Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-393/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: borcun qaytarılması ) 24.01.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-974/2022 nömrəli, 28 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 24 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. AR-İ 656 638 saylı, xx.xx.2018-ci il tarixli etibarnamə ilə Cavabdeh Qala qəsəbəsində yerləşən 600 kv.m. torpaq sahəsinə dair sənədləşmə, tikinti işləri aparma, həmin sahəni və tikintini özəlləşdirməyə dair və sair bir sıra hüquqları İddiaçı 81 il müddətinə və xx.xx.2099-cu il tarixə kimi etibar etmişdir.
2. Tərəflər arasında tərtib olunmuş cədvələ əsasən 2017-ci ilin noyabr ayından 2020ci ilin may ayınadək İddiaçı tərəfindən cəmi 9510 manat pul vəsaiti Cavabdeh verilmişdir.
3. Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi barədə 12 dekabr 2020-ci il tarixli qərarı ilə İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı i ddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9510 manat ödənilmiş məbləğ, evin təmirinə çəkilmiş xərcin əvəzi olaraq 2500 manat və ev əşyalarını küçəyə atması nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 5000 manat və ödənilmiş 31 manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivində yaşayan və tikinti işləri ilə məşğul olan usta kimi tanımış və 2017-ci ilin noyabr ayında Xaşa-Xuna bağ massivində 4 sot torpaq sahəsinin üzərində tikilmiş təmirsiz 1 otaqlı evin alqı-satqısına dair aralarında olan razılığa əsasən, ilkin olaraq 900 manat ödənilməklə, aylıq 300 manat ödəmək şərti ilə almışdır. Evin ümumi dəyəri aral arında 15000 manata razılaşdırılmış, lakin evin hüquqmüəyyənedici sənədi olmadığından, aralarında notarial qaydada alqı-satqı müqaviləsi rəsmiləşdirilməmişdir. 2017-ci ilin noyabr ayından 2020-ci ilin may ayınadək olan müddət ərzində hər ay 300 manat olmaqla, ümumilikdə 9510 manat ödəniş etmişdir. Evə dair ilkin olaraq 900 manat ödədikdən sonra evi onun istifadəsinə vermiş və o, həmin evdə təmir işləri apararaq, orada su çəni, hamam üçün qızdırıcı qoymuş, evin giriş qapısına 350 manat dəyərində qapı qoymuşdur. Ümumilikdə evin təmirinə və avadanlığa 2000-2500 manat məbləğində xərc çəkmişdir. 2017-ci ilin noyabr ayından 2020-ci ilin may ayınadək orada yaşasa da, sonradan cavabdehdən evin sənədlərini tələb etməyə başlamışdır. Cavabdeh isə müxtəlif bəhanələrlə evin sənədlərini verməkdən imtina etmişdir. 2020-ci ilin may ayında evi artıq başqa şəxsə satdığını bildirmiş və ondan evi boşaltmağını tələb etmişdir. O isə əvəzində evi boşaltmadığı halda evə görə ödədiyi məbləği və evin təmirinə görə çəkdiyi xərclərin ödənilməsini tələb etmişdir. Cavabdeh isə ödədiyi məbləği qaytarmaqdan imtina etmişdir. Daha sonra 2020-ci ilin dekabr ayının 3-də evdə heç kim olmadığı vaxt, cavabdeh evə basqın edərək, evin pəncərəsini və həyətdəki stulu sındıraraq evə qanunsuz daxil olmuş və ondan evi boşaltmağını tələb etməyə başlamışdır. O, bu barədə DİN-in 102 xidmətinə məlumat vermiş və Xəzər RPŞ-nin 1-ci PB-də şikayəti üzrə araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilərək, mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Araşdırma zamanı cav abdeh onunla aralarında Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivində 4 sot torpaq sahəsinin üzərində tikilmiş təmirsiz 1 otaqlı evin alqı-satqısına dair aralarında olan razılıq olmasını etiraf etmiş və onda hər ay aylıq ödədiyi məbləğlərin ödənilməsini təsdiq edən qəbzlər mövcuddur. Cavabdehin onun əşyalarına maddi ziyan vurmasını təsdiq edən fotoşəkillər mövcuddur. Həmin fotoşəkillərdən də cavabdehin ona məxsus əşyaları çölə atarkən, maddi ziyan vurması aydın şəkildə görünür. Qeyd olunanlara əsasən, cavabdehdən 9510 manat ödənilmiş məbləğ, evin təmirinə çəkilmiş xərcin əvəzi olaraq 2500 manat və ev əşyalarını küçəyə atması nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 5000 manat və ödənilmiş 31 manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə çıx arılmasını məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməmiş, bildirmişdir ki, o, iddiaçıya evi kirayə vermişdir. Sonradan evi satmaq qərarına gəlmiş və bu barədə iddiaçıya bildirəndə, sonuncu təklif etmişdir ki, evi ayda 300 manat ödəməklə satın alsın. O, iddiaçının təklifi ilə razılaşmışdır. Onların şifahi razılaşmasına əsasən, iddiaçı ona 7500 manat pul ödəmiş, lakin 8 ay ödəniş etmədiyi üçün o, iddiaçının evdən çıxmasını tələb etmişdir. Hal-hazırda iddiaçının ona 2400 manat borcu vardır. O, iddiaçıya evi verəndə evdə qapı var idi, lakin ondan icazəsiz özü qapını dəyişdirib. İddiaçı həmin evdə heç bir təmir işləri aparmayıb. Pulların verilməsi ilə bağlı siyahı tərtib olunub, oradakı oktyabr-fevral aylarını əhatə edən 5 ay onun tərəfindən icra edilməyi b. Ümumilikdə iddiaçı həmin evdə unitaz qoyub, qızdırıcı, seyf qapı, hamama metlax, su borusu qoyub, həmin əşyaları götürə bilər. Qeyd olunanlara əsasən, iddia tələbinin həmin əşyalara dair hissədə təmin edilməsi, qalan hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 avqust 2021-ci il tarixli 4/903 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, mülki işin 10-cu vərəqində Cavabdeh ilə İddiaçı adlarından olan cədvəlin “Cavabdeh” hissəsində “oktyabr, noyabr, dekabr, yanvar, fevral” ayları qarşısındakı “300” rəqəmləri və həmin rəqəmlərin qarşısındakı imzalar Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
8. Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyun 2022-ci il tarixli 10/1439 s aylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivi ünvanında yerləşən Cavabdeh istifadəsində olan fərdi yaşayış evində iddiaçı tərəfindən aparılan təmir- bərpa işlərinin ümumi dəyəri təqribən 4445,0 manat təşkil edir.
9. Rəydə həmçinin həmin fərdi yaşayış evində iddiaçı tərəfindən quraşdırılmış unitazın, qızdırıcı sistemin (kombi), seyf qapının təyinatına xələl gətirilmədən çıxarılması götürülməsi mümkündür, lakin hamama vurulmuş metlağın, eləcə də çəkilmiş su borularının təyinatına xələl gətirilmədən çıxarılması-götürülməsinin mümkün olmadığı müəyyən edilmişdir.
10. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim: R.Xəzri) 2(003)-2023/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 2810 (i ki min səkkiz yüz on) manat pul vəsaiti, ödənilmiş dövlət rüsumuna görə 15 (on beş) manat, həmçinin Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivi ünvanında yerləşən Cavabdeh istifadəsində olan fərdi yaşayış evindən unitaz, qızdırıcı, seyf qapı, hamam metlaxı, su borusunun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
11. Birinci instansiya məhkəməsi ekspertizanın rəyinə, tərəflərin izahatına, iş üzrə tədqiq olunan hallara qiymət verərək, iddiaçı tərəfində aylıq ödənişlər şəklində ödənilən pul vəsaitinin (oktyabr fevral aylarında edilmiş 1500 manat çıxılmaqla) 8010 manatdan ibarət olduğu qənaətinə gəlmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında hər hansı bir müqavilə bağlanmamış, cavabdeh ona verilən pul vəsaitini evə dair kirayə haqqı olaraq qəbul etmişdir. Məhkəmə, həmin ərazidə əmlak kirayəsinə dair müxtəlif internet saytlarında yerləşdirilən elanlara əsasən (https://www.emlak.az və s.) evin aylıq kirayə haqqının 200 manat, iddiaçı tərəfindən cavabdehə göndərilən pul vəsaitinin 26 aya görə 5200 manatının həmin evdə yaşamağının haqqı olaraq qəbul edilməsini işin hallarına uyğun sayır. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilərək, 2810 manat (8010-5200) pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
13. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı mübahisəli ünvanda təmir işləri apardığını bildirsə də, öz tələbini həmin hissədə əsaslandıran əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.
14. İddiaçı ev əşyalarının küçəyə atması nəticəsində dəymiş m addi ziyanın əvəzin cavabdehdən tutulmasını xahiş etsə də, bununla bağlı öz dəlilini əsaslandıran əsaslı və mötəbər sübutları məhkəməyə təqdim etməmiş, işin məhkəmə iclasında araşdırılan halları ilə də öz təsdiqini tapmamışdır.
15. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 385, 21, 157, Mülki Prosessual Məcəllənin 14, 77, 88 və 217-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivi ünvanında yerləşən Cavabdeh istifadəsind ə olan fərdi yaşayış hissə-hissə ödəmək şərti ilə 15.000 manata almış, həmin evdə təmir bərpa işləri aparmış, müəyyən müddət ödəmələr etsə də, sonra çətinlik səbəbindən ödəmələrdə ləngimə olmuş, cavabdeh bundan istifadə edərək zorla evi ondan geri almış və başqa adama satmışdır, iddiasında evə görə ödədiyi 9510 manatı, evin təmirinə çəkdiyi 2500 manat xərci, bir də evindən cavabdeh tərəfindən çölə atılan əşyaların dəyəri olaraq 5000 manat pulun ödənilməsini tələb etmiş, lakin birinci instansiya məhkəməsi işə düz baxmamışdır.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər-İ.S.Şirinov (sədrlik edən və məruzəçi), C.A.Yusifov və A.V.Tanrıverdiyev) 2(103)-974/2022 nömrəli, 28 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Xəzər Rayon Məhkəməs inin 2(003)-2023/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilməklə Cavabdeh (8010+2500=10.510) 10.510 (on min beş yüz on) manat məbləğində pul vəsaiti, ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu və qızdırıcı sistem (kombi), unitaz, seyf qapının alınaraq İddiaçı verilməsi, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi mövqeyi ilə bağlı bildirmişdir ki, hazırkı halda tərəflər arasında daşınmaz əmlaka dair etibarsız əqdin olduğu, bunun nəticəsində isə cavabdehin əsassız varlandığı müəyyən olunur. Belə olan halda tərəflər arasında olan hazırkı mübahisə etibarsız əqdin nəticələri tətbiq edilməklə və MM-in 1091 və 1092-ci maddələrinin tələblərinə əsasən həll edilməlidir. 2
0. Rayon məhkəməsi tərəflər arasında olan münasibətləri kirayə münasibəti kimi şərh etmiş, nəticədə iş üzrə düzgün olmayan qənaətə gəlmişdir.
21. İddiaçı özbaşına tikilinin alqı-satqısına dair razılaşmaya əsasən cavabdehə 9510 manat ödədiyini bildirsə də, məhz həmin məbləğin ödənilməsinin təsdiq edən mötəbər sayıla biləcək sübut verməmişdir.
22. Məhkəmə kollegiyası iddiaçı tərəfindən cavabdehə ödənilən məbləğin rayon məhkəməsi tərəfindən müəyyən edilən 8010 manat olması ilə razılaşır. İddiaçı bundan artıq ödəməsinin sübut edə bilmir.
23. İddiaçı evin təmirinə çəkilmiş xərcin əvəzi olaraq 2500 manat tələb etmişdir. Cavabdeh bununla razılaşmır və bildirir ki, onun evi təmirli olmuşdur, başlıcası isə iddiaçı onun razılığı olmadan həmin işləri görmüşdür. Cavabdeh evin iddiaçıya verilərkən təmi rli olmasını sübut edə bilmir. Halbuki MPM-in 77.1-ci maddəsinə əsasən bunu sübut etmək onun üzərinə düşür.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, təmir xərcinə dair hissədə iddia tələbi 2500 manat olduğundan, bu tələb həmin həddə, yəni 2500 manat hissədə təmin edilməlidir, eyni zamanda həmin ekspert rəyində iddiaçı tərəfindən quraşdırılmış unitazın, qızdırıcı sistemin (kombi), seyf qapının təyinatına xələl gətirilmədən çıxarılması-götürülməsinin mümkün olduğu müəyyən edildiyindən, qeyd edilən əşyalar da cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
25. Bundan əlavə, iddiaçı cavabdeh tərəfindən ev əşyalarını küçəyə atması nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 5000 manat tələb etsə də, buna dair hər hansı sübut təqdim etməmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gə ldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 180, 337,1091 və 1092-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 76 və 77-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib işin yenidən apellyasiya icraatı qaydasında baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayətində qeyd olunmuşdur ki, cavabdehə pul vəsaitinin verilməsi barədə siyahıda oktyabr-fevral aylarını əhatə edən 5 ayın qarşısındakı imza onun tərəfindən icra edilməmişdir. Bununla bağlı məhkəmə ekspertizası təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 avqust 2021-ci il tarixli 4/903 saylı ekspert rəyi ilə sübut olun muşdur ki, mülki işin 10-cu vərəqində Cavabdeh ilə İddiaçı adlarından olan cədvəlin Cavabdeh hissəsində “oktyabr, noyabr, dekabr, yanvar, fevral” ayları qarşısındakı “300” rəqəmləri və həmin rəqəmlərin qarşısındakı imzalar Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən imzalanmışdır. İddiaçı mübahisəli ünvanda təmir işləri aparıldığını bildirsə də öz tələbini həmin hissədə əsalandıran əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı ev əşyalarının küçəyə atılması nəticəsində dəymiş maddi ziyanın əvəzinin cavabdehdən tutulmasını xahiş etsə də məhkəməyə bununla bağlı da öz dəlilini əsaslandıran əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi 10.510 (on min beş yüz) on manat məbləğində pul vəsaitinin heç bir əsas olmadan cavabdehdən alıb iddiaçıya ödənilməsini qət edərək maddi hüquq normalarının tələblərini pozmuş və nəticədə gələcəkdə cavabdehin qanunla qorunan mülkiyyət hüquqlarını məhdudlaşdıracaq qətnamə çıxarmışdır. Qətnamə ilə işin faktiki halları üzrə sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə prosessual hüquq normaları səhv təfsir edilərək tətbiq edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
30. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
31. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
32. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
33. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
34. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
35. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, x idmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
36. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
37. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Prosessual Məcəllə
19. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübut ları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
23. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üz rə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
24. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanıl ır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və tərəflərin dəlillərinə hüquq normalarına əsasən qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmələrin gəldiyi nəticə əsaslandırılmışdır.
28. Kassasi ya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
30. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiy asının 2(103)-974/2022 nömrəli, 28 iyul 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.