Məhkəmə qərarları › İş №2(102)-3933/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3933/2021

05.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3933/2021 05.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: hüquqi əhəmiyətli faktın müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Maraqlı şəxsin vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-574/202 1 nömrəli iş üzrə 25 fevral 2021-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 13 saylı regional ərazi idarəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Ərizəçi (bundan sonra - ərizəçi) xx.xx.1955-ci ildə Ağdaş rayonu Ləki kəndində anadan olmuşdur. Ərizəçi 21.11.1982-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır, müxtəlif işlərdə çalışmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Ağda ş rayon şöbəsinə (bundan sonra maraqlı şəxs) qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizə ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək 1982-1987-ci illərə aid olan “1 may” kolxozunun əmək günü uçotu və staj kitablarında xx.xx.1955-ci ildə anadan olmuş X5 aid 1982-1987-ci illərdə əmək haqqı qazanmasına dair qeydlərin ona, yəni ərizəçiyə məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, sənədlər üzrə adının “X6” olmasına baxmayaraq onu kənddə hamı “X2” kimi çağırır. 21.11.1982-ci ildə Ağdaş rayonu “1 may” kolxozuna qaz işçisi qəbul edilmiş və Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş 19.05.2020-ci il tarixli Arxiv Arayışında göstərilir ki, 1982-1987-ci illərə aid olan “1 may” kolxozunun əmək günü uçotu və staj kitablarında adı, soyadı, ata adı və doğum tarixi xx.xx.1955-ci ildə anadan olmuş X1 qeyd olunmuş və həmin illərdə əmək haqqı qazanmağına dair qeydlər vardır. Göründüyü kimi, həmin sənədlərdə doğum tarixi, soyadı və ata adı düzgün göstərilsə də, adı səhvən “X2” kimi qeyd olunmuşdur. 01.11.1987-ci ildə “1 may” kolxozuna pambıqçılıq üzrə briqadir təyin edilmişdir, artıq 1988-ci ildən əmək günü uçotu və staj kitablarında adını rəsmi sənəddə olduğu kimi Ərizəçi olaraq qeyd etdirmişdir. Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş 19.05.2020-ci il tarixli Arxiv Arayışı da təsdiq edir ki, 1988-1996-cı illərə dair staj kitablarında adı, soyadı və ata adı Ərizəçi kimi göstərilmişdir. Rəsmi adının “X6” olmasına baxmayaraq həm də “X2” kimi tanınmağını məhkəməyə dəvət edəcəyi şahidlər təsdiq edə bilərlər. Onu da qeyd edir ki, onun rəsmi əmək kitabçası vardır, 1982-ci ildən başlayan əmək stajları həmin əmək kitabçasında qeyd edilmişdir və həmin əmək kitabçası dövlət orqanları tərəfindən tanınır, lakin 19821987-ci illərə aid olan kitablarda adının səhvən “X2” kimi qeyd olunması həmin stajların ona məxsus olmasını məhkəmədə müəyyən etməyi zəruri edir. 1982-1987-ci illərə aid olan “1 may” kolxozunun əmək günü uçotu və staj kitablarında adının səhv göstərilməsi ilə əlaqədar elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə müraciət etmişdir, ona tövsiyyə olunmuşdur ki, Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş sənəddə göstərilən adı ilə düz gəlmədiyi üçün hüquq müəyyən edici sənədin ona məxsus olması faktının müəyyən edilməsi tələbi ilə bağlı yaşadığı yerin məhkəməsində idd ia qaldırmalıdır. Odur ki, ərizənin təmin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinə təqdim olunmuş Azərbaycan Respublikası Ağdaş rayonu Dövlət Arxivi tərəfindən verilmiş 19 may 2020-cı il tarixli 50 saylı arxiv arayışında qeyd edilmişdir ki, X7 1982-1987-ci illər ərzində Ağdaş rayon Orta Ləki kənd sabiq “1 May” kolxozunda kolxozçu kimi işləmişdir. Birinci instansiya məhkəməsinə təqdim olunmuş ******* saylı Əmək kitabçasından müəyyən edilir ki, ərizəçi 1982-ci ildə Ağdaş rayon “1 May” kolxozuna qaz işçisi qəbul edilmiş, 1987-ci ildə Ağdaş rayon “1 May” kolxozuna pambıqçılıq üzrə briqadir təyin edilmişdir. 01 yanvar 1999-cu ildə isə aqrar islahatla əlaqədar kolxoz ləğv olunduğu üçün işdən azad edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X3 if adəsində bildirmişdir ki, ərizəçi onların həmkəndlisidir. Ərizəçini hamı kənddə X2 kimi tanımışdır. Belə ki, ərizəçinin əsl adı X6 olsa da, babasının adı X2 oğluğu üçün hamı ona kənddə X2 deyə müraciət edib və hələ də ərizəçiyə X2 deyə müraciət edirlər. Odur ki, X4 Ərizəçi olmasını təsdiq edir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirmişdir ki, ərizəçini 20 ildir ki, tanıyır. X6i hər kəs kənddə X2 kimi tanıyır. X6in ailəsində başqa X2 adlı adam yoxdur. Odur ki, X4 Ərizəçi olmasını təsdiq edir. Ağdaş Rayon Məhkəməsinin (hakim Famil Nəsibov) 31 avqust 2020-ci il tarixli 2(014)-1128/2020 nömrəli qətnaməsi ilə ərizə təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, şahid ifadələrindən göründüyü kimi, Ağdaş rayonu Ləki kəndind ə ərizəçidən savayı X2 adı ilə tanınan şəxs yoxdur, eyni zamanda ərizəçinin ailəsində də X2 adında başqa şəxs olmamışdır və indi də yoxdur. Ərizəçi 21.11.1982-ci ildə Ağdaş rayonu “1 may” kolxozuna qaz işçisi vəzifəsinə qəbul edilmişdir. Təqdim edilmiş arxiv arayışından müəyyən edilir ki, ərizəçi 1982-1987-ci illərə aid olan “1 may” kolxozunun əmək günü uçotu və staj kitablarında adı, soyadı, ata adı və doğum tarixi xx.xx.1955-ci ildə anadan olmuş X1 qeyd olunmuş və həmin illərdə əmək haqqı qazanmağına dair qeydlər vardır. Ərizəçi 01.11.1987-ci ildə “1 may” kolxozuna pambıqçılıq üzrə briqadir təyin edilmiş, artıq 1988-ci ildən əmək günü uçotu və staj kitablarında adını şəxsiyyətini təsdiq qedən sənədlərdə olduğu kimi Ərizəçi olaraq qeyd etmişlər. Lakin 1982-1987-ci illərə aid olan mühasiba tlıq kitablarında adının səhvən “X2” kimi qeyd olunması həmin sənədlərdə ona aid olan qeydlərin ona məxsusluğu faktının məhkəmə qaydasında müəyyən edilməsinə zərurət yaranmışdır. Həmin hüquqi əhəmiyyəti olan fakt ona yaşa görə əmək pensiyasına çıxması ilə əlaqədar əmək stajlarının hesablanması üçün lazımdır. Ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçinin tələbinin qanuni olması işin gerçək halları ilə tam olaraq təsdiq edilir. Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Gündüz Abbasov sədrlik edən və məruzəçi, Mirbahəddin Hüseynov, Elçin Hüseynov) 25 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etməmişdir. Maraqlı şəxs (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətn aməsinin ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iki şahid ifadəsinə istinad edərək ərizəni təmin etmiş, lakin həmin qeydlərin ərizəçiyə məxsus olmasını təsdiq edəcək mötəbər sübutların olmamasına əhəmiyyət verməyərək iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Maraqlı şəxsin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə koll egiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə ərizəçi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmu ş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən maraqlı şəxs qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.5. Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənə dlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 1.2-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, MPM-nin 76.1 və 76.2-ci maddələrinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən e dilir. Həmin Məcəllənin 62.1-ci maddəsinə görə, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Maraqlı şəxs kassasiya şikayətində məhkəmənin şahid ifadələrinə istinad etməklə düzgün nəticəyə gəlmədiyni qeyd etmiş, lakin məhkəmənin bu halla bağlı qənaətinin düzgün olmaması, məhkəmənin şahid ifadələrinə istinad etməklə hansı maddi və ya prosessaul pozuntuya yol verməsini əsaslandırmamış, şahid ifadələrinin hansı səbəbdən mötəbər sübut olmamasını göstərməmişdir. Digər tərəfdən məhkəmə iş üzrə nəticəyə gələrkən təkcə çahid ifadələrinə istinad etməmiş, şahid ifadələrini iş materiallarına əlavə edilmiş digər sübutlara yanaşı qiymətləndirmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gə lir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 13 saylı regional ərazi idarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-574/2021 nömrəli iş üzrə 25 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar