Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-394/2025 25.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözləri: yaşayış sahəsindən istifadə hüququnun itirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu, Babayev Zəki Baba oğlu və X2 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2024-cü il tarixli, 2(105)-1509/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araş dıraraq aşağıdakıları müəyyən etmişlər:
2. X8 ilə X9 xx.xx.1979-ci il tarixdə nikaha daxil olmuşlar. X9 xx.xx.2004-cü ildə vəfat etmişdir;
3. X6 ilə X10 xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuşlar. X8 xx.xx.2017-ci il tarixində vəfat etmişdir;
4. Cavabdeh xx.xx.2017-ci il tarixində vəfat etmiş atası-X3 miras qalmış əmlaklardakı ona çatası payından qardaşı - X4 xeyrinə imtina etmişdir. Miras əmlak olan Abşeron rayonu, Xırdalan şəhəri, ev 2, mənzil 35-dən X5 vərəsəsi X11 miras əmlakdan 1/1 hissədə pay almışdır;
5. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-5358/2021 nömrəli qətnaməsi ilə, Sumqayıt Asan Xidmət mərkəzinin Notariat ofisində X4 adına xx.xx.2017-ci il tarixində 2V-790 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin eti barsız hesab edilməsi, xx.xx.2017-ci il tarixində 2V-790 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş ******* reyestr nömrəli xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsi, X3 miras qalmış Abşeron rayonu, Xırdalan qəsəbəsi, 24-cü məhəllə, ev 2, 35 saylı mənzilə X1 1/3 hissədə miras payının müəyyən edilməsi qət edilmişdir;
6. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-76/2023 nömrəli qətnaməsi ilə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı X1 Cavabdeh, Sumqayıt “Asan xidmət” mərkəzi notariat ofisinə qarşı qan un üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və miras almış əmlaka payların müəyyən edilməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir;
7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2158/2023 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-76/2023 nömrəli iş üzrə 1 fevral 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır;
8. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllədə yerləşən 2 nömrəli evin, 35 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir;
9. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1352/2024 nömrəli qərardadı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə qarşı “Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllədə yerləşən 2 nömrəli evin 35 saylı mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehin Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllədə yerləşən 2 saylı evin 35 saylı mənzildən istifadə hüququna xitam verilməsi b arədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllədə yerləşən 2 nömrəli evin, 35 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Həmin mənzil ona vərəsəlik qaydasında ərindən keçmişdir. Cavabdeh onun baldızıdır. Cavabdeh 2006-cı ildə ailə qurduqdan sonra daimi yaşamaq üçün ərinin evinə köçmüşdür. O, Cavabdeh ilə birlikdə onun mülkiyyətində olan mənzildə heç vaxt birlikdə yaşamamışlar və heç vaxt birgə təsərrüfat aparmamışlar. Cavabdeh onun mülkiyyətində olan evdə pasport qeydiyyatında qaldığına görə o, cavabdehin əvəzinə kommunal xərclərini ödəmək məcburiyyətində qalmışdır. Hazırda onun mülkiyyətində olan mənzilə dair sahiblik, istifadə və sərəncam hüquqları pozulmuşdur. Cavabdeh 2006-cı il tarixdən mübahisəli mənzili tərk edərək ərinin evinə köçmüşdür, belə olan təqdirdə onun mübahisəli mənzildə formal olaraq istifadə hüquqlarının saxlanması mülkiyyətçi kimi onun sözügedən mənzillə bağlı sərbəst sərəncam vermək və mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir.
12. Cavabdeh iddiaya etiraz edərək mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı iddiası əsassızdır və təmin edilməməlidir. Mübahisəli mənzili Cavabdeh (5 fevral 1983-cü ildə doğulmuşdur) ailəsi ilə birlikdə (atası, anası, qardaşı və özü) Azərbaycan SSR dövründə əldə etmiş, mənzil fondunun özəlləşdirilməsi haqqında qanun un tələblərinə uyğun olaraq mənzil özəlləşdirilmiş, Cavabdeh anası Fərəcova (Xaşayeva) Səlimət Musa qızı vəfat etdikdən sonra, mənzil atasının (X7) adına qeydiyyata alınmışdır. Bu isə o deməkdir ki, atası 2017-ci ildə vəfat etdikdən sonra vərəsəlik zamanı Cavabdeh atasından miras qalmış əmlaklardan ona çatası paydan qardaşının xeyrinə imtina etməsi onun həmin mənzildən istifadə hüququna xələl gətirə bilməz. Çünki, bu istifadə hüququ təkcə vərəsəlik münasibətlərindən deyil, ondan daha əvvəl, yuxarıda qeyd edilən müxtəlif əsaslarla (istər dövlətin ailəyə yaşamaq üçün verdiyi mənzil kimi, istərsə də mülkiyyətçinin ailə üzvü kimi) yaranmışdır və mövcuddur. Cavabdeh mübahisəli mənzildən istifadə hüququ həm də münasibətin yarandığı dövrdə qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsi ilə də tanın ır və qorunur. Mülki Məcəllənin müvafiq maddələrinə əsasən: 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. İddiaçının iddia ərizəsində isə heç bir kompensasiya verilmədən istifadə hüququna xitam verilməsi tələb edilir. Bu isə qanunsuzdur.
13. Abşeron Rayon Məhkəməsinin 4 iyul 2024-cü il tarixli, 2(012)-2658/2024 nömrəli qətnaməsi ilə (hakim-Habil Əhmədov) iddia ərizəsi təmin edilmişdir.
14. Birinci instansiya məhkəməsinin mövqeyi onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh mübahisəli Abşeron rayonu Xırdalan şəhəri 24-cü məhəllə 2 saylı evin 35 saylı mənzilin iddiaçının həyat yoldaşının mülkiyyətinə verilməsinə dair ərizə verərək, həmin mənzildən miras payını əldə etməkdən imtina etmişdir. Qanunvericiliyin tələblərinə istinad edərək məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdehin mübahisə predmeti olan mənzili uzun müddət əvvəl tərk edərək başqa yaşayış ünvanına köçməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, bu hal həmin cavabdehin istifadə hüququnun da saxlanılmasını qeyri-mümkün etmiş dir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni xx.xx.2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123, 53, 60 və 87, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 və 157.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 62.1, 76.1, 76.2, 88, 106.1, 14.2, 4.1, 217.2, 217.4, 218.3, 119.1, 124.1,216-220, 227, 233 və 360-cı maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil Azərbaycan SSR-i dövründə Fərəcovlar ailəsinə verilmiş, ailə (ata, ana, övladları: qardaş və ba cı) orada daim yaşamışdır. Mənzil fondunun özəlləşdirilməsi qanunvericiliyinə uyğun olaraq mənzil öncə arvadın, o, öldükdən sonra atanın mülkiyyətinə qeydiyyata alınmışdır. Ata vəfat etdikdən sonra mənzil qardaşın adına keçmiş, qardaş öldükdə isə yeganə varis olan qardaş arvadının mülkiyyətinə keçmişdir. İndi həmin mülkiyyətçi hesab etmişdir ki, hələ Azərbaycan SSR dövründən orada yaşayan və mənzilə istifadə hüququ olan baldızının (cavabdeh) istifadə hüququna kompensasiya verilmədən xitam verilməlidir. Cavabdeh isə haqlı olaraq hesab etmişdir ki, ona kompensasiya verilməlidir. Məlumat üçün bildirmişdir ki, cavabdehin qardaşı öləndən qısa müddət sonra, artıq bir neçə ildir ki, mülkiyyətçi baldızını mənzilə buraxmır. Məhkəmə bu normaların tətbiqində səhvə yol vermişdir. Əvvəla, Cavabdeh tərə findən Bakı şəhəri Asan Xidmətinə verilmiş, xx.xx.2017-ci il tarixində vəfat etmiş atası-X3 miras qalmış əmlaklardakı ona çatası payından qardaşı - X4 xeyrinə imtina etməsi ərizəsi məzmunundan da göründüyü kimi, atasından ona qalan paydan imtina barədədir, bir neçə əsasla mövcud olan istifadə hüququndan imtina barədə yox. İkincisi, köhnə Mənzil Məcəlləsi qüvvədən düşdükdə cavabdeh istifadə hüququna malik idi, iddiaçı isə mülkiyyətçi deyildi. Cavabdehin istifadə hüququnun ən azı bir neçə müstəqil hüquqi əsası var, məsələn: Azərbaycan SSR dövründə mənzilə dair verilmiş orderdən yaranan istifadə hüququ; Köhnə Mənzil Məcəlləsinə əsasən yaranmış istifadə hüququ; Mənzil fondunun özəlləşdirməsi qanunvericiliyini (subyektiv hüquq) əsasında istifadə hüququ; Ana və atasının mülkiyyətçi olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən övlad kimi yaranan istifadə hüququ; Qardaşı mülkiyyətçi olduğu zaman ailə üzvü (bacı) kimi qardaşının etiraz etməməsi ilə yaranmış istifadə hüququ. Bu əsaslarla yaranmış və mövcud olan istifadə hüququna kompensasiya verilmədən xitam verilə bilinməz. Məhkəmə Mülki Məcəllənin 158-ci maddəni tətbiq etməli olduğu halda, etməmişdir. Cavabdehin mənzildən istifadə hüququ vardır və hətta mülkiyyətçi də bu hüququ poza bilməz. İstifadə hüququna kompensasiya verilmədən xitam verilməsi bu hüququn pozulmasıdır. Birinci instansiya məhkəməsində ifadəsi alınmış şahid işin nəticəsində bilavasitə maraqlıdır. Belə ki, o, iddiaçının atasıdır. İkincisi isə, şahid bildirmişdir ki, cavabdehin atası Çingiz Fərəcov qızının (cavabdehin) ailə qurduqdan sonra məhz 2015-ci ildən ə ri ilə yaşadığını bildirmişdir. Yəni hətta şərti olaraq onun dediyinin həqiqət olduğunu götürsək belə, bu 2006-cı ilə yox, 2015-ci ildən sonrakı dövrə aid ola bilər (cavabdehin daimi əsasla mübahisəli mənzildə yox, başqa yerdə yaşaması). Məhkəmə qətnamədə qeyd etmişdir ki, Cavabdeh 1983-cü ildən Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllədə yerləşən 2 saylı evin 35 saylı mənzilində qeydiyyatda olması, lakin yaşamaması Abşeron rayon İcra Hakimiyyəti 3 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 821 saylı arayışla öz təsdiqini tapmışdır. Halbuki, əvvəla həmin qurumun belə bir səlahiyyəti yoxdur. Həmin qurum həm də bu fakta nəzarət və onu təsdiq edəcək imkana da malik deyil. Onların arayışda qeyd etdikləri isə ümumiyyətlə həqiqət d eyildir. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə bu normanın tələbini pozmuşdur. Mübahisə iddiaçının mülkiyyətçi olmasından - yəni 2021-ci ildən yaranmışdır. Məhkəmə isə yalnış olaraq bu ili köhnə Mənzil Məcəlləsinin aid olduğu dövrlə əlaqələndirmişdir. İddiaçı cavabdehin Xəyam Fərəcov ölməmişdən əvvəl o mənzildə yaşamadığını sübut etməmişdir (bu mümkün də deyil).
18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Almaz Süleymanova – sədrlik edən və məruzəçi, Mirbahəddin Hüseynov və Afiq Hüseynzadə) 26 sentyabr 2024-cü il tarixli, 2(105)-1509/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiy a məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya şikayətin dəlilindən göründüyü kimi cavabdeh birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilməməsini mübahisələndirmişdir. Kollegiya şikayətin dəlilini əsassız hesab etmişdir. Şikayətin digər dəlili cavabdehin istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi ilə bağlıdır ki, məhkəmə kollegiyası bu dəlili də əsaslı hesab etmişdir. Kompensasiya verilməklə istifadə hüququna xitam verilməsini tələb hüququ mülkiyyətçiyə aid olan hüquqdur. Hazırkı halda iddiaçı – mülkiyyətçi kompensasiya təklif etmədən cavabdehin istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Məhkəmədə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh 2006-cı il tarixdən nikaha daxil olaraq ərinin evinə köç üb getmiş və həmin vaxtdan, iyirmi ilə yaxın müddətdir ki, davamlı olaraq başqa yaşayış sahəsində yaşayır, könüllü olaraq mübahisəli evdən istifadə etmir.
20. Məhkəmə kollegiyası bu nəticəyə gəlmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnam ənin ləğv edilməsini, işin təkrar apellyasiya instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Mülki Məcəllənin 158-ci maddəsini tətbiq etməli olduğu halda, etməmişdir. Cavabdehin mənzildən istifadə hüququ vardır və hətta mülkiyyətçi də bu hüququ poza bilməz. İstifadə hüququna kompensasiya verilmədən xitam verilməsi bu hüququ pozulmasıdır. Mübahisə iddiaçının mülkiyyətçi olmasından, yəni 2021-ci ildən yaranmışdır. Məhkəmə isə yalnış olaraq bu ili köhnə Mənzil Məcəlləsinin aid olduğu dövrlə əlaqələndirmişdir. Şahid işin nəticəsində bilavasitə maraqlıdır. Belə ki, iddiaçının atasıdır. İkincisi isə, şahid bildirmişdir ki, cavabdehin atası Çingiz Fərəcov qızının (cavabdehin) ailə qurduqdan sonra məhz 2015-ci ildən əri ilə yaşadı ğını bildirmişdir. Yəni hətta şərti olaraq onun dediyinin həqiqət olduğunu götürsək belə, bu 2006-cı ilə yox, 2015-ci ildən sonrakı dövrə aid ola bilər (cavabdehin daimi əsasla mübahisəli mənzildə yox, başqa yerdə yaşaması). b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq xx.xx.2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi
24. Maddə
60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.
25. Maddə
87. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
26. Maddə
123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol v erilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fak tiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müə yyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Mübahisəyə mahiyyəti üzrə baxa n məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdeh uzun müddət ərzində daimi olaraq başqa yerdə yaşamaqla mübahisənin obyekti olan yaşayış sahəsinə istifadə hüququnu itirmişdir.
36. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
37. Kollegiya cavabdehin dəlillərini əsaslı hesab etmir, ona görə ki, yaşayış sahəsindən istifadə etmək hüququnun qanuni əsaslarla aradan qalxa bilər.
38. Hətta (2009-cu ilin oktyab r ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 53, 54, 123-cü maddələrindəki istifadə hüququ ilə oxşar məzmundan olan) şəxsi servitut sayılan mənzildən istifadə hüququ, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yarandıqdan sonra müvafiq şərtlər gerçəkləşdikdə (məsələn, istifadə hüququ sahibi ayrı yaşayış sahəsi əldə etdikdə, daimi olaraq yaşamaq üçün başa yerə köçdükdə və s.) həmin hüququn hər hansı kompensasiya verilmədən qanuna əsasən aradan qalxması mümkündür.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında göstərmişdir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar ar adan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür.
40. O da qeyd edilməlidir ki, işin faktiki kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə u yğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
42. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sen tyabr 2024-cü il tarixli, 2(105)-1509/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.