Məhkəmə qərarları › İş №2(102)-3930/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-3930/2021

05.07.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3930/2021 05.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 oğluna qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: digər şəxslərin kassasiya şikayəti ilə bağlı mülki işin kassasiya baxışından çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-137/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasi ya şikayəti üzrə işə 05 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət edərək icarəsinə verilmiş torpaq sahələrindən istifadəsinə cavabdehlər tərəfindən yaradılmış maneə nəticəsində 20000 manat ziyanın cavabdehlərdən onun xeyrinə alınmasına, qanunsuz tikililərin tikilməsinin cavabdehlərə qadağan edilməsinə, özbaşına tikililərin cavabdehlərin qüvvə və vəsaitləri hesabına sökülməsinə, icarəsinə verilmiş torpaq sahələrindən cavabdehlərin maneə yaradan hərəkətlərinin qadağan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına götürülmüş və 2(035)-152/2020 sayl ı (əvvəlki nömrəsi 2(035)-787/2019 saylı) mülki iş başlanmışdır. Həmçinin İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 oğluna qarşı iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən Zərdab rayonu Məlikumudlu kəndində icarəsinə verilmiş torpaq sahəsinə vurduqları ziyana görə 4000 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına götürülmüş və 2(035)-107/2020 saylı mülki iş başlanmışdır. Hər iki iş eyni tərəflərin iştirak etdiyi eyni növlü iş olduğundan məhkəmənin 25.02.2020-ci il tarixli qərardadı ilə bir icraatda birləşdirilmişdir. Məhkəmə prosesinin gedişində iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, icarəsinə verilmiş torpaq sahələrindən istifadəsinə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 oğlu yaradılan maneələr nəticəsində vurulmuş maddi zərərə görə cavabdehlərdən 20000 manat, əldən çıxmış faydaya görə 16000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin (hakim Tahir Qubadov) 08 iyun 2020-ci il tarixli, 2(035)-152/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 oğlundan müştərək qaydada maddi ziyana görə 960 manat, əldən çıxmış faydaya (gəlirə) görə 16000 manat, 16960 manat məbləğində pul alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumunun iddiaçının öz ünə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ayaz Mahmudov sədrlik edən və məruzəçi, Ələddin Məcidov, Mahir Əsədli) 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “əldən çıxmış faydaya (gəlirə) görə 16000 manat, cəmi 16960 manat” məbləğinə münasibətdə dəyişdirilmiş, əldən çıxmış faydanın (gəlirin) məbləği 11396,00 manat, cəmi 12356 manat məbləğində müəyyən edilmiş, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı qət namədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti Ali Məhkəmənin 27 may 2021-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Ali Məhkəməyə Şəki Apellyasiya Məhkəməsinin 16 iyun 2021-ci il tarixli məktubu daxil olmuşdur. Məktubda hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh2 tərəfindən də kassasiya şikayəti verildiyindən, həmin kassasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə mülki işin Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Res publikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, daxil olmuş məktubu nəzərdən keçirib hesab edir ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-137/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçının verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 27.05.2021-ci il tarixli qərardadı ləğv edilməli, qətnamədən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinin yerinə yetirilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməli, bu səbəbdən də mülki iş kasasiya baxışından çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə görə, kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-137/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayətinin icraata qəb ul edilməsi barədə Ali Məhkəmənin 27 may 2021-ci il tarixli qərardadı ləğv edilsin. 2(102)-3930/2021 saylı mülki iş kasasiya baxışından çıxarılsın. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-137/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 verdiyi kasasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar