Məhkəmə qərarları › İş №2(102)-393/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-393/2025

13.02.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-393/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızının cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, torpaq sahəsinin zəbtdən azad olunması, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 oktyabr 2024-cü il tarixli, 2(105 )-1354/2024 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Quba rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 15 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı5, Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızının və İddiaçı2 mülkiyyətinə Quba rayonunun Qaraçay kəndi ərazisində iki hissədən ibarət olmaqla, 1,95 hektar torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinin 1,2189 ha hissəsi onların ümumi birgə mülkiyyət hüquqları kimi daşınmaz əmlakın dövlət reyestrində 03 iyul 2018-ci il tarixdə qeydiyyata alınmışdır.

2. Quba rayonu, Qaraçay kəndi ərazisində 1,2971 ha torpaq sahəsi Cavabdeh2, X4, X1 və Nümayəndə adına ümumi birgə mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 12 noyabr 2021-ci il tarixdə qeydiyyata alınmışdır.

3. Quba rayonu, Qaraçay kəndi ərazisində 1,2972 ha torpaq sahəsi üzərində Cavabdeh3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 06 sentyabr 2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızı cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılara məxsus 1,2189 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tanıdılması barədə AKTA əsasən mərz nişanları çıxarılaraq, yenidən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilən tor paq sahəsi hissəsindən çıxarılmaqla, mərz nişanlarının yerinə basdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

5. İddia onunla əsaslandırılmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 18 noyabr tarixli 15 nömrəli qərarı ilə Torpağa mülkiyyət hüququna dair JN0020 kod 30319028 nömrəli Dövlət aktına əsasən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1,95 ha (1,21 ha bağ, 0,72 ha əkin sahəsi olmaqla) torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. 1,21 ha bağ sahəsindən qonşuları - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təqribən 0,20 ha zəbt edərək müxtəlif növ meyvə ağaclarını qanunsuz əkmişlər. İddiaçılar etiraz edərək, mülkiyyətlərində olan torpaq sahəsindən qanunsuz istifadə edən cavabdehlərin çıxmalarını tələb etmiş, lakin cavabdehlər bundan imtina edərək həmin torpaq s ahəsinin özlərinin mülkiyyətinə aid olduğunu bildirmişlər. Mübahisənin həlli üçün iddiaçılar 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş və mübahisəli pay torpaq sahəsinin sərhədləri müəyyən edilməklə onlara daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışa uyğun, yerində baxış keçirilməklə mərz nişanlarına əsasən AN 286780 nömrəli torpaq sahəsinin plan və ölçüsü müəyyən olunmaqla mərz nişanları ilə təhkim edilməsini xahiş etmişlər. Lakin, ərizə baxılmadığından Sumqayıt İnzibati Məhkəməsinə bu haqda “Məcbur etmə haqqında” iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışlar. Sumqayıt İnzibati Məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin icra sənədinə əsasən 760 manat rüsum ödədikdən sonra – iddiaçılara təqdim edilən 13 sentyabr 2021-ci il tarixli aktla torpaq sahəsi onlara təhkim edilmiş və mərz nişanları ilə ayrılmışdır. Həmin vaxtı cavabdehlərin torpaq sahəsinin yerində sərhədlərinin müəyyən edilməsində iştirak etmələri xahiş edilmiş, lakin cavabdehlər iştirakdan qəsdən imtina etmişlər. Bir neçə gündən sonra torpaq sahəsinə payız-qış mövsümü ilə əlaqədar işlər aparmaq üçün getdikdə, cavabdehlərin iddiaçılara aid torpaq sahəsinin sərhədlərini müəyyən edən mərz nişanlarının çıxarıb ataraq, yenə də təqribən 0,20 ha torpaq sahələrini zəbt etmələri müəyyən olunmuşdur. İddiaçılar mülkiyyətlərində olan torpaq sahəsini zəbt edərək əkdikləri gavalı ağaclarındakı məhsulu yetişmədən yığıb apardığını görüb, Cavabdeh1 qanunsuz əkdiyi ağacların çıxarılıb təkrar zəbt etdiyi sahədən çıxmasını və mərz nişan larının yerinə basdırılmasını tələb etsələr də, onların haqlı tələbinə əməl olunmamış, bu səbəbdən cavabdehlərin barəsində Quba rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışlar. Şikayət ərizəsi ilə əlaqədar Quba rayon PŞ-nin TB baş təhqiqatçısı, polis mayoru X5 tərəfindən 17 oktyabr 2021-ci il tarixli qərar ilə toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, təkrar zəbt olunan torpaq sahəsi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir.

6. Birinci instansiya məhkəməsinə təqdim olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin 12 iyun 2023-cü il tarixli rəyinə görə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsini n 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Əliağa Orucovun mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızına məxsus torpaq sahəsi Cavabdeh3 və Cavabdeh2 Xeyrula oğlu tərəfindən hansısa formada istifadə olunmur. İddiaçı1, İddiaçı4, İddiaçı5 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızına məxsus torpaq sahəsi Azərbaycan Respublikasında Prezidenti 7 mart 2016-ci il tarixli 818 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları əsasında torpaqların rəqəmsal kadastr xəritələrində 0,4584 ha kimi göstərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dö vlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Əliağa Orucovun mütəxəssis rəyində qeyd edilir ki, iddiaçılara və cavabdehlərə məxsus torpaq sahələrinin koordinatları fakt olaraq GPS aləti ilə ölçdükdən sonra elektron uçot xəritəsində araşdırmaqla müqayisəli şəkildə sxem tərtib olunaraq işə əlavə edilmişdir.

7. Məhkəmə Ekspertiza Mərkəzinin 26 fevral 2024-cü il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Yerqurluşu üzrə mühəndisi Beydulla Əlistanovun tərtib etdiyi 23 yanvar 2024-cü il tarixli mütəxəssis rəyinə əsasən müəyyən edilmi şdir ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızına ümumbirgə məxsus 1,2189 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh3 və X2 tərəfindən hansısa formada istifadə olunmur. İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızına məxsus torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları əsasında torpaqların rəqəmsal kadastr xəritələrində 0,4584 ha kimi göstərilmişdir.

8. Quba Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(027)-23/2024 nömrəli qətnaməsi ilə (hakim V.Seyidov) i ddia təmin olunmamışdır.

9. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, ekspert rəyinə əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızına ümumbirgə məxsus olan 1,2189 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh3 və X2 tərəfindən hansısa formada istifadə olunmadığı müəyyən olunmuşdur. Məhkəmə həmin rəyi mötəbər sübut kimi qəbul edərək hesab etmişdir ki, iddia ərizəsi təmin edilməməlidir.

10. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 152.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Nəbiyeva (Müslüm ova) Gülbahar Yavər qızı birgə apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(027)-23/2024 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 oktyabr 2024-cü il tarixli, 2(105)-1354/2024 nömrəli qətnaməsi ilə (hakim A.Mahmudovun sədrliyi və məruzəsi ilə, hakimlər S.Qafari və A.Hüseynzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, Quba rayonu, Qaraçay kəndi ərazisində hazırkı iş üzrə tərəflərin hər birinin ayrı-ayrılıqda xüsusi mülkiyyətində torpaq sa hələri mövcuddur. İddiaçı iddia edir ki, cavabdehlər ona məxsus olan torpaq sahəsinin bir hissəsini zəbt etməklə, orada qanunsuz təsərrüfatla məşğul olurlar və torpaq sahəsindən hazırda da sonuncular tərəfindən istifadə davam edir. İşə baxan məhkəmə mübahisənin ədalətli və obyektiv həll edilməsi məqsədi ilə əsas hədəfi qeyd olunan torpaq sahəsinin (iddiaçıya və cavabdehlərə məxsus torpaq sahələrinin) uyğun olaraq plan və ölçüdəki, həmçinin faktiki vəziyyətdə koordinatlarını müəyyən edən, bunun davamında iddiaçıya məxsus torpaq sahəsinin hər hansı hissəsinin cavabdehlər, yaxud üçüncü şəxslər tərəfindən zəbt edilib-edilməməsini müəyyən edən ətraflı məlumatların əldə edilməsi olmuşdur. Digər tərəfdən, araşdırılan işin təhlilindən həmçinin görünür ki, cavabdeh tərəfin də mülkiyyət hüququnu təs diq edən sənədlər mövcuddur və onlara məxsus torpaq sahəsinin də müvafiq olaraq plan ölçüsü tərtib edilmişdir.

14. Apellyasiya kollegiyası qeyd etmişdir ki, hazırkı mülki iş üzrə mübahisənin obyektiv həlli yalnız mübahisəli torpaq sahəsinin koordinatlarının naturada müəyyən edilməsi, habelə iddiaçılara hüquqmüəyyənedici sənəd əsasında məxsus olan torpaq sahəsinin faktiki olaraq cavabdehlər tərəfindən zəbt edilib-edilməməsinin müəyyən edilməsindən aslıdır ki, bu hal yalnız iş üzrə mütəxəssislərin verdiyi ekspert rəyi əsasında müəyyən oluna bilər. İş üzrə keçirilmiş ekspertizanın rəyində isə iddiaçılara məxsus torpaq sahəsinin hər hansı hissəsinin cavabdehlər Cavabdeh3 və X2 tərəfindən hansısa formada istifadə olunmaması qeyd olunmuşdur.

15. Apellyasiya şikayətinin dəlillərinə nəzər saldıqda görünür ki, iddiaçı tərəf ekspert rəyindən narazı olmaqla, ekspertiza tədqiqatının obyektiv aparılmamasını və yenidən ekspertiza keçirilməsinin zəruriliyi qeyd etmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi yaranmış mübahisəyə mümkün aydınlıq gətirmək məqsədilə aidiyyəti üzrə reyestr orqanına sorğu vermiş və yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları əsasında torpaqların rəqəmsal kadastr xəritələrində dürüstləşmə aparıldıqdan sonra iddiaçılara məxsus torpaq sahəsinin ölçüləri barədə məlumatların məhkəməyə göndərilməsi xahiş olunmuşdur. DƏDK və RPHŞ -in 5 saylı Xaçmaz Ərazi İdarəsi 20 sentyabr 2024-cü il tarixli məktubla sorğuya cavab olaraq bildirmişdir ki, iddiaçıların xüsusi mülkiyyətində olan Torpağa mülkiyyət hüququna dair JN-0020 nömrəli Dövlət Aktı əsasında Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) JN-0020 nömrəli Dövlət Aktı əsasında 1,2188 ha torpaq sahəsi 0,46 ha, digər JN-0020A hissəsi isə 0,7269 ha torpaq sahəsi 0,73 ha işlənilmişdir.

17. Göründüyü kimi iddiaçıların mülkiyyətində olan 1,2188 ha torpaq sahəsi reyestr orqanında TEKUİS-dən sonra 0,46 torpaq sahəsi kimi işlənilmişdir ki, bu da ekspert rəyi ilə eynilik təşkil edir. Konkret halda mövcud vəziyyətdə ekspert rəyinin qeyri-obyektivliyinə şübhə qalmır.

18. Bundan sonra, apellyasiya kollegiyası tərəfindən aidiyyəti üzrə DƏDK və RPHŞ-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə yenidən sorğu verilərək, rəy vermiş mütəxəssisin məhkəmə iclasında iştirakının təmin olunması xahiş olunmuşdur. Məqsəd verilmiş rəyin tərəflərin, xüsusən də rəydən narazı qalan iddiaçı tərəfin iştirakı ilə müzakirə edilməsi olmuşdur.

19. Məhkəmənin 14 oktyabr 2024-cü il tarixli iclasında iştirak etmiş mütəxəssis X3 rəyə aydınlıq gətirərək bildirmişdir ki, iddiaçıya çıxarış verilərkən koordinatlar əvvəlki sənədlərə, yəni Dövlət Aktına istinadən verilmişdir. Lakin sonradan yaranmış mübahisələr zəminində həmin ərazidə dürüstləşmə işləri aparılmış və bu zaman bir neçə şəxsin, o cümlədən də iddiaçıların torpaq sahəsinin koordinatlarında dəyişiklik olunması, yəni azalma müşahidə edilmişdir. Rəy verilərkən iş üzrə cavabdehlərin də koordinatları yoxlanılmış və sonda sonun cuların faktiki olaraq öz koordinatları daxilində yerləşdiyi müəyyən edilmişdir. Bununla belə hazırda iddiaçı tərəfin istifadəsində 1 ha-dan artıq torpaq sahəsi var. Əgər iddiaçı tərəf müraciət etsə, bu məsələyə yenidən baxıla bilər. Hazırkı halda cavabdehlər iddiaçının torpaq sahəsindən istifadə etmirlər.

20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə, iddia tələblərinin bu hissəsinin faktiki halları qanuni əsasların şərtlərinə, yəni dispozisiya şərtlərinə uyğun olmadığından birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.

21. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 16.1, 139.1, 152.1, 157.4, 152.5, 152.6, 164.1, 238.1, 283.3, 239.2-ci, Torpaq Məcəlləsinin 5, 67.1, 68, 83, 84, 111-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 7.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

22. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 152.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1, 9.1-ci, Mülki Prosessual Məcəllənin 88-ci maddələrinin, “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılma sı və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarının 2.3.2-ci bəndinin tələblərini pozmuşdur.

24. Belə ki, mülkiyyət hüququnun dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasında təmin etmişdir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin (faktiki dövlət aktın) torpaq sahəsi yeni istifadəyə verilmiş torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) həmin torpaq sahəsinə 1,2189 ha olması ilə əlaqədar bizə çıxarış hazırlanmış, təhkim aktı ilə yerində tanıdıldıqdan sonra buna cavabdeh şəxslər tərəfindən 0,4584 ha torpaq sahəsində dəyişdirilməsi və ya verilən arayışın düzgün olmaması səbəblərini araşdırmamışdır. Cavabdehin xeyrinə pay torpaq sahəsinin elektron xəritəyə işlənilən zaman xəritədə qanunsuz dəyişiklik aparılmaqla 1,2189 ha torpaq sahəsindən 0,4586 ha-sını qeydə alıb, qalan 0,76 ha torpaq sahəsinin qeydiyyata alınmaması, həmçinin rəyin hansı əsasla 0,4586 ha ilə hazırlanması nəticəsində iddiaçının mülkiyyət hüquqlarına mühüm zərər vurulmuşdur. Ərazi İdarəsi Quba rayonu, Nügədi Qazmalar kəndi ərazisində yerləşən 1,2189 ha torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququnun dövlət qeydiyyatına almışdır. Bundan başqa, torpaq sahəsi ilə bağlı mübahisə olduğundan (torpaq sahəsi cavabdehlər tərəfindən 0,76 hektarı zəbt olunaraq istifadə edilməsi müəyyən olunmasına baxmayaraq) AİK-nın qərarı ilə hər bir vətəndaşa 0,32 ha pay torpaq sahəsinin ayrıldığı halda, iddiaçıların paylarının xəritədən sui-istifadə olunaraq elektron xəritənin rəqəmlərinin saxtalaşdırılıb-saxtalaşdırılmaması yoxlamadan 0,4584 ha kimi ekspertiza təyin etməklə mülkiyyət hüquqları pozulmuşdur.

25. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

26. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

27. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

28. İddiaçılar apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının pred metini qətnamənin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun olaraq tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

29. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

30. Azərbaycan Respublikası Mülk i Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.

31. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 5-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dö vlət tərəfindən qorunur. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz is tifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı v ə onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətb iq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci m addəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəy yən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıların apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, o cümlədən daşınmaz əmlakın dövlət reyestrini aparan orqana sorğu verilmiş, mütəxəssis məhkəmə iclasında dindirilmiş və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulması müəyyən olunmur.

35. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı tələbin hüquqi əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtinə əsasən iddiaçı mü bahisəli əmlakın mülkiyyətçisi olmalı, həmin əmlak başqasının (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır.

36. Hazırkı iş üzrə cavabdehlərin sahibliyinin qanunsuzluğunu müəyyən etmək üçün ekspertizalar keçirilmiş və alınan rəylərlə iddiaçılara məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olunmaması, habelə torpaqların rəqəmsal kadastr xəritələrində həmin torpaq sahəsinin 0,4584 ha kimi göstərilməsi müəyyən edilmişdir.

37. Göründüyü kimi, cavabdehlərin torpaq sahəsindən istifadələrinin qanunsuz olması məhkəmə araşdırmaları ilə sübut olunmamışdır.

38. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspe rtizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən, gəldiyi nəticəni iş üzrə keçirilmiş ekspert rəylərinə uyğun əsaslandırmaqla, MPM-in 88, 101.7 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir.

39. Hazırkı kassasiya şikayətinin dəlilləri torpaqların rəqəmsal kadastr xəritələrində iddiaçıların torpaq sahəsinin ərazisinin qanunsuz olaraq çıxarışdakı sahəyə nisbətən az ölçüdə qeydə alınması ilə bağlıdır ki, bu dəlillərə hazırkı işdə hüquqi qiymət verilə bilməz.

40. Belə ki, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 07 mart 2016-cı il tarixli Fərmanı qəbul olunmuşdur. Həmin Fərmanla “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydaları təsdiq olunmuşdur.

41. Fərmanın 2.3-cü bəndində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə tapşırılmışdır ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqə msal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının to rpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi.

42. Fərmanın 2.5-ci bəndində İqtisadiyyat Nazirliyinə həmçinin tapşırılmışdır ki, ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bil diriş təqdim olunmasını, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etsin.

43. Göründüyü kimi, Fərmanla torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi müvafiq icra hakimiyyəti orqanına həvalə olunmuş və Fərmanın icrası ilə bağlı iddiaçıların hüquqları və mənafeləri pozulduğu halda, onların aidiyyəti üzrə inzibati icraat qaydasında şikayət və iddia vermək hüquqları qalmaqdadır.

44. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiya sı məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsin in Mülki kollegiyasının 14 oktyabr 2024-cü il tarixli, 2(105)-1354/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar