Məhkəmə qərarları › İş №2(102)-3934/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3934/2025

27.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3934/2025 27.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərdən irəli gələn mübahisələr, qanunsuz olaraq müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmə nəticəsində vurulmuş zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərə görə kompensasiya ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1121/2025 nömrəli 30 sentyabr 2025ci il tarixli qətnaməsindən iddiaçı və cavabdehin kassasiya şikayətlərinə 27 yanvar 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür.

2. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(073)-232/2020 nömrəli qərarı ilə İddiaçı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsə almanın əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Qərar xx.xx.2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir.

3. Cəlilabad Rayon Məhkəməsinin x x.xx.2021-ci il tarixli 4(073)-44/2021 nömrəli qərarı ilə İddiaçı həbsdə saxlama müddəti 3 ay müddətinə - xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Qərar xx.xx.2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir.

4. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 4(073)-121/2021 nömrəli qərarı ilə İddiaçı həbsdə saxlama müddəti 1 ay müddətinə - xx.xx.2021-ci il tarixə qədər uzadılmışdır. Qərar xx.xx.2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir.

5. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 4(073)-153/2021 nömrəli qərarı ilə İddiaçı həbsdə saxlama müddəti 2 ay müddətinə - xx.xx.2021-ci il tarixə qədər uzadılmışdır.

6. Şirvan Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının xx.xx.2021-ci il tarixli 4(106)52/2021 nömrəli qərarı ilə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qəra rı ləğv edilmiş, həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə verilmiş təqdimat təmin edilməmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, onun barəsində xx.xx.2021-ci il tarixə kimi ev dustaqlığı qətimkan tədbiri seçilmiş və o, dərhal həbsdən azad edilmişdir.

7. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(099)-20/2022 nömrəli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, cəzasını çəkməsinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır.

8. Şirvan Apellyasiya Məhkəməsi Ci nayət kollegiyasının xx.xx.2022-ci il tarixli 1(106)356/2022 nömrəli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə ona bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Hökm xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir.

9. İddiaçı tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinə pretenziya məktubu göndərilmiş, mənəvi zərərə görə ******* manat, maddi zərərə görə 87480 manat pulun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir.

10. Cəlilabad rayon sakinləri olan müxtəlif şəxslər tərəfindən xx.xx.20 24 və xx.xx.2024-cü il tarixlərdə vəkil Nümayəndə1 verilmiş izahatlara görə İddiaçı özünə məxsus olan “Vaz-21074” markalı avtomobillə 2012-ci ildən 2020-ci ilin oktyabr ayının 27dək onları (Cəlilabad rayon sakinlərini) mütəmadi olaraq Cəlilabad rayonundan Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Daş Karxanasına hər gün 4 nəfər sərnişin olmaqla aparmış və oradan 4 nəfər sərnişini Cəlilabad rayonuna gətirmişdir. Hər sərnişini Cəlilabad rayonundan Bakı şəhərinə 15 manata aparmış, hər sərnişini Bakı şəhərindən Cəlilabad rayona 15 manata gətirmişdir. Hər gedişdə 4 nəfər aparıb 4 nəfər geri gətirməklə gündə 120 manat qazanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən (bundan sonra “cavabdeh” və ya “Maliyyə Nazirliyi”) maddi zərərə görə 87480 manat, mənəvi zərərə görə ******* manatın alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixdə özünə məxsus olan “VAZ-21074” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cəlilabad şəhərində axşam saatlarında hərəkətdə olarkən Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılmış, polis əməkdaşları tərəfindən ona zor tətbiq olunmaqla avtomobil ondan alınmış, polis əməkdaşları iddiaçını onun öz avtomobilində PŞ-nə gətirmişlər. Polis şöbəsinin inzibati binasında həmin vaxt Cəlilabad RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində işl əmiş Rövşən Quliyev başda olmaqla bir qrup polis əməkdaşları iddiaçını vurmuş, təzyiqlər göstərmiş, ona qarşı şərəf və ləyaqətini alçaldan ifadələr işlətmişlər. Onların əsas məqsədi bundan ibarət olmuşdur ki, onlar iddiaçıdan etirafedici izahat almaq yolu ilə avtomobildə külli miqdarda narkotik vasitə olmasını etiraf etsin. Lakin iddiaçı onlarla razılaşmamış və avtomobildə heç bir narkotik vasitə olmamasını bildirmişdir. Cinayət işinin materialları ilə mübahisəsiz qaydada sübut olunmuşdur ki, qeyd edilmiş tarixdə iddiaçı polis şöbəsinə gətiriləndən 2 saat sonra avtomobilə baxış keçirilmiş və avtomobilin yük yerindən bir ədəd bükümdə təmiz çəkisi 193.066 qram psixotrop maddə metamfetamın və iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 470 qram, 630 qram, ümumi çəkisi 1100 qram olan xaş-xa ş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Baxış zamanı, ibtidai istintaqda və məhkəmələrdə verdiyi bütün ifadələrində iddiaçı həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən onun avtomobilinə qoyulmasını bildirmişdir. Bütün bunlara baxmayaraq əməliyyat-axtarış tədbirinin nəticəsi olaraq iddiaçı 48 saat müddətində şübhəli şəxs kimi saxlanılmışdır. Cəlilabad RPŞ-nin İB-nin müstəntiqi tərəfindən iddiaçının barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. İbtidai istintaq vaxtı dəfələrlə vəsatət verərək iddiaçıya əsassız olaraq AR CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verildiyini və bu səbəbdən də onun barəsində olan cinayət işinə bəraətverici əsaslarla xit am verilməsini xahiş etsə də, vəsatətləri təmin edilməmişdir. Beləliklə, əsassız olaraq iddiaçı azadlıq hüququndan qanunsuz və əsassız olaraq məhrum edilmişdir. Hətta uzun müddət Cəlilabad RPŞ-nin MSY-də təhqirlərə, işgəncələrə məruz qalmışdır. Çox cəhd etsələr də iddiaçını sındıraraq etirafedici ifadələr ala bilməmişlər. Beləliklə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən iddiaçı Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və cəzasının çəkilməsinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli hökmünə əsasən iddiaçıya Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə ona bəraət verilmişdir. İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Yuxarıda qeyd olunanlardan mübahisəsiz qaydada məlum olmuşdur ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan 17 ay 9 gün müddətdə həbsdə, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan 7 ay müddətində isə həbs qətimkan tədbirinin əvəzi hesab olunan ev dus taqlığında olmuşdur. Beləliklə, iddiaçının azadlıq hüququ 24 ay 9 gün müddətində təhqiqat, istintaq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri və qərarları nəticəsində əlindən alınmış və digər formada məhdudlaşdırılmışdır. İddiaçı həbs olunana qədər taksi kimi fəaliyyət göstərməklə gündəlik olaraq Cəlilabad rayonundan Bakı şəhərinin ətraf ərazilərində yerləşən daş karxanalarına sərnişin aparıb-gətirmişdir. Hər həftənin yeddi günü həmin fəaliyyətlə məşğul olmuşdur. İddiaçı Cəlilabad rayonundan Bakı şəhərinə hər gün 4 nəfər sərnişin aparmış və 4 nəfər sərnişini Bakı şəhərindən Cəlilabad rayonuna gətirmişdir. Hər sərnişini Cəlilabad rayonundan Bakı şəhərinə 15 manata aparmış, hər sərnişini Bakı şəhərindən Cəlilabad rayona 15 manata gətirmişdir. Hər gedişdə 4 nəfər aparıb 4 nəfər qaytarmas ı nəzərə alınmaqla, 8 nəfərdən gündə 120 manat qazanmışdır. 24 ay 9 gün müddətində iddiaçı təhqiqat, istintaq və məhkəmə orqanlarının qanunsuz hərəkət və qərarları nəticəsində (729 gün x 120 manata = 87480 manat) 87480 manat qazancdan məhrum olmaqla ona zərər dəymişdir. Təhqiqat, istintaq və məhkəmə orqanlarının qanunsuz hərəkət və qərarları nəticəsində iddiaçıya ******* manat mənəvi zərər də dəymişdir. İddiaçı həbsdə olduğu bütün müddət ərzində qoca və xəstə anası çarəsiz şəkildə göz yaşlarını axıdır, qardaş və bacıları iztirab keçirirdi. İddiaçı həbs olunana qədər nişanlanmışdı. Həbsdə olarkən nişanlısının valideynləri nişanı qaytarmış və “narkomana qız verməyəcəklərini” bildirmişlər. Narkoman olması adı altında nişanının qaytarılması iddiaçıda bütün ömrü boyu silinməz izlər buraxmışdır. Artıq ikinci ildir ki, məhkəmə tərəfindən iddiaçıya bəraət verilmiş, lakin hazırkı vaxta qədər iddiaçı digər hər hansı bir qızı sevə bilmir və qəlbində bu barədə boşluq yarandığını bildirir. Beləliklə, iddiaçı təhqiqat, istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri və qərarları nəticəsində yuxanda qeyd edilmiş ülvi hisslərdən məhrum olunmuşdur. Bunu heç nə ilə kompensasiya etmək olmaz. İbtidai araşdırma zamanı alınmış ambulator məhkəmə narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 874 nömrəli rəyi ilə müayinə zamanı iddiaçıda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Tərəflərindən israrlı şəkildə tələb edildikdən sonra verilmiş vəsat ətə əsasən iş üzrə təkrar komissiyon məhkəmə-narkoloji ekspertizası təyin edilmişdir. Həmin ekspertin xx.xx.2021-ci il tarixli 264 nömrəli komissiyon rəydən isə məlum olmuşdur ki, müayinə zamanı iddiaçıda psixi və fiziki asılılıq olmadan narkotik maddələrdən istifadə etmə halları istisna olunmur. Hal-hazırda müayinə zamanı iddiaçı narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Beləliklə, təhqiqat, istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində iddiaçı 24 ay 9 gün müddətində əsassız həbsdə və azadlıq hüququ digər qaydada əsassız şəkildə məhdudlaşdırılması iddiaçıya bəraət verilməsi barədə məhkəmənin qanuni qüvvəsini almış hökmü ilə öz təsdiqini tapdığından, ona vurulmuş mənəvi ziyanın əvə zi kimi kompensasiya ödənilməlidir.

13. Birinci instansiya məhkəməsində şahidlər X2, X3 və X1 bildirmişlər ki, iddiaçını xeyli müddətdir ki tanıyırlar, onlar və iddiaçı taksi fəaliyyəti ilə məşğul olurlar. Uzun müddətdir ki, gediş haqqı bir adam üçün 15 manatdır və onlar hər gün səhər Bakının Qaradağ rayonunda yerləşən daş karxanasına bəlli müştəriləri aparır, axşam da gətirirlər. Gündəlik qazancları 120 manat təşkil edir.

14. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-761/2024 nömrəli, 28 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən iddiaçıya dəymiş maddi zərərə görə 86280 manat, mənəvi zərərə görə 20500 manat, cəmi 106780 manatın alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. (hakim Osman Vəliyev)

15. Birinci instansiya mə hkəməsi müəyyən etmişdir ki, iddiaçı təhqiqat, istintaq və məhkəmə orqanlarının qanunsuz hərəkət və qərarları nəticəsində 17 ay 8 gün müddətində həbsdə (518 gün x120 manata = 62160 manat) və 6 ay 21 gün ev dustaqlığında (201 gün x120 manata = 24120 manat) olduğundan 86280 manat qazancdan məhrum olmaqla ona maddi zərər dəymişdir.

16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, təhqiqat, istintaq və məhkəmə orqanlarının qanunsuz hərəkət və qərarları nəticəsində iddiaçıya həmçinin mənəvi zərər dəymişdir. İddiaçıya həbsdə qaldığı müddət üçün dəymiş mənəvi zərərin əvəzi olaraq hər ay 1000 manat, ev dustaqlığında qaldığı müddət üçün dəymiş mənəvi zərərin əvəzi olaraq isə hər ay 500 manat kompensasiyanın verilməsi ədalətlidir və onun 17 ay 8 gün həbsdə, 6 ay 21 gün ev dustaqlığında olması nəz ərə alınarsa, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq ümumilikdə 20500 manat ödənilməlidir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 68-ci, Mülki Məcəllənin 21.2-ci, Cinayət Prosessual Məcəllənin 56.0.2 və 56.0.3-cü, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 4cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 87.6.14, 89.4.12-ci və 422.3cü maddələrinə dair” 19 mart 2002-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarlarına və Azərbaycan Respublikası Al i Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iddianın hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, iddiaçıya vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Maliyyə Nazirliyi cəlb olunmuşdur. Maliyyə Nazirliyinin iddiaçıy a ziyan vurulmasına səbəb olmuş qanunsuz hərəkətlərdə iştirakı və hər hansı əlaqəsi olmadığından həmin hərəkətləri törətmiş təqsirkar qurumların əvəzinə Nazirliyin cavabdeh kimi tanınması qanunvericiliyin tələbləri, o cümlədən mülki məhkəmə icraatının təməl prinsipləri ilə uzlaşmır. Hüquqi məsuliyyətin əsas ünsürlərindən biri olan hüquqpozan şəxsin təqsiri təəssüflər olsun ki, məhkəmə tərəfindən müəyyən edilməmiş, səthi şəkildə aparılmış araşdırma nəticəsində iddiaçının iddia tələbi qismən təmin edilmişdir. Təsadüfi deyildir ki, sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, üçüncü şəxs qis mində isə Maliyyə Nazirliyi cəlb olunur. Məhkəmə iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya mənəvi zərərə görə 20500 manat vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Eyni zamanda mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — 330 manat, ona qarşı ağır cinayət törədildikdə — 165 manat, ona qarşı az ağır cinayət törədildikdə — 55 manat, ona qarşı böyük ictimai təhlükə törətməyə n cinayət törədildikdə — 11 manat). Mübahisələndirilən qətnamədə müəyyən edilmiş kompensasiya məbləği şişirdilmiş və absurd olmaqla yanaşı, beynəlxalq məhkəmələrin analoji işlər üzrə qəbul etdiyi qərarlarla ziddiyyət təşkil edir. Mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı az ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 165 manatdır. İddiaçıya maddi və mənəvi zərərə görə 20500 manat məbləğində kompensasiya hesablanması qanuni olmamaqla yanaşı, ağlabatan və ədalətli deyildir. İddiaçı tərəfindən ona dəymiş maddi ziyanla bağlı mötəbər sübutlar təqdim edilməməsinə baxmayaraq məhkəmə iddiaçının 86280 manat məbləğində qazancdan məhrum olması qənaətinə gəlmişdir. Maddi zərər tələbi üzrə araşdırma aparılarkən şəxsin ehtimal edilən deyil, məhz real zərər və əldən çı xmış fayda qismində zərərə məruz qalması halı müəyyənləşdirilməli, habelə həmin zərərin məbləği mülahizə əsasında və ya ağlabatan həddə deyil, yalnız buna dair təsdiqedici sübutlar əsasında tutulmalıdır. Qətnamədə qeyd edilən hallar qanunla göstərilən sübutlarla təsdiq edilməmiş, qeyri-mötəbər və ziddiyyətli sübutlara istinad olunmuşdur. Mübahisələndirilən qətnamədə iddiaçının saxlanılmazdan əvvəl hər gün Cəlilabad rayonundan Bakı şəhəri Qaradağ rayonuna müştəri gətirdiyini və yenidən müştəri götürərək yaşadığı rayona qayıtdığı qeyd edilmişdir. İddia tərəfinin irəli sürdüyü fərziyyələr və şahidlərin izahatları əsasında Maliyyə Nazirliyi tərəfindən maddi zərərin ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfindən iddiaçının gündəlik qazancının 120 manat müəyyən edilməsi absurd olmaqla yanaşı, ə dalətlilik və mütənasiblik meyarları baxımından həqiqəti əks etdirmir.

20. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1121/2025 nömrəli, 30 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmiş, maddi zərərin məbləği dəyişdirilərək 6483 manat müəyyən edilmiş, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanmışdır. (hakimlər Pərviz Əhmədov (sədrlik edən və məruzəçi), İlham Əsədov, Tofiq Heydərov).

21. Apellyasiya instansiyası məhkəməsi mənəvi ziyanla bağlı iddianını təmin edilən hissəsində birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq göstərmişdir ki, mənəvi zərər - adətən zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psi xoloji reaksiyaya səbəb olur və Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1097.1, 1097.2-ci maddələrinin tələblərinə görə mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

22. Apellyasiya instansiyası məhkəməsini n möbqeyinə görə mənəvi zərərin miqdarı mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək olmasını, zərərin ağırlığının az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndirir.

23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə, habelə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər - 17 ay 9 gün müddətində həbsdə olmuşdur. Həmin müddət üçün mövcud məhkəmə təcrübəsi (bir aya görə 1000 manat) nəzərə alınmaqla mənəvi ziyanının həcmi (17300 manat) müəyyən edilməlidir.

24. Eyni zamanda işdən göründüyü kimi, iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022ci il tarixə qədər – 6 ay 20 gün ay müddətində ev dustaqlığında olmuşdur. Həmin müddət üçün də hazırkı məhkəmə təcrübəsi (bir aya görə 500 manat) nəzərə alınmaqla mənəvi ziyanın həcmi (3320 manat) müəyyən edilməlidir.

25. Beləliklə, apellya siya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş mənəvi ziyanın həcminin (20500 manat) cavabdehin apellyasiya şikayətinə əsasən dəyişdirilməsi mümkün deyildir.

26. Apellyasiya instansiyası məhkəməsi maddi zərərin təmin edilən hissəsində isə birinci instansiya məhkəməsinin mövqyi ilə razılaşmayaraq göstəmişdir ki, apellyasiya şikayətinin dəlilinə görə məhkəmə tərəfindən maddi zərər tələbi üzrə araşdırma aparılarkən şəxsin ehtimal edilən deyil, məhz real zərər və əldən çıxmış fayda qismində zərərə məruz qalması halı müəyyənləşdirilməli, habelə həmin zərərin məbləği mülahizə əsasında və ya ağlabatan həddə deyil, yalnız buna dair təsdiqedici sübutlar əsasında tutulmalıdır.

27. Apellyasiya instansiyası məhkəməsi şahid ifadələrinə əsasən iddi açının taksi fəaliyyəti ilə məşğul olması və maddi zərərin bu fəaliyyətdən doğması barədə birinci instansiya məhkəməsini mövqyi ilə bağlı qeyd etmişdir ki, işdə olan sübutlarla iddiaçının həbs edilməzdən öncə taksi fəaliyyəti ilə məşğul olması və hər gün davamlı olaraq 120 manat qazanması ağlabatan və əsaslı sayıla bilməz. Çünki ilk olaraq iddiaçı taksi fəaliyyətinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin dindirilmiş şahidlərin belə, bu barədə müvafiq icazə sənədi mövcud deyildir.

28. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən bir neçə şəxsin xx.xx.2024 və xx.xx.2024-cü il tarixli izahatlarına istinad edilmişdir ki, eynilə onların da adıçəkilən icazə sənədləri mövcud deyil və qeyd edilən “izahat” şahid ifadəsini əvəz edə və onlar da mötəbər sayıla bilməz.

29. B eləliklə, iş materiallarından da aşkar olduğu kimi, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər həbsdə və ev dustaqlığında olmaqla azadlıq hüququndan məhrum olmuşdur. Ancaq həmin müddətdən öncə iş yerinə dair hər hansı məlumat yoxdur.

30. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının maddi zərər tələbinin həcmi müəyyən edilərkən həmin dövrlər üzrə minimum aylıq əmək haqqının məbləği nəzərə alınmalıdır. Belə ki, məlum olduğu kimi, minimum aylıq əmək haqqı 2019-cu ilin 1 sentyabrından 250 manat, 2022-ci ilin 1 yanvarından 300 manat, 2023-cü ilin 1 yanvarından 345 manat müəyyən edilmişdir.

31. Göründüyü kimi, iddiaçının azadlıq hüququndan məhrum olduğu xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək minimum aylıq əmək haqqının məbləği 2 50 manat, xx.xx.2022-ci il tarixdən 25.10. 2022-ci il tarixədək isə minimum aylıq əmək haqqının məbləği 300 manat təşkil etmişdir.

32. Buna görə də, tələb edilən maddi zərərin həcmi xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ötən 14 ay 4 gün üçün hər ay üçün 250 manat əsasında hesablanmaqla həmin dövr üçün məbləğ 3533 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək ötən 9 ay 25 gün üçün hər ay üçün 300 manat əsasında hesablanmaqla həmin dövr üçün məbləğ 2950 manat müəyyən edilməlidir.

