Məhkəmə qərarları › İş №2(102)-3932/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3932/2025

03.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3932/2025 03.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi hüququna və azadlıq hüququna hüquqazidd müdaxilə nəticəsində mənəvi zərərin ödənilməsi, qanuni qüvvəyə minmiş məhkəmə aktının preyudisiallığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1487/2025 nömr əli, 2025-ci il 24 oktyabr tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 3 fevral 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) falçılıq və oxşar fəaliyyətlə məşğuldur, Cavabdeh (bundan sonra – cavabdeh) ilə aralarında bu zəmində münasibətlər yaranmış, cavabdeh iddiaçının “xidmət”lərindən istifadə etmişdir.

2. Sonradan cavabdeh iddiaçı barəsində hüquq-mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri mərkəzi bazarında iddiaçıya ailə qura bilməməsini və bununla bağlı çətinliklərinin olmasını bildirib, falına baxıb köməklik etməyini istəmiş, iddiaçı ona həyatında baş vermiş problemlərin yaşadığ ı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində basdırılmış cadu ilə əlaqəli olduğunu yalandan vəd etmiş, bu məqsədlə cadunu zərərsiz vəziyyətə gətirmək üçün ondan ümumimlikdə 600 manata razılaşmış, məbləğin 100 manatını həmin vaxtı məkəzi bazarda, qalan 500 manatını isə qeyd edilən tarixdə saat 14:00 radələrində onun yaşadığı rayonun Türkəkəran kəndindəki fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində 4 ədəd fərqli yerlərdən içərisində müxtəlif əşyalar olan bükümləri çıxardıqdan sonra ondan almış, ümumilikdə 600 manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmişdir.

3. Ərizə əsasında cinayət işi açılmış, iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində başqa yerə getməmək haqqında iltizam qət imkan tədbiri seçilmiş, ittiham aktı tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir.

4. Lənkəran Rayon Məhkəməsində cinayət mühakimə icraatı aparılarkən cavabdeh məhkəmə iclaslarında istintaqa verdiyi ifadəni təkzib edərək bildirmişdir ki, əslində iddiaçıya yalnız 500 manat və 20 manat taksi pulu vermişdir. xx.xx.2023-cü il tarixdə, Lənkəran rayonu “Böyük bazar” adlanan yerdə təqsirləndirilən şəxs Saçlı xanımı görüb ona əvvəlcədən 100 manat pul verməmişdir.

5. Lənkəran Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 1(049)278/2023 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirsiz hesab edilmiş və təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilmiş, onun ba rəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunmuşdur.

6. Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-85/2024 saylı, xx.xx.2024-cü tarixli qərarı ilə dövlət dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Lənkəran Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 1(049)278/2023 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli 1(102)-1286/2024 saylı qərarı ilə kassasiya protesti qismən təmin edilməklə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının İddiaçı barəsi ndə olan 1(106)-85/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilmiş, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin olunmuşdur.

8. Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-758/2024 saylı, xx.xx.2024-ci tarixli hökmü ilə təqsirləndirilən şəxs İddiaçı bəraət verilməsinə dair Lənkəran Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 1 (049)-278/2023 nömrəli hökmü ləğv edilmiş, zərərçəkmiş şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilmiş, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri ləğv edilmişdir. Hökm qanuni qüvvəsini almışdır.

9. Həmin hökmdə göstərilmişdir ki, “zərəçəkmiş tərəfindən təqsirləndirlən şəxsə 100 manat verilməsi sübuta yetirilmir. Bu hal isə cinayət məsuliyyətini istisna edir. Belə ki, Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin təsir dairəsi Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsində göstərildiyi halda yarana bilər. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsində göstərilir ki, Bu Məcəllənin 177.1, 178.1 və 179.1- ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır”

10. Lənkəran rayon prokuro rluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 22 fevral 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, Lənkəran rayon məhkəməsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, Cavabdeh istintaqa verdiyi ifadəsinin yalan olduğunu məhkəmədə bildirsə də, sonradan yenidən ifadəsini dəyişərək yalan ifadə vermişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh rayon prokurorluğuna müraciət edərək bəraətverici əsaslar olmadan barəsində aparılan araşdırmaya xitam verilməsinə etiraz etməmişdir. Hazırkı araşdırma zamanı Cavabdeh Lənkəran Rayon Məhkəməsində yalan ifadə verdiyini etiraf edərək könüllü olaraq boynuna almış, peşmançılıq hissi keçirdiyini bildirmişdir. Cavabdeh Lənkəran Rayon Məhkəməsində, Lənkəran ŞRPŞ-də ibtidai istintaq zamanı fərqli yalan ifadələr versə də, ha zırkı araşdırma zamanı könüllü təqsirini boynuna almış, peşman olduğunu bildirmiş, düzgün ifadə vermişdir. Buna görə də Cavabdeh barəsində toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsası ilə rədd edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı məhkəməyə müraciət edərək cavabdehdən vurulmuş maddi ziyana görə 5000 manat, mənəvi ziyana görə 15000 manat, hüquqi yardıma görə 520 manat, ümumilikdə 20520 manat və dövlət rüsumu olaraq ödənilmiş 152 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cav abdeh onun barəsində əsassız olaraq Lənkəran ŞRP-ə ərizə verərək onun cavabdehə qarşı dələduzluq etməyini göstərmiş, əsassız və yalan şikayət üzrə barəsində Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Lənkəran ŞRPŞ-nın İB-da başlanılmış cinayət işi üzrə o, cinayət təqibinə məruz qalaraq barəsində qətimkan tədbiri seçilmişdir. Başlanılmış cinayət işi üzrə o, dəfələrlə Lənkəran ŞRPŞ-ə aparılmışdır. Bundan sonra həmin cinayət işi Lənkəran Rayon Məhkəməsinə göndərilmiş və barəsində olan cinayət işi Lənkəran Rayon Məhkəməsinin icraatında davam etdirilmişdir. Cavabdehin əsassız və yalan olan ifadəsi onu 2 il müddətində polis şöbələrində və bütün məhkəmə instansiyalarında olmağa məcbur etmişdir. Hər dəfə barəsində olan cinayət təqibi üzrə hüquq yardımla bağlı müqavilələr bağlanılmış, Lənkəran, Şirvan, Bakı şəhərlərində saatlarla məhkəmələrdə qalmışdır. Eyni zamanda da qeyd edir ki, o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində VÖEN ********** nömrəsi ilə vergi ödəyicisidir. O, göstərdiyi fəaliyyət üzrə dövlət büdcəsinə vergi ödəyir, işgüzar fəaliyyətlə məşğuldur. Cavabdehin əsassız və yalan şikayəti üzrə o, mənəvi əzab çəkməklə yanaşı, onun işgüzar nüfuzuna xələl gəlmiş, yaşadığı rayonda və onu tanıyan qohum-əqraba, qonşular içində utanc vəziyyətində qalmışdır. Cavabdehin düşünülməmiş hərəkəti nəticəsində onun ailəsinin və yaxınlarının mənəvi utanc keçirməsi, onda kəskin sarsıntı yaratmışdır. Onun ailə üzvlərinin utanc keçirməsi onu psixoloji gərgin vəziyyətə gətirmiş və o, keçirdiyi sarsıntılara görə 4 məhkəmə insta nsiyasında iştirak üçün hüquqi yardım üçün ödədiyi vəsaitlərdən əlavə, hər dəfə iştirak etmək üçün çoxlu məbləğdə xərclərə düşmüşdür. Hər dəfə keçirdiyi psixoloji sarsıntıya görə dəfələrlə həkim müalicələrinə möhtac qalmışdır. Cavabdehin onun barəsində düşünülməmiş addımı nəticəsində göstərmiş olduğu sözləri, onu dələduz kimi tanıtdırmağa çalışması, hələ də onda bərpa edilməz xəstəliklər yaratmışdır.

13. Cavabdehin vəkili Vəkil2 bildirmişdir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı şikayət vermək hüququ vardır. Cavabdeh də həmin hüquqdan istifadə edərək polis şöbəsinə şikayət etmişdir. İddiaçı təqsirli deyildirsə, onda istintaq orqanı cinayət işi başlamamalı, başladığı halda isə xitam verməli idi. Buna görə də iddiaçıya vurulmuş ziyana görə cavabdeh deyil, Dövlət istintaq orq anı cavabdehlik daşımalıdır. Məhz həmin orqanın günahı ucbatından iddiaçıya ziyan dəymişdir. Cavabdehi günahkar çıxarmaq düz deyil. İddiaçının vəkil yardımından da istifadə etməsində cavabdehin təqsiri yoxdur.

14. İddiaçının vəkili Nümayəndə cavabdehin əlyazmasının surətini məhkəməyə təqdim edib bildirmişdir ki, cavabdeh cinayət işi üzrə məhkəmə prosesində həmin ərizəni yazaraq bildirmişdir ki, istintaq orqanı onu aldatmış, o, onların göstərişi ilə hərəkət etmişdir. Lakin cavabdeh ərizəni yazıb onu məhkəməyə təqdim edib zalı tərk etdikdən sonra, məhkəmənin ünvanına teleqram göndərərək məhkəməyə təqdim etdiyi ərizəsində yazılanları danmış, bununla da əsassız olduğunu bildiyi şikayətini müdafiə etmişdir.

15. Lənkəran Rayon Məhkəməsinin 2025-ci il 25 iyul tarixli, e-2(049)-1415/2025 nömrəli q ətnaməsi ilə (hakim: X1) iddia qismən təmin edilmiş, Cavabdeh maddi (real) ziyan olaraq 1980 manat, mənəvi ziyan olaraq 5000 manat, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 520 manat, iddia ərizəsinin verilməsi üçün cavabdehə aid 51,68 manat məbləğində dövlət rüsumu, cəmi 7551 manat 68 qəpik pulun tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

16. Mənəvi zərərə görə 15000 manat məbləğində pulun tutulması tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, hamıya bəllidir ki, təqsirsiz şəxs cinayət törətməkdə təqsirləndirildikdə, onun şüurunda müəyyən mənfi psixi reaksiyalar baş verir. Həmin mənfi psixi reaksiya da, eyni zamanda da şəxsi müəyyən iztirablara məruz qoyur. Cavabdeh tərəfindən hüquqa zidd əməlin törədilməsi, onun özünün Lənkəran rayon prokurorluğuna y azdığı ərizədə də öz əksini tapmışdır. Belə ki, o, xx.xx.2024-cü il tarixdə prokurorluğa müraciət edərək bəraətverici əsaslar olmadan barəsində aparılan araşdırmaya xitam verilməsinə etiraz etməmişdir. Həmin araşdırma zamanı cavabdeh Lənkəran Rayon Məhkəməsində yalan ifadə verdiyini etiraf edərək könüllü olaraq boynuna almış, peşmançılıq hissi keçirdiyini bildirmişdir. Bununla da o, əsassız olaraq iddiaçı barəsində polis şöbəsinə şikayət etdiyini etiraf etmişdir. Onun bilavasitə bilə-bilə əsassız şikayəti əsasında fəaliyyətinə görə vergi ödəyicisi olan iddiaçı cinayət məsuliyyətinə cəlb edilmiş, onun dələduzluqda təqsirləndirilən CM-nin 178.1-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya i ki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma nəzərdə tutulmuş, cavabdeh iddiaçı barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan ən yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmiş, iddiaçı uzun müddət, təxminən 01 il 06 ay müddətində nigaran, gərgin vəziyyətdə olmuş, sarsıntı keçirmiş, birinci instansiya məhkəməsi tərəfindən iddiaçı barəsində bəraət hökmünün çıxarıldıqdan sonra da cavabdeh şikayətinin əsassız olduğunu bilə-bilə həmin hökmdən apellyasiya şikayəti verərək bir daha iddiaçı barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan ən yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmiş, apellyasiya şikayəti verməklə iddiaçının keçirtdiyi sarsıntı və istirabların müddətini uzatmışdır.

17. Məhkəmə uzun müddət iddiaçının keçitdiyi sarsıntı və iztirabları, cavabdehin gəlirini nəzərə alaraq hesab etmişdir ki, mənəvi ziyan olaraq cavabdehdən 5000 manat məbləğində vəsaitin alınaraq iddiaçıya verilməsi həm qanuna uyğun, həm də ədalətlidir. Çünki, belə bir məbləğin müəyyən edilməsi, gələcəkdə bu tip şikayətlərə meyilli şəxslərin əsassız şikayətlərin verilməsinin qarşısını almağa xidmət edəcəkdir.

18. Məhkəmə cavabdehin nümayəndəsinin iddiaçının cinayət məsuliyətinə cəlb edilməsində cavabdehin təqsirinin olmadığına, buna görə istintaq orqanının təqsirli olduğuna dair göstərdiyinə qiymət verərək qeyd etmişdir ki, cinayət faktı dövlət tərəfindən aşkarlanıb iddiaçı çinayət məsuliyyətinə cəlb ed ilsəydi və sonuncu bəraət alsaydı, bu halda həm maddi, həm də ki, mənəvi ziyana görə cavabdehliyi dövlət daşıyacaqdı. Lakin hazırki iddiaya əsas olmuş cinayət işi məhz cavabdehin əsassız şikayəti əsasında başlanmış, buna görə də o, həm maddi, həm də ki, mənəvi ziyana görə iddiaçı qarşısında cavabdehlik daşıyır.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2, 23.1 və 23.4-cü, “Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 82.1, 119.1, 121.1 və 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan R espublikası Ali Məhkəməsinin 3 noyabr 2008-ci il tarixli qərarlarındakı hüquqi mövqelərə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Cavabdeh apellyasiya şikayəti ilə verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qanunsuz, əsassız olmaqla bir sıra maddi və prosessual normaların pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş üzrə iddia rədd edilməlidir. İddiaya cavab verməli olan şəxs onlar olmalı olmadıqları halda məhkəmə onları cavabdeh qismində tanıyaraq iddianı təmin etmişdir. Belə ki, onlar dəfələrlə hakimə bildirmişlər ki, iddiaçı tərəfə iddianın iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırıldı ğını izah edərək iddianı geri götürmələrini təklif etməsini demiş və ya əsl olmayan cavabdehin əsl cavabdeh ilə əvəz edilməsini təklif etmiş, lakin iddiaçı tərəf bunu etməsə də, məhkəmə yenə onları cavabdeh kimi tanıyaraq iddianı qismən təmin etmişdir. Belə ki, qanunvericiliyin tələbinə əsasən şəxs məhkəmənin hökmünə əsasən bəraət alırsa, bu zaman iddia dövlət orqanı kimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı qaldırılmalıdır. Belə çıxır ki, iddiaçı həm ondan kompensasiya alacaq, həm də gələcəkdə yenidən Maliyyə Nazirliyini məhkəməyə verərək ondan kompensasiya alacaq. İş materiallarından açıq-aşkar görünür ki, dövlət ittihamçısı çıxarılmış bəraət hökmündən apellyasiya protesti vermiş, daha sonra isə kassasiya protesti vermişdir. Burdan da göründüyü kimi, dövlət orqanı cinayət təqibini sona qədər davam etdirərək şəxsin günahkar bilinərək cəzalandırılmasında maraqlı olmuşdur. Yəni dövlət şəxsin verilmiş ittiham üzrə cəzalandırılmasını istəmiş və sona qədər təqibini davam etdirmişdir. Deməli, iddiaya da cavab verməli olan şəxs o deyil, Maliyyə Nazirliyi olmalı idi. Bundan əlavə, qeyd edir ki, hər bir şəxsin pozulmasını ehtimal etdiyi hüquq və azadlıqlarının bərpası ilə əlaqədar müvafiq hüquq mühafizə orqanlarına müraciət etmək hüququ vardır. Şəxs kiminsə barəsində şikayət edirsə, bu o demək deyildir ki, şəxsin şikayət etdiyi şəxs barəsində cinayət təqibi mütləq şəkildə başlanılmalıdır. Qeyd edir ki, istintaq orqanı iddiaçını təqsirli bilərək onun əməlində CM-in 178-ci maddəsinin tərkib hissəsinin olduğunu müəyyən etməklə onun məsuliyyətə cəlb edilməsini qərarlaşd ırmışdır. Bundan sonra iddiaçı təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona müvafiq maddə üzrə ittiham elan edilmiş, barəsində məcburiyyət tədbiri kimi müvafiq qətimkan tədbiri seçilmişdir. Daha sonra isə toplanmış sübutlar qiymətləndirilərək ittiham aktı tərtib edilmiş və ittiham aktı təsdiq edilməsindən ötrü ibtidai istintaqa nəzarəti həyata keçirən rayon prokurorluğuna göndərilmişdir. Bundan sonra rayon prokurorluğu da ittiham aktını təsdiq edərək baxılması üçün rayon məhkəməsinə göndərmişdir. Göründüyü kimi, bütün bu hərəkətlər dövlət orqanı tərəfindən həyata keçirilmişdir. Burada hər hansı bir məcburiyyət tədbirini həyata keçirən, şəxs barəsində qətimkan tədbiri seçən, şəxsə ittiham elan edən, sübutlar toplayaraq ittiham aktı tərtib edən, daha sonra ittiham aktını təsdiq edərək ba xılması üçün məhkəməyə göndərən o deyildir. Bütün bu hərəkətləri edən dövlət orqanları olmuşdur. O, iddiaçı barəsində şikayət etmiş olsa belə, yenə də dövlət orqanının nümayəndələri şikayəti ətraflı araşdırmalı və iddiaçının əməlində hər-hansı bir hüquq pozuntusunun olduğunu müəyyən etməli və yalnız bundan sonra şəxsi təqsirləndirilən şəxs qismində cəlb edərək onun məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görməlidilər. Bu gün yüzlərlə insan bu və ya digər şəxs barəsində hüquq-mühafizə orqanlarına şikayətlər edirlər. Onda belə çıxır ki, hər bir halda şəxs barəsində kimsə şikayət etmişdirsə, onun şikayət etməsinə görə mütləq cinayət işimi başlanır? Əlbəttə ki, xeyr. Bu gün hüquq-mühafizə orqanları tərəfindən yüzlərlə cinayət işinin başlanılması rədd edilir və vətəndaşa şikayət etdi yi şəxsin əməlində cinayət tərkibinin olmadığı izah edilir. Eləcə də bəhs olunan hazırki işdə də iddiaçının əməlində cinayət tərkibinin olub-olmaması məsələsini zəhmət çəkib dövlət orqanı ətraflı şəkildə araşdırmalı və sonra müvafiq tədbirlər görməli idilər. Həmçinin ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən rayon prokuroru cinayət işini ətraflı araşdırmalı və İddiaçı əməlində cinayət tərkibinin olmadığını müəyyən edərdisə, bu zaman cinayət təqibindən imtina edə bilərdi. Lakin göründüyü kimi, müvafiq orqan da belə bir addım atmamış və Cavabdeh zərərçəkmiş şəxs kimi İddiaçı isə təqsirləndirilən şəxs kimi tanımışdır və ittiham aktını təsdiq edərək baxılması üçün məhkəməyə göndərmişdir. Bundan əlavə qeyd edilir ki, İddiaçı nüfuzuna xələl gəlmiş və bununla da o nüfuzdan düşmüş və mənəvi sarsıntı keçirmişdir. Lakin iş materiallarına baxanda və təqdim edilən sübutlara nəzər yetirdikdə iddiaçının nüfuzuna hansı həddə zərər dəydiyi müəyyən edilmir. Belə ki, iddiaçı sübut təqdim edə bilmir ki, cavabdehin şikayətinə qədər gəliri olmuş, lakin şikayət əsasında barəsində CM-in 178-ci maddəsi ilə cinayət təqibi başlanıldıqdan sonra onun gəliri azalmışdır. İş materiallarında belə bir sənəd yoxdur. Deməli, iddiaçının nüfuzuna hər hansı bir xələl gəlməmiş, qazancında hər hansı bir azalma olmamış və hər hansı bir mənəvi əzab çəkməmişdir. Bundan əlavə, iddiaçının Şirvan Apellyasiya Məhkəməsinə və Bakı şəhərinə öz şəxsi konfortunu düşünərək təkbaşına taksi sifariş edərək gedib-gəlməsi onun özünü əlaqədar edən məsələdir. İndi belə çıxır ki, iddiaçı və ya hər hansı bir şəxs Bakı şəh ərinə gedib ən bahalı hoteldə qalaraq 10000 (on min) manat hotelin bir gecəsinə pul ödəsə və ən bahalı restoranda ən bahalı yemək sifariş etsə, bunun pulunu şikayət etmiş şəxsmi və ya dövlət orqanımı ödəməlidir? Əgər cavabdeh iddiaçıya qarşı xüsusi ittihamla çıxış edərək ona qarşı hər hansı bir fikirlər səsləndirmiş olsaydı və bundan sonra xüsusi ittiham üzrə iddiaçı bəraət almış olsaydı və buna baxmayaraq cavabdeh təqibi davam etdirərək apellyasiya və kassasiya şikayətləri vermiş olsaydı, bəli, onda iddia Cavabdeh qarşı verilə bilərdi.

22. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 24 oktyabr tarixli, 2(106)-1487/2025 nömrəli qətnaməsi ilə (hakimlər: X2 (sədrlik edən, məruzəçi), X7 və X3) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətna məsi qismən, yəni iddianın mənəvi ziyana görə 5000 manat tutulması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddianın rədd olunması, qətnamənin apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

23. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, rayon məhkəməsinin iddia tələbinin maddi ziyanla bağlı təmin etdiyi hissə ilə razılaşsa da, mənəvi ziyanla bağlı təmin olunmuş hissə ilə razılaşmır.

24. Birinci instansiya məhkəməsi bu hissədə düzgün nəticəyə gəlməmişdir. Belə ki, cavabdeh öz hüquqlarını müdafiə etmək üçün, eləcə də qanunvericiliklə təsbit olunmuş əsas insan və vətəndaş hüquqlarından biri olan müraciət etmək hüququnu realizə edərək dələduzluq faktının araşdırılması üçün Lənkəran ŞRPŞ-yə ərizə vermişdir. Bu, şəxsin öz hüquqlarından istifadə etmək məqsədilə atdığı qanuni addımdır və burada məqsəd iddiaçının şərəf və ya ləyaqətin alçaldılması, həmçinin ona mənəvi zərərin vurulması olmamışdır. Hətta cavabdehin bilə-bilə yalan ifadə verməsinin sübuta yetirilməklə sonuncu barəsində toplanmış material üzrə cinayət işinin başlanmasının CPM-nin 39.1.11-ci madddəsinə əsasən rədd edilməsi də bu qənaəti aradan qaldırmır.

25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 57 və 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2 və 1101.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 121.1, 217.4, 372.1 və 372.6, 372.7-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikas ı Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarlarındakı hüquqi mövqelərə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və iddia tələbinin təmin edilməyən hissədə təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

27. Kassasiya şikayəti işin hallarına istinadla onunla əsaslandırılmışdır ki, cavabdehin əsassız və yalan ifadəsi iddiaçını 2 il müddətində polis şöbələrində və bütün məhkəmə instansiyalarında olmağa məcbur etmişdir. Hər dəfə iddiaçı barəsində olan cinayət təqibi üzrə hüquqi yardımla bağlı müqavilələr bağlanılmış, Lənkəran, Şirvan, Bakı şəhərlərində saatlarla məhkəmələrdə qalmışdır. Eyni zamanda da iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində VÖEN ********** nömrəsi ilə vergi ödəyicisi olduğundan onun işgüzar nüfuzuna xələl gəlmiş, yaşadığı rayonda və onu tanıyan qohum-əqrəba, qonşular içində utanc vəziyyətində qalmışdır. Cavabdehin hər dəfə məhkəmələrin inzibati binalarında “dələduz” kimi sözlər səsləndirməsi bütün məhkəmə işçilərinin diqqətini çəkmiş, məhkəmə işçiləri, icra məmurları, ətrafdakı vətəndaşlar işin mahiyyətini anlamadan cavabdehin qanunsuz səsləndirdiyi təhqiramiz sözlərə görə iddiaçıya qarşı aqressiv baxışlar sərgilənməsinə s əbəb olmuşdur. Hətta iddiaçı barəsində gedən cinayət işi ictimaiyyət üçün maraqlı olduğundan ölkə üzrə “e-hüquq.az, “oxu.az”, “qafqazinfo” saytlarında (Dələduzluqda ittiham olan qadın) dəfələrlə işıqlandırılmışdır. Apellyasiya məhkəməsi isə bütün bunları görməzdən gələrək vətəndaşların intizamlı olmasını yox, əksinə istənilən şəxsin istənilən şəxsə qarşı bu kimi hallara yol verməsinə, intizamsızlığa, əsassız şikayətlərə və təhqirlərə bilavasitə şərait yaratmışdır. Belə ki, məhkəmə çəkişməsi 2 ildən artıq vaxt çəkmişdir. Bu müddət ərzində iddiaçının keçirmiş olduğu sarsıntı, həyəcan və utancın hər hansı maddi vəsaitlə təmin edilməsi mümkün olmasa da, ən azından qanunsuzluq edən şəxsin mənəvi zərərə görə beş min manat ödəməsi onu bir daha belə hallara yol verməməsinə, iddiaçının isə çəkmiş o lduğu xərcinin cüzi qisminin ödənilməsinə xidmət edəcəkdir. Lakin apellyasiya məhkəməsinin gəlmiş olduğu əsassız mövqe öz qətnaməsində əksini tapır və heç bir sübuta əsaslanmır.

28. Cavabdeh bilavasitə, bilə-bilə yalan müraciətlə qəsdən və bilərəkdən tamah məqsədi ilə, kimlərinsə sözü ilə iddiaçını dələduz adlandırmaqla ona qarşı belə bir yalan iddia irəli sürmüşdür. Cavabdehin ərizəsində bilavasitə özü təsdiq edir ki, onun iddiaçıdan şikayəti ümumiyyətlə olmayıb və iddiaçı onu aldatmayıb. Apellyasiya məhkəməsinin gəlinmiş nəticəsi buna dəlalət edir və yeni tendensiya yaradır ki, istənilən şəxs istənilən şəxs barəsində yalan, uydurma müraciət ünvanlasa da o, öz hüququndan istifadə etmiş görüntüsü verəcək və yekunda dövlət vətəndaşa təzminat ödəmək məcburiyyətində qalacaq. Hətta diqqət edil məlidir ki, cavabdeh apellyasiya şikayətində qeyd edir ki, iddiaçıya mənəvi zərərə görə Maliyyə Nazirliyi məsuliyyət daşıyır. O, iddiaya cavab verməli olan şəxs deyil. Hər nə qədər gülməli səslənsə də, bu kimi şikayətin dəlili apellyasiya məhkəməsinin tərəfindən əsaslı hesab edilərək cavabdehi mənəvi zərərdən azad edir. Baxmayaraq ki, Lənkəran Rayon Məhkəməsi və yuxarı instansiya məhkəmələrinin cinayət kollegiyaları Cavabdeh barəsində xüsusi qərar çıxarılaraq araşdırma aparılmasını göstərmiş və Lənkəran rayon prokurorluğu xüsusi qərar əsasında araşdırma apararaq qərar qəbul etmişdir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Apellyasiya məhkəməsi iddiaçıya münasibətdə bu hüququ görməzdən gəlmişdir.

29. İşin hallarından göründüyü ki, iddi açı tərəfindən kifayət qədər sübut təqdim olunduğu halda, məhkəmə qərarını əsassız dəlillərə əsaslandıraraq, əsassız qətnamə qəbul etmişdir.

30. İş materiallarında olan sübutlar düzgün qiymətləndirilməmişdir. Halbuki, sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmənin qətnaməsi o zaman əsaslı olar ki, o, məhkəmə iclasında mülki prosessual qaydalara əməl olunmaqla hərtərfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslansın. Məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq dəyərləndirməlidir. b)

31. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

32. Maddə 24, bənd İİİ. Hüquqlar və azadl ıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

34. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

35. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin ya lnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

36. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

37. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsi

38. Maddə 178.1. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi

39. Maddə 37.1. Cinayətin xarakterindən və ağırlıq dərəc əsindən asılı olaraq cinayət təqibi bu Məcəllənin müddəalarına uyğun xüsusi, ictimai-xüsusi və ya ictimai ittiham qaydasında həyata keçirilir.

40. Maddə 37.2. 37.3. İctimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127,........., 178.1,........ və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir.

41. Maddə 88.1. və 88.1.2. İctimai-xüsusi ittiham qaydasında cinayət təqibi üzrə cinayət nəticəsində ziyan vurulmuş, cinayət prosesini həyata keçirən orqandan buna görə cinayət işinin başlanmasını, ibtidai araşdırma aparılmasını və onun zərər çəkmiş şəxs qismində tanınmasını xahiş etmiş şəxs - başlanmış cinay ət işi üzrə zərər çəkmiş şəxs qismində tanındığı andan.

42. Maddə 88.4.7. Dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibini davam etdirir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarı 43. “...mənəvi zərər, adətən, vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şə xsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” 24 dekabr 2025-ci il tarixli 20 nömrəli Plenum qərarı

44. Bənd 2.2.2. Şərəf – fiziki şəxsin mənəvi keyfiyyətlərinə, ictimai və şəxsi davranışında əsas tutduğu mənəvi-əxlaqi prinsiplərinə görə cəmiyyətdə qazandığı dəyərdir.

45. Bənd 2.2.3. Ləyaqət – fiziki şəxsin doğulduğu andan insan olması səbəbi ilə sahib olduğu mənəvi dəyərdir.

46. Bənd 2.2.4. İşgüzar nüfuz – fiziki və ya hü quqi şəxsin sahibkarlıq və ya digər sahədə peşəkar fəaliyyətinə görə cəmiyyətdə barəsində formalaşmış rəydir.

47. Bənd 2.5.1. Azadlıq hüququ - şəxsin qanuni surətdə sərbəst hərəkət edə bilmək, özünə yaşayış yeri seçə bilmək, ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququdur.

48. Bənd 2.5.4. Azadlıq hüququnun fiziki şəxslər tərəfindən cinayət yolu ilə və ya ailə-məişət və digər münasibətlər çərçivəsində özbaşınalıq nəticəsində pozulması da yolverilməzdir.

49. Bənd 4.10. Şəxsiyyət hüquqlarının müdafiəsi tələblərinə baxarkən məhkəmələr aşağıdakı ardıcıllıq üzrə yoxlama aparmalıdırlar: hüquqazidd əməlin (hərəkət və ya hərəkətsizlik) mövcudluğu, əməlin təqsirli olaraq törədilməsi (qanunla müəyyən edilmiş təqsirsiz məsuliyyət halları istisna olmaqla), şəxsiyyət hüquqlarının pozulması və hüquqa zidd əməllə bu pozuntu arasında səbəbli əlaqənin olması.

50. Bənd 4.11.Zərərin kompensasiyası tələbləri isə şəxsiyyət hüquqlarının müdafiəsi tələblərindən fərqli olaraq, müqavilə öhdəliklərinin pozulmasından, mülki hüquq pozuntusundan (delikt) və ya hər iki əsasdan irəli gələ bilər.

51. Bənd 4.12. Mənəvi zərərin kompensasiyası tələblərinə baxılarkən isə bu qərarın 4.10-cu bəndində göstərilən dispozisiya şərtləri ilə yanaşı, şəxsiyyət hüquqlarının pozulması nəticəsində şəxsin mənəvi sarsıntı və (və ya) iztirab keçirməsi halının mövcudluğu da yoxlanılmalıdır.

52. Bənd 4.19. Hüquqdan sui-istifadə də qanunla qadağan olunan əməl kimi mülki hüquq pozuntusu (delikt) hesab edilir. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüq uqlardan suiistifadəyə yol verilmir.

53. Bənd 4.21. Maddi və prosessual hüquqdan sui-istifadə başqasının şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə hesab oluna və ona maddi və mənəvi zərərin vurulmasına səbəb ola bilər.

54. Bənd 4.53. Xüsusi ittihamçının üzərinə zərərin əvəzini ödəmək vəzifəsi onun bu hüquqdan sui-istifadə etdiyi halların mövcudluğu ilə şərtlənir.

55. Bənd 6.1.Şəxsiyyət hüquqlarının müdafiəsi üsulları - şəxsiyyət hüquqlarının pozulmasının təsbit edilməsi, pozuntunun qarşısının alınması, pozuntunun aradan qaldırılması (şəxsin azadlıq hüququnun, uşaqla ünsiyyət hüququnun bərpası, uşağın ölkədən çıxışına imkanın təmin edilməsi, işçinin əmək müqaviləsində və ya xasiyyətnaməsində düzəlişin edilməsi, yayılmış məlumatların təkzib edilməsi, silinməsi, anonimləşdirilməsi, gizlədil məsi, onlara düzəliş edilməsi və ya cavabın verilməsi, üzr istənilməsi, hüquq pozuntusu barədə məhkəmə qərarının mediada dərc edilməsi və s.).

56. Bənd 6.2. Şəxsiyyət hüquqlarının pozuntusundan yaranan zərərin kompensasiyası üsulları – maddi zərərin və mənəvi təzminatın (mənəvi zərərin pulla və ya naturada kompensasiyası) ödənilməsi. Şəxsiyyət (qeyri-əmlak) hüquqlarının müdafiəsi üsulları xüsusiyyətlərinə görə, eyni zamanda mənəvi zərərin kompensasiyası üsulu qismində də çıxış edə bilər.

57. Bənd 6.3. Şəxsiyyət hüquqlarının müdafiəsi üsulları ilə mənəvi zərərin kompensasiyası üsulları fərqləndirilməlidir. Belə ki, hüququn müdafiəsi üsulları şəxsiyyət hüquqlarının pozuntusunun aradan qaldırılmasına yönəldiyi halda, kompensasiya üsulları həmin pozuntu nəticəsində vurulmuş mənəvi zərərin komp ensasiyası vasitələridir. Bəzi hallarda müdafiə üsullarının tətbiqi pozuntunu aradan qaldırmaqla yanaşı, vurulmuş mənəvi zərəri də kompensasiya etdiyindən, şəxsiyyət hüquqlarının müdafiəsi üsulları mənəvi zərərin kompensasiyası üsulu kimi də çıxış edə bilir.

58. Bənd 6.4. Bu zaman məhkəmələr zərərçəkmişin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların ağırlığını, onun (o cümlədən zərərvuranın) fərdi xüsusiyyətlərini və işin digər əhəmiyyətli hallarını nəzərə alaraq, sadəcə şəxsiyyət hüquqlarının pozuntusunun təsbit edilməsini və ya tələbdə olduğu halda pozuntunun aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını, eyni zamanda şəxsiyyət hüquqlarının pozulması nəticəsində vurulmuş maddi zərərin əvəzinin tutulmasını mənəvi zərərin ədalətli kompensasiyası üçün yetərli hesab etm əklə, əlavə olaraq mənəvi təzminatın tutulması tələbini rədd edə bilərlər.

59. Bənd 6.7. Bu iddialarda şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası üsulu qismində pozuntunun təsbit edilməsi tələbdə xüsusi olaraq göstərilməsə də, özü-özlüyündə həmin iddianın tərkib hissəsini təşkil etdiyindən, məhkəmə sadəcə pozuntunu təsbit etməklə iddianı qismən təmin edə bilər.

60. Bənd 7.8. Şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası üsulunun, habelə təzminatın həcminin müəyyən edilməsində zərərçəkənin xüsusiyyətləri əsas meyarlardan biri hesab edilir. Bu xüsusiyyətlərə zərərçəkənin şəxsiyyəti, həyat tərzi və davranışı və digər diqqətəlayiq hallar aid edilir. Onlardan asılı olaraq, eyni hadisə ayrı-ayrı şəxslərə müxtəlif cür təsir göstərə bilər.

61. Bənd 7.14. Davranışlar – zərərçəkən şəxsin mənəvi zərərin yaranmasına səbəb olan hadisənin baş verməsinədək, hadisə zamanı, habelə hadisədən sonrakı dövrdə sərgilədiyi hərəkət və ya hərəkətsizliyidir. Məsələn, hüquqazidd əməlin törədilməsinə zərərçəkənin təhrikedici hərəkətlərinin səbəb olması, hadisənin baş verməsindən sonra zərərvuranla barışması və s. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

62. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

64. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün h adisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

65. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

66. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

67. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

68. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

69. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən d igər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

70. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

71. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

72. Maddə 4 16.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

73. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

74. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən iddianın mənəvi ziyan tələbinin rədd olunması hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. İddianın maddi ziyanın təmin olunması hissədə instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

75. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq belə qənaətə gəlir ki, mübahisələndirilən hissədə, yəni mənəvi zərər tələbiin rədd olunması hissədə gəlinmiş nəticə əsassız olmuşdur. İddiaçının bu hissədə tələblərini şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası təşkil etsə də, apellyasiya məhkəməsi tə rəfindən qiymətləndirmə düzgün aparılmamış, bu istiqamətlərdə dispozisiya şərtlərinə riayət edilməmişdir.

76. Belə ki, şəxsiyyət hüquqlarının müdafiəsi tələblərinə baxarkən məhkəmələr iddiaçının şəxsiyyət hüquqlarına müdaxilə halını müəyyən etmək üçün aşağıdakı ardıcıllıq üzrə yoxlama aparmalıdırlar: hüquqazidd əməlin (hərəkət və ya hərəkətsizlik) mövcudluğu, əməlin təqsirli olaraq törədilməsi (qanunla müəyyən edilmiş təqsirsiz məsuliyyət halları istisna olmaqla), şəxsiyyət hüquqlarının pozulması və hüquqazidd əməllə bu pozuntu arasında səbəbli əlaqənin olması (§ 45).

77. Mənəvi ziyan tələbinə dair iddianın rədd edən apellyasiya məhkəməsinin qənaətinə görə Cavabdeh İddiaçı dələduzluğa yönəlik hərəkətlərindən öz hüquqlarını müdafiə etmək üçün əsas insan və vətəndaş hüquqlarından biri olan m üraciət etmək hüququnu realizə etmişdir, dələduzluq faktının araşdırılması məqsədilə Lənkəran şəhər (rayon) PŞ-yə ərizə vermişdir. Bu, şəxsin öz hüquqlarından istifadə etmək məqsədilə atdığı qanuni addımdır və burada məqsəd iddiaçının şərəf və ya ləyaqətin alçaldılması, həmçinin ona mənəvi zərərin vurulması olmamışdır. Hətta cavabdehin bilə-bilə yalan ifadə verməsinin sübuta yetirilməklə sonuncu barəsində toplanmış material üzrə cinayət işinin başlanmasının CPM-nin 39.1.11-ci madddəsinə əsasən rədd edilməsi də bu qənaəti aradan qaldırmır. İddiaçı əsassız olaraq cinayət təqibinə məruz qalmasına görə iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış Cavabdeh deyil, dövlət məsuliyyət daşıyır.

78. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə Cavabdeh İddiaçı hərəkətlərindən hüquq-mühafizə orqanlarına şikayət edərkən ona dəymiş zərərin məbləğini qərəzli şəkildə “100” manat artıq göstərməklə əsassız olaraq iddiaçının cinayət məsuliyyətinə cəlb edilməsinə çalışmış və buna nail olmuşdur. Bu halın mövcudluğu qanuni qüvvəyə minmiş məhkəmə hökmü və İddiaçı barəsində “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Lənkəran rayon prokurorluğunun 22 fevral 2024cü il tarixli qərarı ilə də öz təsdiqini tapır.

79. Cinayət qanunverciliyinin və Cinayət prosessual qanunvericiliyinin normalarına görə Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş dələduzluq cinayəti ictimai-xüsusi ittiham qaydasında təqib olunan cinayətdir, həmin cinayətə görə yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında cinayət təqibi həyata keçirilə, bu maddə üzrə cinayət məsuliyyəti beş yüz manatdan yuxa rı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulması hallarında yarana bilər. İctimai-xüsusi ittiham qaydasında cinayət təqibi üzrə cinayət nəticəsində ziyan vurulmuş, cinayət prosesini həyata keçirən orqandan buna görə cinayət işinin başlanmasını, ibtidai araşdırma aparılmasını və onun zərər çəkmiş şəxs qismində tanınmasını xahiş etmiş şəxs — başlanmış cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanındığı andan xüsusi ittihamçı sayılır. Xüsusi ittihamçının dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə belə təqsirləndirilən şəxsə qarşı cinayət təqibini davam etdirmək hüququ vardır.

80. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” 24 dekabr 2025-ci il tarixli 20 nömrəli qərarına görə maddi və prosessual hüquqdan sui-istifad ə başqasının şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə hesab oluna və ona maddi və mənəvi zərərin vurulmasına səbəb ola bilər. Xüsusi ittihamçının üzərinə zərərin əvəzini ödəmək vəzifəsi qoyulması onun bu hüquqdan sui-istifadə etdiyi halların mövcudluğu ilə şərtlənir.

81. Ali Məhkəmənin Plenumunun qərarındlakı bu göstəriş təkcə xüsusi ittiham qaydasında təqib olunan cinayət işləri üzrə deyl, ictimai-xüsusi ittiham qaydasında təqib olunan cinayətlər üzrə xüsusi ittihamçının (zərərçəkmiş şəxsin) hüquqdan sui-istifadə etdiyi hallara da aiddir. Həmin göstərişin yalnız xüsusi ittiham qaydasında təqib olunan cinayət işləri üzrə xüsusi ittihamçıya aid olması öz əksini tapmamışdır.

82. İddiaçı əsassız olaraq cinayət təqibinə məruz qalmasına görə hazırkı mübahisə ilə bağlı yalnız dövlət orqanlarını n məsuliyyət daşımasına dair apellyasiya məhkəməsinin mövqeyi yanlış olmuşdur, məhkəmə iddiaçının mühakimə olunduğu ittiham ictimai-xüsusi ittiham növünə aid olmaqla, cavabdehin orada xüsusi ittihamçı qismində çıxış etməsini diqqətdən qaçırmışdır.

83. Apellyasiya məhkəməsi cavabdehin hərəkətlərini əsas insan və vətəndaş hüquqlarından biri olan müraciət etmək hüququnun realizəsi kimi qiymətləndirmiş və bu hərəkətin tam qanuni olmaqla şəxsin şəxsiyyət hüquqlarının pozulmasına yönəlmədiyini göstərmişdir. Məhkəmə kollegiyası sözügedən mövqe ilə razılaşmayaraq qeyd edir ki, işin halları ilə əslində cavabdehin şikayəti 500 manatın dələduzluq yolu ilə mənimsənilməsi ilə bağlı olmuşdur, lakin cavabdeh vicdanlı davranmamaqla, ona dəymiş zərəri bilərəkdən, qərəzli şəkildə 100 manat şişirdərək özünün müraciət etmək hüquqlarından sui-istifadə etmiş, məqsədi iddiaçının cinayət təqibinə məruz qoymaq olmuşdur.

84. Ali Məhkəmənin “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Plenum qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən, hüquqların həyata keçirilməsi digər şəxslərin hüquq və azadlıqlarına zərər vurmaq məqsədi daşımamalıdır, hüquqdan onun təyinatına zidd şəkildə istifadə edilməsi yolverilməz hesab olunur və bu cür davranış mülki hüquq pozuntusu kimi qiymətləndirilir. Maddi və prosessual hüquqlardan bu formada istifadə başqasının şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə təşkil edir.

85. Beləliklə, dispozisiyanın ilkin şərtləri, cavabdehin hüquqazidd əməli və bu əməlin təqsirli olaraq törədilməsi işin halları ilə tam şəkildə təsdiq olunmuş, apellyasiya instansiyası məhkəməsi bu halı n mövcudluğunu nəzərə almamışdır.

86. Məhkəmə kollegiyası iddiaçının hansı şəxsiyyət hüququnun pozulmasının müəyyən edilməsinə münasibətdə qeyd edir ki, iddiaçı işgüzar nüfuzunun pozulmasına, iki ilə yaxın müddətdə polis və məhkəmə orqanlarına getmək məcburiyyətində qalmasına istinad etmişdir.

87. Məhkəmə kollegiyası şərəf, ləyaqət və işgüzar nüfuzun zədələnməsi ilə bağlı hissədə iddiaçının dəlillərini əsassız sayaraq qeyd edir ki, cavabdehin iddiaçını “falçı” adlandırması onun hüquqlarına müdaxilə hesab edilə bilməz. Belə ki, iddiaçının cinayət məsuliyyətinə cəlb edilməməsinə əsas onun bu fəaliyyətlə məşğul olmaması deyil, məbləğin yetərli olmaması olmuşdur. İş materiallarından da müəyyən edilir ki, iddiaçının həyata keçirdiyi fəaliyyət falçılıq olmuş və bu hal araşdırılaraq öz təsdiqini tapmışdır. Bu cür fəaliyyət cəmiyyət tərəfindən müsbət davranış kimi qəbul edilən, sosial baxımdan təşviq olunan etibarlı peşə fəaliyyəti hesab edilməsə də, iddiaçının özünün bu fəaliyyətlə sərbəst şəkildə məşğul olması baxımından onun şərəf və ləyaqət, habelə işgüzar nüfuzun pozulması təsdiq edilmir.

88. Məhkəmə kollegiyası nəzərə alır ki, cavabdehin hüquqazidd davranışı iddiaçının azadlıq hüququnun şəxsin qanuni surətdə sərbəst hərəkət edə bilmək hüququ kimi mühüm elementinin pozulması ilə nəticələnmişdir. Belə ki, iddiaçı uzun müddət cinayət təqibinə məruz qalmış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri tətbiq edilmiş, dəfələrlə istintaq və məhkəmə orqanlarına çağırılmışdır. Qətimkan tədbirinin tətbiqi və müntəzəm olaraq istintaq və məhkəmə orqanlarına gəlmək, da imi yaşayış yerinə tərk etməmək öhdəliyinin mövcudluğu iddiaçının yuxarıda sadalanan azadlıq hüququnu da faktiki olaraq məhdudlaşdırmışdır. Sonradan iddiaçının bəraət alması bu məhdudiyyətlərin hüquqi əsaslarının mövcud olmadığını təsdiqləyir və iddiaçının sərbəst hərəkət hüququna hüquqazidd müdaxilənin baş verdiyinə dəlalət edir.

89. Məhkəmə kollegiyası cavabdehin davranışı ilə iddiaçının azadlıq hüququnun pozulması arasında səbəbli əlaqəni kəsən halların mövcud olmadığını qeyd edərək bildirir ki, cavabdeh istintaqdakı ifadəsini təkzib etsə də, sonradan onun qərəzli davranışı, yalan olduğunu etiraf etdiyi ifadələri təkrarlanması, o cümlədən iddiaçı barəsində bəraət hökmü çıxarıldıqdan sonra belə apellyasiya şikayətinin verilməsi ilə xarakterizə edilmişdir.

90. Beləliklə, işin faktiki hall arından iddiaçının azadlıq hüququna cavabdeh tərəfindən hüquqazidd müdaxilə faktı müəyyən edilsə də, apellyasiya instansiyası məhkəməsi qiymətləndirməni düzgün aparmamaqla maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

91. İddiaçının azadlıq hüquqlarına hüquqazidd müdaxilə nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi qismində 5000 manat təzminatın ödənilməsi tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərərin kompensasiyası tələblərinə baxılarkən yuxarıda sadalanan dispozisiya şərtləri ilə yanaşı, şəxsiyyət hüquqlarının pozulması nəticəsində şəxsin mənəvi sarsıntı və (və ya) iztirab keçirməsi halının mövcudluğu da yoxlanılmalıdır. (§ 47)

92. Mənəvi zərərin kompensasiyası tələbləri üzrə şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə əksi sübuta yetirilməyincə mənəvi zərərin m övcudluğu prezumpsiyasını yaradır. Beləliklə, hazırkı iş üzrə şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə sübut olunduğundan və əks sübut təqdim edilmədiyindən məhkəmə kollegiyası iddiaçıya münasibətdə mənəvi zərərin mövcudluğunu qəbul edir.

93. Lakin zərərin həcmi ilə bağlı qeyd edilməlidir ki, şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası üsulunun, habelə təzminatın həcminin müəyyən edilməsində zərərçəkənin xüsusiyyətləri əsas meyarlardan biri hesab edilir. Bu xüsusiyyətlərə zərərçəkənin şəxsiyyəti, həyat tərzi və davranışı və digər diqqətəlayiq hallar aid edilir. Onlardan asılı olaraq, eyni hadisə ayrı-ayrı şəxslərə müxtəlif cür təsir göstərə bilər.

94. Bu zaman məhkəmələr zərərçəkmişin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların ağırlığını, onun (o cümlədən zə rərvuranın) fərdi xüsusiyyətlərini və işin digər əhəmiyyətli hallarını nəzərə alaraq, sadəcə şəxsiyyət hüquqlarının pozuntusunun təsbit edilməsini və ya tələbdə olduğu halda pozuntunun aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını, eyni zamanda şəxsiyyət hüquqlarının pozulması nəticəsində vurulmuş maddi zərərin əvəzinin tutulmasını mənəvi zərərin ədalətli kompensasiyası üçün yetərli hesab etməklə, əlavə olaraq mənəvi təzminatın tutulması tələbini rədd edə bilərlər. (§ 54)

95. Məhkəmə kollegiyası iddiaçının zərərçəkmiş kimi fərdi xüsusiyyətlərini, habelə iş üzrə digər əhəmiyyətli halları nəzərə alaraq belə qənaətə gəlir ki, mənəvi zərərin həcmi müəyyən edilərkən iddiaçının fəaliyyətinin xarakteri və həmin fəaliyyətin cəmiyyət tərəfindən qəbul olunma dərəcəsi də nəzərə alınm alıdır.

96. Bu baxımdan iddiaçının azadlıq hüququnun pozulmasının təsbit edilməsi mənəvi zərərin ədalətli kompensasiyası üçün yetərlidir, mənəvi təzminat (mənəvi zərərin pulla və ya naturada kompensasiyası) tələbinin təmin edilməsinə ehtiyac qalmadığından həmin hissədə iddia təmin olunmamalıdır.

97. Beləliklə, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qərar qəbul edilərək, iddia qismən təmin edilməli, cavabdehin öz müraciət etmək hüququndan sui-istifadə etməsi nəticəsində iddiaçının əsassız cinayət təqibinə məruz qalmaqla azadlıq hüququnun pozulması faktı müəyyən edilməli, bu hal mənəvi zərərin ədalətli kompensasiyası üçün yetərli hesab edilməli, mənəvi təzminat tələbi təmin edilməməlidir.

98. MPM-in 417.1.4-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

99. Həmin Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2025-ci il tarixli 2(106)-1487/2025 nömrəli qətnaməsi mənəvi zərər in tutulmasına dair iddia tələbinin rədd olunması hissədə ləğv edilsin və həmin hissədə yeni qərar qəbul edilməklə iddia qismən təmin edilsin. Cavabdeh hüquqdan sui-istifadə etməsi nəticəsində İddiaçı cinayət təqibinə məruz qalmaqla azadlıq hüququnun pozulması faktı tanınsın, bu hal mənəvi zərərin ədalətli kompensasiyası üçün yetərli hesab edilsin. Mənəvi təzminat tələbi təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar