Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3937/2023 28.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3937/2023 (Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu, X4 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4032/2023 nömrəli, 19 iyun 2023-cü il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağ ıdakı qərarı qəbul etdi. İşin halları
1. Ərizəçi 1975-2004-cü illərdə BBTİ 16 saylı Tikinti İdarəsində qaynaqçı işlədiyini, lakin, 2006-cı ildə Moskva şəhərində bazarda çalışarkən saxlanc yerlərində baş tutmuş yanğın nəticəsində əmək kitabçasının yandığını bildirərək, məhkəmədən həmin dövrdə orada işləməsi faktının təsdiq edilməsini xahiş etmişdir. O, bu faktı təsdiq etmək üçün Dövlət Arxivinə müraciət etsə də, həmin müəssisənin arxiv sənədləri tapılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu) faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1975-ci ilin avqust ayı tarixindən xx.xx.20 04-cü il tarixə kimi Bakı Baş Tikinti İdarəsinin nəzdində olan "SU-16” tikinti idarəsində qaynaqçı işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, o, 1975-ci ilin avqust ayında Texniki Peşə Məktəbində qaynaqçı peşəsi üzrə təhsil almağa başlamışdır. 1976-cı ilin may ayında təhsilini bitirib, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək SSRİ SQ-də həqiqi hərbi xidmət keçmiş, SSRİ MN-nin xx.xx.1978-ci il tarixli, 92 saylı əmri ilə ehtiyata buraxılmışdır. 1979-cu il tarixində 54 nömrəli Bakı Texniki Peşə Məktəbinin "Sənaye quraşdırma" ixtisasına qəbul olunmuş, 1980-ci ildə A seriyalı 669119 saylı diplom almaqla oranı bitirmişdir. xx.xx.1978- ci il tarixdən Bakı Baş Tikinti İdarəsinin nəzdində olan "SU-16" Tikinti İ darəsində qaynaqçı peşəsi üzrə işə qəbul olunmuş və xx.xx.2004-cü ilə qədər həmin idarədə qaynaqçı işləmişdir. Orada onunla bərabər Eminov İlham, Hacıyev Akif və Fərzullayev Ədalət işləyiblər. 2006-cı ildə Moskva şəhərində bazarda çalışarkən saxlanc yerlərində baş tutmuş yanğın nəticəsində onun əmək kitabçası və hərbi bileti yanaraq məhv olmuşdur. Əmək pensiyası almaq yaşına çatanda o, müvafiq quruma müraciət etmiş, ona bildirilmişdir ki, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Bundan sonra Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına müraciət etmiş, xx.xx.2022-ci il tarixli, BA005202022 saylı cavab məktubunda ona bildirilmişdi r ki, "BBTİ 16 saylı Tikinti İdarəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Beləliklə də onun xx.xx.1978-ci il tarixdən xx.xx.2004-cü il tarixinədək Bakı Baş Tikinti İdarəsinin nəzdində olan "SU-16" tikinti idarəsindəki iş stajını təsdiq edən sənədləri olmadığına görə əmək pensiyası ala bilmir. Bundan başqa, o, Azərbaycanın Ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 1990cı ildən 1993-cü ilə kimi iştirak etmişdir. xx.xx.1975-ci il tarixdən xx.xx.2004-cü il tarixə kimi Bakı Baş Tikinti İdarəsinin nəzdində olan “SU-16” tikinti idarəsində qaynaqçı işləməsinin başqa yolla müəyyən edilməsinin mümkünsüzlüyünü nəzərə alıb, hesab edir ki, həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir.
4. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi izahat verərək bildirmişdir ki, ərizəçinin şahidləri qismində iştirak edən X5, X3 və X1 əmək kitabçasındakı qeydlərə baxılmışdır. Şahid İ.Eminovun xx.xx.1980-ci il tarixdən xx.xx.1999-cu il tarixədək, şahid Ş.Hacıyev oğlunun xx.xx.1981-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, digər şahid S.Qacıyevin xx.xx.1982-ci il tarixdən 28.01,2002-ci il tarixədək Bakı Baş Tikinti İdarəsinin nəzdində olan “SU-16” tikinti idarəsində işlədiyi göstərilmişdir. İşləmə tarixlərindən də göründüyü kimi, şahidlərin heç biri ərizəçinin işlədiyini iddia etdiyi bütün dövrlərdə onunla birlikdə işləməmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş sənədlərə əsasən, ərizəçi xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olmuş, 1979-1980-ci illərdə təhsil almışdır. Bununla da, ərizəçinin xx.xx.1978-ci il tarixdən 1980-ci il daxil olmaqla hərbi xidmət keçməsi, təhsil alması, eləcə də işləməsi mümkünsüzdür. Eyni zamanda pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamənin 17-ci bəndinin tələbinə görə, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. Ərizəçi xx.xx.1975-ci il tarixdən xx.xx.2004-cü il tarixədək (29 il 05 ay 10 gün) olan dövrdə işləməsi faktını təsdiq etdirmək istəyir. Lakin bu qanunvericilikdə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sığorta stajı müddətinin (25 ilin) yarısından, yəni 12 il 06 ay müddətindən çoxdur.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, ərizəçi ilə iş yoldaşı olmuşdur. 2002-ci ilə qədər 16 saylı Tikinti İ darəsində işləmişlər. Ərizəçi ondan qabaq işləyib. Ərizəçi qaynaqçı işləyib. Özü işdən çıxanda ərizəçi işləyirdi. Ərizəçi 1990-1993-cü illərdə könüllü olaraq döyüşlərdə iştirak etmişdir.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o, 1982-ci ildən 16 saylı Tikinti İdarəsində işləmişdir. 16 saylı Tikinti İdarəsində 2002-ci ilə qədər işləmişdir. Özü o idarədə işləməyə başlayanda ərizəçi artıq həmin idarədə qaynaqçı kimi işləyirdi, işdən çıxanda isə ərizəçi hələ də orda işləyirdi.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, ərizəçi ilə bir yerdə işləmişdir. O bildirdi ki, özü 1980-ci ildə 16 saylı Tikinti İdarəsində çalışmağa başlamış, 1999-cu ildə işdən çıxmışdır. Özü o idarədə işləməyə başlayanda ərizəçi artıq həmin idarədə işləy irdi, işdən çıxanda isə ərizəçi hələ də orda işləyirdi. Ərizəçi 1990-1993cü illərdə könüllü olaraq döyüşlərdə iştirak etmişdir.
8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-390/2023 saylı, 10 mart 2023cü il tarixli qətnaməsi (hakim Rübabə Qafarova) ilə ərizənin qismən təmin edilərək Ərizəçi 07.19xx-xx.2002-ci illərdə BBTİ 16 saylı Tikinti İdarəsində qaynaqçı işləməsi faktının müəyyən edilməsi və ərizənin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.4-cü bəndinə istinad edərək hesab etmişdir ki, ərizəçinin əmək kitabçası yandığından və arxiv sənədləri olmadığın dan onun Bakı Baş Tikinti İdarəsinin 16 saylı idarəsində qaynaqçı kimi əmək fəaliyyətini yalnız onunla birlikdə həmin idarədə işləmiş və əmək kitabçasında bu barədə qeyd edilmiş şəxslərin şahid kimi izahatları təsdiq edə bilər.
10. Məhkəmə iclasında izahat verən hər üç şahid BBTİ 16 saylı Tikinti İdarəsində işləmiş və onlardan hər üçü ərizəçinin bu İdarədə qaynaqçı kimi iş fəaliyyəti, onların idarədə işlədiyi dövrdə ərizəçinin də bu idarədə işləməsi barədə bir-biri ilə üst-üstə düşən izahatlar vermiş, ərizədə qeyd edilənləri təsdiq etmişlər.
11. Şahidlərdən ikisinin orada işləməsi dövrü ərizəçinin qeyd etdiyi dövrlərdən 1981-ci ilin iyul ayından 2002-ci ilin yanvar ayını əhatə etmişdir. Belə bir vəziyyətdə məhkəmə hesab etmişdir ki, Ərizəçi Bakı Baş Tikinti İdarəsinin 16 saylı idarəsində h əmin illərdə qaynaqçı işləməsi bütün əldə edilməsi mümkün sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməlidir.
12. Birinci instansiya məhkəməsi eyni zamanda öz mövqeyini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2, 77.1, 88, 217.3, 217.4, 307.1,307.2.1, 307.2.8 və 308-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək ərizənin təmin ed ilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçi sözügedən idarədə xx.xx.1975-ci il tarixdən xx.xx.2004-cü il tarixə kimi işlədiyini iddia edir. Lakin şahid ifadələrindən də göründüyü kimi, şahidlər ərizəçinin iddia etdiyi tam tarixlərdə orada işləməmişdir. Bundan başqa, sözügedən qərarın 1.3-cü bəndinə görə, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Lakin işin faktiki halları ilə müəyyən olunur ki, bu faktın təsdiq olunması Ərizəçi üçün hər hansı hüquqi nəticəyə səbəb olmur. Belə ki, ərizəçi həmin faktın təsdiq edilməsinin zəruriliyini ona yaşa görə əm ək pensiyası təyin edilməsinə səbəb olacağı ilə əsaslandırmasına baxmayaraq, nəzərə alınmalıdır ki, həmin fakt təsdiq olunsa belə, ərizəçinin qanunvericiliklə müəyyən olunmuş sığorta stajı tamamlanmır. Bu da ona yaşa görə əmək pensiyası təyin edilməsini mümkünsüz edir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4032/2023 nömrəli, 19 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər –E.Kazımov (sədrlik edən və məruzəçi), N.Cəfərov və X.Mərdanova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ərizəçinin 1981-ci ilin iyul ayından 2002-ci ilin yanvar ayına kimi Bakı Baş Tikinti İdarəsinin 16 saylı Tikinti İd arəsində qaynaqçı işləməsini həmin İdarədə işləmiş şahidlər ifadələri ilə təsdiq edir. Şahid ifadələrini mötəbər sübut kimi qəbul edilməməsi üçün əsaslar olmalıdır. Maraqlı şəxs şahidlərin ərizəçinin iddia etdiyi tam tarixlərdə orada işləmədiyini göstərsə də birinci instansiya məhkəməsi ərizəçinin iddia etdiyi tarixləri deyil, şahidlərin ərizəçi ilə birlikdə işlədikləri dövrü nəzərə alaraq hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən etmişdir. Başqa sözlə, üç şahiddən ikisinin ifadəsi ilə ərizəçinin 1981-ci ilin iyul ayından, ikisinin ifadəsi ilə isə 2002-ci ilin yanvar ayınadək fasiləsiz olaraq qeyd olunan İdarədə qaynaqçı işləməsi faktı təsdiq edilir. Şahid ifadələrini təkzib edən hər hansı sübut müəyyən edilmədi, bu ifadələrin sübut kimi qəbul olunmasını istisna edən hallar da mövcud deyil. Əksinə ərizəçinin apellyasiya baxışı zamanı təqdim etdiyi 14 yanvar 1984-cü il tarixli “İnşaatçı” qəzetində işlədiyi İdarədən aldığı yataqxana tipli yeni mənzilə köçürülməsi barədə məlumatla və 09 oktyabr 1987-ci il tarixli orderlə yeni 4 otaqlı mənzil alması barədə sənədlərlə onun qeyd İdarədə fasiləsiz işlədiyini təsdiq etmiş olur.
17. Maraqlı şəxs bu faktın təsdiq edilməsinin ərizəçi üçün hər hansı hüquqi nəticəyə səbəb olmadığını, yəni həmin fakt təsdiq olunsa belə, ərizəçinin qanunvericiliklə müəyyən olunmuş sığorta stajı tamamlanmadığını, bu da ona yaşa görə əmək pensiyası təyin edilməsini mümkünsüz etdiyini göstərsə də bu dəlillər ərizənin rədd edilməsi üçün əsas ola bilməzdi. Çünki, hazırki icraat üzrə ərizəçinin sığorta stajının tamamlanıbtamamlanmaması və ona yaşa görə əmək pens iyası təyin edilməsi məsələsi həll edilmir. Yəni, ərizəçi xüsusi icraat qaydasında müraciət edərkən tələbi maraqlı şəxsi ona pensiya təyin etməyə məcbur etmək olmamışdır. Hər bir halda qeyd olunan dövr üzrə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinin ərizəçiyə əmək pensiyası təyin edilməsi zamanı müsbət təsiri olacağı istisna edilmir. Başqa sözlə, ərizəçi mülki mühakimə icraatı qaydasında iş stajının müəyyən olunmasına nail olmaq istəyir. Çünki, pensiya təyin edən qurum pensiya təyin etmək üçün ərizəçidən iş stajını təsdiq edən sənəd yaxud bu faktı təsdiq edən qanuni qüvvəyə minmiş məhkəmə aktı tələb edir. Buna görə də ərizəçi işlədiyini iddia etdiyi qurumu və müddəti göstərməklə iş stajının, yəni konkret hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini istəyir. Çünki, təsdiq olunars a hüquqi fakt kimi bunun əhəmiyyəti ola bilər. Ərizəçi isə bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Ancaq bu istəyinin qanunla müəyyən edilmiş qaydada reallaşmasına inzibati orqan olan maraqlı şəxs səlahiyyətləri çərçivəsində yardım etmir, əksinə məhkəmənin müəyyən etdiyi faktı da mübahisələndirməklə ərizəçinin düşdüyü vəziyyətin bir qədər də ağırlaşdırılmasına şərait yaradır ki, bu da pensiya yaşına çatmış ərizəçinin hüquqlarının pozulmasına səbəb olur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Ərizəçi (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə tələbin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsin i xahiş etmişdir.
19. Şikayət belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsi şahid ifadələrinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, apellyasiya məhkəməsi ərizəçinin 1981-ci ilin iyul ayından 2002-ci ilin yanvar ayına kimi Bakı Baş Tikinti İdarəsinin 16 saylı Tikinti İdarəsində qaynaqçı işləməsini həmin idarədə işləmiş şahidlər ifadələri ilə təsdiq edir. Şahid ifadələrini mötəbər sübut kimi qəbul edilməməsi üçün əsaslar olmalıdır. Maraqlı şəxs şahidlərin ərizəçinin iddia etdiyi tam tarixlərdə orada işləmədiyini göstərsə də birinci instansiya məhkəməsi ərizəçinin iddia etdiyi tarixləri deyil, şahidlərin ərizəçi ilə birlikdə işlədikləri dövrü nəzərə alaraq hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən etmişdir. Başqa sözlə, üç şahiddən ikisinin i fadəsi ilə ərizəçinin 1981-ci ilin iyul ayından, ikisinin ifadəsi ilə isə 2002-ci ilin yanvar ayınadək fasiləsiz olaraq qeyd olunan İdarədə qaynaqçı işləməsi faktı təsdiq edilir. Həm birinci instansiya, həm də apellyasiya instansiya məhkəməsi tərəfindən şahidlərin işlədiyi dövrlə Ərizəçi işlədiyini iddia etdiyi dövr üst-üstə düşməməsinə baxmayaraq şahid ifadələrinə düzgün hüquqi qiymət verilməmiş və şahidlərin ifadələrini sübut kimi qəbul edilmişdir. Belə ki, məhkəmə kollegiyası bildirmişdir ki, üç şahiddən ikisinin ifadəsi ilə ərizəçinin 1981-ci ilin iyul ayından, ikisinin ifadəsi ilə isə 2002-ci ilin yanvar ayınadək fasiləsiz olaraq qeyd olunan idarədə qaynaqçı işləməsi faktı təsdiq edilir. Məhkəmə kollegiyası əsassız olaraq şahid İ.Eminovun və şahid A.Hacıyevin işə daxilolma tarixlərini n və şahid A.Hacıyevin və şahid S.Qacıyevin isə işdən azad edilmə tarixlərinin üst-üstə düşməsinə istinad edərək işləmə faktını təsdiq etmişdir. Lakin qanunvericilik normasının tələblərinə əsasən ərizəçinin iş stajının təsdiq edilməsi bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. İş üzrə materiallara əlavə edilmiş şahidlərin əmək kitabçasındakı qeydlərdən göründüyü kimi şahid İ.Eminovun xx.xx.1980-ci il tarixdən xx.xx.1999-cu il tarixədək, şahid A.Hacıyev oğlunun xx.xx.1981-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, digər şahid S.Qacıyevin xx.xx.1982-ci il tarixdən xx.xx.2002-ci il tarixədək müvafiq İdarə də işləmişdir. Lakin hər iki instansiya məhkəməsi tərəfindən əsassız olaraq üç şahiddən ikisinin işə daxilolma tarixləri, digər ikisinin isə işdən azad edilmə tarixlərini eyniləşdirərək ərizəçinin iş stajı təsdiq edilmişdir. İş üzrə cəlb edilmiş şahidlərin (İ.Eminovun, A.Hacıyevin, S.Qacıyevin) ifadələrinə əsasən onların işlədiklərini qeyd etdikləri dövr ərizəçinin tələbini əhatə etməməsi səbəbi ilə mötəbər sübut hesab edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
22. Maddə 307.2.8. M əhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır.
23. Maddə
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilərki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
24. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlil lər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
26. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır Kassasiya baxışının hədləri
27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş s übutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Apellyasiya instansiyası məhkəməsinin aktı ərizəçinin şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə mali k olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və maraqlı şəxsin dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
31. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətini n dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
32. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4032/2023 nömrəli, 19 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.