Məhkəmə qərarları › İş №2(102)-3932/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3932/2022

25.07.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3932/2022 25.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka müqaviləsinin ləğv edilməsi və nəqliyyat vasitəsinin ipotekadan çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əsas öhdəlik üzrə iddia müddəti keçdikdən sonra girov (ipoteka) predmetinin yüklülükdən azad edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 aprel 2022-ci il tarixli, 2(103)2622/2022 nöm rəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 31 iyul 2015-ci il tarixli kredit müqaviləsi ilə "xxxx" ASC tərəfindən İddiaçı 24 ay müddətinə, illik faiz dərəcəsi 22% olmaqla 4000 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq, həmin tarixli ipoteka müqaviləsi ilə xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan “Mitsubishi Pajero” markalı, 2000-ci il buraxılışlı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Bank qarşında ipoteka ilə yüklü edilmişdir.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, e2(004)-4290/2020 nömrəli qətnaməsi ilə iddiaçı L əğv prosesində olan "xxxx" ASC-nin cavabdeh X1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası iddia müddətinin keçməsi əsası ilə rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 may 2021-ci il tarixli qərarı ilə Ləğv prosesində olan "xxxx" ASC tərəfindən verilmiş müvafiq olaraq apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər bağlanmış 31 iyul 2015-ci il tarixli ipoteka müqaviləsinin ləğv edilməsi, iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus ipoteka predmeti olan avtonəqliyyat vasitəsinin ipotekadan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, məhkəmə aktları ilə bankın iddiaçıya qarşı iddia tələbləri rədd olunsa da, iddiaçının mülkiyyətində olan avtomobil ipotekadan azad edilməmişdir. İddiaçı 12 iyul 2021-ci il tarixdə Fonda müraciət edərək, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan, ipoteka predmetinin ipotekadan çıxarılmasını xahiş etmişdir. Lakin Fond əmlakın ipotekadan çıxarılmasından imtina etmişdir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(006)7190/2021 nömrəli qətnaməsi ilə (hakim N.T.Tağıyeva) iddia tələbi təmin edilmiş, Ləğv prosesində olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 31 iyul 2015-ci il tarixli 2074 saylı kredit müqaviləsi üzrə və "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 31 iyul 2015-ci il tarixli 2074 saylı ipoteka müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi, İddiaçı məxsus olan “Mitsubishi Pajero” markalı, ağ rəngli, 2000-ci il buraxılışlı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin 31 iyul 2015-ci il tarixli 2074 saylı kredit müqaviləsinin təminatı kimi ipoteka yüklülüyündən azad edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəlləsinin 152, 311.1, 311.3, 385.1, 390.1, 527.1, 527.2-ci, Mülki Prosessual Məcəlləsinin 82.3-cü, “İpoteka haqqında” Qanununun 48.1.2-ci maddələrinə istinad edərək hesab etmişdir ki, cavabdeh tərəfindən 31 iyul 2015-ci il tarixli 2074 nömrəli kredit müqaviləsi üzrə iddia müddəti ötürüldüyündən, Fondun borcalana qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddiası təmin edilmədiyindən və həmin qətnamə qanuni qüvvəyə mindiyindən Bank ilə borcalan arasında bağlanmış 31 iyul 2015-ci il tarixli 2074 nömrəli kredit və ipoteka müqavilələri üzrə öhdəliklərə xitam verilməli, iddiaçının mülkiyyətində olan ipoteka predmeti 31 iyul 2015-cu il tarixli 2074 nömrəli kredit müqaviləsinin təminatı kimi ipoteka yüklülüyündən azad edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

8. Cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(006)-7190/2021 nömrəli qətnaməsinin ləğv edil məsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 aprel 2022-ci il tarixli, 2(103)-2622/2022 nömrəli qətnaməsi ilə (hakim Q.A.Əsgərovun sədrliyi və məruzəsi ilə, hakimlər N.A.İmanovdan və R.M.Həsənovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(006)7190/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, ipoteka (girov) kreditorun tələbinin borclu tərəfindən yerinə yetirilməsini təminat altına almaq məqsədi ilə əşya üzərində kreditora tanınan bir əşya haqqıdır. Borclu tərəfi ndən öhdəliyin pozulduğu halda, kreditor ipoteka qoyulan həmin əşyanı satdırmaqla əldə olunan vəsait hesabına pozulmuş əmlak mənafeyini bərpa etmək imkanına malik olur. Yəni ipoteka bir tələbin yerinə yetirilməsini tələb edən məhdud əşya hüququ olduğundan müstəqil deyil, əlavə bir haqdır. İpoteka tələbinin əmələ gəlmə səbəbi, məqsədi və təyinatı şəxsi tələb hüququnun yerinə yetirilməsinin təmin edilməsi ilə bağlı olduğundan, ipoteka tələbinin yaranması üçün ilk öncə şəxsi tələb hüququ olmalıdır.

11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əlavə öhdəlik kimi ipoteka müstəqil deyil, əsas öhdəlikdən asılıdır və əsas öhdəlik üzrə pozulmuş hüquqların məhkəmə qaydasında bərpası imkanı məhkəmə tərəfindən Mülki Məcəllənin 375.2-ci maddəsi tətbiq edilərək aradan qalxırsa, bu halda əsas öhdəliyin təminatı olan ipoteka üzrə də, pozulmuş hüquqların məhkəmə qaydasında müdafiə imkanı itirilmiş olur. İşin hallarından müəyyən olunur ki, ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddiası iddia müddəti ötürülməsi əsası ilə təmin edilməmiş və iddianın rədd edilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Yəni, hazırki iş üzrə cavabdeh kredit müqaviləsi və ipoteka müqaviləsi üzrə tələb hüququnu itirmişdir. Belə olan halda ipoteka müqaviləsi üzrə yüklülüyün qalması iddiaçının hüquqlarının pozulmasına şərait yaratmış olar. Bu baxımdan məhkəmə hesab etmişdir ki, apellyatorun Azərbaycan Respubl ikası Mülki Məcəlləsinin 554.3-cü maddəsinə istinad etməsi ədalət mühakiməsinin prinsiplərinə uyğun hesab edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

12. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2(103)-2622/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 399.3, 399.4, 551.1, 554.3-cü, “İpoteka haqqında” Qanunun 48-ci, maddələrinin, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli Qərarının tələbləri pozulmuş, kredit müqaviləsi üzrə tələbin 10 il ərzində qüvvədə olması nəzərə alınmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə əsas öhdəliyə və təminat öhdəliyinə xitam verilməsi barədə məlumat qeyd edilməmişdir. Kredit müqaviləsi üzrə borcun məhkəmə qadasında tələb olunmasının qeyri-mümkünlüyü öhdəliyə xitam verilməsi üçün əsas deyildir. Həmçinin apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 88 və 217-ci maddələrini pozaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır.

14. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğu n olaraq yazılı icraat qaydasında baxılmışdır.

15. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

16. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayə t edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

17. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 294.1.1-ci maddəsinə əsasən girovla təmin edilmiş öhdə liyə xitam verildikdə girova xitam verilir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəfl ərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. H eç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olu nmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 20. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun t ələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüqu q normalarının pozulmasına yol verilmiş, maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

22. Belə ki, iddia tələbinin əsasında bu hal qoyulmuşdur ki, bankın hazırki iddia üzrə iddiaçıya qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi məhkəmə tərəfindən rədd olunmuş və həmin qətnamə qüvvəyə minmişdir.

23. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə bankın iddiası rədd olunduğundan, iddiaçının banka ödənilməmiş öhdəliyi qalmamış və hər iki tələb təmin olunmalıdır. Apellyasiya məhkəməsi isə həmin mövqe ilə razılaşmışdır.

24. Gəlinən nəticə ilə razılaşmayaraq, məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiyası məhkəmələri bankın iddiasının rədd olunması əsasını nəzərə almamışlar. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia borcalanın bank qarşısında öhdəliyinin olmaması əsası ilə deyil, bank tərəfindən iddia müddəti ötürülməklə iddia verməsi əsası ilə rədd olunmuşdur.

25. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddəti tətbiq edilərək, iddia rədd olunduqda borclunun kreditora qarşı öhdəliyə xitam verilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır.

26. Belə ki, öhdəliyə xitam verilməsi əsasları Azərbaycan Respublikası MM-in 527.1-ci maddəsi ilə nəzərdə tutulmuşdur. Həmin maddədə isə iddia müddətinin keçməsi və ya qeyd olunan əsasla iddianın rədd edilməsi öhdəliyə xitam verilməsi üçün əsas kimi nəzərdə tutulmamışdır.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 m ay 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli qərarında iddia müddəti və kəsici müddət arasındakı əsas fərqləri izah edərkən qeyd etmişdir ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur.

28. Həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi özözlüyündə kreditoru n tələb hüququnu aradan qaldırmır.... İddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir.

29. Göründüyü kimi, qanunvericilik iddia müddətinin məhkəmə tərəfindən tətbiq edilməsini kredit müqaviləsinin və əsas öhdəliyinin təminatının xitam verilməsi üçün əsas kimi nəzərdə tutmamışdır.

30. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya məhkəməsi tərəfindən qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmənin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş hallara və tər əflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.

31. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspan iyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

33. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir.

34. O dur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

35. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 aprel 2022-ci il tarixli, 2(103)-2622/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar