Məhkəmə qərarları › İş №2(102)-3938/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3938/2019

04.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3938/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı və vəkili X5 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli qiyabi qətnaməsi ilə (hakim Ə.Səmədov, iş № 2(008)-xx/18) İddiaçı cavabdehlər Azərbaycan Respub likası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə, Bakı şəhəri 39 saylı Notariat Kontoruna və İsgəndərov X8 qarşı “çıxarışın və texniki pasportun ləğv edilməsi” tələbinə dair iddiası təmin edilərək, İddiaçı atası X3 miras qalmış Bakı şəhər,ev1 26.03.2011-ci ildə X1 verilmiş seriya MA ******* nömrəli çıxarışın və texpasportun ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh İsgəndərov X9 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov-sədrlik edən və məruzəçi, T.Səmədov və E.Kazımov, iş № 2(103)xx/19) apellyasiya şikayəti təmin olunaraq Sabunçu Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməmişdir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə, Bakı şəhəri 39 saylı Notariat Kontoruna və İsgəndərov X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası X4 miras qalmış Bakı şəhər, Sabunçu rayonu, ev1 26.03.2011-ci ildə X1 verilmiş seriya MA ******* nömrəli çıxarışın və texpasportun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şi kayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçı və vəkili R.Yusifov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Cavabdeh2 Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərə fin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçının və vəkilinin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddianı rədd edərkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməs i müəyyən etmişdir ki, mübahisə predmetinin yönəldiyi Bakı şəhər, ev1 iddiaçının atası X6 məxsus olmuşdur. H.İsgəndərov xx xx 1988ci ildə vəfat etmişdir, bu barədə 02.09.1988-ci ildə 13 nömrəli akt tərtib olunmuşdur. Onun yeddi övladından üçü – qızı X1, oğlu X2, oğlu X3 hazırkı cavabdeh X4 xeyrinə mirasdan imtina etmiş, bu barədə notarial qaydada ərizə də vermişlər. Bundan sonra Bakı şəhəri, EV1 cavabdeh X4 adına qeydiyyatdan keçirilmiş, o isə həmin evi 15.02.2011-ci il tarixli bağışlama müqaviləsi ilə qızı X2 bağışlamışdır. Z.İsgəndərovanın həmin evə mülkiyyət hüququ qeydiyyata alınaraq ona müvafiq çıxarış verilmişdir. İddiaçı bundan nə özünün, nə də digər iki qardaşının xəbəri olmadığını, bu məsələdən yalnız 2015-ci ilin iyun ayında xəbər tutduqlarını qeyd etmişdir. Bundan sonra o, Sabun çu Rayon Məhkəməsinin mübahisəli evə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin X4 verilməsi barədə qətnaməsindən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 15.09.2015-ci il tarixli qərardadı ilə onun apellyasiya şikayəti qismən təmin edilərək, qətnamə ləğv olunmuş, şəhadətnamə verilməsi barədə X4 ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi də iddianı təmin edərək çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Göründüyü kimi, Bakı şəhər, ev 1 15.02.2011-ci il tarixli bağışlama müqaviləsi ilə Z.İsgəndərovaya bağışlanmışdır. Onun həmin evə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətində müvafiq qaydada qeydiyyata alınmışdır, seriya MA ******* nömrəli çıxarış isə həmin qeydiyyata dair məlumatları özündə əks etdirir. Buna görə də çıxarışın ləğv edilməsi, məhv olması, hər hansı qaydada zərər görməsi X4 evə olan mülkiyyət hüququnu ləğv etmir. Belə ki, onun mülkiyyət hüququ bağışlama müqaviləsi əsasında yaranmış və qeydiyyata alınmışdır, hazırda həmin qeyd qüvvədədi r. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutlara düzgün hüquqi qiymət verməyərək, maddi hüquq normalarının tətbiq və təfsirində səhvə yol verərək düzgün olmayan qənaətə gəldiyindən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kim i istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, q ərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri ö z təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2019-cu il tarixli, 2(103)-xx/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar