Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3929/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 cavabdehlər Cavabdeh1 və xxxqızına qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən cehiz əşyaları ilə birlikdə çıxarılma” tələbinə dair ilkin, habelə iddiaçılar Cavabdeh1 və xxxqızının cavabdeh X2 qarşı “kompensasiya ödənilməsi və mənzilin tikintisinə çəkilmiş xərcin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliye va Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)808/2020 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) X3 tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdehlər Cavabdeh1 və xxxqızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hər birinə 5000 manat olmaqla, ümumilikdə 10000 manat məbləğində kompensasiya verilməklə cavabdehlərin və yetkinlik yaşlarına çatmayan uşaqları: 2008-ci il təvəllüdlü X4 və 2012-ci il təvəllüdlü X5 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1 saylı evə istifadə hüquqlarına xitam verilməsi və həmin evdən əmlakları ilə birlikdə çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar Cavabdeh1 və xxxqızı cavabdeh X2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 40000 manat kompensasiya ödəməklə istifadə hüquqlarına xitam verilməsi və ilkin iddianın mənzildən çıxarılma hissəsində rədd edilməsi, həmin tikilidən çıxarıldıqları təqdirdə həmin tikilinin inşasına çəkilmiş xərc kimi 30000 manatın cavabdehdən alınaraq onlara verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-7980/2019 nömrəli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) ilkin iddia tələblərinin təmin edilməsi, cavabdehlər Cavabdeh1 və xxxqı zının hər birinə 5000 manat olmaqla, ümumilikdə 10000 manat məbləğində kompensasiya verilməklə cavabdehlərin və yetkinlik yaşlarına çatmayan uşaqları - 2008-ci il təvəllüdlü X4 və 2012-ci il təvəllüdlü X5 xüsusi mülkiyyət hüququ ilə iddiaçı X2 məxsus olan ünvan 25-ə istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh1 və xxxqızının və iki azyaşlı uşaqları - 2008-ci il təvəllüdlü X7 və 2012-ci il təvəllüdlü X8 ilə və mənzildə olan əmlakları ilə birlikdə ünvan 25-dən çıxarılmaları, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və xxxqızından müştərək qaydada alınaraq iddiaçı X2 ödənilməsi, qarşılıqlı iddianın rədd edilməsi, iddiaçı Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət olunmuşdur. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 20 20-ci il tarixli, 2(105)-808/2020 nömrəli qətnaməsi ilə (hakim F.Ə.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər T.Q.Məmmədovdan və S.A.Qafaridən ibarət tərkibdə) ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və xxx qızının apelyasiya şikayətləri qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-7980/2019 nömrəli qətnaməsi qismən - ilk iddianın təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin hər birinə 5000 manat olmaqla, ümumilikdə 10000 manat məbləğində kompensasiya verilməklə onların və yetkinlik yaşlarına çatmayan uşaqlarının xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və mənzildən əmlakları ilə birlikdə çıxarılmaları barədə ilk iddia tələbinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) X3 və vəkili xxx kasasiya şikayəti verərək, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə xx xxxx 2020-ci il tarixli, 2(105)-808/2020 nömrəli qətnaməsinin ilkin iddianın rədd edilməsi hissəsində ləğv olunmasını, həmin hissədə iddia tələbinin təmin edilməsini, qalan hissədə dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi əsassız və qanu nsuzdur. Məhkəmə tərəfindən kompensasiya verilməsi qaydasını nəzərdə tutan Mülki Məcəllənin 228-ci maddəsinin və həmin maddəyə şərh verən Konstitusiya Məhkəməsinin qərarlarının tələblərini pozmuşdur. Mübahisələndirilən yaşayış sahəsi iddiaçının şəxsi mülkiyyətindədir, o, cavabdehlərin təqsiri ucbatından mənzildə rahat şəkildə yaşaya bilmir. Təklif edilən 10000 manat kompensasiya onların eyni şəraitli, hətta ondan da yüksək şəraitli mənzildə ən azı 3 il müddətinə yaşaya bilməsi üçün normal məbləğdir. Məhkəmə kollegiyası iclasında Cavabdeh1 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-in 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı və digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün saymışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ol unub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, Cavabdeh1 və xxxqızının qarşılıqlı iddiaları məhkəmələr tərəfindən təmin olunmasa da, sonuncular apelyasiya instansiyası məhkəməsinin qətnaməsini qeyd olunan hissədə mübahisələndirməmişlər. Hazırki kasasiya şikayətini iddiaçı onun ilkin iddianın təmin olunmamasından ibarətdir və bu səbəbdən kasasiya baxışının pred metini yalnız apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilkin iddianın rədd olunması hissəsində maddi və prosessual hüquq normalarına uyğunluğunun yoxlanılması təşkil