Məhkəmə qərarları › İş №2(102)-393/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-393/2020

28.01.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-393/2020 28.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı, vəkili X6 və cavabdeh “xxxx” ASC vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)10824/2019 saylı qətnaməsindən cavabdeh “xxxx” ASC kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)-2157/2019 saylı qətnaməsi ilə ( sədrlik edən, hakim P.A.Hüseynov) İddiaçı cavabdeh “xxxx” ASC qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” barədə iddiası təmin edilərək, işəgötürənin xx xxxxxxx 2018-ci il tarixli, k/1806033 saylı əmrinin ləğv edilməsi və məcburi iş buraxma günləri üçün əmək haqqı ödənilməklə iddiaçının cavabdeh təşkilatda tutduğu vəzifəsinə bərpa olunması qət edilib. Cavabdeh təşkilat qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)10824/2019 saylı qətnaməsi ilə (hakimlər V.T.Həsənov sədrlik edən, məruzəçi, Ş.A.Məmmədova və X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlan ılıb. Cavabdeh təşkilat qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdeh təşkilata qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” barədə iddia qaldırıb. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verilməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında cavabdeh “xxxx” ASC vəkili xx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı və vəkili Vasif Əliyev məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR Kasssasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinin pozulmaqla xitam verilməsinə, iddia ərizəsini təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Əmək Məcəlləsinin 42, 73, 83-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən, iddiaçı xx xxxxx 2015-ci il tarixdə cavabdeh təşkilatın X2 X5 “nəzarətçi mühəndis” vəzifəsinə işə qəbul edilərək, onunla əmək müqaviləsi 3 ay müddətinədək bağlanmış və xx xxxx x 2015-ci ildən işə başlamışdır. İşəgötürənin xx xxxxx 2015-ci il tarixli, k/15-0308 saylı əmrinə əsasən iddiaçı xx xxxxx 2015-ci il tarixdən cavabdeh təşkilatın X3 2 ay sınaq müddəti ilə X9 Balans Şöbəsinə “nəzarətçi mühəndis” vəzifəsinə təyin edilmişdir. Eləcə də iddiaçının cavabdeh təşkilata ünvanlanmış xx xxxxxxxx 2018-ci il tarixli ərizəsindən görünür ki, o, xx xxxxxxxx 2018-ci il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İşəgötürənin xx xxxxxxx 2018-ci il tarixli, k/18-06033 saylı əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə öz xahişi ilə xx xxxxxxx 2018-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşıb, kassas iya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, iddiaçı cavabdeh təşkilata ünvanladığı ərizəsində xx xxxxxxxx 2018-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir, lakin, işəgötürən onunla bağlanmış əmək müqaviləsinə həmin tarixdən deyil, xx xxxxxxx 2018-ci il tarixdən xitam vermişdir. Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində işçinin ərizəsində göstərdiyi gün əmək müqaviləsinə xitam verilə bilməsi qeyd edilmişdir. Eyni zamanda Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci hissəsində işçinin ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilməməsi müəyyən edilmişdir. Göründüyü kimi, işçinin ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərmədiyi hallarda xəbərdarlıq müddəti gözlənilməlidir. Hazırki halda isə, iddiaçı, əmək münasibətlərini dayandırmaq istədiyi günü ərizəsində göstərmişdir. Lakin, işəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə həmin gün deyil, 1 ay 19 gündən sonra xitam vermişdir. Bundan başqa, Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Hazırki halda iddiaçı xx xxxxxxxx 2018-ci il tarixdə onun əmək müqaviləsinə xitam verilməsi barədə ərizə versə də, bir təqvim ayı bitdikdən sonra onun əmək müqaviləsinə xitam verilməmiş, onunla əmək münasibətləri davam etdirilmiş, yalnız ərizə verilən tarixdən 1 ay 19 gündən sonra, yəni xx xxxxxxx 2018-ci il tarixdə xitam verilmişdir. İddiaçı əmək qabiliyyətinin olmaması ilə əlaqədar işdən müvəqqəti azad edilsə də, işə başlama vaxtı xx xxxxxxx 2018-ci il tarixdən müəyyən edilmişdir, lakin əmək müqaviləsinə xx xxxxxxx 2018-ci il tarixdən xitam verilmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin xx xxxxxxx 2018-ci il tarixli, k/18-06033 saylı əmri Əmək Məcəlləsinin tələbləri pozulmaqla verilmişdir və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmamışdır. Belə ki, Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətl əri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 68-ci maddəsinin “a” bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 83-cü maddəsinin İ bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan b aşqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmləşdirilməlidir. Həmin maddənin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfındən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 73-cü ma ddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, iddiaçı, xx xxxxxxxx 2018-ci il tarixdən işəgötürənə işdən azad olunmasına dair ərizə təqdim etmiş (ərizənin tərtib olunma tarixini müəyyən etmək mümkün deyildir. Ərizədə və onun üzərinə qoyulan dərkənarda tarix göstərilməmişdir), onun məhz həmin ərizəsi nəzərə alınmaqla 1 ay 19 gündən s onra onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının mövqeyinə görə, həmin ərizə ondan daha əvvəl alınmış, yalnız işəgötürənlə yaranmış mübahisə zəminində həmin ərizədən xx xxxxxxx 2018-ci il tarixdə istifadə edilmişdir. İddiaçının bu mövqeyi işdə olan digər hallarla təsdiq olunur. Belə ki, işin mübahisəsiz haldır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti xx xxxxxxx 2018-ci ildə bitmişdir. Belə olan halda ondan alınmış ərizə əsasında onun xx xxxxxxx 2018-ci il tarixdə azad olunmasına ehtiyac yox idi. Çünki xx xxxxxxx 2018-ci il tarixdə müddətin bitməsinə görə, işdən azad etmək üçün heç bir mane olmamışdır. Bu isə özlüyündə onu təsdiq edir ki, xx xxxxxxx 2018-ci il tarixədək olan müddətdə işəgötürənin iddiaçını işdən azad etməsi ilə bağlı hər hansı niyyəti olmamı şdır. Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndinə əsasən, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçini iradəsinin əleyhinə əmək müqaviləsini ləğv edərək onu məcbur etmək qadağandır. Apellyasiya instansiyası məhkəməsi həmçinin haqlı olaraq qeyd etmişdir ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinin tələbinə görə, ərizəsində göstərilən gündə əmək müqaviləsinin ləğv edilməsini mümkün edən hallar sadalanmışdır. Nəzərə alınmalıdır ki, iddiaçı yeni işəgötürənlə əmək müqaviləsi bağlamamış, yaşa və digər əsaslarla təqaüdə çıxmamış, yeni yaşayış yerinə köçməmişdir. Bu isə onun öz xahişi ilə tutduğu vəzifəsindən azad edilməsini xahiş etməsi nəticəsinə gəlmək ehtimalını azaldır. Çünki iddiaçının almış olduğu əmək haqqının məbləği və uzun mü ddət eyni müəssisədə işləməsi özlüyündə onun öz xahişi ilə tutduğu vəzifəsindən azad edilməsini mümkün etmir. Bu faktların məcmusu özlüyündə iddiaçının göstərdiyi digər bir dəlilin yəni ərizənin onun iradəsinə uyğun olaraq tərtib olmamasını bir daha təsdiq edir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhk əməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki,kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh “xxxx” ASC kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-10824/2019 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar