Məhkəmə qərarları › İş №2(102)-3935/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3935/2021

05.07.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3935/2021 05.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Qəbələ rayon Vəndam bələdiyyəsinin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-160/2021 nömrəli iş üzrə 25 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 iyul 2021-ci il tarixdə Ali Mə hkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, X3 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0,38 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir, bu barədə JN-1857C (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə tərtib edilmişdir. Qəbələ rayonu Vəndam qəsəbəsi ünvanında yerləşən 0,3842 ha olan torpaq sahəsinin Cavabdeh və onun ailə üzvləri X1, X6, X5 və X4 məxsus olması barədə dövlət reyestrindən Çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Qəbələ rayon Və ndam bələdiyyəsi (bundan sonra - iddiaçı və ya bələdiyyə) iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra cavabdeh) tərəfindən Qəbələ rayon Vəndam qəsəbəsinin “Girvə” massivində bələdiyyənin mülkiyyətində olan 0,06 ha zəbt olunmuş torpaq sahəsinin məcburi buraxılması, bağlanmış ictimai yolun açılması və həmin torpaq sahəsində inşa olunmuş 3 kvadrat metr həcmdə sanitar qovşağının məcburi qaydada sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 19.08.2020-ci il tarixdə iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh tərəfindən Qəbələ rayon Vəndam qəsəbəsinin “Girvə” massivində bələdiyyənin mülkiyyətində olan 0,06 ha zəbt olunmuş torpaq sahəsinin məcburi buraxılması, bağlanmış ictimai yolun açılması və həmin torpaq sahəs ində sanitar qovşağının cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Vəndam qəsəbəsinin “Girvə” massivində Bələdiyyənin mülkiyyətində olan 0,06 ha torpaq sahəsini və həmin torpaq sahəsindən keçən su çəninə gedən yolu və örüş yolunu zəbt edərək ətrafını tikanlı kol və məftillərlə çəpərləmiş və ərazidə 3 kvadrat metr ölçüsündə sanitar qovşağı inşa etmişdir. Cavabdeh bu hərəkətləri ilə həmin ərazidə yaşayan insanların su çəninə və örüş sahəsinə gedən yolunu bağlamaqla onların hərəkətini mümkünsüz etmişdir. Dəfələrlə cavabdehə zəbt etdiyi bələdiyyə balansında olan 0,06 ha torpaq sahəsinin boşaldılması, bağladığı ictimai istifadədə olan yolun açılması təklif edilmiş, ancaq cavabdeh müxtəlif bəhanələrlə torpağın bo şaldılmasından, yolun açılmasından və sanitar qovşağının sökülməsindən boyun qaçırmışdır. Bələdiyyə tərəfindən cavabdehin qanunsuz hərəkətləri barədə rayon prokurorluğuna müraciət olunmuş və həmin müraciət araşdırılmış, cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmiş, torpaq sahəsinin zəbtdən azad edilməsi üşün zəruri tədbirlərin görülməsi və bələdiyyə mülkiyyətinə məxsus torpaqların üzərində nəzarətin gücləndirilməsi barədə təqdimat göndərilmişdir. Bələdiyyənin 27.02.2018-ci il tarixli iclasında təqdimat müzakirə olunaraq cavabdeh tərəfindən qanunsuz zəbt edilərək çəpərə alınmış 0,06 ha bələdiyyə torpağının məcburi qaydada zəbtdən azad edilməsi və həmin sahədə inşa edilmiş sanitar qovşağın sökülərək götürülməsi üçün Qəbələ Rayon Məhkəməsinə müraciət edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsində izahat verən cavabdeh iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, istifadəsində olan torpaq sahəsi onun qanuni sahibliyindədir, buna dair ona dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarış da verilmişdir. Odur ki, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Qəbələ Rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli, 2(025)-5/2020 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Müstəqil Məhkəmə Ekspertizası” MMC-nin 19.06.2020-ci il tarixli 148 saylı ekspert rəyində qeyd edilmişdir ki, mülki iş materiallarında olan kompleks yerquruluşu sənədlərinə, bələdiyyənin xəritə materialına, torpaq sahəsinin yerləşdiyi ərazinin ortofoto xəritə materiallarına əsasən, bələdiyyənin mübahisələndirdiyi tor paq sahəsi cavabdeh tərəfindən ağac və kollarla çəpərə alınaraq istifadə edilir. Bu mübahisələndirilən ərazinin sahəsi 0,0916 ha təşkil edir və cavabdeh tərəfindən tikilən 3 kvadrat metrlik sanitar qovşaq bu ərazi daxilindədir. Qəbələ Rayon Məhkəməsinin (hakim Elman İsayev) 19 avqust 2020-ci il tarixli 2(025)-05/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsində adı qeyd olunan torpaq sahəsi iddiaçının mülkiyyətindədir. “Girvə” massivində Bələdiyyənin mülkiyyətində olan 0,0916 ha torpaq sahəsi və həmin torpaq sahəsindən keçən su çəninə gedən yol və örüş yolunu cavabdeh qanunsuz olaraq zəbt etmiş, ətrafını tikanlı kol və məftillərlə çəpərləmiş və ərazidə 3 kvadrat metr ölçüsündə sanitar qovşağı inşa etmişdir. Birin ci instansiya məhkəməsi hesab etmişdir ki, qeyd olunan torpaq sahəsi və yol yeri cavabdehin mülkiyyətində deyil, bələdiyyənin ehtiyat fondu torpaqlarına aiddir. Bu hal iş üzrə keçirilmiş ekspert rəyi ilə də müəyyən edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Gündüz Abbasov - sədrlik edən və məruzəçi, Mirbahəddin Hüseynov, Elçin Hüseynov) 25 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə ekspert rəyini sübut kimi qəbul etməkdə haqlı olmuşdur. Cavabdeh tərəf iddia tələbinin əsassız olması, mübahisəli torpaq sahəsinin onun mülkiyyətində olması haqqında hər hansı sübutu nə birinci instansiya məhkəməsinə, nə də məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. Cavabdehin apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqi ni tapmamışdır. MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (mad də 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən cavabdeh qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: Maddə

13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 152.1-ci Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə ş əklində və başqa formalarda ola bilər; Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı t ələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə

67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası MPM: Maddə 101.3. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-160/2021 nömrəli iş üzrə 25 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar