Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3927/2024 27.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Mülki mübahisənin kateqoriyası: Müqavilə münasibətlərindən irəli gələn mübahisələr; Kredit müqaviləsi; Kredit borcunun tutulması; Əqdin etibarsızlığı; Əşya hüquq münasibətlərindən, o cümlədən mənzil, torpaq münasıbətlərındən, habelə əmlakdan istifadə, sahiblik, mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr; Məhdud əşya hüquqları ilə bağlı tələblər; İpoteka ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə X18 Məsuliyyətli Cəmiyyətinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 Saylı Bakı Ərazi İdarəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X11 və X10 cəlb edilməklə) qarşı “hərracın yekunlarının etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)4241/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Cavabdeh2 ASC ilə Ağay eva (Məmmədova) Səbinə Məhəmməd qızı arasında xx.xx.2009-cu il tarixdə bağlanmış 012-09/İ nömrəli kredit müqaviləsi ilə bank tərəfindən Ağayeva Səbinə Məhəmməd qızına 300 ay müddətinə, illik 8 faiz ödəmək şərti ilə 50000 manat məbləğində kredit verilmişdir.
2. İddiaçı Cavabdeh2 ASC cavabdeh Ağayeva Səbinə Məhəmməd qızına qarşı “kredit müqaviləsinin ləğvi, borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. Bakı Xətai Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 ASC ilə Ağayeva Səbinə Məhəmməd qızı arasında bağlanmış 16 iyul 2009-cu il tarixli, 012-09/i s aylı kredit müqaviləsi ləğv edilərək, cavabdeh Ağayeva Səbinə Məhəmməd qızından kredit müqaviləsi üzrə 40295.30 manat əsas, 2699.36 manat faiz borcu, 540 manat cərimə borcu olmaqla, ümumilikdə 43534.66 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı Cavabdeh2 ASC-nin xeyrinə tutulmuş, tələb Ağayeva Səbinə Məhəmməd qızına məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 24 nömrəli binada ümumi sahəsi 52 kv.m olan 3 otaqı 32 nömrəli mənzilə yönəldilmiş, həmin əmlak likvid satış qiyməti 86000 manat müəyyən olunmaqla açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi, həmin ipoteka predmeti satıldıqdan sonra bir ay müddətində Ağayeva Səbinə Məhəmməd qızı mənzili boşaltmadığı təqdirdə ailə üzvləri ilə birlikdə həmin evdən çıxarılması qət edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-1762/2023 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-424/2021 nömrəli, 03 mart 2021-ci il tarixli qətnaməsinin “cavabdeh Ağayeva Səbinə Məhəmməd qızından kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması” hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbi qismən təmin edilməsi, cavabdeh Ağayeva Səbinə Məhəmməd qızından kredit müqaviləsi üzrə 36743,21 manat əsas borc tutularaq iddiaçı Cavabdeh2 ASC-nin xeyrinə ödənilməsi, iddia tələbinin faiz borcunun tutulması hissəsində təmin edilməməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manatın, 126 manatının cavabdeh Ağayeva Səbi nə Məhəmməd qızından, qalan 24 manatının isə iddiaçı Cavabdeh2 ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Naziriliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. 5. "xxxx" MMC tərəfindən Ağayeva Səbinə Məhəmməd qızına, Xətai Rayon İcra Şöbəsinə və Cavabdeh2 ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli 01 nömrəli bildirişinə görə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-424/2021 nömrəli, 03 mart 2021-ci il tarixli icra sənədi üzrə Ağayeva Səbinə Məhəmməd qızına (bundan sonra mətndə iddiaçı) məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən 24 saylı evin 32 saylı mənzilin xx.xx.2021-ci il tarixdə saat 11:00-da hərrac keçiriləcəyi barədə; xx.xx.2021-ci il tarixli 02 nömrəli bildirişdə ilə həmin əmlaka dair xx.xx.2021-ci il tarixdə saat 11:00 -da hərrac keçiriləcəyi və hərracın keçirilməs yeri, ilkin və təkrar həracdan satış qiyməti və s. məlumatlar qeyd edilmişdir. 6. "xxxx" MMC tərəfindən Ağayeva Səbinə Məhəmməd qızına, Xətai Rayon İcra Şöbəsinə və Cavabdeh2 ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklifinə görə, Ağayeva Səbinə Məhəmməd qızına məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən 24 saylı evin 32 saylı mənzil “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7ci maddəsinə əsasən 25% aşağı olan qiymətlə 54825 manata tələbkar Cavabdeh2 ASC-yə təklif olunmuşdur.
7. Hərrac təşkilatının xx.xx.2022-ci il tarixli, 01/01 nömrəli hərracın yekunları barədə protokoluna görə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-424/2021 nömrəli, 03 mart 2021-ci i l tarixli icra sənədi, Xətai Rayon İcra Şöbəsinin 17/74-907/19 saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən təşkil olunmuş hərracla Ağayeva Səbinə Məhəmməd qızına məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən 24 saylı evin 32 saylı mənzili “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiymətlə 54825 manata tələbkar Cavabdeh2 ASC tərəfindən əldə edilmişdir. 8. xx.xx.2022-ci il tarixli “Daşınmaz Əmlakın Alqı-Satqı” müqaviləsinə görə, ünvan 3 ünvanında yerləşən mənzili X10 125000 (bir yüz iyirmi beş min) manat məbləğinə X1.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıx arışa görə, ünvan 3 ünvanında yerləşən mənzili xüsusi mülkiyyət hüququ əsasında X7 məxsusdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci iş üzrə birinci instansiya məhkəməsində icraat:
10. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ASC və "xxxx" MMC MMC arasında imzalanmış Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 24 nömrəli evin 32 saylı mənzilə dair hərracın yekunlarına dair 01/01 nömrəli, 06 yanvar 2022-ci il tarixli İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün Hərracın yekunları barədə Protokolun etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının Xətai Rayon Məhkəməsinin 3 mart 2021-ci il tarixli, 2(011)-424/2021 saylı qətnaməsindən məlumatı olmamış, bu barədə icra şöbəsindən məlumat əldə etmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, bu əmlak bir çox şəxsə satılmış, protokolda ilkin satış qiyməti 86000 manat qiymətləndirilmişdir. Əmlak faktiki olaraq evə baxış keçirilmədən, evin ölçülərinin fərqli olmasına baxmayaraq, faktiki olaraq evin 52 kv.m yazılmış olsa da 72 kv.m olması nəzərə alınmadan qiymətləndirilmişdir. Halbuki, bu 72 kv.m-ə əlavə tikililər də daxil deyil. Ən azından evin 2021-ci ildə 180-200 min manat qiyməti vardır. 2008-ci ildə həmin ev Cavabdeh2 ASC tərəfindən 125 700 manat qiymətləndirilmişdir. 2009-cu ildə müqavilə bağlanan zaman isə 86000 manat qeyd edilən əmlak bu qədər vaxt keçməsinə baxmayaraq qiymətinin ilkin satış qiyməti müəyyən edilərkən də eyni qiymət m üəyyən edilməsi hesab edir ki, ağlabatan deyil. Lakin 54825 manata balansa keçirildikdən sonra hazırki əmlak ilk olaraq bankın sahibinin qohumuna 60000 manata satılmış daha sonra isə 16 gününün tamamında həmin mənzil 125000 manata başqa şəxsə satılmışdır. Bütün bunlardan iddiaçının məlumatı olmamış və məlumat aldıqdan sonra onun tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti bir dəfə geri qaytarılsa da təkrarən müddət bərpa edilərək iş mahiyyəti üzrə baxılması üçün apellyasiya məhkəməsinə göndərilmiş və nəticədə Xətai Rayon Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi də ləğv edilmişdir. Xətai Rayon Məhkəməsinin qətnaməsində borcun məbləği 43534.66 göstərilsə də, yekunda Bakı Apellyasiya Məhkəməsinin icraatında olan zaman məhkəmənin göndərdiyi ekspertizaya əsasən müəyyən edilmişdir ki, 36743 manat faktiki borc mövcuddur. Hərrac təşkilatçısı tərəfindən “İpoteka Haqqında” Qanunun 42.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, keçirilmiş hərracların yeri və vaxtı barədə ipoteka qoyan İddiaçı heç bir bildiriş verilməyib və digər formada məlumatlandırılmayıb. Halbuki “İpoteka Haqqında” Qanunun 42.1-ci maddəsi imperativ norma olduğundan tərəflərə, o cümlədən ipoteka qoyana bildirişin göndərilməsi vəzifəsini hərrac təşkilatçısının üzərinə vəzifə qoyulmuşdur.
12. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 yazılı ərizə ilə məhkəməyə müraciət edərək ərizəsində bildirmişdir ki, mülki iş üzrə nə iddiaçını nədə ki, cavabdehləri tanıyır. Sözü gedən mənzil X10 ilə onun arasında imzalanan xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Sat qı Müqaviləsinə əsasən onun mülkiyyətinə keçmişdir və bu barədə xx.xx.2022-ci il tarixli çıxarış mövcuddur. İddia ərizəsində qeyd edilir ki, guya mənzilin ona satılmasında iddiaçının və ya qohumunun məlumatı olmamışdır. Tam yalandır. xx.xx.2022- ci il tarixdə Bakı Şəhər Nərimanov RPİnin İŞ- nin müstəntiqi, polis mayoru Hüseyn Nuriyev tərəfindən Azərbaycan Respublikası CM- nin 322.1- ci maddəsi ilə başlanaraq icraatına qəbul edilməklə istintaq aparılmışdır. Həmin cinayət işinin başlamasına səbəb X6, ona məxsus olan, sözügedən mənzildə əvvəllər də tanımadığı, alqı-satqı zamanı Aydın adlı maklerin və özünü mənzilin sahibi kimi X7 təqdim edən X14 və digərlərinin onun mənzilinə qanunsuz daxil olmaları və orada indiyə kimi Haytaoğlu RuhiyyəMübariz qızının iradəsinə zidd olaraq qanunsuz yaşamalar ı barədə şikayət ərizəsi olmuşdur. Cinayət işində şahidlərin ifadələri alınmış və X12 həmin mənzili X3 və qiymətdə də məhz onunla razılaşması sübuta yetirilmişdir. Alqı-satqı zamanı iddiaçının qohumu və əvvələr də həmin mənzildə yaşamış olan X14 notarial ofisdə olmuş, yəni həmin mənzilin X2 onlardan xəbərsiz olmamışdır. Tam əksinə X8 bankla bağlı heç kəs tərəfindən məlumat verilməmişdir. Haytaoğlu RuhiyyəMübariz qızı vicdanlı alıcıdır və bu hal bir daha sübuta yetirilmişdir. Həmin mənzildə heç kim qeydiyyatda deyil. Bu barədə arayış mövcuddur. X4 mənzili hərracdan almamış, Notarial ofisdə alqı-satqı zamanı X5 iştirakının səbəbini soruşduqda X14 cavabında X7 bildirdi ki, ev onun olsa da Məmmədağanın adına rəsmiləşdirilmişdir. Ona görə də Məmmədağa bu səbəbdən bu gün burada iştirak edir. Nər imanov Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli qətnaməsi ilə X14 və digərlərinin X7 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 24, mənzil 32-dən əşyaları ilə birgə çıxarılmalarına dair iddia tələbi təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi qətnaməni qismən təmin etmişdir. Qarşı tərəfin şikayəti əsasında hal hazırda mülki iş Ali Məhkəmənin icraatındadır. İddia tələbi əsasız və qanunsuzdur. İddia ərizəsində göstərildiyi kimi hərrac xx.xx.2022-ci il tarixdə keçirilmişdir və guya onların məlumatı olmamışdır. Halbuki, xx.xx.2022- ci il tarixdə Nərimanov Rayon İcra şöbəsi mənzildə yaşayan X12 və digərlərinin qətnamənin əsasında mənzildən çıxarılmaları qət edilmişdir. Lakin həmin qərarla barışmışlar və şikayət verilməmişdir. Yəni bir sözlə etibarsızlıqla bağlı iddia müddəti üzrsüz səbəbdən keçirilmişdir. Bu səbəbdən iddia rədd edilməlidir.
13. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, məlum pandemiya dövründə ödənişlər etməkdə çətinlik çəkməsindən istifadə edən Cavabdeh2 ASC tutmanın mənzilə yönəldilməsi üçün məhkəməyə müraciət etmişdir. İddiaçıya mənzili özünün əldə etməsi üçün hərracda imkan yaradılmamışdır. Eyni zamanda, Xətai Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(011)-424/2021 saylı qətnaməsindən sonradan məlumatı olmuş iddiaçı həmin qətnaməni mübahisələndirmiş, Bakı Apellyasiya Məhkəməsinə göndirilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qətnamə qismən ləğv olunmuşdur.
14. Məhkəmə iclasında Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, bank haqlı mənafelərinin müdafiəsi üçün kredit borcunun tutulmasına dair iddia ilə məhkəməyə müraciət etmiş və əmlak məhkəmə qətnaməsinə əsasən hərraca çıxarılmışdır. Hərrac qanunvericiliyə uyğun aparılmışdır. Sonradan məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilsə də, qətnamə yalnız kreit borcunun məbləği hissəsində dəyişdirilmiş əmlakın hərracdan satılmasına dair hər hansı dəyişiklik olmamışdır.
15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim A.Novruzova) e-2(005)606/2024 saylı iş üzrə 9 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh2 ASC və "xxxx" MMC arasında imzalanmış Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 24 nömrəli evin 32 saylı mənzilə dair hərracın yekunlarına dair 01/01 nömrəli, 6 yanvar 2022-ci il tarixli İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə e dilməsi üçün Hərracın yekunları barədə Protokol etibarsız hesab edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 24 nömrəli evin 32 saylı mənzilin Cavabdeh2 ASC-nin tam payda xüsusi mülkiyyətində olmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində olan çıxarış ləğv edilmişdir.
16. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, "xxxx" MMC təkrar hərraca dair bildirişin göndərilməsi vaxtına dair qanunvericiliyin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını bütünlüklə yoxlayan Bakı Apellyasiya Məhkəməsi mahiyyəti üzrə qəbul etdiyi yekun məh kəmə aktında “Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-424/2021 nömrəli, 3 mart 2021-ci il tarixli qətnaməsinin “cavabdeh Ağayeva Səbinə Məhəmməd qızından kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması” hissəsində ləğv edilməsini” qət etmişdir. Aydındır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən icra vərəqi həm qətnamənin qüvvədə qalmış hissəsinə, həm də ləğv edilmiş və ya yeni qətnamə qəbul edilmiş hissəsində veriləcəkdir. Beləliklə, məhkəmə hərracın qanunauyğun keçirilməməsini, hərracın keçirilməsinə əsas olmuş, əsasında icra vərəqi verilmiş məhkəmə aktının qismən ləğv edilərək yeni icra vərəqisinin veriləcəyini nəzərə alaraq hesab edib ki, Cavabdeh2 ASC və "xxxx" MMC MMC arasında imzalanmış Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 24 nömrəli evi n 32 saylı mənzilə dair hərracın yekunlarına dair 01/01 nömrəli, 6 yanvar 2022-ci il tarixli İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün Hərracın yekunları barədə Protokol etibarsız hesab edilməlidir.
17. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, hazırkı mübahisə üzrə iddiaçının istinad etdiyi etibarsızlıq halı mübahisələndirilən əqdlərə aid olmadığı üçün onun tələbinə Mülki Məcəllənin 354.2-ci maddəsindəki müddətlər tətbiqi oluna bilməz
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 354.1 və 354.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1, 43.5-ci maddələrinə, “İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Ple numunun 14 yanvar 2003-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli” Qərarına və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:
19. Qətnamədən narazı qalan Cavabdeh2 ASC аpellyаsiyа şikаyəti verərək, birinci instansiya məhkəməsinin e-2(005)-606/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 2 il sonra “hərracın yekunları barədə protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi ilə məhkə məyə müraciət etmişdir X6 şikayəti əsasında ona məxsus olan mənzildə əvvəllər də tanımadığı, alqı-satqı zamanı özünü mənzilin sahibi kimi təqdim X14 və digərləri onun mənzilinə qanunsuz daxil olmaları və orada indiyə kimi onun iradəsinə zidd olaraq qanunsuz yaşamaları barədə şikayət ərizəsi olmuşdur. Bununla bağlı başlanmış cinayət işində şahidlərin ifadələri alınmış və X12 həmin mənzili X3 və qiymətdə məhz onunla razılaşması sübuta yetirilmişdir. Alqı-satqı zamanı iddiaçının qohumu və əvvələr də həmin mənzildə yaşamış olan X14 notarial ofisdə olmuş, yəni həmin mənzilin X2 onlardan xəbərsiz olmamışdır.
21. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 da apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, müstəqil tələb irəli sürməyən 3-cü şəxs X7 münasibətdə həll edilərək,çıxarışın qüvvədə qalmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.
22. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o nə iddiaçını, nə də cavabdehi tanıyır. O, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 24 nömrəli evin 32 saylı mənzili X10 ilə xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən almışdır, həmin müqavilə notarius tərəfindən təsdiq olunmuşdur. Məhkəmə tərəfindən bu hallar nəzərə alınmadan, qəbul edilmiş qətnamə ilə qeyd edilən çıxarışın taleyini həll etməməsi və şəxsin konstitusion hüququ olan mülkiyyət hüquqlarını birbaşa pozmuşdur. O, vicdanlı alıcıdır. O, alqı-satqı müqaviləsini imzalayarkən aldığı əmlakın tələb ilə yüklü olması, hərracda satılması ilə bağlı heç bir məlumatı bilməmişdir və bilməli də deyildir. Əgər əmlak satıcıya məxsus olmasaydı, bu zaman notarius satıcının yox, başqasının mülkiyyətində olan əmlakın alğı-satqısına dair müqaviləsini təsdiqləyə bilməzdi. Deməli, həmin əmlakın DƏDRX-də satıcı X5 mülkiyyətində olması ilə bağlı məlumat olmuşdur. Bu nüansı da nəzərə almaq lazımdır ki, müqavilə üzrə satıcı X10 İddiaçı qohumudur, yəni iddia ərizəsində qeyd olunanın əksinə, bu müqavilədən iddiaçının da məlumatı olmuşdur. xx.xx.2022-ci il tarixdə Bakı Şəhər Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Hüseyn Nuriyev tərəfindən Azərbaycan Respublikası CM- nin 322.1-ci maddəsi ilə başlanaraq icraatına qəbul edilməklə istintaq aparılmışdır. Nəticədə, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X14 və dig ərlərinin X7 məxsus mənzildən əşyaları ilə birgə çıxarılmalarına dair tələb təmin edilmişdir. Qeyd etdiyi məhkəmə qərarı 3-cü şəxsin bu əmlaka mülkiyyət hüququ olduğunun birbaşa sübutudur, lakin məhkəmə qərar qəbul edərkən bu qərarı nəzərə almamışdır.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (hakimlər A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), V.N.Sadıqov və M.Ə.Rüstəmli ibarət tərkibdə) xx.xx.2024-cü il tarixli 2(103)-4241/2024 nömrəli qətnaməsi ilə, Cavabdeh2 ASC və üçüncü şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilmiş, birinci instansiya məhkəməsinin 9 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv olunması, iddiaçının cavabdehlər Cavabdeh2 ASC, "xxxx" MMC, “Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri” X17 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hərracın yeku nlarının etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından, eləcə də elektron informasiya sistemində olan məlumatlardan göründüyü kimi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə Xətai Rayon Məhkəməsinin 2(011)-424/2021 nömrəli, 3 mart 2021-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə hərracın keçirilməsi barədə icra məmuru tərəfindən sifariş verilmiş, həmin sifarişin əsasında iki dəfə hərrac keçirilmiş, təyin olunmuş hərraclar barədə ipoteka qoyana və digər şəxslərə bildiriş göndərilməklə məlumat verilmiş, eləcə də “Birja yenilikləri” qəzetində müvafiq elanlar yerləşdirilmiş, həmin həqaclar baş tutmadığından ipoteka predmeti olan daşınmaz əmlak ipoteka saxlayana təklif edilmiş və xx.xx.2022-ci il tarixdə onun tərəfindən 54825 manata əldə olunmuşdur. Bu barədə müvafiq protokol tərtib edilmişdir. Bununla bağlı sübutlar (bildirişlər, bildirişin alınmasını təsdiq edən qəbzlər və s.) iş materiallarına əlavə edilmişdir. İddiaçı yalnız bir il keçdikdən sonra Xətai Rayon Məhkəməsinin 3 mart 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və buraxılmış prosessual müddətin bərpasını xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə buraxılmış apellyasiya şikayəti vermə müddəti bərpa olunmuşdur. Lakin həmin vaxta qədər qətnamə üzrə verilmiş icra sənədi icra olunmuş, ipoteka predmeti olan daşınmaz əmlak ipoteka saxlayan Bank tərəfindən əldə edilmişdir.
25. İş materiallarında olan "xxxx" MMC tərəfindən açıq hərracların keçirilməsi vaxtı və yerinə dair göndərilmiş 01 nömrəli bildirişə dair xəbərnamədən bu bildirişin xx.xx.2021ci il tarixdə iddiaçının özünün də iddia ərizəsinə qeyd etdiyi ünvanına göndərildiyi və bildirişin “Nadir Abdullayev” adlı şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə təhvil alındığı görünür. 2 nömrəli bildiriş isə xx.xx.2021-ci il tarixdə göndərilmiş və “Ağayeva Səbinə” adlı şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə təhvil alınmışdır. Hərracın keçirilməsi yeri və vaxtı barəsində “Birja Yenilikləri” qəzetinin xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixli buraxılışlarında məlumat qeyd edilmişdir. Təkrar hərrac baş tutmadığından ipoteka predmeti ipoteka saxlayan tərəfindən əldə olunmuş və bu barədə 06.1.2021-ci il tarixdə hərracın yekunlarında dair protokol tərtib edilmişdir. Protokol “İpoteka haqqında” Qanunun 43.7-1-ci maddəsində göstərilən müddət daxilində tərtib edilmişdir.
26. Mülki Məcəllənin 415.2-ci maddəsində nəzərdə tutulan bildirişlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli Qərarında belə şərh verilmişdir ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Beləliklə, yalnız hərracın keçirilməsinə dair bildirişin çatdırılmamasına istinad etməklə hərracın nəticələrinin etibarsız hesab olunması barədə qənaətə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmamışdır.
27. Bundan əlavə, hərracın ləğv olunmuş qətnamə üzrə verilmiş icra sənədi əsasında keçirilməsinə formal yanaşılmamalıdır.
28. Belə ki, əsasında icra sənədi verilmiş məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilsə də, qətnamə yalnız kredit borcunun məbləği hissəsində dəyişdirilmiş, qətnamənin ipoteka predmetinin hərracdan satılmasına dair hissəsi dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı hissədə yeni icra sənədi verilmiş olsaydı belə, bu heç nəyi dəyişməyəcəkdi. Belə ki, ipoteka predmetinə dair hissə yenə də eyni qaydada icraya yönəldiləcək və icra olunacaqdı.
29. Dig ər tərəfdən, qətnamənin yalnız əsas borca aid hissəsi dəyişdirildiyindən yeni icra vərəqəsində də yenilik yalnız həmin hissəni əhatə edə bilərdi.
30. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsi bu əsasa isitnad edərkən məntiqi mühakimə yürütməmiş, formal tələblərdən çıxış edərək hərracın nəticələrini qanunsuz saymışdır.
31. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərinin dəlillərini əsaslı, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsassız sayaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.
32. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya baxışı zamanı işdə olan materi allar nəzərdən keçirilərkən iş üzrə hərracın etibarsızlığı üçün əsas ola biləcək, tərəflərdən birinin hüquq və mənafelərini pozan hər hansı əsaslar müəyyən edilməmişdir. Hərrac prosesi qanunun tələblərinə uyğun keçirilmiş, prosesin bütün mərhələləri barədə iddiaçıya lazımi qaydada məlumatlar göndərilmiş, internet resurlarında elanlar dərc edilmişdir.
33. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış və bununla da maddi hüquq normalarının pozuntusuna yol verilmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, apellyasiya şikayətləri təmin edilməlidir. 34.
36. Apellyasiya instansiyası məhkəməsi bu qənaətə gələ rkən onu da nəzərə almışdır ki, ipoteka predmeti olan mənzil hərracda ipoteka saxlayan (Bank) tərəfindən əldə edildikdən sonra artıq iki dəfə alqı-satqı müqaviləsinin predmeti olmuş və hazırda sonuncu mülkiyyətçi X9r.
35. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1 və 354.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1, 42.3, 43.3, 43.4, 43.5, 43.8 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli” Qərarına, “İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 yanvar 2003-cü il tarixli Qərarına istinadla əs aslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri:
36. İddiaçı (vəkili Vəkil1) kassasiya şikayəti verərək, apelyasiya instansiya məhkəməsinin Mülki Kollegiyasının 11 sentyabr 2024-cü il tarixli, 2(103)-4241/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddianın tam həcmdə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
37. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı tərəfindən mübahisələndirilən məsələ açıq hərracın keçirilməsində qanunvericiliyin tələblərinin pozulmuş olmasıdır. İddiaçı bildirmişdir ki, hərrac barədə ona heç bir məlumat verilməyib, əmlak ondan xəbərsiz satılıb. Məhkəmə qeyd edir ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən açıq hərracların keçirilməsi vaxtı və yerinə dair göndərilmiş 01 nömrəli bildirişə dair xəbərnamədən bu bildirişin xx.xx.2021-ci il tarixdə iddiaçının özünün də iddia ərizəsinə qeyd etdiyi ünavnına göndərildiyi və bildirişin “Nadir Abdullayev” adlı şəxs tərəfindən xx.xx.2021-ci il tarixdətəhvilalındığı görünür. 02 nömrəli bildiriş isə xx.xx.2021ciiltarixdə göndərilmiş və “Ağayeva Səbinə” adlı şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə təhvil alınmışdır. Hərracın keçirilməsi yeri və vaxtı barəsində “Birja Yenilikləri” qəzetinin xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ciil tarixli buraxılışlarında məlumat qeyd edilmişdir. Yəni "xxxx" MMC bildirişin düzgün ünvana göndərilməsi ilə bağlı vəzifəsini yerinə yetirmişdir. Eyni zamanda, təkrar hərrac 06.1.2021-ci il tarixə təyin edilmiş, hərracın yekunlarında dair protokol isə xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir. Bunu nla da protokol “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-1-ci maddəsində göstərilənmüddət daxilində tərtib edilmişdir. Lakin "xxxx" MMC təkrar hərraca dair bildirişin göndərilməsi vaxtına dair qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, “İpoteka haqqında” AzərbaycanRespublikası Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-cimaddəsində nəzərdə tutulmuş qaydada keçirilir. HəminQanunun 42.1cimaddəsinə əsasən elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hazırki halda isə birinci hərrac xx.xx.2021-ci il tarixə, təkrar hərrac isə xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Təkrar hərraca dair bildiriş xx.xx.2021-ci il tarixdə göndərilmişdir. Qanunverciliyin hərracın keçirilməsi barədə bildirişin göndərilməsinə dair yuxarıda qeyd edilən normasının məzmunundan bu normanın imperativ xarakter daşıdığı görünür. Məlumdur ki, hüquq normaları icra edilməsi tələbinə görə dispozitiv və imperativ ola bilər. Dispozitiv norma subyektlərə müəyyən şəraitdə birdən daha çox davranış imkanı versə də, imperativ norma konkret davranış qaydası müəyyən edir. Hazırki halda normanın tətbiq edildiyi subyekt olan "xxxx" MMC “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42.1-ci maddəsində nəzərdə tutulmuş müddətə əməl etməli idi, ona başqa davranış imkanı verilməmişdi. Lakin MMC əməl etməli olduğu normanın tələbini pozmuşdur. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ağayeva Səbinə Məhəmməd qızının Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)424/2021 nömrəli, 3 mart 2021-ci il tarixli qətnaməsindən xx.xx.2 022-ci il tarixdə verdiyi apellyasiya şikayəti geri qaytarılmış, onun tərəfindən xx.xx.2022-ci il tarixdə yenidən apellyasiya şikayəti verilərək əmlakın hərracdan satış qiymətini və kredit borcunun məbləğini mübahisələndirmiş, həmin apellyasiya şikayəti mülki işlə birikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə kredit borcunun məbləği azaldılmış, birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından müəyyən olunmuşdur ki, qətnamədən cavabdeh Məmmədova (Ağayeva) Səbinə Məhəmməd qızının vəkili və nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edərək iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Aydındır ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnamənin ləğv edilməsini xahiş etdiyindən apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki iş tam araşdırılmış, elə bu səbəbdən də Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin nəticə hissəsində qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət olunmuşdur. İş materialarından müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını bütünlüklə yoxlayan Bakı Apellyasiya Məhkəməsi mahiyyəti üzrə qəbuletdiyi yekun məhkəmə aktında “Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)424/2021 nömrəli, 3 mart 2021-ci il tarixli qətnaməsinin “cavabdeh Ağyeva Səbinə Məhəmməd qızından kredit müaviləsi üzrə əsas və faiz borcunun tutulması” hissəsində ləğv edilməsini qət etmişdir. Aydındır ki, apellya siya instansiyası məhkəməsi tərəfindən icra vərəqi həm qətnamənin qüvvədə qalmış hissəsinə, həm də ləğv edilmiş və ya yeni qətnamə qəbul edilmiş hissəsində veriləcəkdir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsizəqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqındaiddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş halistisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsirialtında bağlanmış əqd mübahisəyə əsasən məlumolduğu andan bir ay ərzində mübahisə edilə bi lər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ciiltarixli” Qərarına görə, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün hallarıifadə edən ümumi anlayışdır. Əqdlər baxımından etibarsızlıq ümumi hal və nəticəniifadə edir. Lakin belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Konstitusiya Məhkəməsi həmin səbəblərin müxtəlifliyini nəzərə alaraq mülki qanunvericilikdə əhəmiyyətsiz və mübahisə edilən əqdlərlə yanaşı, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdləri və məhkəmə qərarı ilə etibarsız sayılan əqdləriayrıca etibarsızlıq növləri kimi təsnif e tmiş, onların öz xüsusiyyətlərinə görə fərqli hüquqi rejimlərəmələ gətirdiyini vurğulamışdır. Qeyd olunan qərara əsasən mübahisəedilən əqdlər Mülki Məcəllənin 339.1, 339.4-cü və 347-ci maddələrində nəzərdə tutulmuş səbəblərə görə (aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s.) şəxsin iradəsinin zədələnməsi nəticəsində bağlanmış əqdlərdir. Belə əqdlər iradəsi zədələnmiş şəxs onu mübahisələndirənə qədər etibarlı sayılır və müvafiq hüquqi nəticələrə səbəb olur. Bununla belə, həmin hallarda əqd bağlanarkən iradəsi zədələnmiş tərəfə əqdi mübahisələndirmək hüququ verilir. Mülki Məcəllənin 354.2ci maddəsindəki bir illik və bir aylıq müddət də məhz bu kimi hallarda əqdi mübahisələndirmək üçün nəzərdə tutulmuş kəsici müddətdir. Başqa sözlə əqdin tərəfi həmin müddətdə əqdi (Mülki Məcəllə nin 337.2-ci maddəsində göstərilən qaydada) mübahisə etdikdə onu bağlandığı andan etibarsız hala gətirir, etmədikdə isə mübahisələndirmək hüququ aradan qalxır və hüquqi müstəvidə əqd etibarlı kimi qalmaqda davam edir. Bu baxımdan hazırkı mübahisə üzrə iddiaçının istinad etdiyi etibarsızlıq halı mübahisələndirilən əqdlərə aid olmadığı üçün onun tələbinə Mülki Məcəllənin354.2-ci maddəsindəki müddətlər tətbiq oluna bilməz. Odur ki, hərracın qanunauyğun keçirilməməsini, hərracın keçirilməsinə əsas olmuş, əsasında icra vərəqi verilmiş məhkəmə aktının qismən ləğv edilərək yeni icra vərəqəsinin veriləcəyini nəzərə alaraq, Cavabdeh2 ASC və "xxxx" MMC MMC arasında imzalanmış Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 24 nömrəli evin 32 saylı mənzilə dair hərracın yekunlarına dair 01/01 nömrəli, 6 yanvar 2022-ci il tarixli İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün Hərracın yekunları barədə Protokol etibarsız hesab edilməli idi. Bundan başqa iddia tələbindən və bu tələbin əsaslandırılmasından “hərracın hüquqi nəticələrinin ləğvini tələb edən iddiaçı məhz mübahisələndirdiyi hərracın birbaşa nəticələrinin, yəni əmlakın Cavabdeh2 ASC-nin mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvini tələb edir. "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 24 nömrəli evin 32 saylı mənzilin açıq hərracdan satılmasına dair keçirilmiş hərrac qanunauyğun olmadığı və bu hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi üçün qanuni əsaslar olduğu üçün hərracın nəticəsi olaraq əmlakin Cavabdeh2 ASC-nin mülkiyyəti kimi qeydiyyata alınmasına dair verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir
38. Məhkəmə qərəzli mövqe tutaraq qətnamənin icrasını mümkünsüz hesab etmiş və hazırki iddianın tələb olunmasından sonra yarana biləcəyi ehtimal edilən çətinlikləri konkret hüquq normalarından, qanunvericilik aktlarından üstün tutmuşvə iddianın təmin edilməməsi qənatinə gəlmişvə əsassız qərar qəbul etmişdir. İş hərtərəfli araşdırılmadığı, düzgün hüquq norması tətbiq edilmədiyi üçün məhkəmənin gəldiyi nəticəni düzgün hesab etmir.
39. İddiaçı kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347.1, 354.1 və 354.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42.1, 43.5, 43.7-1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ”Müşfiq Bayramovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 9 iyun 2011-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
40. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
41. Maddə 354.1: Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
42. Maddə 354.2: Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu:
43. Maddə 42.1(iş üzrə mübahisələndirilən hərrac keçirilən vaxt qüvvədə olmuş redaksiya). Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 fa izi məbləğində beh ödəməlidir. 44. 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 45. 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 46. 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac ke çirilir. 47. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 48. 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməs i Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli” Qərarı:
49. Etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Əqdlər baxımından etibarsızlıq ümumi hal və nəticəni ifadə edir. Lakin belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Konstitusiya Məhkəməsi həmin səbəblərin müxtəlifliyini nəzərə alaraq mülki qanunvericilikdə əhəmiyyətsiz və mübahisə edilən əqdlərlə yanaşı, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdləri və məhkəmə qərarı ilə etibarsız sayılan əqdləri ayrıca etibarsızlıq növləri kimi təsnif etmiş, onların öz xüsusiyyətlərinə görə fərqli hü quqi rejimlər əmələ gətirdiyini vurğulamışdır. Mübahisə edilən əqdlər Mülki Məcəllənin 339.1, 339.4-cü və 347-ci maddələrində nəzərdə tutulmuş səbəblərə görə (aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s.) şəxsin iradəsinin zədələnməsi nəticəsində bağlanmış əqdlərdir. Belə əqdlər iradəsi zədələnmiş şəxs onu mübahisələndirənə qədər etibarlı sayılır və müvafiq hüquqi nəticələrə səbəb olur. Bununla belə, həmin hallarda əqd bağlanarkən iradəsi zədələnmiş tərəfə əqdi mübahisələndirmək hüququ verilir. Mülki Məcəllənin 354.2-ci maddəsindəki bir illik və bir aylıq müddət də məhz bu kimi hallarda əqdi mübahisələndirmək üçün nəzərdə tutulmuş kəsici müddətdir. Başqa sözlə əqdin tərəfi həmin müddətdə əqdi (Mülki Məcəllənin 337.2ci maddəsində göstərilən qaydada) mübahisə etdikdə onu bağland ığı andan etibarsız hala gətirir, etmədikdə isə mübahisələndirmək hüququ aradan qalxır və hüquqi müstəvidə əqd etibarlı kimi qalmaqda davam edir. “İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 yanvar 2003-cü il tarixli Qərarı:
50. Bənd 1....Aşağı instansiya məhkəməsinin qətnaməsi apellyasiya məhkəmələri tərəfindən qismən ləğv edildikdə və ya hissə ilə ləğv edilib iş üzrə həmin hissədə yeni qətnamə qəbul edildikdə icra vərəqi qətnaməni ləğv etmiş məhkəmə tərəfindən verilir və bu halda icra vərəqələri həm qətnamənin qüvvədə qalmış hissəsinə, həm də ləğv edilmiş və ya yeni qətnamə qəbul edilmiş hissəsində verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
51. Maddə 14.2. Məhkəm ə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və ya xud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
58. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
59. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsa s ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
60. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
61. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı b ütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
63. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yux arıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
65. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 sentyabr 2024-cü il tarixli 2(103)-4241/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.