Məhkəmə qərarları › İş №2(102)-3932/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3932/2020

24.08.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3932/2020 24.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov AbiddinQabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh1 vəkili X1 iştirakı ilə, Cavabdeh1 tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)417/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Qusar Rayon Məhkəməsinin (hakim Rafiq Kazımov) xx xxxxxxxx 2019-cu il tarixli, 2(029)-905/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı özgəsinin qanunsuz sahibliyindən yaşayış evinin geri tələb olunması tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh1 Qusar rayonu Avaran kəndində yerləşən İddiaçı məxsus yaaşyış evindən çıxarılması və həmin yaşayış evinin İddiaçı mülkiyyətinə qaytarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elman Rəhimov sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Telman Quliyev) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Qusar rayon Avaran kəndində yerləşən ona məxsus yaşayış evinin boşaldılması və evi nin naturada qaytarılması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, 1994-cü ildə Qusar rayonu Avaran kənd sakini İmran Səmədov özünə məxsus Qusar rayonu Avaran kəndi ərazisində yerləşən ümumi sahəsi 25 sot olan torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmışdır. Həmin alqı-satqı müqaviləsi notarial qaydada rəsmiləşdirilmişdir. Həmin evdə iddiaçı öz ailəsi ilə yaşamışdır. Lakin 2007-ci ildə Qusar rayon Avaran Bələdiyyəsi X3 iddiaçıya məxsus olan evi və torpaq sahəsini qanunsuz olaraq saxta sənəd tərtib edərək Sumqayıt şəhər sakini Cavabdeh1 satmışdır. Bununla əlaqədar İddiaçı 2018-ci ildə Qusar rayon Avaran Bələdiyyəsi tərəfindən vrilmiş xx xxxxxx 2007-ci il tarixli qərarı n ləğv edilməsi barədə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-82/2018 saylı xx xxxxx 2018-ci il tarixli qərarına əsasən Qusar rayon Avaran Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli 32 saylı qərarı, İddiaçı məxsus Qusar rayonu Avaran kəndində yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,25 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi qərara alınmışdır. Sonradan həmin qərardan Qusar rayon Avaran Bələdiyyəsi və cavabdeh X4 tərəfindən apelyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2-1(105)480/2019 16 saylı qərarına əsasən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi 2-1(85)-82/2018 saylı xx xxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə sax lanılmışdır. Sonra isə Qusar rayon Avaran Bələdiyyəsi tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)169/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən Qusar rayon Avaran bələdiyyəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamışdır. Sumqayıt İnzibatiİqtisadı Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2-1(85)-82/2018 saylı qərarı tam qanuni qüvvəyə minməsinə baxmayaraq Qusar rayonu Avaran Bələdiyyəsi öz öhdəliyini icra etməkdən yayınmışdır. Eyni zamanda Cavabdeh1 ev əşyalarını çıxartmaq təklifli xəbərnaməli məktub göndərilsə də, cavabdeh iddiaçıya rədd cavabı vermişdir. Cavabdeh1 iddiaçını evinə buraxmır və iddiaçının ailə üzvlərini həmin evə gəlməyə qadağan qoymuşdur. Odur ki, İddiaçı hazırki iddia tə ləbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh1 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apelyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: Cavabdeh1 vəkili X6 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya insta nsiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini, cavabdehin vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilməd ən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Qusar rayonu Avaran kəndində yerləşən bir otaqlı, yaşayış sahəsi 20 kvadrat metr, ümumi sahəsi 32 kvadrat metr, tikintialtı sahəsi 44,16 kvadrat metr, ümumi torpaq sahəsi 2500 kvadrat metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. İşin digər halı ondan ibarətdir ki, Cavabdeh1 iddiaçıya məxsus yaşayış evindən istifadə edir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-82/2018 saylı xx xxxxx 2018-ci il tarixli qərarına əsasən, Qusar rayon Avaran Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli 32 saylı qərarı, İddiaçı məxsus Qusar rayonu Avaran kəndində yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,2 5 ha torpaq sahəsinə aid hissədə ləğv edilmiş və iddia qalan hissədə təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-480/2018 saylı xx xxxxxxx 2018-ci il tarixli qərarının surətindən görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi 12(85)-82/2018 saylı xx xxxxx 2018-ci il tarixli qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)169/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarının təsdiq olunmuş surətindən görünür ki, cavabdeh Qusar rayon Avaran Bələdiyyəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamışdır. İddiaçı hazırkı tələbində mülkiyyətində olan torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən tələb edir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Birinci instansiya məhkəməsi göstərilən normalara istinad edərək hesab etmişdir ki, Cavabdeh1 xx xxxx 1995-ci il tarixdə 32 reyestr nömrəli Qeydiyyat vəsiqəsinə əsasən İddiaçı məxsus Qusar rayonu Avaran kəndində yerləşən bir otaqlı, yaşayış sahəsi 20 kvadrat metr, ümumi sahəsi 32 kvadrat metr, tikintialtı sahəsi 44,16 kvadrat metr fərdi yaşayış evini əsassız olaraq istifadə etməklə, iddiaçının mülkiyyət hüququnu pozur. Ona görə də, Cavabdeh1 Qusar rayonu Avaran kəndində yerləşən İddiaçı məxsus yaşayış evindən çıxarılmalı və həmin yaşayış evi İddiaçı mülkiyyətinə qaytarılmalıdır. Apelyasiya i nstansiyası məhkəməsi hesab etmişdir ki, göstərilən halları və qanunvericiliyin tələblərini nəzərə alan birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur, işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur, ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız hesab olunaraq təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəl illəri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, nə evin, nədə ki torpaq sahəsinin iddiaçıya heç bir aidiyyatı yoxdur. Lakin kassasiya şikayətinin bu dəlilini məhkəmə kollegiyası əsaslı hesab etmir. Çünki iş materiallarına əlavə edilmiş Çıxarışdan görünür ki, Qusar rayonu Avaran kəndində yerləşən bir otaqlı, yaşayış sahəsi 20 kvadrat metr, ümumi sahəsi 32 kvadrat metr, tikintialtı sahəsi 44,16 kvadrat metr, ümumi torpaq sahəsi 2500 kvadrat metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. 2500 kvadrat metr torpaq sahəsi həmin evin həyətyanı sahəsi olmaqla qanuni əsaslarla İddiaçı məxsusdur. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1 kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-417/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar