Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3937/2019 10.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Cavabdeh vəkili ***nun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.12.2018-ci il tarixli, 2(103)13447/2018 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” BOKT MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” BOKT MMC ilə cavabdeh arasında ikinciyə 60 ay müddətinə, illik 19%-lə 24225 ABŞ dolları məbləğində kreditin verilməsini nəzərdə tutan 30.11.2012-ci il tarixli, AZBA-006620 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən iddiaçının xeyrinə 10839,88 ABŞ dolları əsas, 2367,94 ABŞ dolları faiz, 27665 ABŞ dolları dəbbə borcunun, cəmi 40872,82 ABŞ dolları məbləğində pulun və işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınması, cavabdehə məxsus “X1” markalı nəqliyyat vasitəsinin ilkin satış qiymətinin 15000 manat müəyyən edilməklə açıq hərracdan satılması və borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.S.Məmmədov) 24 sentyabr 2018-ci il tarixli, 2(004)-480/18 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 30.11.2012-ci il tarixli, AZBA -006620 saylı kredit müqaviləsindən irəli gələn 13.02.2018-ci il tarixə ödənilməmiş 10637,41 ABŞ dolları əsas, 2367,94 ABŞ dolları faiz borcu və 50 ABŞ dolları dəbbə pulu, cəmi 13055,35 ABŞ dolları məbləğində pulun iddiaçının xeyrinə tutulması, iddia tələbinin cavabdehə məxsus avtomobilə yönəldilməsi və açıq hərracdan satılması, avtomobilin satışından əldə olunan məbləğin kredit borcunun ödənilməsinə yönəldilməsi, artıq qalan vəsaitin cavabdehə verilməsi, avtomobilin satışından əldə olunan vəsait borcun ödənilməsinə yetmədikdə qalan məbləğin cavabdehdən tutulması qərara alınmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.S.Şirinov, T.S.Səmədov və E.C.Kazımov) 26.12.2018-ci il tarixli, 2(103)-13447/2018 nömrəli qətnaməsi ilə Ca vabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-480/18 saylı, 24 sentyabr 2018-ci il tarixli qətnaməsi qismən dəyişdirilmiş, ipoteka predmeti olan, cavabdehə məxsus **-VA-*** qeydiyyat nişanlı “X1” markalı avtomobilin ilkin satış qiyməti 25 000 (iyirmi beş min) manat müəyyən edilmiş, qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.12.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh və onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.12.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğ v, iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, o kredit məbləğini ABŞ dolları ilə götürdüyündən, devalvasiya nəticəsində manatın dollara münasibətdə ucuzlaşmağına görə ona kredit borcunu ödəmək çətin olmuşdur. Məhkəmə isə bu halı nəzərə almamışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili *** kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir. İddiaçı işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyas ı Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Kassasiya kollegiyası ilk növbədə qeyd edir ki, kassator şikayətində qətnamənin tam şəkildə ləğvini xahiş etsə də, yalnız borcun tutulması hissəsini mübahisələndirdiyindən qətnamə həmin hissədə də yoxlanmalıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında AZBA-006620 saylı, 30.11.2012-ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqa viləyə əsasən iddiaçı cavabdehə illik 19 faiz olmaqla 24225 ABŞ dolları məbləğində kredit vermiş, 24.05.2016-cı il tarixli əlavə Sazişə əsasən, verilmiş kreditin 11489,81 ABŞ dolları təşkil edən ödənilməmiş əsas borc qalığının illik 17%-lə hesablanması, kreditin 30 təqvim günündən çox gecikdiriləcəyi halda illik faiz dərəcəsinin 19%-ə qaldırılacağı müəyyən edilmişdir. Cavabdeh tərəfindən öhdəlikləri lazımi qaydada yerinə yetirilmədiyindən onun iddiaçıya borcu yaranmışdır. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilik də nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5-ci maddəsinə əsasən istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu va xt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə uyğun olaraq, borcunu hissə - hissə müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə uyğun şəkildə iddiaçıya ödəməli olduğu halda bunu etməmişdir. Buna görə də, kredit alan, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütü n hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas borcu ona hesablanmış faiz ilə birgə iddiaçıya ödəməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Kassasiya şikayətinin dəlillərinə gəldikdə isə kollegiya qeyd edir ki, bu dəlillər əsassız olmaqla təmin edilə bilməz. Belə ki, qanunvericiliyin tələbləri baxımından borcun xarici valyuta ilə verilməsi qanunidir, habelə manatın devalvasiyanın baş verməsi borcun alındığı valyuta ilə qaytarılmasından ibarət cavabdehin öhdəliyinə hər hansı şəkildə təsir etmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Odur ki, Konstitusiya Məhkəməsi Plenumunun Qərarından göründüyü kimi, borc alınmış valyutada, yəni ABŞ dolları ilə, qaytarılmalıdır. Eyni zamanda, Mülki Məcəllənin 439.2-ci maddəsi baxımndan əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərt ləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Göründüyü kimi, qanun birbaşa olaraq borcun məhz ödəniş yerinin məzənnəsinə uyğun aparılmasını müəyyən etmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-i n 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.12.2018-ci il tarixli, 2(103)-13447/2018 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3937/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3937/2019
10.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver