Məhkəmə qərarları › İş №2(102)-3928/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3928/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3928/2024 26.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: prosessual müddətin ötürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2936/2024 nömrəli, 7 oktyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı Cavabdehnə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 40 saylı müqavilə üzrə Cavabdeh MTK-tərəfindən ona ödənilməyən mənzilin kirayə haqqına görə 130.000 manat, ünvan 1 ünvanında inşa etdiyi 2 bloklu, 12 mərtəbəli yaşayış sahəsinin 1 giriş, Xİ mərtəbəsində, 2 otaqlı, 49 saylı, sahəsi 75,58 kv.m olan mənzillə bağlı 1,43 kv.m sahəyə görə cavabdeh "xxxx"-Ş MTK-dan 3.000 manat olmaqla, cəmi 133.000 manat məbləğində pulun və ödədiyi 423 manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx"-Ş MTK-dan alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-614/2024 nömrəli qətnaməsi ilə id dia təmin edilməmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)2936/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-614/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. İddiaçı xx.xx.2024-cü il tarixdə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmiş, eyni zamanda prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, qeyd olunan qətnamənin surətini xx.xx.2024-cü il tarixdə rəsmi olaraq Bakı Apellyasiya Məhkəməsindən gedib götürmüşdür. Həmin qətnamənin surətini bugünə qədər almamışdır. Alan kimi kassasiya şik ayəti vermişdir. Buraxılmış prosessual müddəti üzrlü hesab edərək bərpa edilməsini və işin Ali Məhkəməyə göndərilməsini xahiş etmişdir.

6. Cavabdeh buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə qarşı etiraz verərək qeyd etmişdir ki, ərizə əsassızdır və kassasiya şikayətinin verilməsi üçün prosessual müddəti ötürülmüşdür. Belə ki, Elektron MİS-ə nəzər saldıqda İddiaçı Elektron MİS-də şəxsi kabinetinin olduğu və hazırkı mübahisəli məsələnin araşdırıldığı məhkəmələrin istər birinci instansiya, istərsə də apellyasiya mərhələlərində şəxsi kabineti vasitəsilə asan imzadan istifadə edərək dəfələrlə müxtəlif sənədləri, ərizələri və s. təsdiqləyib məhkəmə işinə yerləşdirdiyi müəyyən olunur. MPM-in 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu mə hkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2-(103)-2936/2024, xx.xx.2024-ci il tarixli qətnaməsi elektron kabinetə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş və qətnamədən kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 2 aylıq prosessual müddətin sonuncu günü xx.xx.2024cü il hesab edilmişdir. İddiaçı isə vəkili vasitəsilə kassasiya şikayətini xx.xx.2024-cü il tarixdə elektron sistemə yerləşdirmişdir. Yəni qətnamə İddiaçı elektron kabinetində yerləşdirildikdən 2 ay 9 gün sonra kassasiya şikayəti verilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2936/2024 saylı 07 oktyabr 2024-cü il tarixli qərardadı ilə (hakimlər M.Ə.Rüstəmli - sədrlik edən və məruzəçi, A.Ə.İsgəndərov və V.N.Sadıqov) İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-2936/2024 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı məhkəmə qətnaməsinin ona rəsmi qaydada xx.xx.2024-cü il tarixdə təqdim olunduğunu bildirsə də, işdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-2936/2024 nömrəli qətnamə si xx.xx.2024-cü il tarixdə İddiaçı elektron kabinetinə yerləşdirilməklə ona rəsmi qaydada təqdim olunmuşdur. O da qeyd olunmalıdır ki, iddiaçının nümayəndəsi (atası) X2 Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş və çıxarılmış qətnamə barədə məlumatlı olmuşdur. Belə olan halda, iddiaçının bu müddət ərzində qətnamə ilə maraqlanmaması da inandırıcı deyil.

9. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1, 133.5, 135.5, 135.6-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və kassasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şika yəti belə əsaslandırılmışdır ki, iddiaçı mübahisələndirdiyi qətnamənin surətini xx.xx.2024-cü il tarixdə rəsmi olaraq Bakı Apellyasiya Məhkəməsindən gedib götürmüşdür. Qətnaməni götürən kimi kassasiya şikayəti vermişdir. Həmin qətnamənin surəti bugünə qədər ona təqdim olunmamışdır. Məhkəmə əsassız olaraq buraxılmış prosessual müddəti bərpa etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

13. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənəd lərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

14. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

15. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).

16. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8- ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

17. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq o lunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

18. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

19. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalar ının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

20. Kassasiya şikayətində qərardad tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Belə ki, ötürülmüş prosessual müddətin bərpasına dair ərizəyə baxan apellyasiya məhkəməsi cavabdehin dəlillərini müddətin bərpası üçün əsaslı və üzrlü səbəb saymamışdır. Məhkəmə, müddətin ötürülməsinin cavabdehin iradəsindən asılı olmayan, onun tərəfindən onların dəf edilməsi mümkün olmayan hallardan irəli gəlməsini müəyyən etməmişdir.

23. Kollegiya bildirir ki, apellyasiya məhkəməsi tərəfindən iş materialları araşdırılmış, cavabdehin dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

25. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, ötürülmüş müddətin bərpasına dair ərizənin təmin edilməməsi qanuni və əsaslı olmuşdur, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.

26. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

27. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2936/2024 nömrəli, 7 oktyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar