Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3936/2023 06.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən istifadə hüququ, bu hüquqa xitam verilməsi üçün əsaslar) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2770/2023 nömrəli, 30 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işi n hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. Mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Surxay Cabbarov küçəsi, məhəllə 4088, ev 3, 46 nömrəli mənzil daha əvvəl order əsasında İddiaçı və ailə üzvlərinə məxsus olmuşdur. 3. 2008-ci ildə Cavabdeh2 notarial qaydada ərizə verərək mənzilin atası İddiaçı adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Daha sonra isə yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində İddiaçı fərdi xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. İş materiallarında bu barədə həmin reyestrdən İddiaçı adına verilmiş xx.xx.2022-ci il tarixli çıxarış vardır.
4. İddiaçının oğlu Cavabdeh2 1988-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır və yaşayır.
5. Cavabdehlər Cavabdeh2 ilə X9 xx.xx.2010-cu il tarixdə nikah bağlamı şlar, bu nikahdan xx.xx.2011-ci ildə X5 doğulmuşdur.
6. Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi, 28 A saylı fərdi yaşayış evi və onun yerləşdiyi ümumi sahəsi 0.0972 ha olan torpaq sahəsi xx.xx.2016-cı il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. 7. ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.9999 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2022-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətdədir. 8. ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 1.3073 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2020-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətdədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh2 Sabunçu rayonu, B akıxanov qəsəbəsi, Surxay Cabbarov küçəsi, məhəllə 4088, ev 3, 46 saylı mənzilə olan istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi, Cavabdeh2 və Cavabdeh1 övladları X6 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Surxay Cabbarov küçəsi, məhəllə 4088, ev 3, 46 saylı mənzildən çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Surxay Cabbarov küçəsi, məhəllə 4088, ev 3, 46 saylı mənzil ona məxsusdur və o həmin evin mülkiyyətçisi Cavabdeh2 onun oğludur. Digər Cavabdeh1 isə gəlinidir. Cavabdeh2 həmin mənzildə pasport qeydiyyatında olsa da digər cavabdeh olan həyat yoldaşı həmin mənzildə qeydiyyatda deyildir. O, həyat yoldaş ına məxsus digər mənzildə qeydiyyatdadır. Cavabdehin başqa yaşayış yeri olsa da onun həmin mənzildən çıxarılma tələbini yerinə yetirmir və həmin mənzildən çıxmayacağını bildirir. Onu həmin mənzilə buraxmırlar. Mülkiyyət hüququ tamamilə məhdudlaşdırılmışdır. Cavabdeh2 Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi, 28A saylı fərdi ev mülkiyyətindədir. Bundan başqa Cavabdeh1 Qəbələ rayonunda müxtəlif ünvanlarda torpaq sahəsi mövcuddur. Cavabdeh2 mülkiyyətində başqa yaşayış yeri olduğundan və həmin evdə yaşaya biləcəyini nəzərə alaraq ona kompensasiya verilmədən mülkiyyətimdə olan mənzildən çıxarılmalıdır. Kompensasiya o halda verilə bilər ki, istifadə hüququ olan şəxsin başqa yaşayış yeri olmasın. Digər Cavabdeh1 ümumiyyətlə onun mülkiyyətində olan mənzildə istifadə hüququ mövcud deyildir. O, həmin mənzildən çıxarılmalıdır. Eyni zaman onların yetkinlik yaşına çatmayan qızları Əsnaf Vəliyeva onlarla birlikdə mənzildən çıxarılmalıdır. Həmin mənzil boşaldılaraq ona təhvil verilməlidir. Cavabdehin başqa yaşayış yeri mövcuddur. Həmin ev mülkiyyət hüquqlarına əsasən cavabdehə məxsusdur. Həmin ünvana köçərək orada yaşaya bilər. Belə olan halda ona kompensasiya verilmədən istifadə hüququna xitam verilməli və o həmin mənzildən çıxarılmalıdır.
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə yazılı ərizə təqdim edərək bildirmişdir ki, iş üzrə məhkəmə iclasında iddiaçının nümayəndəsinin də etirafları, həmçinin verilmiş sorğuya alınmış cavabla da ilə müəyyən edildi ki, mübahisəli mənzil 1987-ci ildən order əsasında iddiaçıya verilmiş və nümayəndəsi olduğu Cav abdeh2 həmin vaxtdan indiyə kimi fasiləsiz olaraq həmin mənzildə yaşayır. Cavabdeh2 həmin mənzilə istifadə hüququ vardır. Belə ki, Cavabdeh2 2000-ci ildən öncədən mənzildə yaşadığı üçün həmin dövrədək qüvvədə olan Mənzil Məcəlləsinin tələblərinə əsasən onun mənzilə istifadə hüququ yaranmışdır. Hazırda iddiaçı Cavabdeh2 mənzildən istifadə hüququna xitam verilməsini, onun həmçinin digər Cavabdeh1 azyaşlı övladları ilə birlikdə mənzildən çıxarılmasını xahiş edir. Qeyd etmişdir ki, iddiaçı mənzildən istifadə hüququna xitam verilməsi ilə bağlı maddi hüquq normalarına düzgün istinad etməmişdir. Belə ki, cavabdehin mənzildən istifadə hüququ 1987-ci ildən yarandığı üçün hazırki mübahisəyə həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsi tətbiq edilməli olduğu halda iddiaçı hazırda qüvvədə olan Mülki Məc əllənin normalarına istinad etmişdir. Digər tərəfdən iddiaçı qeyd edir ki, cavabdehin başqa mənzili mövcuddur, ona görə hazırki iş üzrə mübahisəli mənzildən istifadə hüququna xitam verilməlidir. Həmçinin qeyd etmişdir ki, əvvəla cavabdehin digər mənzilinin olması hazırki mənzilə istifadə hüququna xitam verilməsi üçün əsas deyil. Digər tərəfdən həmin mənzil Mingəçevir şəhərində yerləşir, iddiaçı isə anadan olduğu vaxtdan indiyə kimi Bakı şəhərində yaşayan şəxsdir, hazırki mübahisəli mənzildə isə 1987-ci ildən bəri fasiləsiz olaraq yaşayır. Həmçinin onun iş yeri Bakı şəhərindədir, övladı da Bakı şəhərində təhsil alır. Qeyd etdiyi halları təsdiq edən sənədləri hazırlıq iclasında məhkəməyə təqdim etmişdir. Bundan əlavə hesab edir ki, iddia digər Cavabdeh1 qarşı da təmin edilməməlidir. Belə ki, o, nümayəndəsi olduğu şəxsin həyat yoldaşıdır və bu fakt da işin mübahisəsiz halıdır. Göstərilmiş halları nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etməyinizi xahiş etmişdir.
12. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(008)-805/2023 nömrəli iş üzrə 27 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddia rədd edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Cavabdeh2 mübahisəli mənzilə istifadə hüququna Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2ci maddəsinə əsasən kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, mülkiyyətçi və cavabdeh arasında sonuncunun mübahisəli yaşayış sahəsindən istifadə hüququna xitam ve rilməsi barədə razılaşma əldə edilməmişdir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» xx.xx.2008-ci il tarixli qərarına, R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına, Azər baycan Respublikasının Mülki Məcəlləsinin 228.2, 228.5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi, 28 A saylı fərdi yaşayış evi və onun yerləşdiyi ümumi sahəsi 0.0972 ha olan torpaq sahəsi xx.xx.2016-cı il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Lakin məhkəmə buna əhəmiyyət verməmişdir. Göründüyü kimi artıq cavabdehlərin yaşayış sahəsinə ehtiyac aradan qalxmışdır. Onun şəxsi mülkiyyətində hazırda evi vardır. Həmin evdə məhz iddiaçı tərəfindən ona verilmişdir. Belə olan halda iddiaçının çətin vəziyyətə salınması və əlavə xərcə salınması hesab edirəm ki, hüquqdan sui istifadədir. Mülkiyyətçinin hüquqlarını məhdudlaşdırır. Həmin ev yaşayış üçün normaldır. Eyni zamanda digər cavabdehin mülkiyyətində müxtəlif ünvanlarda torpaq sahələri mövcuddur. Məhkəmə eyni zamanda işi düzgün araşdırmamışdır. Əgər düzgün araşdırmış olsaydı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarına istinad etməli idi. Lakin nədənsə məhkəmə buna istinad etməmişdir. Həmin qərarda göstərilmişdir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifa də hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Göründüyü kimi Cavabdeh2 mülkiyyətində ev var. Yəni artıq digər ev üzərində mülkiyyət hüququ əldə etmişdir. Odur ki, ona qarşı düzgün olaraq kompensasiya verilmədən istifadə hüququna xitam verilməsi barədə iddia qaldırılmışdır. Bu baxımdan qətnamə əsassızdır. Eyni zamanda cavabdehlərin mənzildən çıxarılması barədə qaldırdıqları iddia tələbi də əsaslıdır. Çünki onların orada yaşaması mülkiyyət hüququnu məhdudlaşdırır. Birinci instansiya məhkəməsi qətnamədə göstərilən halların işin nəticəsinə uyğun gəlməməsini onunla əsaslandırmışdır ki, əvvəla Cavabdeh2 istifadə hüququnun olmasını iddiaçı tərəf bildirmişdir. Ancaq nəzər almaq lazımdır ki, mənzil özəlləşdirilərkən Cavabdeh2 də həmin mənzilin iddiaçının mülkiyyətinə keçməsinə razılıq vermişdir. Buna baxmayaraq iddiaçı tərəfindən məhz cavabdehə digər yaşayış sahəsi alınmışdır. Həmin mənzil onun mülkiyyətindədir. Yəni bir vaxtlar həmin mənzil alınarkən cavabdeh mübahisəli mənzildən çıxmalı idi. Lakin cavabdeh bu gündə verdiyi vədə əməl etməmişdir. Üstəlik iddiaçının atası olmasına baxmayaraq mənzilə buraxmır. Onun mülkiyyət hüquqlarını pozur. Onun digər mənzilinin olması iddianın təmin olunması üçün əsas idi. Lakin məhkəmənin qəbul etdiyi qətnamə işin hallarına uyğun deyildir. İstifadə hüququ o lsa belə kompensasiya verilmədən xitam verilməli idi. Qətnamədə göstərilən nəticələr işin hallarına uyğun deyildir.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2770/2023 nömrəli, 30 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər S.X.Bəhrəmzadə - sədrlik edən və məruzəçi, X.A.Mərdanova və E.M.Həsənov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia təmin edilməmişdir.
18. Apellyasiya instansiya məhkəməsi bildirmişdir ki, birinci instansiya məhkəməsi isə düzgün olaraq ümumilikdə iddianın təmin edilməməsi nəticəsinə gəlsə də, 01 oktyabr 2009-cu ilədək qüvvədə olan maddi hüquq normalarına istinad etməməklə, o cümlədən iddiaçının gəlini olan digər cavabdehin mübahisəli mə nzildən çıxarılmaması barədə qənaətini də qətnamədə tam əsaslandırmamışdır. Belə ki, mübahisəli mənzil 1987-ci ildən order əsasında əldə edilmişdir və həmin orderdə ailə üzvü kimi Cavabdeh2 da adı qeyd edilmişdir. Həmin vaxtdan indiyədək Cavabdeh2 fasiləsiz olaraq mübahisəli mənzildə yaşayır və hazırda ailə üzvləri də həmin mənzildə yaşayır. Bununla da mübahisəli mənzilin order əsasında əldə edilməsi, həmin orderdə Cavabdeh2 da ailə üzvü kimi adının olması və sonuncunun 1987-ci ildən indiyədək fasiləsiz olaraq həmin mənzildə yaşaması işin mübahisəsiz halları kimi müəyyən edilmişdir. 2009-cu il 01 oktyabr tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60, 87-ci maddələrinin müddəalarıın tələblərinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İddiaçının mövqeyinə görə cavabdehin həmin mənzildən istifadə zərurəti aradan qalxmışdır. Lakin hazıki halda kimi Cavabdeh2 həmin mənzildən köçüb getməsi müəyyən edilmədiyindən, həmin mənzildən istifadəsinə olan zərurət aradan qalxmadığından onun həmin mənzildən çıxarılması, mövcud istifadə hüququna müvafiq kompensasiya verilmədən mümkün deyil.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına uyğun olaraq 2000-ci il sentyabrın 1-də n sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
20. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 123-cü maddəsi bir tərəfdən mülkiyyətçiyə, ona məxsus olan yaşayış sahəsindən ailə üzvlə rinin və başqa şəxslərin istifadə etmək hüquqlarına xitam verməyə qadağa qoymur, digər tərəfdən isə yaşayış sahəsindən istifadə etmək hüquqlarının kompensasiya verilməklə xitamını da istisna etmir. Həmin maddə qeyri-müəyyən olsa da, yaşayış sahəsindən istifadə etmək hüququna kompensasiya verilməklə xitam verilməsi mülkiyyətçinin könüllü iradəsi əsasında mümkündür. mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Lakin Mənzil Məcəlləsinin 123-cü maddəsində və ümumiyyətlə bu Məcəllədə yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsini nəzərdə tutan heç bir hüquq norması mövcud deyil. Bu halda mübahisənin həllinin hər hansı normaya əsaslanmadan məhkəmənin mü lahizəsində saxlanılması mülkiyyətçi və ya istifadəçinin hüquqlarını zərbə altına qoya bilər. Belə vəziyyətdən çıxış yolu tapmaq üçün qüvvədə olan qanunvericilikdə məsələnin qanuni həllini müəyyənləşdirən müvafiq normaya istinad olunması vacibdir.
21. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, Mülki Məcəllənin 11.1-ci maddəsini nəzərə almaqla yaşayış sahəsindən istifadə hüququnun kompensasiya verilməklə xitamına dair bu Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş normanın əvvəllər yaranmış və uzanan xarakter daşıyan münasibətlərə tətbiqinin mümkünlüyü Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarında əks olunmuş mövqelərinə zidd olmamaqla onları tamamlayır. Belə ki, bu qərarda Mülki Məcəllənin 7.1-ci maddəsinin müddəalarını nəzərə alaraq Konstitusiya Məhkəməsi öz mövqeyini a şağıdakı kimi ifadə etmişdir: «Göstərilənləri nəzərə alaraq 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir». Göründüyü kimi Konstitusiya Məhkəməsi mübahisələrin həlli üçün məhz müvafiq maddələrin qaydalarının əsas götülürlməsini zəruri hesab etmişdir.2000-ci il sentyabrın 1-dən qüvvədə olan Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam veri lməsinin mümkünlüyünü əks etdirir.
22. Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin.
23. Eyni zamanda digər cavabdeh X3 həmin mənzildən çıxarılması hissəsinə münasibətdə kollegiya hesab etmişdir ki, həmin hissədə də iddia tələbi təmin edilə bilməz. Belə ki, hazırki halda Vəliyev X8 Vəliyeva 2009-cu ilin oktyabr ayından sonra nikah münasibətlərinə girdiyindən sonuncuya münasibətdə iddiaya hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından qiymət verilməlidir. Kollegiya hesab edir ki, hazırki halda Cavabdeh2 istifadə hüquqlarının kompensasiya ödənilmədən xitam verilməsinin mümkünlüyü müəyyən edilməklə mənzildən çıxarılması təmin edilmədiyindən, Cavabdeh2lə digər cavabdeh olan Cavabdeh1 ailə münasibətlərinə xitam verilmədiyindən sonuncunun həmi n mənzildən çıxarılması barədə iddia tələbi təmin edilməməlidir.
24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası 2009-cu il 01 oktyabr tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 60, 87,123-cü maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü və MPMnin 14.2, 77.1, 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı (vəkili Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi, 28 A saylı fərdi yaşayış evi və onun yerləşdiyi ümumi sahəsi 0.0972 ha olan torpaq sahəsi xx.x x.2016-cı il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Lakin məhkəmə buna əhəmiyyət verməmişdir. Göründüyü kimi artıq cavabdehlərin yaşayış sahəsinə ehtiyac aradan qalxmışdır. Onun şəxsi mülkiyyətində hazırda evi vardır. Həmin ev dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Xüsusi mülkiyyətdədir. Həmin evdə məhz iddiaçı tərəfindən ona verilmişdir. Belə olan halda iddiaçının çətin vəziyyətə salınması və əlavə xərcə salınması hesab edir ki, hüquqdan sui istifadədir. Mülkiyyətçinin hüquqlarını məhdudlaşdırır. Həmin ev yaşayış üçün normaldır. Eyni zamanda digər cavabdehin mülkiyyətində müxtəlif ünvanlarda torpaq sahələri mövcuddur. Məhkəmə eyni zamanda işi düzgün araşdırmamışdır. Əgər düzgün araşdırmış olsaydı ona Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2 9 mart 2016-cı il tarixli qərarına istinad etməli idi. Lakin nədənsə məhkəmə buna istinad etməmişdir. Həmin qərarda göstərilmişdir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Göründüyü kimi Cavabdeh2 mülkiyyəti ndə ev var. Yəni artıq digər ev üzərində mülkiyyət hüququ əldə etmişdir. Odur ki, ona qarşı düzgün olaraq kompensasiya verilmədən istifadə hüququna xitam verilməsi barədə iddia qaldırmışdır. Bu baxımdan Apellyasiya məhkəməsinin qətnaməsi əsassızdır. Apellyasiya Məhkəməsi ümumiyyətlə düzgün nəticəyə gəlməmişdir. Qətnaməni ləğv etsə də sonda gəldiyi nəticə əsassızdır. Eyni zamanda cavabdehlərin mənzildən çıxarılması barədə qaldırdığım iddia tələbim də əsaslıdır. Çünki onların orada yaşaması mülkiyyət hüququmu məhdudlaşdırır. İş üçün sübut edilməli hallardan ən əsası iddiaçının mülkiyyətində evin olması olsa da məhkəmə ona mütləq surətdə kompensasiya verilməsi qənaətinə gəlir. İşi bu istiqamətdə sübut etməyə çalışmışdır. Ən əsas sübutlar isə məhkəmənin diqqətindən yayınmışdır. Əslində buna diqqətdən yayınma demək də olmaz. Çünki məhkəmə bunu qətnaməsində göstərsə də bu sübutlardan qiymətləndirmədən ötüb keçmişdir. Əslində işdə olan sübutlar, yəni cavabdehin mülkiyyətində evin olması iddia tələbinin tam təmin olunması üçün kifayət edirdi. Lakin hakim 2008-ci ildə qəbul olunmuş Konstitusiya məhkəməsinin qərarına istinad etsə də 2016-cı ildə qəbul olunmuş Konstitusiya Məhkəməsinin qərarına istinad etməmişdir. Ümumiyyətlə 2008-ci il tarixli Konstitusiya Məhkəməsinin eyni zamanda Cavabdeh2 həyət yoldaşı Cavabdeh1 da həmin evdən çıxarılmalıdır. Cavabdeh2 qarşı verilmiş iddia təmin ediləcəyi təqdirdə Cavabdeh1 da qarşı olan tələb təmin olunmalıdır. Nəzərə almaq lazımdır ki, hazırda evdən istifadə edən Cavabdeh2 və onun həyat yoldaşı Cavabdeh1 yaşayış sahəsinə ehtiyac aradan qalxmış dır. Çünki onların mülkiyyətində ev var və həmin ev yaşayışa yararlıdır. Onlar həmin rahat şəkildə yaşamağa davam edə bilərlər. Həmin əmlakı hətta sataraq Bakı şəhərində əmlak da əldə edə bilərlər. Bu baxımdan da məhkəmə əsassız qərar çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
28. Maddə 60, hissə
1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X7 X4:
29. Maddə 6, hissə.
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin əd alətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
30. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
31. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
32. Maddə 262.2. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsi:
33. Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
34. Maddə
54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (əri ni), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
35. Maddə
60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
36. Maddə
87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsin ə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
37. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
38. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə e tmək hüququna malikdirlər.
39. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
40. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, gö rüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
45. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş halla ra və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
48. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsini n faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prossessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
51. Apellyasiya məhkəməsi iddianı Cavabdeh2 münasibətdə rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, 1987-ci ildən əldə edilən mübahisəli mənzilin orderində adı olan Cavabdeh2 indiyədək ailə üzvləri ilə orada yaşayır. Cavabdeh2 bu mənzildən köçüb getməsi müəyyən edilmədiyindən, həmin yaşayış sahəsindən istifadəsinə olan zərurət aradan qalxmadığından onun həmin mənzildən çıxarılması, mövcud istifadə hüququna müvafiq kompensasi ya verilmədən mümkün deyil (§ 18).
52. Bununla belə, apellyasiya məhkəməsi nəzərə almamışdır ki, yaşayış sahəsindən istifadə etmək hüququ yarandıqdan sonra həmin hüququn qanuni əsaslarla aradan qalxması istisna deyil.
53. Hətta (2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 53, 54, 123-cü maddələrindəki istifadə hüququ ilə oxşar məzmundan olan) şəxsi servitut sayılan mənzildən istifadə hüququ, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yarandıqdan sonra müvafiq şərtlər gerçəkləşdikdə (məsələn, istifadə hüququ sahibi ayrı yaşayış sahəsi əldə etdikdə, daimi olaraq yaşamaq üçün başa yerə köçdükdə və s.) həmin hüququn hər hansı kompensasiya verilmədən qanuna əsasən aradan qalxması mümkündür.
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəlləsinin 2 28.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında göstərmişdir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür.
55. Konstitusiya Məhkəməsi həmin qər arında onu da qeyd etmişdir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar.
56. Baxılan işdə məhkəmə müəyyən etmişdir ki, Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi, 28 A saylı fərdi yaşayış evi və onun yerləşdiyi ümumi sahəsi 0.0972 ha olan torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdən Cavabdeh2 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir (§ 6).
57. Apellyasiya məhkəməsi iddianın düzgün həlli baxımından əhəmiyyətli olan bu xüsusatı Konstitusiya Məhkəməsinin Plenumunu n yuxarıda göstərilən hüquqi mövqeyi baxımından araşdırmamış, Cavabdeh2 mülkiyyət hüququ ilə yaşayış sahəsi əldə etməsinin, iddiaçıya məxsus mübahisəli mənzilə daha əvvəl yaranmış istifadə hüququnu aradan qaldırıb-qaldırmadığına qiymət verməmişdir.
58. Kassasiya məhkəməsi aşağıdakılara əsasən hesab edir ki, digər Cavabdeh1 münasibətdə də hüquq normaları düzgün tətbiq edilməmişdir.
59. Belə ki, Cavabdeh1 qarşı iddia tələbinə düzgün qiymət verilməsi üçün əvvəlcə mübahisəli mənzilə dair hüquq münasibətlərinin həmin cavabdeh baxımında nə vaxt yaranması və həmin tarixdə yaşayış sahəsinin hüquqi vəziyyəti düzgün müəyyən edilməli idi.
60. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 qarşı iddianı o əsasla rədd etmişdir ki, o, digər Cavabdeh2 ilə 2009-cu ilin oktyabr ayından sonra nikah münasibətl ərinə girdiyindən Cavabdeh1 münasibətdə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsi tətbiq edilməlidir. Cavabdeh2 istifadə hüququna, habelə onunla Cavabdeh1 ailə münasibətlərinə xitam verilmədiyindən sonuncunun həmin mənzildən çıxarılması barədə iddia rədd edilməlidir (§ 23).
61. Bununla belə, apellyasiya məhkəməsi nəzərə almamışdır ki, Cavabdeh1 nikaha girdiyi vaxtdan mübahisəli mənzildə yaşadığı əsas götürülsə də, həmin dövrdə mənzilin hüquqi vəziyyətinin nədən ibarət olması (order əsasında, yoxsa özəlləşdirmə nəticəsində xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusluğu) aydınlaşdırılmamışdır. Belə ki, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş və işə əlavə olunmuş çıxarış xx.xx.2022-ci il tarixlidir.
62. Halbuki, əgər Cavabdeh1 hazırkı Mənzil Məcəlləsinin qüvvədə olduğu dö vrdə mübahisəli mənzilə köçüb yaşamışdırsa onun istifadə hüququnun olub-olmadığına yaşayış sahəsi üzərindəki mülkiyyət formasından asılı olaraq, həmin Məcəllənin 68 və ya 30-cu maddələrdən biri əsasında qiymət verilə bilər.
63. Bundan əlavə, apellyasiya məhkəməsi Rövşanə və Cavabdeh2lərin nikahlarının 2009-cu ilin oktyabr ayından sonra bağlanmasını əsas götürərək Mənzil Məcəlləsinin 30cu maddəsini tətbiq etsə də, nəzərə almamışdır ki, həmin normada mənzilin mülkiyyətçisinin ailə üzvü olan şəxslərin istifadə hüququ tanınır, ailə münasibətlərinə xitam verildiyi halda isə bu hüququn aradan qalxdığı nəzərdə tutulur (§ 37-39).
64. Məhkəmə diqqətdən qaçırmışdır ki, Cavabdeh1 ailə münasibətlərində olduğu şəxs Cavabdeh2 mübahisəli mənzilin mülkiyyətçisi deyil. Mənzil mülkiyyətçisinin İddiaçı olmas ı işin mübahisəsiz halıdır.
65. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə tərkibi bu qənaətə gəlir ki, apellyasiya məhkəməsi tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, işdəki sübutların tədqiq edilməklə onlara iddianın həllinə təsiri baxımından qiymət verilməsinə, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl olunmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir (§ 4144, 46).
66. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. İşin düzgün həlli üçün əhəmiyyətli olan halları müəyyən etmədən, onlara və tərəflərin dəlillərinə qanunvericiliyə uyğun qaydada qiymət vermədən çıxarılan qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.
67. Bu qaydalara riayət edilməməsi həm Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, həm də İnsan Hüquqlarının və X7 X1 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir (§ 28-29).
68. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqum entlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).
69. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqə ləndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).
70. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
71. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kass asiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2770/2023 nömrəli, 30 may 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.