Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3943/2022 10.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin, Cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ İş № 2(102)-3943/2022 (Açar sözlər: kompensasiyanın ödənilməsi, sübutların qiymətləndirilməsi, sahibliyin müdafiəsi) Bakı şəhəri, 10 oktyabr 2022-ci il Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı yaşayış və qeyri-yaşayış sahələrinin bazar qiymətlərinə uyğun qiymətləndirilib ədalətli kompensasiyasının müəyyən edilərək cavab dehə ödənilməsi tələbinə dair ilk, Cavabdeh İddiaçı MMC-yə qarşı qeyri-yaşayış sahəsinin sökülməsinin qanunsuz hesab edilməsi, kompensasiya, əldən çıxmış faydanın, faizlərin və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası barədə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-997/2022 nömrəli, 10 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 10 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-1VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan R espublikasının Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanına əsasən Bakı şəhərinin təsdiq edilmiş Baş Planına uyğun Dövlət Proqramının yerinə yetiriliməsi və Nazirlər Kabinetinin Qərarının icrasını təmin etmək və Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ və Xətai prospektinin küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binaların tikintisinin təmin etmək məqsədilə, Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısı 24 oktyabr 2016-cı il tarixli 350 nömrəli Sərəncam (bundan sonra - Sərəncam) vermişdir.
2. Sərəncama əsasən Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ və Xətai prospektinin küçələrinin kəsişməsində 2.99 ha torpaq sahəsi “Poleks" MMC-nin daimi istifadəsinə verilmişdir. Bu məsələlərlə əlaqədar Nərimanov RİH il ə İddiaçı MMC arasında 30 oktyabr 2016-cı il tarixli müqavilə imzalanmışdır. Müqavilə öhdəliyinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli Qərarını tələblərinə uyğun sözügedən ərazidə istismar müddətini çoxdan başa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında digər tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, digər xidmətlərin göstərilməsi İddiaçı MMC-yə (bundan sonra – iddiaçı və ya MMC) həvalə edilmişdir.
3. Həmin ünvanda Cavabdeh (bundan sonra - cavabdeh) sahibliyində və mülkiyyətində yaşayış və qeyri-y aşayış sahələri olmuşdur. Cavabdehə məxsus sahələrin ümumi ölçüsü 240 kv.m olmuşdur.
4. İddiaçı hündürmərtəbəli yaşayış evinin inşası ilə bağlı cavabdehə məxsus sahələri də sökmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu, Xətai prospekti, ev 29, mənzil 3 (sahəsi 19 kv.m); Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti ev 29, mənzil 4 (sahəsi 19 kv.m); Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən (ümumilikdə 38.kv.m) yaşayış sahələri və Bakı şəhəri, Nərimanov rayonu, Xətai prosrekti 29 ünvanında yerləşən 49.4 kv.m birmərtəbəli binanın zirzəmisində olan qe yri-yaşayış sahəsinin bazar qiymətinə uyğun qiymətləndirilib ədalətli kompensasiyanın müəyyən edilərək cavabdehə ödənilməklə həmin sahədən çıxarılaraq sökülməsinə, maneənin aradan qaldırılmasına və şirkətin işgüzar nüfuzuna xələl gətirirək 255.000 (iki yüz əlli beş) manat miqdarında vurulan maddi ziyanın cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, MMC tərəfindən yuxarıda göstərilən istiqamətdə böyük işlər görülmüş, həmin ərazidə bütün sakinlərə müavinətlər verilməklə onlar müvəqqəti yaşayış sahələrinə köçürülmüşlər. Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ və Xətai prospekti küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının bütün sakinləri MMC-nin Tələt Şıxəliyev 14 küçəsində yerləşən ofisinə dəvət olunmuş və onlarla danışıqlar aparılaraq qarşılıqlı razılaşma əsasında müqavilə bağlanmışdır, lakin cavabdeh qərəzli şəkildə MMCnin təkliflərindən imtina etmişdir. Bundan əlavə, iddiaçı tərəfindən cavabdehə mübahisənin məhkəməyə qədər həlli ilə bağlı rəsmi müraciət (23 oktyabr 2018-ci il tarixdə) göndərərək bildirilmişdir ki, həmin ərazidə aparılan qazıntı işləri ilə əlaqədar və yuxanda göstərilən FHN-nin aktında qeyd edildiyi kimi binaların qəzalı vəziyyətdə olması, istismar müddətinin bitməsi, ətrafdakı insanların həyat və sağlamlığı üçün təhlükəli olması bildirilərək MMC-nin Tələt Şıxəliyev 14 ünvanında yerləşən ofisinə yaxınlaşaraq danışıqlar aparmaq və müqavilə bağlanılması təklif edilmişdir. İddiaçı, Nazirlər Kabin etinin Qərarının icrası məqsədilə cavabdehə bu ərazidə inşa ediləcək hündürmərtəbəli çoxmənzilli yaşayış binalarında yeni təmirli mənzilin verilməsi şərtilə, mülkiyyətində olan sahənin, iddiaçı ilə müqavilə bağlayaraq boşaldılmasını təklif etmişdir (cavabdehə izah edilmişdir ki, onların mülkiyyətində və istifadələrində olan yaşayış sahələrinin yerləşdiyi evin köhnəlməsi, istismar müddətinin başa çatması səbəbindən bu sahələr sökülərək əvəzində inşa ediləcək hündürmərtəbəli çoxmənzili yaşayış binalarında yeni sahələr veriləcəkdir). Bu ərazidə inşa ediləcək, hündürmərtəbəli çoxmənzilli yaşayış binasında yerləşəcək sahələrin 1kv.m-nin bazar qiymətinin, cavabdehin hal-hazırda mülkiyyətində və ya istifadəsində olan sahənin 1 kv.mdən baha olacağına, iddiaçı tərəfindən onun mülkiyyətində olan yaş ayış sahəsinin ölçülərinə 20% əlavə sahə təklif edilmişdir. Həmçinin, iddiaçı tərəfindən cavabdehə yeni yaşayış binası tikilənədək və onlara bu binada yeni yaşayış sahələri təhvil verilənədək kompensasiya şəklində vəsait təklif edilmişdir. Buna baxmayaraq cavabdeh iddiaçının təklifləri ilə razılaşmayaraq ondan müqavilə şərtlərinə və mövcud bazar münasibətlərinə uyğun olmayan təklif ilə çıxış edib qərəzli şəkildə MMC ilə müqavilə bağlanmasından imtina etmişdir. Ona edilən ədalətli kompensasiya təkliflərinə baxmayaraq, qeyri-real kompensasiyaların verilməsini tələb edərək icrası mümkün olmayan şərtlər irəli sürməkdə davam edir. Nəticə etibarı ilə Dövlət Proqramının tərkib hissəsi olan Normativ Hüquqi və İnzibati Aktların icrası gecikməklə yanaşı, həmin ərazidən köçürülən bütün sakinlərin də hüquqları pozulmuşdur. Xətai prospektindən köçürülən vətəndaşlara 24 yanvar 2017-ci il tarixdən ödənilən kirayə haqqları 13 noyabr 2018-ci il tarixdə "xxxx" ASC tərəfindən verilən hesab üzrə çıxarışda öz təsdiqini tapır. Belə ki, həmin ərazidən köçürülən vətəndaşlara ümumilikdə 490.635 manatdan çox pul vəsaiti ödənilib və cavabdeh tərəfindən bilərəkdən tikinti işlərini gecikdirildiyi hər ay üçün bu məbləğ davamlı şəkildə artır, bunun nəticəsində də şirkətin üzərinə götürdüyü öhdəliyi vaxtinda icra edə bilməməsi ilə əlaqədar olaraq işgüzar nüfuzuna xələl gəlir və eyni zamanda böyük maddi itkilər ilə üzləşir. Cavabdeh öz mənafelərini cəmiyyətin mənafeyindən üstün tutaraq, evlərindən müvəqqəti uzaq düşmüş ailələri nəzərə almadan bilərəkdən şirkətlə heç bir danışığa getmir və qəsdən süni maneə yaradır. Bununla da dövlət tərəfindən təsdiq olunmuş tədbirlər planını bilərəkdən gecikdirərək şirkətin müqavilədən gələn öhdəliklərinin yerinə yetirilməsinin qarşısını alır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi xahiş edilmişdir.
7. Cavabdeh qarşılıqlı iddia ərizəsi, daha sonra iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən özünə məxsus olan 240 kv.m qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən sökülməsinin qanunsuz hesab edilməsi; qeyri-yaşayış sahəsinin əvəzi kimi 1.152.000 manat kompensasiya məbləğinin, 230.400 manat məbləgində 20 faiz əlavənin, cəmi 1.382.400 manat məbləğin iddiaçıdan alınaraq ona verilməsi va ya eyni ərazidə MMC tərəfindən inşa edilən binanın qeyri-yaşayış sahələrinin yerləşdiyi hissəsindən ümumi sahəsi 240 kv.m və ona 20 faiz əlavə olunmaqla, cəmi 286 kv.m qeyri-yaşayış sahəsinin ona verilməsi öhdəliyinin iddiaçıya həvalə edilməsi; qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən sökülməsi nəticəsində 82.080 manat məbləgində əldən çıxmış faydanın, 114.152.4 manat məbləğində faiz borcunun, 100.000 manat mənəvi zərərin əvəzinin cəmi 296.262.4 vəsaitin iddiaçıdan tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən ümumi sahəsi sənəd üzrə 19 kv.m olan 3 saylı mənzil, həmin ünvanda yerləşən ümumi sahəsi sənəd üzrə 19 kv.m olan 4 saylı mənzil, həmçinin eyni ünvanda həmin binanın zirzəmisində yerləşən ümumi sahəsi sənəd üzrə 49, 4 kv.m qeyri-yaşayış sahəsi, ümumilikdə ayrıca bina şəklində mülkiyyət hüquqları üzrə ona məxsus olmuşdur. Müxtəlif dövrlərdə bina daxilində müvafiq rekonstruksiya işləri aparılmış, binanın faktiki sahəsi iç divarlarından 240 kv.m təşkil etmişdir. Bina uzun müddət qeyri-yaşayış sahəsi kimi istifadə edilmiş və icarədə olmuşdur. Həmin ərazidə aparılan tikinti-quraşdırma işləri əsnasında ünvan 3 ünvanında qeydiyyatda olan MMC şirkətinin əməkdaşları onunla görüşmüş, müvafiq sərəncam əsasında həmin binanın söküntü ərazisinə düşdüyünü və sökülməli olduğunu bildirmiş, müqabilində isə ona cuzi məbləğdə kompensasiya təklif etmişlər. Qeyd olunan halla bağlı, ona qanunun tələblərinə uyğun olaraq hər hansı məlumat verilməmiş, habelə bildiriş təqdim edilməmişdir. Nərimanov İcra Hakimiyyəti baçısının mü avini Şahmar İbadov qeyd olunan ərazidə tikinti işləri aparan MMC şirkətinin işçiləri olan «Şahin» və adlarını xatırlamadığı bir neçə şəxs də iştirakı ilə aparılan görüşlərin birində ərazidə hündür mərtəbəli binanın inşa ediləcəyini və ona məxsus qeyri-yaşayış sahəsinin əvəzinə tikiləcək binanın birinci mərtəbəsində eyni kv.mlik qeyriyaşayış sahəsi ilə əvəzləşdiriləcəyi və tikiləcək binanın tam istifadəyə veriləcəyi müddətə kimi icarə müqaviləsi əsasında aldığı 5.000 manatlıq icarə haqqı verilməsi vəd olunmuş, lakin ödəniş edilmədən öncə binanın dərhal boşaldılması xahiş edilmişdir. Tikintini aparan şəxslərin ciddi insanlar olduğunu və həmin layihənin dövlət proqramı tərəfindən dəstəkləndiyini nəzərə alaraq, onun tərəfindən bina 2017-ci il avqust ayında qismən boşaltdırılmış, icarədə olan fərdi sahibkar X2 obyektin təhvil verilməsi xahiş olunmuş, lakin söküntüsünə icazə verilməmişdir. Həmin ərəfədə dövlət əhəmiyyətli xidməti səfərə yollanmağından istifadə edən iddiaçı sahəyə ağır texnika yeridərək 27 noyabr 2018-ci il tarixdə ona məxsus həmin binanı qanunsuz şəkildə sökmüş və məhv etmişdir. Səfərdən qayıtdıqdan sonra ona şifahi qaydada razılaşdırılmış kompensasiya ödənişinin verilməsindən imtina edilmişdir. 2 ilə yaxındır ki, mübahisənin barışıq yolu ilə nizama salınması mümkün olmamışdır. MMC-nin qanunsuz hərəkətləri nəticəsində əmlakını itirməklə yanaşı, sahibkarliq fəaliyyəti nəticəsində əldə etdiyi gəlirdən də, məhrum olmuşdur. Bundan əlavə, yol verdikləri qanunsuz hərəkətlərə aydınlıq gətirmək üçün Nərimanov Rayon İcra Hakimiyyəti icra başçısının birinci müavini Şahmar İbadovla birlikdə həmin şirkətin əməkdaşları ilə görüş zamanı onu təhqir edərək, şərəf və ləyaqətini alçaltmışlar. MMC-nin rəhbərləri ilə görüş zamanı vurduqları ziyanın aradan qaldırılmasını xahiş etsə də, hər dəfə müxtəlif vədlər verərək onu aldatmış və bu vaxta kimi hər hansı bir nəticə əldə olunmamışdır. Hazırda həmin ərazidə qanunsuz tikinti işləri davam etməkdədir. Qeyd edilməsi zəruridir ki, mülkiyyət hüququ ilə ona məxsus olan binaya münasibətdə hər il vergi qanunvericiliyinə müvafiq qaydada əmlak vergisi ödənilmiş, bələdiyyə tərəfindən müvafiq ölçmə işləri aparılarkən binanın daxili sahəsinin 240 kv.m olması müəyyən edilmişdir. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən tərtib olunmuş və həm MMC, həm də Nərimanov rayonu Bələdiyyəsinin səlahiyyətli şəxslərinin imzası və dairəvi möhürü ilə təsdiq edilmiş 05 dekabr 2012-ci il tarixli hesabat cədvəlində də, cavabdeh tərəfindən sökülmüş binanın daxili ölçülərinin 240 kv.m olması öz təsdiqini tapmışdır. Bu hal, cavabdeh tərəfindən sökülmüş obyektin, sökülməzdən öncə uzun müddət icarəyə verildiyi fərdi sahibkar X3 (VÖEN **********) tərəfindən də təsdiq edilə bilər. Belə ki, onunla X3 arasında icarə müqaviləsi mövcud olmuş, həmin müqavilə vergi orqanında qeydiyyatdan keçmişdir. Onunla "xxxx" arasında qiymətləndirmə xidmətlərinin göstərilməsi haqqında bağlanmış 11 mart 2019-cu il tarixli müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 29 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin müqayisə yanaşması ilə 1 kv.m üçün satış dəyəri və həmin ərazidə yerləşən qeyri-yaşayış sahələrinin müqayisə yanaşması ilə 1 k v.m-ə görə icarə haqqının müəyyən edilməsi məqsədi ilə "xxxx" MMC-nin qiymətləndirici mütəxəssisləri tərəfindən araşdırmalar aparılmışdır. Aparılmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 29 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin müqayisə yanaşması ilə 1 kv.m üçün satış dəyəri 4800 manat, 1 kv.m görə icarə haqqı 18 manat təşkil edir. Belə ki, ona məxsus olan və cavabdeh tərəfindən qanunsuz olaraq məhv edilmiş qeyri-yaşayış obyektinin real bazar dəyəri 4800 (1 kv.m üçün satış dəyəri) x 240 kv.m (daxili divarlardan hesablanmaqla sahə) = 1.152.000 AZN (bir milyon yüz əlli iki min) manat təşkil etmişdir. Tikinti aparılan sahədə kompleks binalar inşa edilməkdədir, iddiaçı tərəfindən ətrafda aparılan tikinti işləri ilə əlaqədar 2017-ci ilin iyu n-iyul aylarının əvvəllərindən artıq bina qeyri-yaşayış sahəsi kimi istifadəyə yararsız vəziyyətə düşmüş, habelə iddiaçı tərəfindən artıq binanın boşaldılaraq ona təhvil verilməsi xahiş olunmuşdur. Yuxarıda da qeyd olunduğu kimi, aparılan inşaat işləri ilə əlaqədar mübahisələndirilən qeyriyaşayış sahəsində icarəçi olan fərdi sahibkar X3 2017-ci ilin avqust ayından icarə haqqı ödəməyi dayandırmaqla obyekti boşaltmağa başlamışdır. Həmin vaxtdan halhazıradək 1 il 7 aydır ki, o, icarədən əldə etdiyi gəlirdən məhrum olmuşdur. "xxxx" MMC-nin qiymətləndiricimütəxəssisləri tərəfindən aparılmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 29 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin müqayisə yanaşması ilə 1 kv.m üçün icarə haqqı 18 manat təşkil edir. Belə ki, onun məhrum olduğu icarə haqqı 240 kv.m x 18 manat x 19 ay =82,080 manat təşkil etmişdir. Mülkiyyət hüququndan qanunsuz məhrum olması nəticəsində ona maddi və mənəvi zərər dəymişdir. Qeyd olunmalıdır ki, MMC onun mülkiyyətində olan qeyri-yaşayış sahəsini hər hansı kompensasiya ödəmədən sökməklə ona çatacaq pul məbləğini qanunsuz olaraq öz sərəncamında saxlamış və dövriyyə etdirmişdir. Azərbaycan Respublikası Mərkəzi X4 tərəfindən 2019-ci il fevral ayına tarixə uçot dərəcəsi 9,25 faiz müəyyən edildiyindən 114.152.4 manat ((1.152.000 manat (satış qiyməti) + 82,080 manat (icarə haqqı)) x 9.25 = 114.152.4 manat məbləğində faiz məbləği də MMC-dən tutularaq ona ödənilməlidir.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, o, 2000ci ildən 2018-ci ilin yanvar ayın ın 1-nə kimi cavabdehə məxsus qeyri-yaşayış sahəsinin icarədarı olmuş və orada santexnika avadanlıqlarının satışı ilə məşğul olmuşdur. Həmin qeyri-yaşayış sahəsi iki mərtəbəli olmuş, uzunluğu 14 metr, eni 7,5 metr, bundan başqa qeyri-yaşayış sahəsinin zirzəmisi də mövcud olmuşdur ki, hansı ki həmin sahədən onlar anbar kimi istifadə etmişlər.Həmçinin qeyd etmişdir ki, cavabdeh ilə aralarında icarə müqaviləsi mövcud olmuşdur, həmin müqavilədə icarə haqqı simvolik olaraq 300 manat qeyd edilsə də, faktiki olaraq o, hər ay 3000-10000 manat arası pul ödəmişdir. 10. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, LP-035/19 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvan ında yerləşən qeyri-yaşayış sahələrinin müqayisə yanaşması ilə 1 kv.m üçün satış dəyəri 4.800 manat, 1 kv.m görə icarə haqqı 18 manat təşkil edir. 11. "xxxx" MMC-nin xx.xx.2012-ci il tarixli fiziki və hüquqi şəxslərin istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəlindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 110 nömrəli (xx.xx.2002-ci il, 110 nömrəli, xx.xx.2006-cı il, 55 nömrəli, xx.xx.2006-cı il, 192 nömrəli və xx.xx.2006-cı il, 275 nömrəli əlavə dəyişikliklər) qərarı ilə təsdiq edilmiş cədvəllərə əsasən Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən qeyri-yaşayış obyektinin hesablanmış inventar dəyəri 145.400 manat təşkil edir. 12. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, MB 12/455 nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 4 evin 19,0 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı, 3 saylı mənzilinin hesablanmış bazar dəyəri 64.200 manat, ünvan 4 evin 19,0 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı, 4 saylı mənzilinin hesablanmış bazar dəyəri 64.200 manat, ünvan 4 ünvanda yerləşən 49,4 kv.m qeyri-yaşayış sahəsinin (birmərtəbəli binanın zirzəmisi) hesablanmış bazar dəyəri 39.200 manat, mülki işin materiallarında olan "xxxx" MMC-nin xx.xx.2012-ci il tarixli fiziki və hüquqi şəxslərin istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəli və fotoşəkillərdə təsvir olunmuş qeyri-yaşayış sahəsinin hesablanmış bazar dəyəri 887.800 manat, həmin ərazidə qeyri-yaşayış sahələrinin 1 kv.m görə aylıq icarə haqqının bazar dəyəri 17 manat təşkil edir. 13. "xxxx" Hüquq və Qiymətləndirmə MMC-nin xx.xx.2019-cu il tarixli, LF21 nömrəli hesabatından görünür ki, ünvan 4 evin 19,0 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı, 3 saylı mənzilinin 2018-ci il tarixinə bazar qiyməti 63.000-63.500 manat arasında dəyişirdi, ünvan 4 evin 19,0 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı, 4 saylı mənzilinin 2018-ci il tarixinə bazar qiyməti 63.000-63.500 manat arasında dəyişirdi, ünvan 4 ünvanda yerləşən 49,4 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin (birmərtəbəli binanın zirzəmisi) 2018-ci il tarixinə bazar qiyməti 38.000-38.500 manat arasında dəyişirdi, ünvan 4 ünvanda yerləşən fotoşəkillərdə təsvir olunmuş ümümi sahəsi 240.0 kv.m olan qeyri-yaşayış sahəsinin 2018-ci il tarixinə bazar qiyməti 570.000- 585.000 manat arasında dəyişirdi. 14. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, 57 nömrəli hesabatından görünür ki, ünvan 4 evin 19,0 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı, 3 saylı mənzilinin bazar qiyməti 64.000-64.500 manat arasında dəyişir, ünvan 4 evin 19,0 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı, 4 saylı mənzilinin bazar qiyməti 64.000- 64.500 manat arasında dəyişirdi, ünvan 4 ünvanda yerləşən 49,4 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin (birmərtəbəli binanın zirzəmisi) bazar qiyməti 39.000-39.500 manat arasında dəyişir, "xxxx" MMC-nin tərtib etdiyi xx.xx.2012-ci il tarixli hesabat cədvəli və fotoşəkillərdə təsvir olunmuş sahəsi 240.0 kv.m olan qeyri-yaşayış sahəsinin bazar qiyməti 620.000-630.000 manat arasında dəyişir, həmin ərazidə qeyri-yaşayış sahələrinin 1kv. görə aylıq icarə haqqı 10-12 m anat arasında dəyişir. ünvan 4 ünvanda yerləşən fotoşəkillərdə təsvir olunmuş ümümi sahəsi 240.0 kv.m olan qeyri-yaşayış sahəsinin 2018-ci il tarixinə bazar qiyməti 570.000-585.000 manat arasında dəyişirdi.
15. Məhkəmə icraatı zamanı müəyyənləşdirilmişdir ki, xx.xx.2018-ci il tarixli hesabdan çıxarışa əsasən sözügedən ərazilərdən köçürülən vətəndaşlara xx.xx.2017-ci il tarixdən ödənilən kirayə haqqları ümumilikdə 490.635 manat təşkil etmişdir.
16. Nərimanov Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 3 sentyabr 2019-cu il tarixli, 2(005)-635/2019 saylı qətnaməsi ilə (hakim Ramin Quliyev) ilkin iddia tam təmin olunmuş, qarşılıqlı iddia tələbi qismən- iddiaçı tərəfindən cavabdehə 347.600 manat pulun ödənilməsi hissəsində təmin edilmiş, qalan hissələrdə təmin olunmamışdır.
17. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının mövqeyi qismən əsaslıdır. Belə ki, müəyyən edilmişdir ki, cavabdehin mülkiyyətində və istifadəsində olan sahələrin sökülməsi ilə bağlı həmin sahələrdə olan hər hansı əmlakların dağıdılması və ya məhv edilməsi, bununla bağlı vurulan ziyana dair iddiası olmamış və hazırda da yoxdur. Onun iddia tələbləri qeyd edildiyi kimi sökülən sahələrin bazar qiymətləri və bu tələbdən törəyən digər tələblərdir. Göstərilən sahələrin sökülməsinin dövlət tərəfindən təsdiq olunmuş tədbirlər planı əsasında həyata keçirilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Başqa sözlə, mülkiyyətə müdaxilə qanunvericiliyin tələblərinə uyğun qaydada aparılmışdır.
18. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən ona edilən təkliflərin məqbul olmasına və mülkiyyətində olan sahələrin sökülməsi üçün boşalmış vəziyyətə gətirilməsinə baxmayaraq MMC-nin təkliflərindən imtina etməsi ona edilən ədalətli kompensasiya təkliflərinə baxmayaraq, qeyri-real kompensasiyaların verilməsini tələb edərək yalnız öz mənafeyi naminə icrası mümkün olmayan şərtlər irəli sürməkdə davam etməsi kimi hərəkətləri qəsdən süni maneə yaratmaq, bununla da dövlət tərəfindən təsdiq olunmuş tədbirlər planını bilərəkdən gecikdirərək şirkətin müqavilədən gələn öhdəliklərinin yerinə yetirilməsinin qarşısını almaq və beləliklə də hüquqdan sui-istifadə hallarına yol verilməsi kimi qiymətləndirilir.
19. Bundan əlavə məhkəmə hesab etmişdir ki, yuxarıda sadalanan rəy və hesabatlar cavabdehin istinad etdiyi "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, LP-035/19 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən daha mötəbər sübut növləri olduğu üçün hazırki mübahisənin həllində sözügedən hesabatlarda əksini tapan qiymətlərə istinad edilməlidir. Belə ki, cavabdehin istinad etdiyi rəydə əks edilən qiymətlər real bazar qiymətlərinə uyğun olmayaraq düzgün əsaslandırılmamış şəkildə göstərildiyindən hazırki iş üzrə sübut növü kimi qiymətləndirilə bilməz.
20. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 saylı Fərmanının 2.3-cü bəndinə əsasən cavabdehə ödənilməli olan 168,500 manat məbləğinə 20% (33700 manat) əlavə edərək hesab etmişdir ki, MMC tərəfindən cavabdehə 202.200 manat ödənilməlidir.
21. Mənəvi ziyanla bağlı məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, MMC-nin qanunsuz hərəkətləri nəticəsində cavabdehin mənəvi sa rsıntı və iztirablara məruz qalması, əsəbləri pozulduğundan sosial fəaliyyətlə məşğul olan xanım kimi bir sıra sosial proyektlərin həyata keçirilməsinə diqqətini cəmləmək imkanından məhrum olması, başqa sözlə əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, qarşılıqlı iddia bu hissədə rədd edilməlidir.
22. Bununla yanaşı məhkəmə qeyd etmişdir ki, cavabdehin mülkiyyətində və istifadəsində olan sahələri yuxarıda qeyd edildiyi kimi boşaldaraq sökülməyə hazır vəziyyətə gətirdiyindən, beləliklə də təyinatı üzrə fəaliyyət göstərmədiyindən onun həmin sahələrdən gəlir əldə etməsinin MMC tərəfindən məhdudlaşdırması kimi iddia dəlilləri əsassız olmuş, t ələbinin faiz borcu və əldən çıxmış faydanın tutulması hissəsi də heç bir sübutlarla təsdiqini tapmamışdır.
23. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 12.1, 29.4, 43.2, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 21.1, 152.3, 152.6, 180.1, 180.2, 180.4, 449.1, 560.1, 560.2, 1096.2, 1097.1, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3, 103.1 və 206.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
24. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, qarşılıqlı iddia ərizəsinin, habelə qarşılıqlı iddia ərizəsinə verilmiş əlavədə göstərilən tələblərin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla ə saslandırılmışdır ki, məhkəmə araşdırması zamanı hakim iddiaçının mənafeyinə uyğun işə baxaraq, kompensasiyanın verilməsi üçün verilmiş qiymətləndirmə rəylərinə iddiaçı MMC-yə uyğun şəkildə qiymət verərək, keçirilmiş müstəqil qiymətləndirməni əsaslı sübut kimi qiymətləndirməyərək, ümumiyyətlə digər qiymətləndiricilərin də müəyyən etdiyi normalara tam əməl etməyərək, MMC-nin istəyinə uyğun qiymət müəyyənləşdirmişdir. İddianı isə qalan hissədə təmin etməmişdir. MMC tərəfindən ona ödənilməsi nəzərdə tutulan 347600 manat heç cürə ağlabatan qiymət olmamaqla, ona dəymiş ziyana mütənasib deyil. Həmçinin iddianın digər hissələrdə də əsassız yerə təmin edilməməsi qanuni deyil. Hakim məhkəmə qətnaməsində qeyd etdiyi “məhkəməmənin pozitiv öhdəliyindən bir də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir" fikri ilə işə yanaşaraq əsassız yerə qeyd etmişdir ki, “işin materiallarından görünür ki, ilk iddia tələbində iddiaçı X1 mülkiyyətində olan iki yaşayış və bir qeyri-yaşayış sahəsinin bazar qiymətinə uyğun qiymətlədirilməsi ədalətli kompensasiyanın müəyyən edilərək cavabdehə ödənilməsini xahiş edisə də, həmin kompensasiyanın məbləğini göstərməmişdir. Lakin buna baxmayaraq ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyətində omuş və artıq sökülmüş sahələrinin əvəzi kimi sonuncunun pul tələbi irəli sürməsini məhkəmə onun ilk iddianı bir növ qismən qəbul etməsi kimi qiymətləndirir. Belə ki, ilk iddia tələbləri konkret olaraq ədalətli kompensasiyanın m üəyyən edilməsi ilə bağlı olsa da, qarşılıqlı iddia mübahisələndirilən əmlakların bazar qiymətlərindən başqa, həmin məbləğlərə 20 faiz əlavə və ya ümumi sahəsi 24. kv.m və ora 20 faiz əlavə olunmaqla, cəmi 286 kv.m qeyri-yaşayış sahəsi, həmin sahənin cavabdeh tərəfindən sökülməsi nəticəsində əldən çıxmış fayda, faiz borcu və mülkiyyətlərinin sökülməsi faktını istər-istəməz qəbul edir və hüquqlarından istifadə edərək, həmin əmlakların pul və ya əmlak şəklində qarşılığını tələb etmək hüququndan istifadə edir ki, həmin tələb də ilk iddiaçının tələbi ilə demək olar ki eyni məzmunludur”. Həmçinin məhkəmə, Bakı səhəri Nərimanov rayonu, Xətai prospekti 29 ünvanda yerləşən ona məxsus 240 kv.m qeyri-yaşayış sahəsinin əvəzi kimi 1.152.000 manat kompensasiyanın verilməsi ilə bağlı “Legal Prime" MMC tərəfindən verilmiş rəyi mötəbər rəy kimi hesab etməmiş və bununla yanaşı mötəbər rəy kimi qəbul etdiyi "xxxx" MMC-nin, “Lex Fori" Hüquq Qiymətləndirmə MMC-nin və "Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC-nin rəylərində qeyd olunan bazar qiymətlərini də düzgün tətbiq etməmiş, ümumiyyətlə hakim kompensasiya təyini zamanı əmlakının bazar qiymətindən də aşağı qivmətləndirərək ödəniş məbləği müəyyən etmişdir. Mütəxəssislər tərəfindən verilmiş rəylərin və qanunvericilik aktlarının əksinə hakimin özü tərəfindən ağlabatan, cavabdeh MMC-yə uyğun bir məbləğ müəyyən etməsi qanuni deyil. İşə əlavə edilmiş sənədlərdə, keçirilmiş qiymətləndirmə ekspertizalarından, yenidən ekspertiza təyini üçün edilmiş müraciətdən açıq-aydın görünür ki, mühabisə predmeti olan əmlaklar tam qanuni əsaslarla ona məxsusdur və onların bazar qiyməti isə heç də hakimin təyin etdiyi 347.600 manat məbləğində deyil. Hakim tərəfindən qiymətləndirmə rəylərinə əsasən əmlaklara mütənasib, isin hallarına uyğun olaraq, əldən çıxmış fayda da nəzərə alınaraq daha yüksək kompensasiya təyin edilməli idi.
26. Məhkəmə icraatı zamanı "xxxx" MMC tərəfindən keçirilən ekspertiza tədqiqatının nəticəsinə əsasən görünür ki, ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış binasının hazırkı dövr üçün iki fərqli sahə üzrə bazar dəyəri 240 kv.m sahə üzrə 930 000 manat, 152,6 kv.m sahə üzrə 648 500 manat, həmin ünvanda yerləşən 19 kv.m sahəsi olan 3 nömrəli mənzilin hazırkı dövr üzrə bazar dəyəri 26 000 manat və 4 nömrəli mənzil üzrə bazar dəyəri 26 000 manat və həmin ünvanda yerləşən 49,4 kv.m sahəsi olan qeyri-yaşayış sa həsi kimi istifadə edilən zirzəminin hazırkı dövr üzrə bazar dəyəri 1 kv.m-nin qiyməti 2350 manat olamaqla 116 000 manat təşkil etmişdir.
27. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 27 fevral 2020-ci il tarixli, 2(103)-683/2020 saylı qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), V.T.Həsənov və X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin olunması hissəsində ləğv olunmuş, həmin hissədə iddia qismən təmin olunmuş, MMC tərəfindən cavabdehə məxsus ünvan 7 ünvanında yerləşən 240 kv.m qeyriyaşayış sahəsinin sökülməsi ilə bağlı MMC-nin hərəkətləri qanunsuz hesab edilməsi, MMCdən 816 500 manat maddi ziyana görə və 10 000 manat mənəvi ziyana görə kompensasiya tutularaq, cavabdehə ödənilməsi qət edilmişdir. Qarşılıqlı iddia qalan hissədə rədd olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmışdır.
28. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, Nərimanov rayonu, Xətai prospekti, 29 saylı ünvanda yerləşən ümümi sahəsi 240.0 kv.m olması iddia edilən qeyri-yaşayış sahəsi, 19,0 kv.m olan 4 nömrəli və 3 nömrəli mənzillər, habelə 49,4 kv.m qeyri-yaşayış sahəsi də daxil olmaqla, ümumilikdə 240 kv.m üzərində ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçının hüquqları müdafiə altındadır. Mübahisəli tikili onun iradəsinin əleyhinə olaraq sökülmüş və bununla bağlı ilkin iddia üzrə iddiaçı tərəfindən edilmiş hərəkətlər onun mübahisəli əmlaka münasibətdə malik olduğu hüqularından məhrum etməyə yönəlmişdi r. Mülki qanunvericilik və bununla bağlı olan digər normalarında mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər və şəxslər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, belə yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı. Hazırkı işin halları baxımından mülkiyyətdə olan əmlakın sökülməsi zamanı mülkiyyətçinin razılığı olması əsas şərtdir, mülkiyyətçilərin razılığı olmadan əmlakın sökülməsi ilə mülkiyyət hüququnun məhdudlaşdırılmasına (mülkiyyət hüququna müdaxilə) şərait yaradılmışdır. Hətta mülkiyyətdə olan əmlakın dövlət ehtiyacları üçün alındıqda belə alınmadan əvvəl mülkiyyətçinin razılığının alınması və bundan sonra ağlabatan kompesasiyanı verilməsi əsas şərtdir. Qarşılıqlı iddi anın əldən çıxmış fayda ilə bağlı hissəsinı münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdehin mülkiyyətində və istifadəsində olan sahələri daha əvvəlcədən boşaldaraq sökülməyə hazır vəziyyətə gətirdiyindən, beləliklə də təyinatı üzrə fəaliyyət göstərmədiyindən onun həmin sahələrdən gəlir əldə etməsinin MMC tərəfindən məhdudlaşdırması kimi iddia dəlilləri əsassız olmuş, tələbinin faiz borcu və əldən çıxmış faydanın tutulması hissəsi də heç bir sübutlarla təsdiqini tapmamışdır.
29. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyası 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 152.3, 157.8, 158.4, 449.1, 1096.1, 1096.2, 1097.1 və 1115-ci maddələrinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
30. İddiaçı kassa siya şikayəti verərək qətnamənin qismən, qarşılıqlı iddianın təmin olunan hissəsində ləğv edilərək, işə həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1) Əmlak sənəd üzrə 19, 19 və 49 kv.m təşkil edirdi. Qalan sahə özbaşına tikili olmuşdur. Sənədi olmayan sahəyə cavabdehin heç bir hüququ olmamışdır. Ona görə məhkəmə əsassız olaraq həmin sahə də daxil olmaqla 240 kv.m. sahəyə kompensasiya hesablamışdır. 2) Əmlakın dəyəri düzgün qiymətləndirilməmişdir. İşdə olan rəylər əmlakın dəyərinin daha az olduğunu təsdiq edir.
32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 17 noyabr 2020-ci il tari xli, 2(102)-4756/2020 saylı qərarı ilə (hakimlər İ.K.Xəlilov (sədrlik edən və məruzəçi), Ə.Ə.Əliyev və M.T.Əhmədova) kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
33. Məhkəmə mövqeyini əsaslandırarkən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, hətta torpaqların dövlət ehtiyacları üçün alınması nəzərdə tutulan hallarda hüquqi qeydiyyatdan keçməyən tikililərin istifadəçilərinə dövlət kompensasiya ödəməyi öhdəsinə götürür. Belə olan təqdirdə cavabdehin mülkiyyətində olan (icarəyə verilən) qeyri-yaşayış sahəsini sökərək yerində hündürmərtəbəli bina inşa edən (kommersiya məqsədləri üçün istifadə edən) şirkət əmlakın əvəzini ödəməlidir. Kompensasiya ödənilməsi ilə bağlı dəlilə münasibətdə isə qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi bununla bağlı bir neçə ekspert rəyinə istinad etmişdir. Bundan əlavə qeyd olunmuşdur ki, iddiaçının istinad (tələbinin qanuni əsası kimi göstərdiyi) etdiyi normativ hüquqi aktlarda (Nazirlər Kabinetinin müvafiq qərarında) sökülən sahələrin əvəzi olaraq həmin sahənin ölçüsünə uyğun sahə verilməsi və əlavə güzəştli sahələrin verilməsi (Bakı şəhərində oturuşmuş praktikaya əsasən əlavə 20% artıq sahə verilir) nəzərdə tutulur. İddiaçı sökülmüş əmlakının əvəzi olaraq həmin ölçülərə uyğun sahənin və əlavə 20 % sahənin verilməsinə də razıdır. Lakin iddiaçı təşkilat ancaq kompensasiyanın verilməsini təklif etmiş, cavabdeh isə nəticədə bununla razılaşmışdır. Nəzərə alsaq ki, cavabdehin sök ülən sahəsi 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi olmuşdur, iddiaçının inşa etdiyi binada yerləşən qeyri-yaşayış sahəsinin cavabdehin əmlakına uyğun ölçüsünün dəyərinin hazırda məhkəmənin müəyyən etdiyi dəyərdən daha artıq olması aşkardır. Çünki qeyd olunan tikinti Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində, yolun kənarında (Şərq bazarından Təhsil Nazirliyinə doğru gedən yolda), ticarət sıralarında (ekspert rəylərindəki məlumat) inşa edilmişdir.
34. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 157.8, 158.4, 203.3, 449.1, 1096.1, 1096.2, 1097 və 1115-ci maddələrinə istinadla əsaslandırmışdır. d)Konstitusiya məhkəməsindəki icraat
35. İddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edərək, kassasiya instansiyası məhkəməsinin 1 7 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmayan hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
36. Konstitusiya Məhkəməsi Plenumunun (hakimlər F.Abdullayev (sədr), H.Əfəndiyeva (məruzəçi), S.Salmanova, R.İsmayılov, C.Qaracayev, R.Qvaladze, M.Muradov, İ.Nəcəfov və K.Şəfiyev) 23 iyun 2021-ci il tarixli qərarı ilə kassasiya instansiyası məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(102)-4756/2020 saylı qərarı qüvvədən düşmüş hesab edilmiş, işə qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq yenidən baxılması qərara alınmışdır.
37. Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 180.3-cü maddəsində qeyd edilən “torpaq sa həsinin tikintini aparan şəxsin mülkiyyətində olması” ifadəsi nəinki daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrini, həm də qanuni əsaslarla şəxslərin sahibliyində olan sahələri ehtiva edir. Belə yanaşma Mülki Məcəllənin 157.8-ci maddəsinin mənasından irəli gəlir. Belə ki, göstərilən maddəyə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. O da qeyd edilməlidir ki, şəxsin lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla mülkiyyətində olan tikililərə artırılmaların aparılması da özbaşına tikili hesab edilir. Apellyasiya instansiyası məhkəməsi mübahisəli tikili üzərində həyata keçirilən sahibliyin qanuni olub-olmaması nı, həmin binaya dair hansı əmlak hüquqlarının mövcud olduğunu araşdırmadan və gəldiyi nəticəni əsaslandırmadan Mülki Məcəllənin yuxarıda göstərilən normalarını tətbiq etmişdir.
38. Qərarda həmçinin qeyd edilmişdir ki, məhkəmə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun təyinatını düzgün qiymətləndirməmiş və həmin Qanunun fərqli hüquq münasibətlərini tənzimlədiyini nəzərə almamışdır. Qanun 20 aprel 2010-cu il tarixində qüvvəyə mindiyindən, onun 7.3.2-ci maddəsi ilə nəzərdə tutulan şərt hər bir halda hazırkı işdə mübahisələndirilən özbaşına tikiliyə münasibətdə tətbiq edilə bilməzdi. Belə ki, məhkəmələrin istinad etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 5 dekabr 2012-ci il tarixli fiziki və hüquqi şəxslərin istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaqlar ın inventarlaşdırılmasına dair hesabat cədvəlinə əsasən həmin tikili 2011-ci ildə inşa edilmişdir. Həmçinin Cavabdeh qanuni, lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxs, ikinci əldən icarəyə verən qismində icarəçi, üçüncü şəxslərə istifadəyə verən qismində istifadəçi və ya istifadəçi ilə şifahi və ya yazılı həqiqi sübutla təsdiq edilən razılaşma əsasında torpağı qısa müddətli istifadə edən şəxs olması məhkəmələr tərəfindən müəyyən edilməmişdir. e) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda icraat
39. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun (bundan sonra - Plenum) 27 sentyabr 2021-ci il tarixli, 13(102)-14(k)/2021 saylı iş üzrə qərarı ilə (məruzəçi hakim A.Ə.Abbasov) kassasiya instansiyası məhkəməsinin 17 noyabr 2020-ci il tarixl i, 2(102)4756/2020 saylı qərarı ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
40. Plenum hesab etmişdir ki, ərazidə mövcud olan və sakinlərin istifadə etdiyi tikililərin qanuni və ya özbaşına inşa edilməsi ilə bağlı təftiş aparmaq şirkətlərin deyil, müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətinə aiddir. Lakin bu zaman MMC-nin qanunsuz tikili ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət edib-etməməsi, Cavabdeh mübahisəli tikintinin aparılması üçün müvafiq icazə alıb-almaması məhkəmələr tərəfindən araşdırılmamış, tikintinin sifarişçisi Nərimanov Rayon İcra Hakimiyyəti işə üçüncü şəxs qismində cəlb edilməmişdir ki, bu da işin tam və hərtərəfli tədqiq olunmamasına dəlalət edir. Kassasiya instansiyası qanunvericilik normalarının düzg ün tətbiq edilmədiyini və kompensasiyanın ödənilməsi əsaslarının səhv təfsir olunduğunu nəzərə almayaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Bununla da ərizəçinin Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş hüquq və azadlıqların məhkəmə təminatı hüququ pozulmuşdur.
41. Plenum həmçinin qeyd etmişdir ki, konstitusiya məhkəmə icraatında hüquq və azadlıqların pozulmasının müəyyən olunması və Konstitusiya Məhkəməsi tərəfindən məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğun olmayan hesab edilməsindən sonra pozulmuş hüquq və azadlıqlar ümumi yurisdiksiyalı məhkəmələrdə bərpa olunmalıdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan pozuntuları aradan qaldırmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütü n tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, hazırkı Qərarda göstərilənlərlə yanaşı, Konstitusiya Məhkəməsi Plenumunun Qərarında şərh olunan göstərişləri də nəzərə almalı və yerinə yetirməlidir. e) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
42. Apellyasiya instansiyası məhkəməsinin 10 mart tarixli, 2(103)-997/2022 saylı qətnaməsi ilə (E.Ə.Mehdiyev (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və R.M.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
43. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, bundan əvvəlki apellyasiya baxışı zamanı iş üzrə təkrar qiymətləndirmə keçirilmiş və "xxxx" MMCnin qiymətləndir mə rəyində Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanda yerləşən hər biri 19 kv.metr təşkil edən 3 və 4 nömrəli mənzillərin hazırkı dövr üzrə bazar dəyəri ayrılıqda 26000 manat, 49,4 kv.metr sahəsi olan qeyriyaşayış sahəsi kimi istifadə edilən zirzəminin hazırkı dövr üzrə bazar dəyəri 1 kv.metrinin qiyməti 2350 manat olmaqla 116000 manat təşkil etdiyi qeyd olunmuşdur. Göründüyü kimi, iş üzrə keçirilmiş əvvəlki qiymətləndirmə rəylərindən fərqli olaraq həmin qiymətləndirmə rəyində mülkiyyətdə olan qeyri-yaşayış sahəsinin dəyəri sahəcə daha az olan mənzilin dəyərindən çox müəyyən edilməklə real bazar qiymətlərini əks etdirməklə əsaslandırılmışdır. "xxxx" MMC-nin qiymətləndirmə rəyinə əsasən hər biri 19 kv.metr təşkil edən 3 və 4 nömrəli mənzillərin və 49,4 kv.metr qeyri yaşayış s ahəsinin bazar qiyməti cəmi 168000 manat təşkil edir. Birinci intansiya məhkəməsi isə əvvəlki qiymətləndirmə rəylərinə istinad edərək həmin əmlakların cəmi bazar qiymətini daha çox 168500 manat kimi müəyyən etmişdir.
44. Apellyasiya instansiyası məhkəməsi ilk iddia üzrə iddiaçının əmlakın təyin edilən həmin qiymətini mübahisələndirmədiyini nəzərə alıb, daha çox müəyyən edilən kompensasiya məbləğinin apellyatorun mənafeyinə uyğun hesab etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən, ümumi sahələri 19 kv.m olan 3 və 4 saylı mənzillər, həmçinin eyni ünvanda zirzəmidə yerləşən ümumi sahəsi 49,4 kv.m olan qeyriyaşayış sahəsi Cavabdeh mülkiyyətində olmuşdur. Müxtəlif dövrlərdə rek onstruksiya işləri aparılmış və həmin sahələr faktiki artırılaraq 240 kv.m olmuşdur, lakin həmin artırılmış sahələrin ona qanuni əsaslarla məxsus olması, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik etməsi barədə sübut təqdim edilməmişdir. Hazırkı apellyasiya baxışı zamanı Konstitusiya Məhkəməsinin qeyd edilən qərarına əsasən mübahisəli tikili üzərində həyata keçirilən sahibliyin qanuni əsasının, həmin sahəyə dair hər hansı əmlak hüquqlarının olub-olmadığını müəyyən etmək məqsədi ilə Bakı şəhəri Nərimanov rayon İcra hakimiyyətini iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etmiş, həmin qurum məhkəmə iclasında təmsil edilməmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfə qeyd edilən sübutların təqdim olunması təklif olunsa da, Cavabdeh təmsilçisi mübahisəli tikilinin qanuni əsaslarla sahiblik edilməsini təsdiq edən hər hansı sübutu təqdim edə bilməmişdi. Qarşılıqlı iddia tələbində iddiaçı əldən çıxmış faydanın tələb etsə də, buna dair hər hansı mötəbər dəlili məhkəməyə təqdim etməmişdir.
45. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh mülkiyyətində və istifadəsində olan sahələri yuxarıda qeyd edildiyi kimi daha əvvəlcədən boşaldaraq sökülməyə hazır vəziyyətə gətirdiyindən, beləliklə də təyinatı üzrə fəaliyyət göstərmədiyindən onun həmin sahələrdən gəlir əldə etməsinin MMC tərəfindən məhdudlaşdırması kimi dəlilləri əsassız olmuş, tələbinin faiz borcu və əldən çıxmış faydanın tutulması hissəsi də heç bir sübutlarla təsdiqini tapmamışdır.
46. Məhkəmə qeyd etmişdir ki, MMC-nin hərəkətləri nə ticəsində Cavabdeh mənəvi sarsıntı və iztirablara məruz qalması, əsəbləri pozulduğundan sosial fəaliyyətlə məşğul olan xanım kimi bir sıra sosial proyektlərin həyata keçirilməsinə diqqətini cəmləmək imkanından məhrum olması, başqa sözlə əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
47. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 180.1, 180.2, 180.4 və 449.1-ci maddələrinə və bu iş üzrə qəbul edilmiş Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenum qərarlarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Kassasiya şikayətinin d əlilləri
48. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
49. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qeyd olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci,180.2-ci, 180.4-cü və 157.8-ci maddələrinə istinad etsə də, iş üzrə mübahisəni həmin maddələrin tələbinə uyğun həll etməmiş və sökülməsi mübahisələndirilən tikiliyə nisbətdə tərəflər arasında yaranmış münasibəti düzgün şərh etməmişdir. Nəticədə qətnamə qəbul edilərkən, həmin maddələrin tələbləri hazırkı iş üzrə münasibətlərə nisbətdə düzgün tətbiq edilməmişdir. Belə ki, həmin normalar hazırkı iş üzrə o halda tətbiq oluna bilərdi ki, əmlakın sahibi Cavabdeh üzərində hüququ qeydiyyata alınmamış 152,6 kv.m. tikili hissəsinə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı müraciət etmiş olsun. Lakin hazırkı iş üzrə iddia tələbi əmlaka hüququn qeydə alınması deyil, ona məxsus və iradsız olaraq uzun müddət sahibliyində olan əmlakın cavabdeh tərəfindən onun iradəsinə zidd sökülməsindən vurulmuş ziyanla bağlıdır. Apellyasiya məhkəməsi qeyd etməsə də, tərəflər arasında torpaq, kipləmə, dolğu və s. podrat işlərinə görə 03 yanvar 2019-cu il tarixli başqa bir razılaşma da mövcuddur. Təqdim edilmiş aktlardakı məbləğ də həmin razılaşma ilə müəyyən edilmiş qiymətlər çərçivəsindədir. Həmin qiymət razılaşması da tərəflər arasında mübahisələndirilmir. Bundan əlavə, cavabdeh ona aid olan hüquqa görə iddia ərizəsində alternativ tələblərdən birini seçdiyindən, qətnamə də onun seçdiyi tələblə bağlı olmalı idi. Məhkəmə kollegiyasının mübahisə ilə bağlı gəldiyi qənaət və elan etdiyi qətnamə məhz bu tələblə bağlı olmalı idi. Çünki qətnamə apellyasiya şikayətinin həddində və iddia tələbi həcmində olması prosessual tələbdir. Lakin apellyasiya kollegiyası irəli sürülməyən iddia tələbi ilə bağlı qətnamə qəbul etmişdir. Apellyasiya məhkəməsi qətnaməsində iddiaçı əmlakının sökülməsin mübahisələndirmədiyini, sökülmüş əmlaka görə kompensasiya tələb etdiyini qeyd olunur. Halbuki mübahisənin predmetinin əsası iddiaçının razılığı olmadan əmlakın onun iradəsinə zidd sökülməsidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
50. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
51. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın
52. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
53. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
54. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
55. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
56. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya top lamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
57. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkə mə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
60. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
61. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
62. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
63. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin fak tiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
64. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
65. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
66. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, məhkəmə eyni zamanda işdə olan sübutları MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirməyərək nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir.
67. Baxılan işin mübahisə edilməyən hallarına əsasən mübahisə predmeti olan özbaşına tikili hesab edilən daşınmaz əmlaklar cavabdehin sahibliyində və istifadəsində olmuşdur.
68. Apellyasiya instansiyası məhkəməsi Plenumun göstərişərini nəzərə alaraq İcra Hakimiyyətini üçüncü şəxs kimi işə cəlb etmiş, lakin üçüncü ş əxsin məsələyə münasibətini öyrənmədən həmin tikililərlə bağlı cavabdehin sahiblik və istifadə hüquqlarının olubolmamasına münasibət bildirməmiş, bu hal müəyyən edilməmiş qalmışdır
69. Lakin nəzərə almaq lazımdır ki, həmin tikililərin cavabdehin sahibliyində və istfadəsində olması işin mübahisə edilməyən halıdır. Aidiyyatı dövlət orqanları həmin tikililərin inşasına etiraz etməmiş və özbaşına olması əsası ilə sökülməsi barədə məsələ qaldırmamışdır. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
70. Həmin Məcəllənin 164.1-ci maddəsinə görə, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.
71. Məhkəmə kollegiyas ı qeyd edir ki, mülki mühakimə zamanı məhkəmənin qiymət verməli məsələlərdən biri də işin mübahisə edilməyən hallarının müəyyən edilməsidir.
72. Mübahisə predmeti olan qeyri-yaşayış sahələrinin cavabdehin sahibliyində olması mübahisə edilmədiyi halda, apellyasiya instansiyası məhkəməsi Plenumun göstərişlərinə tam əməl etməyərək cavabdehin sahiblik etdiyi həmin əmlkaların müdafiəsi ilə bağlı tələbə MM-nin sadalanan normaları baxımından hüquqi qiymət verməyərək maddi hüquq normalarının tələblərini pozmuşdur.
73. MPM-nin 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv t əfsir etsin.
74. Bundan başqa məhkəmə cavabdehə ödənilməli olan kompensasiyanın məbləğini müəyyən edrəkən işdə olan sübutları MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verməmişdir.
75. Həmin normaya görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
76. Belə ki, iş materiallarına daşınmaz əmlakların bazar qiyməti ilə bağlı bir neçə rəy əlavə edilmiş, yalnız apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş rəyi mötəbər sübut kimi qəbul edən apellyasiya instansiyası məhkəməsi bu qənaətini əsaslandırmamış, digər rəyləti nə üçün sübut kimi qəbul etməməsini qətnamədə göstərməmişdir.
77. Halbuki bu halın qeyd edilməsi hazırki mübahisənin həlli baxımından mühüm əhəmiyyət kəsb edir.
78. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır.
79. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə ş ərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”.
80. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”.
81. Bundan başqa apellyasiya instansiyası məhkəməsi tələbin əldən çıxmış fayda hissəsinə qiymət verərkən cavabdeh tərəfindən h əmin qeyri-yaşayış sahələrinin sahibkarlıq fəaliyyəti məqsədi ilə istifadə edilməsini və həmin obyketlərin sökülməsi nəticəsində gəlirdən məhrum olmasına hüquqi qiymət verməmişdir.
82. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsi bağlı qeyd edir ki, həmin tələb yuxaırda göstərilən məsələlərin apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymətləndirilməsindən asılı olaraq həll edilə bilər.
83. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İş ə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qərarın təsviri-əsaslandırıcı hisssəsində göstərilənləri nəzərə alaraq qanuni və əsaslı qətnamə qəbul etməlidir.
84. Mülki Prosessual Məcəllənin 417.1 və 417.1.3-cü maddələrinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
85. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
86. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-997/2022 nömrəli, 10 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.