edir. İş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin evdə X3, X9, Cavabdeh1, Cavabdeh2 və azyaşlı X7 daimi qeydiyyatdadırlar. İş materiallarında olan fərdi sahibkar X10 tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, ünvan 1 mərtəbəli 4 otaqdan ibarət həyət evinin bazar qiymətləri ilə satış qiyməti 72000-74000 manat civarında qiymətləndirir, kirayə verilməsi isə 120-130 manatdır. Birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, hazırda mübahisələndiril ən hissədə yeni qətnamə qəbul edən apelyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki,iddiaçının təklif etdiyi kompensasiya məbləği cavabdehlərə uzun müddət əvvəlki mənzillə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. Bu səbəbdən təklif edilən məbləğ mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab oluna bilməz. İlk iddia tələbindən həmçinin görünür ki, iddiaçı cavabdehlərlə yanaşı onların uşaqları, 2008-ci il təvəllüdlü X4 və 2012-ci il təvəllüdlü X5 da evdən istifadə hüquqlarına xitam verilməsini və çıxarılmalarını tələb edir. İlk iddia üzrə iddiaçı isə həmin məbləğdən artıq kompensasiya təklif etməkdən imtina edir. Apelyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikasının 2009cu il oktyabrın 1-dək qü vvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci bəndi və 53-cü maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2 və 228.5-ci maddələri ilə, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxxx 2007-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi cavabdehlərin iddiaçının yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi üçün təklif olunan kompensasiyası məbləğinin kifayət etmədiyini göstərsə də, maddi hüquq normalarının tələblərini pozaraq təklif olunmalı kompensa siyanın məbləğini müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir nö vünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Ali Qanunun 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının tərəfdar olduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın xx xxxx 1952-ci il tarixli Protokolunun (1 saylı Protoko lun) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlarına müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma il ə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarına əsasən... yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin və digər şəxslərin yaşayış sahəsindən istifadə qaydası, o cümlədən belə istifadəyə xitam verilməsi Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci his səsində müəyyən olunmamışdır. Nəticədə həmin məsələlərlə bağlı mülkiyyətçi ilə bu şəxslər arasında münasibətlər tənzimlənməmış və hər iki tərəfin hüquqları üçün qeyri-müəyyənlik yaranmışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna - xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mənzil Məcəlləsinin müd dəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Göründüyü kimi, Azərbaycan Respub likası Mülki Məcəlləsinin 228.2-ci maddəsi mülkiyyətçiyə kompensasiya verməklə onun xüsusi mülkiyyətinə olan mənzildən istifadə hüquqlarına malik olan şəxslərin istifadə hüququna xitam vermə səlahiyyəti versə də, Konstitusiyanın 43-cü maddənin təfsiri digər məsələlərlə yanaşı həmçinin hazırkı işə münasibətə onu ehtiva edir ki, verilən kompensasiya ilə özünü başqa bir yaşayış səviyyəsi ilə təmin edə bilsin və yaxud kompensasiya ilə əhatə edilən müddət bitdikdən sonra onun özünü başqa bir yaşayış sahəsi ilə təmin etmək imkanı olsun. Apelyasiya instansiyası məhkəməsi iddiaçının cavabdehin mübahisəli mənzildə olan istifadə hüququnun qarşılığında, eləcə də cavabdehin istifadə hüququna xitam verildiyi halda gələcəkdə onun davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə o na xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən ədalətli kompensasiya təklif etməməsi qənaətinə gəlsə də, hazırki mübahisə üzrə ədalətli kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməmişdir. Halbuki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia əri zəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 228.2-ci maddəsinin tətbiqində Konstitusiya Məhkəməsi Plenumunun rəsmi şərhi baxımından səhvə yol vermişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, işə yen idən baxılarkən Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən qərarına uyğun olaraq hazırki tələb üzrə ədalətli kompensasiya məbləği müəyyən edilməli və tərəflərin bu məbləğə olan münasibətləri aydınlaşdırılmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən: apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) X3 və vəkili xxx tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)-808/2020 nömrəli qətnaməsi ilkin iddianın rədd edilməsi hissədə ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var
Məhkəmə qərarları › İş №2(102)-3929/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3929/2020
22.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver