Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-393/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə QƏRARİ (Açar sözlər: vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X26 oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-6217/2021 nömrəli, 07 iyul 2021-ci il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 18 yanvar 2022-ci il tarixd ə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 08 sentyabr 1947-ci il tarixdə aparılmış doğum akt qeydi əsasında Ərizəçi 03 oktyabr 2020-ci ildə verilmiş AZ-T seriyalı 129920 nömrəli doğum haqqında şəhadətnamədə onun təvəllüdü xx.xx.1947-ci il, valideynləri kimi X4 və X10 qeyd edilmişdir.
2. R.S.Abdurəşitov Maraqlı şəxsnə müraciət edərək, doğum haqqında şəhadətnaməsində anası barədə qeyddə “Məhruz” adının düzəliş edilərək, “Məxfuza” kimi yazılması və ona qeyd olunan düzəliş nəzərə alınmaqla yeni doğum haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir.
3. Maraqlı şəxs ərizəçiyə 24.11.2020-ci il tarixli, 05/Q-268/62 saylı məktubla cavab verərək bildirilmişdir ki, doğum akt qeydində dəyişiklik edilməsi barədə məhkəməyə müraciət etmək h üququ vardır.
4. X5 02.05.2003-ci il tarixdə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun doğum akt qeydində ana adının düzgün olmamasının müəyyən edilməsi, “Məhruz”dan “Məxfuza”ya dəyişdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, anası X11 21 fevral 1914-cü il tarixdə Rusiya Federasiyasının Saratov vilayətində anadan olmuşdur. X18 Badretdinoviçlə anası X12 Bakı şəhəri, Sabunçu (Lenin) rayonunun Qeydiyyat şöbəsində 23.11.1937-ci ildə rəsmi nigaha daxil olmuşlar. Həmin nikahdan onların 28.12.1937-ci il tarixdə X2, 24.11.1944-cü il tarixdə X13 və xx.xx.1947-ci ildə X14 adlı 3 övladları anadan olmuşlar və onlara doğum haqqında şəhadə tnamələr Sabunçu (Lenin) rayonunun Qeydiyyat şöbəsi tərəfindən verilmişdir. Ərizəçinin doğum haqqında şəhadətnaməsində anası barədə olan qeyddə “Məxfuzə” əvəzinə “Məxruz” yazılmışdır. Ərizəçinin qardaşı və bacısının doğum haqqında şəhadətnamələrində ana barədə məlumatda “X6” qeyd olunmuşdur. Ərizəçi doğum haqqında şəhadətnaməsində anası barədə qeyddə düzəliş edilərək, X1 yazılması və ona qeyd olunan düzəliş nəzərə alınmaqla yeni doğum haqqında şəhadətnamənin verilməsi barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin onun xahişi təmin olunmamışdır.
7. Daha sonra Ərizəçi tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, onun doğum haqqında akt qeydində ana adının düzgün olmamasının müəyyən edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeyd in düzəldilməsi və ya dəyişdirilməsi (ana adının “Məhruz”dan “Məxfuza”ya) üçün əsas sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 aprel 2021-ci il, tarixli, 2(002)458/2021 saylı (hakim G.Həşimova) qətnaməsi ilə Ərizəçi tələbi təmin olunmamışdır.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Mili Arxiv İdarəsinin 22 fevral 2020-ci il məktubundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsinin arxiv fondunda mühafizə edilən sənədlərində 1937- ci ilə dair Bakı şəhəri Sabunçu rayonu üzrə nikah haqqında qeydiyyat kitablarında X3 ilə X8 nikahı haqqında heç bir məlumat tapılmamışdır.
10. Ərizəçi tələbini sübut edə bilməmişdir. Belə ki, Ərizəçi anasının adının onun doğum akt qeydində səhv yazılmasını təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, sübutların kifayətliliyi və sübutların mötəbərliliyi baxımından doğum haqqında şəhadətnamədə qeyd edilən halın dəyişdirilməsi (düzəliş edilməsi) üçün kifayət deyildir. Bu səbəbdən ərizə təmin edilməməlidir.
11. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 305.1.7, 306 və 339-341ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. Ərizəçi qətnamədən kassasiya şikayəti verib, apellyasiya instansiyası məhkəməsinin qətnaməsin in ləğv, ərizənin təmin edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mili Arxiv İdarəsinin sorğuya cavabında qeyd olunmuşdur ki, qardaşı X16 doğum haqqında akt qeydi vardır və həmin doğum haqqında akt qeydində anasının adı “Məxfuza” olduğu qeyd olunmuşdur. X9 20-ci əsrin əvvəllərində doğulduğundan və ailə qurduğundan onun barəsində arxivlərdə olan məlumatlar iş materiallarından göründüyü kimi demək olar ki, yox dərəcəsindədir. Məhkəmə nədənsə bu halları nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
14. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
15. Ərizəçi və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qa ydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
16. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası 1.7. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər təqdim edildikdə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur. 1.17. Vətə ndaşlıq vəziyyəti aktlarının qeydə alınması və ya bu akt qeydlərinə dəyişiklik edilməsi nəticəsində Azərbaycan Respublikası vətəndaşının soyadı, adı, atasının adı dəyişildikdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün bu barədə onların yaşadığı yerin daxili işlər orqanlarının müvafiq qurumlarına, hərbi vəzifəli şəxs və ya çağırışçı barəsində isə eyni zamanda onların hərbi qeydiyyat yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə, doğumu Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış və daimi yaşayan vətəndaşlığı olmayan şəxslər barəsində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə 7 gün müddətində məlumat verməlidir. 2.3. Doğum haqqında məlumat uşağın doğulduğu gündən ən geci 3 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində verilməlidir. 2.5. Doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Mə hkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağı dakı işlərə baxır: 305.1.7. vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.2. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
18. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquq i məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
19. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlar a və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
20. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Ali Məhkəmənin Mülki Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas y oxdur.
22. Belə ki, ərizəçinin tələbi onun anasının adının düzgün olmaması ilə bağlı olduğuna görə, ilk növbədə onun anasının adının vətəndaşlıq vəziyyəti aktları qeydində necə yazılması müəyyən olunmalıdır. Lakin iş materiallarından görünür ki, bu cür qeydiyyat tapılmamışdır.
23. Ərizəçinin izahatının sübut əhəmiyyəti ilə bağlı qeyd olunmalıdır ki, MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
24. İş üzrə tərəflərin (ərizəçinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Çünki mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
25. Tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır.
26. Ərizəçinin qardaşının doğum haqqında şəhadətnaməsi də ərizənin təmin olunması üçün yetərli sübut satıla bilməz. Çünki MPM-nin 81-ci maddəsinə görə qanuna və ya digər normati v hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
27. Ərizəçinin qardaşının doğum qeydində anası barədə məlumat da məhz ananın vətəndaşlıq vəziyyəti barədə akt qeydi əsasında yoxlana bilər.
28. Sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.
29. Apellyasiya instan siyası məhkəməsinin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
30. Prosessual qanunvericiliyin tələbinə görə sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə ərizəçinin istinad etdiyi faktik hallara, yəni tələbin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və tələbi rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
31. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-6217/2021 saylı, 07 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.