Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3933/2024 27.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, torpaq sahəsinin zəbtdən azad olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 avqust 2024-cü il tarixli, 2(105)-1050/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən 0,0350 ha torpaq sahəsi İddiaçı mülkiyyəti kimi 02 noyabr 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İmam oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən iddiaçıya məxsus 0,0350 ha torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülməsi, həmin torpaq sahəsinin cavabdehlərinin qanunsuz sahibliyindən geri alınaraq iddia çıya təhvil verilməsi və ödədiyi 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən 0,0350 ha torpaq sahəsi iddiaçıya məxsusdur. Lakin, həmin torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilmişdir. Cavabdehlər ona məxsus torpaq sahəsində qanunsuz olaraq bir neçə tikili inşa etmişlər. Cavabdehlərə dəfələrlə qanunsuz tikintinin dayandırılmasını və torpaq sahəsinin boşaldılmasını təklif etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdehlərin təqsiri üzündən mülkiyyətindəki torpaq sahəsindən istifadə edə bilmir, mülkiyyət hüququ pozulur.
4. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzr ə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 18 oktyabr 2023-cü il tarixli mütəxəssis rəyinə və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 dekabr 2023-cü il tarixli ekspert rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********81 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən 0,035 ha torpaq sahəsinin plan və ölçüsünün koordinatları ilə İddiaçı tərəfindən tanıdılan torpaq sah əsinin koordinatlarının üst-üstə düşən hissəsi 0,0311 ha təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********81 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən 0,035 ha torpaq sahəsinin plan və ölçüsünün koordinatları daxilində yerləşən torpaq sahəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 faktiki istifadəsindədir və **********81 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən 0,035 ha torpaq sahəsinin plan və ölçüsünün koordinatları daxilində tikililər (fərdi yaşayı ş evləri) mövcuddur.
5. Abşeron Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, e-2(012)-161/2024 nömrəli qətnaməsi ilə (hakim M.Abbasova) iddia təmin edilərək, Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən və ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli reyestrdən çıxarışla İddiaçı məxsus olan 0,0350 ha torpaq sahəsində Cavabdeh2 və Cavabdeh1 tərəfindən inşa edilmiş tikililərin onların öz hesabına sökülməsi və həmin torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq İddiaçı təhvil verilməsi qət edilmişdir.
6. Birinci instansiyası məhkəməsi qeyd etmişdir ki, işin hallarına əsasən cavabdehin iddiaçının mülkiyyətində olan 0,035 ha torpaq sahəsinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə torpaq sahəsi üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata ke çirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər.
7. Eyni zamanda, məhkəmə hesab etmişdir ki, cavabdehlərin mübahisəli əmlaka dair heç bir hüquqları müvafiq orqanda qeydə alınmadığından onların bu daşınmaz əmlakdan istifadəsi qəbuledilməzdir. Cavabdehlərin mübahisəli daşınmaz əmlaka müdaxiləsi iş materialları ilə, o cümlədən mütəxəssis və ekspert rəyləri ilə tamamilə təsdiq olunur.
8. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 60-cı; Mülki Məcəllənin 140 152.1, 157.2, 157.4, 164.1, 165.1-ci; Mülki Prosessual Məcəllənin 14.2, 217.3, 218.3-cü maddələrinə, habelə İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə ist inadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən torpaq sahəsi onlar tərəfindən zəbt edilməmiş, 2022-ci ildə torpaq sahəsinin dəyəri tam şəkildə ödənilməklə Şahid Şade oğlundan satın alınmışdır. Mübahisəli torpaq sahəsini İddiaçı da Şahid Şade oğlundan 2015-2016-cı illərdə satın almışdır. Şahid Şade oğlu tərəfindən məhkəməyə ünvanlanmış, 21 fevral 2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizədən göründüyü kimi yuxarıda göstərilən faktlar öz təsdiqini tapmaqla, iddiaçının hazı rkı iddia tələbinin əsassız olduğunu sübut edir. Belə ki, cavabdehlərin məhkəmədə verdikləri izahatlardan və Şahid Şade oğlu tərəfindən məhkəməyə ünvanlanmış ərizədən də göründüyü kimi mübahisələndirilən torpaq sahəsi iddiaçının öz istəyi ilə satılmışdır. İddiaçı torpaq sahəsini əvvəlcə aşağı qiymətə razılaşmış, torpaq sahəsi cavabdehlərə satıldıqdan sonra, torpaq sahəsi üzərində fərdi yaşayış evlərinin inşa olunduğu zaman tikinti yerinə gəlmiş, tikintidə işləyən usta və fəhlələrə tikintinin aparılmasına heç bir etiraz etməmişdir. Tikinti işləri tam yekunlaşdıqdan sonra iddiaçı ilə Şahid Şade oğlu arasında torpaq sahəsinin qiyməti ilə bağlı mübahisə yaranmış və İddiaçı Şahid Şade oğlu barəsində hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Qanunvericilik mülkiyyətçiyə hüquqdan sui-istifadə etdiyi halda, əmlak üzərində mülkiyyət hüquqları barədə sərəncam verməsini məhdudlaşdırır. İşin faktiki hallarından göründüyü kimi iddiaçı mübahisə predmeti olan, mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsinin satılmasına razı olmuş, torpaq sahəsində cavabdehlər tərəfindən fərdi yaşayış evlərinin inşa edilməsinə könüllü şərait yaratmış, lakin sonradan mülkiyyət hüquqdan sui-istifadə edərək torpaq sahəsinin razılaşdırılmış qiymətindən artıq məbləğdə pul tələb etməyə başlamışdır. Lakin, işə baxan məhkəmə işin bu hallarına diqqət etməmiş, işin hərtərəfli və obyektiv araşdırılmasına şərait yaratmamışdır. Cavabdehlər torpaq sahəsi üzərində öz vəsaitləri hesabına fərdi yaşayış evləri inşa edərək əmlak hüquq əldə etmişlər. Torpaq sahəsi üzərində inşa edilmiş evlərə çəkilmiş xərc, torpaq sa həsinin dəyərindən bir-neçə dəfə artıqdır. Yuxarıda göstərilən kimi iddiaçı torpaq sahəsi üzərində fərdi yaşayış evlərinin inşasına şərait yaratmaqla, gələcəkdə bundan sui-istifadə edib torpaq sahəsinin dəyərindən daha artıq məbləğdə pul vəsaiti qazanmaq niyyətində olmuşdur. Lakin işə baxan məhkəmə bunu nəzərə almamış, evlərin sökülməsi nəticəsinə gəlməklə cavabdehlərin əmlak hüquqlarını pozmuşdur. Mübahisələndirilən torpaq sahəsi Şahid Şade oğlunun yaşadığı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin hüdudları daxilində olmaqla, eyni hasarın içərisində yerləşir. Torpaq sahəsi cavabdehlərə Şahid Şade oğlu tərəfindən satılmış, iddiaçı isə torpaq sahəsində tikinti işləri aparılan zaman buna etiraz etməmişdir.
11. İddiaçı apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, mübahisəli to rpaq sahəsini 2015-ci ildə Mehman adlı şəxsdən almış, hasarlayıb saxlamışdır. İmkanı olmadığından həmin torpaq sahəsində ev tikə bilməmişdir. Bununla belə, torpaq sahəsinə baş çəkmişdir. Arada təxminən 4-5 ay müddətində gedə bilməmiş, sonra əri torpaq sahəsinə gedəndə, həmin torpaq sahəsində tikintisi tam başa çatmamış evlərin olduğunu görmüşdür. Bundan sonra, torpaq sahəsini satan şəxslə, yəni Mehmanla əlaqə saxlamış və qarşılaşdığı halın nə səbəbdən baş verdiyini öyrənməyə çalışmışdır. Mehmana əgər onlara məxsus torpaq sahəsində ev tikmişdirsə, pulu ödəməli olduğunu bildirmişdir. Mehman isə ödənişi həyata keçirəcəyini bildirmiş, lakin vaxtı uzadaraq, ödənişi həyata keçirməkdən boyun qaçırmışdır. Bundan sonra, iddiaçı polisə müraciət etmiş, tikintinin dayandırılması ilə bağlı tədbirlər gö rülməsini tələb etmişdir. Bununla belə, torpaq sahəsinə gələndə tikintinin hələ də davam etdiyini görmüşdür. Mehmana bildirmişdir ki, əgər torpaq sahəsini almaq istəyən olsa onlara xəbər versin. Lakin Mehman onların xəbəri olmadan torpaq sahəsini satmış və pulu ələ keçirmişdir. Mehman adlı şəxs torpaq sahəsini cavabdehlərə qeyrirəsmi qaydada satmışdır. Torpaq sahəsinin 1 sotu ən azı 10000 manatdır. Mehman adlı şəxslə torpaq sahəsinin satılması ilə bağlı aralarında heç bir razılıq olmamışdır. Qarşı tərəf torpaq sahəsini alanda, ətraflı araşdırma aparmalı, torpaq sahəsinin kimə məxsus olduğunu öyrənməli idi. Hazırda cavabdehlərdən 35.000 manat tələb edir, 25000 manata razı deyil. 10 il bundan qabaq mübahisəli torpaq sahəsinə 25.000 manat xərcləmiş, 3.500 manat çıxarışa pul ödəmişdir. Torpaq sahəsini 2015-ci ildə almış, Tağı adlı şəxs evi sənədləşdirmiş, 18.500 manat Mehmana, 3.500 manat isə Tağıya vermişdir. Torpaq sahəsində evlərin tikildiyini görüb, susmağı ağlabatan deyildir.
12. Apellyasiya instansiyası məhkəməsində şahid qismində dindirilmiş Şahid Şade oğlu ifadəsində göstərmişdir ki, mübahisəli torpaq sahəsi əvvəl onun mülkiyyətinə olmuş, 2016-cı ildə 0,35 ha torpaq sahəsini 14.500 manata iddiaçıya satmışdır. 2019-cu ildə iddiaçının əri Tağı torpaq sahəsini satmaq istədiyini bildirmişdir. Tağı 0,035 ha torpaq üçün 18.500 manata razı olmuş, o, isə 19.500 manat verəcəyini, lakin müddətin bir qədər uzun olacağını bildirmişdir. Bu söhbətlər 2021-ci ilin sentyabr-oktyabr aylarında olmuşdur. Sonra Tağı 21.000 manat tələb etməyə başlamışdır. Öz həyətindəki yarım sotu da satı rdı. 2 sot Elmirə verib, 1 aydan sonra Yasinə 2 sot satmışdır. Tağı demişdir ki, hissə-hissə ödəməyinə razıdır. Elmirdən tam 11.000 manat almış, Yasin isə hissə-hissə ödəmişdir. Tağı ödənişi tam halda tələb etdiyi üçün, hamısını toplayıb daha sonra cəm halda verər. Verilən pula 11.000 manata torpaq alıb, 18.500 verməyə razıdır. İddiaçı 35.000 istəyir ki, bu çox yüksək məbləğdir. Aldığı torpaq sahəsini 11.000 manata satışa çıxarmışdır. 25.000 manat verə bilər. Daha yüksək məbləğdə ödəniş həyata keçirməyə maddi imkanı çatmayacaq. Ev tikiləndən sonra Tağı gəlib halallıq vermiş, Elmir 11.000 verəndə, Elmirin yanında Tağıya zəng edib, telefonu açmamışdır. Amma sonra danışıblar, deyib ki pulu cəm halda verərsiniz. Tağıya bildirib ki, evi tikir, pulu cəm halda verəcək. Bu zaman isə Tağı evin tiki ntisinə etirazı olmadığını bildirmişdir.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 avqust 2024-cü il tarixli, 2(105)-1050/2024 nömrəli qətnaməsi ilə (hakim A.Hüseynzadənin sədrliyi və məruzəsi ilə, hakimlər A.Mahmudov və S.Qafari) cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(012)-161/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehlərin tikdikləri ev İddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşməklə, cavabdehlər hər hansı bir hüquqi əsas olmadan iddiaçının mülkiyyətində olan torpaq sahəsində özbaşına tikili inşa etmişlər.
15. Cavabdehlər, torpaq sahəsini iş üzrə şahid qismində dindirilmiş Şahid Şade oğlundan aldıqlarını, onun sözlərinə əsasən iddiaçı olan mülkiyyətçinin də torpağın onlara satılmasına razılığının olduğunu bildirsələr də, iş materialları ilə işin qeyd edilən halı sübut edilməmişdir. Həmçinin, iddiaçının mülkiyyətində olan torpaq sahəsində evin inşa edilməsindən xəbərdar olması halında bu fakta görə hərəkətsizlik etməsi də iş materialları ilə təsdiq olunmamaqla yanaşı, inandırıcı və ağlabatan da deyildir. Belə ki, mülkiyyətində olan torpaq sahəsinə görə pul almamış şəxsin, torpaq sahəsində kənar şəxslər tərəfindən ev inşa edilməsinə etiraz etməməsi ehtimal olunan deyildir.
16. Cavabehlər mübahisəli torpaq sahəsinin alqı-satqısı adı altında Şahid ümumilikdə 22500 manat pul vermişlər ki, həmin məbləğ Şahid tərəfindən əldə edilmiş və mülkiyyətçiyə verilməmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə kollegiyasının iclasında iddiaçı evlərin sökülməməsi üçün torpağın dəyərinin ödənilməsi müqabilində barışıq əldə edilməsinə razı olduğunu bildirmiş, cavabdehlər, o cümlədən Şahid adlı şəxs iddiaçıya torpağın dəyərini birlikdə ödəmələri üçün məhkəmə iclası təxirə salınmış, lakin cavabdeh tərəfin iddiasına əsasən Şahid Şade oğlu onlardan aldığı pulu qaytarmadığından barışıq əldə edilməsi mümkün olmamışdır.
18. Beləliklə, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, Şahid adlı şəxs iddiaçı olan mülkiyyətçinin razılığı olmadan, qanunsuz olaraq onun torpaq sahəsini cavabdehlərə şifahi razılaşma əsasında sataraq, onlardan 22500 manat pul almış, cavabdehlər isə aldıqları torpaq sahəsinin mülki yyətçisini dəqiqləşdirmədən, o cümlədən, həmin torpaq sahəsinin Şahid aidiyyətini müəyyən etmədən qanunsuz şəkildə iddiaçıya məxsus torpaq sahəsini zəbt edərək, tikinti işləri aparmağa başlamışlar.
19. Apelyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cu maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə; Mülki Məcəllənin 152.1, 152.5, 157.4-cü; Torpaq Məcəlləsinin 111-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
20. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilm əsini xahiş etmişdir.
21. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 152.5, 152.6, 153.4, 157.8-ci, Mülki Prosessual Məcəllənin 9.1, 14.2, 106.1-ci maddələrinin tələblərini pozmuşdur.
22. Belə ki, iddiaçı mübahisə predmeti olan, mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsinin satılmasına razı olmuş, torpaq sahəsində cavabdehlər tərəfindən fərdi yaşayış evlərinin inşa edilməsinə könüllü şərait yaratmış, lakin sonradan mülkiyyət hüquqdan sui-istifadə edərək torpaq sahəsinin razılaşdırılmış qiymətindən artıq məbləğdə pul tələb etməyə başlamışdır. Lakin, işə baxan məhkəmə işin bu hallarına diqqət etməmiş, işin hərtərəfli və obyektiv araşdırılmasına şərait yaratmamışdır. Belə ki, məhkəmə iş üzrə şahid qismində dindirilmiş Şahid iza hatına münasibətdə onun dediklərinin iş materialları ilə müəyyən olunmadığı qənaətinə gələrkən, iddiaçının bildirdiklərinin işin hansı halı ilə müəyyən olunduğunu göstərməmiş, mübahisəli torpaq sahəsinin real qiymətinin müəyyən etməmişdir. Cavabdehlər torpaq sahəsi üzərində öz vəsaitləri hesabına fərdi yaşayış evləri inşa edərək əmlak hüquq əldə etmişlər. Torpaq sahəsi üzərində inşa edilmiş evlərə çəkilmiş xərc, torpaq sahəsinin dəyərindən bir-neçə dəfə artıqdır. Mübahisəli torpaq sahəsini iddiaçı iş üzrə şahid qismində dindirilmiş Şahid 14.500 manata almışdır. İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsinin dəyərindən ən azı iki dəfə artıq məbləğdə pul vəsaitini evlərin sökülməməsi üçün cavabdehlərdən tələb edir. İddiaçı cavabdehlər tərəfindən torpaq üzərində fərdi yaşayış e vlərinin inşa edilməsinə qəsdən göz yummuş, fərdi yaşayış evləri tam inşa olunduqdan sonra hüququndan sui-istifadə edərək hazırkı iddia tələbini qaldırmışdır.
23. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
24. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
25. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
26. İş üzrə Cavabdeh2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermədiyindən, kassasiya baxışının predmetini qətnamənin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun olaraq iddianın Cavabdeh1 qarşı təmin olunan hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
27. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son q oymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
29. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 5-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəlləd ə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandı rır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
31. Məhkəmə kollegiyası hesab edir ki, apellya siya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlərin hazırkı kassasiya şikayətinə oxşar apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulması müəyyən olunmur.
33. Kassasi ya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası bir daha qeyd edir ki, mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olmaqla, cavabdehlər tərəfindən istifadə olunması işin mübahisəsiz hallarıdır. Belə olan halda, kassator onun həmin torpaq sahəsi üzərində qanunla qorunan hüquqlarının olmasını sübut etməli idi ki, bununla bağlı işin faktiki hallarını araşdıran məhkəmələrə hər hansı sübut təqdim olunmamışdır.
34. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
35. Kassasiya şikayətinin digər dəlilləri işin hallarının araşdırılmaması, sübutlara düzgün qiymət verilməməsi, gəlinən nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır.
36. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 40 7.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, hə min dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 avqust 2024-cü il tarixli, 2(105)-1050/2024 nömrəli qətnaməsi iddianın Cavabdeh1 qarşı təmin olunan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.