Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3934/2024 26.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Kateqoriya: işçilərin sayı və ya ştatlarının ixtisarı (Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "X3 Şəbəkəsi" MMC-yə qarşı işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 6 avqust 2024-cü il tarixli 2(105)-1127/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məh kəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 02.03.2010-cu il tarixli əmək müqaviləsinə əsasən, iddiaçı “X4” MMC-yə baxış hesabatı qrupuna mühəndis vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2011-ci il tarixli əmək müqaviləsinə əsasən isə X2 X6 balans hesabatı və şəbəkələrinin açılması üzrə mühəndis vəzifəsinə təyin edilmişdir. 2. "xxxx" MMC-nın xx.xx.2022-ci il tarixli, DƏ/114 nömrəli əmrinə əsasən, ”Azərenerji” ASC-nin ES, REŞ və YGEŞ-lərində bütün növ sınaq işlərinin icrası üçün nəzərdə tutulan ştat vahidləri ləğv edilərək laboratoriya mərkəzinin iştirakı ilə yenidən formalaşdırılmış, ləğv edilən xidmətlərin yeni işçi heyəti komplektləşdirildiyi müddət ərzində tabe olduqları REŞ (YGEŞ) və ES-da öz fəaliyyətini davam etdirmələri qərara alın mışdır. 3. "xxxx" MMC-nın xx.xx.2023-cü il tarixli əmri ilə "xxxx" MMC-nin izolyasiya və İGM xidməti ləğv edilmiş, xidmətdə çalışan işçilərə Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə əsasən xəbərdarlıq edilməsi, həmin işçilərin iş yerlərinin xəbərdarlıq müddəti başa çatdıqdan sonra ləğv edilməsi, Əmək Məcəlləsinin 80-ci maddəsinin 3-cü hissəsinə əsasən, xəbərdarlıq veriləcək işçilərin əmək müqavilələrinin həmkərlar ittifaqı təşkilatı ilə razılaşdırılması qərara lınmışdır.
4. Həmkarlar İttifaqı Komitəsi İclasının xx.xx.2023-cü il tarixli, 89 saylı protokolundan görünür ki, ləğv olunacaq xidmətin 3 nəfər işçisi olmuş, ştat vahidinin ləğv edilməsi ilə əlaqədar hər üç işçinin, o cümlədən İzolyasiya və İfrat Gərginlikdən mühafizə xidmətinin böyük ustası İddiaçı ilə bağlanmış əmək müqavilə sinə işəgötürənin təşəbbüsü ilə Azərbaycan Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsinə razılıq verilmişdir. 5. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 045/k nömrəli əmrinə əsasən, "xxxx" MMCnin izolyasiya və İGM xidmətinin böyük ustası İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ştat, ixtisar edildikdə) xitam verilməsi, işçiyə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsi barədə əmr verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "x xxx" ASC-nin X3 şəbəkəsi MMC-nin 045/K saylı əmrinin ləğv edilməsi, onun işə bərpa olunmağı və xx.xx.2023-cü ildən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 1999-cu ildən xx.xx.2023-cü il tarixədək göstərilən müəssisədə çalışmışdır. Onun işdən azad edilməsi barədə əmr qanunsuzdur. Belə ki, Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmalıdır. Lakin əmrin əsaslandırma hissəsində onun xəstəlik vərəqəsindən sonra işə gəlmədiyi, üzrsüz səbəbdən iş yerini tərk etdiyi, lakin xəbərdarlıq məktubu göndərildiyi üçün 70-ci maddənin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verildiyi göstərilmişdir. Həmin əmrə və cavabdehin onunla birlikdə işdən azad olunan işçilərin başqa vəzifəyə təyin olunma müraciətinə nəzər yetirsələr, ona qarşı qərəzli münasibət aşkar şəkildə aydın olur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Lakin göstərilənlərin heç biri nəzərə alınmamışdır. Həmçinin bildirmişdir ki, "xxxx" MMC-nin İzolyasiya və İGM xidmətinin ləğv edilməsi zamanı ondan başqa digər əməkdaşların işlə təmin olunması üçün "xxxx" ASC-yə müraciət ünvanlanmış, peşəkarlıq səviyyəsinə və təcrübəsinə görə ondan aşağı stajlı işçilər işlə təmin olunmasına baxmayaraq onun başqa işlə təmin olunmağı barədə Cavabdeh MMC tərəfindən heç bir zəruri addım atılmamışdır.
8. Xaçmaz Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli e-2(067)-485/2024 nömrəli qətnaməsi ilə (hakim Vüsalə Qasımova) iddia tələbi təmin olunmamışdır.
9. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/318 saylı rəyindən müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, mülki işin 120-ci vərəqində İddiaçı adından "xxxx" ASC-nin X3 Şəbəkəsi” MMC-yə ünvan lanmış 19 sentyabr 2023-cü il tarixli ərizənin yuxarı sol küncündə olan möhür üzərindəki “202, xx.xx.2023” rəqəmləri Nümayəndə1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
10. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunvericiliyin qeyd olunan normalarına riayət etməklə xitam verildiyindən iddia tələbi əsassızdır. İş üzrə toplanılmış sübutlarla iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə tam riayət olunmaqla ləğv edilməsi təsdiq olunmuşdur. Belə ki, iddia ərizəsində qeyd olunanlar və məhkəmə araşdırması zamanı iddiaçının gətirdiyi dəlillərə məhkəmə tənqidi yanaşaraq hesab etmişdir ki, iddiaçının dəlilləri özünümüdafiə xarakteri daşıyır, əsassızdır və qəbul edilə bilməz.
11. Məhkəmə iddiaçının tətil edəcəyi barədə cavabdeh orqana rəsmi şəkildə ərizə ilə müraciət etməsinə dair gətirdiyi dəlil ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmə araşdırması zamanı İddiaçı xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin rəhbərliyinə tətil etməsi ilə bağlı ərizə ünvanlamış, qeyd olunan ərizəni şəxsən Nümayəndə1 qəbul etməsini, ərizədə müvafiq qeydlərin Nümayəndə1 tərəfindən aparıldığını qeyd etsə də, göstərilən xüsusatların araşdırılması üçün təyin olunmuş məhkəmə ekspertizasının rəyi ilə bu hal öz təsdiqini tapmamışdır. Bu hallara qiymət verərək məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı tətili əmək qanunvericiliyinin normalarına riayət etməklə keçirməmişdir. Qeyd olunan əmək müqaviləsinə qanunvericiliyin tələblərinin pozulması ilə xitam verilməsi işin faktiki halları və sübutlarla öz təsdiqini tapmır. Məhkəmə iddianın məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi hissəsini araşdıraraq hesab etmişdir ki, iddianın bu hissəsi törəmə tələb olub, işə bərpa barəsində iddia tələbindən yaranmışdır. Buna görə də iddianın əmək haqqının ödənilməsi barədə hissəsi də əsassızdır.
12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12.1 və 35.4-cü hissələri, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42, 70, 72, 77 və 78-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı apelly asiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin əsaslandırma hissəsində "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli əmrinə əsasən ştatlar ləğv edildiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Lakin işəgötürən əsaslandığı "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli əmrində "xxxx" ASC-nin ES, REŞT, GEŞ-lərində bütün növ sınaq işlərinin icrası üçün nəzərdə tutulan ştat vahidlərinin ləğv edilərək Laboratoriya Mərkəzinin iştirakı ilə yenidən formalaşdırılması göstərilmişdir. Həmçinin həmin əmrin 4-cü bəndində ləğv edilən xidmətlərin yeni işçi heyəti komplektləşdirildiyi müddət ərzində tabe olduqları REŞ və ES- lərdə öz fəaliyyətlərini davam etdirmələri göstərilmişdi r. Göründüyü kimi işə götürənin həmin əmrə əsasən onu işdən azad etməsi özü bütövlükdə qanunsuz və qərəzli mövqenin təzahürüdür. "xxxx" ASC-nin göstərilən əmri Respublikada yerləşən bütün Regional qurumlara göndərilmiş, lakin heç bir qurumda təcrübəli işçilər həmin əmrə əsasən işdən azad olunmamışdır. Tərəfindən göstərilən xüsusatların dəqiqləşdirilməsi üçün birinci instansiya məhkəməsinə vəsatət verilsə də, vəsatəti təmin edilməmişdir. Yəni hakim göstərilən xüsusatların araşdırılmasında maraqlı olmamışdır. Halbuki, həmin hal araşdırılsaydı işəgötürənin tərtib etdiyi mübahisələndirdiyi əmrin qərəzli tərtib olunmağı aşkar olunardı. Həmçinin tərəfindən xx.xx.2023-cü il tarixdə tətil elan etməyi barədə ərizəsi nəzərə alınmamışdır. Belə ki, Əmək Məcəlləsinin 295.5-ci maddəsinə əsasən təkbaşına tətil edən işçinin hərəkətlərinin qanunsuz və ya əsassız hesab edilməsi barədə məhkəmə müvafiq qərar qəbul etməyibsə, işəgötürənin onun əmək müqaviləsinin ləğv edə bilməməsi göstərilmişdir. Həmin ərizədə işə götürənin daxil olma ştampı mövcuddur. Lakin hakim həmin ştampın işə götürənə məxsus olub-olmaması əvəzinə aparılan qeydlərin işçi tərəfindən aparılmasını araşdırmaqda maraqlı oldu. Halbuki, onun mübahisəsi həmin işçi ilə deyil, işəgötürənlədir. Məhkəmə iclasının video görüntüsünə nəzər yetirilsə, cavabdehin nümayəndəsi həmin daxil olma ştampının onlara məxsus olmasını, lakin həmin qeydlərin onun tərəfindən aparılmamasını bildirmişdir. Məhkəmə isə yalnız ekspertiza təyin edərək qeydlərin işçi tərəfindən aparılıb aparılmamasını yoxlamış, həmin ştampın cavabdehə məxsus olmasını yoxlamaq da maraqlı olmamışdır. Halbuki, həmin ştamp işə götürən tərəfindən vurulmuş və onun ərizəsinin qeydə alınması üçün mötəbər sübutdur. Cavabdeh ərizələrin daxil olma kitabını məhkəməyə təqdim etdikdə məlum olmuşdur ki, sentyabr ayında məhz ştampın üzərində göstərilən 202 nömrəsinin olması da təsadüf ola bilməz. Göründüyü kimi onun tətil elan etmə barədə ərizəsi cavabdehə təqdim edilsə də, ərizənin üzərinə ştamp vurulub daxil olma kitabında sonuncu nömrəsi yazılsa da qeydiyyata alınmamışdır. Tərəfindən sonuncu məhkəmə iclasında vəsatətlə hakimə müraciət olunaraq həmin ştampın cavabdehə məxsus olub-olmamasının aydınlaşdırılması və aparılan qeydlərin yazılarkən mürəkkəbləşdirmə hesabına təhrif olunmasının mümkünlüyünün yoxlanılması barədə müraciət olunsa da vəsatət yenidən təmin edilməmişdir. G öründüyü kimi hakim yenidən göstərilən məsələnin araşdırılmasında maraqlı olmamışdır. Birinci instansiya məhkəməsi bütün bu göstərilənlər nəzərə almamış, kifayət qədər araşdırma aparmadan formal cümlələrlə qətanmənin çıxarılması üçün əsas olmayan sübutlara əsaslanaraq iddianı təmin etməmişdir.
15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-1127/2024 nömrəli, 6 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – F.Ə.Məmmədov (sədrlik edən və məruzəçi), L.E.Rəhimli və A.M.Süleymanova) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd etmişdir ki, ştatların ixtisarı müəssisənin idarəetmə, yaxud texn iki personalının daxili strukturunun dəyişdirilməsinə yönələn təşkilati tədbir olub, yalnız ayrıayrı struktur vahidlərin ləğvini deyil, həm də yeni funksiyalara malik yeni idarəetmə vahidlərinin yaradılmasını nəzərdə tuta bilər.
17. İşin araşdırılan hallarından müəyyən edilmişdir ki, xx.xx.2023-ci il tarixli əmrlə "xxxx" ASC-nin EDS, REŞ, YGEŞ-lərində bütün növ sınaq işlərinin icrası üçün nəzərdə tutulan ştat vahidləri ləğv edilərək, yenidən formalaşdırılmışdır. Qeyd olunan ştatın ixtisar olunacağı barədə İddiaçı "xxxx" ASC Cavabdeh MMC tərəfindən müvafiq qaydada rəsmi məktub ünvanlanmış və xəbərdarlıq olunmuşdur. "xxxx" ASC Cavabdeh MMC tərəfindən verilmiş 20 sentyabr 2023-cü il tarixli, 045/k nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən İd diaçı ilə bağlanmış müqaviləyə xitam verilmiş və ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinin tələbinə uyğun olaraq orta əmək haqqının iki misli miqdarında işdənçıxma müavinəti ödənilmişdir.
18. İddiaçı ərizəsində həmin halı mübahisələndirməsə də və bu barədə məlumat verməsə də, daha sonra birinci instansiya məhkəməsində işə baxılan zaman iddiaçı tətil edəcəyi barədə "xxxx"ASC-nin rəhbərliyinə xx.xx.2023-cü il tarixdə ərizə ünvanladığını, qeyd olunan ərizəni şəxsən Nümayəndə1 qəbul etməsini, ərizədə müvafiq qeydlərin Nümayəndə1 tərəfindən aparıldığını göstərsə də, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/318 saylı rəyi ilə 19 sentyabr 2023-cü il tarixli ərizənin yuxarı sol küncündə olan möhür üzərindəki “202, xx.xx.2023” rəqəmlərinin Nümayəndə1 tərə findən yox, başqa şəxs tərəfindən icra olunması müəyyən olunmuşdur.
19. Kollegiya qeyd etmişdir ki, Əmək Məcəlləsinin 272-ci maddəsinə görə, tətilin başlanmasına ən geci 10 iş günü qalmış əmək kollektivi və ya həmkarlar ittifaqı orqanı işəgötürənə tətil keçiriləcəyi barədə yazılı məlumat verməlidir. Məhkəmə iclasında cavabdeh tərəf iddiaçının belə bir ərizə ilə müraciət etmədiyini bildirərək məhkəməyə daxil olma jurnalından çıxarış təqdim etmişdir. Həmin çıxarışdan görünür ki, 202 nömrəli qeydiyyat yazısı E.Babayevanın icazə ərizəsinin xx.xx.2023-cü il tarixdə qeydiyyatdan keçməsi barədədir.
20. Cavabdeh tərəf həmçinin məhkəməyə xx.xx.2024-cü il tarixdə qeyd olunan hala aydınlıq gətirilməsi barədə təqdim etdiyi məktubda göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü i l tarixli 935 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın 14-cü bəndinə əsasən, təşkilata daxil olan bütün sənədlər daxil olan zaman birinci səhifənin üz tərəfinin aşağı sağ küncündə daxil olma ştampı vurulur və təşkilatın rəhbərinə təqdim edilir, "xxxx" MMC-də də, vətəndaşlardan və digər təşkilatlardan daxil olan sənədlərə kargüzarlıq xidməti tərəfindən qeyd olunan qaydaya uyğun olaraq daxil olma ştampı vurulur və aidiyyatı üzrə rəhbərə təqdim edilir. Lakin, İddiaçı təqdim etdiyi ərizədə yuxarı hissədə vurulan ştamp müəssisənin işçilərə verilən arayışlar üçün istifadə olunan ştampına bənzədilmişdir, İddiaçı təqdim etdiyi ərizə əsassızdır, qeyri-qanuni yolla hazırlanıb və əgər həmin ərizə müəssisəyə təqdim edilsəydi qeydiyyata alındığı zaman ona daxil olma ştampı vurulmalı idi və daha sonra sənədin əsli vətəndaşın özündə deyil, kargüzarlıqda olmalı idi. İddiaçı tətil elan etməsi ilə bağlı müəssisəyə heç bir ərizə təqdim etməmişdir. Beləliklə işin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı istinad etdiyi tətili əmək qanunvericiliyinin normalarına riayət etməklə keçirməmişdir.
21. İşin araşdırılmış hallarına, məhkəmə iclasında tədqiq olunmuş sübutlara və sadalanan qanunvericilik aktları normalarına əsaslanaraq məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin 20 sentyabr 2023-cü il tarixli, 045/K saylı əmrinin qanunvericiliyin tələblərinin pozulması ilə verilməsi işin faktiki halları və sübutlarla öz təsdiqini tapmır. Odur ki, əmrin ləğv edilməsi, işə bərpa və xx.xx.2023-cü ildən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqınının hesablanaraq ödənilməsinə dair mövcud iddia tələbinin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgün olmuşdur.
22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1, 71, 77, 270.1, 272, 288, 290.1, 292.2, 295.1, 295.4, 295.5, 296.1, 296.2, 296.3, 300.1-ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti iddiaçının apellyasiya şikayət inin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Lakin mübahisələndirilən əmrin zəruriliyi əsaslandırılmamış, ştatların ixtisarının heç bir iqtisadi əsası göstərilməmiş, əmrin verilməsi üçün əsas olan "xxxx" ASC-nin əmrində isə əmək müqaviləsinin ləğvi ilə bağlı heç bir maddə göstərilməmişdir. Lakin məhkəmə göstərilən halları nəzərə almamışdır, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin əsaslandırma hissəsində "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli əmrinə əsasən ştatlar ləğv edildiyi üçün iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Lakin İşə götürən əsaslandığı "xxxx" ASC-nin xx.xx.2022ci il ta rixli əmrində "xxxx" ASC-nin ES, REŞ, TGEŞ-lərində bütün növ sınaq işlərinin icrası üçün nəzərdə tutulan ştat vahidlərinin ləğv edilərək Laboratoiya Mərkəzinin iştirakı ilə yenidən formalaşdırılması göstərilmişdir. Həmçinin həmin əmrin 4-cü bəndində Ləğv edilən xidmətlərin yeni işçi heyətinin komplektləşdirildiyi müddət ərzində tabe olduqları REŞ və ES-lərdə öz fəaliyyətlərini davam etdirmələri göstərilmişdir. Göründüyü kimi işə götürənin həmin əmrə əsasən iddiaçını işdən azad etməsi özü bütövlükdə qanunsuz və qərəzli mövqenin təzahürüdür. "xxxx" ASC-nin göstərilən əmri Respublikada yerləşən bütün Regional qurumlara göndərilmiş, lakin heç bir qurumda təcrübəli işçilər həmin əmrə əsasən işdən azad olunmamışdır. Bu xüsusatların dəqiqləşdirilməsi üçün birinci instansiya məhkəməsinə vəsatət ve rilsə də, vəsatət təmin edilməmişdir. Yəni hakim göstərilən xüsusatların araşdırılmasında maraqlı olmamışdır. Halbuki həmin hal araşdırılsa idi, işə götürənin tərtib etdiyi mübahisələndirilən əmrin qərəzli tərtib olunmağı aşkar olunardı. Kassasiya şikayətində Əmək Məcəlləsinin 71.3-cü, 295.5-ci, Avropa “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” konvensiyanın 6-cı maddəsinin, MPM-nin 14.2, 77.1, 88-ci, 217-ci maddələrinin pozuntusuna istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
26. Maddə 11. ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin hüququna aid edilmişdir.
27. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
28. Maddə 70. b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
29. Maddə
71. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
30. Maddə
77. İşçilərin sayı azaldıqda və ya ştatları i xtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq - bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi müddətində rəsmi xəbərdar edilməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq - bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında işdənçıxarma müavinəti ödənilir.
31. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76- cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 7 9-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllə
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq norm alarına müvafiq olaraq qiymət verir.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarınd a olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə mübahisələndirildiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi hüquqi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən şikayətdə qeyd edilmiş maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
40. İ şin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının işlədiyi "xxxx" MMC-nin İzolyasiya və İGM xidməti xx.xx.2022-ci il tarixli əmr əsasən ləğv edildiyindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ştat, ixtisar edildikdə) xitam verilmişdir.
41. İddiaçı iddia ərizəsində işəgötürən tərəfindən ona münasibətdə ayrı-seçkiliyə yol verildiyini, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə zərurət olduğunun əsaslandırılmadığını qeyd etsə də, bu hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
42. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin ə) yarımbəndindən göründüyü kimi, bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin hüququna aid edilmiş və hazırda işəgötürən bu hüququndan istifadə edərək iddiaçının işlədiyi "xxxx" MMC-nin izolyasiya və İGM xidmətini ləğv etmişdir. Əmək Məcəlləsində işəgötürənin ləğv edilən struktur bölmənin işçilərini digər bölmələördə yenidən işlə təmin etmək vəzifəsi nəzərdə tutulmadığı üçün bu işəgötürənin hüququ olduğundan hazırkı halda iddiaçının işəgötürən tərəfindən işlə təmin edilməməsi düzgün olaraq məhkəmə tərəfindən ayrı-seçkilik və qanun pozuntusu kimi qiymətləndirilməmişdir.
43. Əmək Məcəlləsinin 78-ci maddəsində müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisası n (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin işdə saxlanılmalı olduğu nəzərdə tutulsa da, hazırkı halda iddiaçının işlədiyi struktur bölməsi- izolyasiya və İGM xidməti ləğv edilərək onun 3 nəfər işçisinin hər üçü işdən azad edildiyindən qeyd edilən normanın mübahisə üzrə tətbiq edilməsi istisna olunur.
44. Mübahisə həll edilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan hər hansı pozuntuya yol verilməmişdir.
45. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qətnamənin kassasiya qaydasında ləğv edilməsi üçün əsaslar müəyyən olunmur.
46. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu ma ddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 6 avqust 2024-cü il tarixli, 2(105)-1127/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.