Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3930/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, İddiaçı və onun vəkili ŞNnın iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 28 dekabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 04 iyun 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.Abdıyev, iş № 2(005)-3595/2018 saylı mülki iş) İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı uşaqla birlikdə mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 28 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən, məruzəçi), X.Sarıyev və E.Şamayev, 2(103)12522/2018 saylı mülki iş) hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 sentyabr 2018-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, onun və azyaşlı uşaqları – 20.06.2016-cı il təvəllüdlü X4 və 28.02.2018ci il təvəllüdlü X3 Bakı şəhəri, Nərimanov rayonu, PY UA 38/10, 47 “B” nömrəli yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəm ə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili ŞN kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbayc an Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 09.12.2014cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsindən” görünür ki, satıcı olan X6 (Cavabde h2 atası) özünə məxsus olan və Bakı şəhəri, ÜNVANini 77.300 manata alıcı olan X1. Həmin müqavilə Bakı şəhərinin 27 saylı Notariat Kontorunun xüsusi notariusu X7 tərəfindən təsdiq edilmişdir. "xxxx" ASC ilə (Cavabdeh2 atası) AM arasında bağlanmış 29.07.2015-ci il tarixli, 206S10F152100003 nömrəli “Sığortalı əmanət(depozit) hesabı haqqında müqaviləyə” əsasən 27.250 ABŞ dolları məbləğində pul vəsaiti AM tərəfindən 120 ay müddətinə, yəni 30.07.2025-ci il tarixədək faiz ödəmək şərti ilə Banka əmanət kimi yerləşdirilmişdir. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 29.07.2015-ci il tarixli, 206S10F152100005 nömrəli “Sığortalı əmanət (depozit) hesabı haqqında müqaviləyə” əsasən 27.250 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh2 tərəfindən 120 ay müddətinə, yəni 30.07.2025-ci il tarixədək faiz ödəmək şərti ilə Banka əmanət kimi yerləşdirilmişdir. Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 807475 “Nikah haqqında Şəhadətnamədən” görünür ki, Cavabdeh2 ilə İddiaçı 06.10.2015-ci il tarixdə nikaha daxil olmuşlar. “Doğum haqqında şəhadətnamələrdən” görünür ki, tərəflərin birgə nikahından iki uşaq dünyaya gəlmişdir: 20.06.2016-cı il təvəllüdlü D və 28.02.2018-ci il təvəllüdlü A. İşin mübahisəsiz halları kimi müəyyən edilmişdir ki, iş üzrə tərəflər İddiaçı və Cavabdeh2 rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onlar nikaha daxil olduqdan bir müddət sonra mübahisəli evə köçmüş və orada yaşamağa başlamışlar. Ailədaxili münaqişə yaradıqdan sonra cavabdehlər iddiaçını həmin evdən çıxardıqlarına görə iddiaçı bir daha oradan istifadə edə bilməmişdir. Azərbaycan Respubl ikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məhkəmə mübahisənin həlli üçün ilk növbədə iddiaçının mübahisəli evə dair cavabdehlərə qarşı bu kimi iddianı irəli sürmək üçün subyektiv hüquqa malik olubolmamasını araşdıraraq qeyd etmişdir ki, cavabdeh tərəf mübahisəli evin Cavabdeh2 atası AMyə məxsus başqa bir evin satılmasınd an əldə olunmuş gəlir hesabına alınmış, bu hal iş materialları ilə də təsdiq olunmuşdur. Belə ki, Cavabdeh2 və onun atası evin satışından əldə olunmuş gəliri hər biri 27.250 ABŞ dolları olmaqla banka əmanət kimi 29.07.2015-ci il tarixli müqavilə ilə yerləşdirmiş və cavabdeh tərəfin bildirdiyinə görə mübahisəli ev də həmin vəsait hesabına alınmışdır. Göründüyü kimi, cavabdeh tərəf evin alınması üçün sərf olunmuş vəsaitin mənbəyini göstərir. İddiaçı bu halın əksini iddia etsə də, öz iddiasının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, mübahisəli evin alğı-satqısı üçün hansı maddi mənbədən istifadə edildiyini göstərməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmə li, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı müvafiq xüsusatı yalnız bacısından alınan 4.500 ABŞ dolları və 7.000 manat pul məbləği ilə əsaslandırır. Cavabdeh isə iddiaçının bu iddiasına etiraz etmiş, evin alınması üçün iddiaçının bacısı tərəfindən pulun verilmədiyi, əvvəllər iddiaçının bacısından borc aldığını və borcun qaytarmasını bildirmişdir. Məhkəmə qeyd etmişdir ki, müvafiq dəlil cavabdeh tərəfindən etiraf olunmadığından, iddiaçı özü həmin dəlilin əsaslı olmasını sübuta yetirmək öhdəliyi daşıyır. Yəni qeyd olunan məbləğdə (və ya daha az) pulun Cavabdeh2 məhz mübahisəli evin alınması məqsədi ilə bağışlanıldığını təsdiq etmək hazırki halda iddiaçının üzərinə düşür. Lakin iddiaçı hər hansı bir məbləğin onun bacısı tər əfindən borc məqsədi ilə deyil, iddia etdiyi kimi - evin alınmasına kömək etmək niyyəti ilə verildiyini sübuta yetirə bilməmiş, həmçinin cavabdehin bu məbləği artıq iddiaçının bacısına geri ödəmiş olması ilə bağlı etirazına da hər hansı münasibət bildirməmişdir. Belə olan təqdirdə məhkəmə müəyyən etmişdir ki, mübahisəli evin alınması məqsədi ilə iddiaçının bacısının cavabdehə hər hansı bir məbləğdə pul vəsaiti verməsi təsdiq olunmamışdır. Müəyyən edilmişdir ki, mübahisəli ev heç kəsin adına rəsmiləşdirilməmişdir, özbaşına tikilidir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli evin özbaşına tikili olması və tərəflərin birgə nikahı dövründə alınması mübahisəsiz olsa da, həmin evin məhz tərəflərin ümumi gəlirləri hesabına əldə edilməsi sübuta yetirilməmişdir. Yuxarıda göst ərildiyi kimi, mübahisəli ev cavabdehin atası tərəfindən və ona məxsus olan pul vəsaiti hesabına alınmışdır. İddiaçı bu evin alınmasına, təmirinə və ya yaxşılaşdırılmasına hər hansı şəkildə vəsait xərcləməmişdir. Belə olan halda, iddiaçının həmin evə istifadə hüququnun yaranmasından və evə köçürülməli olmasından söhbət gedə bilməz. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, iddiaçının mübahisəli evdən istifadə hüququ tanınmadığından, azyaşlı uşaqların məhz iddiaçı ilə birlikdə həmin evə köçürülməsi də hazırki halda mümkün deyil. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 28 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3930/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3930/2019
04.06.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver