsassızdır.
56. Qeyd olunmalıdır ki, Ko nstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.).
57. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüq uqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarı).
58. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
59. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı i ş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
60. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
61. Qanunun məzmunundan göründüyü kimi müb ahisə tərəfinin məhkəmə qərarı çıxarılana kimi iddia müddətinin tətbiqi barədə ərizə verməsi iddia müddətinin tətbiqi üçün yetərlidir.
62. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
63. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə bağlı hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.
64. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzg ün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
65. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nə ticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
66. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə a pellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 67. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
68. Beləliklə, məhkəmə kollegiyası h esab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
69. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3731/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbu