Məhkəmə qərarları › İş №2(102)-3931/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3931/2023

29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3931/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı mənzilin təhvil verilməsi və ya mənəvi və maddi zərərin tutulması tələbinə dair ilkin, Cavabdeh Mənzil Tikinti Kooperativinin İddiaçı qarşı müqavilənin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: mənzilin təhvil verilməsi və ya mənəvi və maddi zərərin tutulması, müqavilənin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, X1 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı mənzilin təhvil verilməsi və ya mənəvi və maddi zərərin tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2646/2023 nömrəli, 30 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 29 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ”Kooperativ Mənzil Tikintisi” haqqında xx.xx.2011-ci il tarixli 238 nömrəli müqavilədən görünür ki, ünvan 1 ünvanda yerləşən kooperativ yaşayış binası “İdeal İnşaata” məxsusdur. Müqavilənin predmetini Kooperativə ayrılmış ünvan 2 ünvanda Alıcılara inşa ediləcək yaşayış binasının 301 saylı mənzili təşkil edir. Mənzil 3 otaqdan ibarətdir, mənzilin ümumi sahəsi 135 kv.m, mənzilin hesablaşma sahəsi 135 kv.m, mə nzilin yaşayış sahəsi 73,47 kv.m, mənzilin dəyəri 87.750 manat təşkil edir, mənzilin bayır divarı iki qat kərpiclə hörülür, mənzilin daxili divarları bir qat 180X180 ölçülü kərpiclə hörülür, mənzilin divarları mayak üsulu ilə suvanır və suvaqın altında elektrik xətlərinin çəkilməsi üçün xüsusi rezin borular yerləşdirilir, mənzil dəmir qapı ilə seyf qapısı təchiz olunur, mənzilin pəncərələri plastik materialdan hazırlanır, mənzil qazla təchiz olunur, mənzilin daxili tamamlama işləri görülmədən “Alıcı” ya təhvil verilir. 2. 29 noyabr 2011-ci il tarixli 0026 nömrəli qəbzdən görünür ki, İddiaçı (bundan sonra – iddiaçı) 29 noyabr 2011-ci il tarixli, 238 nömrəli müqaviləyə əsasən 30.000 manat ödəmişdir.

3. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kad astrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Baki Ərazi İdarəsi tərəfindən 11.10.22-ci il tarixli **********00 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş Mənzil Tikinti Kooperativi (bundan sonra – MTK) tərəfindən ünvan 3 ünvanda inşa edilmiş yaşayış binasının istismarına icazə sənədi xx.xx.2019-cu ildə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmişdir. Məktubda həmçinin bildirilir ki, sözügedən binanın eskiz layihəsi İdarənin arxivində aşkar edilməmişdir.

4. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2022-ci il tarixli MİHO/2.1-2-2022-6691 nömrəli məktubundan görünür ki, ünvan 4 ünvanında yerləşən MTK-ya məxsus yaşayış binasını Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nöm rəli Fərmanına uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019-cu il tarixli 001 nömrəli istismara icazə sənədinin təsdiq olunmuş surəti məhkəməyə göndərilib. 5. 15 dekabr 2021-ci il tarixli pretenziyada 29 noyabr 2011-ci ildə mənzilin dəyərinin 33,34%-ni təşkil edən 30000 manat pul ödənildikdən sonra kooperativə hər hansı pul ödənilməməsi, İddiaçı şifahi formada xəbərdarlıqlar edilərək mənzilin dəyərini təşkil edən pulun digər hissəsinin ödənilməsi təklif edilsə də, hər hansı ödəniş aparılmadğı qeyd olunmuşdur. 6. 06 iyun 2022-ci tarixli pretenziyada 29 noyabr 2011-ci ildə mənzilin dəyərinin 33,34%-ni təşkil edən 30000 manat pul ödənilldikdən sonra kooperativə hər hansı pul ödənilməməsi, müqavilənin 3.2-ci bəndinə əsasən mənzilin dəyərinin qalan hissəsini bərabər hiss ələrlə, binanın son mərtəbəsinin tikintisi başa çatanadək ödənilməli olduğu, dəfələrlə kooperativ tərəfindən şifahi formada xəbərdarlıqlar edilərək mənzilin dəyərini təşkil edən pulun digər hissəsinin ödənilməsi təklif edilsə də, tərəfdən hər hansı ödəniş aparılmadığı, hazırda Cavabdeh MTK-nın müqavilənin icrasına marağı itdiyindən qalan pul məbləğinin ödənilməsinə razılığının olmaması, mənzilin dəyərinin ödənilmiş 30.000 manat pulu 5 iş günü ərzində Cavabdeh MTK-dan götürülməsi və müqavilənin ləğvi barədə yazılı razılıq təqdim etməsi xahiş olunmuşdur.

7. Memarlıq planlaşdırılmasının eskiz həllindən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən Cavabdeh MTK-tərəfindən inşa edilmiş yaşayış binası 1-ci mərtəbəsi qeyri yaşayış, qalan 17 mərtəbə yaşayış olmaqla, ümumilikdə 18 mərtəbədən ib arətdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı "mənzilin təhvil verilməsi və ya mənəvi və maddi zərərin tutulması" tələbinə dair ilkin iddia ilə məhkəməyə müraciət edərək cavabdeh ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli, 238 nömrəli müqavilənin şərtlərinə uyğun olaraq tərəfindən müqavilə üzrə ödənilməli olan qalıq məbləğ olan 57.750,00 manat məbləğində vəsaitin MTK-ya ödənilməsi şərti ilə ünvan 2 ünvanında inşa edilən yaşayış binasının 6-cı giriş, 3-cü mərtəbədə yerləşən ümumi sahəsi 135 kv.metr olan 301 saylı mənzilinin ona təqdim edilməsi, həmin mənzilinin ona verilməsinin mümkün olmayacağı təqdirdə xx.xx.2011-ci il tarixdə MTK-ya odəmiş olduğu 30.000,00 min manat məbləğində vəsaitə görə vurulmuş maddi zərər in əvəzi olaraq 100.000,00 manat, mənəvi zərərin əvəzi üçün 150.000,00 manat məbləğində olmaqla, ümumilikdə 250.000,00 manat məbləğində vəsaitin cavabdeh MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdeh ilə aralarında xx.xx.2021-ci il tarixli, 238 nömrəli "xxxx" bağlanılmış və müqavilənin şərtlərinə əsasən, MTK ünvan 5 ünvanında inşa ediləcək yaşayış binasının 6-cı giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 135 kv.metr olan 301 saylı mənzili müqavilə üzrə “alıcı” İddiaçı təhvil verməyi, “alıcı” isə mənzili qəbul etməyi və mənzilin müəyyən edilmiş dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilir ki, müqavilənin “ödəniş qaydalarını tənzimləyən 3-cü maddəsinin şərtlərinə əsasən, “alıcı” müqavilə b ağlanan gün mənzilin müqavilə üzrə müəyyən edilmiş dəyərinin, 87 750,00 manat məbləğin 33.34 faizi miqdarında ilkin ödənişi etməli olduğu, mənzilin dəyərinin qalan hissəsini bərabər hissələrlə, binanın son mərtəbəsinin tikintisi başa çatana qədər ödəməli olduğu müəyyən edilmişdir. Müqavilənin 3-cü maddəsinin tələbinə uyğun olaraq ilkin ödəniş məbləği kimi 30 000,00 manat məbləğində vəsait müqavilə bağlanılan gün tərəfindən MTK-nın kassasına nağd qaydada ödənilmişdir. Müqavilənin şərtlərində yaşayış binasının neçə mərtəbədən ibarət olacağı, binanın tikintisinin hansı tarixdə başa çatacağı ilə bağlı hər hansı müddəa nəzərdə tutulmadığından müqavilə bağlanıldığı tarixdən sonra mütəmadi olaraq tikinti işləri gedən əraziyə baxış keçirilmiş, tikintinin çox zəif templə aparıldığının, bəzi illər h ətta uzun müddət dayandırıldığının şahidi olduqlarını, tərəflərindən bununla bağlı MTK-nın rəhbərliyinə iradlar bildirildiyini, MTK-nın rəhbərliyi tərəfindən isə narahatçılıq üçün heç bir əsasın olmadığı, tikintinin başa çatacağı zaman onlar tərəfindən rəsmi qaydada onlara məlumat veriləcəyi və müqavilə üzrə ödənişin qalıq məbləğinin tərəflərindən həmin vaxt ödənilməli olduğu bildirilmişdir. Bütün qeyd olunanlara baxmayaraq binanın tikintisinin digər tikinti şirkətləri ilə müqayisədə həddindən artıq uzun müddət çəkdiyini müşayiət edildiyindən MTK-nın rəhbərliyindən mütəmadi telefon vasitəsilə tikintinin cari vəziyyəti barədə məlumat əldə etdiyi zaman hər dəfə bir bəhanə ilə tikintinin vaxtında yekunlaşması üçün bir sıra əngəllər olduğu bildirilmişdir, 2020-cı ilin mart ayından etibarən isə pandemiya bəhanəsi ilə tikintinin yekunlaşmasının gecikdiyi bildirilirdi. Daha sonra xx.xx.2021-ci il tarixdə MTK-dan ünvanına alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair pretenziya məktubu göndərilməklə mənzilin qalıq dəyəri olan 57.750,00 manat məbləğində vəsaiti 5 iş günü ərzində MTK-ya ödəməyi xahiş edilmişdir. Qeyd olunan məktub xx.xx.2021-ci il tarixində ünvanlarına daxil olduqdan sonra xx.xx.2021-ci il tarixdə MTK-nın direktoru olan və onlarla müqaviləni bağlayan Sahib Rüstəmovun qəbuluna getmişdir. MTK-nın direktoru Sahib Rüstəmov müqavilənin şərtlərinə zidd olaraq onun MTK-ya müqavilədə göstərilən məbləği deyil, hazırda mənzilin bir kvadrat metrinin qiymətinin müasir qiymətlərə görə 1600 manat təşkil etdiyini bildirərək, onun ödəməli olduğu məbləğin 2 qatını, konkret olaraq, 12 6. 000 ödəməli olduğunu və əks təqdirdə ona mənzil verilməyəcəyini bildirdikdə, o onların bu təklifinə qəti etirazını bildirmiş və xx.xx.2022-ci il tarixdə kooperativin nümayəndəsinə rəsmi etiraz məktubu ünvanlamışdır. Bu etiraz məktubunda MTK-ya tələblərinin qanunsuz və əsassız olduğunu açıq aşkar qeyd edilsə də, MTK tərəfindən Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilərək, onunla MTK arasında bağlanılmış müqavilənin ləğv edilməsi ilə bağlı qətnamənin çıxarılması xahiş edilmişdir. MTK tərəfindən ünvanlarına göndərilən pretenziya məktubunda və iddia ərizəsində müqavilə şərtlərində qeyd olunan 301 saylı mənzilin deyil, 297 saylı mənzilin ödənişinin tərəflər tərəfindən vaxtında edilmədiyi ilə bağlı fikir irəli sürülmüşdür. Bu halın özü də MTK tərəfindən müqavilə şərtlərinə r iayət edilmədiyini, onlara alqı-satqı müqaviləsi ilə satılmış 301 saylı mənzilin onlardan başqa digər şəxs və ya şəxslərə satılması ehtimalını ortaya çıxarmışdır. Binanın 301 saylı mənzilinə baxış keçirilən zaman həmin mənzildə yaşayış olduğu müəyyən edilmişdir. Bir neçə baş tutmuş məhkəmə iclası zamanı MTK-nın iddiasının qanunsuz və əsassız olduğu aşkara çıxdıqdan və hakim Şəhla xanım Süleymanova tərəfindən mənzilə yerində baxış keçirilməsi ilə bağlı qərar verildikdən sonra, MTK tərəfindən rəsmi qaydada ərizə ilə müraciət edilərək iddia geri götürülmüşdür. MTK tərəfindən verilmiş iddia geri götürüldükdən 2 gün sonra o MTK-nın nümayəndəsinə zəng edərək, mənzilin aqibətiylə maraqlandıqda, nümayəndə Vəkil1 ona MTK tərəfindən heç bir mənzilin verilməyəcəyini, onun qarşılığında ona bir əvvəl M TK-ya ödəmiş olduğu 30 000 manatın qarşılığında ona 45 000 manat pul ödəniləcəyini bildirmişdir. Sonra isə ünvanlarına xx.xx.2022-ci il tarixli ikinci pretenziya məktubu göndərilərək, guya tərəflərindən müqavilə şərtlərinə əməl edilməməsi səbəbindən MTK-nın müqavilənin icrasına marağının itdiyini qeyd etməklə, on bir il əvvəl ödəmiş olduqları 30.000 manat məbləğin geri götürülməklə, müqavilənin ləğvi barədə yazılı razılıq təqdim etməsini xahiş etmişdir. Göründüyü kimi, Cavabdeh MTK xx.xx.2021-ci il tarixli, 238 nömrəli "xxxx" müqavilə üzrə öhdəliklərini kobud surətdə pozaraq, mənzilin onlara təhvil verilməsi üçün müqavilə şərtlərinə əsasən 57.750,00 manat məbləğində vəsaiti ödəməli olmaqlarına baxmayaraq, onlardan əvvəlcə onun iki qatını, daha sonra 126.000 manat məbləğində pulun ödənilməs ini tələb etmiş, daha sonra isə ümumiyyətlə ona mənzil verilməsindən imtina etmişdir. MTK tərəfindən ünvanlarına göndərilmiş pretenziya məktubu və iddia ərizəsində müqavilədə qeyd olunan 301 saylı mənzilin deyil, 297 saylı mənzilin ödənişini etməyinin tələb edilməsi müqavilə üzrə ona satılmış mənzilin başqa alıcıya da satılması ehtimalını yüksəldir ki, bu da həmin mənzilin ona verilməsi barədə məhkəmə qərarı olacağı təqdirdə, gələcəkdə həmin qərarın icrasının qeyri-mümkün olmasına gətirib çıxara bilər.

10. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin mətnində xx.xx.2011-ci il tarixli 238 saylı müqavilənin tarixi bir neçə yerdə mexaniki səhvlik nəticəsində xx.xx.2011-ci il əvəzinə xx.xx.2021-ci il olaraq qeyd edilmişdir.

11. Eyni zamanda ilki n iddia üzrə cavabdeh ilkin iddia üzrə iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia üzrə iddiaçının ona qarşı qaldırdığı «müqavilənin ləğv edilməsi» tələbinə dair iddia ərizəsindən ilkin iddia tələbinin rədd edilməsinə, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2011- ci il tarixli müqavilə üzrə öhdəliklərin ilk iddia üzrə İddiaçı tərəfindən icra edilmədiyindən və hazırda həmin icraya maraqlarının itdiyindən mənzilin dəyərinin ödənilmiş 30.000 manat pulun ilk iddia üzrə İddiaçı ödənilməsi və tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırı lmışdır ki, iddia ərizəsinin «xahiş edirəm» hissəsində müqavilənin tarixinin xx.xx.2021-ci il olaraq qeyd etmişdir. İlk iddiaçı tələbinin davamında müqavilənin xx.xx.2011-ci il olaraq qeyd etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh MTK xx.xx.2021-ci il tarixdə ilk iddiaçı ilə müqavilə bağlamamışdır. Odur ki, ilk iddiaçı tərəfindən verilmiş iddia tələbi qeyri müəyyəndir. Bundan başqa qeyd edilmişdir ki, tərəflərindən qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixli Pretenziya məktubu ünvanlanmışdır. Həmin Pretenziya məktubunda qeyd edilmişdir ki, onunla Cavabdeh Mənzil Tikinti Kooperativi arasında xx.xx.2011-ci il tarixdə Alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmeti Kooperativə ayrılmış ünvan 2 ünvanında yerləşən “Alıcı”lara inşa ediləc ək yaşayış binasındakı 301 saylı mənzil təşkil edir. Müqavilənin 2.4-cü bəndinə görə mənzilin dəyəri 87.750 manat təşkil edir. Müqavilənin 3.1-ci bəndinə əsasən “Alıcı” müqavilə bağlanan gün mənzilin proqnozlaşdırılmış dəyərinin 33.34%-i miqdarında ilkin ödəniş edir. Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş kassa mədaxil orderinin qəbzindən görünür ki, tərəflərindən müqavilə bağlanan tarixdə yəni xx.xx.2011-ci ildə Kooperativə mənzilin dəyərinin 33.34%-ni təşkil edən 30.000 manat pul ödənilmişdir. Lakin həmin tarixdən bu günə kimi tərəfdən Kooperativə hər hansı pul ödənilməmişdir. Müqavilənin 3.2-ci bəndinə əsasən mənzilin dəyərinin qalan hissəsini bərabər hissələrlə, binanın son mərtəbəsinin tikintisi başa çatanadək ödənilməli idi. Bununla bağlı ona dəfələrlə Kooperativ t ərəfindən şifahi formada xəbərdarlıqlar edilərək mənzilin dəyərini təşkil edən pulun digər hissəsinin ödənilməsi təklif edilsə də tərəfindən hər hansı ödəniş edilməmişdir. Hazırda MTK adı çəkilən müqavilənin icrasına marağı itdiyindən qalan pul məbləğinin ödənilməsinə razılığı yoxdur. Onunla MTK arasında bağlanmış Müqavilə üzrə öhdəliklərini icra etmədiyini və hazırda həmin icraya maraqlarının itdiyini diqqətinə çatdırmaqla, mənzilin dəyərinin ödənilmiş 30.000 manat pulu 5 iş günü ərzində MTK-dan götürməyi və müqavilənin ləğvi barədə yazılı razılıq təqdim edilməsi xahiş edilmişdir. Qarşılıqlı iddiaya əlavə edilən video görüntüdən görünür ki, mübahisə predmeti olan bina uzun müddətdir ki, vətəndaşların istifadəsinə verilmiş və tam şəkildə istismardadır. Lakin ilk iddia üzrə iddiaçı 11 il ər zində yalnız ilkin ödənişi ödəməklə kifayətlənərək müqavilə üzrə öhdəliyini icra etməkdən yayınmışdır. Əgər İddiaçı həmin mənzili əldə etməsinə marağı olardısa o 11 il kimi uzun müddət ərzində hər hansı ödəniş həyata keçirməli idi. Yəni, ilk iddiaçı bu istəyini və marağını öz hərəkətləri ilə nümayiş etdirməli idi (mənzilin əldə edilməsi üçün ödənişlər etməli idi, əgər hər hansı bir narazılığı vardısa müvafiq orqanlara müraciətlər etməli idi).

13. Səbail Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(009)-1470/2023 nömrəli, 4 noyabr 2022-ci il tarixli qətnaməsinə əsasən ilkin iddia qismən təmin edilmiş, "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 238 nömrəli müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı tərəfindən müqavilə üzrə ödənilməli olan qalıq məbləğ olan 57.750 (əlli yeddi min yeddi yüz əlli) manat məbləğində vəsaitin "xxxx" MTK-ya ödənilməsi şərti ilə ünvan 2 ünvanında ("xxxx" MTK tərəfindən) inşa edilən yaşayış binasının 6-cı girişində yerləşən, ümumi sahəsi 135 kv.metr olan 301 saylı mənzilin cavabdeh "xxxx" MTK tərəfindən İddiaçı təqdim edilməsi, ilkin iddianın qalan hissələrdə təmin edilməməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.

14. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh MTK 29 noyabr 2011-ci il tarixli müqavilə şərtlərini vaxtında icra etməyərək binanı uzun müddət (2019-cu ilə kimi) inşa etməsinə baxmayaraq 25 dekabr 2021-ci il tarixə kimi İddiaçı qalıq qalan pulu tələb etməmiş, həmin tarixli pretenziyadan sonra sonuncunun tələb edilən pulu MTK-ya ödəmək niyyəti olduğu halda məlum olmayan səbəbdən ödənişi qəbul edilməyərək məhkəməyə iddia ilə müraciət edilmişdir. MTK ilə İddiaçı arasında bağlanmış 29 noyabr 2011-ci il tarixli, 238 nömrəli müqavilənin şərtlərinə uyğun olaraq müqavilə predmeti olan ünvan 6 ünvanında inşa edilən yaşayış binasının 6-cı girişində yerləşən ümumi sahəsi 135 kv.metr olan 301 nömrəli mənzil İddiaçı təqdim edilməlidir. Məhkəmə bu qənaətə gələrkən cavabdeh MTK tərəfindən mənzilin nömrəsinə dair müqavilə şərtinin dəyişdirilməsi təşəbbüsü ilə iddiaçıya müraciət edilməməsini də nəzərə almışdır. Lakin, iddiaçının iddia tələbində göstərdiyi mövqe ilə yanaşı, müqavilə şərtlərini də nəzərə alaraq məhkəmə hesab etmişdir ki, mənzil İddiaçı tərəfindən müqavilə üzrə ödənilməli qalıq məbləğ olan 57750 manat vəsaitin Cavabdeh MTK-ya ödənilməsi həyata keçirilməli v ə yalnız bu şərtlə ünvan 6 ünvanında inşa edilən yaşayış binasının 6-cı girişində yerləşən 301 nömrəli mənzili Cavabdeh MTK ona təqdim etməlidir. Məhkəmə ilkin iddia tələblərinin digər hissələrinə qiymət verərək hesab etmişdir ki, bu tələblər mənzilin təhvil verilməsi tələbinin təmin edilməsi hissəsindən asılı olduğu və tələbin qeyd edilən hissəsi də təmin olunduğu üçün digər tələblərə hüquqi qiymət verilməsi zərurəti aradan qalxmışdır.

15. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.2.1, 385, 422.2, 422.4 423.1, 423.2, 442, 445.8-ci maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh apellyasiya şikayəti verərək, ilki n iddia tələbinin təmin edilən hissədə rədd edilməsinə və qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan müqavilədə ödəniş şərtləri aydın şəkildə qeyd edilmişdir. Yəni, ilkin ödəniş qeyd edildikdən sonra digər hissədə bərabər şəkildə ödənilməklə binanın sonuncu mərtəbəsinin tikntisi başa çatanadək yekunlaşmalı idi. İddiaçı tərəfindən ilkin ödənişin həyata keçirilməsi və MTK-nın binanı 2019-cu ildə tam şəkildə istismara təhvil verməsi işin mübahisələndirilməyən halıdır. Məhkəmə qarşılıqlı iddianı rədd edərkən belə qənaətə gəlmişdir ki, MTK tərəfindən 2011-ci ildən 2021-ci ilə qədər müqavilə üzrə qalıq məbləğin ödənilməsi ilə bağlı İddiaçı hər hansı bir müraciət edilməmişdir. L akin, MTK tərəfindən həmin pulun istənilməməsi MTK üçün hər hansı bir məsuliyyət yaratmır. Əksinə ödənişə münasibətdə müqavilə öhdəliyinə əməl edilməsi İddiaçı vəzifəsi olmaqla yanaşı onun məsuliyyətində olmuşdur. Lakin, göründüyü kimi İddiaçı 10 ildən çox keçməsinə baxmayaraq ümumiyyətlə ödəniş etməmiş, belə bir ödənişi etməyə təşəbbüs göstərməsinə dair hər hansı bir hərəkət yerinə yetirməmişdir. Göründüyü kimi, İddiaçı mübahisə predmeti olan müqavilə öhdəliklərinə riayət etməməsi öz təsdiqini tapmışdır. 15 dekabr 2021-ci il tarixli pretenziya və həmin pretenziyaya etiraz digər məhkəmənin işinin predmeti olmuş və həmin mülki işin iddia tələbi müqavilənin ləğvi olsa da ləğv etmənin hüquqi əsası fərqli olmuşdur. Qeyd olunmalıdır ki, həmin iddia tələbinin hüquqi əsası onlara görə düzgün olma dığından iddia ərizəsini geri götürmüşlər və hazırkı hüquqi əsasla bağlı yeni 06 iyun 2022-ci il tarixli pretenziya məktubu ilə İddiaçı müraciət etmişlər. İddiaçı isə həmin pretenziya məktubunu aldıqdan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Onlar isə öz növbələrində 06 iyun 2022-ci il tarixli pretenziyada qeyd edilən hüquqi əsasa uyğun olaraq qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Lakin məhkəmə iş üzrə qətnamə qəbul edərkən onların 06 iyun 2022-ci il tarixli pretenziya məktublarını əhəmiyyətsiz sənəd kimi qiymətləndirmişdir. Belə bir qiymətləndirmə apararkən məhkəmə mübahisə predmeti olan müqavilənin MTK tərəfindən tanınaraq qəbul edilməsi əsasını qeyd etmişdir. Bu yanaşmaya uyğun olaraq 06 iyun 2022-ci il tarixli pretenziya məktubunun əhəmiyyətsiz sənəd h esab edilməsi qanunsuz olmaqla yanaşı heç bir məntiqə söykənmir. Belə ki, mübahisə predmeti olan müqavilənin hazırda da qüvvədə olmasını onlar qəbul edirlər. Ona görə də qüvvədə olan müqavilənin ləğvi barədə iddia irəli sürmüşlər. Məhkəmə qeyd etmişdir ki, ilk pretenziyadan sonra İddiaçı əvvəl məhkəməyə müraciət edilməmişdir. Yuxarıda da qeyd etdikləri kimi bunun obyektiv səbəbləri olmuşdur. Belə ki, ilk qaldırdıqları iddia tələbi üzrə məhkəmə 25 aprel 2022-ci ildə iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul etmişdir. Həmin qərardadın tərtib edilməsi və tərəflərə göndərilməsi və qərardadı əldə etdikdən sonra yeni bir hüquqi əsasa görə pretenziya məktubunun yazılması vaxt aldığından hesab edirlər ki, məhkəmənin bu mövqeyi düzgün deyildir. Bundan başqa məhkəmə qarşılıqlı i ddianı rədd edərkən belə qənaətə gəlmişdir ki, müqavilənin ləğvi yalnız şəraitin əhəmiyyətli dərəcədə dəyişilməsi və ya tərəflərdən birinin onu əhəmiyyətli dərəcədə pozması zamanı mümkündür. Lakin, onlar iddianın hüquqi əsasını Mülki Məcəllənin 445.8-ci maddə üzərində qurmuşlar. Çünki, 2011-ci ildə tərəflər arasında müqavilə münasibətləri yaransa da 11 il ərzində İddiaçı tərəfindən həmin müqavilə icra edilməmiş və yalnız hazırkı vəziyyətdə İddiaçı müqavilə öhdəliklərini icra etmək niyyətində olduğunu bildirmişdir. Bakı şəhəri Səbail rayonu ərazisində yeni inşa edilmiş tikililərdə yerləşən mənzillərin 2011-ci il və 2022-ci illərdəki qiymətlərinin kəskin şəkildə fərqləndiyi hamıya bəlli olan haldır. İddiaçı isə köhnə qiymətlərə uyğun olaraq ödəniş etməklə mənzilə sahib olmaq niyyətindədir. H albuki, belə bir qiymətə hazırda Səbail rayonu ərazisində o şərtlərdə mənzil əldə edilməsi mümkün deyil. MTK müqaviləni ləğv edərək həmin mənzili mövcud bazar qiymətlərinə uyğun şəkildə satışını həyata keçirilməsini arzu edir.

18. Bakı Apellyasiya Məhkəməsinin (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-2646/2023 nömrəli, 30 may 2023-cü il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(009)-1470/2022 nömrəli qətnaməsindən Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(009)-1470/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı mənzili n təhvil verilməsi və ya mənəvi və maddi zərərin tutulması tələbinə dair ilkin iddiasının rədd edilməsi, Cavabdeh Mənzil Tikinti Kooperativinin İddiaçı qarşı müqavilənin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış 29 noyabr 2011-ci il tarixli müqavilənin ləğv edilməsi və 30000 manat məbləğində pul vəsaitinin Cavabdeh Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

19. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuşdur ki, bu da qətnamənin ləğv olunması üçün əsa sdır.İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında "xxxx" 29 noyabr 2011-ci il tarixli 238 nömrəli müqavilə imzalanmış, müqavilənin predmetini Kooperativə ayrılmış ünvan 6 ünvanda alıcılara inşa ediləcək yaşayış binasının 301 nömrəli mənzili təşkil etmişdir. Cavabdeh MTK mənzili iddiaçıya təhvil verməyi, iddiaçı isə müqavilənin 3.1-ci maddəsinə əsasən, müqavilə bağlanan gün mənzilin proqnozlaşdırılmış dəyərinin 33,34% miqdarında ödəniş etməyi, mənzilin dəyərinin qalan hissəsini bərabər hissələrlə, binanın son mərtəbəsinin tikintisi başa çatana qədər ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə 30000 manat ilkin ödəniş edilmiş, lakin nəinki müqavilədə nəzərdə tutulduğu kimi, binanın sonuncu mərtəbəsi inşa olunana kimi, hətta bina 2019-cu ildə istismara qəbul edil dikdən sonra da heç bir ödəniş aparılmamışdır.

20. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

21. Qarşılıqlı iddia tələblərindən birini müqavilənin ləğvi təşkil etdiyindən və digər tələb olan ödənilmiş 30000 manat məbləğində pul vəsaitinin qaytarılması məhz bu tələblə bağlı olduğundan iddia tələbinin qanuni əsasını həmçinin, Mülki Məcəllənin 421.2 və 421.3-cü maddələri təşkil edir. Həmin maddələrin dispozisiya şərtlərinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə n əzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

22. Müqavilənin 3.1-ci maddəsinə əsasən, alıcı müqavilə bağlanan gün mənzilin proqnozlaşdırılmış dəyərinin 33,34% miqdarında ödəniş etməyi, mənzilin dəyərinin qalan hissəsini bərabər hissələrlə, binanın son mərtəbəsinin tikintisi başa çatana qədər ödəməyi öhdəsinə götürmüşdür. Əgər müqavilənin bu bəndi ndə mənzilin qalan dəyərinin “bərabər hissələrlə” və “binanın son mərtəbəsinin tikintisi başa çatana qədər” ödənilməsi nəzərdə tutulurdusa, İddiaçı tərəfindən ən azı bir dəfə ödəniş aparılmalı idi ki, hal – hazırda məhkəmə bu halı qiymətləndirərək müqavilə şərtlərində binanın təhvil verilmə vaxtı göstərilməsə də digər tərəfin öhdəliklərin icrasının hansı qaydada həyata keçirdiyini qiymətləndirsin. Həmçinin, müqavilə şərtlərində öhdəliklərin icrasının bir – birindən asılı olması barədə də heç bir şərt mövcud deyildir. İddiaçı nəinki müqavilədə nəzərdə tutulduğu kimi binanın son mərtəbəsinin tikintisi başa çatana qədər, yaşayış binasının istismarına icazə sənədi 14 mart 2019-cu il tarixdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilməsinə baxmay araq həmin tarixdən sonra da, heç bir ödəniş aparmamışdır ki, bu xüsusat müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulması və müqavilənin ləğvi üçün, həmçinin, kreditorun borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itdiyindən icranı qəbul etməkdən imtina etməsi üçün əsasdır. Birinci instansiya məhəkəməsinin bu halı müqavilənin əhəmiyyətli pozuntusu hesab etməməsi Mülki Məcəllənin 421.2-ci maddəsinin məqsəd və mənasına uyğun deyildir. Bakı şəhəri Səbail rayonu ərazisində yeni inşa edilmiş tikililərdə yerləşən mənzillərin 2011-ci il və 2022-ci illərdəki qiymətlərinin kəskin şəkildə fərqləndiyi barədə şikayətin dəlili də əsaslıdır və kreditorun bu əsasla icraya marağının itdiyini bildirməsi haqlı yanaşma olaraq qəbul edilməlidir.

23. Birinci instansiya məhkəməsi ilkin iddian ı təmin edərkən ona əsaslanmışdır ki, Cavabdeh MTK 29 noyabr 2011-ci il tarixli müqavilə şərtlərini vaxtında icra etməyərək binanı uzun müddət (2019-cu ilə kimi) inşa etməsinə baxmayaraq 25 dekabr 2021-ci il tarixə kimi İddiaçı qalıq qalan pulu tələb etməmiş, həmin tarixli pretenziyadan sonra sonuncunun tələb edilən pulu MTK-ya ödəmək niyyəti olduğu halda məlum olmayan səbəbdən ödənişi qəbul etməmişdir. Lakin, bu situasiyada mülki qanunvericilik müqavilə tərəfinin üzərinə öhdəliyin icrası ilə bağlı xəbərdarlıq olunması barədə hər hansı bir öhdəlik qoymur və həmin tərəf üçün məsuliyyət yarada bilməz. Əksinə ödənişin müqavilədə nəzərdə tutulmuş qaydada aparılması İddiaçı vəzifəsidir və bu vəzifənin yerinə yetirilməməsi onun üçün məsuliyyət yarada bilər. MTK tərəfindən ödənişlərin tələb edilm əməsi borclunu öhdəliyin icrasından azad edən hal kimi qəbul edilə bilməz.

24. Qətnamənin əsaslandığı digər hal - pretenziyadan sonra sonuncunun tələb edilən pulu MTK-ya ödəmək niyyəti olduğu halda məlum olmayan səbəbdən ödənişi qəbul etməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilikdə müqavilə tərəfinin öhdəliyini əhəmiyyətli pozmasından və bununla bağlı olaraq digər tərəfin müqavilə şərtlərinə əsasən müqavilənin icrasından birtərəfli imtina etdiyini həmin tərəfə bəyan etdikdən sonra müqavilə üzrə öhdəliklərini əhəmiyyətli pozmuş şəxsin aralarında bağlanmış müqaviləyə istinad edərək öhdəliklərini icra etməyə hazır olduğunu bildirməsi və ya buna cəhd etməsi qarşı tərəfin razılığı olmadan müqavilə münasibətlərinin bərpa olunması əsası kimi nəzərdə tutulmamışdır. Mülk i Məcəllənin 421.3-cü maddəsinə əsasən belə birtərəfli imtina əsaslı olduğu halda müqavilə müvafiq surətdə ləğv edilmiş sayıldığı üçün tərəflər arasında müqavilə hüquq münasibətlərinin bərpası yalnız qarşılıqlı razılıq əsasında mümkündür.

25. Qeyd edilənlərə məcmu şəklində qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı müqavilə öhdəliklərini yetirmədiyindən, mənzilin təqdim edilməsi barədə iddia tələbi, həmçinin əsas müqəddəratı bu tələbdən asılı olan maddi və mənəvi zərərin ödənilməsi barədə tələbləri əsaslı deyildir. Çünki, müqavilənin şərtlərinin yuxarıda qeyd olunduğu kimi İddiaçı tərəfindən pozulması halı aşkardır. Cavabdehin müqavilənin ləğv edilməsi barədə tələbi isə əsaslıdır və müqavilə ləğv edilməklə yanaşı tələbdə də qeyd edildiyi kimi 30000 manat ilkin ödəniş iddiaçıya geri qaytarılmalıdır.

26. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz olmuşdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qətnamənin ləğvinə əsas verir. Bu səbəbdən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia rədd, qarşılıqlı iddia təmin edilməli, apellyasiya şikayəti təmin edilməlidir.

27. Kollegiya öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422, 423, 425, 442, 443 və 445-ci madddələrinə və Azərba ycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2,77.1,217.4, 384 və 385-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək ilkin iddianın qismən təmin edilməsini, MTK ilə iddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli,238 nömrəli müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən müqavilə üzrə ödənilməli olan qalıq məbləğ olan 57.750 manat məbləğində vəsaitin MTK-ya ödənilməsi şərti ilə Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadəküçəsi 17 ünvanında inşa edilən yaşayış binasının 6-cı girişində yerləşən, ümumi sahəsi 135kv.metrolan 301 saylı mənzil cavabdeh tərəfindən iddiaçıya təqdim edil məsini və qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini və ya işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

29. Kassasiya şikayəti ilkin iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılaraq bildirilmişdir ki, iddiaçı tərəfindən xx.xx.2011-ci il tarixli, 238 nömrəli "xxxx" müqavilənin hər hansı bəndinin pozulmasından söhbət gedə bilməz. Çünki müqavilə öhdəliklərinə görə ilkin ödəniş vaxtında MTK-ya edilmiş, digər hissələrin hansı tarixlərdə, hansı intervalla ödənilməli olması ilə bağlı hər hansı bənd olmadığından və müqavilənin qüvvədə olduğu müddət ərzindən MTK tərəfindən hər hansı pretenziya və ya tələb irəli sürülmədiyindən müqavilə üzrə hər hansı öhdəliyin pozulması baş verməmişdir. Əksinə MTK müqavilə üzrə öz üzərinə düşən öhdəliklərini kobud surətdə pozaraq tələb etdiyi halda qalıq məbləğin ödənilməsinə mane olmuş, ödənişi qəbul etməmiş və davamı olaraq müqavilə üzrə əsas öhdəliyi olan mənzilin alıcıya təhvil verilməsindən imtina etmişdir. Qeyd olunan bu hallar apellyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır, nəticədə tamamilə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Eyni zamanda qeyd edilmişdir ki, nə müqavilədə binanın neçə mərtəbə olacağı, nə də binanın hansı tarixdə tikintisinin başa çatdırılaraq istismara verilməsi ilə bağlı tarix göstərilmədiyindən, nə də məhkəmənin istinad etdiyi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş istismara qəbul aktı barədə cavabdeh tərəfindən hər hansı rəsmi və ya qeyri-rəsmi, şifahi və ya yazılı məlumat verilmədiyindən hə r hansı bir öhdəliyi yerinə yetirmədiyimizdən söhbət gedə bilməz. İddiaçı bildirmişdir ki, MTK tərəfindən binanın istismara təhvil verildiyi və ödənişin qalan hissəsinin ödənilməsi ilə bağlı yeganə bildiriş və tələb xx.xx.2021-ciiltarixdə göndərilmişdir və onlar dərhal ödənişin edilməsi üçün xx.xx.2021-ci il tarixdə MTK-nın direktorunun qəbuluna getsək də ödənişi qəbul etməkdən imtina etmişdir və sonrasında ödənişin qəbul edilməsi tələbi ilə bağlı xx.xx.2021-ci il tarix də rəsmi bildirişi MTK-nın ünvanına göndərmişdir. Göründüyü kimi alıcı qismində müqavilə üzrə hər hansı öhdəliyin pozulması halı olmasa da, cavabdeh MTK tərəfindən müqavilədə göstərilən ödənişin qəbul edilməsindən imtina edilməsi və mənzilin bizə təhvil verilməməsi müqavilə üzrə öhdəliklərinin kobud surətdə pozulmasıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

31. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

32. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.

33. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

34. Maddə

422. Müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli g əlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması, şəraitin dəyişməsinə bərabər tutulur.

35. Maddə 423.1.Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

36. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstə rilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

37. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

38. Maddə 425.2 Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

39. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

40. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

41. Maddə 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tə rəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şik ayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılm ış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Kollegiya bildirir ki, sübutları araşdı rmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

53. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 may 2023-cü il tarixli 2(103)2646/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar