Məhkəmə qərarları › İş №2(102)-3942/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3942/2023

05.12.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3942/2023 05.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Goranboy rayon Səfikürd tam orta məktəbinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Goranboy rayon Səfikürd tam orta məktəbinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə bağlı Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-896/2023 nömrəli iş üzrə 03 may 2023-cü il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Goranboy rayon Səfikürd tam orta məktəbinin xx.xx.2017-ci il tarixli 145 nömrəli əmrinə görə, İddiaçı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “ğ” bəndinə uyğun olaraq sözügedən məktəbdə vakansiya olan 5 saat dərsə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək müddətli əmək müqaviləsi bağlanmışdır. 2. xx.xx.2022-ci il tarixli 220 nömrəli çıxarışa görə, İddiaçı xx.xx.2022-ci il tarixdə analıq məzuniyyəti bitdiyi üçün işdə hesab edilmiş və həmin tarixdə onunla bağlanmış əmək müqaviləsinə müddətli olduğu nəzərə alınaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. 3. 049798 nömrəli əmək kitabçasına əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “ğ” bəndinə əsasən İddiaçı ilə Cavabdeh4 arasında həmin məktəbdə vakansiya olan 5 saat dərsə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək müddətli əmək müqaviləsi bağlanmış, müddətli müqavilə ilə işə götürülən riyaziyyat müəllimi xx.xx.2022-ci il tarixində analıq məzuniyyəti bitdiyi üçün işdə hesab edilmiş və həmin tarixdən onunla bağlanmış əmək müqaviləsinə müddətli olduğu nəzərə alınaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. 4. 104344 nömrəli diplomun surətinə görə, Dövlət Attestasiya Komissiyasının xx.xx.2016-cı il tarixli qərarı ilə İddiaçı riyaziyyat müəllimliyi ixtisası üzrə bakalavr ali peşəixtisas dərəcəsi verilmişdir. 5. 19.10.2017-ci il tarixli “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”nə əs asən, İddiaçı ilə Baş idarə müdiri işəgötürən X1 arasında xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək müddətli əmək müqaviləsi bağlanmışdır. 6. xx.xx.2019-cu il tarixli “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə görə, İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin növü dəyişdirilərək müddətsiz kimi qeyd edilmişdir. 7. xx.xx.2022-ci il tarixli “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə əsasən, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin növü müddətsiz qeyd edilmişdir.

8. Cavabdeh4 məktəb üzrə 22 və 23 nömrəli əmr kitablarına görə, İddiaçı ilə məktəb arasında müddətli əmək müqaviləsinin bağlanması və ayrı-ayrı vaxtlarda iki uşağı dünyaya gəldiyi üçün xx.xx.2018-ci il tarixindən etibarən uzun müddətli analıq mə zuniyyətinə buraxılması barədə işəgötürən tərəfindən müxtəlif vaxtlarda əmrlər verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin direktorunun onun barəsində qəbul etdiyi 19 avqust 2022-ci il tarixli 220 nömrəli əmrinin etibarsız hesab edilməsi və onun Goranboy rayon Səfikürd tam orta məktəbinə, əvvəlki işinə bərpa olunmağı və bununla əlaqədar olaraq əmək müqaviləsinə xitam verildiyi gündən həmin vəzifəyə bərpa olunacağı günədək ona həmin vəzifəyə görə çatası əmək haqqının cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

10. Goranboy Rayon Məhkəməsinin 2(045)-1777/2022 nömrəli iş üzrə 18 noyabr 2022-ci il tarixli qətnaməs i ilə (hakim T.Mustafayev) iddia rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, əmək müqaviləsi bildirişi əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin qeydiyyata alınması üçün elektron sənəddir. Yəni, qanunvericiliyin tələbləri baxımından əmək müqaviləsi bildirişi tərəflər arasında əmək münasibətlərinin yaranması əsası deyil, həmin münasibətlərin qeydiyyata alınması üsuludur. Əmək münasibətlərinin yaranmasının əsasını isə yalnız fərdi qaydada bağlanan yazılı müqavilə təşkil edə bilər. Qanunvericiliyin tələbləri baxımından əmr, sərəncam kargüzarlıq işini tənzimləyir və əmək müqaviləsi qüvvəyə mindikdən sonra qəbul edilə bilər. Yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (s ərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi isə yolverilməzdir. Yəni, müvafiq əmr, sərəncam yazılı əmək müqaviləsi olmadan işçi ilə işəgötürən arasında əmək münasibətlərinin yaranmasını təsdiq edə bilməz. Həmçinin, tərəflər arasında yazılı əmək müqaviləsinin bağlanmaması, işçi ilə işəgötürən arasında əmək münasibətlərinin yaranmasının yalnız əmək müqaviləsi bildirişi və müvafiq əmrə əsaslanması cavabdeh tərəfindən də təkzib edilməmişdir. Belə olan halda, ümumiyyətlə tərəflər arasında əmək münasibətləri, yəni işçi və işəgötürən münasibətləri yaranmamışdır. Goranboy rayon Səfikürd tam orta məktəbi isə İddiaçı ilə yazılı formada əmək müqaviləsi bağlamadan sonrakı rəsmiləşdirmə prosedurlarına (əmək müqaviləsi bildirişi və əmr) əməl etmişdir. Yəni, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci hissəsinin tələbləri baxımından işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağladıqdan sonra işçi statusuna yiyələnə bilərdi. Həmçinin də hazırkı münasibətdə cavabdeh Goranboy rayon Səfikürd tam orta məktəbi də işəgötürən statusuna yalnız yazılı qaydada bağlanılmış əmək müqaviləsi ilə sahib olmalı idi.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci hissəsinə, 44 və 81-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti vermişdir.

14. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Mehtiyev (sədrlik edən və məruzəçi), R.Muradov və Ə.Məmmədo v) 2(104)-896/2023 nömrəli iş üzrə 03 may 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Goranboy Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamənin qəbul edilməsi, iddianın təmin edilməsi, Goranboy rayon Səfikürd tam orta məktəbinin direktorunun 19 avqust 2022-ci il tarixli 220 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının məktəbin riyaziyyat müəllimi vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə ona əmək haqqının ödənilməsi qət edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... İddiaçı xx.xx.2017-ci il tarixdən Cavabdeh4nə riyaziyyat müəllimi vəzifəsinə işəgötürənin yazılı əmri ilə təyin edilmiş, daha sonra elektron sistemdə müddətli əmək müqaviləsi müddətsiz əmək müqaviləsi ilə əvə z edilmiş, xx.xx.2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən - əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmişdir. Bununla bağlı tərəflər arasında fərdi əmək mübahisəsi yaranmış və iddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdeh4 nümayəndəsi X2 birinci instansiya məhkəməsinin iclasında təqdim etdiyi sənədlərlə iddiaçı ilə məktəb arasında əmək münasibətlərinə əmək müqaviləsinin müddətinin xx.xx.2022-ci il tarixində bitdiyi üçün xitam verildiyini bildirmişdir. İddianın təmin edilməməsi qənaətinə gələn birinci instansiya məhkəməsi ona istinad etmişdir ki, tərəflər arasında yazılı əmək müqaviləsinin bağlanmaması, işçi ilə işəgötürən arasında əmək münasibətlərinin yaranmasının yalnız əmək müq aviləsi bildirişi və müvafiq əmrə əsaslanması cavabdeh tərəfindən də təkzib edilməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, ümumiyyətlə tərəflər arasında əmək münasibətləri, yəni işçi və işəgötürən münasibətləri yaranmamışdır. Goranboy rayon Səfikürd tam orta məktəbi isə İddiaçı ilə yazılı formada əmək müqaviləsi bağlamadan sonrakı rəsmiləşdirmə prosedurlarına (əmək müqaviləsi bildirişi və əmr) əməl etmişdir. Yəni, İddiaçı işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağladıqdan sonra işçi statusuna yiyələnə bilərdi, cavabdeh Goranboy rayon Səfikürd tam orta məktəbi də işəgötürən statusuna yalnız yazılı qaydada bağlanılmış əmək müqaviləsi ilə sahib olmalı idi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi üçün istinad etdiyi hallarla ra zılaşmayaraq əvvəla onu qeyd edir ki, qanunvericiliyin tələbinə görə əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Başqa cür desək, tərəflər arasında əmək münasibətlərinin qeydiyyata alınması üsuludur. Əmək müqaviləsi olmadığından əmək münasibətlərinin yaranmaması nəticəsinə gəlmək düzgün nəticə deyil. Belə ki, işdə olan xx.xx.2022-ci ildə (əvvəlki xx.xx.2019) sistemə daxil edilmiş əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi tərəflər arasında artıq yaranmı ş əmək münasibətləri üzrə aparılmış rəsmi sənəddər. Bildiriş əmək müqaviləsinin bağlanılmasının elektron qeydiyyatının aparılmasına dair elektron sənəd olduğundan, dolayısı ilə əmək müqaviləsinin məhkəməyə təqdim edilməməsi onun mövcud olmasını istisna edən hal deyildir. Həmin bildirişdən görünür ki, əmək müqaviləsi müddətsiz bağlanılmışdır. Belə olan təqdirdə müqaviləyə müddətinin bitməsinə görə xitam verilməsi qanunvericiliyin tələbinə ziddir. İddiaçı izahatında onunla məktəb arasında yazılı müqavilənin mövcud olmasını bildirmişdir. Başqa cür desək, xx.xx.2022-ci ildə (əvvəlki xx.xx.2019) sistemə daxil edilmiş əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi tərəflər arasında artıq yaranmış əmək münasibətləridir və sistemə daxil edildiyi an qüvvəyə minmişdir. Yə ni işəgötürən Goranboy rayon Səfikürd tam orta məktəbi (sistemə daxil edilən şəxs X2) İddiaçı əmək müqaviləsi üzrə riyaziyyat müəllimi kimi müddətsiz işə götürmüşdür. Bu işin mübahisəsiz halıdır. Başqa cür desək, Məhkəmə Kollegiyası hesab edir ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Baxılan işdə, Dövlət Attestasiya Komissiyasının xx.xx.2016-cı il tarxli qərarı ilə İddiaçı riyaziyyat müəllimliyi ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsi verilmişdir ki, İddiaçı riyaziyyat müəllimi ( həmin iş daimi xarakterə malik olduğu qabaqcadan bəlli) oldu ğu üçün əmək qanunvericiliyin tələbinə görə onunla işəgötürən arasında əmək müqaviləsi müddətli bağlana bilməz. Həmçinin, qanunvericiliyin tələbinə görə əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Yəni baxılan işdə “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” xx.xx.2022-ci il tarixdə imzalanmaqla sistemə daxil olmuş və qüvvədədir. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin hallarına düzgün qiymət verməmiş, gəlinən nəticə işin hallarına uyğun olmamışdır. Bundan başqa, İddiaçı izahatında göstərmişdir ki, o, iddia ərizəsində əmrin etibarsızlığını qeyd etcədə əslində həmin əmrin ləğv edilməsini istəyir. Ona görə də Goranboy Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli 2(045)-1777/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməli, Goranboy Rayon Səfikürd tam orta məktəbinin direktorunun 19 avqust 2022-ci il tarixli 220 saylı əmri ləğv edilməli, İddiaçı məktəbin riyaziyyat müəllimi vəzifəsinə bərpa edilməli, məcburi iş buraxmaya görə ona əmək haqqı ödənilməlidir.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edili b, iddianın rədd olunmasını xahiş etmişdir.

17. Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçı tərəfindən məhkəməyə onunla müddətsiz əmək müqaviləsi bağlanmasına dair sübut təqdim edilməmiş, buna baxmayaraq məhkəmə kollegiyası hər hansı bir sübuta əsaslanmadan sözügedən qanunsuz qətnaməni qəbul etmişdir. Bundan başqa, iddia tələbində əmrin etibarsız hesab olunması xahiş edilsə də, işə baxan məhkəmə kollegiyası iddia tələbindən kənara çıxaraq əmrin ləğv edilməsi barədə qətnamə qəbul etmişdir ki, bu da yolverilməzdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır; Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə

129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 20. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin əda lətli və açıq araşdırılması hüququna malikdir.

21. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə

11. İşəgötürənin əsas hüquqları

1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; Maddə

3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar

5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə; 5-1. Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır; Maddə

44. Əmək müqaviləsinin forma sı

1. Əmək müqaviləsi yazılı formada bağlanır; Maddə

45. Əmək müqaviləsinin müddəti

1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır;

2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir;

3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz;

4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır;

5. Müddətli əmək müqaviləsi fasilə siz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir; Maddə

46. Əmək müqaviləsinin bağlanması və ona dəyişikliklərin edilməsi qaydası

1. Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır;

2. Əmək müqaviləsi kollektiv qaydada da bağlanıla bilər. Müvafiq işlərin görülməsi, xidmətlərin göstərilməsi (tikinti-təmir, yükləmə-boşaltma, məişət, ticarət, əkin-biçin, heyvandarlıq işləri) iki və daha çox işçi qrupu tərəfindən kollektiv halında həyata keçirilməklə əmək müqaviləsinin bağlanması kollektivin (briqadanın, işçi qrupunun) hər bir üzvünün yazılı razılığı ilə yol verilir. Bu halda işçi lər, işəgötürənlə kollektiv əmək müqaviləsi bağlamaq üçün bir nümayəndəsini müvəkkil edir; Maddə

47. Müddətli əmək müqaviləsi bağlanan hallar Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifə lərə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; Maddə

49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi

1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonr a hüquqi qüvvəyə minir;

2. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir; Maddə

68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; Maddə

73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsi ni tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur;

2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər; Maddə

296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciə t edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir; Maddə

300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələr i

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

22. Azərbaycan Re spublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəf lərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərin dən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri t ərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.

26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.

29. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin dəlilləri əsassızdır.

30. İlk olaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, işəgötürən cavabdeh, iddiaçını əmək müqaviləsi üzrə riyaziyyat müəllimi kimi müddətsiz işə götürmüşdür, bu işin mübahisəsiz halı olmaqla, işdə olan xx.xx.2022-ci ildə (əvvəlki xx.xx.2019) sistemə daxil edilmiş əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişləri ilə təsdiq olunur. Belə olan təqdirdə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin müqaviləyə müddətin bitməsinə görə xitam verilməsinin qanunvericiliyə zidd olması ilə əlaqədar gəldiyi nəticə düzgün olmuşdur.

31. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, Əmək Məcəlləsinin 47-ci maddəsi ilə (§21) müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Hazırkı işdə, iddiaçı riyaziyyat müəllimi (işin daimi xarakterə malik olduğu qabaqcadan bəlli) olduğu üçün, əmək qanunvericiliyinin tələbinə görə onunla işəgötürən arasında əmək müqaviləsi müddətli bağlana bilməz.

32. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-896/2023 nömrəli iş üzrə 03 may 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh Goranboy rayon Səfikürd tam orta məktəbinin kassasiya şikayəti təmin edilməsin. Qər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar