Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3935/2023 01.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, maddi hüquq normasının tətbiqi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2233 /2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 01 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) xx.xx.2017-ci il tarixli, 45-k nömrəli əmrlə Cavabdeh ASC "xxxx" MMC-nin Şamaxı Sukanal idarəsinə Müştəri xidmətləri qrupuna Metrologiya üzrə mühəndis vəzifəsinə təyin edilmişdir.
2. İddiaçı xx.xx.2020-ci il tarixli, 208-k nömrəli əmrlə onunla bağlanmış yeni əmək müqaviləsinə əsasən Cavabdeh ASC-nin X7 İdarəsinin 2 nömrəli Regional Sukanal idarəsi üzrə Şamaxı sukanal sahəsi üzrə metrologiya üzrə mühəndis vəzifəsinə təyin edilmişdir.
3. İddiaçının əmək müqaviləsi Cavabdeh ASC-nin X7 İdarəsinin 11 fevral 2022-ci il tarixli 31-k nömrəli əmrilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğuna görə (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə xələl gətirməsi) ləğv edilmişdir.
4. İddiaçı həmin əmrin qanuniliyini mübahisələndirir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh ASC-nin X7 İdarəsinə qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin 11 fevral 2022-ci il tarixli 31-k nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı sonradan ərizə verərək, cavabdehin Cavabdeh Açıq Səhmdar Cəmiyyəti (bundan s onra “cavabdeh” və ya “ASC”) ilə əvəz edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı işlədiyi müddətdə öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, rəhbərlik tərəfindən həmişə yaxşı işçi kimi qeyd olunmuş, bir neçə rəis dəyişilsə də, o, öz yerində qalaraq işini davam etdirmişdir. xx.xx.2022-ci il tarixində səhər idarənin hüquqşünası onu xidməti kabinetinə çağırıb işdən öz ərizəsi ilə getməsi barədə ərizə yazıb verməyi tələb etmiş, əks halda onu əmək vəzifələrini kobud pozduğuna görə işdən uzaqlaşdıracaqlarını demişdir.
6. İddiaçı tutduğu vəzifədən getmək istəmədiyini bildirmiş və izah etməyə çalışmışdır ki, 2 övladı vardır, oğlu müharibə iştirakçısı- veterandır, həyat yoldaşı onkoloji xəstəliklə əlaqədar ciddi müalicələr alır, maddi vəziyyəti acına caqlıdır, öhdəsində xəstə yaşlı anası, xəstə yoldaşı, subay uşaqları vardır, artıq iki ildən çoxdur bu təşkilatda qüsursuz əmək fəaliyyəti ilə məşğuldur, hazırda yaşamağa yeri yoxdur, kirayədə qalır, evin yeganə çörək qazananıdır. Bütün bunları rəhbərliyə bildirsə də, işdən çıxarmanın səbəbini izah etməmiş və ən nəhayət, heç olmasa, haradasa iş tapmaq üçün müəyyən müddət vaxt vermədən elə həmin günü xx.xx.2022-ci il tarixli, 31-k nömrəli əmr verib onu işdən azad etmişdir.
7. İşlədiyi müddətdə intizamlı olmuş, işinə məsuliyyətlə və vicdanla yanaşmış, barəsində hər hansı bir intizam tənbehi tədbirləri verilməmişdir. xx.xx.2022-ci il tarixdə səhər işə gedərkən onunla telefon vasitəsilə əlaqə saxlanılaraq, əmək müqaviləsinə ƏMnin 70-ci maddəsinin "ç" maddəsinə əsasən xitam verildiyi bildirilmi şdir. xx.xx.2022-ci il tarixində əmək kitabçasını, işdən çıxma əmrini və xx.xx.2022-ci ii tarixli 02 nömrəli protokolu X7 İdarəsindən götürmüşdür. 8. xx.xx.2022-ci il tarixli 31-k nömrəli əmr aşağıdakılara görə qanunsuz və əsassızdır: -
1. Əmrin məzmunu sadə formada qanunvericiliyin tələbinə zidd olaraq tərtib edilmişdir. Belə ki, əmrin məzmununda əmək müqaviləsinin xitam verilməsinə səbəb olan hal (intizam xətası) göstərilməmiş, əmr əsaslandırılmamış, xx.xx.2022-ci il tarixi sonuncu iş günü olmasına və əmrin surətini dəfələrlə tələb etməsinə baxmayaraq əmrin surəti xx.xx.2022-ci il tarixində ona verilmişdir; -
2. Əmək müqaviləsinə xitam verilməsinə əsas olan Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində qeyd edilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklə rini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmrin məzmununda göründüyü kimi, konkret hansı intizam pozuntusu qeyd edilməmişdir; -
3. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç" bəndinə qeyd edildiyi kimi, işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi özlüyündə intizam tənbehidir. Bu intizam tənbehinə səbəb olmuş intizam pozuntusu əmrdə qeyd edilməlidir, (həqiqətdə belə bir pozuntu yoxdur). Lakin iddiaçıdan hər hansı bir izahat alınmamış, ümumiyyətlə, hansı intizam xətasına yol verdiyi barədə ona məlumat verilməmişdir; -
4. Əmək Məcəlləsinin 80-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70- ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Lakin əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar həmkarlar ittifaqı təşkilatı tərəfindən çağırılmamışdır.
9. Beləliklə, əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur və bu səbəbdən əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv edilməli, işə bərpa edilməli və məcburi iş buraxmaya görə iddiaçıya əmək haqqı ödənilməlidir.
10. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 70, 74, 80, 83, 84, 186, 187 və 300-cü maddələrinin müvafiq hissə və bəndlərinə istinad etmişdir.
11. Birinci insta nsiya məhkəməsində cavabdehin nümayəndəsi iddiaya etiraz olaraq göstərib ki, iddiaçı əmək qanunvericiliyini kobud surətdə pozmuşdur, odur ki iddia təmin edilə bilməz.
12. İş materiallarında olan X7 idarəsinin hüquq məsləhətçisi X tərəfindən idarənin rəisi X ünvanlanmış xx.xx.2022-ci il tarixli xidməti məlumatın surətinə əsasən 2 nömrəli Regional Sukanal İdarəsi üzrə SCQT və İN qrupunun Şamaxı sukanal sahəsi üzrə metrologiya üzrə mühəndisi İddiaçı və NÖC və avtomatika üzrə çilingəri X3 tərəfindən ciddi intizam xətalarına yol verilməsi faktı aşkar edilmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı və X tərəfindən 2021-ci ilin sentyabr ayında yeni inşa edilmiş və "Azərsu” ASC-nin abonenti olmayan X4nə qeyri-qanuni çəkilmiş D=32 mm su xəttinin üzərinə qeydiyyatda olmayan Abş eron ÇSS-20 mexaniki tipli su sayğacı quraşdırılmışdır. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı və X tərəfindən 2021-ci ilin sentyabr ayında yeni inşa edilmiş və "xxxx" ASC-nin abonenti olmayan Şamaxı şəhər 7saylı uşaq baxçasına da qeyri-qanuni çəkilmiş D=32 mm su xəttinin üzərinə qeydiyyatda olmayan Abşeron ÇSS-32 mexaniki tipli su sayğacı quraşdırılmışdır. Həmçinin qeyd edilmiş su sayğaclarının üzərinə X və X tərəfindən “Azərsu" ASC loqolu plomblar vurulmuşdur. İddiaçı və X qeyd edilmiş faktlarla bağlı X7 idarəsinin 2 №-lı Regional Sukanal İdarəsi üzrə SCQT və İN qrupunun mühəndis qrup rəhbəri X məlumat verməmişlər.
13. Qeyd edilən ximəti məlumatdan görünür ki, İddiaçı izahatında barəsində yuxarıda qeyd edilmiş faktları təsdiq etmişdir. Səbəb olaraq ona 2 №-lı Regional Sukanal İdarəsinin rəisi X və Şamaxı sukanal sahəsinin rəisi X tərəfindən tapşırıq verilməsini bildirmişdir. X5 izahatında qeyd etdikləri öz təsdiqini tapmamışdır. Belə ki, aparılmış araşdırma zamanı İddiaçı ona bu tapşırığı 2 №-li Regional Sukanal idarəsinin rəisi X və Şamaxı sukanal sahəsinin rəisi X verməsinə dair heç bir sübut təqdim edə bilməmişdir. Həmçinin belə bır tapşırıq olsa belə, İddiaçı onu yerinə yetirməməlidir. Çünki həmin qeyriəhali obyektlərinə abonent olmadıqları halda sayğac quraşdırılması çox ciddi intizam xətasıdır. Həmçinin İddiaçı yuxarıda qeyd edilmiş vəzifəli şəxslərə tabe deyildir, idarənin əməkdaşıdır. X isə izahatında X-in ona qeyd edilmiş qeyri-əhali obyektində sayğacların quraşdırılması tapşırığını verdiyini və bır daha belə halların təkrar olmayacağını bildirmişdir.
14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-58/2023 saylı, 16 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Ayaz Məmmədov)
15. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, iddiaçı xidməti vəzifələrinin icrası zamanı intizam xətalarına yol vermiş, aparılmış araşdırma zamanı verdiyi izahatında bunu 2 nömrəli Regional Sukanal İdarəsinin rəisi X və Şamaxı Sukanal sahəsinin rəisi X tərəfindən verilmiş tapşırıq əsasında etməsini bildirsə də, bu halı təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən həmkarlar ittifaqının razılığı alınmışdır.
16. Birinci instansiya məhkəməsi işin müəyyən etdiyi halları baxımından belə qənaətə gəlmişdir ki, ASC tərəfindən əmək müqaviləsinə xitam ve rilərkən müvafiq qanunvericiliyin tələblərinə tam riayət edildiyi üçün iddia təmin edilməməlidir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsi, 11-ci maddəsinin 1-ci hissənini “b” və “ə” bəndləri, 68-ci maddəsinin 1 və 2-ci hissələri, 70-ci maddəsi, 80-ci maddəsinin 1 və 2-ci hissələri, 83-cü maddəsinin 1-ci hissəsi, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət verm iş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İddiaçı əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən cavabdeh ASC-nin nümayəndəsinin həqiqətə uyğun olmayan ifadələrinə inanmışdır. Birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 71-ci maddəsinin 2 və 3-cü hissələrinin tələblərinin pozulmasına əhəmiyyət verməmişdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçı tərəfindən cavabdeh ASC-yə hər hansı maddi ziyan vurulmamışdır və bu kimi fakt ümumiyyətlə mövcud deyil.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2233/2023 nömrəli, 19 may 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (h akimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva, Fuad Talışinski)
21. Apellyasiya instansiyası məhkəməsi birnci instansiya məhkəməsinin gəldiyi əsaslandırma və nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, işdə olan materiallardan, iddiaçının apellyasiya baxışı iclasında verdiyi izahatdan müəyyən edilir ki, Cavabdeh ASC X7 İdarəsinin Həmkarlar Komitəsinin xx.xx.2022-ci il tarixdə keçirdiyi iclasda iddiaçı iştirak etmiş və izahat vermişdir. Həmkarlar Komitəsi iddiaçının özünün və digər şəxslərin izahatlarını dinlədikdən sonra müəyyən etmişdir ki, iddiaçı, ASC-nin abonenti olmayan X2 və Şamaxı Şəhər 7 saylı Uşaq Bağçasını qeyri-qanuni olaraq su xəttinə qoşmaqla, qanunsuz xətlərə ASC-yə aidiyyəti olmayan su sayğacları quraşdırmaq la, həmin su sayğaclarının üzərinə isə ASC-yə məxsus loqolu plombları qanunsuz olaraq vurmaqla Əmək Məcəlləsinin və onunla ASC arasında bağlanmış “Əmək müqaviləsinin” şərtlərini pozmuşdur. İddiaçı bu hərəkətləri 2 nömrəli Regional Sukanal İdarəsinin rəisi X-in və Şamaxı Sukanal sahəsinin rəisi X-in tapşırıqlarına əsasən etdiyini bildirsə də, bu halları təsdiq edə biləcək sübutları təqdim edə bilmir. Əgər həmin şəxslər tərəfindən iddiaçıya bu kimi tapşırıq verilmiş olsa idi belə, iddiaçı, bu kimi tapşırıqların qanunsuz olduğunu nəzərə alaraq tapşırıqları icra etməməli idi. Buna görə də, Həmkarlar Komitəsi qərara gəlmişdir ki, ASC, onunla iddiaçı arasında bağlanmış "xxxx" Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verə bilər. Həmkarlar Komitəsinin iclasında iştirak etmiş iddiaçı iclas protokolunu imzalamışdır.
22. İddiaçının Həmkarlar Komitəsinin iclasının formal olaraq keçirilməsi, iclasın cəmi 5 dəqiqə ərzində yekunlaşması, iclas zamanı ona söz verilməməməsi barədə dəlilləri ilə bağlı apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, Həmkarlar Komitəsinin iclas protokoluna əsasən iddiaçının izahatı kimi qeyd edilmiş məlumatlar iddiaçının hazırki iş üzrə məhkəmələrə verdikləri məlumatlar ilə eynilik təşkil edir. Əgər Həmkarlar Komitəsinin iclası iddiaçının bildirdiyi tərzdə keçirilmiş olsa idi, onda iclas protokolundan həmin məlumatlar öz əksini tapmazdı.
23. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən işçinin əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi özü özlüyündə intizam tənbehi olsa da, bu i ntizam tənbehinə səbəb olmuş intizam pozuntusunun əmrdə qeyd edilməməsi, iddiaçıdan hər hansı izahat alınmaması, ümumiyyətlə, hansı intizam xətasına yol verdiyi barədə iddiaçıya məlumat verilməməsi barədə apellyasiya şikyətinin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iş materiallarına əsasən xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən ASC-nin X7 İdarəsinin rəisinə izahat yazılmışdır. İzahatın məzmunundan görünür ki, iddiaçının yol verdiyi intizam xətasından məlumatı olmuşdur.
24. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin məzmununun sadə formada qanunvericiliyin tələbinə zidd olaraq tərtib edilməsi, əmrin məzmununda "xxxx" xitam verilməsinə səbəb olmuş halın (intizam xətasının) göstərilməməsi, əmrin əsaslandırılmaması, əmrdə "xxxx" xitam veri lməsinə əsas kimi yalnız Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin qeyd edilməsi, əmrin məzmununda iddiaçının konkret hansı intizam pozuntusuna yol verməsi barədə apellyasiya şikayətinin dəlillərinə gəldikdə, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ASC-nin xx.xx.2022-ci il tarixli, 31K nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanmış "xxxx" Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, yəni iddiaçının əmək vəzifələrini kobud surətdə pozduğuna görə (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürən müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) xitam verilmişdir. Bu da o deməkdir ki, iddiaçının bildirdiyi xüsusatlar öz təsdiqini tapmır. Əmrdə "xxxx" xitam verilməsinə səbəb olmuş hal (intizam xətası) göstərilmiş, iddiaçının hansı intizam pozuntusuna yol verməsi qeyd edilmişdir. Əmr əsaslandırılmışdır. Başqa sözlə, iddiaçının bildirdiyi bu dəlillər əsassızdır.
25. Cavabdeh ASC-nin Əmək Məcəlləsinin 71-ci maddəsinin 2 və 3-cü hissələrinin tələblərini pozmasına birinci instansiya məhkəməsi tərəfindən əhəmiyyət verilməməsi, iddiaçı tərəfindən cavabdeh ASC-yə hər hansı maddi ziyan vurulmamasının nəzərə alınmaması dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olub ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin tələblərinə görə, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun (maddənin 2-ci hissəsi). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır (maddənin 3-cü hissəsi). İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr əsaslandırılmış, əmrdə "xxxx" xitam verilməsinə səbəb olmuş hal (intizam xətası) göstərilmiş, iddiaçının hansı intizam pozuntusuna yol verməsi qeyd edilmişdir
26. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulayıb ki, iddiaçının özünün məhkəmələrə verdiyi iza hatlardan da göründüyü kimi iddiaçı 2021-ci ilin sentyabr ayında yeni inşa edilmiş və ASC-nin abonenti olmayan X2 və Şamaxı Şəhər 7 saylı Uşaq Bağçasını qeyri-qanuni olaraq su xəttinə qoşmuş, qanunsuz xətlərə ASC-yə aidiyyəti olmayan su sayğacları quraşdırmış, həmin su sayğaclarının üzərinə isə ASC-yə məxsus loqolu plombları qanunsuz olaraq vurmuşdur. Düzdür, iddiaçı, bu kimi hərəkətləri 2 nömrəli Regional Sukanal İdarəsinin rəisi X-in və Şamaxı Sukanal sahəsinin rəisi X-in tapşırıqları əsasında yerinə yetirdiyini bildirsə də, bu halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Bundan başqa, apellyasiya icraatı zamanı verilmiş suala cavab olaraq iddiaçı bildirmişdir ki, bu kimi göstərişin verilməsi qanunsuzdur, çünki hər hansı obyektin su xəttinə qoşulması üçün ilk növbə “Texniki şərt” verilməli, müvafiq icazələr alınmalıdır. X4 və Şamaxı Şəhər 7 saylı Uşaq Bağçası ilə bağlı bu proseduralar həyata keçirilməmişdir. X-in və X-in ona bu kimi göstəriş vermək üçün səlahiyyətləri olmamışdır.
27. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur ki, iddiaçının yuxarıda göstərilən hərəkəti nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl dəymişdir. Əmək Məcəlləsinin 72-ci maddəsində digər hallarla yanaşı nəzərdə tutulmuşdur ki, işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir (maddənin “e” bəndi). Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bə ndinə görə isə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
28. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, işəgötürən olan cavabdeh ASC Əmək Məcəlləsinin qeyd edilən normalarına əsaslanaraq iddiaçı ilə onun arasında bağlanmış "xxxx" yuxarıda göstərilən əsasla xitam verməkdə haqlı olmuşdur.
29. ASC tərəfindən verilmiş əmrdə iddiaçının müəssisəyə maddi zərər vurması qeyd edilmədiyindən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin “iddiaçı tərəfindən ASC-yə maddi ziyanın vurulmaması barədə” dəlilinin əsaslılığını müzakirə etməyə lüzum görməmişdir. Kassasiya şikay ətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
30. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti belə əsaslandırılıb: - məhkəmə hazırki iş üzrə mübahisələndirilən xitam əmrinə münasibətdə Əmək Məcəlləsinin 70-ci maddəsini “ç” bəndinin dispozisiyanın birinci, yəni işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi hissəsinin tətbiq edilməsinə hüquqi qiymət verməmiş, hazırki iş üzrə ƏM-nin 72-ci maddəsində “e” bəndində qeyd edilən əmək vəzifələrinin kobud şəkildə pozulması halının müəyyən olunmadığını əsas gətirərək iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddənin "ç" bəndi ilə xitam verilməsi barədə mübah isələndirən əmrin qanuni hesab edilməsi barədə səhv nəticəyə gəlmişdir; - apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 70-ci maddənin "ç" bəndinin normalarını düzgün tətbiq etməməklə maddi hüquq normasının pozuntusuna yol vermişdir; - apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 187.1-ci və 203-cü maddəsinin tələblərinə riayət etməmişdir. İddiaçı həmçinin bu kimi hərəkətləri 2 nömrəli Regional Sukanal İdarəsinin rəisi X-in və Şamaxı Sukanal sahəsinin rəisi X-in tapşırıqları əsasında yerinə yetirdiyini bildirsə də, məhkəmə bu hala əhəmiyyət verməmişdir; - bundan başqa, apellyasiya məhkəməsi işi tam, hərtərəfli araşdırmamış, iş materiallarında olan izahata sübut kimi lazimi hüquqi qiymət verməmiş və nəticə etibarilə əmək qanunvericiliyinin qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir; - əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, asılılıq baxımından işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi hamıya məlum olan haldır. İşəgötürən işçi ilə əmək müqaviləsinin rəsmiləşdirilməsi, onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də bilavasitə işəgötürənin üzərinə düşür. Konstitusiya Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir; - işəgötürən işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təş kilatisərəncamvercici səlahiyyətlərə malik olur. Buna görə də işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir; - iddiaçı tərəfindən nəticədə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (ASC) hər hansı maddi ziyan vurması faktı mövcud deyil. İddiaçının mülkiyyətçiyə hansı maddi ziyan vurması, belə bir ziyanın olması faktı absurddur.Cavabdeh t ərəfindən bu xüsusda sübut təqdim edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə
70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə
72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları n əticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi Maddə 80, 1-ci hissə. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 80, 2-ci hissə. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün m üddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliy inin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassas iya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
34. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
35. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etmir.
37. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən iddiaçının hərəkəti nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl dəyməsinə, Əmək Məcəlləsinin 72ci maddəsində digər hallarla yanaşı, həmin halın da (işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilməsinə istinad edərək, "xxxx" göstərilən əsasla xitam verməkdə cavabdehin haqlı olması nəticəsinə gəlmişdir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək müqaviləsi Cavabdeh ASCnin X7 İdarəsinin 11 fevral 2022-ci il tarixli 31-k nömrəli əmrilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğuna görə (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə xələl gətirməsi) ləğv edilmişdir.
39. Göründüyü kimi, işəgötürən əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin göndərici normasına – 72-ci maddəsinin “e” bəndinə istinad edərək iddiaçı ilə əmək müqaviləsinə sonuncunun əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə xitam vermişdir.
40. Əmək müqaviləsinə qeyd edilən əsasla xitam verilməsi üçün işçinin yol verdiyi kobud səhv nəticəsində işəgötürənin qanuni mənafeyinə xələl gəlməsi mühüm şərtdir. Lakin cavabdeh iddiaçı ilə əmək müqaviləsinə onun qeyri-əhali abonentlərə qanunsuz sayğac quraşdırmasına görə qeyd edilən əsasla xitam versə də, iddiaçının bu əməli nəticəsində işəgötürənin qanuni mənafeyinə hansı formada və həcmdə xələl gəlməsini əsaslandırma bir yana qalsın, ümumiyyətlə, göstərməmişdir. Bu məsələyə nə əmrdə, nə iddiaçının barəsində verilən xidməti əmrdə, nə də cavabdehin iddiaya etira zında izah verilmişdir.
41. İddiaçı barədə xidməti məlumatda qeyd edilənlərdən göründüyü kimi, həmin qeyri-əhali abonentlər X4 və 7 saylı uşaq bağçası olmaqla ilk baxışdan sosial yönümlü obyektlərdir. Buna görə də, sudan qanunsuz istifadə edilibsə, həmin obyektlərin fəaliyyət istiqaməti baxımından, bu istifadənin işəgötürənin qanuni mənafeyinə hansı formada və həcmdə xələl gətirməsi, bunun üçün Əmək Məcəlləsinin 186-cı maddəsinə görə məhz ən ağır intizam tənbehi olan əmək müqaviləsini Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etməyə nə dərəcədə zərurət olması işdən məlum deyil.
42. Bundan əlavə, Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə görə intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər.
43. Q eyd edilən müddət kəsici olmaqla, pozuntunun aşkar edildiyi gündən bir ay keçdikdən sonra intizam tənbehinin verilməsini istisna edir. Bu baxımdan, pozuntunun aşkar edildiyi günün müəyyən edilməsi intizam tənbehinin verilməsi üçün müddətin axımının hansı vaxtdan başlanmasını müəyyən etmək üçün mühüm əhəmiyyət daşıyır.
44. Məhkəmələrin istinad etdikləri iddiaçı barədə xidməti məlumatda iddiaçı tərəfindən qeyri-əhali abonentlər olan X4 və 7 saylı uşaq bağçasına qanunsuz sayğac qoyulması halının 2021-ci ilin sentyabr ayında baş verməsi qeyd edilmişdir. Həmin faktla bağlı izahatı alınmış X və iddiaçı özü də bu hadisənin 2021-ci ilin sentyabr ayının sonu, oktyabr ayının əvvəlində olmasını bildirmişlər. İddiaçının əmək müqaviləsinin ləğv edilməsi barədə əmr isə 11 fevral 2022-ci ildə verilmişdir. Göründüyü kimi, intizam pozuntusu ilə inzibati tənbeh tədbiri arasında təqvim vaxtı ilə götürdükdə təxminən 5 ay fərq var.
45. Lakin işdən görünür ki, həmin hadisənin nə vaxt aşkar olunmasına nə işəgötürən aydınlıq gətirmiş, nə də ki, əmrin qanuniliyini yoxlamaq vəzifəsini daşıyan məhkəmlər buna qiymət vermişlər. Nəticədə iddiaçıya tətbiq edilən intizam tənbehinin Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsində müəyyən edilən müddət daxilində verilibverilməməsi məsələsi açıq qalmışdır. Halbuki, bu halın müəyyən edilməsi əmrin qanuniliyi və iddianın həlli baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Buna görə də qeyd edilən məsələlərə qiymət verilmədən işəgötürənin iddiaçı barəsində olan əmrinin qanuniliyi barədə gəlinən nəticə əsaslı sayıla bilməz.
46. Şərh edilənlərdən göründüyü kimi, birinci instansiya məhkəməsi məhkəmə kollegiyasının yuxarıda göstərdiyi hallara qiymət verməmiş, apellyasiya instansiyası məhkəməsi də eyni səhvi təkrarlamaqla maddi hüquq normalarının pozuntusu ilə müşayət olunan qətnamə çıxrmışdır.
47. Halbuki Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
48. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq mün asibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
49. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2233/2023 nömrəli, 19 may 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.