Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3937/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:öhdəliyin pozulması nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-968/2024 nömrəli, 3 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hal ları
1. İddiaçı ilə Cavabdeh arasında İddiaçı oğulan məxsus ünvan 1 evin C bloku 15-ci mərtəbəsində yerləşən 75 saylı mənzilin təmir olunmasına dair razılıq əldə olunmuş, razılığa əsasən İddiaçı evin təmiri üçün Cavabdeh 34.000 manat məbləğində pul ödəmiş, sonuncu isə həmin pulun dəyərində qeyd olunan mənzili təmir edəcəyini öhdəsinə götürmüşdür.
2. Quba rayon X6 Bölməsinin xx.xx.2023-cü il tarixli, HK/1-387 nömrəli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanılması rədd edilmişdir.
3. Cavabdeh Quba Rayon Polis Şöbəsində verdiyi izahatında göstərmişdir ki, o, əvvəldən tanıdığı İddiaçı Bakı şəhəri, Nobel prospektində yerləşən evini təmir etdirmək üçün onun zəhmət haqqı da dax il olmaqla cəmi 44.000 manata razılaşmışlar. Görüləsi işlərin kvadrat metrinidə 340 manatdan razılaşmışlar. 2022-ci ilin may-sentyabr aylarında təmir işləri apardığı dövrdə İddiaçı ona 34.000 manat məbləğində pul vermişdir. O, həmin pul vəsaiti hesabına zəruri təmir işlərini aparmış və yalnız həmin puldan ona 1.500 manat məbləğində zəhmət haqqı çatmışdır. Lakin, sonrakı dövrdə İddiaçı onun gördüyü təmir işləri ilə razılaşmamış, təmirin dizayn planında dəyişikliklər tələb etmiş və daha bahalı işlər görülməsini istəmişdir. O isə əlavə işlərin görülməsinə pul verməkdən imtina etmişdir. Əvvəldən ona verdiyi 34.000 manatın içərisində işləri görüb tamamlamasını tələb etdiyindən razılığa gələ bilməmişlər. O, İddiaçı verdiyi pulları təmirə istifadə etmiş, pullarını mənimsəməmiş, ona qarşı heç bir dələduzluq da etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Ceyhun-3 İKF ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli, 235 saylı müqaviləyə əsasən ona məxsus olan ünvan 1 ünvanda yerləşən yaşayış binası C blokun 15-ci mərtəbəsində yerləşən 75 saylı mənzilin təmiri üçün cavabdehə ödədiyi 34.000 manat məbləğində pulun və mənəvi zərərə görə 10.000 manat məbləğində pulun, iddia ərizəsinin verilməsinə görə ödədiyi 222 manat məbləğində dövlət rüsumunun və hüquqi yardım xərci kimi ödədiyi 600 manat məbləğində pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, Quba rayonu, Küpçal kəndində qeydiyyatda olsa da, çox vaxt Rus iya Federasiyasında yaşayır. Vətənə qayıtdıqda ailəsi ilə birlikdə yaşamaq üçün 2021-ci ilin oktyabr ayında “X” İKF ilə aralarında bağlanmış müqaviləyə əsasən ünvan 1 ünvanda yerləşən yaşayış binasının C blokunun 15-ci mərtəbəsində yerləşən 75 saylı təmirsiz mənzil satın almışdır. Rusiya Federasiyasına qayıtdıqdan sonra satın aldığı mənzili təmir etmək üçün əvvəllər də usta kimi tanıdığı cavabdehlə telefon vasitəsi ilə danışmışdır. Danışıqlar zamanı o, cavabdehə işlərin peşəkar şəkildə və memar tərəfindən hazırlanmış dizayna uyğun həyata keçirilməsini istədiyimi bildirmişdir. Cavabdeh də ona çalışdığı şirkətdə bu işlə məşğul olan şəxs olduğunu bildirmiş və onların sonrakı danışıqları zamanı X2 adlı şəxslə onu əlaqələndirmiş və həmin şəxs aldığı mənzilin təmirdən sonrakı görünüşü ilə bağl ı qabaqcadan dizayn nümunələrini hazırlayaraq ona göndərmişdir. O, həmin nümanələrdən biri ilə razılaşaraq təmirin həmin nümunəyə uyğun həyata keçirilməsini istəmişdir. Qeyd edilən nümunədəki dizayna uyğun təmirin həyata keçirilməsi üçün cavabdeh zəhmət haqqı və materiallarda daxil olmaqla evin təmiri üçün smeta məbləğini hesablayaraq 44.000 manata bu işi görə biləcəyini bildirmişdir. Təmir işlərinin aparıldığı müddətdə o, cavabdehə cəmi 34.000 manat məbləğində pul vəsaiti ödəmişdir. Lakin sonradan Azərbaycan Respublikasına gələrək cavabdehin üzərinə götürdüyü öhdəlik, yəni təmir işləri ilə maraqlandıqda həmin işlərin olduqca keyfiyyətsiz və natamam görüldüyünün şahidi olmuşdur. Belə ki, göndərdiyi puldan evin təmiri üçün lazım olan materialları almaq yerinə olduqca keyfiyyətsiz və ucuz mə hsullardan təmirdə istifadə etmiş, özü ilə işləyən digər ustaların ondan tələb etdikləri məhsulların hətta miqdarını da azaldaraq təhvil vermişdir. O, mütəxəssis apararaq qeyd edilən mənzildə təmir işlərinin olduqca keyfiyyətsiz aparılması ilə bağlı akt tərtib etdikdə ona məlum olmuşdur ki, mənzilin təmiri zamanı ucuz və keyfiyyətsiz döşəmə materiallarından istifadə edildiyi üçün döşəmə sökülərək yeni materiallardan istifadə olunaraq təkrar işlənilməlidir. İstilik sistemi ucuz materiallardan istifadə olunduğundan keyfiyyətsiz, eyni zamanda səliqəsiz işlənmiş, təhlükəsizlik baxımından yenidən işlənilməsi vacib hesab edilir. Su-kanalizasiya sistemidə mütləq sökülərək yenidən quraşdırılmalıdır. Divarlarda da üzlük işi başa çatdırılmamışdır. Asma tavanlar da dizayn razılaşdığımız kimi deyildir. Kafel metlax üzlüklər işi yararsız vəziyyətdədir və sökülərək yenidən işlənməlidir. Akta əsasən mənzilin təmirində istifadə olunan mal-materiallara və görülən işlərə uyğun smeta-hesabatı aparılmışdır. Hesabat zamanı təmirə istifadə olunan mal-material qiymətləri və işçi-əməkçi xərcləri 16.900 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi cavabdeh iddiaçının ona ödədiyi 34.000 manat məbləğində pulun demək olar ki, çox hissəsini evin təmirinə deyil, özünə xərcləmiş, evin təmirinə xərclədiyi işləri də olduqca keyfiyyətsiz gördüyü üçün artıq həmin vəziyyətdə evi təmir edib tamamlamaq mümkün deyildir. Cavabdeh razılaşdıqları layihəyə uyğun təmir işləri aparmamışdır. Görülən işlər sökülərək yenidən görülməlidir. O, cavabdehin ona qarşı etdiyi əməllərə görə ərizə ilə Quba Rayon Polis Şöbə sinə də müraciət etmişdir. Lakin aparılmış araşdırma nəticəsində cavabdeh ilə araların da olan münasibətlərin mülki xarakterli olduğu əsası ilə 25 fevral 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdehin ona guya mənzilində işlərin tez başa çatması üçün briqada işlətdiyi ilə bağlı bildirdiyi fikirlər də həqiqətə uyğun olmamışdır. Mənzildə bir iki nəfər şəxs işləmişlər ki, həmin şəxslərdən X1 və X4 notariat qaydada ərizə təqdim edərək cavabdeh tərəfindən onlara istədikləri miqdarda və keyfiyyətdə materialın verilmədiyini, hətta zəhmət haqlarının tam ödənilmədiyini bildirmiş və görülən işlərin keyfiyyətsiz olduğunu təsdiq etmişlər. Eyni zamanda qeyd edilən mənzilin dizayn i şlərini aparmış və bununla bağlı ilkin layihələri hazırlamış X2 da mənzildə aparılan təmirin onun verdiyi dizayn əsasında deyil, tamamilə fərqli aparıldığını təsdiq edir. Göründüyü kimi iş üzrə cavabdeh ondan mənzilin təmiri adı altında 34.000 manat məbləğində pul almış, lakin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, mənzilini təmir etməyərək ona maddi və mənəvi zərər vurmuşdur. Cavabdehin hüquqa zidd davranışı nəticəsində o, çox böyük mənəvi sarsıntı keçirmiş, övladı Bakı şəhərində tələbə olsa da, öz evləri ola-ola kirayə qalmağa məcbur olmuş, Rusiya Federasiyasından Azərbaycana gələrkən planlaşdırdığı kimi öz evində ailəsi ilə birlikdə qalaraq normal istirahətini həyata keçirə bilməmiş, əksinə cavabdehin təqsirli hərəkətləri nəticəsində mütəxəssis, polis, prokurorluq orqanlarında za manını keçirmişdir. Ona vurulmuş mənəvi ziyanı 10.000 manat məbləğində dəyərləndirir. Ona dəymiş ziyan cavabdehin hərəkətləri nəticəsində başverdiyi üçün onun tərəfindən ödənilməlidir.
6. Məhkəmə icraatı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 3-16-16/2-10/5350 saylı, xx.xx.2023cü il tarixli eksert rəyi ilə ünvan 1 ünvanda yerləşən yaşayış binası C blokun 15- ci mətəbəsində yerləşən 75 saylı mənzil üzrə aparılmış təmir işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 12.047 manat məbləğində olduğu müəyyən edilmişdir. Mənzil üzrə mövcud olan qüsurların qaldırılması üçün aparılmalı təmir və bərpa işlərinə sərf olunmalı vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 6005 m anat məbləğdə olduğu müəyyən edilmişdir.
7. Məhkəmə icraatı zamanı iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli akt məhkəmə tərəfindən tədqiq olunmuşdur. Belə ki, həmin akta əsasən ünvan 1 ünvanda yerləşən yaşayış binası C blokun 15-ci mərtəbəsində yerləşən 75 saylı mənzilin təmiri üçün ümumilikdə 16.900 manat məbləğində vəsait xərclənmişdir.
8. Quba Rayon Məhkəməsinin 6 fevral 2024-cü il tarixli, 2(027)-66/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilərək, cavabdehdən 21.953 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət olunmuşdur (hakim- Rahim Həsənov).
9. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehdən 34.000 manat məbləğində pulun alınıb ona verilməsini tələb etmişdir. İş üzrə təyin edilmiş və keç irilmiş məhkəmə tikinti-texniki ekspertizasının 3-16-16/2-10/5350 saylı, xx.xx.2023-cü il tarixli eksert rəyi ilə mübahisə predmetini təşkil edən mənzilə sərf olunmuş vəsaitin dəyəri 12.047 manat müəyyən edilmişdir.
10. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı 34.000 manat məbləğində pulu mübahisəli mənzilin təmiri üçün cavabdehə vermiş, cavabdeh həmin məbləğdən 12.047 manatını evin təmiri üçün xərcləmişdir. Qalan 21.953 manat məbləğində pulu (34.00012047=21953) isə öhdəliyin icrası üçün sərf etməmişdir. Cavabdeh Quba rayon Polis Şöbəsində verdiyi izahatında iddiaçının verdiyi pulları təmirə istifadə etdiyini qeyd etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.
11. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli və cavabdehdən iddiaçın ın xeyrinə 21.953 manat məbləğində pul tutulmalıdır.
12. Məhkəmə iddianın mənəvi zərər hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı cavabdehdən 10.000 manat məbləğində mənəvi zərərin alınaraq ona verilməsini xahiş etsə də, lakin, iddiaçı cavabdehin hərəkətlərindən ona dəymiş mənəvi ziyan ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
13. İddia tələbinin mənəvi zərər hissəsinin həlli üçün məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinad edilməsini zəruri hesab edən məhkəmə kollegiyası mənəvi zərərlə bağlı fikrini belə əsaslandırmışdır ki, Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların ş əxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadan gəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.
14. Məhkəmə həmçinin qeyd etmişdir ki, mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə bir likdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”.
15. Məhkəmə qətnaməsində Azərbaycan Respublikasının Konstitusiyasının125-ci maddəsinin Vİİ hissəsinə, 127-ci maddəsinin İİ və Vİİ hissələrinə; Mülki Məcəlləsinin 385.1,386.1, 390, 405.1, 425, 442, 445.2.1, 445.2.2, 752.1, 756.1, 762.1, 762.3, 765, 769cu maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-66/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi onun öhdəliyini lazımınca icra etmədiyini bildirsə də, iddiaçının da öz öhdəliyini lazımınca icra etməməsi məsələsinə toxunmamışdır. Belə ki, iddiaçı özü iddia ərizəsində qeyd etmişdir ki, 44.000 manata razılaşmış və 34.000 manat ödəniş etmişdir. Sözsüz ki, smetada müəyyənləşdirilmiş məbləğ ödənilməyincə, görülmüş işlərin yüksək səviyyədə olmaması tam normaldır. Alınacaq materialların keyfiyyəti barədə də iddiaçı özü məlumatlı olmuş, yaxşı keyfiyyətdə işə özü razı olmamışdır. İlkin olaraq iddiaçı özü öhdəliyini lazımi qaydada icra etməli idi ki, sonra onun öhdəliyi icra-edib etməm əsi məsələsi araşdırılsın. Ümumiyyətlə isə iddiaçı daim qiymət azaltmaqla məşğul olmuş, keyfiyyət onu maraqlandırmamışdır. Belə ki, dizayn işləri üçün ilkin olaraq kv.m 40 manata təklif etsədə, bununla razılaşmamış, sonradan kv.m 10 manata X2 ilə razılaşmışdır. Evin ümumi sahəsi 131 kv.m olaraq razılaşsaq da, sonradan balkonu da hesaba qataraq əlavə 10 kv.m-dən artıq ərazinində təmirini onun öhdəsinə qoymuşdur. Birinci instansiya məhkəməsi onlar arasında hansı keyfiyyətdə işin görülməsi barədə razılaşmanın olub-olmaması məsləsini araşdırmamışdır. Keçirilmiş eskpertiza isə ümumiyyətlə hansı metodikadan, hansı qiymətləndirmədən istifadə etdiyi anlaşılmır. Belə ki, iddiaçının özünün mütəxəssis apararaq tərtib etdirmiş olduğu aktda görülmüş işlərin, materialların ümumi dəyəri olaraq 16.900 man at müəyyən etməsinə baxmayaraq, iş üzrə təyin edilmiş məhkəmə tikintitexniki ekspertizasının 3-1616/2-10/5350 saylı, xx.xx.2023- cü il tarixli ekspert rəyində 12.047 manat məbləğin müəyyən edilməsi gülüncdür. O səbəbdən gülüncdür ki, iddiaçının ilkin olaraq özünün aparmış olduğu mütəxəssisin tərtib etmiş olduğu hesabatdan daha az məbləğin ekspert tərəfindən müəyyən edilməsinin heç bir praktiki əhəmiyyəti yoxdur. Çünki mütəxəssis iddiaçı tərəfindən dəvət olunduğuna görə və iddiaçınında onun hesabatı ilə razı olaraq iddia ərizəsinə əlavə etməsi onu göstərir ki, görülmüş işlərin həcmi ekspert rəyindən çoxdur. Sözsüz ki, mütəxəssis rəyindəki məbləğlə də razılaşmır, amma ekspertin hansı metodika, hansı araşdırma əsasında bu qənaətə gəlməsi ən azı məhkəmədə şübhə oyandırmalı idi və məhkəmə ekspe rt rəyi ilə bağlı olmadığını nümayiş etdirməli idi.
18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-968/2024 nömrəli, 3 iyul 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)66/2024 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), İlqar Dəmirov və Fuad Məmmədov).
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisə ilə bağlı mövqeyini düzgün hesab edərək, işin mübahisəsiz halları kimi müəyyən etmişdir ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər yaranmışdır. İşin digər mübahisəsiz halı isə ondan ibarətdir ki, iddiaçı cavabdehə təmirə görə 3 4.000 manat məbləğində pul vəsaiti vermişdir.
20. İlk öncə məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, bu xarakterli işlərdə ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
21. Fikrin davamı olaraq məhkəmə kollegiyası, qanunvericiliyin sübutlarla bağlı tələbinə diqqəti çəkərək daha sonra qeyd etmişdir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta bir mənalı bağlı olmalı, yəni həmin faktınvarlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübutedilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əs as verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
22. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hazırkı iş üzrə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyini mötəbər sübut növü hesab etmiş və həmin rəyə uyğun məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını məqsədə müvafiqhesab etmişdir.
23. Apellyasiya şikayətinin digər dəlilləri (cavabdehin özünündə ziyana düşməsi, çəkişmə prinsipinin pozulması, aralarında yazılı müqavilənin olmaması və s.) ilə razılaşmayan məhkəmə kollegiyası hə mçinin qeyd etmişdir ki, şikayətdə qeyd edilən dəlillər heç bir əsaslı sübutla əlaqələndirilməmiş, habelə həmin dəlillər əsassız olmaqla, iddia tələbinin bütövlükdə rədd edilməsi üçün əsas ola bilməz.
24. Belə ki, cavabdeh həmin nəticə ilə razılaşmayaraq apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi çəkişmə prinsipini pozaraq yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanaraq ona münasibətdə iddia tələbini qismən təmin etmişdir.
25. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək müəyyən etmişdir ki, cavabdeh çəkişmə prinsipinin pozulmasına istinad etsə də, iş materiallarının 86-cı səhifəsində olan xx.xx.2023-cü il tarixli məhkəmənin iclas protokolundan görünür ki, cavabdeh məhkəmə iclasda iştirak etmiş, iş materiallarının 116-cı səhifəsin də olan məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, o məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olmuş, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək məhkəmə iclasının təxirəsalınmasını xahiş etmişdir.
26. Göründüyü kimi, cavabdehin çəkişmə prinsipinin pozulmasına dair dəlili əsassız olmaqla məhkəmə kollegiyasının araşdırması zamanı təkzib olunmuşdur.
27. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, cavabdehə apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir.
28. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək, bu dəlillərin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilmədiyini və qey d olunan hüquq normalarının tələblərindən çıxış edərək, yekun olaraq bildirmişdir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zaman da ədalətli və qanuni mövqedir.
29. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 389.1, 405.1, 425.1, 442, 447.1, 752.1, 759.1, 759.2, 762.1, 762.2, 762.3 və 769-cu; habelə Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 87.2, 88, 101.7, 103.1,217.3, 217.4, 384.0.1, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
30. Cavabdeh kassasiya şikayəti verərək, (Vəkil) iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işi n yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, aralarında bağlanmış şifahi müqaviləyə əsasən o, iddiaçının 131 kv. metrlik evini 44.000 manat pul müqabilində təmir etməli idi. İddiaçı pulun bir hissəsini 34.000 manatını hissə-hissə ona vermiş, o isə bunun müqabilində iddiaçının mənzilinin 80 faizini təmir edib başa çatdırmışdır. Aralarında olan müqavilənin şərtlərini iddiaçı dəfələrlə pozmuş, görülmüş işləri sökdürüb təzədən gördürmüşdür. Əlavə olarq 5 kv. metr sahənin də təmir etməsini onun boynuna qoymağa cəht etmişdir. Həmçinin, pulun yerdə qalan hissəsini, yəni 10.000 manatı ona ver mədiyindən o evin təmir işini tam başa çatdıra bilməmişdir. O, qeyd edilən evdə 6 ay təmir işləri aparmışdır. Tək onun zəhmət haqqı 1500 manat edir. Beləliklə, aralarında bağlanmış şifahi müqavilə onun tərəfindən yox, iddiaçı tərəfindən pozulmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
34. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nə zərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
35. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
36. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
37. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
38. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
39. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
40. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavil ədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.
41. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
42. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
43. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifad ə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
44. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.
45. Maddə
769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.
51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi fakt lara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
56. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 5
7. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
58. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq müəyyən etmişdir ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər yaranmış və iddiaçı sözügedən mənzildə müvafiq təmir işləri aparmaq üçün cavabdehə cəmi 34.000 manat məbləğdə pul vermişdir.
59. Apellyasiya instansiyası məhkəməsi həmçinin işə əlavə edilmiş sübutları araşdıraraq müəyyən etmişdir ki, iddiaçıya məxsus mənzildə cavabdeh tərəfindən görülmüş təmir işlərinə sərf olunan vəsaitin baza r qiymətinə uyğun olaraq dəyəri ümumilikdə 12.047 manat təşkil edir. Qeyd olunan hal işə əlavə edilmiş ekspert rəyi ilə də təsdiq olunur. Ona görə də iddia tələbi 21.953 manat məbləğdə əsaslı olduğundan təmin edilməlidir.
60. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh kassasiya şikayətində iddiaçıya məxsus mənzildə altı aya yaxın müddətdə təmir işləri apardığını və bu məqsədlə dəfələrlə Quba rayonundan Bakı şəhərinə gəlib- getməyinə görə vəsait xərclədiyini, lakin iddiaçının bunun üçün ona hər hansı məbləğdə muzd ödəmədiyini və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1-ci maddəsinin mənasına görə, hər bi r tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
61. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, cavabdeh, etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən zəriri sübutları toplamaqla ayrıca birinci instansiya məhkəməsində qeyd olunan hallarla bağlı mübahisə aça bilər. Ona görə də hazırkı iş üzrə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhk əməsi Mülki kollegiyasının 3 iyul 2024-cü il tarixli, 2(105)-968/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.