Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3936/2022 04.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı “pulun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 13 may 2021-ci il tarixli, 2(103)-4126/2022 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 4 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibat i binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən 2011-ci il buraxılışlı olan “X1 Prado” markalı, mühərrikin nömrəsi 8398319, ban JTEBX3FJ80K071324 nömrəli nəqliyyat vasitəsi iddiaçı tərəfindən cavabdehə satılmışdır. Müqavilə ilə avtomobilin qiyməti 44500 manat müəyyən edilmiş və müqavilə üzrə 25000 manat pul iddiaçıya ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı 19500 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, müqavilənin 3.1-ci maddəsinə əsasən cavabdeh avtomobilin satış qiymətini (44500 manat) satıc ının (onun) bankda adına açılmış bank hesabına köçürmə yolu ilə ödəyir. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq qeyd edilən məbləğin bir hissəsini bu günə kimi ödəməmişdir. Belə ki, NBC bank ASC-də adına açılmış bank hesabına xx.xx.2019-cu il tarixdə cavabdeh 44500 manat ödəniş etməli olduğu halda 25000 manat ödəniş etmişdir. Elə həmin gün cavabdeh “RENTAUTO.AZ" MMC ilə bağlanmış daxili lizinq müqaviləsinə əsasən avtomobili sonuncuya lizinqə verilmiş və aralarında təhvil-təslim aktı bağlanmışdır. Müqavilə üzrə ödəməli olduğu ödənişin qalan hissəsini ödəməsi üçün cavabdehə şifahi və yazılı olaraq dəfələrlə bildirsə miüsbət nəticəsi olmamışdır.
4. Xətai Rayon Məhkəməsinin 2(011)-382/2022 saylı, 14 mart 2021-ci il tаrixli qətnaməsi ilə (hakim P.M.Zamanlı) iddia təmin edilmişdir. Apellyasiy a instansiyası məhkəməsində icraat
5. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-4126/2022 saylı, 13 may 2022-ci il tarixli qərardadı ilə (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və V.N.Sadıqov) apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işin həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddia ərizəsi xx.xx.2021-ci il tarixdə poçta verilmiş, iddianın qiyməti 10000 manatdan çox olduğundan iddiaçının ödəməli olduğu rüsum 148,50 manat, buna müvafiq olaraq apellyasiya şikayəti verənin ödəm əli olduğu rüsum məbləği 74,25 manat olmuş, lakin apellyasiya şikayəti verən 15 manat rüsum ödəmişdir. Beləliklə apellyasiya şikayətinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur.
8. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən MPM-nin 363.1.2 və 366.2-ci, “Dövlət rüsumu haqqında” Qanunun xx.xx.2021-ci il tarixdən qüvvəyə minmiş 8.6-cı maddədərinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
9. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil) apellyasiya məhkəməsinin qərardadının ləğv olunması və apellyasiya şikayətinin baxılması üçün icraata qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayətini onunla əsa slandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-382/2022saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən 19500 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 19530 manat pulun Cavabdeh MMC-dən tutularaq İddiaçıödənilməsi qət edilmişdir. Apelyasiya məhkəməsinin istinad etdiyi dövlət rüsumu kimi birinci instansiya məhkəməsinə 30(otuz) manat ödənilmişdir. Apellyasiya və kassasiya instansiyası məhkəməsinə ödənilməli rüsum həmin rüsumun əlli faizi olmuşdur. Bundan başqa, iddiaçı tərəfindən ödənilən rüsumun məbləği “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun yeni müddəaları qanuni qüvvəyə mindiyi tarixdən əvvəl olmuşdur. İddiaçı tərəfindən ödənilmiş rüsum xx.xx.2021-ci il tarixdə saat 12:12-də ödənilmiş, həmin tarixdə də poçt vasitəsi ilə Bakı şəhə ri Xətai rayon məhkəməsinə göndərilmişdir. “Dövlət rüsumu haqqında” Qanunun yeni müddəaları hazırkı işə tətbiq olunmamalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq normaları “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu:
12. Maddə 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə aşağıdakı məbləğlərdə rüsum ödənilir.
13. Bənd 8.1.1 iddia qiyməti 1000 manatadək olduqda 30 manat
14. Bənd 8.1.2. iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi
15. Bənd 8.1.3. iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi
16. Maddə 8.6. Apellyasiya, kas sasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində rüsum ödənilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 9 iyul 2021-ci il tarixli Qanunu:
17. Bənd 2.1. Bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir.
18. Bənd 2.2. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, habelə şikayətlərə görə ödənilən dövlət rüsumlarına şamil edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun əvvəlki 1 oktyabr 2021-ci il tarixədək mövcud olan redaksiyası.
19. Maddə 8.1. Məhkəməyə verilən iddia ər izələrindən:
20. Maddə 8.1.1. iddia qiyməti 500 manatadək olduqda 20 manat
21. Maddə 8.1.2. iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu müəyyən edilir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
23. Maddə 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
24. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
26. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbu l edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı kassasiya şikayətində qərardad cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 9 iyul 2021-ci il tarixli Qanununun keçid müddəalarına görə, Qanun 2021-ci il oktyabrın 1dən qüvvəyə minir. Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, habelə şikayətlərə görə ödənilən dövlət rüsumlarına şamil edilir.
31. Göründüyü kimi, hazırki iş üzrə dövlət rüsumunun hansı tarixdə ödənilməsindən asılı olmayaraq, iddia ərizəsi xx.xx.2021-ci il tarixdə poçta verilmişdir. Belə olan halda, cavabdehin ödəməli olduğu rüsumun məbləği 74,25 manat təşkil edir.
32. Yuxarıda sadalanan halları və qanunvericiliyin normalarına əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassızdır, ona görə də a pellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 13 may 2021-ci il tarixli, 2(103)4126/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.