33. Bununla da, apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia tələbi maddi zərər hissədə ümumilikdə 6483 manat müəyyən edilməli, qalan hissədə iddia əsassız olduğundan təmin edilməməlidir.

34. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikas ı Konstitusiyasının 28, 68-ci, Mülki Məcəllənin 21, 1096, 1097, 1100, 1101-ci, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57, 58-ci, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 4, 5, 6, 7, 12-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

35. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi zərərin müəyyən edilməsi hissəsində ləğv edilməs i, iddia tələbinin həmin hissədə yenidən araşdırılması üçün işin apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

36. Şikayət onunla əsaslandırılmışdır ki, Cəlilabad rayonunda taksi fəaliyyəti ilə məşğul olan heç bir kəsin rəsmi qeydiyyatı yoxdur. İddiaçı qanunsuz olaraq 719 gün həbs olunduğundan gündə 120 manat olmaqla, cəmi 86280 manat qazancdan məhrum olmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi təqdim edilən sübutları sübut kimi qəbul etməməklə həmin dövrdə iddiaçının qazancdan məhrum olmağını minimum əmək haqqı ilə hesablama yolu ilə 6483 manat müəyyən etmişdir. Bu hesablama qaydası düzgün deyildir. Qanunun tələbi baxımından vəkil də sübut toplayıb məhkəməyə və digər orqanlara təqdim edə bilər. Bu baxımdan da vəkilin təqdim etdiyi s ənədlər də mötəbər sübutlardan biridir. Lakin məhkəmə tərkibi bunu nəzərə almamışdır.

37. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

38. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Kassasiya şikayətlərinə tərəflər etiraz vermıyəiblər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə

28. Hər kəsin azadlıq hüququ vardır. Maddə

68. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adına mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şə xsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə g etməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Mad də

4. Cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Maddə

5. Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Maddə 6.1. Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti he sabına həyata keçirilir. Maddə

7. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Maddə

12. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdi yi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Maddə

58. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidi r. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarı Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar v ə digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticə lərin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya in stansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdır mır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Kassasiya şikayətində iddiaçı qətnaməni maddi zərərin təmin edilməyən, cavabdeh isə maddi zərərin və mənəvi ziuanını təmin edilən hissələrində mübahisələndiriblər. Bu baxımdan kollegiya qətnaməni faktiki olaraq tam yoxlayır.

42. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etm ədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir.

44. İddia tələbi maddi zərər və mənəvi ziyanın ödənilməsi barədədir. İddiaçı qanunsuz olaraq həbs və məhkum edilməsinə, sonradan bəraət almasına, nəticədə maddi və mənəvi ziyan çəkməsinə istinad etmişdir.

45. İddiaçının qətimkan tədbiri qismində həbsdə və ev dustaqlığında olması, məhkum edilməsi, sonradan ona bəraət verilməsi işin mübahisəsiz halıdır.

46. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq iddia tələbi və cavabdehin apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.

47. Məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayəti üzr ə apelyasiya instansiyası məhkəməsinin hazırkı qərarın 21-33-cü bəndlərinə əks edilən qiymətləndirməsi ilə razılaşır və səbəbdən əlavə şərhə zərurət görmür.

48. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətlərinin dəlilləridir.

49. Məhkəmə kollegiyası ilk olaraq iddiaçının maddi zərərlə bağlı iddianın təmin edilməyən hissəsində kassasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, iddiaçı taksi fəaliyyəti ilə məşğul olub, gündəlik 120 manat gəlir əldə etməsini göstərsə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünür ki, iddiaçı buna dair hər hansı sübut təqdim etməmişdir.

50. Nəzərə alınmalıdır ki, analoji işlərdə bəraət almış şəxsin mənəvi ziyan çəkməsi, sarsıntı və iztirab keçirməsi özü-özlüyündə mövcud olduğu üçün bu halların sübuta ehtiyacı olmasa d a, maddi zərərlə bağlı tələblər sübuta bağlı olan tələblərdir. İşdən görünür ki, iddiaçı istinad etdiyi halları sübut edə bilməmiş, apellyasiya instansiyası məhkəməsi də bundan çıxış edərək maddi zərəri iddiaçının bildirdiyi miqdarda deyil, minimum miqdarda (minimum əmək haqqına müvafiq) təmin etmişdir.

51. Cavabdehin kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, azadlıq, ləyaqət hissi hər insan üçün ən dəyərli nemət olmaqla, onu heç bir maddi nemətlə əvəz etmək mümkün deyil. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İ və İİ hissələrinə görə insan ləyaqəti qorunur və ona hörmət edilir.https://eqanun.az/framework/897 Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır.

52. Konstitusiyanın 28-ci maddəsini n İ və İİ hissələrinə görə hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər.

53. Konstitusiyanın 68-ci maddəsinə görə isə hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Dövlət, dövlət qulluqçular ı ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır

54. İddiaçının qətimkan tədbiri qismində həbsdə və ona alternativ tədbir olan ev dustaqlığında olması, sonradan isə məhkum edilməsi iddiaçıya inamsızlıq, narahatlıq, məyusluq hissləri, stress, əzab və əziyyət yetirib, bu baxımdan, cavabdehdən iddiaçının xeyrinə, sonuncunun konstitusion hüquqlarının pozulmasına görə mənəvi ziyanının əvəzinin tutulması qanuni olmaqla yanaşı, ağlabatan və ədalətlidir, həmçinin həbsdə və ev dustaqlığında olmanın müddəti nəzərə alınmaqla mənəvi ziyanın miqdarı (20500 manat) ilə bağlı gəlinən nəticə formalaşmış məhkəmə təcrübəsinə də uyğundur.

55. Bundan əlavə, maddi zərərin təmin edilən hissəsində gəlinən nəticə də əsaslıdır. Qeyd edildiyi kimi həmin hissədə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış, cavabdehin apellyasiya şikayətini həmin hissədə qismən təmin edərək iddiaçının tələbini müvafiq illər üzrə minimum əmək haqqı məbləği ilə müəyyən etmişdir.

56. Kassasiya şikayətinin Maliyyə Nazirliyinin cavabdehliyi ilə bağlı dəlillərinə gəldikdə, qeyd edilməlidir ki, Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi iddiaçıya qarşı edimiş qanunsuz hərəkətlərin Maliyyə Nazirliyi tərəfindən edilməsi kimi qiymətləndirilə bilməz. Çünki, Mülki Məcəllənin 1101.1-ci maddəsində vurulmuş zərərin əvəzinin Azərbaycan Respublikasının qanunla müəyyən edilmiş qaydada tam həcmdə ödəməsi nəzərdə tutulmuşdur. Mülki Məcəllənin tələblərinə görə Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir və bu hallarda onun səlahiyyətlərini hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Lakin iddiaçı ilə Mülki Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan orqanların və onların vəzifəli şəxslərinin arasında hazırkı iddianın irəli sürülməsinə əsas olmuş münasibətlər müqavilə çərçivəsində mülki hüquq münasibətləri olmamış və hazırkı iddia da həmin münasibətlər nəticəsində yaranmamışdır. Bu baxımdan, həmin orqanlar və onların vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində göstərdikləri fəaliyyətə, hərəkət və hərəkətsizliyə görə cavabdehlik daşıya bilməzlər. Qanunvericilik bu hallara görə mülki hüquqi məsuliyyət daşımalı o lan şəxsi, yəni Azərbaycan Respublikasını konkret olaraq nəzərdə tutmuşdur. Buna görə də, Maliyyə Nazirliyi digər dövlət orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərinə görə deyil, bu iddia üzrə Azərbaycan Respublikasını təmsil edən şəxs olaraq cavabdeh kimi qeyd olunmuş və bu da qanunvericiliyin tələblərinə zidd hesab edilə bilməz.

57. Həmçinin nə birinci, nə də apellyasiya instansiyası məhkəmələrinin qətnaməsində Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verildiyi göstərilməmişdir. Məhkəmələr iddianı Azərbaycan Respublikasına münasibətdə qismən təmin etmiş, Maliyyə Nazirliyi isə dövləti təmsil etmiş və bu da qanunvericiliyin tələblərinin pozulma sı demək deyildir. Başqa sözlə, Maliyyə Nazirliyi iş üzrə delikt törədən şəxs kimi dəyərləndirilməmişdir.

58. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin də kassasiya şikayətinin dəlillərini əsassız sayır.

59. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

60. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1121/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar